Məhkəmə qərarları › İş №1(014)-63/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-63/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-63/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, 06 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində 12 may 2023-cü il tarixdə saat 11:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, 02 mart 2016-cı il tarixdən hesablanmaqla 21 yanvar 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(014)-659/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 3(014)-406/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 04 may 2022-ci il tarixli, 3(014)-203/2022 saylı qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 01 iyun 2022-ci il, 05 avqust 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 dekabr 2022-ci il tarixinə kimi 4935,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Ağdaş rayonun sakini kimi tanımışdır. Təxminən 2002-ci il tarixdə ailə həyatı qurmuşlar. Evliliklərindən 21 yanvar 2005-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Orta Ləki kəndində yaşamışlar. Həmin vaxtlar Rusiya Federasiyasında alverlə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Fərqanə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Fərqanə himayəsində olan uşaqlarını tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(014)-659/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 02 mart 2016cı il tarixdən hesablanmaqla 21 yanvar 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İlk vaxtlar fasilələrlə ödənişlər etsə də, alimenti tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli inzibati qərarına əsasən 15 gün müddətinə, 04 may 2022-ci il tarixli inzibati qərarına əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etməmişdir. Hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğuldur, bundan əlavə kəndlərində fərdi qaydada təsərrüfatla məşğul olur, yəni əkinçilik edir. Gəliri sezona görə dəyişir, ortalama gündəlik 10,00-15,00 qazanc əldə edir. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da uzun müddətdir mərkəzə işlə bağlı müraciət etməmişdir. Təqdimat verilən günə, yəni 06 dekabr 2022-ci il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 4935,00 manat təşkil etmişdir. Təqdimat verilən gündən sonra ittiham üzrə Zərərçəkmiş şəxs olan 4935,00 manat aliment borcunu tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmiş şəxsin dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzaq qohumu kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2002-ci il tarixdə el adəti ilə ailə qurmuşlar. Həmin evlilikdən 21 yanvar 2005-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Orta Ləki kəndində Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs Rusiya Federasiyasında alverlə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, tez-tez dava-dalaş saldığıdan, uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış Ağdaş Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(014)- 659/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2016-cı il tarixdən hesablanmaqla 21 yanvar 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90,00 manat manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 08 noyabr 2018-ci il tarixli inzibati qərarına əsasən 15 gün müddətinə, 04 may 2022-ci il tarixli inzibati qərarına əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni 06 dekabr 2022-ci il tarixə ödənməmiş aliment borcu 4935,00 manat təşkil etmişdir. Təqdimat verilən gündən sonra Təqsirləndirilən şəxs aliment borcundan 1090,00 manat ödəniş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda müxtəlif işlərdə işləyərək yetərli qazanc əldə edir. Təqsirləndirilən şəxs istəsə hər ay alimenti ödəyə biləcəyini, lakin ödəmək niyyəti olmadığını qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ittiham üzrə ona qalan 3845 manat aliment borcunu tam ödəmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ona olan borcunu ödədiyini nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş rayon İcra və probasiya şöbəsinin rəisi Şahid1 Niyazi oğlu ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 659/2016 saylı 14 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2016-cı il tarixdən başlayaraq 21 yanvar 2005-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanması uçun Zərərçəkmiş şəxs xeyrinə hər ay 90,00 manat aliment tutulmalıdır. Göstərilən icra vərəqəsi 25 may 2016-cı il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Ağdaş rayon icra və probasiya şöbəsinə gəlmiş, icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-203/2022 saylı, 04 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclu tələbi icra etməmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 2(014)-659 saylı 14 aprel 2016-cı il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 06 dekabr 2022-ci il tarixə 4935,00 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs 10 avqust 2022-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinə ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-659 saylı 14 aprel 2016-cı il tarixli icra vərəqəsini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. O, həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid2 Şahid1 Niyazi oğlunun ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 2(014)-659/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Təqsirləndirilən şəxs 90 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Təqsirləndirilən şəxs 90 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-659/2016 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2017-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada dəfələrlə həbs olunmasına baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham üzrə borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-659/2016 nömrəli xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 4935 manat məbləğində borclu olduğu pulu tam ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 306-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 35 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar