Məhkəmə qərarları › İş №1(014)-66/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-66/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-66/2020 22.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi2 Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 4 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayon Şurtan kəndində qeydiyyatda olmaqla Ağdaş rayon Birinci Aral kəndində müvəqqəti yaşayan, barəsində xx.xx.2020-ci ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Ağdaş rayon Aral Bir kənd sakini xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəmnində yaşadıqları Ağdaş rayon Birinci Aral kənd ərazisində yerləşən boş sahəlikdə sonuncunun baş nahiyəsindən və sol qol nahiyəsindən bir neçə dəfə əlindəki ağacla qəsdən vuraraq ona, sol ənsə təpə nahiyəsinin yarası, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətləryetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, Elnuru çoxdan tanıdığını, Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra əvvəlcə Zərdab rayonunda, sonradan isə 1998-ci ildə Ağdaş rayonu Aral-1 kəndində məskunlaşdığını, Elnuru da Aral-1 kənd sakini kimi çoxdan tanıdığını, əvvəllər bir neçə dəfə aralarında müəyyən narazılıqlar olduğunu, onun təsərrüfatında bir neçə qoyunların itdiyini və mən həmin qoyunlarıın itməsində Elnurdan şübhələndiyini, bu səbəbdən bir neçə dəfə aralarında mübahisələr baş verdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2020-ci il tarixdə baş verdiyini, belə ki, həmin gün təxminən saat 18:30 radələrində bələdiyyə torpağında özünə məxsus qoyunları otardığını, qoyunlar otlayanda 2 baş keçinin Vüsal adlı şəxsin torpağı tərəfinə keçdiyini, həmin keçiləri geri qaytardığını, həmin vaxt Elnurun da torpaq topasının arxasından çıxıb ona “görmürsən heyvanlar keçib mənim yerimə” dediyini, ona 2 baş keçinin keçdiyini, onları da geri qaytardığını bildirdiyini, Elnurun həmin vaxt sərxoş vəziyyətdə olduğunu və onun ünvanına nalayiq ifadə işlədərək üstünə gəldiyini, ona sakit dayanmasını, artıq söyüşə ehtiyac olmadığını, lakin Elnur yenə ona nalayiq ifadələr işlədərək üstünə gəldiyini, həmin vaxt Elnurun qardaşı Elşənin və qohumu Aqil adlı şəxslərin də dayandıqları yerdən çıxıb onun üstünə gəldiklərini, həmin vaxt aralarında mübahisə yarandığını və yaxalaşmağa başladıqlarını, bundan sonra Elnurun atası Qədirin, əmisi Sərvərin və qohumu Vüsalın gəldiklərini və onun ailə üzvləri olan qadınların da hadisə yerinə gəldiklərini və onları aralaşdırdıqlarını, bundan sonra ailə üzvləri ilə birlikdə yaşadığı evə getdiyini, hadisə vaxtı Elnur ilə dalaşmadığını, Elnuru vurmadığını, Elnurun necə xəsarət aldığını bilmədiyini, onunla dalaşsa da ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi-əsəb və.s. xəstəliyinin olmadığını, heç bir yerdə işləmədiyini, kənd tsərrüfatı ilə məşğul olduğunu, Kəlbəcər rayonundan məcburi köçkün düşərək yaşadığı kənddə məskunlaşan Təqsirləndirilən şəxs tanıdığını, Tağı ilə münasibətlərinin yaxış olmadığını, 2020-ci ilin fevral ortalarında qohumu Vüsala qoyunlarını otarması üçün arpa yerini verməsini dediyini, Vüsalın da ona həmin yeri ona 1-2 aylıq qoyunları otarmağa verdiyini və ona 20 manat verəcəyini dediyini, həmin arpa yerinin təxminən 1 ha olduğunu, Vüsalın onun qohumu olduğu üçün həmin yerə qoyunları yedirzdirməyə görə 20 manat verməyi dediyini, bir neçə gün idi ki, qoyunları həmin yerdə otardığını, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində bacısını Ağdaş RMX-na apardığını və həmin gün saat 17:00 radələrində Ağdaş RMX-dan evə qayıtdığını, təxminən 1 saat sonra həmin sahəyə keçəndə Tağının qoyunları onun Vüsaldan müvəqqəti aldığı sahəyə buraxdığını gördüyünü, həmin vaxt Tağıya qoyunları niyə sahəyə salmağını dediyini, Tağının da ona yaxşı elədiyini dediyini, ona qoyunları ordan çıxartmasını dediyini, bu vaxt Tağının ona heç bir səbəb olmadan nalayiq söyüşlər söyərək ona tərəf gəlib onunla mübahisə etməyə başladığını, mübahisə vaxtı səs-küyə Tağının ailə üzvlərinin də gəldiklərini, həmin vaxt qonşusu Aqilin də uzaqdan onun görüb onlara tərəf gəldiyini, Aqilin gəlib onlara çatmamış Tağının əlindəki dəyənəklə onun başının sol nahiyəsindən, sol qol nahiyəsindən vurduğunu və bu vaxt onun başından qan gəlməyə başladığını, həmin vaxt yerə yıxıldığını və özünü itirdiyini, bundan sonra Tağının onu yerdə də ağacla və təpiklə vurmağa başladığını, həmin vaxt Aqilin və sonradan gələn qardaşı Elşənin onu Tağının əlindən aldıqlarını, bundan sonra onun da ailə üzvlərindən həyat yoldaşı Şahid1, nənəsi Şahid2, əmisi Sərvərin, atası Qədirin həmin yerə gəldiklərini, lakin Tağının yenə də ondan əl çəkmədiyini və mübahisə vaxtı yenə də dəyənəyi ilə onun başından vurduğunu, bundan sonra Tağını ondan aralaşdırdıqlarını, sonra qohumu Vüsalın həmin yerə gəldiyini və onu Ağdaş RMX-na apardığını, xəstəxanada ona ilk tibbi yardım göstərildiyini və bir gün orada müalicə aldıqdan sonra onu evə buraxdıqlarını, hadisə vaxtı özü Tağının sərxoş olmadığını, hadisə vaxtı Tağı adlı şəxsə heç br xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs izahatında və ifadəsində xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində özünə məxsus qoyunları bələdiyyə torpağında otararkən iki baş keçi Vüsal adlı şəxsin torpaq sahəsinə keçməsini, həmin vaxtı keçiləri qaytararkən onun sərxoş vəziyyətdə Tağının ünvanına nalayiq ifadələr işlətməyini bildirməsini, bundan sonra qardaşı Elşən, qohumu Aqilin onun üstünə gələrək mübahisə yaratmağını daha sonra isə atası Qədirin, əmisi Sərvər və qohumu Vüsalla birlikdə onu döyməklərini bildirməsi barədə Tağının yalan dediyini, Tağını vurmadıqlarını, Tağının əlindəki dəyənəklə onu vuraraq ona xəsarət yetirdiyini, həm ailə üzvləri həmdə qohumlarının onu Tağıdan Tağı onu döyməməsi üçün araladıqlarını özü və qohumlarının Tağını döymədiklərini, ola bilsin ki, ailə üzvlərindən hansınınsa birinin Tağını ondan aralaşdıranda xəsarət aldığını, hadisə vaxtı Tağının ona xəsarət yetirdiyi ağacın təxminən 1,5 metr hündürlüyündə olduğunu və həmin ağacı qoyun otarmaq üçün istifadə etdiyini, həmin ağacın Tağının özündə qaldığını, Tağı və onun ailəsi ilə aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Tağı və onun ailəsi ilə heç bir münasibət qurmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsindəZərərçəkmiş şəxs onun əri olduğunu, Kəlbəcər rayonundan məcburi köçkün düşərək yaşadıqları kənddə məskunlaşan Təqsirləndirilən şəxs da tanıdığını, Elnurun xırdabuynuzlu heyvanları olduğunu və heç bir yerdə işləmədiyini, həmin heyvanlara baxaraq ailəni dolandırdığını, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində yaşadıqları evin həyətində iş gördüyünü, həmin vaxt Elnurun səsinin gəlməsini eşitdiyini, bu vaxt həmin yerə gedəndə əri Elnur ilə Tağı adlı şəxsin mübahisə etdiyini gördüyünü, həmin vaxt Tağı adlı şəxsin əlində heyvanları otaran zaman istifadə olunan dəyənək olduğunu, həmçinin həmin vaxt onların yanında Elnurun qardaşı Elşən, Elnurun əmisi Sərvərin, Elnurun nənəsi Sədaqətin, qohumları Vüsal və qonşuları Aqilinolduğunu, bu vaxt Tağının əlindəki həmin dəyənəklə Elnuru iki dəfə vurduğunu, həmin vaxt Elnurun baş nahiyəsindən qan gəldiyini və Elnur yerə yıxıldığını, bu vaxt qohumlarının onları aralaşdırdıqlarını, bundan sonra Elnurun baş nahiyəsindən qan gəldiyi üçün Elnuru qohumuVüsalın götürüb Ağdaş RMX-na apardığını, RMX-da da Elnura ilk tibbi yardım göstərildikdən sonra səhəri gün Elnuru evə gətirdiklərini, həmin hadisə vaxtı Tağının əlində dəyənək olduğu üçün ona yaxınlaşmaq mümkün olmadığını, Elnurun və onlardan heç kimin Tağını vurmadığını, Təqsirləndirilən şəxs izahatında və ifadəsində xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində özünə məxsus qoyunları bələdiyyə torpağında otararkən iki baş keçi Vüsal adlı şəxsin torpaq sahəsinə keçdiyini, həmin vaxtı keçiləri qaytararkən Elnurun sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətməyini bildirməyi, bundan sonra Elnurun qardaşı Elşən, Elnurun qohumu Aqil onun üstünə gələrək mübahisə yaratmaqlarını daha sonra isə Elnurun atası Qədir, qohumu Vüsal və Elnurun əmisi Sərvərin birlikdə onu döyməklərini bildirməsi barədə mübahisə zamanı həmin adları çəkilən şəxslərin Tağı ilə Elnuru araladşırmağa çalışdıqlarını, Tağının yalan dediyini, Elnur və onlardan heç kimin Tağını vurmadığını, hadisə vaxtı Elnur Tağının sərxoş olmadıqlarını, Elnur və onların Tağını vurmadıqlarını, ola bilsin ki, Tağı ilə Elnuru aralaşdıran zaman xəsarət aldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində Zərərçəkmiş şəxs onun qardaşı olduğunu, Kəlbəcər rayonundan məcburi köçkün düşərək yaşadıqları kənddə məskunlaşan Təqsirləndirilən şəxs da tanıdığını, Elnurun xırdabuynuzlu heyvanları olduğunu və Elnur heyvandarlıqla məşğul olduğunu, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində qoyunları otardıqdan sonra yaşadığı evə gəldiyini, həmin vaxt qardaşı Elnurun səsinin gəlməsini eşitdiyini və tez həmin yerə getdiyini, həmin yerə çatanda qardaşı Elnurla Tağının mübahisə etdiyini gördüyünü və onların yanında nənəsi Sədaqətin, Elnurun arvadı Şəhanənin, qohumu Vüsalın, əmisi Sərvər və qonşusu Aqilin də olduğunu, bu vaxt Tağının əlindəki dəyənəklə Elnuru iki dəfə vurduğunu, həmin vat Elnurun baş nahiyəsindən qan gəldiyini və Elnurun yerə yıxıldığını, bu zaman özü və orada olan qohumlarının onları aralaşdırdıqlarını, bundan sonra Elnurun baş nahiyəsindən qan gəldiyi üçün Elnuru Vüsalın götürüb Ağdaş RMX-na apardığını, RMX-da da Elnura ilk tibbi yardım göstərildikdən sonra səhəri gün Elnuru evə gətirdiklərini, hadisə vaxtı Elnurun və Tağının sərxoş omadıqlarını, Elnur ilə Tağı adlı şəxsin mübahisə etdiyi həmin çöl sahəsi onların yaşadıqları evdən təxminən 60-70 metr məsafədə aralıda olduğunu, hadisə vaxtı Elnurun Tağıya ümumiyyətlə yaxınlaşa bilmədiyini, çünki Tağının əlində dəyənək olduğunu və Tağının Elnuru dəyənəklə vurduğunu, Təqsirləndirilən şəxs izahatında və ifadəsində xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində özünə məxsus qoyunları bələdiyyə torpağında otararkən iki baş keçi Vüsal adlı şəxsin torpaq sahəsinə keçməsini, həmin vaxtı keçiləri qaytararkən Elnurun sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətməyini bildirməsi, bundan sonra onun, Elnurun qohumu Aqilin onun üstünə gələrək mübahisə yaratmaqlarını daha sonra isə atası Qədirin, qohumu Vüsalın və əmisi Sərvərin birlikdə onu döyməklərini bildirməsi barədə Tağının yalan dediyini, Tağını vurmadıqlarını, Tağının əlindəki dəyənəklə Elnuru vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt Elnur ilə Tağını aralaşdırdıqlarını, Elnur və onların Tağını vurmadqılarını, Tağı ilə Elnuru aralaşdıran zaman xəsarət aldığını güman etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli 99 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol ənsə təpə nahiyəsinin yarası, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2020-ci il tarixli 100 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sol saidin orta 1/3-nin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın zətər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMXnin xx xxxxx 2020-ci il tarixli 448 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Aralbir kəndində yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və Ağdaş rayonu, Aralbir kənd sakinin, xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş RMX-nı Publik hüquqi şəxsin konsultativ poliklinikasında ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası Cinayət Məcəlləsini 128 və 132-ci maddələri ilə təqsirli bilinib barəsində Ağdaş rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 09 ay isah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon, Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar