Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-65/2023 11.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1979-cu ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olan ağacları qanunsuz kəsməsi (götürülməsi) ilə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 21-24 noyabr 2020-ci il tarixləri ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinə aid olan, Ağdaş rayon, Ağzıbir kəndi ərazisində yerləşən, Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci və 10-cu kvartalında olan 20 ədəd, 16 sm diametrli, 120,00 manat dəyərində, yaş qarağac ağaclarını, 10 ədəd, 20 sm diametrli, 70,00 manat dəyərində, yaş qarağac ağaclarını, 11 ədəd, 24 sm diametrli, 110,00 manat dəyərində, yaş qarağac ağaclarını, 14 ədəd, 28 sm diametrli, 154,00 manat dəyərində, yaş qarağac ağaclarını, 5 ədəd, 32 sm diametrli, 75,00 manat dəyərində, yaş qarağac ağaclarını, 14 ədəd, 28 sm diametrli, 154,00 manat dəyərində, yaş qarağac ağaclarını, 4 ədəd, 16 sm diametrli, 24,00 manat dəyərində, yaş tut ağaclarını, 3 ədəd, 20 sm diametrli, 21,00 manat dəyərində, yaş qovaq ağaclarını, 3 ədəd, 32 sm diametrli, 45,00 manat dəyərində, yaş qovaq ağaclarını, 6 ədəd, 40 sm diametrli, 132,00 manat dəyərində, yaş qovaq ağaclarını, 4 ədəd, 48 sm diametrli, 160,00 manat dəyərində, yaş qovaq ağaclarını, 5 ədəd, 52 sm diametrli, 250,00 manat dəyərində, yaş qovaq ağaclarını, 4 ədəd, 60 sm diametrli, 1256,00 manat dəyərində, yaş qovaq ağaclarını, 2 ədəd, 72 sm diametrli, 1424,00 manat dəyərində, yaş qovaq ağaclarını, ümumilikdə 94 ədəd, yuxarıda qeyd olunan diametrlərdə, 4222,01 manat dəyərində yaş qarağac, tut və qovaq ağaclarını, aidiyyəti dövlət orqanının müvafiq icazəsi olmadan, vahid niyyətlə, qanunsuz olaraq, qəsdən mühərrikli mişarla kəsib, təbiətə ümumilikdə 4222,01 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 15-16 dekabr 2020-ci il tarixləri ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinə aid olan, Ağdaş rayon, Ağzıbir kəndi ərazisində yerləşən, Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci və 10-cu kvartalında olan 1 ədəd, 32 sm diametrli, 15,00 manat dəyərində, yaş qarağac ağacını, 3 ədəd, 20 sm diametrli, 21,00 manat dəyərində, yaş tut ağaclarını, 4 ədəd, 24 sm diametrli, 40,00 manat dəyərində, yaş tut ağaclarını, 2 ədəd, 28 sm diametrli, 22,00 manat dəyərində, yaş tut ağaclarını, 4 ədəd, 24 sm diametrli, 40,00 manat dəyərində, yaş qovaq ağaclarını, 2 ədəd, 32 sm diametrli, 30,00 manat dəyərində, yaş qovaq ağaclarının, 1 ədəd, 36 sm diametrli, 18,00 manat dəyərində, yaş qovaq ağacını, 3 ədəd, 40 sm diametrli, 66,00 manat dəyərində, yaş qovaq ağaclarını, 1 ədəd, 44 sm diametrli, 33,00 manat dəyərində, yaş qovaq ağaclarını, 3 ədəd, 52 sm diametrli, 150,00 manat dəyərində, yaş tut ağaclarını, 1 ədəd, 60 sm diametrli, 50,00 manat dəyərində, yaş qovaq ağaclarını, 1 ədəd, 84 sm diametrli, 50,00 manat dəyərində yaş qovaq ağacı, 1 ədəd, 100 sm diametrli, 50,00 manat dəyərində, yaş qovaq ağaclarını, 8 sm diametrli, 264,00 manat dəyərində yaş qovaq ağacının işliyinin 32 sm diametrli, 1056,00 manat dəyərində, yaş qovaq ağacının işliyini, 48 sm diametrli, 1634,00 manat dəyərində, yaş qovaq ağacının işliyini, ümumilikdə 27 ədəd, yuxarıda qeyd olunan diametrlərdə, 585,00 manat dəyərində yaş qarağac, tut və qovaq ağaclarını və yaş qovaq ağaclarının 3656,34 manat dəyərində işliklərini, aidiyyəti dövlət orqanının müvafiq icazəsi olmadan, vahid niyyətlə, qanunsuz olaraq, qəsdən mühərrikli mişarla kəsib, təbiətə ümumilikdə 3656,34 manat olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-in 259.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, evli olmuş, 2014-cü ildə boşanmış və birgə nigahdan üç uşağı, yəni bir qızı iki oğlu vardır. Boşanmamışdan öncə Ağdaş rayonu, Pirəyir kəndində öz adına 3 sot torpağın içərisində iki otaqlı ev tikib keçmiş ailəsinə vermişdir. Hazırda oğlu Qurab Ədilov onunla birlikdə yaşayır. Ağdaş rayonu, Ağzıbir meşəbəyliyinin sabiq meşəbəyi Şahid2 tanıyır və onunla əvvəllər aralarında hər hansı bir söz-söhbət və narazılıq olmamışdır. Yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində qaz olmadığına görə evləri odunla isidirlər. xx.xx.2020-ci il tarixdə doğma atası X3 öldüyünə görə atasının yas mərasimində istifadə olunması üçün bir qədər odun lazım olmuş, buna görə də Ağdaş meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində əvvəllər çalışan Şahid3 atasının yas mərasimində isifadə olunması üçün atası ilə birlikdə vaxtı ilə əkdikləri və həmin vaxt qurumuş ağaclardan bir neçəsini kəsərək yas mərasimində istifadə edəcəyini və bununla əlaqədar ona icazə verməsini xahiş etmişdir. Şahid3 da onunla razılaşmış və qurumuş ağaclar olduğunu bildirərək kəsməyinə etirazı olmadığını deyib ona icazə vermişdir. O da xx.xx.2020-ci il tarixdə təkbaşına ona məxsus bir ədəd göy rəngli motopila ilə evlərinin yaxınlığında yerləşən uzun illər onlara məxsus olan bağdan günorta saatlarında üç ədəd 48 sm diametrli quru qovaq ağacını ona məxsus bir ədəd göy rəngli motopila ilə təkbaşına kəsmiş və yas mərasimində istifadə etmək üçün yaşadığı evin həyətinə gətirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında həmin ərazidən ona məxsus bir ədəd göy rəngli motopila ilə təkbaşına bir ədəd 72 sm diametrli quru qovaq ağacını və bir ədəd 60 sm diametrli quru qovaq ağacını kəsərək yaşadığı evin həyətinə gətirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında həmin ərazidən ona məxsus bir ədəd göy rəngli motopila ilə təkbaşına iki ədəd 52 sm diametrli quru qovaq ağacını və bir ədəd 40 sm diametrli quru qovaq ağacını kəsərək yaşadığı evin həyətinə gətirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində evdə isinmək məqsədi ilə Ağzıbir meşəsində ona məxsus bir ədəd göy rəngli motopila ilə bir ədəd 60 sm diametrli quru qovaq ağacını kəsib doğradığı zaman ora Meşə idarəsinin müdiri Bakir Qurbanov və meşəbəyi Şahid2, Şahid3 və başqa xatırlamadığı şəxslər gəlmişlər. Həmin şəxslər nəyə görə ağacları kəsdiyini soruşduqda ağacı kəsməmişdən əvvəl Şahid3 icazə almağını deməmiş, çünki Şahid3 pis vəziyyətdə qoymaq istəməmişdir. Bakir Qurbanov da onun şərəf və ləyaqətini alçaldan söyüş söyərək ona ayağında qandal içəri saldıracağını və içəridə onu çürüdəcəyini bildirmişdir. Bakir Qurbanova hər hansı bir söz deməmişdir. Kəsdiyi ağaclar qurumuş ağaclar olmuşdur. Həmin ağaclar yay fəslində qurumuşdur. Akt tərtib edilmiş, lakin akt qanunsuz tərtib edildiyi üçün aktın tərtib edilməsində iştirak etməkdən imtina etmişdir. Daha sonra çıxıb getmişlər. O, da odunları orada qoyub meşədən çıxıb evinə getmişdir. Bildikləri və gördükləri bunlardan ibarətdir. Onun barəsində deyilənlər tamamilə yalan və şər böhtandır. Ağacların kəsilməsində ona köməklik edən olmamış, eyni zamanda ağacların kəsilməsi barədə ona hər hansı göstəriş və ya məsləhət verən olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə (zərərçəkmiş hüquqi şəxs X10 Təsərrüfatı Mərkəzinin nümayəndəsi) mülki iddiaçı qismində dindirilmiş X10 Təsərrüfatı Mərkəzinin hüquqşünası Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildən X10 Təsərrüfatı Mərkəzinin baş mütəxəssisi – hüquqşünası vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmamışdır. xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunda əməkdaşlar tərəfindən keçirilmiş monitorinq zamanı Ağzıbir kənd ərazisindən qanunsuz olaraq Nurlan adlı şəxsin ağac kəsməsini müəyyən etmişlər. X10 Təsərrüfatı idarəsinə bu barədə məlumat vermişlər. Həmin vaxt orada idarədə işləyən Ramin, Gülşad, Yusif, Yasin və Nofəl adlı şəxslər olmuşlar və onlar Nurlan adlı şəxsin müxtəlif növ ağacları kəsməsini aşkar etmişlər və bundan sonra akt tərtib etmişlər. Bundan sonra təkrar olaraq Nurlan heç bir razılıq olmadan xx.xx.2020-ci il tarixdə Ağzıbir meşəliyindən Qovaq cinsindən 24 sm-dən 4 ədəd, 32 sm-dən 2 ədəd, 36 sm-dən 1 ədəd, 40 sm-dən 3 ədəd, 44 sm-dən 1 ədəd, 52 sm-dən 3 ədəd, 60 sm-dən 1 ədəd, 84 sm-dən 1 ədəd, 10 sm-dən 1 ədəd, Tut cinsindən 20 sm-dən 3 ədəd, 24 sm-dən 4 ədəd, 28 smdən 2 ədəd, Qarağac cinsindən 32 sm-dən 1 ədəd, cəmi 27 ədəd kök üstə yaş ağacları qanunsuz olaraq kəsmişdir. Şikayəti ondan ibarətdir ki, Nurlanın bu hərəkətləri nəticəsində təbiətə maddi ziyan dəymişdir. Həmin qeyd olunan ağacların hər hansı biri Qırmızı kitaba düşməmişdir. Təqsirləndirilən şəxs həmin ağacları kəsməsinə görə hər hansı bir icazəsi olmamışdır və idarə tərəfindən ona hər hansı bir şifahi və ya yazılı icazə verilməmişdir. Ümumiyyətlə icazə o halda olur ki, ağac qırıntı şəklində olur, bunun üçün order və buraxılış vərəqəsi verilir. Vətəndaş gəlib odun lazım olması barədə İdarə rəhbərliyinə yazılı müraciət edir. Bundan sonra ərizə yazaraq müraciət edir. Müəssisənin hesab nömrəsinə dövlət rüsumu ödənilir. Bundan sonra həmin vətəndaşa order verilir və ərazidə kəsiləsi ağaclar əməkdaşları tərəfindən kəsilərək hazır oduncaqlar formasında vətəndaşa təqdim olunur. Yəni ki, vətəndaş bilavasitə özü gedib hər hansı bir ağacı kəsə bilməz. Nurlanı şəxsən ağac kəsən zaman meşə gözətçisi Taleh və meşəbəyi Nofəl görmüşdür. Həmin zaman tək olmuşdur. Lakin ağacları kəsmək üçün kənarda hər hansı bir tədbir görüb görməməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs həmin ağacları kəsmək üçün heç kimə heç bir xəbərdarlıq etməmişdir. Təqsirləndirilən şəxs tut ağacı, qarağac, qovaq ağacları kəsmişdir. Başqa növ ağac kəsməmişdir. Təqsirləndirilən şəxs ilə Şahid2 arasında hər hansı bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixli 64560 nömrəli akt tərtib olunmuş və nəticədə müəssisəyə ümumilikdə 4222 manat 01 qəpik maddi ziyan dəymişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixli 64438 nömrəli akt tərtib olunmuş və nəticədə müəssisəyə ümumilikdə 3656 manat 34 qəpik maddi ziyan dəymişdir. Ümumilikdə isə Təqsirləndirilən şəxs Ağzıbir meşəbəyliyinə 7878 manat 35 qəpik maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidməti X10 X1 meşəbəyliyinin 1 saylı dolayısının gözətçisi vəzifəsində işlədiyini, Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs tanıdığını, onunla və onun ailə üzvləri ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmadığını, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində 1 saylı meşə dolayısının 10-cu kvartalında olduğu zaman Təqsirləndirilən şəxs həmin ərazidə 15 ədəd ağac kəsməsini gördüyünü və həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz ağac kəsməsini dayandırmasını tələb etdiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs ona qulaq asmadığını və qanunsuz olaraq ağacları kəsməyə davam etdiyini, həmin gün gecə saatlarında da ərazidə olan zaman Təqsirləndirilən şəxs yenə ağacları əlində olan bir ədəd motopila ilə kəsməsini gördüyün, hər dəfə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlər etməməsini, yəni ağacları kəsməməsini bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə davam edərək, həmin ağacların hamısını onun əkdiyini deyərək ona qulaq asmamasını, xx.xx.2020-ci il tarixdə səhər saatlarında onun Ağzıbir meşəbəyliyinin meşəbəyisi Şahid2 Museyib oğluna yaxınlaşaraq Təqsirləndirilən şəxs ağacları kəsməsi barədə bildirməsini, bu zaman Şahid2 dərhal rəhbərliyə məlumat verməsini, bundan sonra onun günorta saatlarında meşədə olan zaman Təqsirləndirilən şəxs yenə də qovaq, qara ağac və tut ağaclarını motopila ilə kəsdiyini gördüyünü, xx.xx.2020-ci il tarixdə Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayında Bərdə RMTM-nin meşələrin qorunması və mühafizəsi üzrə meşə mühafizəsinin baş mühəndisi Şahid1 tərəfindən onun, Ağzıbir meşəbəyliyinin meşəbəyisi Şahid2 Museyib oğlunun, Ağdaş meşəbəylikləri üzrə baş mütəxəssis Şahid3, Ağdaş meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi Yasin İslamovun və Ağdaş rayonu, Ağzıbir kənd bələdiyyəsinin sədri Şahid5 iştirakları ilə 64560 nömrəli aktın tərtib olunduğunu, akt tərtib olunan zaman Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq Ağdaş rayonu, Ağzıbir kəndində Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci və 10-cu kvartallarında kök üstə yaş ağacları, yəni Qovaq cinsindən diametri 20 sm-dən 3 ədəd, 32 sm-dən 3 ədəd, 40 sm-dən 6 ədəd, 48 sm-dən 4 ədəd, 52 sm-dən 5 ədəd, 60 sm-dən 4 ədəd, 72 sm-dən 2 ədəd, Qarağac cinsindən 16 sm-dən 20 ədəd, 20 sm-dən 10 ədəd, 24 sm-dən 11 ədəd, 28 sm-dən 14 ədəd, 32 sm-dən 5 ədəd, 36 sm-dən 3 ədəd, Tut cinsindən 16 sm-dən 4 ədəd, cəmi 94 (doxsan dörd) ədəd ağacı kəsdiyinin müəyyən olunduğunu, həmin ağacların həcminin ümumilikdə 83,15 kub olduğunu, Təqsirləndirilən şəxs ağacları qanunsuz kəsməsi nəticəsində meşəyə (X11) ümumilikdə 4222 manat 01 qəpik maddi ziyan dəydiyini, əraziyə baxış keçirilən və akt tərtib olunarkən Təqsirləndirilən şəxs da orada olduğunu, Təqsirləndirilən şəxs 15 hektar sahəni çəpərlədiyini, oraya onu və digər meşə işçilərini buraxmadığını, meşə işçilərini söyüb, təhqir edib və onları ölümlə hədələdiyini, iştirakları ilə akt tərtib edilən zaman Təqsirləndirilən şəxs hər birisini söyüb təhqir edərək ölümlə hədələdiyini, Təqsirləndirilən şəxs həmin ərazinin dədə-baba torpağı olmasını iddia edərək çıxmalarını, oraya gəlməmələrini tələb etdiyini, Təqsirləndirilən şəxs həmin vaxt onlara “siz kimsiniz ki, mənə ağac kəsməyə imkan vermirsiniz” dediyini, akt tərtib edildikdən sonra onların oradan uzaqlaşdıqlarını, onların əraziyə həmin vaxt akt tərtib etmək məqsədi ilə gedən zaman Təqsirləndirilən şəxs yenidən əlində olan bir ədəd motopila ilə ağacları kəsməsini gördüklərini, onların Təqsirləndirilən şəxs yenidən qanunsuz hərəkətlərini dayandırmasını bildirdiklərini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında gözətçisi olduğu 1 saylı meşə dolayısının 2-ci kvartalında Təqsirləndirilən şəxs zəbt etdiyi bağda icazəsiz olaraq kütləvi qırıntı aparmasını, təkrar yenə də çoxlu sayda qovaq cinsindən olan ağacları kəsərək yığıb doğradığını və hazırda həmin odunların yerində durduğunu gördüyünü, Tədbir görülməsi üçün dərhal Şahid2 yazılı məlumat verdiyini, bundan sonra Şahid2 polisə, həmçinin rəhbərliyə məlumat verdiyini, həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs yenidən 2-ci kvartalda əlində olan bir ədəd motopila ilə ağacları qanunsuz olaraq kəsməsini gördüyünü, rəhbərliyə məlumat verdikdən sonra xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Ağzıbir meşəbəyliyinin 1 saylı dolayının 2-ci və 10-cu kvartalında onun, yəni meşəbəyi Şahid2, Bərdə RMTM-nin Ağdaş meşəbəylikləri üzrə baş mütəxəssisi Şahid3, Bərdə RMTM-nin Ağdaş meşəbəylikləri meşə mühafizə mühəndisi Yasin İslamov və Ağdaş rayon polis şöbəsinin Ağzıbir kənd üzrə polis sahə rəisinin köməkçisi polis serjantı Şahid7 iştirakları ilə baxış keçirilərək 64438 nömrəli akt tərtib olunduğunu, baxış keçirməyə başlamazadan əvvəl polis əməkdaşı Şahid7 Təqsirləndirilən şəxs ilə mobil telefon əlaqəsi saxlayaraq, araşdırmada (baxışda) birgə iştirak etməsini təklif etdiyini, lakin Təqsirləndirilən şəxs heç bir üzürlü səbəb göstərmədən onlara təhqiramiz ifadələr işlədərək ağacları özünün əcəb edərək kəsdiyini və araşdırmada (baxışda) iştirak etməyəcəyini bildirdiyini, hətta onların barəsində teleqram vuracağını da söylədiyini, lakin Ağdaş rayon Ağzıbir meşəbəyliyinin 1 saylı dolayının 2-ci və 10-cu kvartalına baxış keçirdiklərini, baxış keçirilən zaman 1 saylı meşə dolayının 2-ci kvartalının ərazisində qovaq cinsindən diametri 24 sm-dən 4 ədəd, 32 sm-dən 2 ədəd, 36 sm-dən 1 ədəd, 40 sm-dən 3 ədəd, 44 sm-dən 1 ədəd, 52 sm-dən 3 ədəd, 60 sm-dən 1 ədəd, 84 sm-dən 1 ədəd, 100 sm-dən 1 ədəd, cəmi 17 ədəd, 1 saylı meşə dolayının 10-cu kvartalının ərazisində isə tut cinsindən diametri 20 sm-dən 3 ədəd, 24 sm-dən 4 ədəd, 28 sm-dən 2 ədəd, Qarağac cinsindən 32 sm-dən 1 ədəd, cəmi 10 ədəd, ümumilikdə isə kvartallar üzrə 27 (iyirmi yeddi) ədəd kök üstə yaş ağacları Təqsirləndirilən şəxs ona məxsus motorlu mişar ilə qanunsuz kəsdiyinin müəyyən olunduğunu, Təqsirləndirilən şəxs həmin 27 ədəd ağacın 12 ədədini doğrayıb apardığını, 15 (on beş) ədədinin doğranmış halda yerində qaldığının müəyyən edildiyini, tərtib edilmiş aktın imzalandığını və akta tərəfindən yazılmış rəsmi yazılı məlumat, ağacların qanunsuz kəsildiyi ərazidən çəkilmiş fotoşəkillər və qanunsuz kəsilmiş ağacların kök üstə nırx dəyəri və dəymiş ziyanın hesablama cədvəlinin əlavə edildiyini, bundan başqa xx.xx.2020-ci il tarixdə cavabdeh olduğu ərazinin 2-ci kvartalında Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə gecə saat 23:00 radələrində qanunsuz olaraq 50-60 sot yerdə şum sürməsi, həmin yerdə 2-3 sot yerdə kol-kos təmizləməsi, yandırması və yanğın zamanı 5-6 ədəd nar ağacının yanması barədə meşəbəyi Şahid2 yazılı məlumat verdiyini, Şahid2 da dərhal bu barədə rəhbərliyə məlumat verdiyini və rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, Təqsirləndirilən şəxs ağacları qanunsuz kəsdiyi yerin rəsmi olaraq Ağzıbir meşəbəyliyinin ərazisinə (X11) aid olduğunu, Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdiyi ağacları hara aparması barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidməti X10 Təsərrüfatı Mərkəzinin meşələrin qorunması üzrə baş mühafizə mühəndisi vəzifəsində işlədiyini, Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs kənd sakini kimi tanıdığını və onunla, onun ailə üzvləri ilə əvvəllər hər hansı bir ədavətinin və düşmənçiliyinin olmadığını, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən Ağzıbir meşəbəyliyinin sabiq meşəbəyi Şahid2 ona zəng edib, onu əraziyə dəvət edərək 1 saylı meşə dolayında Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs meşə sahəsində 94 (doxsan dörd) ədəd müxtəlif cinsli və müxtəlif diametrli ağacları kəsdiyini müəyyən olunduğunu, əraziyə baxış keçirilən vaxt Təqsirləndirilən şəxs əlində olan bir ədəd motopila ilə həmin ağacları kəsməsini şəxsən gördüyünü, həmin əraziyə günorta saatlarında meşəbəyi Şahid2, Ağdaş üzrə meşə mühafizə mühəndisi Yasin İslamovun, Ağzıbir meşəbəyliyinin sabiq meşəbəyi köməkçisi Şahid6, Ağdaş meşəbəylikləri üzrə sabiq baş mütəxəssis Şahid3, 1 saylı meşə dolayının meşə gözətçisi Şahid4 və Ağdaş rayonu, Ağzıbir kəndinin bələdiyyə sədri Şahid5 iştirakı ilə baxış keçirildiyini, əraziyə baxış keçirilən zaman həqiqətən də kök üstə yaş ağacların yəni Qovaq cinsindən diametrləri 20 sm olan 3 ədəd, 32 sm-dən 3 ədəd, 40 sm-dən 6 ədəd, 48 sm-dən 4 ədəd, 52 sm-dən 5 ədəd, 60 sm-dən 4 ədəd, 72 sm-dən 2 ədəd, Qarağac cinsindən 16 sm-dən 20 ədəd, 20 sm-dən 10 ədəd, 24 sm-dən 11 ədəd, 28 sm-dən 14 ədəd, 32 sm-dən 5 ədəd, 36 sm-dən 3 ədəd, Tut cinsindən 16 sm-dən 4 ədəd olmaqla ümumilikdə cəmi 94 (doxsan dörd) ədəd ağacları Təqsirləndirilən şəxs tərəfindən kəsildinin müəyyən olunduğunu, həmin ağacların həcminin ümumilikdə 83,15 kub olduğunu, nəticədə meşəyə (X11) ümumilikdə 4222 manat 01 qəpik maddi ziyan dəydiyini, əraziyə baxış keçirilən və akt tərtib olunan zaman Təqsirləndirilən şəxs da orada olduğunu, Təqsirləndirilən şəxs ağacları nə səbəbdən kəsdiyini soruşduqda onun kobud cavablar verərək, onların şərəf və ləyaqətini alçaltdığını, onları təhqir edərək, ərazidən çıxmalarını tələb etdiyini, Təqsirləndirilən şəxs həmin vaxt onları hədələyərək, “siz kimsiniz ki, mənə ağac kəsməyə imkan vermirsiniz” bura mənim dədə-baba torpağımdır deməsini, daha sonra Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinin izah olunduğunu, əlavə olaraq Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs təkrar olaraq xx.xx.2020-ci il tarixdə Ağzıbir meşəbəyliyindən Qovaq cinsindən diametri 24 sm-dən 4 ədəd, 32 sm-dən 2 ədəd, 36 sm-dən 1 ədəd, 40 sm-dən 3 ədəd, 44 sm-dən 1 ədəd, 52 sm-dən 3 ədəd, 60 sm-dən 1 ədəd, 84 sm-dən 1 ədəd, 10 sm-dən 1 ədəd, Tut cinsindən 20 sm-dən 3 ədəd, 24 sm-dən 4 ədəd, 28 sm-dən 2 ədəd, Qarağac cinsindən 32 sm-dən 1 ədəd, cəmi 27 ədəd kök üstə yaş ağacları kəsdiyini, Təqsirləndirilən şəxs həmin vaxt əməkdaşları hədələdiyini, bu barədə ona əməkdaşlar tərəfindən sonradan məlumat verildiyini, onun isə həmin vaxt orada iştirak etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidməti X10 X1 meşəbəyliyinin sabiq meşəbəyi vəzifəsində işlədiyini, X10 X1 meşəbəyliyi 4 dolayı və 17 kvartaldan ibarət olduğunu, 1-ci dolayıya 1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı kvartalın yarısı, 8-ci kvartal və 9-cu kvartalın daxil olduğunu, 2-ci dolayıya 3-cü, 7-ci, 12-ci, 6-cı kvartalın yarısı və 13-cü kvartalın yarısının daxil olduğunu, 3-cü dolayıya 13-cü kvartalın yarısı və 14-cü kvartalın daxil olduğunu, 4-cü dolayıya isə 13-cü kvartalın yarısı, 15-ci, 16-cı və 17-ci kvartalların daxil olduğunu, X10 X1 meşəbəyliyinin ümumi sahəsinin 2593 (iki min beş yüz doxsan üç) hektar olduğunu, Təqsirləndirilən şəxs Ağzıbir kənd sakini kimi tanıdığını, onunla və onun ailə üzvləri ilə hər hansı ədavətinin və ya düşmənçiliyini olmadığını, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsində çalışan Şahid4 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində 1 saylı meşə dolayısının 10-cu kvartalında ərazisində 15 ədəd ağac kəsməsini şəxsən gördüyünü və ağac kəsməsini dayandırmasını tələb etsə də ona məhəl qoymayaraq yenidən ağacları kəsməyə davam etdiyini bildirdiyini, özünün də dərhal bu barədə rəhbərliyə məlumat verdiyini, belə ki, xx.xx.2020-ci il tarixdə Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayısında Bərdə RMTM-nin meşələrin qorunması və mühafizəsi üzrə meşə mühafizəsinin baş mühəndisi Şahid1 tərəfindən, Ağdaş meşəbəylikləri üzrə baş mütəxəssis Şahid3, Ağdaş meşəbəylikləri üzrə meşəbəyi köməkçisi Yusuf Yunisovun, Ağdaş rayonu, Ağzıbir kənd bələdiyyəsinin sədri Şahid5, 1 saylı meşə dolayısının meşə gözətçisi Şahid4 iştirakları ilə 64560 nömrəli aktın tərtib olunduğunu, aktın tərtib olunan zaman Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs qeyri-qanuni özbaşına Ağdaş rayonu Ağzıbir kəndində Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayısının 10-cu kvartalında kök üstə yaş ağacları, yəni Qovaq cinsindən diametri 20 sm-dən 3 ədəd, 32 sm-dən 3 ədəd, 40 sm-dən 6 ədəd, 48 sm-dən 4 ədəd, 52 sm-dən 5 ədəd, 60 sm-dən 4 ədəd, 72 sm-dən 2 ədəd, Qarağac cinsindən 16 sm-dən 20 ədəd, 20 sm-dən 10 ədəd, 24 sm-dən 11 ədəd, 28 sm-dən 14 ədəd, 32 sm-dən 5 ədəd, 36 sm-dən 3 ədəd, Tut cinsindən 16 sm-dən 4 ədəd, cəmi 94 (doxan dörd) ədəd ağacın kəsdiyinin müəyyən olunduğunu, həmin ağacların həcminin ümumilikdə 83,15 kub olduğunu, nəticədə meşəyə (X11) ümumilikdə 4222 manat 01 qəpik maddi ziyanın dəydiyini, əraziyə baxış keçirilən və akt tərtib olunan zaman Təqsirləndirilən şəxs da orada olduğunu, Təqsirləndirilən şəxs 15 hektar sahəni çəpərlədiyini, oraya heç bir meşə işçilərini buraxmadığını, meşə işçilərini söydüyünü, təhqir etdiyini və onları ölümlə hədələdiyini, həmin ərazinin dədə-baba torpağı olmasını iddia edərək ora gəlməmələrini tələb etdiyini, Təqsirləndirilən şəxs həmin vaxt onlara “siz kimsiniz ki, mənə ağac kəsməyə imkan vermirsiniz” söylədiyini, onlar da qanunvericiliyin tələblərini izah edərək, Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin qanunsuz olduğunu və X11 ziyan vurmasını bildirdiklərini, xx.xx.2020-ci il tarixdə Şahid4 ona yazılı məlumat verərək, gözətçisi olduğu 2-ci kvartalında Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs zəbt etdiyi bağda icazəsiz olaraq kütləvi qırıntı aparmasını, yenə də xeyli sayda qovaq cinsindən olan ağacları kəsərək yığıb doğradığını, hal-hazırda odunların yerində durduğunu və tədbir görülməsini bildirdiyini, onun da, bu barədə dərhal rəhbərliyə məlumat verdiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Ağzıbir meşəbəyliyinin 1 saylı dolayının 2-ci və 10-cu kvartalında onun, yəni Bərdə RMTM-nin Ağdaş meşəbəylikləri üzrə baş mütəxəssisi Şahid3, Bərdə RMTM-nin Ağdaş meşəbəylikləri meşə mühafizə mühəndisi Yasin İslamovun, Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının meşə gözətçisi Şahid4, Ağdaş rayon polis şöbəsinin Ağzıbir kənd üzrə polis sahə rəisinin köməkçisi polis sejantı Şahid7 iştirakları ilə Şahid4 xx.xx.2020-ci il tarixli yazılı məlumatına əsasən baxış keçirilib 64438 nömrəli akt tərtib olunduğunu, baxış keçirməyə başlamazadan əvvəl Təqsirləndirilən şəxs ilə mobil telefon əlaqəsi saxlayaraq, araşdırmada (baxışda) birgə iştirak etməsinin təklif edildiyini, lakin Təqsirləndirilən şəxs heç bir üzürlü səbəb göstərmədən onlara təhqiramiz ifadələr işlədərək ağacları özünün əcəb edərək kəsdiyini bildirdiyini, araşdırmada (baxışda) iştirak etməkdən imtina etdiyini, hətta onlar barəsində aidiyyatı qurumlara teleqram vuracağını bildirdiyini, buna baxmayaraq qeyd olunan əraziyə baxış keçirildiyini, baxış keçirilən zaman 1 saylı meşə dolayının 2-ci kvartalının ərazisində qovaq cinsindən diametri 24 sm-dən 4 ədəd, 32 smdən 2 ədəd, 36 sm-dən 1 ədəd, 40 sm-dən 3 ədəd, 44 sm-dən 1 ədəd, 52 sm-dən 3 ədəd, 60 sm-dən 1 ədəd, 84 sm-dən 1 ədəd, 100 sm-dən 1 ədəd, cəmi 17 ədəd, 1 saylı meşə dolayının 10-cu kvartalının ərazisində isə tut cinsindən diametri 20 sm-dən 3 ədəd, 24 smdən 4 ədəd, 28 sm-dən 2 ədəd, Qarağac cinsindən 32 sm-dən 1 ədəd, cəmi 10 ədəd, ümumilikdə isə kvartallar üzrə 27 (iyirmi yeddi) ədəd kök üstə yaş ağacları Təqsirləndirilən şəxs özünə məxsus motorlu mişar ilə kəsdiyinin müəyyən olunduğunu, Təqsirləndirilən şəxs həmin 27 ədəd ağacın 12 ədədini doğrayıb apardığını, 15 (on beş) ədədini doğramış halda yerində qaldığının müəyyən edildiyini, aktın əraziyə baxış keçirən şəxlər tərəfindən imzalandığını və akta meşə gözətçisinin rəsmi yazılı məlumatı, ərazidən çəkilmiş fotoşəkillər və özbaşına qanunsuz kəsilmiş ağacların kök üstə dəyəri və dəymiş ziyanın hesablama cədvəlinin əlavə edildiyini, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyinə görə polis əməkdaşları ilə birgə yenidən əraziyə keçirildiyini, baxışda Təqsirləndirilən şəxs iştirakının təmin edildiyini, bundan başqa xx.xx.2020-ci il tarixdə Şahid4 cavabdeh olduğu ərazinin 2-ci kvartalında Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə gecə saat 23-00 radələrində qanunsuz olaraq 50-60 sot yerdə şum sürməsi, həmin yerdə 2-3 sot yerdə kol-kos təmizləməsi, yandırması və yanğın zamanı 5-6 ədəd nar ağacının yanması barədə ona yazılı məlumat verdiyini, onun da bu barədə dərhal rəhbərliyə məlumat verdiyini, nəticədə rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında Şahid6, Şahid7 və X4 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Ağdaş rayonu, Ağzıbir kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs kənd sakini kimi tanıdığını, onunla və onun ailə üzvləri ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmadığını, Şahid2 isə Ağzıbir meşəbəyliyinin sabiq meşəbəyisi olduğunu, onun, Şahid2 ilə də hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs Ağzıbir meşəbəyliyində ağacları qanunsuz kəsməsi ilə bağlı əraziyə baxış keçiriləcək və baxışın nəticəsinə uyğun olaraq aktın tərtib ediləcəyi barədə ona məlumat verildiyini, onun da bələdiyyə sədri kimi əraziyə baxış keçirilməsində və aktın tərtib olunmasında iştirak etməsinin təklif edildiyini və həmin baxışın keçirildiyi yerə gedərək Ağzıbir bələdiyyəsinin sədri kimi baxışda iştirak etdiyini və tərtib edilmiş aktla tanış olaraq həmin aktda yazılanların doğruluğunu imzası ilə təsdiq etdiyini, belə ki, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayısında onun, Bərdə RMTM-nin meşələrin qorunması və mühafizəsi üzrə meşə mühafizəsinin baş mühəndisi Şahid1, Ağzıbir meşəbəyliyinin meşəbəyisi Şahid2 Museyib oğlunun, Ağdaş meşəbəylikləri üzrə baş mütəxəssis Şahid3 və Ağdaş meşəbəylikləri üzrə meşə mühafizə mühəndisi Yasin İslamovun iştirakları ilə 64560 nömrəli aktın tərtib olunduğunu, akt tərtib olunan zaman Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq Ağdaş rayonu, Ağzıbir kəndində Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayısının 10-cu kvartalında kök üstə yaş ağacları, yəni Qovaq cinsindən diametri 20 sm-dən 3 ədəd, 32 sm-dən 3 ədəd, 40 sm-dən 6 ədəd, 48 sm-dən 4 ədəd, 52 sm-dən 5 ədəd, 60 sm-dən 4 ədəd, 72 sm-dən 2 ədəd, Qarağac cinsindən 16 sm-dən 20 ədəd, 20 sm-dən 10 ədəd, 24 sm-dən 11 ədəd, 28 sm-dən 14 ədəd, 32 sm-dən 5 ədəd, 36 sm-dən 3 ədəd, Tut cinsindən 16 sm-dən 4 ədəd, cəmi 94 (doxan dörd) ədəd ağacın qanunsuz kəsildiyinin müəyyən olunduğunu, həmin ağacların həcminin ümumilikdə 83,15 kub olduğunu, Təqsirləndirilən şəxs ağacları qanunsuz kəsməsi nəticəsində meşəyə (X11) ümumilikdə 4222 manat 01 qəpik maddi ziyan dəydiyini, əraziyə baxış keçirilən və akt tərtib olunarkən Təqsirləndirilən şəxs özünün də orada olduğunu, meşə işçilərini təhqir edərək və onları ölümlə hədələdiyini, Təqsirləndirilən şəxs qeyd olunan ərazinin dədə-baba torpağı olmasını bildirirək ərazidən çıxmaqlarını, oraya bir daha gəlməmələrini tələb etdiyini, Təqsirləndirilən şəxs həmin vaxt onlara “siz kimsiniz ki, mənə ağac kəsməyə imkan vermirsiniz” dediyini, Təqsirləndirilən şəxs barəsində akt tərtib edildikdən sonra ərazidən getdiklərini, həmin ağacları Təqsirləndirilən şəxs mərhum atası Musa Ədilovun yas mərasimi ilə əlaqədar olaraq odun kimi istifadə etmək məqsədi ilə qanunsuz kəsdiyini, onlar akt tərtib edən zaman Təqsirləndirilən şəxs meşədə ağac kəsdiyini şəxsən gördüyünü, başqa vaxt Təqsirləndirilən şəxs ağac kəsməsini görmədiyini, daha Təqsirləndirilən şəxs yenidən meşədə qanunsuz olaraq ağac kəsdiyini bildirdiş. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində Ağzıbir meşəbəyliyinin meşəbəyisi Şahid2 tanıdığını, əvvəllər onunla və onun ailə üzvləri ilə aralarında hər hansı ədavətin və ya düşmənçiliyinin olmadığını, Ağdaş rayonu, Ağzıbir kəndində qaz olmadığına görə kənd sakinlərinin evlərinin odunla qızdırdıqlarını, Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs onun qonşusu olduğunu və onunla hər hansı bir ədavətinin və ya düşmənçiliyinin olmadığını, 20 noyabr 2020-ci ildə Təqsirləndirilən şəxs atası Musa Ədilovun öldüyünü, həmin vaxt Təqsirləndirilən şəxs meşənin işçisi Şahid3 onun yanında zəng edərək, Şahid3 icazə alaraq, meşədən qismən kənarda altı ədəd quru yararsız qovaq ağacının parçalarını 2 araba ilə atasının yas mərasimində istifadə etmək məqsədilə apardığını, Şahid2 Təqsirləndirilən şəxs böhtan atdığını, çünki Şahid2 Təqsirləndirilən şəxs ilə əvvəlcədən ziddiyyətli olaraq ədavətçiliyinin olduğunu, bu səbəbdən də Şahid2 böhtan ataraq Təqsirləndirilən şəxs guya 121 ədəd ağac kəsməsi barədə yalan ifadə verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində Ağzıbir meşəbəyliyinin meşəbəyisi Şahid2 tanıdıdğını, əvvəllər onunla və onun ailə üzvləri ilə aralarında hər hansı ədavət və ya düşmənçiliyinin olmadığını, onların yaşadığıqları Ağdaş rayonu, Ağzıbir kəndində qaz olmadığına görə evlərini odunla isitdiklərini, Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs tanıdığını və onunla hər hansı bir ədavət və ya düşmənçiliklərinin olmadığını, əksinə xoş münasibətinin olduğunu, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs mərhum atası Musa Ədilovun yas mərasimi ilə əlaqədar olaraq meşədən odun gətirmək qərarına gəldiyini, bu məqsədlə kəndə yaxın meşənin sahibi Şahid3 onun yanında deyərək Şahid3 razılığı ilə 6 ədəd yararsız quru qovaq ağacının parçalarını atasının yasında istifadə etmək məqsədilə gətirdiyini, Təqsirləndirilən şəxs özlərinin əkdiyi 6 (altı) ədəd qurumuş qovaq ağacını kəsdiyini, həmin ağacları odun şəklində doğrayıb apararaq atasının yas mərasimində yandırdığını, Şahid2 Təqsirləndirilən şəxs ilə aralarında olan əvvəlki ziddiyyətə görə ədavətlçiliyi olduğu üçün Təqsirləndirilən şəxs böhtan ataraq kəsilmiş ağacların sayını həddindən artıq olaraq çox göstərdiyini, aralarında olan ziddiyyətin ədavətin səbəbini bilmədiyini, Şahid2 və digər işçilərin Təqsirləndirilən şəxs barəsində dediklərinin şər və böhtan olduğunu bildirdi. İş üzrə Şahid3 Firidun oğlu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirirək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-90/2015 saylı, 13 noyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə, CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş cəzaların Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılması və üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi, təyin edilmiş cəzanın 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasının sübut edərsə, hökmün icra olunmaması, Təqsirləndirilən şəxs davranışına nəzarətin Ağdaş rayon İcra Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsi hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-60/2019 saylı, 23 iyul 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin127.2.3-cü maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 may 2019-cu il tarixdən 23 iyul 2019-cu il tarixə qədər həbsdə saxlanıldığı bir ay iyirmi beş gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi üç ay iyirmi gün təyin edilmiş cəzadan çıxılması və qəti cəza iki il iki ay on gün azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmağın vəzifə olaraq tapşırılması, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkəmə iclası zalında həbsdən azad edilməsi, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, iş üzrə maddi sübut olan bir ədəd diskin cinayət işində saxlanılması hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-22/2- 239/2023 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in Poliklinika şöbəsində “Şizofrenə bənzər pozuntu” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə 1 saylı Respublika Psixiatriya Xəstəxanssının müvafiq tibbi sənədi əsasında sağaldığı üçün ruhi qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 121 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xorniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2021-ci il tarixli 495 saylı ambulator məhkəmə psixatriya ekspertiza rəyi, Ağdaş RMX-dan verilmiş xx.xx.2023-cü il tarixli arayış, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 6509/22 saylı xəstəlik tarixindən çıxarış) verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda yaddaş, təfəkkür, emosiya, tənqid və intellektual pozuntu aşkar edilməməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət söyləməsi və etdiyi hərəkətdən peşiman olduğunu bildirməsi və s.) sübut edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-cil il tarixli, 329 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Mərkəzi Xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Xəstənin psixi vəziyyəti qənaət bəxş olduğu üçün xx.xx.2021-ci il tarixdə evə yazılması planlaşdırılmış və Ağdaş rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs nəzarətə götürülməsi xahiş edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 3 il 1 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il şərti sınaq müddəti tətbiq edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 69.3-cü maddələrinə əsasən 2 il 2 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Ağdaş RPŞ tərəfindən Azərbaycan Respublikası CM-in 25.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, c1/457 saylı məhktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-60/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər həbsdə saxlanıldığı bir ay iyirmi beş gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün heablanmaqla, cəmi üç ay iyirmi gün təyin edilmiş cəzadan çıxılması və qəti cəza, iki il iki ay on gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmağı vəzifə olaraq tapşırılmışdır. Məhkum Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-60/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzasını xx.xx.2021-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2023-cü il tarixli, 5-32/2-35/2023 saylı arayışdan görünür ki, xx.xx.1979cu il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, hal-hazırda anası 1938-ci il təvəllüdlü X2 və oğlu 2003-cü il təvəllüddlü X5 ilə Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxx 1979-cu ildə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, hal-hazırda Ağzıbir kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində nümunəvi davranışı ilə başqalarından fərqlənmiş, özündən yaşca böyüklərə hörmətlə yanaşmış, yaşca kiçiklərə qayğı göstərmişdir. Kəndin ictimai işlərində həmişə fəal iştirak etmişdir. Nümunəvi davranışı ilə kənd camaatı arasında başqalarından fərqənmişdir. Xasiyyətcə mülayimdir, həmişə nümunəvi olmağa çalışır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Ağzıbir kənd sakini, xx xxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs özü və ailəsi Ağdaş RPŞ-də münaqişəli ailə kimi qeydiyyata alınmayıb, həmçinin barəsində hal-hazırda təqsirləndirici material yoxdur. Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Ağdaş rayon ərkəzi Xəstəxanası” X13n poliklinika şöbəsində “Moniakol sindirom” diaqnozu ilə ruhi qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 18 mart 2021-ci il tarixli 7/253 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ HK-1/1436 material ” əlyazma yazıları olan 1 ədəd karton qutudakı bitki gövdə hissələri Qarağac, Tut və Qovaq bitkilərinin gövdə hissəsi üçün xarakterikdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 may 2021-ci il tarixli 9/1282 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, müxtəlif diametrli cəmi 127,60m3 tut, qovaq və qarağac ağaclarının 121 ədəd kök üstə yaş ağacların kəsilərək məhv edilməsindən təbiətə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi zamanı, qərarın təsviri hissəsində olan məlumatlardan və qanunvericilikdə mövcud olan normativ sənədlərdən istifadə olunmuşdur. Həmin mövcud olan normativ sənədlərə və tərtib edilmiş hesablama cədvəlinə əsasən Ağdaş rayonu Ağzıbir kəndində Ağzıbir meşəliyində vət. Təqsirləndirilən şəxs tərəfindən müxtəlif diametrli köküstə yaş tut, qovaq və qarağac ağaclarının qanunsuz kəsilməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 7822,14 manat edilir. O cümlədən: - 24 noyabr 2021-ci il tarixdə 8 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 64560 saylı akta əlavə olaraq tərtib edilmiş cədvəl üzrə - qarağac və tut ağaclarının cəmi nırx dəyəri 98,67 manat; qovaq ağacının nırx dəyəri 232,34 manat; 20 ədəd 16 sm diametrli yaş qarağac ağacı 120,00 manat; 10 ədəd 20 sm diametrli yaş qarağac ağacı 70,00 manat; 11 ədəd 24 sm diametrli yaş qarağac ağacı 110,00 manat; - 14 ədəd 28 sm diametrli yaş qarağac ağacı 154,00 manat; 5 ədəd 32 sm diametrli yaş qarağac ağacı 75,00 manat; 3 ədəd 36 sm diametrli yaş qarağac ağacı 54,00 manat; 4 ədəd 16 sm diametrli tut ağacı 24,00 manat; 3 ədəd 20 sm diametrli yaş qovaq ağacı 21,00 manat; 3 ədəd 32 sm diametrli yaş qovaq ağacı 45,00 manat; 6 ədəd 40 sm diametrli yaş qovaq ağacı 132,00 manat; 4 ədəd 48 sm diametrli yaş qovaq ağacı 160,00 manat; 5 ədəd 52 sm diametrli yaş qovaq ağacı 250,00 manat; 4 ədəd 60 sm diametrli yaş qovaq ağacı 1256,00 manat; 2 ədəd 72 sm diametrli yaş qovaq ağacı 1420,00 manat; -16 dekabr 2021 -ci il tarixdə 8 saylı regional Ekologiya və təbii sərvətlər idarə; əməkdaşları tərəfindən tərtib edilmiş 64438 saylı akta əlavə olaraq tərtib edilmiş cədvəl üzrə qarağac və tut ağaclarının cəmi nırx dəyəri 13,21 manat; qovaq ağacının nırx dəyəri 159,13 manat; 1 ədəd 32 sm diametrli yaş qarağac ağacı 15,00 manat; 3 ədəd 20 sm diametrli yaş tut ağacı 21,00 manat; 4 ədəd 24 sm diametrli yaş tut ağacı 21,00 manat; 2 ədəd 28 sm diametrli yaş tut ağacı 22,00 manat; 4 ədəd 24 sm diametrli yaş qovaq ağacı 40,00 manat; 2 ədəd 32 sm diametrli yaş qovaq ağacı 30,00 manat; 1 ədəd 36 sm diametrli yaş qovaq ağacı 18,00 manat; 3 ədəd 40 sm diametrli yaş qovaq ağacı 66,00 manat; 1 ədəd 44 sm diametrli yaş qovaq ağacı 33,00 manat; 3 ədəd 52 sm diametrli yaş qovaq ağacı 150,00 manat; 1 ədəd 60 sm diametrli yaş qovaq ağacı 50,00 manat; 1 ədəd 84 sm diametrli yaş qovaq ağacı 50,00 manat; 1 ədəd 100 sm diametrli yaş qovaq ağacı 50,00 manat; işlik 8 sm diametrli yaş qovaq ağacı 264,00 manat; işlik 32 sm diametrli yaş qovaq ağacı 1056,00 manat; işlik 48 sm diametrli yaş qovaq ağacı 1634,00 manat müəyyən edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Ağdaş rayonu, Ağzıbir kənd sakini Ədilov X6 Meşə Fondu sahəsində qanunsuz ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 7878,35 (yeddi min səkkiz yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub X10 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi xahiş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, mülki iddiaçının zərərçəkmiş şəxsin nümayəndəsinin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cəza təyin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Hazırkı halda isə təkrar törədilmiş hər bir cinayət əməlinə ayrı-ayrılıqda hüquqi qiymət verdikdə əməllər məzmun etibarilə CM-in 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin təkrar törədilməsinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, Məhkəmə mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin nümayəndəsi tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-in 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. İş üzrə 7878,35 manat məbləğində mülki iddia tanınmışdır. Mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə mülki iddiaçıya dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia bu hissədə qismən təmin olunaraq Təqsirləndirilən şəxs 7878,35 manat məbləğində pul maddi ziyan qismində tutularaq X10 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsi ilə təqsirli bilinsin, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 7878,35 manat məbləğində pul maddi ziyan qismində tutularaq X10 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-65/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-65/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver