Məhkəmə qərarları › İş №1(014)-62/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-62/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-62/2020 29.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - X7, Azərbaycan Respubilkasının Baş prokurluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya Məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxsm oğlu Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri H H.Hacıyev küçəsi 1/1-də qeydiyyatda olan, barəsində xx.xx.2020-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə xx xxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhəri F.Səfərov küçəsi ev 12-də yaşayan X13 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə müraciət edərək qaynı Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək bıçaqla onu öldürməklə hədələməsini bildirmiş, həmin müraciətlə əlaqədar Ağdaş RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq üçün öz vəzifələrini yerinə yetirmək məqsədilə Ağdaş şəhəri SU-18 qəsəbəsinə getmiş, xx.xx.2017-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində Ağdaş şəhəri SU-18 qəsəbəsində küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, yəni polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, özünü kənar şəxslərin fövqündə tutub heç bir əsaslı səbəb olmadan, onun qanunsuz əməllərinin qarşısını almaq məqsədilə oraya gəlmiş polis əməkdaşlarının xidməti avtomobili olan, Ağdaş RPŞ-nin Növbətçi X17 markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq aynasını silah qismində iştifadə etdiyi Samsung markalı mobil telefonla qəsdən vurub sındıraraq özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, əvvəllər Azərbaycan Respublikası CM-nin 127.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunduğunu, 2019-cu il tarixdə həbsdən azad edildiyini, Şahid6 onun atası olduğunu, Şahid5 onun qardaşı, Afaqın isə onun həyat yoldaşı olduğunu, özü qardaşı Qubadla bir evdə yaşadıqlarını, evlərinin böyük olduğunu, atasına onunla yaşamasını bildirdiyini, lakin onunla birlikdə yaşamadığını, qardaşı Şahid5 onlardan ayrı yaşadığını, atasının Şahid5la bir evdə yaşadığını, atasına öz evinin olduğunu, gəlib öz evində onunla birlikdə yaşamalarını dediyini, atasının razılaşmadığını, buna görə xx.xx.2020-ci il tarixdə atasının işlətdiyi Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən sexinə getdiyini, Şahid5 da orada olduğunu, atasından axşam gəlib öz evində qalmasını xahiş etdiyini, lakin qardaşı Şahid5 onunla qalacaq dediyini, Şahid5 qarışmamasını dediyini, sonra isə evə gəldiyini, evdə təxminən yarımlitr araq içdiyini, saat təxminən 20 radələrində atasını evə gətirmək üçün onun işlətdiyi sexə getdiyini, havanın qaraldığını, lakin sex bağlı olduğunu, bundan sonra qardaşı Şahid5 zəng etdiyini, lakin telefona onun yoldaşı Afaqın cavab verdiyini, atasını soruşduğunu, ancaq Afaq ona nalayiq söyüşlər söydüyünü, sonra isə telefonu Şahid5 götürdüyünü, guya atasının SU-18 qəsəbəsində yaşayan ögey anası İradənin evində olduğunu dediyini, bundan sonra Su-18 qəsəbəsinə getdiyini, İradəyə zəng etdiyini, İradənin də atasının getdiyini dediyini, həmin vaxt polis əməkdaşlarının onlara gəldiklərini, onlar xidməti maşında olduqlarını, polis əməkdaşlarının ondan şikayət olduğunu və ona polis şöbəsinə getməyi təklif etdiklərini, onlara atasının arxası ilə gəldiyini, onlarla polis şöbəsinə getmədiyini, bundan sonra əsəbləşdiyini, əlində olan mobil telefonla polis avtomobilinin aynasını vurduğunu, zərbədən aynanın sındığını, sonra isə lezva çıxardıb özünün qarın nahiyəsinə xəsarət yetirdiyini, sonra isə polis əməkdaşlarının aralanıb getdiklərini, daha sonra atasını tapmayıb evə gəldiyini, sonra yenə araq içib küçəyə çıxdığını, bu zaman polis əməkdaşlarının onu saxladıqlarını, atası Şahid6 onun xx.xx.2020-ci il tarixdə saat 15 radələrində onun işlədiyi sexə gələrək bıçaqla onu öldürməklə hədələdiyini bildirməsi barədə atasının yalan danışdığını, onun işlədiyi sexə gedərək evdə gəlib yaşamasını bildirdiyini, lakin bıçaqla onu öldürməklə hədələmədiyini, telefonla Şahid5ı və onun həyat yoldaşını öldürməklə hədələmədiyini, Şahid5 Mustafayevin ifadəsində xx.xx.2020-ci il tarixdə saat 15 radələrində onun və atası Samidin işlədiyi sexə gəlməyini, orada Samidin boğazına bıçaq dirəyərək evə gəlməsə öldürəcəyini bildirməsi barədə Şahid5 yalan danışdığını, atasının boğazına bıçaq dirəmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxsm oğlu ifadəsində Ağdaş RPŞ-nin maliyyə hissəsinin rəisi vəzifəsində işldiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhəri, F.Səfərov küçəsi ev 12-də yaşayan X13 qaynı Təqsirləndirilən şəxs tərəfindən öldürülməklə hədələməsi barədə DİN-in “102” xidmətinə müraciət etdiyini, Ağdaş RPŞ-nin əməliyyat istintaq qrupunun üzvləri, yəni növbətçi hissəsinin sürücüsü Şahid4, TQ-nun təhqiqatçısı Elçin Mütəllimov, CAB-ın əməliyyat müvəkkili Şahid1 və İTB-nin sahə rəisi Şahid3 DİN-in “102” xidmətindən daxil olmuş məlumatla əlaqədar çağırışa getdiklərini, həmin məlumatla əlaqədar Təqsirləndirilən şəxs SU-18 qəsəbəsində olmasının müəyyən edildiyini, onun arxası ilə əməliyyat istintaq qrupunun üzvləri getdiklərini, Su-18 qəsəbəsində Təqsirləndirilən şəxs polis əməkdaşlarının gəldiyi görüb onlara qarşı nalayiq söyüşlər söydüyünü, həmçinin polis avtomobilinin təkərlərini təpiklə vurduğunu, əlləri ilə avtomobilin özünü vurduğunu, daha sonra mobil telefonla avtomobilin qabaq aynasını vurub sındırdığını, polis əməkdaşlarının onu sakitləşdirmək istəyən zaman üzərində olan lezva ilə özünə xəsarət yetirməyə çalışdığını, həmin vaxt eşitdiyi qədər küçədə kənar şəxslərin olduğunu və onların bütün bu hadisəni gördüklərini, hadisə nəticəsində avtomobilə təxminən 350-400 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Məhkəməyədən Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində əməliyyat-istintaq qrupunun üzvü olduğunu, xidmətdə olan zaman Ağdaş şəhəri F.Səfərov küçəsi 12-də yaşayan X13 DİN-in “102” xidmətinə müraciət edərək qaynı Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək onu öldürməklə hədələməsi barədə məlumat verdiyini, həmin məlumatla əlaqədar özü və əməliyyatistintaq qrupunun digər üzvləri, yəni Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Elçin Mütəllimov və İTB-nin sahə rəisi Şahid3 həmin gün Növbətçi Hissəsinin sürücü polis nəfəri olan Şahid4 ilə xidməti polis avtomobili ilə Afaq Qədimovanın yaşadığı ünvana getdiklərini, həmin vaxt Səbuhinin həmin ünvanda olmadığını, daha sonra Səbuhinin qardaşı Şahid5 Səbuhinin hazırda SU-18 qəsəbəsində olduğunu bildirdiyini, Şahid5 və Afaqın öz avtomobilləri ilə, özlərinin isə Əlövsətin idarə etdiyi Fiat Doblo **-PS-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Ağdaş SU-18 qəsəbəsinə getdiklərini, həmin qəsəbəyə çatan zaman Səbuhinin yol kənarında olduğunu gördüklərini, avtomobili saxlayıb ona yaxınlaşdıqlarını, Səbuhinin onları görən kimi nalayiq söyüşlər söyərək onlara tərəf gəldiyini, onu sakitləşdirməyə çalışdıqlarını, həmin vaxt küçədə adamların olduğunu, səsküyə kənardan adamların gəldiklərini, lakin qaranlıq olduğundan kimlərin olmasını görmədiyini, Səbuhiyə ondan şikayət olduğunu bildirdiklərini və sakitləşdirməyə çalışdıqlarını, lakin Səbuhinin daha azğınlaşaraq əlində olan mobil telefonu avtomobilin qabaq aynasına çırpdığını, zərbədən avtomobilin qabaq şüşəsinin çatladığını, Səbuhiyə yaxınlaşan zaman onun cibindən lezva çıxardaraq boyun nahiyəsini və qarın nahiyəsini doğramağa başladığını, buna görə ona yaxın gedə bilmədiklərini, Səbuhidən ayrılıb getdiklərini, daha sonra Səbuhi polis şöbəsinin qarşısına gəldiyini, Səbuhini orada saxlayıb polis şöbəsinə saldıqlarını, hadisə zamanı orada adamların olduğunu, Səbuhinin qardaşı Şahid5 və qardaşı arvadı Afaqın da olduğunu, qaranlıq olduğundan kənarda olan şəxsləri tanıya bilmədiyini, Səbuhinin onlara qarşı hər hansı bir zor tətbiq etmədiyini, ancaq avtomobilin qabaq aynasını əlində olan mobil telefonla vurub sındırdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid Mustafayev Şahid5 ifadəsində Təqsirləndirilən şəxs onun qardaşı olduğunu, atasının evində Səbuhinin yaşadığını, onun daima problem yaratdığı üçün atasının onunla yaşamadığını, atasının da gah işlətdiyi sexdə gah da onun evində yaşadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Səbuhi atasının sexinə gəldiyini, atası ilə birlikdə işlədiyini, Səbuhinin gəlib atasına axşam gəlib evdə qalmasını dediyini, atasının gəlməyəcəyini dediyini, Səbuhi atasına nalayiq söyüşlər söyməyə başladığını, əlində bıçaq tutduğunu, lakin bıçağın ucu görsəndiyini, qulp hissəsinin görsənmədiyini, Səbuhinin bıçağı atasının boğazına tərəf tutaraq axşam evə gəlməsə onu deşik-deşik edəcəyini bildirdiyini, Səbuhiyə çıx get burdan dediyini, Səbuhinin də onu və ailəsini öldürməklə hədələdiyini, daha sonra saat təxminən 20 radələrində həyat yoldaşı Afaqın ona zəng edərək Səbuhinin ona zəng edərək nalayiq söyüşlər söyərək təhqir etdiyini, həmçinin gəlib öldürməklə hədələdiyini bildirdiyini, dərhal evə gəldiyini, həmin vaxt atası Samidin də onlarda olduğunu, həmçinin atasının onlarla birlikdə qaldığını, Afaqı götürüb polis şöbəsinə gələn zaman yolda avtomobillə gələrkən yaşadığı küçədə Səbuhinin qarşısına çıxdığını və onun əlində bıçaq olduğunu, Səbuhinin yoldaşı tərəfə onu bıçaqla vurmaq üçün getdiyini, lakin avtomobili dərhal sürüb polisə gəldiyini, bu barədə polisə ərizə ilə müraciət etdiklərini, Səbuhinin SU-18 qəsəbəsinə getdiyini sonradan bildiyini, orada onun ögey anası İradənin yaşadığını, Səbuhinin onları oraya getdiklərini zənn etdiyini, özü də oraya getdiyini və həmçinin də polis əməkdaşlarının də onun arxası ilə gəldiyini, SU-18 qəsəbəsində polis əməkdaşlarının Səbuhiyə yaxınlaşan zaman Səbuhinin ucadan nalayiq söyüşlər söyməyə başladığını, sonra polis avtomobilinə tərəf hücum etdiyini, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdıqlarını, lakin Səbuhinin onlara tabe olmadığını, polisin xidməti avtomobilini təpikləməyə başladığını, yumruqları ilə bir neçə dəfə avtomobilin müxtəlif yerlərindən vurduğunu, sonra isə Səbuhinin nə iləsə polis avtomobilinin aynasını vurub sındırdığını, lakin onun avtomobilin şüşəsini nə ilə vurmasını görmədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Səbuhi narahat adam olduğunu, daima spirtli içki qəbul edib yaşadıqları evdə münaqişə yaratdığını, həmçinin Səbuhinin əvvəllər də məhkum olunduğunu, Səbuhinin daima evdə münaqişə yaratdığından özü həmin evdə yaşamadığını, soyuducu təmiri sexi olduğunu və həmin sexdə yaşadığını, yoldaşının isə kirayədə yaşadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 raadələrində Səbuhinin onun işlədiyi sexə gəldiyini, Səbuhinin ona məxsus seyfi ondan xəbərsiz satdığından bunun üstündə aralarında sözlə mübahisə olduğunu, Səbuhinin onun təqaüd kartına görə onunla yaşamağını istədiyini, lakin isə onunla yaşamaq istəmədiyini, bu səbəbdən də onun sexinə gələrək ona gedib onunla yaşamasını yoxsa onu öldürəcəyini dediyini, həmin vaxt Səbuhinin əlində bıçaq olduğunu, lakin bıçağı əlində saxladığından, həmin bıçağın əlamətlərini görə bilmədiyini, bıçağın ucunu göstərərək onu öldürməklə hədələdiyini, daha sonra xx.xx.2020-ci il tarixdə 18 radələrində oğlu Şahid5la birlikdə sexi bağladıqlarını və Şahid5 evinə getdiklərini, Şahid5gildə olan zaman Səbuhinin ona zəng etdiyini və ondan harada olmağını soruşduğunu, ona yerini demədiyini, lakin Səbuhinin onun Şahid5 evində olduğunu bildiyini, daha sonra Səbuhinin Şahid5 həyat yoldaşına zəng edərək onu nalayiq söyüşlərlə söyərək təhqir etdiyini, həmin vaxt Şahid5 evdə olmadığını, Şahid5 zəng edərək bu barədə məlumat verdiklərini, bundan sonra Şahid5 da evə gəldiyini, Şahid5 həyat yoldaşını polis şöbəsinə gətirdiyini, Şahid5 yoldaşı Afaqın da ərizə ilə polis şöbəsinə müraciət etdiyini, həmin vaxt Səbuhinin Şahid5 yaşadığı F.Səfərov küçəsinə gələrək küçədən onu qışqıraraq səslədiyini, lakin küçəyə çıxmadığını, bundan sonra Şahid5 evə gəldiyini, həmçinin də Səbuhinin telefonla Şahid5 zəng edərək onu və Şahid5ı tüfənglə öldürməklə hədələdiyini, Şahid5 da bu barədə DİN-in “102” xidmətinə müraciət edərək məlumat verdiyini, daha sonra Səbuhinin onun SU-18 qəsəbəsində yaşayan yoldaşı İradənin evində olduğunu düşünüb onun evinə getdiyini, lakin evin yerini tapa bilmədiyini, telefonla zəng edərək onu soruşduğunu, yoldaşı İradəyə onu öldürəcəyini dediyini, SU-18 qəsəbəsində onu nizam intizama dəvət etmək üçün gedən polis əməkdaşlarının xidməti avtomobilinin aynasını vurub sındırdığını sonradan bildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Səbuhi narahat adam olduğunu, daima spirtli içki qəbul edib yaşadıqları evdə münaqişə yaratdığını, həmçinin Səbuhinin əvvəllər də məhkum olunduğunu, Səbuhinin daima evdə münaqişə yaratdığından özü həmin evdə yaşamadığını, soyuducu təmiri sexi olduğunu və həmin sexdə yaşadığını, yoldaşının isə kirayədə yaşadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 raadələrində Səbuhinin onun işlədiyi sexə gəldiyini, Səbuhinin ona məxsus seyfi ondan xəbərsiz satdığından bunun üstündə aralarında sözlə mübahisə olduğunu, Səbuhinin onun təqaüd kartına görə onunla yaşamağını istədiyini, lakin isə onunla yaşamaq istəmədiyini, bu səbəbdən də onun sexinə gələrək ona gedib onunla yaşamasını yoxsa onu öldürəcəyini dediyini, həmin vaxt Səbuhinin əlində bıçaq olduğunu, lakin bıçağı əlində saxladığından, həmin bıçağın əlamətlərini görə bilmədiyini, bıçağın ucunu göstərərək onu öldürməklə hədələdiyini, daha sonra xx.xx.2020-ci il tarixdə 18 radələrində oğlu Şahid5la birlikdə sexi bağladıqlarını və Şahid5 evinə getdiklərini, Şahid5gildə olan zaman Səbuhinin ona zəng etdiyini və ondan harada olmağını soruşduğunu, ona yerini demədiyini, lakin Səbuhinin onun Şahid5 evində olduğunu bildiyini, daha sonra Səbuhinin Şahid5 həyat yoldaşına zəng edərək onu nalayiq söyüşlərlə söyərək təhqir etdiyini, həmin vaxt Şahid5 evdə olmadığını, Şahid5 zəng edərək bu barədə məlumat verdiklərini, bundan sonra Şahid5 da evə gəldiyini, Şahid5 həyat yoldaşını polis şöbəsinə gətirdiyini, Şahid5 yoldaşı Afaqın da ərizə ilə polis şöbəsinə müraciət etdiyini, həmin vaxt Səbuhinin Şahid5 yaşadığı F.Səfərov küçəsinə gələrək küçədən onu qışqıraraq səslədiyini, lakin küçəyə çıxmadığını, bundan sonra Şahid5 evə gəldiyini, həmçinin də Səbuhinin telefonla Şahid5 zəng edərək onu və Şahid5ı tüfənglə öldürməklə hədələdiyini, Şahid5 da bu barədə DİN-in “102” xidmətinə müraciət edərək məlumat verdiyini, daha sonra Səbuhinin onun SU-18 qəsəbəsində yaşayan yoldaşı İradənin evində olduğunu düşünüb onun evinə getdiyini, lakin evin yerini tapa bilmədiyini, telefonla zəng edərək onu soruşduğunu, yoldaşı İradəyə onu öldürəcəyini dediyini, SU-18 qəsəbəsində onu nizam intizama dəvət etmək üçün gedən polis əməkdaşlarının xidməti avtomobilinin aynasını vurub sındırdığını sonradan bildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/848 nömrəli rəyindən görünür ki, 2017-ci il buraxılışlı Fiat Doblo markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq aynasının orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 450 manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2020-ci il tarixli 57 nömrəli sərxoşluğun müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” elmi təcrübi və tədris birliyindən alınmış xx.xx.2020-ci il tarixli 147 nömrəli rəydən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər- boynun sağ nahiyəsinin, qarnın sağ və sol nahiyəsinin sıyrıqları, kəsici alət təsirindən törənmiş, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müayinə olunanın özü tərəfindən yetirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək cəzası azaldılaraq 02 il 06 ay müddətinə endirilmiş və azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər X15 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın xx xxxxxx 2019-cu il tarixli 211 saylı məktubdan görünür ki, Ağdaş şəhəri, H.Əliyev Prospekti, 37 saylı ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs Ağdaş RMX-nı Publik hüquqi şəxsin konsultativ poliklinikasında ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər X15 üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Hacıyev küçəsi, 1/11 ünvanında yaşamaqla aşağıdakı ailə üzvlərindən ibarətdir: yoldaşı - X4, övladları – X5 -2000-ci il; X1 2002-ci il təvəllüdlü. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki,dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın nəticəvi hissəsinin 1-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin «tətbiq etməklə» müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini,məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, əməlindən səmimi peşmançılıq çəkməsini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cinayətlərin residivini nəzərə alaraq, Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 01 ədəd SAMSUNG markalı telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasında məhkum edilsin. X9 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxx 2020-ci il tarixdən hesablansın. X3 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibi X6 qaytarılsın. X2 50 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin.. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar