Məhkəmə qərarları › İş №1(014)-6/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-6/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-6/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X** Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X* Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə 29 avqust 2005-ci il tarixdə Rusiya Federasiyası, İvanov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (həmçinin Rusiya Federasiyasının vətəndaşı) orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə məhkum olunmuş Şahid2 və Şahid* ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədi ilə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2022-ci ilin iyul ayının ortalarında təxminən saat 23 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına * saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olduqdan sonra Şahid2 birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyərək açıb qanunsuz olaraq sinif otağına daxil olmaqla birinci mərtəbədəki pilləkənin altında olan dəmir qutudan açarları götürüb məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, həmin açarla otağın qapısını açıb müəllimlər otağındakı yardımçı otaqda yerləşən dolabdan 02 ədəd, 260 manat dəyərində işlək vəziyyətdə “HP” markalı notebook və 03 ədəd, 300 manat dəyərində işlək vəziyyətdə “Nexus” markalı notebooku gizli yolla talayıb oğurlamışdır. Bundan sonra o, eyni niyyətlə Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə məhkum olunmuş Şahid2 və Şahid* ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2022-ci ilin iyul ayının sonlarında təxminən saat 23 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına * saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuşlar. Şahid2 birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açdıqdan sonra qanunsuz olaraq sinif otağına daxil olmuşlar və o, birinci mərtəbədəki pilləkənin altında olan dəmir qutudan açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş və açarla otağın qapısını açaraq müəllimlər otağındakı yardımçı otağa daxil olmaqla, həmin otaqdakı dolabda olan 05 ədəd, 500 manat dəyərində işlək vəziyyətdə “Nexus” markalı notebooku və 0* ədəd, 200 manat dəyərində işlək vəziyyətdə “Acer” markalı proektoru qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayıb oğurlamaqla vahid niyyətlə Səməd Vurğun adına * saylı tam orta məktəbə ümumilikdə *260 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 2022-ci il iyul ayının ortalarında Ağdaş şəhərində olan zaman onunla eyni məktəbdə oxuyan Şahid2 ilə görüşmüş, söhbət zamanı Şahid2 Şahid*la birlikdə 2022-ci il iyul ayının əvvəlində Səməd Vurğun adına * saylı tam orta məktəbdən 5 ədəd notebook oğurladıqlarını, lakin notebookların sayı çox olduğu üçün hamısını oğurluya bilmədiklərini və qalan notebookları oğurlamaq üçün yenidən məktəbə daxil olacaqlarını bildirmişdir. Şahid2 onun da oğurluqda iştirak etməyini təklif etmiş, o da razılaşmışdır. Bir neçə gün sonra axşam saat 23:00 radələrində Şahid2la birlikdə Ağdaş şəhər ərazisində yerləşən “Heydər Əliyev” adına parkın qarşısına gəlmişdir. Həmin vaxt orada tanıdığı Şahid* da olmuş və Şahid2 onun da oğurluqda iştirak edəcəyini Natiqə bildirmiş və onlar “Səməd Vurğun” adına * saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasarın üzərindən tullanıb məktəbin həyətinə daxil olmuşlar. Bundan sonra Şahid2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəlmiş və orada açıq vəziyyətdə olan plastik pəncərəni əli ilə itələyib aralamış və onlar pəncərədən həmin otağa daxil olmuşlar. Daha sonra Şahid2 birinci mərtəbədə pilləkənin altında olan dəmir qutudakı açarları götürmüş və ikinci mərtəbədə olan müəllimlər otağının qarşısına gəlmişlər. Şahid2 müəllimlər otağının qapısını açmış və içəri daxil olmuşdur. Həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağın qapısı açıq olmuş və onlar həmin otağa daxil olaraq kitab rəfindəki 5 ədəd notebooku özləri ilə birgə gətirdikləri məktəb çantasının içərisinə yığmışlar. Otaqdan çıxdıqdan sonra Şahid2 qapını bağlamış və açarları dəmir qutunun içərisinə qoymuşdur. Onlar məktəbə daxil olduqları pəncərədən həyətə düşərək və dəmir hasardan tullanıb çölə çıxmışlar. Həmin vaxtı 3 ədəd notebooku özü ilə götürəcəyini demiş, qalan 2 ədəd notebooku isə Şahid2la razılaşdıqdan sonra Ağdaş şəhər “Heydər Əliyev” parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlədəcəyini bildirmişdir. Daha sonra Şahid* sağollaşaraq onların yanından getmişdir. Şahid2la birlikdə “Heydər Əliyev” parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahə olan yerə gəlmiş və oğurladığı 2 ədəd notebooku həmin kolluq sahədə gizlətmiş, 3 ədəd notebooku isə özü ilə götürmüş və yaşadığı evə gəlmişdir. 2022-ci ilin iyul ayının sonlarında Şahid* və Şahid2la birlikdə X*4 adına * saylı tam orta məktəbin hasarından tullanıb məktəbin həyətinə daxil olduqdan sonra eyni qaydada müəllimlər otağının içərisindəki yardımçı otaqda olan kitab rəfindəki 5 ədəd notebooku Şahid2, həmin kitab rəfində olan * ədəd proektoru isə özü götürmüşdür. Daha sonra Şahid* otağın qapısını bağlamış və aşağı düşmüşlər. Şahid* açarları pilləkənin altındakı dəmir qutunun içərisinə qoymuş və məktəbə daxil olduqları pəncərədən həyətə düşmüşlər. Proektor ağır olduğu üçün onu məktəbin həyətindəki kolluğun içərisinə tullamış, özü isə dəmir hasardan tullanıb çölə çıxmışdır. Şahid2la birlikdə həmin 5 ədəd notebooku yenə də Ağdaş şəhər “Heydər Əliyev” parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlətmək barədə razılaşmış və Şahid* ilə sağollaşıb getmişlər. Şahid2la birlikdə Ağdaş şəhər “Heydər Əliyev” parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahəyə gəlmiş və 5 ədəd notebooku da həmin kolluq sahədə gizlətmiş və fərdi yaşayış evinə getmişdir. Həmin komputerləri Rövşən və Natiq satmışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində vurulmuş ziyanı tamamilə bərpa etdiklərini və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına * saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, məktəblərinə 20*2-ci il tarixdə dövlət tərəfindən müxtəlif növ məktəb ləvazimatları olan notebook və proektor verilmişdir. Həmin avadanlıqları müəllimlər otağında olan yardımçı otaqdakı kitab rəfində saxlayır, məktəbin digər üzvləri ilə birlikdə mütəmadi olaraq həmin notebook və proektorları yoxlayırdılar. Həmin notebook və proektorlar işlək vəziyyətdə olmuşdur. 02 avqust 2022-ci il tarixdə məktəbdə olan zaman məktəb rəhbərliyi müəllimlər otağında olan yardımçı otaqdan *5 ədəd notebook və * ədəd proektorun oğurlanmasını bildirmiş və bu barədə Azərbaycan Respublikası DİN-in “*02” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat verilmiş, Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Daha sonra məktəbdəki notebookları və proektoru oğurlayan şəxslərin Səməd Vurğun adına * saylı tam orta məktəbdə təhsil almış Ağdaş şəhər sakinləri Şahid*, Təqsirləndirilən şəxs və Şahid2 olduğunu bilmişdir. Nümayəndə daha sonra izahatında dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərdi ki, 2022-ci il iyul ayının əvvəllərində saat 23:00 radələrində Ağdaş şəhər sakini Şahid2 ilə Ağdaş şəhər Səməd Vurğun adına * saylı tam orta məktəbin qarşısında görüşüb söhbət edərkən Şahid2 Səməd Vurğun adına * saylı tam orta məktəbin idman zalında tennis oynamağı təklif etmiş və onlar birlikdə həmin məktəbin arxa tərəfindən dəmir hasarından tullanıb məktəbin həyətinə daxil olmuşlar. Həmin vaxtı orada başqa heç kim olmamışdır. Şahid2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəlmiş və orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib aralayaraq pəncərədən həmin otağa daxil olmuş, daha sonra birinci mərtəbədə olan dəhlizə çıxmışdır. Tennis oynamaq üçün onlara roketka lazım olmuş və həmin roketkalar məktəbin müəllimi Hicran müəllimənin otağında olmuşdur. Şahid2la otaqların açarlarını axtarmağa başlamış və birinci mərtəbədə olan pilləkənin altındakı dəmir qutudan açarları tapmışdır. Şahid2 həmin açarları götürərək *-ci mərtəbədə Hicran müəllimənin otağının qarşısına gəlmişdir. Şahid2 açarla Hicran müəllimənin otağını açmış və içəri daxil olmuş, lakin tennis roketkalarını tapa bilmədiyindan otaqdan heçnə götürməyərək çıxmış və qapını bağlamışdır. Tennis roketkalarının 2-ci mərtəbədəki müəllimlər otağında olacağını düşünərək Şahid2la birlikdə 2-ci mərtəbəyə çıxmış və açarla müəllimlər otağının qapısını açaraq birlikdə içəri daxil olmuşlar. Həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olmuş və orada olan kitab rəfində *5 ədəd notebookların olduğunu görmüşlər. Həmin notebookların hamısını oğurlamaq qərarına gəlmiş, lakin sayları çox olduğuna görə onları ayrı-ayrı günlərdə oğurlamağı qərarlaşdırmışlar. Bundan sonra Şahid2 5 ədəd notebook götürərək otaqdan çıxmışlar. Açarla otağı bağlamış və açarları dəmir qutuya qoymuşlar. Daha sonra məktəbə daxil olduqları pəncərədən həyətə düşərək dəmir hasardan tullanıb çölə çıxmışlar. Məktəbin yanında olan zaman 2 ədəd notebooku özü ilə götürmüş, qalan 3 ədəd notebooku Şahid2 götürmüşdür. Fərdi yaşayış evinə gəlib həmin notebookları yataq otağındakı stolun üzərinə qoymuşdur. Bir həftə sonra axşam saat 23:00 radələrində Ağdaş şəhər Heydər Əliyev parkının qarşısında Şahid2la görüşərkən Təqsirləndirilən şəxs da orada olmuşdur. Şahid2 birinci oğurluğu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və Təqsirləndirilən şəxs da onlarla birlikdə oğurluğa gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs notebookları yığmaq üçün özü ilə məktəb çantası gətirmişdir. X*4 adına * saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanıb məktəbin həyətinə daxil olmuş və orada başqa heç kim olmamışdır. Bundan sonra Şahid2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gələrək orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib aralamış və içəri daxil olmuşdur. Bundan sonra o, və Təqsirləndirilən şəxs da pəncərədən həmin otağa daxil olmuşlar. Daha sonra Şahid2 pilləkənin altındakı dəmir qutuda olan açarları götürərək ikinci mərtəbədə olan müəllimlər otağının qarşısına gəlmişdir. Şahid2 müəllimlər otağının qapısını açmış və içəri daxil olmuşlar. Həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olaraq orada olan kitab rəfindəki 5 ədəd notebooku Təqsirləndirilən şəxs özü ilə gətirdiyi məktəb çantasının içərisinə yığmış və otaqdan çölə çıxmışlar. Şahid2 qapını bağlamış və açarları dəmir qutunun içərisinə qoymuşdur. Yenə də məktəbə daxil olduqları pəncərədən həyətə düşərək dəmir hasardan tullanıb çölə çıxmışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs 3 ədəd notebooku özü ilə götürəcəyini bildirmiş, qalan 2 ədəd notebooku isə Şahid2la razılaşdıqdan sonra Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlədəcəklərini bildirmişdir. 2022-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs və Şahid2la birlikdə eyni qaydada Səməd Vurğun adına * saylı tam orta məktəbin müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olraq kitab rəfindəki 5 ədəd notebooku Şahid2, Təqsirləndirilən şəxs isə həmin kitab rəfində olan * ədəd proektoru götürmüşlər. Daha sonra otağın qapısını bağlayaraq açarları pilləkənin altındakı dəmir qutunun içərisinə qoymuşlar və məktəbə daxil olduqları pəncərədən həyətə düşmüşlər. Proektor ağır olduğu üçün Təqsirləndirilən şəxs onu məktəbin həyətindəki kolluğun içərisinə tullamış və dəmir hasardan tullanıb çölə çıxmışdır. Təqsirləndirilən şəxs və Şahid2 5 ədəd notebooku yenə də Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlədəcəklərini bildirmişlər. Sonradan Şahid2 notebookları ondan alaraq 2022-ci ilin avqust ayının ortalarında Göyçay şəhərində tanıdığı şəxslərə satacağını və onunla birlikdə Göyçay şəhərinə getməsini istəmiş, o da razılaşaraq Şahid2la birlikdə taksi ilə Göyçay şəhərinə gəlmişlər. Şahid2 notebookları satmağa getmiş və təxminən 30 dəqiqədən sonra yanına gələrək notebookları 30 manata və 45 manat satdığını bildirmişdir. Şahid2 həmin puldan ona verməmişdir. Şahid2 digər notebookları hara və kimə satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Səməd Vurğun adına * saylı tam orta məktəbdə gözətçi işləmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında məktəbə gəlmiş, həmin vaxt məktəb rəhbərliyi məktəbin müəllimlər otağının içərisində olan yardımçı otaqdan *5 ədəd notebook və * ədəd proektorun oğurlanmasını bildirmişdir. O, işdə olan zaman məktəbə hər hansı şəxs və ya şəxslərin oğurluq məqsədi ilə daxil olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022ci il iyul ayının sonlarında Ağdaş şəhərində əvvəllər tanıdığı Şahid2la görüşmüş, Şahid2 söhbət zamanı özünə məxsus 2 ədəd “Nexus” markalı notebookun koda düşdüyünü və həmin notebookları koddan çıxarmaq üçün usta axtardığını bildirmişdir. O da İlkin Osmanov adlı dostunun olduğunu, komputer təmiri ilə məşğul olduğunu və notebookları koddan çıxaracağını bildirmişdir. Şahid2 da onunla razılaşmış və fərdi yaşayış evinə getmişdir. Bir müddət sonra Şahid2 əlində 2 ədəd notebook ilə fərdi yaşayış evinin yaxınlığına gəlmiş və 2 ədəd notebooku ona vermişdir. Həmin notebookları Şahid2 götürüb fərdi yaşayış evinə gəlmiş və dostu İlkin Osmanova zəng edərək dostuna məxsus 2 ədəd notebookun koda düşdüyünü və həmin notebookları koddan çıxarmaqda kömək etməsini xahiş etmişdir. İlkin Osmanov da onunla razılaşmış və notebookları ertəsi gün yanına gətirməsini istəmişdir. Ertəsi gün 2 ədəd notebooku götürüb İlkin Osmanovun fərdi yaşayış evinə gələrək 2 ədəd notebooku ona vermişdir. Daha sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin notebookların oğurluq olmasını ona bildirmişlər. Şahid2 ona verdiyi notebookların özünə məxsus olduğunu demiş, oğurluq olmasını bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onun Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev * ünvanında komputer aksessuarları mağazası var. Həmin mağazada həm mobil telefon, həm də notebook və komputer satışı ilə məşğuldur. 2022-ci il iyul ayının sonlarında saat təxminən *8 radələrində əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Ağdaş şəhər sakini Şahid2 mağazasına gələrək notebookunun olduğunu və satmaq istədiyini bildirmişdir. Şahid2 notebooku götürərək baxmış və notebooku işlək vəziyyətdə olmadığını müəyyən etmişdir. Şahid2 notebooku hansı qiymətə satdığını soruşmuş, Şahid2 da həmin notebooku *00 manata satacağını bildirmişdir. O da notebook işləmədiyindən 30 manat pul verəcəyini bildirmişdir. Şahid2 da onunla razılaşmış və o, Şahid2 30 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun Qəbələ şəhərində komputer təmiri mağazası var. 2022-ci il iyul ayının sonlarında mağazasında olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid2 onun mağazasına gələrək notebook satmaq istədiyini bildirmişdir. Həmin notebooku neçəyə satacağını soruşmuş, Şahid2 da həmin notebooku *00 manata satacağını bildirmişdir. Həmin notebooka baxmış və işlək vəziyyətdə olmadığını müəyyən etmişdir. Həmin notebooka 35 manat pul verəcəyini bildirmiş, Şahid2 da onunla razılaşmışdır. O, Şahid2 35 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Ağdaş şəhərində komputer təmiri ilə məşğul olur. 2022-ci il iyul ayının sonlarında Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən iş yerində olan zaman əvvəllər tanımadığı, lakin adlarını sonradan bildiyi Ağdaş şəhər sakinləri Şahid2 və Şahid* onun yanına gələrək * ədəd notebook satmaq istədiklərini bildirmişlər. O, əvvəl razılaşmamış, lakin israr etdiklərindən həmin notebooku alacağını bildirmişdir. Notebooka baxan zaman onun işləmədiyini görmüş və həmin notebooka görə 30 manat pul verəcəyini bildirmişdir. Şahid2 və Şahid* onunla razılaşmış, 30 manat pulu Şahid2 vermişdir. Pulu verdikdən sonra Şahid2 həmin notebookun oğurluq olub-olmamasını soruşmuş, sonuncu da həmin notebookun özlərinə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Göyçay şəhəri, Nizami Əliyev küçəsində elektronika avadanlıqlarının satışı mağazası var. 2022-ci il avqust ayının ortalarında adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid2 mağazaya gələrək * ədəd notebooku satmaq istədiyini bildirmişdir. Notebooka baxan zaman onun işləmədiyini görmüş və həmin notebooka görə 60 manat pul verəcəyini bildirmişdir. Şahid2 onunla razılaşmış, 60 manat pulu Şahid2 vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ** may 2023-cü il tarixli, 9/2764 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların uzun müddət istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 9 ədəd “Nexus” markalı, “Sensus İ950” model notebook - işlək vəziyyətdə olduğu halda -900 (9X*00) manat, işlək vəziyyətdə olmadığı halda -270 (9X30) manat, 4 ədəd “Nexus” markalı, “Sensus ATF 20S” model notebook - 400 (4X*00) manat, işlək vəziyyətdə olmadığı halda - *20 (4X30 man) manat, 2 ədəd “HP” markalı, “250G3” modelli notebook - 260 (2X*30) manat, işlək vəziyyətdə olmadığı halda 80 (2X40 man) manat, * ədəd işlək vəziyyətdə olan “ACER” markalı “P**00C” model proyektor - 200 manat. *9 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə 230220*35 nömrəli cinayət işinin ayrılmış və istintaqın davam etdirilməsi üçün Ağdaş rayon X9 Bölməsinin müstəntiqi Bədrəddin Yasərlinin icraatına qəbul olunmasına dair qərar qəbul edilmişdir. 24 aprel 2023-cü il tarixli “məcburi gətirmə haqqında” qərarın surətindən görünür ki, Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 63 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Cəsur Hümbətov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 3* oktyabr 2024cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 3* oktyabr 2024-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisinə keçən zaman Azərbaycan Respublikasının DİN-in NBPİ-nin HNPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmiş və Təqsirləndirilən şəxs gətirilərək Ağdaş rayon Polis Şöbəsinə təhvil verilmişdir. 0* noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 0* noyabr 2024-cü il tarixdə, saat *0:30-da Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə **:*0-da təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Ağdaş rayon X6 Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsi məlumatlara dair çıxarışdan görünür ki, 29 avqust 2005-ci il tarixdə Rusiya Federasiyası, İvanov Vilayətində doğulmuş Təqsirləndirilən şəxs *3 dekabr 202*-ci il tarixli SƏYYAR- ASAN*0-dan AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla Ağdaş rayonu, Şəkili kəndində qeydiyyatdadır. Həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən 29 iyun 202*-ci il tarixdə *0 il müddətə verilmiş 76 ******* nömrəli pasportun surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2005-ci il tarixdə Rusiya Federasiyası, İvanov Vilayətində doğulmuş və Rusiya Federasiyasının vətəndaşıdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şəkili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 5-32-*2/2-360/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Şəkili kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi – nənəsi *5 oktyabr *946-cı il təvəllüdlü X4, *2 iyun *977-ci il təvəllüdlü X8 və qardaşı 06 yanvar 2003-cü il təvəllüdlü X3 ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 06 may 20*3-cü il tarixli, 0540*8 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X8 İ qrup əlildir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Şəkili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə- şikayət daxil olmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, *8-*-22/2-*546/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsin poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş Rayon Məhkəməsinin qüvvədə olan *(0*4)-*65/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid2 və Şahid* Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinib, hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat cərimə cəzasına məhkum olunmuşlar, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Şahid2 və Şahid* azadlıqlarının faktiki məhdudlaşdırıldığı müddət nəzərə alınaraq onlara təyin edilmiş cərimə cəzasını yüngülləşdirilərək, onların hər birinin üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə növündə cəza saxlanılmışdır. Həmçinin həmin hökmə əsasən təqsirləndirilən şəxslər Şahid2 və Şahid* 50 (əlli) manat manat ekspertiza xərcinin müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutlar *5 ədəd notebook və * ədəd proyektorun zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına tam orta məktəbin nümayəndəsinə qaytarılmasının nəzərə alınmasına dair yekun qərar çıxarılmışdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin tədqiq edilmiş ifadələrini, 02 avqust 2022-ci il, 04 avqust 2022-ci il, 06 avqust 2022-ci il, 07 avqust 2022-ci il və 09 avqust 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokolları, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti keçirilən zamanı qeydə alınmış fotoşəkilləri, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə saxlanc yerinə qanunsuz daxil olub özgənin əməlakını gizli yolla talamış, yəni oğurluq cinayətini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin *77.2.*-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin *77.2.3-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının *ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın *9-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 8.*-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.* və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığı dövrdə cinayət əməli törətməsini Cinayət Məcəlləsinin 59.*.2-ci maddəsinə, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.*.*3-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və atasının İ qrup əlil olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.*.*-59.*.*4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 6*-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 4*.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməlini törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, dəymiş ziyanın tamamilə ödənilməsi və cinayəti yetkinlik yaşına çatmadığı dövrdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Cinayət Məcəlləsinin 4*.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən zəzərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, ona istinad olunan cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və atasının İ qrup əlil olmasınıyuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qəbul edib, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül, cərimə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3* oktyabr 2024-cü il tarixdən 0* noyabr 2024-cü il tarixə kimi azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən * (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin *93.2-*93.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyini, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Müdafiəçi tərəfindən təqdim edilmiş müvafiq arayışdan görünür ki, Ağdaş rayon vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 2* saat 30 dəqiqə vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı *29 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ0*350*0000**********, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ380900*944**********, VÖEN 330*75535* saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Şahid2 və Şahid* müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi və maddi sübutlar *5 ədəd notebook və * ədəd proyektorun zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına tam orta məktəbin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 35*-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin *77.2.* və *77.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat cərimə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3* oktyabr 2024-cü il tarixdən 0* noyabr 2024-cü il tarixə kimi azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən * (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Şahid2 və Şahid* müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mehkeme Ekspertiza Mərkəzinin hesabına keçirilməsi və maddi sübutlar *5 ədəd notebook və * ədəd proyektorun zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına * nömrəli tam orta məktəbin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı *29 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ0*350*0000**********, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ380900*944**********, VÖEN 330*75535* saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X*3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar