Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-61/2021 19.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2004-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 3 saylı evdə qeydiyyatda olan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və üzərində gəzdirmişdir. Belə ki, o, 2020-ci ilin dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 3 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahlardan 1 ədədini əl çantasında üzərində qanunsuz olaraq gəzdirmiş, 20.12.2020-ci il tarixdə saat 12:45 radələrində Ağdaş RPŞ-nin PPXT-nin əməkdaşları tərəfindən Ağdaş şəhər H.Əliyev prospektindən Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 13:00 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin 1 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah sonuncunun üzərindəki əl çantasından aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 3 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahlardan 2 ədədini isə təkrarən qanunsuz olaraq üzərində gəzdirmiş, 07.03.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə Ağdaş şəhəri H.Əliyev prospektindən Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 17:15 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman 2 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, əvvəllər məhkumluğu olmadığını, atası və anasının təxminən 3 ildir ki, ayrıldıqlarını və əvvəlcə anasının himayəsində qaldığını, lakin sonradan könüllü olaraq anası ilə yaşamadığı üçün təxminən 7 aydır ki, atası ilə birlikdə Bakı şəhərində Bayıl qəsəbəsində kirayə yaşadıqlarını, təxminən 12.12.2020-ci il tarixdə atası ilə birlikdə Ağdaş rayonuna gəlməyi qərara aldıqlarını, özü də atası ilə birlikdə Ağdaş şəhərinə gəldiyini, Ağdaş şəhərinə gələn zaman Bakı şəhərindən cibində 1 ədəd açılıb bağlanan cib bıçağı və 1 ədəd kustar üsulla hazırlanmış beşbarmaq adlanan əşya gətirdiyini, həmin beşbarmaq və bıçağın onun üzərində olduğunu, 20.12.2020-ci il tarixdə saat təxminən 12:45 radələrində Ağdaş şəhəri H.Əliyev prospekti ilə piyada gedərkən M.İsayev məktəbinin qarşısında əlində açılıb bağlanan bıçağı gəzdirən zaman bir nəfər polis əməkdaşının ona yaxınlaşdığını və özünü ona təqdim etdiyini, bundan sonra polis əməkdaşının həmin bıçağı onun əlində görüb onu PŞ-yə getməyini bildirdiklərini, etiraz etməyib onlarla birlikdə PŞ-yə gəldiyini, PŞ-də onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bıçaq onun gödəkçəsinin sağ yan cibindən və 1 ədəd beşbarmaq isə onun üzərində olan qara rəngli bel çantasının içərisindən aşkar olunduğunu, bundan sonra bu barədə protokol tərib edildiyini, daha sonra 07.03.2021-ci il tarixdə Ağdaş RPŞ-nin CABnin əməkdaşları tərəfindən Ağdaş rayon ərazisindən tutularaq PŞ-yə gətirildiyini, İstintaq qrupuna təqdim edildiyini, PŞ-də üzərində şəxsi axtarış aparıldığını və həmin zaman üzərindən 2 ədəd beşbarmaq aşkar edilərək götürüldüyünü, üzərindən aşkar olunan bıçağı Bakı şəhərindən yadında qalmayan mağazadan özü meyvə doğramaq üçün əldə etdiyini, beşbarmağı isə Bakı şəhərindən tanımadığı yerdən tapdığını, həmin bıçağı meyvə doğramaq üçün üzərində gəzdirdiyini, beşbarmağı isə maraq üçün üzərində gəzdirdiyini, həmin bıçaq və beşbarmağı üzərində gəzdirməyi barədə heç kimə heçnə demədiyini, heç kimin xəbəri olmadığını, üzərindən aşkar olunmuş 2 ədəd beşbarmağın özünə məxsus olduğunu, onları Bakı şəhərindən xatırlamadığı yerdən tapdığını, üzərində gəzdirirdiyini, polis əməkdaşlarının da onu tutub PŞ-yə gətirən zaman da üzərindən aşkar olunduğunu, həmin beşbarmaqları 2020-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərindən tanımadığı yerdən tapdığını, həmin beşbarmağın birini üzərində gəzdirən zaman 20.12.2020-ci il tarixdə aşkar olunduğunu, digər ikisinin isə özündə olduğunu, onları da sonradan götürüb cibində saxladığını, 07.03.2021-ci il tarixdə axtarış olub PŞ-yə gətirilən zaman üzərində şəxsi axtarış keçirilmiş və həmin 2 ədəd beşbarmağın üzərindən aşkar edildiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-ballistik ekspertizasının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, təxminən 3 ildir ki, arvadı ilə ayrıldığını, Oktayın əvvəlcə arvadının himayəsində qaldığını, lakin sonradan Oktayın könüllü olaraq arvadı ilə yaşamadığı üçün təxminən 7 aydır ki, onunla birlikdə Bakı şəhərində Bayıl qəsəbsində kirayə yaşadığını, təxminən 12.12.2020-ci il tarixdə biz birlikdə Ağdaş rayonuna gəlməyi qərara aldıqlarını, Oktayın da onunla birlikdə Ağdaş şəhərinə gəldiyini, 20.12.2020-ci il tarixdə Oktayın Ağdaş şəhəri H.Əliyev prospekti ilə piyada gedərkən M.İsayev məktəbinin qarşısında əlində açılıb bağlanan bıçağı gəzdirən zaman bir nəfər polis əməkdaşının ona yaxınlaşdığını və özünü ona təqdim etdiyini, bundan sonra polis əməkdaşının həmin bıçağı onun əlində gördüyünü onu PŞ-yə dəvət etdiyini, PŞ-də onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bıçağın onun gödəkçəsinin sağ yan cibindən və 1 ədəd beşbarmağın isə onun üzərində olan qara rəngli bel çantasının içərisindən aşkar olunduğunu, bundan sonra bu barədə protokol tərtib edildiyini bildiyini, həmçinin 07.03.2021-ci il tarixdə Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən oğlu Oktayın Ağdaş rayon ərazisindən tutularaq PŞ-yə gətirilən zaman, PŞ-də üzərindən 2 ədəd beşbarmaq aşkar edilərək götürüldüyünü də sonradan bildiyini, Oktayın üzərindən aşkar olunan bıçağı Bakı şəhərindən xatırlamadığı mağazadan özü meyvə doğramaq üçün aldığını, beşbarmaqları isə Bakı şəhərindən tanımadığı yerdən tapdığını, Bakı şəhərindən Ağdaş şəhərinə gələn zaman Oktay üzərində 1 ədəd bıçaq və beşbarmaqları gətirməsi barədə məlumatı olmadığını bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-ninin PBXB-nin polis nəfəri vəzifəsində işlədiyini, 20.12.2020-ci il tarixdə saat 12:45 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində 3 saylı xidməti postunda xidmət apardığını, bu zaman M.İsayev məktəbinin qarşısında bir nəfər şəxsin əlində açılıbbağlanan bıçağı gördüyünü və həmin zaman ona yaxınlaşdığını, özünü təqdim etdiyini, bundan sonra onu polis şöbəsinə dəvət etdiyini, polis şöbəsinin növbətçi hissəsində məsul növbətçi tərəfindən həmin şəxsin şəxsiyyətinin müəyyən edildiyini, bu zaman həmin şəxsin Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını və şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bıçaq və əlində olan qara rəngli bel çantasının içərisindən 1 ədəd beşbarmaq aşkar olunduğunu, sonra həmin bel çantasının Oktaya qaytarıldığını, 1 ədəd bıçağın və 1 ədəd beşbarmağın isə məsul növbətçi tərəfindən götürüldüyünü, həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün bu barədə raportla RPŞ-nin rəhbərliyinə müraciət etdiyini, Təqsirləndirilən şəxs adı cəmiyyət arasında yaxşı hallanmadığını, bir polis əməkdaşı kimi onu tüfeyli həyat sürən və avaralıqla məşğul olan şəxslərin yanında gördüyünü, onun əlində bıçaq olduğunu görən zaman ona yaxınlaşıb özünü təqdim edib onu PŞ-yə dəvət etdiyini, həmin bıçağın Təqsirləndirilən şəxs əlində görə zaman Oktayın bıçağı kənar şəxslərə qarşı nümayiş etdirmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin X1 baş inspektoru vəzifəsində işlədiyini, 20.12.2020-ci il tarixdən 21.12.2020-ci il tarixədək Ağdaş RPŞ-nin məsul növbətçisi vəzifəsini icra etdiyini, 20.12.2020-ci il tarixdə saat 12:50 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 bir nəfər şəxsi məsul növbətçiyə gətirdiyini və xidmətdə olarkən həmin şəxsin əlində bıçaq olduğunu və ona görə də həmin şəxsi PŞ-yə gətirdiyini bildirdiyini, həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlu olduğu müəyyən edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərində inzibati qaydada hal şahidlərinin iştirakı ilə şəxsi axtarış apardığını və şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bıçaq və əlində olan qara rəngli bel çantasının içərisindən 1 ədəd beşbarmaq aşkar olunduğunu, sonra həmin bel çantasının Oktaya qaytarıldığını, 1 ədəd bıçağın və 1 ədəd beşbarmağın isə tərəfindən götürüldüyünü, bundan sonra Şahid1 bu barədə raportla RPŞ-nin rəhbərliyinə müraciət etdiyini və toplanmış materialın HK-1-də qeydiyyata alınaraq araşdırılmasının İstintaq Qrupuna həvalə edildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2021-ci il tarixli, 3/2173 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 10.03.2021-ci il tarixli, 17/186 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 mart 2021-ci il tarixli, 579 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsində 3 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2; Qanuni nümayəndə; X4. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı təkrarən gəzdirməsi əməlində cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qanunsuz olaraq soyuq silahı təkrarən gəzdirməsi cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 3 ədəd kastet (beşbarmaq) məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərləri 94 manat 60 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müdətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona nəzarət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 94,60 (doxsan dörd manat altmış qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 3 ədəd kastet (beşbarmaq) məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-61/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-61/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver