Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-61/2023 11.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonu Nehrəxəlil kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə arvadı Zərərçəkmiş şəxs sifət, kürək, baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona beyin silkələnməsi, sol təpə nahiyəsinin dərialtı hematoması (şişkinliyi), küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurduqlarını, birgə nikah dövründən iki övladlarının dünyaya gəldiyini, əvvəllər aralarında dava-dalaş və ya mübahisə olmadığını, lakin son zamanlar onun həyat yoldaşı Nazpəriyə dəfələrlə telefonla zəng edən zaman, onun kiminləsə telefonla danışmısından şübhələndiyini, xx.xx.2023-cü il tarixdə 14:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs mobil telefonla zəng edən zaman, bir neçə dəfə zəng etməsinə baxmayaraq, arvadı Nazpərinin istifadəsində olan mobil nömrənin məşğul olduğunu gördüyünü, bundan sonra arvadı Nazpəriyə yenidən zəng edən zaman telefona cavab verdiyini və onun Nazpəriyə “sən telefonla bu qədər kiminlə danışırsan’’ sözünü bildirdiyini, arvadı Nazpərinin ona “mən qızım Mədinənin sinif yoldaşının anası ilə danışıram” deyə söylədiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində yaşadıqları evə gələn zaman, arvadı Zərərçəkmiş şəxs telefonla kiminləsə danışmasından şübhələndiyi üçün Nazpəriyə “telefonu mənə ver” deyə söylədiyini, lakin Nazpərinin telefonu ona verməkdən imtina etdiyini, o da iki əli ilə Nazpərinin əlindən tutaraq telefonu onun əlindən almaq istədiyini, həmin vaxt Nazpərinin ona telefonu verəcəyini söylədiyini, o da Nazpərinin əlini buraxan zaman Nazpərinin telefonu qəflətən evin divarına çırpdığını, buna görə Nazpəriyə əsəbləşərək qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs üz və baş nahiyəsindən iki dəfə şillə ilə sağ və sol əlləri ilə bərk vurduğunu, sonra telefonu yerdən götürən zaman telefonun ekranının qırıq olduğunu gördüyünü, lakin telefonun həmin vaxt işlək vəziyyətdə olduğunu, buna görə də telefonu koddan açdığını, həmin vaxtı arvadı Nazpərinin qorxaraq yaşadıqları evdən çıxaraq getdiyini, arvadı Zərərçəkmiş şəxs ilə yaşadıqları evdə xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində mübahisə və dava-dalaş edən zaman, yanlarında atası Şahid2 Əhmədiyyə oğlunun və anası Şahid1 olduğunu, başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini, aralarındakı davadalaşın təxminən 3-5 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində 2014-cü ildə Ağdaş rayon Nehrəxəlil kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, onların birgə nikahlarından iki övladlarının olduğunu, əvvəllər əri Təqsirləndirilən şəxs ilə çox mehriban yaşadıqlarını, lakin son vaxtlar Təqsirləndirilən şəxs onu müxtəlif kişilərlə görüşüb ona xəyanət etməkdə günahlandırdığını, bu səbəbdən də əri Təqsirləndirilən şəxs ilə aralarında narazılıqlar yarandığını, xx.xx.2023-cü il tarixdə səhər saat 07:00 radələrində əri Təqsirləndirilən şəxs işləmək üçün evdən çıxıb getdiyini, həmin günü, təxminən saat 14:00 radələrində əri Təqsirləndirilən şəxs özünün istifadəsində olan mobil telefon ilə onun istifadəsində olan mobil telefona zəng edən zaman onun istifadəsində olan mobil telefonun məşğul göstərdiyini, lakin sonradan əri Fəqanın ona yenidən zəng edib onunla danışdığını, Fəqanın telefonda onu başqa kişilərlə mobil telefonla danışaraq ona xəyanət etməkdə günahlandırdığını, o da Fəqana başqa kişilərlə danışmadığını, ona xəyanət etmədiyini bildirdiyini, həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində əri Fəqanın yaşadıqları evə gələrək ondan özünə məxsus mobil telefonu baxmaq üçün istədiyini, o da özünə məxsus mobil telefonu əri Fəqana verməkdən imtina etdiyini, buna görə də əri Fəqan ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əri Fəqanın yumruqla bir neçə dəfə onun sifət, kürək, baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona xəsarət yetirdiyini, daha sonra əri Fəqanın əlindən çıxıb küçəyə qaçdığını, sonra yol ilə gedərək Rşad adlı şəxsin evinə gedib oradan ev sahibindən polisə məlumat verməsini xahiş etdiyini, həmin evin sahibi Rşad adlı şəxsin DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat verdiyini, daha sonra polis əməkdaşlarının həmin yerə gəldiklərini və onun ərizə ilə Ağdaş RPŞ-yə müraciət etdiyini, mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, lakin Fəqan ilə aralarındakı mübahisə və dava-dalaş baş verən zaman səs-küyə qayınanası Pərvanə və qayınatası Tərlanın gəldiklərini, başqa heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - beyin silkələnməsi, sol təpə nahiyəsinin dərialtı hematoması (şişkinliyi), küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-61/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-61/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver