Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-61/2020 21.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1974-cü ildə Ağdaş rayonu, Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Kotanarx kəndində qeydiyyatda olan və yaşayan, barəsində 02 iyun 2020-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Kotanarx kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 8 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 47,80 qram olan 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda, 04 ədədini isə dibçəkdə qanunsuz olaraq 2020-ci ilin mart ayının axırlarında əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 25 may 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:50 radələrində əkmiş olduğu 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı Ağdaş rayonu, Kotanarx kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrin istifadəçisi olduğunu, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 5 ədədi torpağa, 4 ədədi isə 2 ədəd dibçəyə olmaqla ümumilikdə 9 ədəd narkotik tərkibli bitki əkdiyini, bir neçə dəfə həmin narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, 25 may 2020-ci il tarixdə, təxminən saat 15:30 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətəndə yaşdığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidlərinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində su arxının kənarından aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkiyə oxşar bitki kolları və 2 ədəd dibçəyə əkilmiş 4 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları, ümumi sayı isə 9 ədəd narkotik tərkibli kol aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü bildirdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 25 may 2020-ci il tarixdə Ağdaş rayonu, Kotanarx kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunduğunu, həmçinin həmin gün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirilmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞ-nin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, orada Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün aqronom və iki nəfər hal şahidlərinin iştirakları ilə Şaiqin həyətinə daxil olduqlarını, həmin zaman saat 15:30 radələrində Şaiqi çağırdıqlarını, Şaiqin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə onlarda məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Şaiqin də etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun, başqa iki nəfər hal şahidinin, aqranom Arif Səmədovun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində su arxının kənarından aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 16 sm-dən 42 sm-ə qədər 5 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları və hündürlükləri 28 sm-dən 66 sm-ə qədər olan 2 ədəd dibçəyə əkilmiş 4 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kollarının, ümumi sayı isə 9 ədəd narkotik tərkibli kol aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli kolları özü istifadə etmək üçün bir ay əvvəl əkib becərdiyini bildirdiyini, Təqsirləndirilən şəxs həyətindən cəmi 9 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, lakin həmin narkotik tərkibli bitkilər ekspertizaya təqdim edildikdən sonra 01 ədəd bitki nümunəsinin narkotik tərkibli bitkilərə aid olmadığı göstərildiyini, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini, satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını bildirdi. İş üzrə şahidlər, Ağdaş RPŞ-nin əməkdaşları Şahid4 və x1 məhkəmə iclasında Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 25 may 2020-ci il tarixində, təxminən saat 15:30 radələrində Ağdaş rayonu, Kotanarx kəndində küçədə dayandığını, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirələcəyini və onun da həmin baxışda hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, onlarla razılaşdığını, özü könüllü olaraq hal-şahidi kimi iştirak etmək üçün Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getdiyini, ondan əvvəl oraya qonşuluğunda yaşayan Şahid3 da hal şahidi kimi iştirak etmək üçün dəvət edildiyini, eyni zamanda həmin vaxtı orada aqranom Arif adlı şəxsin də olduğunu, həmçinin onlardan başqa polis əməkdaşlarının da Təqsirləndirilən şəxs həyətində olduqlarını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən, onun yaşadığı evin həyətyanı sahəsində su arxının kənarından 5 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları və 2 ədəd dibçəyə əkilmiş 4 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları, ümumi sayı isə 9 ədəd narkotik tərkibli kolun aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli kolları özü bir ay əvvəl istifadə etmək üçün əkib becərdiyini bildirdiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, birgə nigahdan 2 azyaşlı övladlarının olduğunu, Şaiqlə 2 azyaşlı övladları ilə birlikdə yaşadıqlarını, x3 Sistəmləri İdarəsində mirab vəzifəsində işlədiyini, yoldaşının ciyərlərında xəstəliyi olduğunu, 25 may 2020-ci il tarixdə, təxminən saat 15:30 radələrində evdə olduğunu, həmin vaxt yoldan Şaiqi kiminsə səsləməsini eşitdiyini, bu vaxt Şaiqin yaşadıqları evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının Şaiqə yaxınlaşaraq onlarda yaşadıqları evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, daha sonra yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirildiyini, lakin həmin baxışda iştirak etmədiyini, sonradan həyətlərinin bağ hissəsindən 9 ədəd narkotik tərkibli bitki kolları aşkar olunduğunu, daha sonra polis əməkdaşları, iki nəfər hal şahidi kimi iştirak edən qonşuları və tanımadığı şəxslərin iştirakı ilə həmin narkotik tərkibli bitki kolları qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülüb aparıldığını, əri Şaiqin narkotik vasitələri həyətdə əkməsi barədə heç bir məlumatının olmadığını, həmçinin onun narkotk vasitələrdən istifadə etməsi və satması barədə də heç bir məlumatının olmadığını, müəllimə işlədiyini, Şaiqin həmin narkotik tərkibli bitki kollarını həmin yerdə əkməsindən heç bir xəbəri olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 25.05.2020-ci il tarixli 17/307 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkib becərdiyi” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 20 sm-dən 55 sm-dək, təmiz çəkiləri 47,80 qram olan 8 ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin zərfin içərisindəki hündürlüyü 11 sm, təmiz çəkisi 0,32 qram olan 01 ədəd bitki nümunəsi narkotik tərkibli bitkilərə aid deyildir. Aqronom mütəxəssis Arif Səmədovun 25.05.2020-ci il tarixli rəyindən görünür ki, 08 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının 01.06.2020-ci il tarixli, 422 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlardən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 25 may 2020-ci il tarixdən 21 iyul 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 ay 26 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 03 ay 22 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 47,40 qram olan 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 may 2020-ci il tarixdən 21 iyul 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı bir ay iyirmi altı gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi üç ay iyirmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il səkkiz ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 47,40 qram olan səkkiz ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-61/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-61/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver