Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-64/2022 10.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Göyçay rayonu, Ləkçıplaq kəndində daimi pasport qeydiyyatında olan və faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə xx.xx.1968-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Xocalı rayonu, Cəmilli kəndində daimi pasport qeydiyyatında olan, Goranboy rayonu, Börü qəsəbəsi 56 nömrəli evdə faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 10 avqust 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 12 fevral 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 247-ci kilometrində idarə etdiyi Chevrolet Cruze markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin – 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır kimi tələblərini pozaraq avtomobilini qarşı hərəkət zolağına çıxararaq hərəkətini davam etdirmiş, bu zaman avtomobili əks istiqamətli yolla Yevlax rayonu istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes-benz 190 markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mersedes-benz 190 markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sağ gicgah nahiyəsində qansızma, sağ gicgah əzələsinə qansızmalar, sağ gicgah nahiyəsinin şişkinliyi, dalağın cırılması, daxili qanitirmə (1500 ml), sağ bud sümüyünün 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı sınığı, sağ qaşın bayır ucu nahiyəsinin yarası, üzün sağ çənə qanadı proyeksiyasının, sağ əlin üst səthinin, sağ topuq oynağının bayır səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 sol əlin İ daraq sümüyünün yerdəyişən sınığı, sol əlin baş barmağının daraq-falanqa oynağı nahiyəsinin yarası, sağ diz oynağının ön səthinin yarası xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün distal ucunun çoxqəlpəli yerdəyişmiş sınığı, biləyin çıxığı, döş qəfəsinin və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 12 fevral 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 247-ci kilometrində idarə etdiyi Mersedes-benz 190 markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60-65 km/saat sürətlə Yevlax rayonu istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etmədiyindən əks istiqamətli yolla hərəkətdə olub onun yoluna daxil olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Chevrolet Cruze markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mersedes-benz 190 markalı **-TR- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mersedesbenz 190 markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sağ gicgah nahiyəsində qansızma, sağ gicgah əzələsinə qansızmalar, sağ gicgah nahiyəsinin şişkinliyi, dalağın cırılması, daxili qanitirmə (1500 ml), sağ bud sümüyünün 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı sınığı, sağ qaşın bayır ucu nahiyəsinin yarası, üzün sağ çənə qanadı proyeksiyasının, sağ əlin üst səthinin, sağ topuq oynağının bayır səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 sol əlin İ daraq sümüyünün yerdəyişən sınığı, sol əlin baş barmağının daraq-falanqa oynağı nahiyəsinin yarası, sağ diz oynağının ön səthinin yarası xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün distal ucunun çoxqəlpəli yerdəyişmiş sınığı, biləyin çıxığı, döş qəfəsinin və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə günorta saatlarında idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə Yevlax rayonundan çıxıb yaşadığı Göyçay rayonu, Ləkçıplaq kəndinə gedirdi. Həmin vaxt avtomobildə qardaşı oğlu Nihad da olmuş və o qabaq oturacaqda əyləşmişdi. Hadisədən əvvəl o sağlam və ayıq, avtomobili texniki cəhətdən saz vəziyyətdə idi. Saat təxminən 14:00 radələrində idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edirdi. Həmin vaxt yolayrıcını keçəndən sonra zolaqları səhv salmış və qarşı zolağa daxil olub hərəkətini davam etdirmişdi. Bir qədər hərəkət etdikdən sonra qarşı yolla Yevlax istiqamətində gələn Mersedes-benz markalı avtomobillə toqquşmamaq üçün sükanı sağa burub avtomobili sağ istiqamətləndirməyə çalışmış, bu zaman həmin avtomobil də sağa istiqamətlənmiş və avtomobillərin qarşı hissələri arasında toqquşma baş vermişdi. Hadisə nəticəsində hər biri xəsarət almış, Mersedes-benz markalı avtomobildə olan sərnişinin isə xəstəxanada rəhmətə getdiyini göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə almağı, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə səhər saatlarında idarə etdiyi Mersedes-benz markalı avtomobillə qardaşları Teymur və Nazim, həyat yoldaşı Əsli ilə birlikdə Qəbələ rayonuna hüzür mərasiminə getmişlər. Orada məclisdə iştirak etdikdən sonra saat təxminən 13 radələrində Qəbələ rayonundan çıxıb Goranboy rayonuna yola düşmüşlər. Həmin vaxt avtomobildə qabaq oturacaqda Nazim, arxada isə Teymur və Əsli oturmuşdular. Yol boyu normal qaydada hərəkət edirmişlər. Hadisədən əvvəl o sağlam və ayıq, avtomobili texniki cəhətdən saz vəziyyətdə idi. Saat təxminən 14:00 radələrində idarə etdiyi Mersedes-benz 190 markalı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Yevlax istiqamətində hərəkətdə olduğu zaman yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir anlıq qarşıdan gələn Chevrolet markalı avtomobilin onun yoluna daxil olub gəldiyini görmüşdü. Bu zaman o əvvəlcə avtomobili sağa çəkmək istəmiş, lakin yolun sağ tərəfində çökəkliyin hündür olduğunu görüb öz yoluna qayıtmış və bu zaman avtomobilləri qarşıqarşıya toqquşmuşlar. Hadisə nəticəsində hər biri xəsarət almış və onları Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bir müddət sonra qardaşı Nazimin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini görmüşdür. Məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 hüquqi varisi X9 ifadəsində Zərərçəkmiş şəxs3 onun atasıdır və rəhmətə getməzdən əvvəl birlikdə Goranboy rayonu Böyrü qəsəbəsində yaşayırmışlar. Atasının heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. 12 fevral 2022-ci il tarixdə atası əmiləri ilə birlikdə Qəbələ rayonuna hüzr məclisinə getmişdi. Günorta saat təxminən 14 radələrində məlumat gəlmişdi ki, atası gil Qəbələ rayonundan qayıdarkən Ağdaş rayonunun ərazisində qəzaya düşüblər və xəsarət alıblar, onları Göyçay xəstəxanasına aparıblar. O bir neçə qohumları ilə birlikdə xəstəxanaya getmiş, sonradan məlum olmuşdu ki, atası aldığı xəsarətlərdən ölmüş, əmiləri Kərəm və Teymur, əmisini yoldaşı Əsli isə xəsarət almışlar. Hadisə barədə maraqlanan zaman məlum olmuşdu ki, atası gil Ağdaş rayonu ərazisində hərəkətdə olarkən qarşıdan gələn avtomobil onların yoluna çıxmış və qəza baş verdiyini bildirmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və barələrində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Kərəmin idarə etdiyi Mersedesbenz markalı avtomobillə qayınları Nazim və Teymurla birlikdə Qəbələ rayonuna hüzür mərasiminə getmişdilər. Orada məclisdə iştirak etdikdən sonra saat təxminən 13 radələrində Qəbələ rayonundan çıxıb Goranboy rayonuna yola düşmüşlər. Həmin vaxt avtomobildə qabaq oturacaqda Nazim, arxada isə o və Teymur oturmuşdular. Yol boyu normal qaydada hərəkət edirdilər. Saat təxminən 14:00 radələrində onlar Bakı-Şamaxı- Yevlax yolu ilə Yevlax istiqamətində hərəkətdə olduqları zaman yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir anlıq qarşıdan gələn Chevrolet markalı avtomobil onların yoluna daxil olmuş, bu zaman Kərəm heç bir tədbir görə bilməmiş və avtomobillər qarşıqarşıya toqquşmuşlar. Hadisə nəticəsində hər biri xəsarət almış, Teymuru Mingəçevir şəhər Xəstəxanasına, onları isə Göyçay rayon Xəstəxanasına aparmışlar. Bir müddət sonra eşitmişdir ki, Nazim aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və barələrində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə səhər saatlarında qardaşı Kərəmin idarə etdiyi Mersedes-benz markalı avtomobillə qardaşı Nazim və qardaşının həyat yoldaşı Əsli ilə birlikdə Qəbələ rayonuna hüzür mərasiminə getmişdilər. Orada məclisdə iştirak etdikdən sonra saat təxminən 13 radələrində Qəbələ rayonundan çıxıb Goranboy rayonuna yola düşmüşlər. Həmin vaxt avtomobildə qabaq oturacaqda Nazim, arxada isə o və Əsli oturmuşdular. Yol boyu normal qaydada hərəkət edirdilər. Saat təxminən 14:00 radələrində onlar Bakı- Şamaxı-Yevlax yolu ilə Yevlax istiqamətində hərəkətdə olduqları zaman yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir anlıq qarşıdan gələn Chevrolet markalı avtomobil onların yoluna daxil olmuş, bu zaman Kərəm heç bir tədbir görə bilməmiş və avtomobillər qarşı-qarşıya toqquşmuşlar. Hadisə nəticəsində hər biri xəsarət almış, onu Mingəçevir şəhər Xəstəxanasına, qardaşı Nazimi , Kərəmi və onun həyat yoldaşı Əslini isə Göyçay rayon Xəstəxanasına aparmışlar. Bir müddət sonra eşitmişdi ki, Nazim aldığı xəsarətlərdən dünyasını dəyişdiyini göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və barələrində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə günorta saatlarında əmisi Aqşinlə birlikdə onun idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə Yevlax rayonundan çıxıb yaşadıqları Göyçay rayonu, Ləkçıplaq kəndinə gedirmişlər. Həmin vaxt avtomobildə qabaq oturacaqda o əyləşmiş, avtomobili əmisi idarə edirdi. Saat təxminən 14:00 radələrində Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edirmişlər. Həmin vaxt o telefonla oynayırdı. Bir anda görmüşdü ki, avtomobilə güclü tappıltı ilə nəsə çırpılmış və avtomobil fırlanmışdı. Bu zaman əmisi avtomobilin qapısını açmağa çalışmış, lakin aça bilməmişdi. Bu səbəbdən o dərhal avtomobildən düşüb ona tərəf qaçmış və çətinliklə qapını açmış və o çıxmışdı. Bundan sonra onlar Mersedes-benz markalı avtomobilə yaxınlaşmış və görmüşlər ki, həmin avtomobildə olan şəxslər xəsarət aldığlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi Birliyinin xx.xx.2022-ci il tarixli 06 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 meyitində aşkar olunan xəsarətlər – qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sağ gicgah nahiyəsində qansızma, sağ gicgah əzələsinə qansızmalar, sağ gicgah nahiyəsinin şişkinliyi, dalağın cırılması, daxili qanitirmə (1500 ml), sağ bud sümüyünün 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı sınığı, sağ qaşın bayır ucu nahiyəsinin yarası, üzün sağ çənə qanadı proyeksiyasının, sağ əlin üst səthinin, sağ topuq oynağının bayır səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətlər xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beynin maddəsinə, beyin mədəciklərinə qansızmalar, dalağın cırılması, daxili qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs3 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs3 ölümü xx.xx.2022-ci il tarixdə saat 16:45-də baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 174 nömrəli rəydən görünür ki, Şahid bədənində aşkar edilmiş xəsarət – başın alın-təpə nahiyəsinin yarası, sağ diz oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 175 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarət – başın sol təpə nahiyəsinin yarası, sağ biləyin əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 205 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət – sol əlin İ daraq sümüyünün yerdəyişən sınığı, sol əlin baş barmağının daraq-falanqa oynağı nahiyəsinin yarası, sağ diz oynağının ön səthinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 206 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət – sağ mil sümüyünün distal ucunun çoxqəlpəli yerdəyişmiş sınığı, biləyin çıxığı, döş qəfəsinin və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 207 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 bədənində aşkar edilmiş xəsarət – döş qəfəsi və qarının yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olsuqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/783 №-li rəydən görünür ki, Chevrolet Cruze markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes-benz 190 markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalar”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 99 və 43 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı ayıq olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-23565-1222 saylı məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-cı il tarixədək etibarlı olan) BC 102751 nömrəli BC kateqoriyalı; xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 220823 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum edilməsi barədə hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Yevlax RQİ və TBS tərəfindən 28 oktyabr 2021-ci il tarixdə verilmiş BD 144316 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012-ci il, “CHEVROLET CRUZE” markalı, **-BC-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi Qanuni nümayəndədur. İş materiallarında olan Qanuni nümayəndə tərəfindən verilmiş ƏN-V № 919931 saylı etibarnamədən görünür ki, “CHEVROLET CRUZE” markalı, **-BC-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək sürücü Təqsirləndirilən şəxs1 verilmişdir. İş materiallarında olan BDYP tərəfindən 2019-ci il tarixdə verilmiş AC №374360 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1989-ci il, “MERCEDES BENZ 190” markalı, **-TR-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan X6 tərəfindən verilmiş ƏN-V № 658650 saylı etibarnamədən görünür ki, “MERCEDES BENZ 190” markalı, **-TR-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sürücü Təqsirləndirilən şəxs2 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən 17 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən 17 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon İcra hakimiyyəti başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon İcra hakimiyyəti başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayonu, Ləkçıplaq kəndində yaşamaqla, ailə tərkibi: X7 (anası), X8 (həyat yoldaşı), xx.xx.2010-cu il təvəllüdlüm X10, xx.xx.2014-cü il təvəllüdlüm X2 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Xocalı rayon İcra hakimiyyəti başçısının Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Xocalı rayon İcra hakimiyyəti başçısının Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xocalı rayon Cəmilli kənd sakinidir, məcburi köçkün kimi Goranboy rayon Börü qəsəbəsində 56 №-li evdə yaşamaqla, ailə tərkibi: Zərərçəkmiş şəxs2 (həyat yoldaşı), xx.xx.1994-cü il təvəllüdlüm X3 ibarətdir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs3 oğlu X9 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 24 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Mersedes-benz 190 markalı **-TR-*** dövlət qeydiyyat nişanlı və Chevrolet Cruze markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi oğlu X4 və digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqdim etdikləri ərizələrdən görünür ki, hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Beləliklə, şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onların yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma və digər zərərçəmiş şəxslərin xəsarət alması ilə bağlı ittihamda qeyd edilən cinayət əməlini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinə görə 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 cəzası AR CM-nin 70-ci maddəsi tətbiq edilərək sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində olan cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən cinayətin baş verməsində digər təqsirləndirilən şəxsin qarşılıqlı təqsirinin mövcudluğunu, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayətin törədilmə şəraitini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın üç məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, törətdiyi cinayət az ağır cinayət hesab olunur, təqsirini səmimi etiraf edir, törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxsin hüquqi varisi-qardaşı oğlu və digər zərərçəkmiş şəxslər isə yaxın qohumuqardaşı və arvadıdır. Həmin şəxslər ilə barışıq əldə etmişdir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs2 qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, az ağır cinayət törədən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını müəyyən müddətə sınaq müddəti ilə şərti hesab etməyi, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasını məqsədəmüvafiq bilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Mersedes-benz 190 markalı **- TR-*** dövlət qeydiyyat nişanlı və Chevrolet Cruze markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərində olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat hər birindən ayrılıqda 64 manat olmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə hüquqlarını 15 saat 45 dəqiqə müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə hüquqlarını 35 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə 92 (doxsan iki) manat 70 qəpik məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 göstərilmiş 15 saat 45 dəqiqə hüquqi xidmətə görə 92 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Chevrolet Cruze markalı **-BC-*** dövlət qeydiyyat nişanlı və Mersedes-benz 190 markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərində olması nəzərə alınsın. İş üzrə hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-64/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-64/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver