Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-62/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Niyazi oğlunun Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Ağdaş rayonu, Hüşün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məkhumluğu olmayan, Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Niyazi oğlu istifadəsində olan yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsində 21 ədəd köküstə yaş ağacları və 4 ədəd həmişəyaşıl kolları kəsərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 09 mart 2022-ci il tarixdə xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışla Şahid1 mülkiyyətinə verilmiş “yaşayış məntəqəsinin torpaqları” kateqoriyasına aid, məqsədli istifadə növü sahibkarlıq olan, faktiki olaraq şifahi şəkildə sonuncu tərəfindən onun istifadəsinə verilmiş, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən 0,2239 ha torpaq sahəsindəki 21 ədəd ağac və 4 ədəd həmişəyaşıl kolların kəsilməsinə şəxsiyyətləri istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxsləri şifahi tapşırıqla cəlb edib həmin şəxslərə torpaq sahəsində yerləşən ağac və kolları kəsmələri ilə bağlı qanunsuz göstəriş vermiş, nəticədə həmin tarixdə bioloji inkişafda köküstə yaş halda olan hər birinin dəyəri 200 manat, diametri 5 sm olan 2 ədəd, diametri 6 sm olan 1 ədəd, diametri 7 sm olan 2 ədəd, diametri 8 sm olan 1 ədəd olmaqla ümumilikdə 1200 manat dəyərində 6 ədəd alça ağacını, diametri 10 sm, dəyəri 240 manat olan 1 ədəd, diametri 16 sm, dəyəri 300 manat olan 1 ədəd, diametri 17 sm, dəyəri 360 manat olan 1 ədəd olmaqla ümumilikdə 900 manat dəyərində 3 ədəd heyva ağacınə, diametri 12 sm, dəyəri 240 manat olan 1 ədəd, diametri 25 sm, dəyəri 500 manat olan 1 ədəd olmaqla ümumilikdə 740 manat dəyərində 2 ədəd əncir ağacını, diametri 4 sm, dəyəri 160 manat olan 1 ədəd, diametri 8 sm, dəyəri 200 manat olan 1 ədəd, diametri 21 sm, dəyəri 400 manat olan 1 ədəd olmaqla ümumilikdə 760 manat dəyərində 3 ədəd yalanqoz ağacını, diametri 4 sm, hər birinin dəyəri 160 manat olan 2 ədəd, diametri 8 sm, dəyəri 200 manat olan 1 ədəd, diametri 16 sm, dəyəri 300 manat olan 1 ədəd, diametri 20 sm, dəyəri 360 manat olan 1 ədəd, diametri 25 sm, dəyəri 500 manat olan 1 ədəd, diametri 30 sm, dəyəri 600 manat olan 1 ədəd olmaqla ümumilikdə 2280 manat dəyərində 7 ədəd tut ağacını və hər birinin dəyəri 160 manat olmaqla ümumilikdə dəyəri 640 manat olan 4 ədəd həmişəyaşıl kolu kök boğazından qanunsuz kəsdirib təbiətə ümumilikdə 6520 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Niyazi oğlu özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi oğlu Şahid1 Ağdaş şəhəri H.Əliyev prospektinin sağ tərəfi, Ağdaş-Qəbələ yolunun sol tərəfində 0,2239 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin çıxarışı vardır. Torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi, istifadə növü isə sahibkarlıqdır. 2022-ci ilin mart ayının əvvəllərində qeyd edilən ərazidə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində həmin torpaq sahəsində yerləşən bir sıra ağac və kollar zədələnmişdir. Belə ki, qeyd edilən ərazidə daha çox meyvə ağacları və kollar olmuşdur. Hətta bir neçə dəfə Ağdaş rayon İcra hakimiyyətindən əmisioğlu Qurbana qeyd olunan ərazinin zibillərdən təmizlənməsi barədə məktub göndərilmişdir. Yanğın zamanı 2 ədəd elektrik dirəyi də zədələnmişdir. Həmin ərazi sahibsiz qaldığına görə tanımadığı şəxslər həmin ərazidə zibil yığıb yandırmışlar. Əmisioğlu Şahid1 həmin torpaq sahəsini 2012-ci ildə sahibkarlıq obyekti tikmək üçün almışdır. Lakin maddi imkanı olmadığına görə həmin ərazidə heç bir sahibkarlıq obyekti tikə bilməmişdir. 2022-ci ilin ilin təxminən mart ayının əvvəllərində yanğından 2-3 gün sonra əmisi oğlu Şahid1 onun mobil nömrəsinə zəng edib ərazini zibillərdən təmizləməyini, ərazinin boş qalmamasını, həmin ərazidən istədiyi istifadə edib ailəsini dolandırmağını demişdir. O, həmin vaxtlarda dəqiq xatırlamadığı tarixdə Ağdaş şəhərində yerləşən “kolxoz bazarı” deyilən ərazidən 4 nəfər əvvəllər tanımadığı, mütəmadi olaraq orada dayanan fəhlə tapıb ərazini zibillərdən təmizləmələrini, ərazidə olan ağac və kolları kəsmələrini demiş və onlara həmin işə görə 100 manat pul verəcəyini demişdir. O, təxminən saat 10-11 radələrində həmin fəhlələrə ərazini göstərib öz işlərinin arxasınca getmiş və ərazidə qalmamışdır. Həmin gün ərzində oraya apardığı fəhlələr onun göstərişi ilə torpaq sahəsində olan ağac və kolları kəsmişlər. 10 mart 2022-ci il tarixdə 8 saylı RETSİ-nin əməkdaşları əraziyə gəlib ağacların qanunsuz kəsildiyini bildirmiş və bu barədə akt tərtib etmişlər. 8 saylı RETSİ-in tərtib etdiyi 73930 nömrəli aktda qeyd olunan 5 sm olan 2 ədəd, 6 sm olan 1 ədəd, 7 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd, heyva cinsinə aid diametri 10 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd, 17 sm olan 1 ədəd, əncir cinsinə aid diametri 12 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, yalanqoz cinsinə aid diametri 4 sm olan 1 ədəd, 8 sm olan 1 ədəd, 21 sm olan 1 ədəd, tut cinsinə aid diametri 4 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, 30 sm olan 1 ədəd ağaclar və həmişəyaşıl cinsinə aid 4 ədəd kol onun göstərişinə əsasən tanımadığı 4 nəfər fəhlə tərəfindən kəsilmişdir. O, xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ağacların kəsilməsinin cinayət məsuliyyətinə səbəb ola biləcəyini düşünməmiş, bu səbəbdən də orada olan ağac və kolları kəsdirmişdir. Qeyd olunan torpaq sahəsində yerləşən ağac və kolların kəsilməsi ilə bağlı Şahid1 ona heç bir göstəriş verməmişdir. Şahid1 ona sadəcə ərazini zibillərdən təmizləməyini, torpaq sahəsindən istədiyi kimi istifadə edib ailəsini dolandırmağını demişdir. Qurban ona torpaq sahəsinin sahibsiz qalıb zibilliyə çevrilməsindən sə, onun orada ailəsi üçün pul qazanmağını demişdir. O, həmin torpaq sahəsində meyvə qəbulu məntəqəsi tikmək niyyətində olmuşdur. Lakin həmin fikrindən daşınmış və torpaq sahəsində ağaclar əkib bağ salmaq qərarına gəlmişdir. 8 saylı RETSİ-nin əməkdaşları həmin əraziyə gəlib akt tərtib etdikdən sonra ondan aktın rəsmiyyətə salınmaması üçün rüşvət tələb etmişlər. Belə ki, idarənin əməkdaşı Şahid2 aktı tərtib etdikdən sonra onu barəsində böyük məbləğdə cərimə yazılacağı ilə hədələmiş, lakin o, heç bir məsuliyyətə səbəb olacaq əməl törətmədiyini bildirmiş, bundan sonra Şahid2 ona “madam ki, sən rəsmiyyətlə danışırsan, mən də rəsmiyyətlə sizə böyük cərimə yazacam, sizi prokurorluğa verəcəyik” sözlərini demişdir. Buna görə də onların tərtib etdiyi akt rəsmiləşdirilmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq ağacların kəsilməsini şifahi tapşırdığı 4 nəfər fəhləyə ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumat vermədiyini, özünün də ağacların kəsilməsinin qanunsuz olduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Niyazi oğlu məhkəmədə son sözündə özünü təqsirli bilərək ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Niyazi oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-bioloji və məhkəməəmtəəşunaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi-müfəttişi Şahid2 idarənin sabiq əməkdaşı Şahid3lə birlikdə Ağdaş şəhəri ərazisində yoxlama aparan zaman Ağdaş şəhəri, H.Əliyev prospektində, Ağdaş-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən Şahid1 məxsus torpaq sahəsində ağacların kəsilməsi halını aşkarlamışlar. Qeyd olunan faktla bağlı Şahid3lə birlikdə idarənin rəhbərliyinə rəsmi qaydada məruzə edilmiş. 09 mart 2022-ci il tarixdə əraziyə baxış keçirilməsi ilə bağlı idarənin rəisi tərəfindən 09 mart 2022-ci il tarixli, 56 saylı sərəncam imzalanmışdır. Həmin sərəncam əsasında Şahid3 və X8 Təsərrüfatı müəssisəsinin əməkdaşı Şahid4la birlikdə qeyd olunan əraziyə baxış keçirtmişlər. Baxış zamanı ərazidə köküstə yaş halda olmuş alça cinsinə aid diametri 5 sm olan 2 ədəd, 6 sm olan 1 ədəd, 7 sm olan 2 ədəd və 8 sm olan 1 ədəd olmaqla 6 ədəd alça cinsi ağacların, heyva cinsinə aid diametri 10 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd və 17 sm olan 1 ədəd olmaqla ümumilikdə 3 ədəd, əncir cinsinə aid diametri 12 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd olmaqla 2 ədəd, yalanqoz cinsinə aid diametri 4 sm olan 1 ədəd, 8 sm olan 1 ədəd, 21 sm olan 1 ədəd olmaqla ümumilikdə 3 ədəd, tut cinsinə aid diametri 4 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, 30 sm olan 1 ədəd olmaqla 7 ədəd ağacların, ümumilikdə 21 ədəd ağacın və həmişəyaşıl cinsinə aid 4 ədəd kolun kök boğazından kəsilərək məhv edildiyi aşkar edilmişdir. Qeyd olunan ağacların kəsilməsi ilə bağlı akt tərtib edilmişdir. Hazırda zərərçəkmiş şəxs qismində tanınmış 8 saylı Regional ETS idarəsinin əsas tələbi cinayət nəticəsində vurulmuş 6520 manat məbləğində maddi ziyanın ödənilməs olduğunu bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəymiş olan ziyanın tam ödənilməsini və ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda təqaüdçüdür. **********2 nömrəli VÖEN ona aiddir, özünə məxsus yaşayış evini kirayəyə verdiyi üçün VÖEN almışdır. Onun Ağdaş şəhəri H.Əliyev prospektinin sağ tərəfi, Ağdaş-Qəbələ yolunun sol tərəfində 0,2239 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin çıxarışı vardır. Torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi, istifadə növü isə sahibkarlıqdır. O, həmin torpaq sahəsini 2012-ci ildə almış, lakin maddi imkanı çatmadığına görə həmin torpaq sahəsində hər hansı sahibkarlıq obyekti tikməmişdir. O, həmin torpaq sahəsinə baxmağı əmisi oğlu Təqsirləndirilən şəxs Niyazi oğluna həvalə etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində əmisi oğlu Təqsirləndirilən şəxs qeyd edilən ərazidə yanğın hadisəsi baş verdiyini, yanğın nəticəsində həmin torpaq sahəsində yerləşən bir sıra ağac və kollar zədələndiyini demişdir. Belə ki, qeyd edilən ərazidə daha çox meyvə ağacları və kollar olmuşdur. Bildiyinə görə yanğın zamanı ərazidə olan 2 ədəd elektrik dirəyi də zədələnmişdir. 2022-ci ilin ilin təxminən mart ayının əvvəllərində yanğından 2-3 gün sonra o, əmisi oğlu Təqsirləndirilən şəxs zəng edərək ona məxsus torpaq sahəsinin boş qaldığını, həmin ərazini zibillərdən təmizləməyini, torpaq sahəsindən öz istədiyi kimi istifadə etməyi və orda əldə edəcəyi gəlirlə ailəsini dolandırmağını demişdir. Belə ki, Zaur heç bir yerdə işləməmişdir. O da torpaq sahəsinin boş qalmasından sa, Zaurun həmin torpaqdan istifadə edib ailəsini dolandırmaq üçün gəlir əldə etməsini istəmişdir. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs bazardan tanımadığı fəhlələrlə danışaraq həmin əraziyə gətirmiş, onlar isə orada təmizlik işlərindən aparmış, orada olan meyvə və digər ağacları kəsmişlər. Təqsirləndirilən şəxs ona bu barədə bildirdikdə o, Zaura narazılığını bildirmişdir. Belə ki, o, Zaura ərazidə olan ağac və kolları kəsməsini deməmişdir. O yalnız Zaura ərazini zibillərdən təmizləməsini demişdir. Kəsilmiş ağacların oduncaq hissəsi isə oduncağa ehtiyacı olan şəxslər və fəhlələr aparmışdır. Belə ki, həmin ərazinin çox hissəsi açıqdır. Ağaclar kəsildikdən sonra növbəti gün əmisi oğlu Təqsirləndirilən şəxs ərazi də bünövrə qazıb tikinti işləri aparmağa başlamışdır. Həmin vaxt 8 saylı RETSİ-nin əməkdaşları əraziyə gəlib ağacların qanunsuz kəsildiyini bildirmiş və bu barədə akt tərtib etmişlər. 8 saylı RETSİ-in tərtib etdiyi 73930 nömrəli aktda qeyd olunan 5 sm olan 2 ədəd, 6 sm olan 1 ədəd, 7 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd, heyva cinsinə aid diametri 10 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd, 17 sm olan 1 ədəd, əncir cinsinə aid diametri 12 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, yalanqoz cinsinə aid diametri 4 sm olan 1 ədəd, 8 sm olan 1 ədəd, 21 sm olan 1 ədəd, tut cinsinə aid diametri 4 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, 30 sm olan 1 ədəd ağaclar və həmişəyaşıl cinsinə aid 4 ədəd kol kök Təqsirləndirilən şəxs göstərişinə əsasən ərazidə təmizlik işləri aparan tanımadığı 4 nəfər fəhlə tərəfindən kəsilmişdir. O, Zaura həmin ərazidə meyvə qəbulu məntəqəsi tikmək göstərişi verməmişdir. O, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. O, hazırda təqaüddədir və VÖEN-in yalnızca ona məxsus yaşayış evlərini kirayəyə verib qazanc əldə etmək üçün almışdır. Onun 2012-ci ildə həmin torpaq sahəsini almaqda məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Lakin maddi imkanı olmadığına görə həmin torpaq sahəsində hər hansı sahibkarlıq obyekti tikməmişdir. Zaura da torpaq sahəsində olan ağacların kəsilməsi ilə bağlı göstəriş verməmiş, həmin torpaq sahəsində olan ağacların kəsilməsindən sonradan xəbəri olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş 8 saylı RETSİ-in aparıcı məsləhətçi-müfəttişi Şahid2 ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sabiq aparıcı məsləhətçisi Şahid3lə birlikdə Ağdaş şəhəri ərazisində yoxlama aparan zaman Ağdaş şəhəri, H.Əliyev prospektində, Ağdaş- Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən Şahid1 məxsus torpaq sahəsində ağacların kəsilməsi halını aşkarlamışlar. Qeyd olunan faktla bağlı Şahid3lə birlikdə idarənin rəhbərliyinə rəsmi qaydada məruzə etmişlər. 09 mart 2022-ci il tarixdə əraziyə baxış keçirilməsi ilə bağlı idarənin rəisi tərəfindən 09 mart 2022-ci il tarixli, 56 saylı sərəncam imzalanmışdır. Həmin sərəncam əsasında Şahid3 və X8 Təsərrüfatı müəssisəsinin əməkdaşı Şahid4la birlikdə qeyd olunan əraziyə baxış keçirtmişlər. Baxış zamanı ərazidə köküstə yaş halda olmuş alça cinsinə aid diametri 5 sm olan 2 ədəd, 6 sm olan 1 ədəd, 7 sm olan 2 ədəd və 8 sm olan 1 ədəd olmaqla 6 ədəd alça cinsi ağacların, heyva cinsinə aid diametri 10 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd və 17 sm olan 1 ədəd olmaqla ümumilikdə 3 ədəd, əncir cinsinə aid diametri 12 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd olmaqla 2 ədəd, yalanqoz cinsinə aid diametri 4 sm olan 1 ədəd, 8 sm olan 1 ədəd, 21 sm olan 1 ədəd olmaqla ümumilikdə 3 ədəd, tut cinsinə aid diametri 4 sm olan 2 ədəd, 8 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, 30 sm olan 1 ədəd olmaqla 7 ədəd ağacların, ümumilikdə 21 ədəd ağacın və həmişəyaşıl cinsinə aid 4 ədəd kolun kök boğazından kəsilərək məhv edildiyi aşkar edilmişdir. Qeyd olunan ağacların kəsilməsi ilə bağlı akt tərtib edilmişdir. Baxış zamanı eni 40 metr, uzunluğu 25 metr olan hissədə hasar tikintisi üçün bünövrə qazıldığı müəyyən olunmuşdur. Əraziyə baxış zamanı tərəfindən videoçəkiliş aparılmışdır. Baxış zamanı torpaq sahəsinin Şahid1 məxsus olması, Şahid1 Ağdaş rayonu ərazisində olmadığı müəyyən edildiyindən baxışda Şahid1 nümayəndəsi Təqsirləndirilən şəxs Niyazi oğlu iştirak etmişdir. Təqsirləndirilən şəxs baxışda iştirak etməsinə baxmayaraq aktı imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs şifahi şəkildə həmin əraziyə meyvə qəbulu məntəqəsi tikiləcəyini, ağac və kolların tikintiyə mane olması səbəbindən tərəfindən kəsildiyini bildirmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç kim rüşvət istəməmişdir. Aktın tərtib edilməsindən əvvəl onlar idarəyə rəsmi məruzə etmişlər və baxış keçirilməsi barədə sərəncam imzalanmışdır. Onlar həmin torpaq sahəsinə getməmişdən əvvəl artıq zəruri sənədləşmələr aparılmış və baxış üçün X8 Təsərrüfatı müəssisəsinin əməkdaşı dəvət olunmuşdur. Bir sözlə onların yazdıqları aktı rəsmiləşdirməmələri mümkün deyildi. Bununla bağlı Azərbaycan Respublikası ETS Nazirliyi tərəfindən də araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının 30 iyun 2022-ci il tarixli, 7/658; 9/4395 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ağdaş şəhəri, H.Əliyev prospektində, Ağdaş-Qəbələ avtomobil yolunun sol istiqamətində yerləşən 0,2239 ha torpaq sahəsində diametri 5 sm olan 2 ədəd alça ağacı, diametri 6 sm olan 1 ədəd alça ağacı, diametri 7 sm olan 2 ədəd alça ağacı, diametri 8 sm olan 1 ədəd alça ağacı, diametri 10 sm olan 1 ədəd heyva ağacı, diametri 16 sm olan 1 ədəd heyva ağacı, diametri 17 sm olan 1 ədəd heyva ağacı, diametri 12 sm olan 1 ədəd əncir ağacı, diametri 25 sm olan 1 ədəd əncir ağacı, diametri 4 sm olan 1 ədəd yalanqoz ağacı, diametri 8 sm olan 1 ədəd yalanqoz ağacı, diametri 21 sm olan 1 ədəd yalanqoz ağacı, diametri 4 sm olan 2 ədəd tut ağacı, diametri 8 sm olan 1 ədəd tut ağacı, diametri 16 sm olan 1 ədəd tut ağacı, diametri 20 sm olan 1 ədəd tut ağacı, diametri 25 sm olan 1 ədəd tut ağacı, diametri 30 sm olan 1 ədəd tut ağacı və 04 ədəd həmişə yaşıl kol köküstə yaş halda kəsilmişdir. - rəyin bioloji tədqiqat hissəsində göstərilən məlumatlara və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarın əsasən müxtəlif diametrli ağac və kolların qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6520,00 manat müəyyən edilir. (1 nömrəli cədvəldə ağac və kolların dəyəri ayrı-ayrılıqda bu şəkildə müəyyən edilmişdir: 1. diametri 5 sm olan 2 ədəd alça ağacı – hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat; 2. diametri 6 sm olan 1 ədəd alça ağacı – 200 manat; 3. diametri 7 sm olan 2 ədəd alça ağacı- hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat; 4. diametri 8 sm olan 1 ədəd alça ağacı- 200 manat; 5. diametri 10 sm olan 1 ədəd heyva ağacı-240 manat; 6. diametri 16 sm olan 1 ədəd heyva ağacı-300 manat; 7. diametri 17 sm olan 1 ədəd heyva ağacı-360 manat; 8. diametri 12 sm olan 1 ədəd əncir ağacı-240 manat; 9. diametri 25 sm olan 1 ədəd əncir ağacı-500 manat; 10. diametri 4 sm olan 1 ədəd yalanqoz ağacı-160 manat; 11. diametri 8 sm olan 1 ədəd yalanqoz ağacı-200 manat; 12. diametri 21 sm olan 1 ədəd yalanqoz ağacı-400 manat; 13. diametri 4 sm olan 2 ədəd tut ağacı- hər birinin dəyəri 160 manat olmaqla ümumilikdə 320 manat; 14. diametri 8 sm olan 1 ədəd tut ağacı- 200 manat; 15. diametri 16 sm olan 1 ədəd tut ağacı-300 manat; 16. diametri 20 sm olan 1 ədəd tut ağacı- 360 manat; 17. diametri 25 sm olan 1 ədəd tut ağacı-500 manat; 18. diametri 30 sm olan 1 ədəd tut ağacı-600 manat; 19. 4 ədəd həmişə yaşıl kol- hər birinin dəyəri 160 manat olmaqla ümumilikdə 640 manat) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli №3-14-47/2-497/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlu istifadəsində olan yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid torpaq sahəsində 21 ədəd köküstə yaş ağacları və 4 ədəd həmişəyaşıl kolları kəsərək məhv etdiyinə görə təbiətə vurduğu 6520 (altı min beş yüz iyirmi) manat ziyanı tam şəkildə ödəmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Təqsirləndirilən şəxs Niyazi oğluna qarşı şikayət, iddia və ya mülki tələbləri yoxdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Ədilov X4 Federasiyası Kaluqa vilayəti, Yukosk rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə RF CM-in 228.2-ci maddəsi təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin həmin hökm Azərbaycan Respublikasında tanınmadığından məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Niyazi oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 iyul 2022-ci il tarixli 264 saylı arayışdan görünür ki, Ədilov X6 rayonu Kükəl kənd inzibati ərzai dairəsinə daxil olan Hüşün kəndində yaşamaqla ailə tərkibi xx.xx.1986-cı il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 ibarətdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Niyazi oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Niyazi oğlu ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tamamilə ödəmişdir. (İş üzrə zərərçəkmiş şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli məktubu, "xxxx" ASC-nin Ağdaş rayon filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli terminal nömrəsi K0160011 olan 22304 nömrəli qəbz) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun barəsində cinayət təqibi həyata keçirilməməli, cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Niyazi oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs Niyazi oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Niyazi oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Niyazi oğlundan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-62/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-62/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver