Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-66/2024 04.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 09 may 2024-cü il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 41,01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 16:15 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 16:54-dən 17:12-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 2 ədəd polietilen paketdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 4,45 qram və 4,45 qram, ümumi təmiz çəkisi 8,90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2024-cü il tarixdə saat 18:11-dən 18:39-dək onun Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən yaşadığı evin köməkçi otağında asılqandan asılmış qara rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd polietilen paketdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 3,91 qram və 2,91 qram, ümumi təmiz çəkisi 6,82 qram, həmin evin həyətində yerləşən istifadəsiz hamamın içərisində divardan asılmış 1 ədəd sellofan torbada eyni tərkibli, təmiz çəkisi 25,29 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bildiyini, narkotik vasitələrdən istifadə etdiyini, təxminən 20 gün bundan əvvəl yaşadığı Ağdaş rayonu, Qaradağlı kənd ərazisində xırdabuynuzlu heyvanlarını otaran zaman yerdə 1 ədəd sellofan büküm olmasını gördüyünü, həmin bükümü açaraq içərisinə baxdığını, bu zaman bükümün içərisində bitki kütləsi olmasını gördüyünü, narkotik vasitələrdən istifadə etdiyi üçün sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə olan “nəşə” olmasını anladığını və istifadə etməyi üçün üzərində saxladığını, daha sonra həmin bükümü yaşadığı evə aparadığını, yaşadığı evdə bir neçə hissəyə bölərək iki polietilen paketi istifadə etmək üçün üzərində saxladığını, iki polietilen paketi daha sonra istifadə etmək üçün yaşadığı evdə istifadə edilməyən köməkçi otağın küncündə olan asılqandan asılan gödəkçənin cibində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 16:15 radələrində yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirdiklərini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu, seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu, əgər varsa təqdim etməyi söylənildiyini, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Mi” markalı mobil telefonu, əynində olan həmin şalvarın sağ yan cibindən 2 ədəd 100 manat, 1 ədəd 50 manat, 3 ədəd 20 manat, 2 ədəd 10 manat və 2 ədəd 5 manatlıq pul əskinaslarını, əynində olan gödəkçənin sol iç cibindən 2 ədəd polietilen paketi, həmin gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu və əynində olan həmin şalvarın sağ arxa cibindən “1 İnci” marketə aid plastik kartını təqdim edərək masanın üzərinə qoyduğunu, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç bir əşya aşkar olunmadığını, üzərindən aşkar olunan əşyalardan mobil telefon istisna olmaqla digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, ilkin olaraq 2 ədəd polietilen paket açıldığını, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələri aşkar olunduğunu, narkotik vasitəyə oxşar bitki kütlələri ilə birlikdə polietilen paketlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələrinin olduğu polietilen paketlərin təxmini çəkilərinin ikisinində 5,15 qram olması müəyyən edildiyini, 2 ədəd polietilen paket və 1 ədəd mobil telefon 2 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, bundan sonra polis əməkdaşları ilə birgə yaşadığı evədə baxış keçirildiyini, baxış zamanı evə daxil olduqdan sonra mətbəxdən sonra sağ tərəfdə yerləşən istifadə edilməyən köməkçi otağın küncündə olan asılqandan asılan gödəkçənin sağ qabaq cibindən 2 ədəd polietilen paket və narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün kağız parçasının aşkar edildiyini, 2 ədəd polietilen paket açıldığını, içərisində narkotik vasitəyə oxşar qurudulmuş bitki kütləsinin olması müəyyən edildiyini, polietilen paketlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə oxşar kütlələrinin olduğu polietilen paketlərin təxmini çəkilərinin müvafiq olaraq 4,6 qram və 3,5 qram olması müəyyən edildiyini, 2 ədəd polietilen paket və 1 ədəd narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün istifadə edilən kağız parçası 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, o və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalandığını, zərfin ekspertizaya təqdim olunacağı söylənildiyini, bundan sonra evin həyətyanı torpaq sahəsində yerləşən köhnə hamam otağına baxış keçirilən zaman hamam otağında olan divardan asılmış 1 ədəd sellofan torba aşkar olunduğunu, 1 ədəd sellofan torba açıldığını, içərisində narkotik vasitəyə oxşar qurudulmuş bitki kütləsinin olması müəyyən edildiyini, sellofan torbanın təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə oxşar kütlənin olduğu sellofan torbanın təxmini çəkisinin 31 qram olması müəyyən edildiyini, 1 ədəd sellofan torba da, 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf o və digər iştirakçılar tərəfindən imzalandığını və zərfin ekspertizaya təqdim olunacağı söylənildiyini, həmin zaman ağrıları olduğu üçün aşkar olunmuş narkotik vasitələrlə bağlı səhv məlumat verdiyini, həmin bükümlərdə olan narkotik vasitələr ona məxsus olduğunu, ağrıları olduğu üçün bu cür söylədiyini, hallı olduğu üçün bu cür söylədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hər hansı cinayət əməli törətmədiyini, mobil telefon işlətdiyini, üzərində olan mobil nömrə isə ***-***-**-** olduğunu bildirdi. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə ona əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş rayonu, Qaradağlı kəndində Qabili saxladıqlarını, özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu söylədiklərini, bundan sonra Qabili RPŞ-yə dəvət etdiklərini, Qabilin də onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən Qabilə hüquq və vəzifələri izah olunduğunu, belə ki, həmin vaxt Qabil əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Mi” markalı mobil telefonu, əynində olan həmin şalvarın sağ yan cibindən 2 ədəd 100 manat, 1 ədəd 50 manat, 3 ədəd 20 manat, 2 ədəd 10 manat və 2 ədəd 5 manatlıq pul əskinaslarını, əynində olan gödəkçənin sol iç cibindən 2 ədəd polietilen paketi, həmin gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu və əynində olan həmin şalvarın sağ arxa cibindən “1 İnci” marketə aid plastik kartını təqdim edərək masanın üzərinə qoyduğunu, bundan sonra Qabilin üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç bir əşya aşkar olunmadığını, Qabilin üzərindən aşkar olunan əşyalardan mobil telefon istisna olmaqla digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, ilkin olaraq 2 ədəd polietilen paketlər açıldığını, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələri aşkar olunduğunu, narkotik vasitəyə oxşar bitki kütlələri ilə birlikdə polietilen paketlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələrinin olduğu polietilen paketlərin təxmini çəkilərinin ikisinində 5,15 qram olması müəyyən edildiyini, 2 ədəd polietilen paketlər və 1 ədəd mobil telefon 2 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürləndiyini, zərf iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, bundan sonra polis əməkdaşları ilə birgə onun yaşadığı evədə baxış keçirildiyini, baxış zamanı evə daxil olduqdan sonra mətbəxdən sonra sağ tərəfdə yerləşən istifadə edilməyən yataq otağının küncündə olan asılqandan asılan gödəkçənin sağ qabaq cibindən 2 ədəd polietilen paketlər və narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün kağız parçası aşkar edildiyini, 2 ədəd sellofan büküm açıldığını, içərisində narkotik vasitəyə oxşar qurudulmuş bitki kütləsinin olması müəyyən edildiyini, polietilen paketlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə oxşar kütlələrinin olduğu polietilen paketlərin təxmini çəkilərinin müvafiq olaraq 4,6 qram və 3,5 qram olması müəyyən edildiyini, 2 ədəd polietilen paket və 1 ədəd narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün istifadə edilən kağız parçası 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf tərəfimizdən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, bundan sonra evin həyətyanı torpaq sahəsində yerləşən köhnə hamam otağına baxış keçirilən zaman hamam otağında olan divardan asılmış 1 ədəd sellofan torba aşkar olundu. 1 ədəd sellofan torba açıldığını, içərisində narkotik vasitəyə oxşar qurudulmuş bitki kütləsinin olması müəyyən edildiyini, sellofan torbanın təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə oxşar kütlənin olduğu sellofan torbanın təxmini çəkisinin 31 qram olması müəyyən edildiyini, 1 ədəd sellofan torba da, 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf tərəfimizdən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyini, ilkin sorğu zamanı Qabil həmin narkotik vasitəni tapdığını, istifadə etmək üçün üzərində saxladığını və Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin inzibati binasında videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Qabil üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Mi” markalı mobil telefonu, əynində olan həmin şalvarın sağ yan cibindən 2 ədəd 100 manat, 1 ədəd 50 manat, 3 ədəd 20 manat, 2 ədəd 10 manat və 2 ədəd 5 manatlıq pul əskinaslarını, əynində olan həmin gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret qutusunu və əynində olan həmin şalvarın sağ arxa cibindən “1 İnci” marketə aid plastik kartı təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərində axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamış, polietilen paketlərin təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlələrinin olduğu polietilen paketlərin təxmini çəkilərinin ikisinində 5,15 qram olması müəyyən edilmiş, 2 ədəd polietilen paket 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmiş, sonra aşkar olunmuş mobil telefonda 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18 yanvar 2024-cü il tarixli 17/63 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümlər.” Yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 2 (iki) ədəd polietilen paketlərdə, ayrıayrılıqda təmiz çəkiləri- 445 qr və 4,45, ümumi çəkiləri - 8,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoyik vasit qurudulmuş marixauanadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18 yanvar 2024-cü il tarixli 17/63 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “ vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 2 ədəd sellofan büküm”. Yazısı, adlar və imzalar olan 1 (bir) ədəd zərfin içərisindəki 2 (iki) ədəd polietilen paketlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 3,91 qr və 2,91 qr ümumi çəkiləri - 6,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18 yanvar 2024-cü il tarixli 17/63 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan köhnə hamamdan aşkar olunmuş sellofan torbada bitki kütləsi” yazısı, adlar və imzalar olan 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 25,29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr ola çətənə (kannabis) bitksindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 04 mart 2024-cü il tarixli, 361 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X10 31 yanvar 2024-cü il tarixli 18-1-22/2-149/2024 nömrəli məktubdan görünür ki, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Ağdaş RMX X10in poliklinika şöbəsində “Kannabionidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2024-cü il tarixli, 5-32-12/2-77/2024 saylı xasiyyətnamədən görünür ki, xx.xx.1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs Ağdaş rayonunun Qaradağlı kəndində yaşayır. O, kənddə baş verən bütün mərasimlərdə etmiş, nümayəndəlik tərəfindən heç bir töhmət və tapşırıq almamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2024-cü il tarixli, 5-32-12/2-76/2023 saylı arayışdan görünür ki, xx.xx.1992-ci ildə Qaradağlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs Ağdaş rayon Qaradağlı kəndində yaşayır və ailə tərkibi – X3, X2, X4, X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 16:40da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-nə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin Müvəqqəti Saxlama yerindən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qərarla Təqsirləndirilən şəxs saat 09:10-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən, istintaq və məhkəmə baxışı zamanı barəsində axtarış elan olunmasını isə onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 03 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixdək saxlanıldığı 2 (iki) gün və 09 may 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün olmaqla, ümumulikdə 1 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 (iki) ay müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 40,76 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün, 03 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixdək saxlanıldığı 2 (iki) gün və 09 may 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün olmaqla, ümumilikdə 1 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 (iki) ay müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 40,76 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-66/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-66/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver