Məhkəmə qərarları › İş №1(014)-63/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-63/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-63/2022 08.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1958-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkum olmuş, Ağdaş rayonu Ləki qəsəbəsi Mustafayev küçəsi ev 17-də qeydiyyatda olan, barəsində 28.04.2022-ci il trixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 iyun 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə 23 dekabr 2021-ci il tarixdə saat 02:30 radələrində xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi 26-da yerləşən evinin həyətinin əl qapısından həyətə keçib evin giriş qapısının qıfılını əlində olan dəmir parçası ilə sındıraraq evə qanunsuz daxil olaraq evin otağından cəmi 237 manat dəyəri olan 15 (on beş ) manat dəyərində 01 ədəd 30 ml şəffaf şüşə qabda “narkotik” adlı kişi ətrini, 10 (on) manat dəyərində 01 ədəd “Samsung” markalı GT-E1080 model mobil telefonu, oğluna məxsus ümumi dəyəri 12 (on iki) manat olan alt yataq paltar dəstinin (şalvar və köynəyin) və 200 (iki yüz) manat nağd pulu oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində ünvan 1 ünvanında tək yaşadığını, əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1 və bir neçə dəfə 234.1-ci maddələri ilə məhkum olduğunu, 2010-cu ildə cəzadan vaxtından əvvəl şərti azad olunduğunu, hazırda heç bir yerdə işləmədiyini, Zərərçəkmiş şəxs yazmış olduğu ərizə ilə tanış olduğunu, Turanəni tanıdığını, Turanə ilə qonşuluqda yaşadığını, 2021-ci ilin dekabr ayının 23-də gesə saat 02:30 radələrində Turanənin yaşadığı mənzildə heç bir şəxsin olmadığını müəyyən etdiyini və bundan sonra həmin məzildən oğurluq etmək qərarına gəldiyini, mənzilin giriş qapısının qıfılını əlində olan dəmir parcası ilə sındıraraq qapını acdığını və mənzilə daxil olduğunu, mənzilə daxil olduqda mənzildən pul qabında olan 7 manat pulu, 1 ədəd “Samsung” markalı mobil telefonunu, 1 ədəd kişi ətrini oğurladığını, bundan sonra Turanənin onun yaşadığı evə qonaq olaraq gəldiyini və ona mənzilində olan kişi ətrinin ona məxsus olmasını söylədiyini, bunu inkar etdiyini, lakin buna baxmayaraq Turanənin təkid edərək məhz həmin ətir ona məxsus olmasını söylədiyini, bundan sonra polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, onunla sorğu sual etdiklərini, daha sonra həmin mənzildən oğurluq əməli törətməsini etiraf etdiyini, konkret olaraq 23 dekabr 2021-ci il tarixdə saat 02:30 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi ev 26-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd şüşə qabda ətir və əl çantasından 7 manat pul oğurladığını, həmin vaxt onu heç kimin görmədiyini, Turanənin yalan dediyini, belə ki, Turanənin yaşadığı evdən 200 (iki yüz) manat pul oğurlamadığını, Turanənin yaşadığı evin qapısını sındırdığı dəmir parçasını hazırda xatırlamadığı yerdə tulladığını, ifadəsinin alınması zamanı ona heç bir psixi təsir və ya zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmədə son sözündə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, hazırda subay olduğunu, ailəli olub boşandığını, himayəsində üç övladının olduğunu, heç bir yerdə işləmədiyini, böyük oğlu Pünhanın hərbi qulluçu olaraq hərbi xidmətdə olduğunu, digər uşaqlarından azyaşlı qızı Rəfiqənin və azyaşlı oğlu Samirin onunla birlikdə yaşadıqlarını,hər gün evdən çıxaraq müəyyən təmizlik işləri görmək məqəsdi ilə getdiyini, azyaşlı uşaqlarını isə anasının yaşadığı evə aparıb qoyduğunu və eyni zamanda tək yaşadığı və qorxduğu üçün gündüzlər öz evində axşamlar isə anasının yanında qaldığını, 2021-ci ilin dekabr ayının 22-dən 23-nə keçən gecə anasıgildə qaldığını, 23 dekabr 2021-ci il tarixdə evə getdiyi zaman evinin qapısının qıfılının qırıldığını gördüyünü, daha sonra evə baxdığını, bu zaman evdən 200 manat pul, bir ədəd “narkotik” adlı kişi ətri, bir ədəd “Samsung” markalı mobil telefon və oğlunun alt yataq paltar dəstinin oğurlanmasını aşkar etdiyini, daha sonra həmin şəxsi axtarırdığını, bundan sonra qonşusu Mirzənin onunla rastlaşan zaman ondan sən “sobranie” siqaret görmüsən?” deyə soruşduğunu, həmin vaxt Mirzənin evində narkotik ətrinin iyini hiss etdiyini, bundan sonra Mirzəgilə getdiyini, Mirzəgildə bir az oturduğunu, daha sonra pəncərənin pərdəsini aralayıb baxan zaman pəncərənin qarşısında ona məxsus ətrin şüşəsini gördüyünü, Mirzəyə bu barədə heç nə demədən yaşadığı evə gəldiyini, daha sonra bu barədə polisə müraciət etdiyini, polis əməkdaşlarının gəlib Mirzənin evinə baxış keçirilərək də Mirzənin yaşadığı evdən ona məxsus ətirin şüşəsini və “Samsung” markalı telefonunu tapdıqlarını, oğurluq nəticəsində ona təxminən 292 manat maddi ziyan dəydiyini, belə ki, onun 200 manat pulunun, 50 manat dəyərində “Samsung” markalı telefonunun, 30 manat dəyərində narkotik ətrinin və oğluna məxsus ümumi dəyəri 12 manat olan bir dəst kişi alt paltarının, yataq dəstinin, şalvar və köynəyin oğurlandığını, yaşadığı evdən 22.12.2021-ci il tarixdə təxminən saat 23 radələrində çıxaraq anasıgilə getdiyini, yaşadığı evi tərk etməzdən təxminən bir saat əvvəl ona məxsus 200 manat pulu yenidən saydığını, həmçinin mobil telefonunun və ətirinin də evdə olduğunu, Mirzənin onun yaşadığı evə evin qapısının qıfılını sındıraraq daxil olduğunu, həmin qıfılı tulladığını, lakin hara tulladığını xatırlamadığını göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2022-ci il tarixli 9/455 nömrəli rəyində göstərilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 25,00 manat müəyyən olunur; -01 ədəd qara rəngli, Çində istehsal edilmiş “Samsung” markalı, GT-E1080model **********72330 İMEİ kodlu mobil telefon. Həmin mobil telefonun arxa qapağı skoçla bərkidilmişdir- 10,00 manat; 01 ədəd şəffaf, 30ml şüşə qabda içərisində təxminən “narkotik” adlanan 20 ml ətir- 15,00 manat edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 11 mart 2022-ci il tarixli 319 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHBnın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ləki qəsəbə İcra Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli 127 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi M.Mustafayev küçəsi 17-№il evdə yaşayır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 aprel 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi “Samsung” markalı 01 ədəd mobil telefon və 01 ədəd şüşə qabda “Nakotik” adlı kişi ətri Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 18 (on səkkiz) saat hüquqi xidmətə görə 108 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 07:00-dək Ağdaş rayonu, Ləki qəsəbəsi M.Mustafayev küçəsi 17-də yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Samsung” markalı 01 ədəd mobil telefon və 01 ədəd şüşə qabda “Nakotik” adlı kişi ətri Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 18 saat hüquqi xidmətə görə 108 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar