Məhkəmə qərarları › İş №1(014)-64/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-64/2020

08.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-64/2020 08.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim: X3, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermişşəxs: X6 Xüsusi ittiham qaydasında şikayət vermişşəxs Qəribov Qərib oğlu tərəfindən Muradov Qüdrət Şöhrət oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.1, 147.2, 148. və 148.1-ci maddələri ilə xüsusi ittiham qaydasında daxil olan şikayətəməhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermişşəxs X6 tərəfindən məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilərək Muradov Qüdrət Şöhrət oğlunun Cinayət Məcəlləsinin 147, 147.1, 147.2, 148. və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermişşəxs X6 şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasından şikayət verilmişşəxs Muradov Qüdrət Şöhrət oğluna məhkəmə hazırlıq iclası barəsində vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxs məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299.11-ci maddəsinəəsasən həmin şəxsin hazırlıq iclasına gəlməməsini üzrsüz hesab edir və iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinəəsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırkı xüsusi ittiham qaydasında şikayət vermişşəxs X6 şikayətində böhtan hesab edilən məlumatların Muradov Qüdrət Şöhrət oğlu tərəfindən kütləvi informasiya vasitəsi olan “Youtube” və “İnstagram” səhifələrinin videolarının şərh bölməsindəşikayətçi X2 barəsində ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham edərək təhqir və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini qəsdən alçaltmaqla təhqir etdiyini bildirmişdir. Lakin şikayətinə həmin məlumatların məhz X5 tərəfindən yayılmasını təsdiq edən heç bir sübuta istinad edilməmiş, əsaslandırma aparılmamış, şikayətə belə bir sübutlar əlavə edilməmişdir. Belə bir vəziyyətdə xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa əməl edilmədiyindən onun icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılmasıüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli 3 saylı Qərarının 11-ci bəndində də qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmişşəxs tərəfındən xüsusi ittiham qaydasında verilmişşikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılışəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermişşəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansıəməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuşəməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) vəəməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansışahid ifadələri ilə və konkret olaraq hansışəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmişşəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermişşəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsindəşikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.2.3-cü maddəsinəəsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. CPM-nin 302.1.3-cü maddəsinəəsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3.2-ci maddəsinəəsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar kimi cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansıəməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə məlumatlar göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayətdəəməlin məhz Muradov Qüdrət Şöhrət oğlu tərəfındən törədilməsi əsaslandırılmamış, bu barədə məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılmasıüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli 3 saylı Qərarının 11-ci bəndində qeyd edilmişsübutlar təqdim edilməmişdir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.1, 147.2, 148. və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən vəşikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar