Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-65/2024 29.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1981-ci il tarixdə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, xırda ticarətlə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 12,33 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni təmiz çəkisi 0.99 qramını 11 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri, Nizami Gəncəvi küçəsində Şahid4 20 manat müqabilində satmış, 11 yanvar 2024cü il tarixdə saat 19:55 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞ-nin Ağdaş şəhəri, M.İsayev küçəsi 12 ünvanında yerləşən inzibati binasında 11 yanvar 2024-cü il tarixdə saat 20:32-dən saat 20:46-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.51 qram və 0.48 qram, ümumi təmiz çəkisi 0.99 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi 11 yanvar 2024-cü il tarixdə saat 21:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhər, M.Hüseynzadə küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:00-dan 22:19-dək üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,14 qram, 3,96 qram və 4,24 qram, ümumi təmiz çəkisi 11,34 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitəni 16 yaşından istifadə edir. Əvvəllər cinayət törətməyə görə məhkum olunmuşdur. Hadisədən 5 gün əvvəl axşam saat təxminən 16 radələrində Ağdaş şəhərində Nizami Gəncəvi küçəsində gəzərkən yerdən 03 ədəd kibrit qutusu tapmış, həmin kibrit qutularını əlinə götürüb içini açıb baxdıqda içərisində narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmiş və istifadə etmək üçün üzərində saxlamışdır. 11 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 19 radələrində Ağdaş şəhəri Nizami Gəncəvi küçəsi ilə gedərkən Şahid4 ilə rastlaşmış, Adil ondan narkotik vasitə istəmiş, həmin zaman 5 gün əvvəl yerdən tapdığı kibrit qutularının üzərində olmuş, Şahid4 02 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana vermiş, Şahid4 isə bunun əvəzində ona 20 (iyirmi) manat vermişdir. Həmin puldan 19 manatı öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Həmin gün saat təxminən 21:20-də Ağdaş şəhəri M.Hüseynzadə küçəsində hərəkətdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitlərin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olduğunu deyərək üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada polis əməkdaşları onu asıb, döymüşlər. Daha sonra onun üzərinə üç qutu marixuana qoyub, çəkilişdə ona məxsus olmasını bildirməsini demişlər. O, da videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı onun yanında müdafiəçi olmuş, lakin o, müdafiəçisinə döyülməsi barədə heç bir söz deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimin ibtidai istintaq zamanı qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması barədə verdiyi sualına ona qarşı heç kimin qanunsuz hərəkətlərə yol vermədiyini bildirmişdir. O, polislərdən qorxduğu üçün bu cür demişdir. Adilə narkotik vasitə satmaqda özünü təqsirli bilir, lakin üzərindən aşkar olunmuş qutular ona məxsus deyil, o, özünü həmin hissədə təqsirli bilmir. Sonda məhkəmədə son söz söyləyərkən Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşmandır, aşağı cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarışın və mənzilə baxışın qeydə alındığı videogörüntülər, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, uzun müddət narkotik vasitələrdən mütəmadi istifadə etmişdir, lakin halhazırda aradabir istifadə edir. İttifaqın oğlu Əfqan adlı şəxsi tanıyır. Əfqan onun atasının dostu olmuşdur və narkotik vasitələrdən istifadə etdiyi barədə eşitmişdir. 11 yanvar 2024cü il tarixdə axşam saatlarında 19 radələrində o, Ağdaş şəhəri, Nizami Gəncəvi küçəsi ilə hərəkətdə olan zaman Əfqan ilə rastlaşmış və Əfqana yaxınlaşaraq ondan satılıq narkotik vasitəsinin olub-olmamasını sual vermişdir. Əfqan narkotik vasitə olduğunu söyləmiş və daha sonra Əfqandan 02 ədəd büküm narkotik vasitə istəmişdir. 20 (iyirmi) manat qarşılığında onunla razılaşmışdır. Bundan sonra Əfqan ona 02 ədəd kağız bükümdə içərisində qurudulmuş marixuana olan narkotik vasitə vermiş, bunun əvəzində o, Əfqana 20 (iyirmi) manat pul vermişdir. 11 yanvar 2024-cü il tarixdə saat 19:55-də Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd "xxxx" ASC-yə aid hesab kartı, 01 ədəd alışqan və istifadə edilmiş 01 ədəd siqaret dənəsi aşkar olunmuş və aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Həmin kağız bükümlərin içərisində narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. İlkin olaraq 02 ədəd kağız büküm açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuşdur. Kağız bükümlərin təxmini çəkisi müəyyən olunması üçün elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələrinin olduğu kağız bükümlərin təxmini çəkisi 0,73 qram və 0,71 qram olmuşdur. 02 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərində aşkar olunan kütlə ona məxsus olmuş və həmin kütləsini 11 yanvar 2024-cü il tarixdə İttifaqın oğlu Əfqandan 20 (iyirmi) manata almışdır. Polis əməkdaşları tərəfindən ona heç bir formada təzyiq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2024-cü il tarixdə Şahid4 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 11 yanvar 2024-cü il tarixdə saat 19:55-də radələrində Şahid4 Ağdaş şəhəri M.Hüseynzadə küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, Polis şöbəsində Şahid4 seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞnin təhqiqatçısı Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şahid4 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid4 üzərində şəxsi axtarışa başlanmış, şübhəli şəxs Şahid4 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim etmiş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Şahid4 üzərindən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd "xxxx" ASC-yə aid hesab kartı, 01 ədəd alışqan və istifadə edilmiş 01 ədəd siqaret dənəsi aşkar olunmuş, Şahid4 üzərindən aşkar olunmuş 02 ədəd kağız büküm açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, həmin kağız bükümlərin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,73 qram və 0,71 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümlərin kağız zərfə qablaşdırılıb, üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə tanışı İttifaqın oğlu Əfqandan 20 manata satın aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və satışı ilə məşğul olması barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi ilə təmin olunmuş, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah olunmuş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd kibrit qutusunu, sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd içərisi boş kibrit qutusunu və 01 ədəd salfeti, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd 1 (bir) manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarda göstərilənlərdən başqa hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kibrit qutusu açıldıqda, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olduğu müəyyən olunmuş, daha sonra həmin 03 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq, 6,16 qram, 7,29 qram və 6,96 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan 03 ədəd kibrit qutusunun kağız zərfə qablaşdırılıb, üzərinin “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri Nizami Gəncəvi küçəsində gəzərkən yerdən tapdığını, aradabir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi, xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin narkotik vasitədən 2 büküm Şahid4 20 manata satdığını bildirmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs razılığı, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə onun ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilmiş, evdən hər hansı qanunsuz əşya və predmet, həmçinin narkotik vasitə aşkar olunmamışdır. Şahid4 və Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. 11 yanvar 2024-cü il tarixdə Şahid4 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 11 yanvar 2024-cü il tarixdə saat 19:55-də radələrində Şahid4 Ağdaş şəhəri M.Hüseynzadə küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, Polis şöbəsində Şahid4 seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞnin təhqiqatçısı Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şahid4 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid4 üzərində şəxsi axtarışa başlanmış, şübhəli şəxs Şahid4 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim etmiş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Şahid4 üzərindən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd "xxxx" ASC-yə aid hesab kartı, 01 ədəd alışqan və istifadə edilmiş 01 ədəd siqaret dənəsi aşkar olunmuş, Şahid4 üzərindən aşkar olunmuş 02 ədəd kağız büküm açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, həmin kağız bükümlərin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,73 qram və 0,71 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümlərin kağız zərfə qablaşdırılıb, üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə tanışı İttifaqın oğlu Əfqandan 20 manata satın aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 11 yanvar 2024-cü il tarixdə Şahid4 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 11 yanvar 2024-cü il tarixdə saat 19:55-də radələrində Şahid4 Ağdaş şəhəri M.Hüseynzadə küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, Polis şöbəsində Şahid4 seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞnin təhqiqatçısı Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şahid4 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid4 üzərində şəxsi axtarışa başlanmış, şübhəli şəxs Şahid4 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim etmiş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Şahid4 üzərindən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd "xxxx" ASC-yə aid hesab kartı, 01 ədəd alışqan və istifadə edilmiş 01 ədəd siqaret dənəsi aşkar olunmuş, Şahid4 üzərindən aşkar olunmuş 02 ədəd kağız büküm açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, həmin kağız bükümlərin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,73 qram və 0,71 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümlərin kağız zərfə qablaşdırılıb, üzəri “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə tanışı İttifaqın oğlu Əfqandan 20 manata satın aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və satışı ilə məşğul olması barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi ilə təmin olunmuş, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah olunmuş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd kibrit qutusunu, sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd içərisi boş kibrit qutusunu və 01 ədəd salfeti, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd 1 (bir) manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarda göstərilənlərdən başqa hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kibrit qutusu açıldıqda, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olduğu müəyyən olunmuş, daha sonra həmin 03 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq, 6,16 qram, 7,29 qram və 6,96 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan 03 ədəd kibrit qutusunun kağız zərfə qablaşdırılıb, üzərinin “Azərbaycan Respublikası DİN № 111” möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri Nizami Gəncəvi küçəsində gəzərkən yerdən tapdığını, aradabir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi, xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin narkotik vasitədən 2 büküm Şahid4 20 manata satdığını bildirmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs razılığı, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə onun ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilmiş, evdən hər hansı qanunsuz əşya və predmet, həmçinin narkotik vasitə aşkar olunmamışdır. Şahid4 və Təqsirləndirilən şəxs qarşı heç bir zor və güc tətbiq edilməmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixdə Şahid4 üzərində “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:55 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid4 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkiliş vasitəsi ilə Şahid4 üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim etmiş, bundan sonra Şahid4 üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış və şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Şahid4 üzərindən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd "xxxx" ASC-yə aid hesab kartı, 01 ədəd alışqan və istifadə edilmiş 01 ədəd siqaret dənəsi aşkar olunmuşdur. Daha sonra kağız bükümlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş və narkotik vasitəyə oxşar kütlələrinin olduğu kağız bükümlərin təxmini çəkilərinin 0,73 qram və 0,71 qram olması müəyyən edilmişdir. Bundan sonra 02 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan əlavə aşkar olunmuş digər əşyalar Şahid4 özünə qaytarılmışdır. Şahid4 üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan nəşə olduğunu, istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik vasitələri İttifaqın oğlu Əfqandan 20 manat aldığını bildirmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd kibrit qutusunu, sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd içərisi boş kibrit qutusunu və 01 ədəd salfeti, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd 1 (bir) manatlıq pul əsginasını çıxararaq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış və üzərində hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kibrit qutusu açıldıqdan sonra içərilərində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olduğu müəyyən edilmişdir. Daha sonra həmin kibrit qutuları təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq, 6,16 qram, 7,29 qram və 6,96 qram olmuşdur. İçərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan kibrit qutuları kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd 1(bir) manatlıq pul əsginası zərfə qablaşdırılaraq üzərinə möhür vurulmuş, digər əşyalar isə iş üçün sübut əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri Nizami Gəncəvi küçəsində gəzərkən yerdən tapdığını, aradabir əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün həmin narkotik vasitədən 2 büküm Şahid4 20 manata satdığını bildirmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evindən iş üçün əhəmiyyət kədb edən hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2024-cü il tarixli, 17/48 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən götürülmüş 02 ədəd narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi...” sözlər adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,51 qram, 0,48 qram, ümumi təmiz çəkisi - 0,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2024-cü il tarixli, 17/49 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında, ayrıayrılıqda təmiz çəkiləri 3,14 qram, 3,96 qram, ümumi çəkiləri – 11,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə üzərində “Şahid4 üzərindən götürülmüş 02 ədəd narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi.” Yazısı olan zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 219 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli, 18-1-22/2-145/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmündən, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1) Rusiya Federasiyası Kirov Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmünə əsasən Rusiya Federsiyası Cinayət Məcəlləsinin 30 M, 161 M 2 “Q” bəndi 64 ilə təqsirli bilinərək 01 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; 3) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci iln tarixdə cəzanın sonu ilə azad edilmişdir; 4) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 02 il 06 ay müddətinı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 22 gün müddət VƏŞ azad olunmuşdur. İşin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:45-də Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – 1957-ci il təvəllüdlü X5 və 1991-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin "xxxx" 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülmə, işgəncə və ləyaqəti alçaldan digər qeyri-insani rəftara məruz qalması barədə Ağdaş Rayon Məhkəməsinin məlumatı əsasında Azərbaycan Respublikası cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri – sağ kürəkdə 1 ədəd, sol sol biləkdə və sol dirsəkdə 1 ədəd, qarında solda 1 ədəd köhnə çapıq toxuma aşkar olundu. Yeni zədə və xəsarət aşkar edilmədi. Obyektiv müayinə qrafasında isə şikayət yoxdur qeyd olunub. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşlarının onu döyərək həmin narkotik vasitələri üzərinə qoyduqlarını bildirməsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin "xxxx" qərarı və X2 məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçası ilə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı döyülməsi və işgəncələrə məruz qalması şahidlərin ifadələri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin "xxxx" 25 aprel 2024cü il tarixli qərarı və X2 02 aprel 2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçası ilə təsdiq olunmur. Məhz bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilərək üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığı, polis əməkdaşlarının onu döyərək həmin narkotik vasitələri üzərinə qoyduqları barədə ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və onun bu ifadəsi başqa heç bir sübutla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, eyni zamanda Təqsirləndirilən şəxs dörd dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir və Ağdaş Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 11,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Şahid4 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman təqdim etdiyi 01 ədəd bir manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunmalıdır, həmçinin Təqsirləndirilən şəxs və Şahid4 üzərində şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 saat 15 dəqiqəyə görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 61 (altmış bir) manat 50 (əlli) qəpik pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 11,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Şahid4 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman təqdim etdiyi 01 ədəd bir manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə olunsun, həmçinin Təqsirləndirilən şəxs və Şahid4 üzərində şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 10 saat 15 dəqiqəyə görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 61 (altmış bir) manat 50 (əlli) qəpik pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-65/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-65/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver