Məhkəmə qərarları › İş №1(014)-60/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-60/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-60/2023 19.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – X7, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 aprel 2023-cü il tarixdə saat 12:40-da Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərində X1 məqsədi olmadan şəxsi istifadəsi üçün 30 manat müqabilində təmiz çəkisi 0,401 qram, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və 10 manat müqabilində təmiz çəkisi 0,371 qram, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yenicə kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 22:50-dən 23:10dək ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, Növbətçi hissədə üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,401 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində evli olmasını və himayəsində üç azyaşlı övladının olduğunu, övladlarının xəstəliyi ilə bağlı teztez Ucar və Yevlax rayonlarına getdiyini, təxminən iki ildir hərdən bir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı Ağdaş rayonu Yenicə kəndinin ərazisində olan zaman iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək Ağdaş rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, həmçinin həmin şəxslər ona üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barəsində onlarda məlumat olmasını bildirmiş, həmçinin polis əməkdaşları ona RPŞ-nə getməli olmasını bildirmiş, o da buna etiraz etməmiş və polis əməkdaşları ilə RPŞ-nə gəlmişdir. RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuş, bundan sonra ona hüquqları izah edilmiş, daha sonra RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində olan əşyları masının üzərinə qoymasını təklif etmiş, o da polis əməkdaşı ilə razılaşaraq əynində olan gödəkcənin sağ yan cibində olan üzərində “West” yazılmış siqaret qutusu, həmin gödəkcənin sol yan cibindən özünə məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan qara rəngli şalvarın sağ arxa cibindən isə ümumilikdə 40 manat pulu təqdim etmiş, daha sonra polis əməkdaşları üzərinə axtarış aparmış, lakin üzərindən başqa heçnə aşkar edilməmiş, bundan sonra polis əməkdaşı üzərində “West” yazılmış siqaret qutusunu açmış, həmin siqaret qutusunun içərisindən 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilmiş, həmin bükümlər açılan zaman sellofan bükümün içərisindən qəhvəyi rəngli toz halında maddə, kağız bükümdən isə ağ rəngli kristal formalı maddə aşkar edilmiş, o da sellofan bükümdəki maddənin “kakos” yəni heroin, kağız bükümdəki maddənin isə “patı” yəni metamfetamin olmasını bildirmişdir. Bundan sonra hər iki büküm ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş, sellofan bükümün çəkisi 0,5 qram, kağız bükümün çəkisi isə 0,6 qram olmuş, sonra həmin bükümlər kağız zərfə qablaşdırılmş və üzərinə möhür vurulmuş, həmçinin onun üzərindən aşkar edilmiş mobil telefonda ayrı kazğı zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışı, Mingəçevir şəhər sakini “Səxavət” adlı şəxsdən Mingəçevir şəhərində müvafiq olaraq 30 manat və 10 manat olmaqla ümumilikdə 40 manat müqabilində satın aldığını, həmin narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq nakotik vasitəni əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, buna görə də onun tərəfindən həmin tarixdə müvafiq sənədləşdirmələr aparılaraq rəisə məruzə olunmuş, həmin gün təxminən saat 22 radələrində Ağdaş RPŞ-nin PPXBnün polis nəfəri Sabir Məmədli ilə birlikdə Ağdaş rayonu Yenicə kəndində olan zaman Təqsirləndirilən şəxs piyada yol getməsini görmüş, buna görə də Təqsirləndirilən şəxs yaxınlaşmış, ona polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs əməliyyat müvəkkili olduğunu və üzərində narkotik vasitə saxlaması və istifadə etəsi barədə RPŞ-nə məlumat daxil olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs da onlarla birlikdə RPŞ-nə gəlmiş, RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, daha sonra ona hüquqları izah edilmiş və növbətçi hissəsədə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “West” markalı siqaret qutusu, həmin gödəkcəninsol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq və 02 ədəd 5 manatlıq pul əskinasları aşkar edilmiş, daha sonra siqaret qutusu açılmış, siqaret qutusunun içərisindən 01 ədəd falqa, 01 ədəd sellofan və 01 ədəd kağız büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin, kağız bükümün içərisində “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu, boş falqanı isə narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini bildirmiş, bundan sonra həmin bükümlər açılmış, sellofan bükümün içərisində qəhvəyi rəngli, toz halında, kağız bükümdə isə ağ rəngli, kristal formalı maddələrin olduğu müəyyən edilmiş, bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,5 qram və 0,6 qram olmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm tərkiblərinin və çəkilərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonda maddi əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfdə qablaşdırlaraq götürülmüş, həmin zərfin də üzərinə möhür vurulmuş, şəxsi axtarışın keçirilməsinə dair portokol tərtib edilərək ucadan oxunmuş, həmin protokola imza etmiş və bundan sonra şəxsi axtarış başa çatmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərində, Mingəçevir şəhər sakini Səxavət adlı şəxsdən almasını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatların daxil olmadığıı da göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 22:50-dən saat 23:10-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərində Vest yazılmış siqaret qutusu, sol yan cibindən ağ rəngli, 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan şalvarın ön cibindən 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq və 02 ədəd 5 manatlıq pul əskinasları aşkar edilmiş, daha sonra aşkar edilmiş siqaret qutusu açılmış, həmin siqaret qutusunun içərisindən 01 ədəd sellofan büküm, 01 ədəd kağız büküm və 01 ədəd falqa aşkar edilərərk götürülmüş, daha sonra sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında, kağız bükümdə isə ağ rəngli kristal formalı maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümdəki maddənin “kakos” yəni narkotik vasitə heroin, kağız bükümdə isə “patı” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilən zaman çəkiləri mübafiqolaraq 0,5 qram və 0,6 qram olmuşdur. Daha sonra həmin bükümlər və mobil telefon ayrı-ayrı kğıaz zərflərdə qablaşdırılmış və üzərilərinə DİN-in 111 nömrəli möhürü vurularaq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin xx.xx.2022-ci il tarixli 18/876 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə.1/imza/Təqsirləndirilən şəxs...” sözləri və imzalar və adlar yazılmış 01 ədəd zərfin içərisindəki; 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd gümüşü-ağ rəngəli kağız bükümdə, təmiz çəkisi 0,371 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 113 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və şifahi olaraq ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2023-cü il tarixli 18 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yenicə kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X8- anası; X6- yoldaşı; xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X10r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2- 56/2023 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Yenicə kəndində yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 dekabr 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 22:35-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin, tiryək və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi heroin 0,15 qram, tiryək 0.5 qram və metamfetamin 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhərində X1 məqsədi olmadan şəxsi istifadəsi üçün 30 manat müqabilində təmiz çəkisi 0,401 qram, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və 10 manat müqabilində təmiz çəkisi 0,371 qram, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç az yaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Ucar və Yevlax rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 0,351 qram narkotik vasitə heroin və 0,321 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X5 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək Ağdaş rayonu Yenicə kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Ucar və Yevlax rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 0,351 qram narkotik vasitə heroin və 0,321 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 71 manat 94 qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar