Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-63/2024 31.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X4 və Mustafayeva Ulduzə Müdtəlif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş rayonu, Qarağan- Sədi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, xeyli miqdarda, yəni 8,18 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Qarağan-Sədi kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 13:38-dən 13:59-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol ön cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,97 qram və 4,21 qram, ümumi təmiz çəkisi 8,18 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərində bi ədəd siqaret üçün nəşə olmuşdur. O, zibil atmağa gedərkən zibil qutularının yanından yerdən kiçik sellofan büküm tapmış və istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Lakin onun üzərində iki büküm nəşə olmamışdır, həmin nəşə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, polis əməkdaşları onu daha ağır maddə ilə yükləməsinlər deyə həmin ikinci bükümün ona məxsus olduğunu demişdir. O, bununla bağlı yanında olan müdafiəçiyə heç bir söz deməmişdir. O, yerdən nəşəni götürərkən cahangir adlı şəxs onun yanında olmuşdur. Polis şöbəsində ona qarşı qanunsuz hərəkətlər edən olmamışdır. 31 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hadisədən 1 gün əvvəl Ağdaş rayonu, Qarağan-Sədi kənd ərazisində zibil atarkən yerdə iki ədəd kibrit qutusu gördüyünü, kibrit qutularını yerdən götürərək açdığını, içərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olmasını gördüyünü, həmin kütləni daha sonra istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq Ağdaş şəhəri getmək istədiyini, yaşadığı Qarağan-Sədi kənd ərazisində yolun kənarında saat 12:55-də polis əməkdaşları ona yaxınlaşdıqlarını, narkotik vasitələrdən istifadə etdiyinə görə şübhəli olduğunu, ona görə də, üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini, onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində vəkil təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol ön cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu, 01 ədəd kağız parçasını və 01 ədəd sellofan paket hissəsini, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları, göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoydu, bundan başqa üzərindən hər hansı əşya aşkar olunmadığını, sonra isə üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən açıldığını, içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunduğunu, sonra həmin kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildiyini, çəkiləri müvafiq olaraq 7,22 və 6,97 qram olduğunu, bundan sonra həmin kibrit qutusu zərfə qablaşdırıldığını, üzərinə möhür olan kağız parçaları vurulduğunu, iştirakçılar zərfə imza etdiklərini, daha sonra üzərindən aşkar edilmiş hər iki mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərflərə qablaşdırıldığını, zərflərin üzərinə möhürlü kağız parçaları vurulduğunu, digər əşyalar isə özünə qaytarıldığını, sonra polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşduğunu, həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, onu 1 gün əvvəl Ağdaş rayonu, Qarağan-Sədi kənd ərazisində zibil atarkən yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını söylədiyini, şəxsi axtarışın keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını söylədiyini, sonra üzərində şəxsi axtarış başa çatdığını, videoçəkiliş sonlandırıldığını, protokol tərtib olunduğunu, iştirakçılar tərəfindən imzalandığını, həmin kibrit qutusundakı bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitəsini 1 gün əvvəl Ağdaş rayon Qarağan-Sədi kənd ərazisində zibil atarkən yerdən tapdığını, narkotik vasitə əvvəllər istifadə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərimdə saxladığını, şəxsi axtarış zamanı həyəcanlı olduğundan üzərindəki əşyaların aşkar olunma yerini şəxsi axtarışı keçirən polis əməkdaşına yanlışlıqla səhv dediyini, əslində isə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol ön cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu, 01 ədəd kağız parçasını və 01 ədəd sellofan paket hissəsini, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları, göy rəngli cins şalvarımın sağ ön cibindən 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoyduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əvvəllər cinayət törətdiyini, həmin kütlənin ona məxsus olduğunu, ona heç bir formada təzyiq göstərilmədiyini “Nokia” markalı telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə və “Samsung” markalı telefonunun üzərində ***- ***-**-** saylı mobil nömrələri olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə son söz söyləyərkən bildirdi ki, özü də, anası da xəstədirlər, səhvi varsa üzr istəyir, ona cərimə verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Qarağan-Sədi kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş rayonu, Qarağan- Sədi kəndində Gümrahı saxladıqlarını, özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu söylədiklərini, bundan sonra Gümrahı RPŞ-yə dəvət etdiklərini, Gümrah da onlarla birlikdə Ağdaş RPŞyə gəldiyini, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən Gümraha hüquq və vəzifələri izah olunduğunu, həmin vaxt Gümrah əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol ön cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu, 01 ədəd kağız parçasını və 01 ədəd sellofan paket hissəsini, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları, göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoyduğunu, bundan başqa üzərindən hər hansı əşya aşkar olunmadığını, sonra isə Gümrahın üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən açıldığını, içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunduğunu, sonra həmin kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildiyini, çəkiləri müvafiq olaraq 7,22 və 6,97 qram olduğunu, bundan sonra həmin kibrit qutuları zərfə qablaşdırıldığını, üzərinə möhür olan kağız parçaları vurulduğunu, iştirakçılar zərfə imza etdiklərini, daha sonra Gümrahın üzərindən aşkar edilmiş hər iki mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərflərə qablaşdırıldığını, zərflərin üzərinə möhürlü kağız parçaları vurulduğunu, digər əşyalar isə özünə qaytarıldığını, sonra polis əməkdaşı Gümrahdan həmin bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşduğunu, Gümrah cavabında həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, onu 1 gün bundan əvvəl Ağdaş rayonu, Qarağan-Sədi kənd ərazisində zibil atarkən yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın başa çatdığını, videoçəkiliş sonlandırıldığını, protokol tərtib olunduğunu, iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Gümrah üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol ön cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu, 01 ədəd kağız parçasını və 01 ədəd sellofan paket hissəsini, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları, göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan başqa üzərindən hər hansı əşya aşkar olunmamış, sonra isə üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən açılmış, içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunmuş, sonra həmin kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 7,22 və 6,97 qram olmuş, 02 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmiş, 02 ədəd mobil telefon 02 ədəd zərfə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, digər əşyalar özünə qaytarılmış, sorğu-sual aparılmış, şəxsi axtarış Samsung markalı kameradan istifadə olunmaqla həyata keçirilmiş, çəkiliş barədə iştirakçılar xəbərdar edilmiş, çəkiliş lenti 01 ədəd “DVD” markalı diskdə protokola əlavə edilmişdir. İşin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/35 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularında ayrı-aayrılıqda təmiz çəkiləri-3,97 qram və 4,21 qramümumi çəkiləri-8,18 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 288 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-22/2-115/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli və Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Hərbi Məhkəməsinin 23 may 2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, 2) Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib əmək haqqından 15 % məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 3) Ağdaş Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, amnistiya qərarına əsasən 12 noyabr 2021-ci il tarixdə cəzadan azad olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 16 fevral 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli hökmünə əsasən təyin edilmiş 15 % məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qərarına əsasən onun CM-nin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair işə xitam verilmişvə o, cəzadan azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 yanvar 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin ərazisində yaşadığı müddətdə ictimai yerlərdə özünü normal aparmamışdır. Dəfələrlə narkotik maddələrin satışı və oğurluq əməllərinə görə həbsdə olduğu və ailə münasibətlərində münaqişəli ailə kimi olduğu bilinir. Yuxarıda qeyd olunan əməllərinə görə ailə həyatı dağılmışdır onun barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şəkildə şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Yusubov X6 Sədi kəndində yaşayır və özünə məxsus təsərrüfətla məşğul olur. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 yanvar 2023-cü il tarixli qərarından və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 12:55-də şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2024-cü il tarixdə saat 12:10-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Axtarışda olan şıəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Axtarışda olan şıəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 19 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün, ümumilikdə üç gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı və o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 8,08 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 19 fevral 2024-cü il tarixdən 20 fevral 2024cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün, ümumilikdə üç gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. X7 ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 8,08 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-63/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-63/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver