Məhkəmə qərarları › İş №1(014)-62/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-62/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-62/2021 22.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs, nümayəndəsi və vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1977-ci ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və yaşayan, barəsində 17 fevral 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə, saat 20:00 radələrində Ağdaş rayonu, Sadavat kəndində küçədə həmin kənd sakini xx.xx.1977-ci il təvəllüldü Zərərçəkmiş şəxs söyüş söyməsini bəhanə edərək öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq əli ilə sonuncunun sifət nahityyəsindən bir dəfə vuraraq, onun üzərində zor tətbiq edib sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, 31 dekabr 2020-ci il tarixdə Sadavat kəndindən öz şəxsi avtomobili ilə evə getdiyini, yanında həyat yoldaşının olduğunu, həmin vaxt həyat yoldaşının ona oğlu Əmrahın, həmkəndliləri Etinad və Pünhanın Ağdaş şəhərində olarkən Zərərçəkmiş şəxsla qarşılaşıdıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs Etinadı sillə ilə vurduğunu bildirdiyini, həmçinin ona Eldənizin bir neçə dəfə də Əmrahın qarşısını kəsdiyini və ona sataşdığını bildirdiyini, buna görə də ondan Əmrahı tapıb evə gətirməyini xahiş etdiyini, Sadavat kəndinin içərisi ilə gələrkən Sadavat kənd sakini Ədalətgilin qapısında təxminən 30 nəfər adam yığıldığını gördüyünü, həmin yerin yolun kənarı olduğu üçün avtomobilini saxlayıb düşdüyünü və Zərərçəkmiş şəxs Ədalətgilin həyətində olduğunu və həyətdə ucadan hamıya qarşı söyüş söydüyünü gördüyünü, oğlu Əmrahın da orada olduğunu və pərt olduğunu gördüyünü, Əmraha baxan zaman Əmrahın ona Eldənizin dəfələrlə onun qabağını kəsdiyini və onun bibisi oğlu İlknurun ünvanına söyüş söydüyünü, onu incitdiyini, lakin babasının Əmraha Eldənizə baş qoşmamağını tapşırdığını etiraf etdiyini, bu gün də Eldənizin ona və ətrafdakı şəxlərə qarşı söyüş söydüyünü, onların yanında əvvəlcə Ehtinadı, daha sonra Ədaləti və Aidəni vurduğunu, buna görə də oğlu Əmrahın Eldənizi bir dəfə vurduğunu, oğlu Əmraha niyə bu barədə ona deməməyinə görə əsəbləşdiyini, həmin vaxt Eldənizin özünü ora bura vurduğunu və yenə də hamıya qarşı, onun oğlu Əmraha, Ehtinada Ədalətə və s. şəxslərə qarşı söyüş söydüyünü, həmin vaxt oradakılara “nəyə görə 102 xidmətinə zəng etmirsiniz, bunu gəlib aparsınlar” dediyini və əsəbləşib Eldənizin sifətindən burun nahiyyəsindən bir dəfə yumruqla vurduğunu, daha sonra onu araladıqlarını və oradakılardan kiminsə zəng etdiklərini və hələ gəlmədiklərini dediyini, özü götürüb 102 xidmətinə zəng etdiyini, daha sonra polis əməkdaşlarının gəldiklərini, ondan və Ədalətdən ərizə aldıqlarını, daha sonra Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin avtomobilə minmədiyini, daha sonra polislərin camaatı dağıdıb çıxıb getdiklərini, daha sonra evə getdiyini, Eldənizi Ədalətgildə gördüyünü və orada hamıya qarşı həmçinin oğlu Əmrahın ünvanına nalayiq söyüşlər söydüyü üçün onu bir dəfə vurduğunu, lakin həmin vaxt orada İlknur olmadığını, İlknurun bu işlə heç bir əlaqəsi olmadığını, yalnız İlknurun ona dəfələrlə Eldənizin onu bezdirdiyini, lakin atasının ona heç nə deməyə qoymadığını dediyini, İlknurun oraya ən axırda gəldiyini, Eldənizin sərxoş olduğunu, əgər dediyi kimi cibindən açar, pul və kartı yoxa çıxıbsa onu haradasa itirdiyini, onun cibindən orada heç kimin pul və ya başqa şey götürmədiyini, Aynurun onun bacısı olduğunu və İlknurun anası olduğunu, bacısının Ağdaş rayon İcra Hakimiyyətində müavin vəzifəsində işlədiyini, hadisədən sonra bacısı ilə söhbət etdiyini və bacısının ona Eldənizin dəfələrlə İcra Hakimiyyətinə yardım üçün müraciət etdiyini və yardım istədiyini, həmçinin ona dəfələrlə yardım edildiyini, lakin müraciət edən çox olduğundan son vaxtlar ona yardım edilmədiyini, digər şəxslərə edildiyini, həmçinin Eldənizin müraciətinə cavab məktubu bacısının adından göndərildiyini, buna görə də Eldənizin ona yardım etməyə bacısının imkan vermədiyini ehtimal etdiyini, ona görə də bacısı Aynurdan və onun həyat yoldaşı Ziyəddindən yalan ərizələr yazdığını dediyini, İlknur Eldənzə nəsə deməsi üçün və Eldənizin də gedib şikayət etməsi və onları şərləməsi üçün İlknuru da ona görə yolda gördüyü zaman incitdiyini, Eldənizin orada xuliqanlıq etdiyini, ona görə də döyüldüyünü bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 31 dekabr 2020-ci il tarixdə qohumunun hərbi xidmətdən geri qayıtdığını, onlara gözaydınlığı vermək üçün getdiyini, oradan piyada geri qayıdanda qəfildən həmkəndlisi Ədalət, Ədalətin oğlu Ehtinad, İlknur Novruzov, Təqsirləndirilən şəxs, Əmrah Novruzov, Pünhan Zahir oğlunun onu araya aldıqlarını və onu yumruqla, təpiklə və ağacla döyməyə başladıqlarını, həmçinin ona qarşı nalayiq söyüşlər söyməyə başladıqlarını, həmin vaxt Ayxanın onun sifətindən yumruqla vuraraq xəsarət yetirdiyini, daha sonra gözünün altına Ehtinadın bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirdiyini, İlknurun isə ağacla başının arxa hissəsindən və əllərindən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt yerə yıxıldığını, yerə yıxılan zaman Pünhanın onu təpiklə sinəsindən, həmçinin alın nahiyəsindən yumruqla vurduğunu, Ədalətin isə onu ayaqlarından ağacla vurduğunu, Ayxanın oğlu Əmrahın isə yerdə onu təpiklə qarnına vurduğunu, daha sonra onu sürüyüb Ədalətgilin həyətinə apardıqlarını, bundan sonra həmkəndlisi Sakitin gəlib onu onların əlindən aldığını və onu evə aparmaq istədiyini, həmin vaxt polislərin gəlib ora çıxdıqlarını, polsilərin ona “gəl otur səni evinə aparaq” dediklərini, polislərə “ehtiyac yoxdur, özüm evə gedirəm” dediyini, bundan sonra Sakitin onu evə apardığını, daha sonra evdən DİN-nin 102 xidmətinə və təcili yadıma zəng etdiyini, TTTY-nin gəlib onu müayinə etdiklərini, həmçinin polislərin onlara gəldiyini, polislərə ərizə ilə müraciət edərək onu döyən şəxslərdən şikayətçi olduğunu bildirdiyini, həmçinin evə gələndən sonra cibindən pensiya kartı, açarı və 550 manat pulunun yoxa çıxdığını gördüyünü, hadisənin baş verməsinə səbəbin onun Ayxanın bacısı İcra Hakimiyyətində işləyən Şahid13 və onun həyat yoldaşı Ziyəddin Novruzovdan şikayət etməyi olduğunu, digər məsələ isə hadisədən bir gün əvvəl Ədalətin oğlu Ehtinad yaşadığı yerdən surətlə maşın sürməsi ilə əlaqədar ona əli ilə sürətini aşağı salmağını bildirməyi ilə bağlı, Ehtinadın maşını saxladığını və “sən yol kəsənmisən, yaxşı edirəm, Namiqə pul verib istədiyimi edirəm, sən kimsən ki, sən yol polisisən? özüm bilərəm” dediyini, bu məsələnin də hazırki hadisə ilə səbəbli əlaqəsi olduğunu, hadisə zamanı orada təxminən 50 nəfər adam olduğunu, onlardan yalnız Sakit və Samirin adını çəkə biləcəyini, Ədalət və İlknurun onu vurduğu ağacların onların özündə qaldığını, Ehtinadın yalan dediyini, onu nə səhər, nə də axşamüstü vurmadığını, onun xəsarəti necə alması barədə məlumatı olmadığını, Ədalətin yalan dediyini, onu vurmadığını, onun hansı şəraitdə xəsarət almasını bilmədiyini, Aidənin yalan dediyini, onu vurmadığını, onun hansı şəraitdə xəsarət almasını bilmədiyini, hadisədən qabaq spirtli içki qəbul etmədiyini, heç kəsə qarşı söyüş söymədiyini, Pünhanın yalan dediyini, Əmrahın yalan dediyini, Əmrahın qarşısını kəsmədiyini, Ədalət Həsənov və Şahid9 yalan dediyini, hadisənin yuxarıda göstərdiyi kimi olduğunu, hazırda iş üzrə Təqsirləndirilən şəxsla barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, 31 dekabr 2020-ci il tarixdə, saat 19:30 radələrində evdə olduğunu, həmin vaxt küçədən səs küy gəldiyini gördüyünü, çölə çıxıdğını, həmin vaxt Eldənizin ucadan söyə-söyə onların qapısına gəldiyini gördüyünü, Eldənizin onların həyətinə girdiyini, həmin vaxt yoldaşı Ədalətin çölə çıxdığını, Eldənizin ucadan söyə-söyə və Ədalətin sinəsinə vura-vura oğlu Ehtinadın ünvanına söyüş söydüyünü, həmin anda Ədalətin vəziyyətinin pisləşdiyini və Eldənizə çıxıb getməyini dediyini, Ədalətin ağır şəkər xəstəsi olduğunu, onun vəziyyətinin pisləşməsi həyacanla bağlı olduğunu, Ədalətin halının pisləşməsini görüb tez onların yanına qaçdığını və Eldənizlə Ədalətin arasına girib Eldənizi aralamağa çalışdığını və Eldənizə “sən bu kişini niyə vurursan, bu kişi şəkər xəstəsidir” dediyini, lakin həmin vaxt Eldənizin onun qollarından yumruqla bir neçə dəfə vurduğunu və onu kənara itələdiyini, həmin vaxt oraya çoxlu adam yığıldığını, Ədalətin isə Eldənizə çıxıb getməyini dediyini, lakin Eldənizin getmədiyini və orada yığışan insanların içərisində qız gəlinin qulağı eşitməyən söyüşlər söydüyünü, hamıya qarşı söyüşlər söydüyünü, həmin vaxt orada yığışanlara hücum edib hamıya söyüş söydüyündən bir neçə nəfərin onu vurduğunu, eyni zamanda Ədalətin 102 xidmətinə də zəng etdiyini, bundan sonra oraya həmkəndlisi Ayxanın gəldiyini, Ayxanın da Eldənizin azğınlaşmış formada hamıya qarşı hücum etdiyini və onun oğlu Əmraha və hamıya söyüş söydüyünü görüb Eldənizi bir dəfə vurduğunu və daha sonra 102 xidmətinə zəng etdiyini, bundan sonra polislərin gəldiklərini və Eldənizi avtomobilə otuzdurub evə aparmaq istədiklərini, lakin Eldənizin polisləri eşitmədiyini və onlarla getmədiyini, həmin vaxt orada olan Ədalətin qardaşı oğlu Sakitin Eldənizi sakitləşirdiyini və evə apardığını, polislərin də çıxıb getdiklərini, Eldənizin yalan dediyini, həyat yoldaşı Ədalətin Eldənizi ağacla vurmadığını, onu orada bir neçə nəfərin vurduğunu, həmin şəxslərin isə Eldənizi əllə vurduqlarını və söyüş söydüyünə görə vurduqlarını, Eldənizin həmin vaxt sərxoş olduğunu, açarlarını, pulunu itiribsə deyə bilməyəcəyini, lakin onların yanında onun cibindən 550 manat pulunu kartını və açarını götürən olmadığını, Eldənizi konkret kimin vurduğunu bilmədiyini, lakin bir neçə nəfərin onu əlləri ilə vurduqlarını, hadisənin təxminən 50 dəqiqə çəkdiyini, həmin vaxt orada 30 nəfər kənd sakinləri olduğunu, Eldənizin həmin vaxt sərxoş olduğunu, Eldənizin onu vurduğuna görə Eldənizdən şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, bir müddət bundan əvvəl qonşuluğunda yaşayan Eldənizin qardaşı Zülfiqarın ondan onları Ağdaş xəstəxanasına aparmağını xahiş etdiyini, həmkəndli olduqları üçün, kömək etmək məqsədi ilə buna razılaşdığını, Eldənizin qardaşı və bacısı ilə aralarında bir müddət davam edən mübahisə olduğunu, Eldəniz onun qardaşını xəstəxanaya apardığını görüb atası Ədalətə zəng etdiyini və telefonda onun ünvanına söyüş söyərək ona bir daha həmin qapıya getməməyini tapşırmağını bildirdiyini, atasının da Eldənizə bir daha getməməyi üçün tapşıracağını, bu hadisədən 2 gün sonra yəni 31 dekabr 2020-ci il tarixdə dostları Pünhan və Əmrahla birlikdə ayaqqabı almaq üçün Ağdaş şəhərinə getdiklərini, daha sonra oradan hərbi xidmətdən təxris olan bir həkəndlisini evə gətirmək üçün getməli olduqlarını, ayaqqabı almaq üçün M.İsayev məktəbinin yanında Fəxrəddin adlı şəxsin mağazasına girən zaman onları Eldənizin gördüyünü, Eldənizin mağazaya gəldiyini və ona irad tutaraq nə səbəbə onun qardaşını xəstəxanaya apardığını bildirdiyini, mağzada mübahisə olmaması üçün çölə çıxdığını, bu zaman Eldənizin də onun arxası ilə çölə çıxdığını və çöldə ona bir sillə vurduğunu və ondan yığdığını dediyini, həmin vaxt orada olan dostları Pünhan və Əmrahın araya girdiklərini və Eldənizə ondan böyük olduğu üçün bir söz demədiyini və çıxıb getdiyini, daha sonra Goranboy rayonundan əsgəri götürüb evlərinə gətirən zaman Eldənizin onu yaşadıqları evin qarşısında gördüyünü, həmin vaxt orada tanışları İsmayıl, Pünhan, Əmrah, Sahil, Aral-1 kəndindən Tural adlı şəxslərlə söhbət etdiklərini, Eldənizin onu görən kimi yaxın gəldiyini və öz iradlarını bildirərək onu bir dəfə də sillə ilə vurduğunu, həmin vaxt əsəbləşdiyini lakin orada olan dostlarının araya girdiyi üçün və aralarında dava olmadığını, həmçinin Eldənizin sərxoş olduğu üçün ona yenə hücum etdiyini və orada olan dostlarının Eldənizin qarşısına durduğunu, Eldənizə onu ikinci dəfədir ki, vurduğunu, ona böyük olduğu üçün cavab qaytarmadığını, onu bir daha vurmamağını bildirdiyini, Eldənizin də əsəbi halda nalayiq söyüşlər söyə söyə onun yaşadığı evə tərəf getdiyini və qapını açaraq həyətə girdiyini, dostlarla birlikdə Eldənizin arxası ilə həyətə girdiklərini, Eldənizin onun atasını çağırdığını və atasını həyətdə görən kimi onun sinəsindən əli ilə vura-vura “Ədalət dayı mənim günahım yoxdur, mənə hörmətsizlik edir” və s. deyərək onun və yanında olan dostlarının ünvanına nalayiq sözlər deməyə başladığını, Eldənizin dayanmadan söyüş söydüyünü və atasının sinəsinə döyəclədiyini, atasının isə şəkər xəstəsi olduğu üçün halının pisləşdiyini və Eldənizə bircə çıxıb getməyini dediyini, həmin vaxt anasının qaçaraq araya girdiyini və Eldənizi aralamağa çalışdığını və ona “bu kişini niyə öldürürsən” dediyini, Eldəniz isə anasının qollarından vuraraq onu kənara itələdiyini və nalayiq söyüşlərini davam etdirdiyini, həmin vaxt özü və yanında olan yoldaşları Punhanın və Əmrahın anasını və atasını vurduğuna görə, həmçinin onların ünvanına nalayiq söyüşlər söydüyünə görə Eldənizi əlləri vurduqlarını, bundan sonra atasını araladıqlarını, daha sonra Eldənizin onun yaşadığı evin həyətində “şou” göstərməyə başladığını, başını və əllərini çardağın sütununa, evin divarına, həyətin divarına döyməyə başladığını, həmin vaxt atasının 102 xidmətinə zəng etdiyini, bundan sonra Eldəniz getmədiyini və öz hərəkətlərini davam etdirdiyini, həmin vaxt oraya yığışan təxminən 30-40 nəfər insanın da dayanıb Eldənizin “şousuna” baxdığını, həmin ərəfələrdə oraya Əmrahın atası Ayxanın gəldiyini, Ayxanın gələndə Eldənizin ortalıqda başını, əllərini divara döydüyünü və hamıya söydüyünü, hamını hədələdiyini və onlara “sizi polisə verəcəm, tutduracam, başınıza oyun açacam” və s. dediyini, Ayxan gələndən sonra Əmrahın ona Eldəniz onun dəfələrlə qarşısını kəsdiyini, onu təhqir etdiyini, onun bibisi oğlu İlknurun ünvanına nalayiq ifadələr işlətdiyini, bu gün də heç bir səbəb olmadan Ehtinadla dalaşamağa qoymadıqları üçün onları da təhqir etdiyini və söydüyünü dediyini, Əmrahın bunları deyəndə Eldənizin hələ də onları söydüyünü və hədələdiyini, Ayxanın da həmin vaxt niyə bu barədə ona deməməsi səbəbi ilə Əmraha da əsəbləşdiyini, daha sonra söyüş söydüyü üçün Eldənizi bir dəfə yumruqla sifətindən vurduğunu, sonra da Ayxanın DİN-nin 102 xidmətinə zəng etdiyini, Eldənizin sərxoş olduğu üçün onu sakitləşdirmək mümkün olmadığını, polislər gəldikdən sonra da Eldənizi sakitləşdirmək istədiklərini, lakin Eldənizin polisləri də eşitmədiyini, daha sonra onun əmisi oğlu Sakitin Eldənizi sakitləşdirərək evə apardığını, bundan sonra orada sakitlik olduğunu və heç bir hadisə baş vermədiyini, Eldənizin onu vuranda sifətindən xəsarət aldığını, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə ünvanladığı müraciətində və RPŞ-nə verdiyi ərizədə, həmçinin izahatda 31.12.2020-ci il tarixdə saat 20:30 radələrində onun, Əmrah Kərimov, Təqsirləndirilən şəxs, Pünhan Məmmədov, İlknur Novruzov və atası Ədalətin onun bədəninin müxtəlif yerlərinə vuraraq xəsarət yetirməsini bildirməyi ilə bağlı özünün, Pünhanın, Əmrahın və Ayxanın Eldənizi vurduqlarını, onu vurmaqlarının səbəbinin sillə ilə anasını və atasını əlləri ilə yumruqla vurması və onlara qarşı nalayiq söyüş söyməsi olduğunu, lakin həmin vaxt İlknurun orada olmadığını, İlknurun oraya dava olandan və polislər gələndən sonra gəlib çıxdığını, həmçinin atası Ədalətin Eldənizi vurmadığını, əksinə Eldənizin atasını sinəsindən dəfələrlə vurduğunu, atasının halının isə həmin vaxt pis olduğunu, orada Eldənizi ağacla vuran olmadığını, Eldəniz yalan dediyini, Eldənizin etdiyi hərəkətlərə görə döyüldüyünü, Eldənizin həmin vaxt sərxoş olduğunu, açarlarını pulunu itiribsə deyə bilmədiyini, lakin onların yanında onun cibindən 550 manat pulunu kartını və açarını götürən olmadığını, Eldənizin həmin vaxt sərxoş olduğunu, hadisənin təxminən 45-50 dəqiqə çəkdiyini, daha doğrusu Eldənizin təxminən 50 dəqiqə onun yaşadığı evin həyətində və küçədə səs küy yaradaraq söyüş söydüyünü, Eldənizi bir dəfə əli ilə vurduğunu, harasından vurduğu yadında olmadığını, Eldəniz yalan dediyini, sürətlə maşın sürən olmadığını, Eldənizin özünü müdafiə etmək üçün belə dediyini, Eldənizin yalan dediyini, İlknurun oraya hadisədən sonra gəlib çıxdığını, İlknurun Eldənizin üzərinə maşın sürmədiyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, 31 dekabr 2020-ci il tarixdə həmkəndliləri Ehtinad və Əmrahla birlikdə Ağdaş şəhərinə getdiklərini, orada Ehtinadın ayaqqabı mağazsına girdiyini, özünün isə Əmrahla çöldə gözlədiklərini, bir neçə dəqiqə sonra oraya Eldənizin gəldiyini və mağazaya girdiyini, daha sonra Ehtinadla birlikdə mağazanın çölünə çıxdıqlarını və çöldə Eldəniz Ehtinada bir sillə vurduğunu, bundan sonra onları araladıqlarını, daha sonra Ehtinadla Goranboya hərbi xidmətdən qayıdan dostunu gətirməyə getdiyini, həmin gün Goranboydan axşam saat 18:00 radələrində qayıtdıqlarını, oradan həmkəndliləri Şöhrətin oğlu Məhəmmədi gətirdiklərini və evlərinə düşürdüklərini, oradan həmkəndliləri Raqufun da oğlu gəldiyi üçün Raqufa gözaydınlığı vermək üçün onlara getdiklərini, Raqufgilədə olanda Eldənizin onların evindən düşdüyünü və ona “Pünhan səni atacam” dediyini, Eldənizin onunla nə əlaqəsi olmağına məəttəl qaldığını və ona “mən atılası oğlan deyiləm” dediyini, bundan sonra Əmrah və digər yoldaşları ilə söz söhbət olmaması üçün çölə çıxdıqlarını, Eldənizin həmin vaxt sərxoş olduğunu, Eldənizin ona sataşmasını yalnız səhər Ehtinadı sillə ilə vuranda araya girib qoymamağı ilə əlaqələndirdiyini, çölə çıxıb Ehtinadgilin qapısında dayandıqlarını, həmin vaxt orada o, Ehtinad, Əmrah, Qəzənfərin oğlu İsmayıl, Aral-1 kəndindən Tural adlı şəxs, Hekayətin oğlu Sahil olduğunu, həmin vaxt Eldənizin yenə də onlara yaxınlaşdığını və Ehtinada irad tutaraq ona sillə vurduğunu, onları araladıqlarını, Ehtinadın isə Eldəniz ona ikinci dəfədir vurduğunu, böyük olduğu üçün ona heç nə demədiyini, onu bir daha vurmamağını dediyini, Eldənizin yenə də Ehtinadı vurmaq istədiyini, lakin onun qarşısına durduqlarından onu vura bilmədiyini, bundan sonra Eldənizin Ədalətgilin qapısına girib Ədaləti çağırdığını, Eldənizin arxası ilə getdiyini, Ədalətin Eldənizin qarşısına çıxdığını, Eldənizin Ədalətin sinəsindən döyəcləməyə başladığını və ona günahı olmadığını dediyini, həmçinin onların ünvanına nalayiq söyüşlər söyməyə başladığını, Ədalətin isə şəkəri qalxdığı üçün həyacanlandığını və vəziyyəti pisləşdiyini, Eldənizə çıxıb getməyini dediyini, Eldənizin isə çıxıb getmədiyini və Ədalətin sinəsindən vurduğunu, həmin vaxt Ədalətin həyat yoldaşının qaçıb gəldiyini və Ədaləti Eldənizin əlindən almağa çalışaraq bu kişini niyə öldürdüyünü dediyini və onları ayırmağa çalışdığını, lakin həmin vaxt Eldənizin Aidənin qollarından yumruqla vuraraq onu kənara itələdiyini və yenə də Ədalətin sinəsindən döyəcləməyə başladığını, eyni vaxtda Ehtinada, həmçinin onu daha sonra Ehtinadı vurmağa qoymadıqları üçün onlara, orada olan şəxslərə qarşı nalayiq söyüşlər söydüyünü, Eldənizin Aidəni vurmasından sonra dözə bilmədiklərini və o, Əmrah və Ehtinadın Eldənizi əlləri ilə vurduqlarını, daha sonra orada olan şəxslərin araya girdiyini və Eldənizi kənara çəkmək istədiklərini və evlərinə göndərmək istədiklərini, lakin Eldənizin özünü əlini, başını çardağın sütununa, divara döydüyünü, söyüş söydüyünü, hamını hədələyədək başlarına oyun gətirəcəyini dediyini və əsl “şou” düzəltdiyini, həmin vaxt Ayxanın gəlib oraya çıxdığını, Ayxan gəldikdən sonra Eldənzin hərəkətlərini gördüyünü və həmçinin Eldənizin oğlu Əmraha sataşdığını və ona qarşı həmçinin camaata qarşı söyüşlər söydüyünü gördüyünü, bundan sonra Eldənizi bir dəfə yumruqla sifətindən vurduğunu, daha sonra Eldənizi aparmaq üçün niyə 102 xidmətinə zəng etmədiklərini dediyini və 102 xidmətinə zəng vurduğunu, bundan bir az sonra oraya polislərin gəldiyini və Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin polislərlə getmədiyini, daha sonra orada olan Sakitin birtəhər Eldənizi sakitləşdirib evə apardığını bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, Eldənizin ona dəfələrlə bibisi oğlu İlknurla bağlı söz atdığını, lakin ona baş qoşmadığını, babasının ona həmişə Eldənizə baş qoşmamağını, adamı şərləyən olduğunu, mübahisə etsə gedib polis şikayət edəcəyini dediyini, lakin bu barədə atasına heç nə demədiyini, 31 dekabr 2020-ci il tarixdə həmkəndliləri Ehtinad və Pünhanla birlikdə Ağdaş şəhərinə getdiklərini, həmin vaxt Ehtinadın özünə ayaqqabı almalı olduğunu, M.İsayev məktəbinin qarşısında yeləşən Fəxrəddin adlı şəxsin mağazasına girdiklərini, daha doğrusu Ehtinadın mağazaya girdiyini özü isə çöldə gözlədiyini, həmin vaxt həmkəndlisi Eldənizin mağazaya girdiyini daha sonra Ehtinadla birlikdə çölə çıxdıqlarını və çöldə Eldənizin Ehtinada bir sillə vurduğunu, həmin vaxt Pünhan və özü araya girdiklərini və onları araladıqlarını, bundan sonra çıxıb getdiklərini, Ehtinadgilın çıxıb Goranboya getdiklərini, özü isə başqa şəxslə Tərtərə getdiyini, oradan Raqufun oğlu Elməddini gətirdiklərini və onlar gələn zaman axşamüstü olduğunu, saat təxminən 18:00 radələrində Elməddingilin həyətində olduqlarını, həmin vaxt oraya Eldənizin gəldiyini, Eldənizi görüb həyətdən çıxdıqlarını və Ehtinadgilin evinin yanında dayandıqlarını, həmin vaxt orada İsmayıl, Pünhan, Ehtinad, Sahil Hekayət oğlu, Aral-1 kəndindən Tural adlı şəxs olduğunu, həmin vaxt Eldənizin oraya gəldiyini, Eldənizin sərxoş olduğunu, Eldənizin Ehtinadı görən kimi ona söyüş söyməyə başladığını və onu sillə vurduğunu, bundan sonra Eldənizlə Ehtinadın arasında mübahsə başladığını, mübahisə zamanı Ehtinadın Eldənizə onu ikinci dəfədir vurduğunu, böyük olduğu üçün ona heç nə demədiyini, onu bir daha vurmamağını dediyini, Eldənizin yenə də Ehtinadı vurmaq istədiyini, lakin onun qarşısına durduqlarından onu vura bilmədiyini, bundan sonra Eldənizin onlara qarşı nalayiq söyüşlər söyə-söyə Ədalətgilin həyətinə getdiyini, onun arxası ilə getdiklərini, Eldənizin Ehtinadgilin həyətində girib orada Ehtinadın atası Ədalətin üzərinə getdiyini, söyüş söyməyə başladığını və Ədalətin sinəsindən vurmağa başladığını, həmin vaxt Ədalətin Eldənizə çıx getməyini dediyini, həmçinin Ədalətin şəkər xəstəsi olduğu üçün halının pisləşdiyini, buna görə Ədalətin həyat yoldaşı Aidə xalanın onların arasına girdiyini və Eldənizi aralamağa çalışdığını, Eldənizə bu kişini niyə vurduğunu dediyini, həmin vaxt Eldənizin Aidə xalanı qollarından bir neçə dəfə vurduğunu və kənara itələdiyini, dayanmadan ordakılara nalayiq söyüşlər söydüyünü, Eldənizin Aidə xalanı vurduğuna görə özü və orada olan bir neçə şəxsin Eldənizi vurduqlarını, bundan bir qədər sonra atası Ayxanın gəlib çıxdığını, atası Ayxan gələndə Eldənizin əlini və başını Ədalətgilin həyətindəki çardağın sütununa və evin, həmçinin həyətin divarına döydüyünü və onlara qarşı söyüş söydüyünü, atası gəldikdən sonra onlara qarşı söyüş söydüyünü gördüyünü və ona baxdıqda onun həyacanlı olduğunu gördüyünü, özü isə Eldənizi vurduğu üçün atasının ona dalaşacağından qorxduğunu və atasına Eldənizin onun dəfələrlə yolunu kəsdiyini və ona söyüş söydüyünü və onu vurduğunu dediyini, atasının da bundan hirsləndiyini və ona niyə görə Eldənizin ona sataşanda demədiyini dediyini, həmçinin onun və digərlərinin ünvanına Eldənizin söyüş söydüyünü görüb Eldənizi bir dəfə sifətindən vurduğunu, daha sonra atasının polisə zəng vurduğunu, həmin vaxt orada olan şəxslərin də atasını araladıqlarını, daha sonra oraya polislərin gəldiyini, Eldənizi avtomobilə otuzdurub evə aparmaq istədiklərini, lakin Eldənizin onarla getmədiyini, daha sonra orada olan Sakit adlı şəxsin onu sakitləşdirib evə apardığını, Eldənizin 102 xidmətinə zəng edib onlardan şikayət etdiyini, özü, atası və orada olan bir neçə şəxsin Eldənizi vurduğunu, lakin həmin vaxt İlknurun orada olmadığını, İlknurun oraya dava olandan, polislər gələndən sonra gəlib çıxdığını, İlknurun Eldənizin üzərinə maşın sürmədiyini və onu vurmadığını, Eldənizi vurmağının səbəbi da onun onları və camaata qarşı nayayiq söyüş söyməsi olduğunu, həmçinin Ədalətin Eldənizi vurmadığını, əksinə Eldənizin Ədaləti sinəsindən vurduğunu, Ədalətin halı isə həmin vaxt pis olduğunu, orada Eldənizi ağacla vuran olmadığını, Eldənizin sərxoş olduğunu, əgər dediyi kimi cibindən açar, pul və kartı yoxa çıxıbsa onu haradasa itirdiyini, onun cibindən orada heç kim pul və ya başqa şey götürmədiyini, Aynurun onun bibisi olduğunu və İlknurun anası olduğunu, bibisinin dövlət işində çalışdığı üçün Eldənizin bundan istifadə edib onları şərləməyə çalışdığını, Eldənizin orada xuliqanlıq etdiyini,ona görə də döyüldüyünü, Eldənizi əli ilə vurduğunu, harasından vurduğu dəqiq yadında olmadığını, onu bir dəfə vurduğunu, Eldənizin onları vurmadığını bildirdi. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, 31 dekabr 2020-ci il tarixdə həmkəndlisi Raqufun oğlu hərbi xidmətdən gəldiyini və ona gözaydınlığı vermək üçün Raufgilə getdiyini, həmin vaxt orada Ehtinad, Əmrah, Pünhan, Sahil, Tural və başqaları olduğunu, Raqufgilədə olanda Eldəniz onların evindən düşdüyünü və sərxoş olduğunu, həmin vaxt Eldəniz Pünhana söz atdığını, daha sonra Ehtinadın onlara Eldənizə ilişməmələri üçün çölə çıxmalarını dediyini, bundan sonra söz söhbət olmaması üçün yuxarıda göstərdiyi yoldaşlarla birlikdə çölə çıxdıqlarını, Eldənizin həmin vaxt sərxoş olduğunu, çölə çıxıb Ədalətgilin qapısından bir az kənarda dayandıqlarını, həmin vaxt orada özünün, Ehtinad, Əmrah, Sahil, Tural və Pünhanın olduğunu, həmin vaxt Eldənizin yenə də onlara yaxınaşdığını və Ehtinada irad tutaraq ona sillə vurduğunu, onları araladıqlarını, Ehtinadın isə ona ikinci dəfədir onu vurduğunu, böyük olduğu üçün ona heç nə demədiyini, onu bir daha vurmamasını dediyini, Eldəniz yenə də Ehtinadı vurmaq istədiyini, lakin onun qarşısına durduqlarıdan onu vura bilmədiyini, bundan sonra Eldənizin Ədalətgilin qapısına girib Ədaləti çağırdığını, də Eldənizin arxası ilə getdiklərini, Ədalətin Eldənizin qarşısına çıxdığını, Eldənizin Ədalətin sinəsindən döyəcləməyə başladığını və ona “Ədalət dayı mənim günahım yoxdur, oğlun mənə hörmətsizlik edir” və s. deyərək Ehtinadın ünvanına nalayiq sözlər deməyə başladığını, həmçinin onların ünvanına da nalayiq söyüşlər söyməyə başladığını, Ədalətin isə şəkəri qalxdığı üçün həyacanlandığını və vəziyyətinin pisləşdiyini, Eldənizə çıxıb getməyini dediyini, Eldənizin isə çıxıb getmədiyini və Ədalətin sinəsindən vurduğunu, həmin vaxt Ədalətin həyat yoldaşı Aidənin qaçıb gəldiyini və Ədaləti Eldənizin əlindən almağa çalışaraq “bu kişini niyə öldürürsən” dediyini və onları ayırmağa çalışdığını, lakin həmin vaxt Eldənizin Aidənin qollarından yumruqla vuraraq onu kənara itələdiyini və yenə də Ədalətin sinəsindən döyəcləməyə başladığını, eyni vaxtda Ehtinada, həmçinin daha sonra Ehtinadı vurmağa qoymadıqları üçün onlara, orada olan şəxslərə qarşı nalayiq söyüşlər söydüyünü, həmin vaxt Eldənizin Aidəni vurmasından sonra Əmrah, Ehtinad və Pünhanın dözə bilmədiyini və Eldənizi əlləri ilə bədənindən vurduqlarını, daha sonra orada olan şəxslərin araya girdiyini və Eldənizi kənara çəkmək və evlərinə göndərmək istədiklərini, lakin Eldənizin özünü əlini, başını çardağın sütununa, divara döydüyünü, söyüş söydüyünü, “sizin başınıza oyun gətirəcəm” deyərək hamını hədələdiyini və əsl “Şöu” düzəltdiyini, həmin vaxt Ayxanın gəlib oraya çıxdığını, Ayxan gəldikdən sonra Eldənzinin hərəkətlərini gördüyünü və həmçinin Eldənizin oğlu Əmraha sataşdığını və ona qarşı həmçinin camaata qarşı söyüşlər söydüyünü gördüyünü, bundan sonra Eldənizi bir dəfə yumruqla sifətindən burnunun üzərindən vurduğunu, daha sonra “niyə 102 xidmətinə zəng etmirsiniz gəlib bunu apasınlar” deyib 102 xidmətinə zəng vurduğunu, nundan bir az sonra oraya polislərin gəldiklərini və Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin polislərlə getmədiyini, daha sonra orada olan Sakitin birtəhər Eldənizi sakitləşdirib evə apardığını, hadisənin təxminən 1 saat davam etdiyini, Ayxan, Əmrah, Ehtinad və Pünhanın Eldənizi vurduğunu, lakin həmin vaxt İlknurun orada olmadığını, İlknurun oraya dava olandan polislər gələndən sonra gəlib çıxdığını, Eldənizi vurmalarının səbəbinin da onun onlara və camaata qarşı nalayiq söyüş söyməsi olduğunu, Ədalətin Eldənizi vurmadığını, əksinə Eldənizin Ədaləti sinəsindən vurduğunu, Ədalətin halının isə həmin vaxt pis olduğunu, Eldənizin yalan dediyini, orada Eldənizi ağacla vuran olmadığını, Eldənizin sərxoş olduğunu, əgər dediyi kimi cibindən açar, pul və kartı yoxa çıxıbsa onu haradasa itirdiyini, onun cibindən orada heç kimin pul və ya başqa şey götürmədiyini, Eldənizin yalan dediyini, həmin zaman Eldənizin nalayiq ifadələr işlətdiyi üçün döyüldüyünü bildirdi. İş üzrə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, bir müddət əvvəl əvvəl qonşuluğunda yaşayan Eldənizin qardaşı Zülfiqarın oğlu Ehtinaddan xahiş edərək onları Ağdaş xəstəxanasına aparmağını bildirdiyini, oğlu Ehtinadın da həmkəndlisi olduğu üçün, kömək etmək məqsədi ilə buna razılaşdığını. Eldənizin qardaşı və bacısı ilə aralarında bir müddət davam edən mübahisə olduğunu, Eldənizin Ehtinadın onun qardaşını xəstəxanaya apardığını görüb ona zəng etdiyini və telefonda Ehtinadın ünvanına söyüş söyərək ona bir daha həmin qapıya getməməsini tapşırmağını bildirdiyini, Eldənizə söyüş söyməməyini, bir daha getməməyi üçün tapşıracağını bildirdiyini, bu hadisədən 2 gün sonra yəni 31 dekabr 2020-ci il tarixdə oğlu Ehtinadın dostları Pünhan və Əmrahla birlikdə ayaqqabı almaq üçün Ağdaş şəhərinə getdiklərini, daha sonra oradan hərbi xidmətdən təxris olan bir həmkəndlisini evə gətirmək üçün getməli olduqlarını, oğlu Ehtinadın ayaqqabı almaq üçün M.İsayev məktəbinin yanında Fəxrəddin adlı şəxsin mağazasına girdiyini, həmin vaxt onları Eldənizin gördüyünü, Eldənizin həmin mağazaya girdiyini, oğlu Ehtinada irad tutduğunu, daha sonra mağazada çöldə ona bir sillə vurduğunu, həmin gün qonşusunda oğlu hərbi xidmətdən gəlmiş əmisioğlu Rəcəbə gözaydınlığı vermək üçün getdiyini, həmin vaxt Rəcəbin həyətdə stol açdığını və yemək hazırladığını, Rəcəblə bir qədəh araq içdiyini, bu zaman oraya Eldənizin gəldiyini və Eldənizin də oturub onlarla araq içməyə başladığını, Eldənizin stola oturduğunu görüb ondan xoşu gəlmədiyi üçün ayağa durduğunu və çıxıb getdiyini, özü gedən zaman Eldənizin araq içdiyini, həmin gün axşam təxminən saat 19:30 radələrində evdə olduğunu, çöldən səs küy gəldiyini gördüyünü və həyətə çıxdığını, bu zaman Eldənizin həyətə girdiyini gördüyünü və onun sinəsindən vura vura “Ədalət dayı mənim heç bir günahım yoxdur” dediyini, onun sərxoş olduğunu görüb ona “Eldəniz çıx burdan get” dediyini, lakin Eldənizin getmək istəmədiyini, şəkər və təzyiq xəstəsi olduğunu, həmin vaxt narahat olduğunu və onun narahatlığını görən həyat yoldaşı Aidənin tez evdən qaçaraq gəldiyini və Eldənizə “bu yazıq kişini niyə öldürürsən” dediyini, daha sonra ortaya girib Eldənizi aralamaq istədiyini, lakin Eldəniz həmin vaxt həyat yoldaşı Aidənin qolarından bir neçə dəfə vurduğunu və onu kənara itələdiyini, özü isə yaşlı adam olduğu üçün həmin vaxt Eldənizə müqaviət göstərə bilmədiyini və ona yalnız çıxıb getməyini dediyini, çünki Eldənizin hərəkətlərindən, evinə səs küy salmasından və söyüş söyməsindən şəkəri və təzyiqi qalxdığını və zorla ayaq üstündə durduğunu, həyat yoldaşı Aidənin onu birtəhər Eldənizin əlindən aldığını və kənara çəkdiyini, həmin vaxt Eldənizin onu və Aidəni vurduğuna və onlara qarşı nalyiq söyüş söydüyünə görə orada olan oğlu Ehtinad, Əmrah, Pünhan adlı şəxslərin Eldənizi vurduqlarını, həmçinin onun həmin uşaqlara söyüş söyməsi onlara pis təsir göstərdiyini, bundan sonra orada olan şəxslərin Eldənizi araladıqlarını, lakin Eldənizin yumruqla onun həyətindəki çardağın sütununa və evin divarlarına yumruğu ilə vurduğunu və başını da həmin yerlərə döyəclədiyini, Eldənizin qapıdan çıxmadığını gördüyuünü və DİN-nin 102 xidmətinə zəng vurduğunu, daha sonra oğlu Ehtinad qonşusunun oğlu Məhəmmədi hərbi xidmətdən gətirdiyini, sonra evə gələndə qapının ağzında Eldənizin Ehtinadı gördüyünü və onunla yenidən mübahisə etdiyini və ona sillə vurduğunu, daha sonra Eldənzi araladıqlarını, həmin vaxt Eldənizin və oğlu Ehtinad arasında mübahisə olduğunu, Eldənizin də həmin mübahisədən əsəbləşdiyini və sərxoş olduğu üçün onun yaşadığı evə hücum etdiyini, ümumiyyətlə Eldəniz in hamıdan şikayət edib şərləyən adam olduğu üçün insanların ondan çəkindiyini və ondan uzaq gəzdiyini, oğlu Ehtinadı sillə ilə vurduqdan sonra onunla arasında mübahisə olduğu üçün bundan əsəbləşərək yaşadıqları evə hücum etdiyini, Eldənizin sərxoş olduğu üçün onu sakitləşdirmək mümkün olmadığını, Eldənizin hamıya söydüyünü, ora yığışan insanların da əsəbləşdiyini, daha sonra oraya Ayxan adlı şəxsin gəldiyini, Ayxan gəldikdən sonra Eldənizin hamıya söydüyünü, həmçinin oğlu Əmraha da söydüyünü gördüyünü və əsəbləşib Eldənizi bir dəfə sifətindən vurduğunu, həmin vaxt səs-küyə təxminən 30-40 nəfər qonşunun onlara yığıldığını, daha sonra polislərin gəldiklərini, polislər gəldikdən sonra da Eldənizi sakitləşdirmək istədiklərini, lakin Eldənizin polisləri də eşitmədiyini, daha sonra onun qardaşı oğlu Sakitin Eldənizi sakitləşdirərək evə apardığını, bundan sonra orada sakitlik olduğunu və heç bir hadisə baş vermədiyini, özünün Eldənizi vurmadığını, əksinə Eldənizin onu döydüyünü, həmin vaxt oradakıların hamısı onun vəziyətinin pisləşdiyini, ayaq üstə durmağa halı olmadığını gördüyünü, İlknurun ümumiyyətlə orada olmadığını, oraya polislər gəldikdən sonra gəlib çıxdığını, orada Eldənizi ağacla vuran olmadığını, Eldənizin həmin vaxt sərxoş olduğunu, açarlarını pulunu itiribsə deyə bilmədiyini, lakin onların yanında onun cibindən 550 manat pulunu kartını və açarını götürən olmadığını, Eldənizin həmin vaxt sərxoş olduğunu, onu Rəcəbin məclisində içərkən gördüyünü, hadisənin təxminən 50 dəqiqə çəkdiyini, Aynur xanımın bu işlə əlaqəsi olmadığını, Aynur xanımın dövlət işində çalışdığı üçün Eldəniz bundan istifadə edib onu şərləməyə çalışdığını, Eldənizin orada xuliqanlıq etdiyini, ona görə də döyüldüyünü, əvvəlcə işin bu səviyyəyə çıxmasını istəmədiyini, DİN-nin 102 xidmətinə vurduğu zəng zamanı məqsədinin, polislərin gəlib Eldənizi onun həyətindən aparmaları olduğunu, lakin sonradan Eldənizinin onları şərlədiyini görüb özü də həqiqəti deməyə qərar verdiyini bildirdi. İş üzrə Şahid9 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, Eldənizin bir neçə dəfə ona səbəbsiz şəkildə sataşdığını, lakin ondan yaşca böyük olduğu üçün ona heç nə demədiyini, Eldənizlə aralarına heç bir düşmənçilik və ya ədavət olmadığını, onun soyadı Novruzov deyil, Səftərov olduğunu, həmin tarixdə evdə olduğunu və yatdığını, yuxudan oyananda atası və anasının evdə olmadığını gördüyünü, bu zaman bacısından soruşanda bacısının ona atası və anasının harasa getdiklərini bildirdiyini, həmin zaman anasına zəng edib maraqlananda anasının ona Sadavat kəndində Ədalətgilin həyətində olduqlarını, mübahisə olduğunu polis gözlədiklərini bildirdiyini, bundan sonra Ədalətgilə getdiyini, həmin zaman ora gedən zaman polislərin gəldiklərini gördüyünü, Eldənizin də orada sərxoş vəziyyətdə səs küy saldığını və onu sakitləşdirmək istədiklərini gördüyünü, polislərin Eldənizi aparmaq istədiklərini, lakin Eldənizin polislərlə getmədiyini, bu zaman Sakit adlı şəxsin Eldənizi götürüb evlərinə apardığını, Eldənizin sərxoş vəziyyətdə həmin yerdə nalayiq ifadələr işlətdiyini və bu zaman da bir neçə nəfər kənd sakininin onu vurduqlarını sonradan bildiyini, Eldənizin yalan dediyini, hadisədən sonra ora gəldiyini, hadisə zamanı orada təxminən 50 nəfərə yaxın adam olduğunu, Eldənizin izahatında Şahid13 onu sifarişlə döydürməyini bildirməsinin yalan olduğunu bildirdi. İş üzrə şahid Şahid11 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, Xosrov kənd tam orta məktəbinin direktoru vəzifəsində işlədiyini, Eldənizlə onun ciddi problemi olmadığını, ümumiyyətlə Eldənizin də dövlət orqanlarının nümayəndələrindən şikayət etmək, onlardan yersiz tələblər etmək xasiyyəti olduğunu, dəfələrlə ona zəng edib borc istədiyini və s., Eldənizin çətin xasiyyətdə adam olduğunu bildiyi üçün onu həmişə yola verdiyini, lakin oğlu İlknur böyüdükdən sonra maşın sürdüyünü, Eldənizin də bir neçə dəfə oğlu İlknuru yolda saxladığını və ona irad tutduğunu, Eldənizin bunu İlknurun ona nəsə deməsi və Eldənizin də gedib polisə şikayət etməsi üçün etdiyini, bu barədə İlknurun ona desə də İlknura Eldənizə baş qoşmamasını dediyini, hətta İlknura yolunu dəyişməyini dediyini, Sadavat kəndinin içərisi ilə getməyini, Eldənizin qapısından keçməməyini dediyini, 31.12.2021-ci il tarixdə yadında qalmayan kiminsə zəng edib Ədalətgilin qapısında münaqişə olduğunu, Ayxan və Əmrahın da orada olduğunu dediyini, gedib Ayxanı gətirmək istədiyini, buna görə avtomobilə oturub oraya gedəndə yoldaşı Şahid13 da onun yanına oturduğunu, birlikdə Ədalətgilə getdiklərini, onlar çatanda orada təxminən 20-30 nəfər adam olduğunu, oraya çatanda ortalığın sakitləşdiyini, Ayxanın da əsəbi olduğunu, oraya çatandan sonra polislərin də oraya gəldiklərini, daha sonra Ayxandan və Ədalətdən ərizə aldıqlarını, daha sonra çıxıb getdiklərini, Eldənizin sərxoş vəziyyətdə oradakı kənd sakinlərinə nalayiq söyüş söydüyünü, həmçinin qaynı Ayxanın oğlu Əmraha da söyüş söydüyünü bildiyini, bundan əlavə Ayxanın Eldənizin onun oğlu Əmraha dəfələrlə sataşdığını bildiyini, buna görə əsəbləşib və Eldənizi bir dəfə vurduğunu bildiyini, Eldənizin Əmrah və Ayxanla həmin vaxt mübahisəsi olduğuna görə onların adlarını verdiyini və guya onu həyat yoldaşı Aynur xanımın sifarişi ilə döyüldüyünü bildirdiyini, lakin oradakıların hamısının şahid olduğunu, onların oraya gəlişləri Ayxanı aparmaq istəməkləri ilə bağlı olduğunu, oğlu İlknurun hadisə yerinə özü və yoldaşı Aynur gələndən sonra gəlib çıxdığını, İlknurun Eldənizi vurmadığını və onun üzərinə avtomobil sürmədiyini, ümumiyyətlə İlknurun mübahisədə və davada iştirak etmədiyini, Eldənizin onun adını qəsdən onlara zərər vurmaq məqsədi ilə verdiyini, Eldənizin yalan dediyini, Eldənizi və onun uşaqlarını hədələmədiklərini, ondan ərizəsinin geri götürməsini xahiş və ya tələb etmədiklərini bildirdi. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs tanıdığını, 31 dekabr 2020-ci il tarixdə xidmətdə olduğunu, axşamüstü radələrində Sadavat kəndindən 102 xidmətinə zəng edildiyini bildirdiklərini və həmin gün xidmətdə olan polis əməkdaşları ilə birlikdə həmin kəndə getdiklərini, Sadavat kəndində Ədalətgilin qapısına çatarkən orada 20-30 nəfər adam yığıldığını gördüklərini və həmin vaxt Eldənizin də orada olduğunu, Eldənizin həmin vaxt sərxoş olduğunu və kənd sakinlərinə qarşı söyüş söydüyünü, həmin gün bayram olduğu üçün, rəhbərlik tərəfindən bayram günlərində insanlara qarşı inzibati tədbirlərdən maksimum şəkildə istifadə edilməsi ilə bağlı göstəriş olduğundan Eldənizi RPŞ-nə gətirmək istəmədiklərini və onu sakitləşdiriərək evlərinə aparaq istədiklərini, lakin Eldənizin onların sözünə qulaq aslmadığını və onları eşitmədiyini, həmin vaxt yanlarındakı yoldaşlarla əgər Eldəniz getməsə buradakı insanların da dağılışmayacağını məsləhətləşdiklərini və Eldənizə qarşı fiziki güc tətbiq edərək onu RPŞ-nə gətirməyi və barəsində inzibati tədbir görməyi fikirləşdiklərini, lakin həmin vaxtı bir nəfər Sakit adlı kənd sakininin Eldənizi sakitləşdirməyə çalışdığını və Eldənizin Sakiti eşitdiyini gördüklərini, Sakitin isə onlara narahat olmamalarını özü Eldənizi evə aparacağını dediyini, doğrudan da Sakitin Eldənizi sakitləşdiriərək evə apardığını, özüləri də oradakı camamata dağılışmalarını bildirdiklərini, orada Ayxan və Ədalət adlı şəxslərdən ərizə aldıqlarını və çıxıb başqa yerə çağırışa getdiklərini, həmin vaxtdan sonra orada sakitlik olduğunu, həmin vaxtdan bir qədər sonra Eldənizin 102 xidmətinə zəng etdiyini, digər yoldaşların gedib Eldənizdən ərizə alıb gəldiklərini, həmin gün çağırış çox olduğundan həmin vaxtı hadisənin nədən baş verdyini tam dəqiqləşdirmək imkanları olmadığını, həmin vaxt qaranlıq olduğu üçün və Ədalətin qapısının ağzında küçədə qaranlıq olduğu üçün Eldənizin sifətində xəsarət hiss etmədiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 05.01.2021-ci il tarixli 08 №-li rəyindən görünür ki, Şahid1 bədənində olan xəsarətlər-sağ dirsək oynağının əzilməsi, sol saidin yuxarı 1/3-nin ön bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 05.01.2021-ci il tarixli 09 №-li rəyindən görünür ki, Şahid2 bədənində olan xəsarətlər-üzün sağ almacıq nahiyəsinin qançırı küt alət təsirindən törənmiş, törənmə müddəti 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərcəsi təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 05.01.2021-ci il tarixli 10 №-li rəyindən görünür ki, Şahid8 bədənində olan xəsarətlər-döş qəfəsinin ön səthinin, döş sümüyü proyeksiyası üzrə olan qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərcəsi təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 02.01.2021-ci il tarixli 02 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-burun sümüyünün qapalı yerdəyişən sınığı, burun yəhərinin sol diz oynağının ön səthinin sıyrıqları, sağ gözaltı nahiyənin qançır və şişkinliyi, sol əlin üst səthinin qançırı, döş qəfəsinin ön sağ nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 31.12.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından birlikdə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı ayrılıqda burun sümüklərinin qapalı yerdəyişən sınığı, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Burun yəhərinin sol diz oynağının ön səthinin sıyrıqları, sağ gözaltı nahiyənin, sol əlin üst səthinin qançırılar, döş qəfəsinin ön sağ nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərcələri təyin edilmir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti,Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi, 15 fevral 2021-ci il tarixdən 16 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə bir günə üç gün hesabı ilə, cəmi üç gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri oxdur, mülki iddia verilməmişdir. Cinayət işinin ibtidai istintaqını aparan müstəntiqin 12 mart 2021-ci il tarixli qərarı ilə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində göstərdikləri xüsusatlara, həmçinin Zərərçəkmiş şəxs, Şahid3, Şahid4, Şahid2, Şahid8 və X1 əməllərinə hüquqi qiymət verildiyi üçün məhkəmə bunları müzakirə etməmək qənaətinə gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə, cəmi səkkiz gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, on bir ay iyirmi iki gün müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar