Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-60/2024 04.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1954-cü ildə Ağdaş rayonu, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək külli miqadarda ziyan vurmuşdur. Belə ki, o, 2023-cü ilin aprel ayının ortalarında ünvan 6 ərazisində yerləşən faktiki istifadəsində olan **********99 nömrəli reyestr çıxarışına əsasən Şahid6 xüsusi mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0,4387 ha torpaq sahəsində olan 13 ədəd 10 sm diamterdə hər biri 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 1560 manat dəyərində, 3 ədəd 16 sm diametrdə hər biri 150 (yüz əlli) manat olmaqla ümumilkdə 450 manat dəyərində, 8 ədəd 14 sm diamterdə hər biri 150 (yüz əlli) manat olmaqla ümumilkdə 1200 manat dəyərində, 17 ədəd 12 sm diamterdə, hər biri 120 (yüz iyirmi) manat olmaqla ümumilkdə 2040 manat dəyərində, 11 ədəd 8 sm diametrdə hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 1100 manat dəyərində, 11 ədəd 6 sm diametrdə hər biri 100 (yüz) manat olmaqla ümumilkdə 1100 manat dəyərində və 1 ədəd 4 sm diametrdə 80 manat dəyərində ümumilikdə 64 ədəd yaş, köküstə, bioloji inkişafda olan şam ağaclarını qanunsuz kəsərək təbiətə ümumilikdə 7530 (yeddi min beş yüz otuz) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Ağdaş-Qəbələ yolunun sağ hissəsində keçmiş Məşəd Bələdiyyəsinin inzibati ərazində 0,59 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini təxminən 15 il əvvəl satın aldığını və torpaq sahəsi xüsusi mülkiyyətində olub, kənd təsərrüfatı təyinatlı olduğunu, həmin torpaq sahəsində xatırlamadığı tarixdə şam ağacları əkdiyini, həmin şam ağaclarının qonşu ilə sərhəddə yerləşdiyini və qonşunun torpaq sahəsinə kölgə saldığı üçün, həmçinin qonşu torpaq sahəsi ilə öz torpaq sahəsində sərhəd olması üçün təxminən 2023-cü ilin aprel ayının ortalarında həmin ağacları təxminən kökboğazından 1 metr hündürlükdən qonşusu Şahid6 təsiri ilə kəsdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə2 ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi vəzifəsində işlədiyini, 13 noyabr 2023-cü il tarixdə ünvan 6i ərazisində idarənin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 59 ünvanında yaşayan Təqsirləndirilən şəxs Məşəd kəndi ərazisində yerləşən torpaq sahəsində 69 ədəd şam ağacanın qanunsuz kəsilməsini aşkar etdiklərini, Təqsirləndirilən şəxs həmin şam ağaclarının kəsilməsi barədə rəsmi icazəsinin olub-olmadığını soruşulduğunu, Təqsirləndirilən şəxs isə həmin şam ağaclarını qonşunun torpaq sahəsinə kölgə saldığı üçün kəsdiyini söylədiyini və bu barədə hər hansı dövlət orqanına məlumat vermədiyini bildirdiyini, bundan sonra Ağdaş şəhər bələdiyyəsinin mühəndisi Şahid3 və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə 69 ədəd şam ağaclarının kəsildiyi əraziyə baxış keçirildiyini, baxış zamanı 69 ədəd şam ağacının 0,9 m-1,2 m hündürlükdən kəsildiyinin müəyyən olunduğunu, kəsilmiş ağacların köküstə yaş olubolmamasını müəyyən etmək üçün 15 noyabr 2023-cü il tarixdə Ağdaş rayon X10 Mərkəzinin əməkdaşı Mikayıl Xəlilov tərəfindən baxış keçirildiyini və kəsilmiş 69 ədəd şam ağacının 64-nün kəsilən zaman köküstə yaş vəziyyətdə olduğu müəyyən edildiyini və bu barədə müvafiq rəy verildiyini, bundan sonra idarənin əməkdaşları tərəfindən akt tərtib olunduğunu, baxış zamanı Təqsirləndirilən şəxs ağacların onun tərəfindən kəsildiyini etiraf etdiyini, Təqsirləndirilən şəxs tərəfindən 64 ədəd şam ağacanın qanunsuz kəsilməsi nəticəsində təbiətə 7530 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar ünvan 6ində yerləşən torpaq sahəsinə idarənin digər əməkdaşı Şahid2 ilə 13 noyabr 2023-cü il tarixdə baxış keçirdiklərini, baxış zamanı 69 ədəd şam ağacının 0,9m-1,2m hündürlükdən kəsildiyi müəyyən edildiyini, baxış zamanı Ağdaş şəhər bələdiyyəsinin mühəndisi və Təqsirləndirilən şəxs də iştirak etdiyini, kəsilmiş ağacların köküstə yaş olub-olmamasını müəyyən etmək üçün 15 noyabr 2023-cü il tarixdə Ağdaş rayon X10 Mərkəzinin əməkdaşı Mikayıl Baxışov tərəfindən baxış keçirilmiş və kəsilmiş 69 ədəd şam ağacının 64-nün kəsilən zaman köküstə yaş vəziyyətdə olduğu müəyyən edildiyini və bu barədə müvafiq rəy verildiyini, baxış keçirilən zaman Təqsirləndirilən şəxs torpaq sahəsini alğı-satqı müqaviləsi ilə aldığını, hazırda çıxarış almadığını bildirdiyini, torpaq sahəsinin olduğu yeri müəyyən etmək üçün Ağdaş şəhər bələdiyyəsindən müvafiq arayış alındığını, baxış zamanı Təqsirləndirilən şəxs ağacların onun tərəfindən kəsildiyini etiraf etdiyini, Nüsrət Həsrəlinin ağacların torpaq sahəsinə kölgə saldığı üçün kəsdiyini bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş şəhər bələdiyyəsinin mühəndisi vəzifəsində işlədiyini, təxminən 1 ay əvvəl 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs məxsus Ağdaş- Qəbələ yolunun sağ hissəsində olan 0,59 ha torpaq sahəsinə baxış keçirdiklərini, baxış zamanı ərazidə 69 ədəd şam ağacının kəsildiyi müəyyən etdiklərini, kəsilmiş ağaclardan neçəsinin yaş, neçəsinin quru olduğunu xatırlamadığını, ağacların kəsildiyi ərazinin Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan pay torpaq sahəsi olduğunu və kənd təsərrüfatı təyinatlı olduğunu, baxış zamanı Təqsirləndirilən şəxs ağacların onun tərəfindən təxminən 2023-cü ilin aprel ayında kəsildiyini, qonşunun torpaq sahəsinə kölgə saldığı üçün kəsdiyini bildirdiyini, bundan sonra 8 saylı ETSİ-nin əməkdaşları tərəfindən akt tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs özünə məxsus 0,59 ha torpaq sahəsində ağacların kəsilməsi və götürülməsi üçün Ağdaş Bələdiyyəsinə müraciət etmədiyini bldirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində, Ağdaş şəhər bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, təxminən 1 ay əvvəl 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının dəvəti ilə Ağdaş şəhər bələdiyyəsinin mühəndisi Bühran Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Ağdaş-Qəbələ yolunun sağ hissəsində olan 0,59 ha torpaq sahəsinə baxış keçirildiyini, baxış zamanı ərazidə 69 ədəd şam ağacının kəsildiyinin müəyyən edildiyini, baxış zamanı iştirak etmədiyini, bu barədə bələdiyyənin mühəndisi Şahid3 məlumat aldığını, Təqsirləndirilən şəxs özünə məxsus 0,59 ha torpaq sahəsində ağacların kəsilməsi və götürülməsi üçün Ağdaş şəhər bələdiyyəsinə müraciət etmədiyini, Təqsirləndirilən şəxs tərəfindən 69 ədəd şam ağacının qanunsuz olaraq kəsilməsi barədə Azərabaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət ünvanlandığından əlavə olaraq bu barədə Ağdaş rayon Polis şöbəsinə tərəflərindən məlumat verilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs ünvan 6i ərazisində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində Təqsirləndirilən şəxs məxsus ferma olduğunu, təxminən 4 ildir ki, həmin fermada fəhlə işlədiyini, həmin sahənin kənarlarında şam ağacları olduğunu, 2023-cü ilin aprel ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektindəki yerləşən evinə gəldiyini, fermaya qayıtdıqdan sonra qonşu ilə sərhəddə olan şam ağaclarını kəsilmiş vəziyyətdə olduğunu gördüyünü, Təqsirləndirilən şəxs ona həmin ağacların qonşunun sahəsinə kölgə saldığı üçün kəsdiyini söylədiyini, Təqsirləndirilən şəxs həmin ağacları yandırmaq üçün ona verməsini xahiş etdiyini, razı olduqdan sonra ağacların oduncaq hissəsini doğrayıb bu günə kimi hissə-hissə yandırdığını bildirmişdir. Şahid5 həmçinin ifadəsində, Təqsirləndirilən şəxs həmin şam ağaclarını 2023-cü ilin aprel ayının ortalarında kəsdiyini, şam ağacların bir neçəsinin quru digərlərinin isə yaş vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs şam ağaclarını kəsən zaman evdə olmadığını, onun ağacları kəsməyindən evə qayıtdıqdan sonra məlumatı olduğunu, buna görə də Təqsirləndirilən şəxs ağacları kiminlə kəsməyi barədə heç bir məlumatı olmadığını, kəsilən şam ağaclarının olduğu torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildiyini, lakin kənd təsərrüfatı təyinatlı və şam ağaclarının kəsilməsinin cinayət məsuliyyəti yaratdığını bilmədiyini qeyd etmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Nüsrət ilə hər hansı düşmən münasibəti və ədavəti olmadığını, Təqsirləndirilən şəxs ağac kəsməsini bilmədiyini, aralarında əvvəllər torpaq mübahisəsi olduğunu, polis şöbəsində izahatı alındığını, ağaclar kəsildikdən sonra həmin ərazidə olduğunu və bu barədə heç kimə şikayət etmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli 81572 nömrəli aktdan və akta əlavə olunmuş cədvəldən görünür ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Ağdaş rayonu ərazisində monitorinq aparılan zaman şifahi məlumat əsasında Ağdaş rayonu Məşəd kənd ərazsində vətəndaşa məxsus pay torpaq sahəsində şam ağaclarının kəsilməsi aşkar olunmuş, daha sonra həmin torpaq sahəsinin ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğuna məxsus olması müəyyən edilmiş, Araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə ümumilikdə 69 ədəd olmaqla, 4 sm dimaterli 1 ədəd, 6 sm diametrli 12 ədəd, 8 sm diametrli 15 ədəd, 10 sm diametrli 13 ədəd, 12 sm diametrli 17 ədəd, 14 sm diametrli 8 ədəd və 16 sm diametrli 3 ədəd şam ağaclarının yer səthindən 0,9-1,2 sm hündürlükdə kəsilmişdir. Həmin şam ağaclarının yaş və ya quru olmasının müəyyənləşdirilməsi məqsədi ilə Ağdaş rayon X10 Mərkəzinə sorğu ünvanlanmış və həmin idarədən alınmış xx.xx.2023-cü il tarixli 3-22-3-3/2-43/2023 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 69 ədəd şam ağaclarının 5 ədədi kəsilməmişdən əvvəl quru, 64 ədədi isə yaş halda olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən “Yaşıllıqların mühafizəsi Haqqında Qanunun” yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarının tələblərini pozaraq təbiətə külli miqdarda, yəni 7530 manat məbləğində ziyan vurmuşdur. Araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 81572 saylı Akt tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2016-cı il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9, X2, X6, X7 və X8 birgə mülkiyyət üzrə onlara məxsus ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 0,5928 ha olan torpaq sahəsini Təqsirləndirilən şəxs 3000 manata satmışlar. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2024-cü il tarixli, № 3-21-3-35/2-750/2024 saylı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş məktubundan görünür ki, 69 ədəd şam ağacının kəsildiyi torpaq sahəsi **********99 reyestr nömrəli çıxarışla Şahid6 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-72/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Şahid6 cavabdeh Təqsirləndirilən şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən Şahid6 iddiası təmin edilməmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, 69 ədəd şam ağacının kəsildiyi torpaq sahəsi **********99 reyestr nömrəli çıxarışla Şahid6 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/266 nömrəli rəyində qeyd olunmuşdur ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, ekspertiza tədqiqatına təqdim edilmiş 81572 saylı akta əlavə edilmiş həcm-qiymət cədvəlinə əsasən qərarda göstərilən 64 ədəd şam cinsli və müxtəlif diametrli ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində tikinti və abadlaşdırma məqsədi istisna olmaqla təbiətə dəymiş ziyanın ümumi məbləği 7530 manat müəyyən edilir. İşin materiallarında olan təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs torpaq sahəsində olan şam ağaclarının kəsildiyi yeri və digər ağacları nümayiş etdirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-22/2- 147/2024 saylı arayışdan görünür ki, ünvan 7 ünvanda yaşayan, xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhər İƏD üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli №21 saylı arayışdan görünür ki, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 59 №-li evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi 1959-cu il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 16:30-da tanış edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən etiraf edilməsə də, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinə əsasən külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, işin bütün halları ilə təqsirləndirilən şəxsin ona verilmiş ittihamda qeyd olunan əməli törətməsi öz təsdiqini tapır. Müdafiə tərəfinin Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 72/2023 saylı qətnaməsinə istinad edərək ittihamda qeyd olunan torpaq sahəsinin Şahid6 mülkiyyətində olmaması ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, qanunvericiliyin tələbinə görə Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Bundan başqa, həmin torpağın kimin mülkiyyətində olub-olmamasından asılı olmayaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və qanunvericiliyin tələblərinə görə fiziki şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Bundan əlavə, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-72/2023 saylı qətnaməsində torpağın kimin mülkiyyətində olması məsələsi həll edilməmiş, yalnız torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilib-edilməməsi məsələsinə hüquqi münasibət bildirilmişdir. Əksinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin verdiyi məktubla müəyyən edilir ki, 69 ədəd şam ağacının kəsildiyi torpaq sahəsi **********99 reyestr nömrəli çıxarışla Şahid6 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əvvəllər xeyli sayda ağaclar əkərək ekologiyaya fayda verməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-60/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-60/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver