Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-64/2024 07.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, X8 küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 18.73 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni təmiz çəkisi 0.34 qramını xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağdaş şəhəri, M.P.Vaqif küçəsində Şahid5 Aqil oğluna 20 manat müqabilində satmış, xx.xx.2024-cü il tarixdə saat 20:55 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid5 Ağdaş şəhəri, M.P.Vaqif küçəsində saxlanılaraq RPŞyə gətirildikdən sonra RPŞ-nin Ağdaş şəhəri, M.İsayev küçəsi 12 ünvanında yerləşən inzibati binasında xx.xx.2023-cü tarixdə saat 21:27-dən saat 21:48-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.18 qram və 0.16 qram, ümumi təmiz çəkisi 0.34 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhər, M.P.Vaqif küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 23:32-dən 23:58-dək üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 18.39 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmişdir, lakin verilən sualları cavablandıraraq bildirmişdir ki, əvvəllər bədənində ağrılar olduğundan narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Şahid5 karalyok sezonu vaxtı bazardan tanıyır və onunla dost münasibətləri yoxdur. Lakin Mirseyidə bir neçə dəfə qurudulmuş marixuana vermişdir. Qarşılığında bir şey almamışdır. Tutulduğu gün, yəni 10 yanvar 2024-cü il tarixdə Mirseyid ona zəng edərək ondan yenə narkotik vasitə istəmiş, o da Mirseyidə iki büküm içərisində narkotik vasitə olan marixuana bitkilərinin yarpaqlarından vermiş, pula ehtiyacı olduğundan qarşılığında Mirseyiddən iyirmi manat məbləğində pul almışdır. Həmin narkotik vasitəni öz küçələrində, yəni Vaqif küçəsində Mirseyidə vermişdir. Mirseyidin ona verdiyi bir ədəd on manatlıq və on manatda bir manatlıq pul əskinaslarından ibarət idi. O, nakrotik vasitəni Mirseyidə verdikdən on dəqiqə sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Mirseyidə verdiyi narkotik vasitəni özünün yaşadığı Məşəd küçəsindən tapmış, özünün istifadəsi üçün üzərində saxlamışdır. Mirseyiddən başqa heç kimə narkotik vasitə satmamışdır. Polis şöbəsinə aparılarkən üzərində narkotik vasitə olmamışdır. Üzərindən çıxarılan narkotik vasitə polis əməkdaşları tərəfindən şöbədə olarkən üzərinə qoyulmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə ilə Mirseyidə verdiyi narkotik vasitə eyni deyildir. Belə ki, o, Mirseyidə verdiyi narkotik vasitə yarpaq halda olmuş, üzərindən aşkar olunan narkotik vasitə isə əzilmiş halda idi. Polis əməkdaşları onu gecə saat 11-dən saat 1-ə kimi döydüklərindən üzərinə qoyulan narkotik vasitəyə heç bir etirazını bildirə bilməmişdir. O, polis əməkdaşı Rəşid adlı şəxs tərəfindən turnika bağlanılaraq döyülmüşdür. Hətta bədənində göyərtilər də olmuş, lakin heç bir orqana döyülməsi ilə bağlı şikayət etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 17 radələrində o, Ağdaş şəhərində Maşad küçəsində gəzərkən yerdən 01 ədəd siqaret qutusu tapmış, həmin siqaret qutusunu əlinə götürüb içini açıb baxdıqda içərisində narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmiş və istifadə etmək üçün üzərində saxlamışdır. 10 yanvar 2024-cü il tarixdə saat təxminən 19 radələrində tanışı Şahid5 onun mobil nömrəsinə zəng edərək əlində narkotik vasitə olub-olmamasını soruşmuş, o, əlində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Mirseyid ondan 02 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, o, isə 02 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana üçün 20 (iyirmi) manat pul istəmiş və görüş yeri kimi Ağdaş şəhərində yerləşən mərkəzi şəhər stadionunun qarşısında görüşməyi planlaşdırmışlar. Bundan sonra həmin gün təxminən saat 20 radələrində onlar Mirseyidlə Ağdaş şəhərində yerləşən mərkəzi şəhər stadionunun qarşısında görüşmüşlər və o, 02 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuananı Mirseyidə vermiş və Mirseyid də ona qarşılığında 20 (iyirmi) manat pul vermişdir. Sonra o, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Ağdaş şəhərində yerləşən mərkəzi şəhər stadionunun qarşısında hərəkətdə olan zaman saat təxminən 23:00-da polis əməkdaşları ona yaxınlaşıb, onun narkotik vasitlərədən istifadə etməsi barədə məlumat daxil olduğunu, ona görə də, üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini bildirmişlər. O, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona vəkil təyin edib, onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindəki qış gödəkçəsinin sol ön cibindən açarı, 01 ədəd alışqanı, əynindəki cins şalvarın sağ ön cibindən “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sağ cibindən 01 ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin qutu polis əməkdaşı tərəfindən açılmış, içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Sonra həmin siqaret qutusu içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 25,45 qram olmuşdur. Sonra polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuş, o, həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, onu 09 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 17 radələrində Ağdaş şəhərində Maşad küçəsində gəzərkən yerdən tapdığını və istifadə üçün üzərində saxladığını bildirmişdir. İlk dəfə idi ki, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Buna səbəb isə pula ehtiyacının olmasıdır. Polis əməkdaşları ona yaxınlaşan zaman vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Daha sonra Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən bildirdi ki, ona təzyiq göstərildiyi üçün ibtidai istintaq zamanı onun adından yazılan ifadəni təsdiq etmiş, eyni zamanda ifadəsi alınarkən və üzərinə şəxsi axtarış keçirilərkən yanında müdafiəçi olmamışdır. Məhkəmə hazırlıq iclasında çəkindiyindən döyülməsi, təhqir və təzyiqlərə məruz qalması barədə heç bir fikir söyləməmişdir. “Şəxsi axtarış” aparılması zamanı qeydə alınan videoçəkilişə baxış keçirildikdən sonra sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, vəkilin nə olduğunu bilmədiyindən üzərinə baxış keçirilərkən vəkilin baxışda iştirak etmədiyini bildirmişdir. Üzərinə baxış keçirilərkən müdafiəçinin ondan təzyiqlərə məruz qalması sualına qorxduğundan və ona bu barədə həç bir şey söyləməməsi tapşırıldığından o, müdafiəçinin sualına ona təzyiq olmadığını bildirərək cavab vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilən zaman kürəyində döyülməsinin nəticəsində xəsarətlər olmuş, lakin yenidən polis şöbəsinə qaytarılacağı üçün məhkəmə iclasında döyülməsi barədə məhkəməyə bildirməmişdir. O, ağrıları olduğundan və dərman qəbul edə bilmədiyindən narkotik vasitədən istifadə etmiş, bunu Mirseyid də bilmişdir. Dəfələrlə Mirseyid ona zəng edərək ondan narkotik vasitə istəmiş, lakin o, Mirseyidə narkotik vasitə verməmişdir. Məhkəmədə son söz söyləyərkən Təqsirləndirilən şəxs bildirdi ki, ona aşağı həddə cəza təyin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarışın və mənzilə baxışın qeydə alındığı videogörüntülər, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 şəhər sakini kimi tanıdığını, 10 yanvar 2024-cü il tarixdə Şahid5 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 10 yanvar 2024-cü il tarixdə saat 20:55-də radələrində Şahid5 Ağdaş şəhəri, Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Şahid5 seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid5 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid5 üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Şahid5 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid5 əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd siqaret qutusunu, 02 ədəd kağız bükümü, 01 ədəd plastik bank kartını, həmin gödəkçənin sağ cibindən 01 ədəd mobil telefonu çıxararaq təqdim etmiş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Şahid5 üzərindən aşkar olunmuş 02 ədəd kağız büküm açılmış və içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, həmin kağız bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,31 və 0,38 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümləri kağız zərfə qablaşdırılmış və üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənərək zərf şübhəli şəxs, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa Şahid5 üzərindən aşkar olunmuş mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, digər əşyalar isə Şahid5 geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 10 yanvar 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs 20 manata satın aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid5 narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə verdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır və onunla dost münasibətləri olduğundan Əfqanın narkotik vasitə istifadə etməsi barədə məlumatı vardır. O, Əfqanla telefonda danışarkən ondan narkotik vasitə istəmiş, Əfqan da ona iki büküm narkotik vasitə vermişdir. Həmin vaxt özü işlədiyindən maddi imkanı yaxşı olmuş, Əfqanın isə maddi cəhətdən sıxıntıları olduğundan həmin iki büküm narkotiki aldıqdan Əfqana kömək məqsədi ilə iyirmi manat məbləğində pul vermişdir. O, yalnız Əfqana kömək məqsədi ilə pul vermişdir. Əks halda Əfqan ona narkotik vasitəni pulsuz da verə bilərdi. Onların arasında nə telefonla danışarkən, nə də ondan narkotik vasitə alarkən narkotik vasitənin ona pulla satılmasına dair heç bir danışıq olmamışdır. Ona görə onun narkotik vasitənin satışı ilə təqsirli bilinməsi doğru deyildir. Şahid5 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, Əfqanla işləyərkən tanış olmuşdur və onlar telefonla danışarkən Əfqan ona yerdən narkotik vasitə tapdığını bildirmiş, o da Əfqandan öz istifadəsi üçün narkotik vasitə istəmişdir və o, Əfqandan narkotik vasitə istəməsi üçün zəng etməmişdir. Sadəcə söhbət etmək üçün Əfqana zəng etmişdir. İbdidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsi elan olunur. Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni təxminən bir ildir ki, ara-bir istifadə edir. 10 yanvar 2024-cü il tarixdə saat təxminən 19 radələrində tanışı Təqsirləndirilən şəxs zəng edərək onda narkotik vasitə olub-olmamasını soruşmuş, Əfqan ona qurudulmuş marixuana olmasını bildirmişdir. O, Əfqandan 02 ədəd kağız büküm narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, Əfqan ondan 02 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana üçün 20 (iyirmi) manat pul istəmiş və görüş yeri kimi Ağdaş şəhərində yerləşən mərkəzi şəhər stadionunun qarşısında görüşməyi planlaşdırmışlar. Bundan sonra həmin gün təxminən saat 20 radələrində Əfqanla Ağdaş şəhərində yerləşən mərkəzi şəhər stadionunun qarşısında görüşmüş və Əfqandan 02 ədəd içərisində narkotik vasitə olan kağız bükümü götürüb, müqabilində 20 manat vermişdir. 10 yanvar 2024-cü il tarixdə yaşadığı evdən çıxaraq Ağdaş şəhəri, Vaqif küçəsində hərəkətdə olan zaman saat təxminən 20:55-də polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrdən istifadə etməsi barədə onlarda məlumat olduğunu deyərək üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. O, da onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində ona vəkil təyin edilmiş, onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol ön cibindən siqaret qutusunu, 02 ədəd kağız bükümü, plastik bank kartını, həmin gödəkçənin sağ ön cibindən mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı əşya aşkar olmamışdır. Həmin bükümlərin içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Daha sonra həmin kağız bükümün içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,31 və 0,38 qram olmuşdur. Polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, 10 yanvar 2024-cü il tarixdə tanıdığı Əfqan adlı şəxsdən 20 manata satın aldığını və istifadə üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Şahid5 məhkəmə verilən sualları cavablandırarkən bildirdi ki, elan olunmuş ifadə ona məxsusdur. İfadəsinin fərqli olmasına səbəb olan hadisələrin 5 dəqiqə ərzində olmasıdır. Belə ki, polis əməkdaşları ondan üzərindən aşkar edilmiş narkotik vasitənin kimdən almasını soruşarkən təzyiq altında olduğundan “almaq” sözünündə mahiyyətini qanuni mənasını başa düşmədiyindən həmin vaxt narkotik vasitəni Əfqandan almasını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təsir və ya təzyiq göstərilməmişdir. İlk dəfə idi ki, polis şöbəsində olduğundan həyəcanlanmışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələr fərqli olsa da nəticə etibarı ilə Əfqandan narkotik vasitəni almışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. 10 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və satışı ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 10 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən açar, 01 ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sağ cibindən 01 ədəd siqaret qutusunu çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olduğu müəyyən edilmiş, daha sonra həmin siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 25,45 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan siqaret qutusu kağız zərfə qablaşdırılıb, üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Zərfin üzəri şübhəli şəxs, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa aşkar olunmuş mobil telefon və 01 ədəd bir manatlıq pul əsginası iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 09 yanvar 2024-cü il tarixdə Ağdaş şəhəri Maşad küçəsində gəzərkən yerdən tapdığını, aradabir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, 10 yanvar 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin narkotik vasitədən 2 büküm Şahid5 20 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilməmiş, 10 yanvar 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində daşıması və satışı ilə məşğul olması barədə RPŞ-yə məluamat daxil olduqdan sonra tərəflərindən saxlanılaraq RPŞ-yə gətirilmiş, şəxsi axtarışdan sonra, Təqsirləndirilən şəxs və anası Bəyim Musayevin razılığı, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun Ağdaş şəhəri, Vaqif küçəsi, ev 61 ünvanında yerləşən evinə baxış keçirilmiş, evdən hər hansı qanunsuz əşya və predmet, həmçinin narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə baxışı iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş şəhəri, Vaqif küçəsi, ev 61 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. 10 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və satışı ilə məşğul olması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 10 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən açar, 01 ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sağ cibindən 01 ədəd siqaret qutusunu çıxararaq təqdim etmişdir. Bundan sonra ondan üzərində başqa qanunsuz əşya və ya ümumiyyətlə hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, vardırsa təqdim etməsi bildirilmişdir. O, üzərində təqdim etdiklərindən başqa əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarda göstərilənlərdən başqa hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi var idi. Daha sonra həmin siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 25,45 qram olmuş, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan siqaret qutusu kağız zərfə qablaşdırılıb, üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 09 yanvar 2024-cü il tarixdə Ağdaş şəhəri, Maşad küçəsində gəzərkən yerdən tapdığını, arada bir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi, 10 yanvar 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin narkotik vasitədən 2 büküm Şahid5 20 manata satdığını bildirmişdir. Şəxsi axtarışdan sonra, Təqsirləndirilən şəxs və anası Bəyim Musayevin razılığı, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilmiş, evdən hər hansı qanunsuz əşya və predmet, həmçinin narkotik vasitə aşkar olunmamışdır. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixdə Şahid5 üzərində “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkiliş vasitəsi ilə Şahid5 üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Şahid5 əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd siqaret qutusunu, 02 ədəd kağız bükümü, 01 ədəd plastik bank kartını, həmin gödəkçənin sağ cibindən 01 ədəd mobil telefonu, çıxararaq təqdim etmiş, daha sonra təhqiqatçı tərəfindən Şahid5 üzərində tərəfindən axtarış aparılmış və üzərində hər hansı əşya aşkar olunmamışdır. Şahid5 üzərindən aşkar olunmuş 02 ədəd kağız bükümü açıldıqdan sonra içərilərində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri 0,31 və 0,38 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan kağız bükümlər kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Şahid5 üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs adlı şəxsdən 20 manat məbləğində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən açarı, 01 ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən “Samsung” markalı mobil telefonu, arxa sağ cibindən 01 ədəd bir manatlıq pul əsginasını, həmin gödəkçənin sağ cibindən 01 ədəd siqaret qutusunu çıxararaq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış və üzərində hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu açıldıqdan sonra içərilərində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olduğu müəyyən edilmişdir. Daha sonra həmin siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 25,45 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan siqaret qutusu kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon və 01 ədəd 1(bir) manatlıq pul əsginası zərfə qablaşdırılaraq üzərinə möhür vurulmuş, digər əşyalar isə iş üçün sübut əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 09 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 17 radələrində Ağdaş şəhəri, Maşad küçəsində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, 10 yanvar 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin narkotik vasitədən 2 büküm Şahid5 20 manata satdığını bildirmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. İş materiallarında olan 14 yanvar 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, telefonun zənglər bölməsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 19:34-də 00:01:56 saniyə, saat 19:42-də 00:01:48 saniyə əlaqə saxlamışlar. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 17/37 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid5 üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,18 qram, 0,16 qram, ümumi təmiz çəkisi - 0,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 17/39 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd siqaret qutusu.” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 18,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd siqaret qutusu.” yazısı olan zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda olan qurudulmuş marixuana ilə üzərində “Şahid5 üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 02 ədəd kağız büküm.” yazısı olan zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 29 yanvar 2024-cü il tarixli, 18-1-22/2-133/20243 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 23:00-da tanış edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 29 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – 23 iyul 1971-ci il təvəllüdlü X4 və 02 iyun 1972-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 29 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zorakılıq, təzyiq, təhqir, hədə-qorxu və qeyri-insani davranışa məruz qalması xüsusatları təsdiqini tapmamış, 05 iyul 2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşlarının onu döyərək həmin narkotik vasitələri üzərinə qoyduqlarını bildirməsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli məktubu ilə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı döyülməsi və işgəncələrə məruz qalması şahidlərin ifadələri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli məktub ilə təsdiq olunmur. Məhz bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilərək üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığı, polis əməkdaşlarının onu döyərək həmin narkotik vasitəni üzərinə qoyduqları barədə ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və onun bu ifadəsi başqa heç bir sübutla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18,29 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Şahid5 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,26 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman təqdim etdiyi 01 ədəd bir manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunmalı, həmçinin Təqsirləndirilən şəxs və Şahid5 üzərində şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18,29 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Şahid5 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,26 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman təqdim etdiyi 01 ədəd bir manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunsun, Təqsirləndirilən şəxs və Şahid5 üzərində şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-64/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-64/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver