Məhkəmə qərarları › İş №1(014)-66/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-66/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-66/2025 02.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş rayonu, Sadavat kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Ağdaş rayonu, Sadavat kəndində yerləşən yaşadığı fərdi yaşayış evində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə könüllü olaraq xx.xx.2025-ci il tarixdə ümumilikdə 3 dəfə olmaqla gecə saat 04 radələrində və səhər saat 08-09 radələri arasında təkrarən təbii yolla, saat 11-12 radələri arasında təkrarən təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək, göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2024cü ilin dekabr ayında “tik-tok” sosial şəbəkəsində tanış olmuş, sonradan “whatsapp” mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar, 2025-ci il ilin təxminən fevral ayında o, Albina ilə Bakı şəhəri, Suraxanı rayonun, Yeni Ramanı qəsəbəsində yerləşən parkda görüşmüş, həmin vaxt aralarında heç bir cinsi əlaqə olmamış, Albinaya onunla evlənmək məsədi olduğunu demiş, 2025-ci ilin mart ayının 13-də bu məqsədlə Bakı şəhərinə getmiş, orada Albina ilə görüşərək birlikdə həmin gün Ağdaş rayonu Sadavat kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə gəlmişlər, evdə onun atası və qardaşı olmuş, onlar Albinanın yaşını soruşduqda, Albinanın 16 yaşının tamam olmadığını bildiyi halda, yalan danışaraq Albinanın 17 yaşı olduğunu bildirmişlər, xx.xx.2025-ci il tarixdə saat təxminən 04 radələrində o, Albina ilə birlikdə yaşadığı evdə yerləşən yataq otağında yatmış, sonuncunun razılığı ilə ilk dəfə onunla təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra səhər saat təxminən 08-09 radələrində yenidən Albinanın razılığı ilə cinsi əlaqədə olmuş, daha sonra onlar həmin gün saat təxminən 11-12 radələrində təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində Albina və o, Albinanın valideyinlərinin onları narahat etməsi səbəbi ilə Ağdaş RPŞ-yə şikayət etmişlər. Zərər çəkmiş şəxs qismində dindirilmiş (müəllim-psixoloqun iştirakı ilə) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin dekabr ayında “tik-tok” sosial şəbəkəsində tanış olmuş, sonradan “whatsapp” vasitəsi ilə əlaqə saxlamışlar, sevgi münasibətləri yarandığından həmçinin Oruc ona fikri ciddi olmaqla evlənmək istədiyini dediyindən 2025-ci il ilin təxminən fevral ayında Bakı şəhərində Yeni Ramanı qəsəbəsində yerləşən parkda görüşmüşlər, Oruc onun 14 yaşı olduğunu bilmiş, özünün də 31 yaşı olduğunu demişdir, 2025-ci ilin mart ayının 13-də Oruc ona evlənmək üçün birlikdə Ağdaşa gəlməyi təklif etmiş, o da könüllü olaraq razılaşmış, bu barədə kağıza sevdiyi adamla getməsi barədə qeyd yazaraq evdə qoymuş, həmin gün Orucla birlikdə onun Ağdaş rayonu Sadavat kəndində yerləşən yaşadığı evə gəlmişlər, Orucla ilk dəfə həmin evdə cinsi əlaqəda olmaqla, xx.xx.2025-ci il tarixdə bir neçə dəfə könüllü olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra Ağdaş RPŞ-yə getdikdə polis onun valideynlərinə məlumat vermiş, o da geri valideynlərinin yanına qayıtmışdır, lakin yaş həddinə çatdıqda Orucla evlənəcəkdir, hələ də telefonla əlaqə saxlayır, Orucdan heç bir şikayəti yoxdur, belə ki, onunla evlənmək yaşını gözləyir ki, birlikdə yaşasınlar. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşadığı evdə qızı Albinanın sevdiyi oğlanla könüllü getdiyinə dair yazdığı qeydə əri əsəbləşərək 31 saylı polis bölməsinə şikayət etmiş, sonradan öyrənmişlər ki, qızı evlənmək məqsədilə Oruc adlı şəxslə Ağdaşa gedib, polis qızını tapıb onlara təhvil vermişdir, hazırda Orucdan heç bir şikayətləri yoxdur, sadəcə qızının yaş həddinin çatmasını gözləyirlər ki, Orucla qızı evlənsin, əri də onların evlənməyinə razılıq vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu evlənmək məqsədilə xx.xx.2025-ci il tarixdə axşam saatlarında Ağdaş rayonunda birlikdə yaşadıqları evə bir nəfər xanımı gətirmişdir. Sonradan adının Albina olduğunu öyrəndiyi xanımın yaşı barədə ona heçnə deməmişlər. Lakin o, öyrənmişdir ki, qız azyaşlıdır, buna görə də Oruca demişdir ki, səhər gedib polisə məlumat versin. Albina onların evində 1 gecə qalmış və səhərə yaxın Orucla eyni otaqda qalmışdır. Mart ayının 14-də birlikdə Ağdaş RPŞ-yə getmişlər, polis qızı valideylərinə qaytarmışdır. Şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 152.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli hadisə yerinə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Sadavat kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs məhz həmin evdə yataq otağında yerləşən çarpayıda Təqsirləndirilən şəxs ilə xx.xx.2025-ci il tarixdə müxtəlif vaxtlarda 3 dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 105 nömrəli məhkəmə tibbi ekspertinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin girəcəyində olan qançır və hamarlaşma erreksiyya olunmuş (gərginləşmiş) kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə uyğun gələn əlamətlərdir. Qeyd olunan qançırın törənmə müddəti 1-3 gündür. Zərərçəkmiş şəxs bədənində qeyd olunan qançırdan başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. - xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, həmin gün saat 13:00-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, o, MSYdən azad olunmuşdur. - 31 mart 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, “Texno” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqində Zərərçəkmiş şəxs istifadəsində olan +**********51 nömrə ilə olan mesajlara baxış zamanı, Təqsirləndirilən şəxs ilə aralarında sevgi mesajları olması, Zərərçəkmiş şəxs 15 yaşı olduğunu Təqsirləndirilən şəxs bildirməsi müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri “polisin nəzarəti altına vermə “ qətimkan tədbirinə dəyişdirilmişdir. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək göstərmişdir ki, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığı ona aşkar surətdə məlum olan Zərərçəkmiş şəxs ilə təkrarən cinsi əlaqədə olmuş və seksual xarkterli digər hərəkətlər etmişdir. - “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloi xəstəliklər üzrə qeydiyyatda deyil. - Ağdaş RİHB-nin Xosrov kənd İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibində 2 azyaşlı uşağı-xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 olmaqla, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs bakirəliyinin pozulması faktı üzrə, eləcə də Vüsal adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və əməlinə qiymət verilməsi məqsədilə cinayət işindən material ayrılaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Suraxanı rayon prokurorluğuna göndərilmişdir. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi təqsirləndirilən şəxslə barışmaqla, ondan heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 152.1ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası daxilində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-dan xx.xx.2025-ci il tarixdə saat 13:00-dək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməklə onun haqqında “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbsə alınaraq həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Cinayət Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən cəmi 15 (on beş) saat hüquqi yardıma görə 165 manat (yüz altmış beş) miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən cəmi 15 (on beş) saat hüquqi yardıma görə 165 manat (yüz altmış beş) miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar