Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-60/2022 20.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1958-ci ildə Ağdaş şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2imkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən 2021-ci ilin sentyabr ayının ortalarında istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 912,21 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən 62,03 qram sellofan torbada, 0,18 qram siqaret dənəsində qururdulmuş marixuananı üzərində saxlayaraq daşımış, 850 qram qurudulmuş marixuananı qanunsuz olaraq evində saxlamışdır. xx.xx.2022ci il tarixdə saat 20:28 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşıdığı həmin narkotik vasitələrdən 62,03 qram sellofan torbada, 0,18 qram siqaret dənəsində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, həmin gün saat 20:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən evində axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 ədəd göy rəngli sellofan torbada 850 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində latın qrafikası ilə yazıb-oxumağı bacardığını, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:45 radələrində Ağdaş şəhəri R.Rza küçəsi 9 ünvanında yerləşən yaşadığı evin qarşısında olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd pinqivin sellofan kisə, həmin gödəkcənin iç sol döş cibindən 1 ədəd nəzarət subyekti olan İP- 68 markalı planşet, əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərinə “Piramida” yazılmış siqaret qutusu və 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən qara rəngli 1 ədəd tibbi maska və 1 ədəd əl dəsmalı aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusunun açıldığını və içərisindən siqaret dənələrinin aşkar olunduğunu, bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd pinqivin sellofanın açıldığını və içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin həmin vaxt yaşadığı evdə də narkotik tərkibli bitki kütləsinin olmasını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 64 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş siqaret dənələrindən birinin büküm formasında olduğuna və içərisində narkotik vasitə ola biləcəyi ehtimalına görə həmin siqaret dənəsinin də elektron tərəzidə çəkildiyini və çəkisinin 1 qram olduğunu, sonra həmin pinqivin sellofanın və siqaret dənəsinin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, onun və iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı videoçəkiliş aparıldığını, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini, həmçinin üzərindən aşkar edilmiş digər əşyaların ona qaytarıldığını, bundan sonra yaşadığı evdə müdafiəçinin iştirakı ilə axtarış aparıldığını, axtarış zamanı yaşadığı evin mətbəxtində olan stolun altından içərisində yaşıl rəngli kəskin iyli bitki kütləsi olan sellofan torba aşkar edildiyini, həmin sellofan torbanın elektron tərəzidə çəkilən zaman çəkisinin 854 qram olduğunu, sonra həmin sellofan torbanın zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, axtarış zamanı videoçəkiliş aparıldığını, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini, üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2021-ci ilin sentyabr ayında Ağdaş rayonu Zeynəddin kəndinin çöl ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb qurudaraq özü istifadə etmək üçün saxladığını, heç vaxt heç kimdən narkotik maddə almadığını və heç bir kəsə narkotik vasitə satmadığını, onda başqa heç yerdə narkotik vasitə olmadığını, mobil telefondan isitifadə etmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə ünvan 1-də qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 19:45 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı R.Rza küçəsində olmasını gördüklərini, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini və üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Natiqin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Natiqin əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd pinqivin sellofan kisə, həmin gödəkcənin iç sol döş cibindən 1 ədəd nəzarət subyekti olan İP-68 markalı planşet, əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərinə “Piramida” yazılmış siqaret qutusu və 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən qara rəngli 1 ədəd tibbi maska və 1 ədəd əl dəsmalı aşkar olunduğunu, daha sonra Natiqin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan çətənə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını, həmçinin həmin vaxt yaşadığı evdə də narkotik tərkibli bitki kütləsinin olmasını bildirdiyini, daha sonra Natiqin üzərindən aşkar edilmiş sellofan bükümdə olan bitki kütləsinin çəkildiyini və çəkisinin 64 qram olduğunu, həmçinin həmin vaxt Natiqin üzərindən aşkar edilmiş büküm formasıda olan siqaret dənəsinin çəkildiyini və çəkisinin 1 qram olduğunu, sonra həmin pinqivin sellofanın və 1 ədəd siqaret dənəsinin zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokolun ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, şəxsi axtarış zamanı Natiqin üzərindən aşkar edilmiş digər aşyaların iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, baxış zamanı Natiqin yaşadığı evin mətbəxtində stolun altıdan içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan sellofan torba aşkar edildiyini, həmin sellofan torbanın elektron tərəzidə çəkildiyini və çəksinin 854 qram olduğunu, daha sonra həmin sellofan torbanın zərfə qablaşdırıldığını və üzərində DİN-in 111 nömrəli möhürünün vurulduğunu, baxışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokolun ucadan oxunduqdan sonra baxışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuananı 2021-ci ilin sentyabr yayında Ağdaş rayonu Zeynəddin kəndinin çöl sahəsindən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığaraq qurutduğunu və özü istifadə etmək üçün saxladığı bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Natiqin əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd pinqivin sellofan kisə, həmin gödəkcənin iç sol döş cibindən 1 ədəd nəzarət subyekti olan İP-68 markalı planşet, əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərinə “Piramida” yazılmış siqaret qutusu və 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən qara rəngli 1 ədəd tibbi maska və 1 ədəd əl dəsmalı aşkar olunmuş, daha sonra Natiqin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kisə açılmış və içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan çətənə olmasını və özü istifadə etmək üçün üzərində saxladığını, həmçinin həmin vaxt yaşadığı evdə də narkotik tərkibli bitki kütləsinin olmasını bildirmiş, daha sonra Natiqin üzərindən aşkar edilmiş sellofan bükümdə olan bitki kütləsi çəkilmiş və çəkisi 64 qram olmuş, həmçinin həmin vaxt Natiqin üzərindən aşkar edilmiş büküm formasında olan siqaret dənəsi çəkilmiş və çəkisi 1 qram olmuş, sonra həmin pinqivin sellofan və 1 ədəd siqaret dənəsi zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmış, şəxsi axtarış zamanı Natiqin üzərindən aşkar edilmiş digər aşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Natiqin yaşadığı evin mətbəxtində stolun altıdan içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan sellofan torba aşkar edilmiş, həmin sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisi 854 qram olmuş, daha sonra həmin sellofan torba zərfə qablaşdırılmış və üzərində DİN-in 111 nömrəli möhürü vurulmuş, baxış videoçəkiliş vasitəsilə aparılmış, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuananı 2021-ci ilin sentyabr yayında Ağdaş rayonu Zeynəddin kəndinin çöl sahəsindən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığaraq qurutduğunu və özü istifadə etmək üçün saxladığı bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/206 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 62,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd siqaret dənəsinin içərisində təmiz çəkisi 0,18 qram olan bitk mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin siqaret dənəsinin içərisindəki təmiz çəkisi 0,24 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri və imzalar yazılmış 1 ədəd zərfin içərisindəki 1 ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 850 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurdulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf sellofan torbada, 1 ədəd göy rəngli sellofan torbada və 1 ədəd siqaret dənəsinin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AZ.SSR Cinayət Məcəlləsinin 102 M 1, 220 M 2 və 38-ci maddələri ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin xx.xx.1976-cı il tarixli hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1978-ci il tarixli Bakı şəhər Ordjokinidze Rayon Xalq Məhkəməsinin qərarı AZ.SSR Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 3 il, 2 ay, 5 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-99/2021 saylı hökmü ilə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli, c/i-791 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-99/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2022-ci il tarixli, 647 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri R.Rza küçəsi 9 №-li evdə yaşamaqla ailə tərkibi 1962-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 06 mart 2022-ci il tarixli, 4(014)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuanna şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuannanın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əvvəllər dəfələrlə məhkum olunması, cəzasını çəkib qurtarmadan yeni cinayət törətməsi şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(014)-99/2021 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 6 (altı) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 04 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 912,06 qram narkotik vasitə olan qurudulmuş marixuanna məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-99/2021 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 6 (altı) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 912,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanna məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-60/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-60/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver