Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-67/2021 28.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X9 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 12.02.2021-ci il tarixdən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin 26.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 12.02.2021-ci il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən ərazidə küçədə Ağdaş rayonu Orta Ləki kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun bacısı ilə münasibət qurmasını bəhanə edərək küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan qəsdən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşu kənddə yaşadığı üçün tanıdığını, Allahverdi ilə oturub bir yerdə çörək də yediyklərini, yeznəsi Seymur Həsənovun xəstə olduğunu, yeznəsinin özünü idarə edə bilmədiyini, iflic olduğunu, 12 fevral 2021-ci il tarixdə səhər saat 08 radələrində yeznəsinin istifadəsində hazırda xatırlamadığı mobil nömrə ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vurduğunu və ona Allahverdinin onun həyat yoldaşı Ülviyyəyə, yəni bacısına zəng vurduğunu dediyini, axşam saat 17 radələrində bacısı Ülviyyənin evinə getdiyini, yeznəsinin ona “sağlam vəziyyətdə olsaydım özüm söhbətimi edərdim” dediyini, maraqlananada yeznəsinin onların danışdığını qardaşı Mübarizin tutduğunu dediyini, Mübarizin isə ona “bacı sənindir, get namusunu özün təmizlə, mənlik deyil” dediyini, Mübarizi götürüb Yuxarı Ləki kəndində yerləşən dördyol deyilən əraziyə gəldiyini, Allahverdinin orada işlədiyini, Allahverdinin işlədiyi obyektə daxil olduğunu, Allahverdinin olmadığını gördüyünü, küçəyə çıxan zaman Allahverdinin VAZ-2107 markalı nömrəsini bilmədiyi avtomobildən düşdüyünü gördüyünü, həmin vaxt Mübarizin ondan qabaq Allahverdiyə yaxınlaşdığını və ona nəsə dediyini, həmin vaxt onlardan aralıda olduğunu, daha sonra Mübarizin Allahverdidən aralandığını, bundan sonra özünün Allahverdiyə yaxınlaşdığını, üzərində olan bıçaqla bir neçə dəfə vurduğunu, Allahverdinin yerə yıxıldığını və ona “Şahmar məni qan aparır” dediyini, həmin anda Allahverdinin üzərində olan özünə məxsus bıçağı da yerə düşdüyünü, onun bıçağını götürdüyünü və sonuncunun bıçağı ilə namus məsləsi ilə bağlı olduğundan onun qasıq nahiyyəsindən bir neçə dəfə vurduğunu, bundan sonra orada olan şəxslərin onları aralaşdırdıqlarını, özünün çıxıb getdiyini, daha sonra oradan sahə rəisi Elnur müəllimə zəng etdiyini və onu polislərin gəlib RPŞ-nə gətirdiklərini, Zərərçəkmiş şəxs və bacısı Şahid1 onların aralarında heç bir münasibət və əlaqə olmadığını bildirmələri barədə, Allahverdini vuran zaman orada Mübariz və başqa adamlar olduğunu, lakin həyacanlı olduğu üçün həmin şəxslərin onun yadında olmadığını, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, səs-küyə kənardan xeyli adam gəldiyini, lakin kimlərin gəlməsinə fikir vermədiyini, Allahverdinin onun namusuna sataşdığı üçün ondan intiqam almaq istədiyini bildirmişdir. Sonuncunu öldürmək fikri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, əvvəllər Şahmarla aralarında heç bir vaxt sözsöhbət və narazılıq olmadığını, Şahmarın bacısı Ülviyyənin onun həmkəndlisi Seymur adlı şəxslə ailə qurduğunu, Seymurun yaşadıqları kənddə çayxanası olduğunu, Seymurun xəstələndikdən sonra çayxananı işlədə bilmədiyini, buna görə də çayxananı icarəyə götürdüyünü, lakin çayxananı oğlunun işlətdiyini, özü isə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qapı-pəncərə sexi işlətdiyini, təxminən 1 ay bundan əvvəl Şahmarın bacısı Ülviyyə istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə “Whatsapp” proqramında ona dərman adı yazdığını, bundan sonra aralarında münasibət yarandığını, telefonda “Whatsapp” proqramı vasitəsilə əlaqə saxladıqlarını, daha sonra 12.02.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində işlədiyi Ağdaş rayonu Yuxarı Ləki kəndində dördyol deyilən yerdə sexin yanında olduğunu, sexin qarşısında Ağahüseyn oğlu Şirvanın avtomobilində əyləşib Şirvanla söhbət etdiyini, həmin vaxt Şahmar və Ülviyyənin qaynı Mübarizin sexə daxil olduqlarını gördüyünü, özünün də avtomobildən yerə düşdüyünü, həmin vaxt Mübarizin birinci onun yanına gəldiyini, həmin vaxt ona utanırsanmı dediyini, özünün də başını aşağı salıb dinmədiyini, sonra Mübarizin aralanıb getdiyini, Şahmarın gəlməsini görmədiyini, lakin onun üzərinə hücum edib onu bıçaqla sol ayaq nahiyəsindən vurduğunu gördüyünü, Şahmardan aralanamaq məqsədilə yolun orta hissəsinə tərəf qaçdığını, Şahmarın onu yenə yolun orta hissəsində bıçaqla vurduğunu, özünün yerə yıxıldığını, onun cibindən bıçağı düşdüyünü, bu zaman Şahmarın həmin bıçağı götürüb yenə onu vurmağa başladığını, onu vurmaması üçün ayaqlarını irəli verdiyini, bıçağın da onun ayağına batdığını, Şahmarın onu vuran zaman ona heç nə demədiyini, bundan sonra yolun qarşı tərəfinə keçdiyini, orada da Şahmarın onu bıçaqla vurduğunu, sonra orada olan şəxslərin onları araladıqlarını, özünün çoxlu qan itirdiyini, daha sonra isə orada Rizvan adlı şəxsin onu Murad adlı taksi sürücüsünün avtomobilinə əyləşdirərək Ağdaş rayon mərkəzi xəstəxanasına apardıqlarını, həmin xəstəxanadan isə onu təcili olaraq Göyçay rayon mərkəzi xəstəxanasına apardıqlarını, Şahmarın onun bacısı ilə olan münasibətinə görə onu bıçaqla vurduğunu, Şahid2 ifadəsində 11.02.2021-ci il tarixdə qardaşının yaşadığı evə gəldiyini və onu Ülviyyə ilə bir otaqda gördüyünü, Mübarizin gəldiyi görüb pəncərədən düşüb qaçdığını bildirməsi barədə Mübarizin yalan danışdığını, ümumiyyətlə Ülviyyə ilə görüşmədiyini, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, səs-küyə kənardan çox adam gəldiyini, lakin kimlərin gəlməsini bilmədiyini, hadisə zamanı orada Şirvan, Yasin, Sənan olduğunu, başqa kimlərin olması yadında qalmadığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, 2004-cü il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan X10 ilə ailə qurduğunu, birgə nikahdan 2 övladlarının olduğunu, Seymurun Ağdaş rayonu Orta Ləki kəndində çayxanası olduğunu, Seymurun işemik-insult xəstəliyi olduğunu, Seymurun xəstələndikdən sonra çayxananı həməkndliləri Zərərçəkmiş şəxs icarəyə verdiyini, Allahverdinin özünə başqa iş tapdıqdan sonra çayxananı onun oğlu Cavidin işlətməyə başladığını, Allahverdi bir neçə dəfə onların evinə Seymurun yanına gəldiyini, bir neçə dəfə Seymurun avtomobilini Allahverdinin idarə etdiyini və üçü birlikdə Ağdaş şəhərinə bazara gəlib getdiklərini, daha sonra isə Seymurun onun istifadəsində olan ***- ***-**-** nömrəsindən Allahverdinin istifadəsində olan ***-***-**-** nömrəsinə zənglər etdiyini, həmçinin özü də Allahverdiyə zəng edərək Seymuru evə gətirməsini dediyini, ancaq onun Allahverdi ilə heç bir başqa əlaqəsi olmadığını, 12.02.2021-ci il tarixdə gecə saatlarında qaynı Mübarizin onların evinə gəldiyini, Mübarizin onlara məhlədə adam olduğunu dediyini, sonra isə ondan Allahverdi ilə görüşüb-görüşməməyini soruşduğunu, “Allahverdini tutmusan?” dediyini, Mübarizin də “yox tutmamışam” dediyini, “bəs onda niyə mənə şər atırsan” dediyini, Mübarizin də Allahverdini gözü ilə məhləyə girməsini gördüyünü dediyini, bundan sonra 12.02.2021-ci il tarixdə saat təxminən 17 radələrində qardaşı Şahmarın onlara gəldiyini, Mübarizin onu Allahverdi ilə görüşməyini bildirdiyini, Şahmarın da Mübarizdən nə üçün Allahverdini tutduğu zaman ona məlumat vermədiyini bildirdiyini, Mübarizin də “mən gözümlə görmüşəm” dediyini, Şahmara “mən Allahverdi ilə görüşməmişəm, onunla da heç bir əlaqəm yoxdur” dediyini, Şahmarın ona inanamadığını, özünün də qaçıb evin içərisində gizləndiyini, Şahmarın da çıxıb getdiyini, təxminən 2 saat sonra qardaşı Şahmarın Allahverdini bıçaqladığını eşitdiyini, Şahmarın sadəcə bıçaqla Allahverdini vurmasını bildiyini, ancaq hansı nahiyəsindən vurmasını bilmədiyini, həmçinin Şahmarın səbəbsiz olaraq Allahverdini bıçaqladığını, sonuncu ilə heç bir münasibəti olmadığını, nə üçün Mübarizin onun Allahverdi ilə əlaqəsinin olmasını iddia etməsinin səbəbini bilmədiyini, əvvəllər Mübarizlə aralarında bir neçə dəfə sözsöhbətlərinin olduğunu, Mübarizin dəfələrlə onun ailə işlərinə müdaxilə etdiyi üçün aralarında dəfələrlə söz-söhbət və narazılıq olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun qardaşı Seymurun qaynı olduğunu, Zərərçəkmiş şəxs isə onun həmkəndlisi olduğunu, əvvəllər onların heç biri ilə aralarında narazılıq və söz-söhbət olmadığını, qardaşı Seymurun iflic xəstəsi olduğunu, hərəkət edə bilmədiyini, buna görə də Seymurun ondan onun həyətinə baxmasını xahiş etdiyini, 12.02.2021-ci il tarixdə saat təxminən 03 radələrində qardaşı Seymurun evinə getdiyini, anasının yerdə uzanıqlı olduğunu gördüyünü, anasının xəstə olduğu üçün hərəkət edə bilmədiyini, anasını yerdən ayağa qaldırdığını, sonra qardaşının otağına tərəf keçdiyini, Seymurun arvadı Ülviyyənin otaqda olmadığını gördüyünü, digər otağa keçən zaman Ülviyyənin orada Allahverdi ilə bir yerdə olduğunu gördüyünü, Allahverdinin onu görən zaman pəncərədən düşüb qaçdığını, ayaqqabısını geyinib onun arxası ilə getmək istədiyini, lakin gec olduğunu, qardaşı Seymuru yuxudan oyadıb bu barədə ona dediyini, Ülviyyənin isə heç nəyi etiraf etmədiyini, səhər açılan zaman Ülviyyənin ailəsinə bu barədə məlumat verdiklərini, Ülviyyənin qardaşı Şahmar və anasının gəldiyini, bu barədə onlara məlumat verdiklərini, onların inanamadıqlarını, daha sonra isə Seymurun qızı Samirənin ona anasının Allahverdi ilə danışmasına dair səs yazılarını onun telefonundan onun həyat yoldaşının telefonuna göndərdiyini, bundan sonra həmin səsləri dinlədiklərini, Ülviyyənin yenə də səsin ona məxsus olmadığını dediyini, lakin Şahmarın və Seymurun səsin Ülviyyənin olduğunu bildirdiklərini, Şahmarın da Ülviyyənin telefonunu yerə vurub sındırdığını, daha sonra Şahmar, anası və özünün Şahmarın evinə getdiklərini, məqsədlərinin Şahmarın anasını evlərinə aparmaq olduğunu, Şahmarın anasının Şahmarın Allahverdinin üzərinə getməməsi üçün saxlaması səbəbi ilə öz ərini çağırırdığını, bu zaman Şahmarın avtomobildən düşüb qaçmağa başladığını, onun arxası ilə getdiyini, bundan sonra Şahmarın və özünün Allahverdinin işlədiyi yerə getdiklərini, Allahverdinin Ağdaş rayonu Yuxarı Ləki kəndində dördyol yerdə qapı-pəncərə sexi işlətdiyini, Şahmarın qabaqda getdiyini, Şahmarın birinci sexə daxil olduğunu, Allahverdinin sexdə olmadığını gördüyünü, orada Ağahüseynin oğlu Şirvanın VAZ-2107 markalı nömrəsini bilmədiyi avtomobili olduğunu, oraya gəldiyini, Allahverdinin Şirvanın avtomobilində olduğunu gördüyünü, ona “qapını mən açım yoxsa özün düşürsən” dediyini, Allahverdinin avtomobildən düşdüyünü, Şirvanın isə orada avtomobilin içərisində əyləşdiyini, küçəyə çıxan zaman Allahverdinin orada Ağahüseynin oğlu Şirvanın avtomobildən düşdüyünü, başını aşağı dikib onun yanında dayandığını, Şirvanın isə avtomobilində əyləşdiyini, Allahverdinin utanıb-utanmadığını soruşduğunu, onun da başını aşağı saldığını, bu zaman 1 dəfə sonuncunu sillə ilə vurduğunu, daha sonra özünün aralanıb getdiyini, daha sonra Şahmarın gəldiyini, Şahmarın bıçaqla Allahverdini vurduğunu, Allahverdinin yolun qarşı tərəfinə qaçdığını, Allahverdini Şahmarın orada bir neçə dəfə bıçaqla vurduğunu, sonra isə özü aralandığını, hadisə zamanı Allahverdinin üzərindən bıçağın yerə düşdüyünü, həmin bıçaqla da Allahverdini vurduğunu sonradan bildiyini, Şahmarın ifadəsində Seymurun evində ona “bacın sənindir, get namusunu özün təmizlə” dediyini, Şahmarın da gedib Allahverdiyə xəsarət yetirdiyini bildirməsi barədə Şahmarın ona “get Ülviyyənin başını kəs” dediyini, özünün isə ona “bacı sənindir, mənə yer edən Allahverdinin qardaşımın evinə girməsidir, mən sənə namus təmizləyən deyiləm” dediyini, ona gedib Allahverdini bıçaqla vurmasını demədiyini, Ülviyyənin Allahverdi ilə münasibətdə olması barədə özündən səs yazıları və şəkillər olduğunu, onları təqdim edə biləcəyini, hadisənin nə qədər davam etməsini bilmədiyini, lakin kənardan çox adam gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs, onun yeznəsi Seymuru və Zərərçəkmiş şəxs Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onların heç biri ilə aralarında narazılıq və söz-söhbət olmadığını, 12.02.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisində yerləşən çay evində həmkəndlisi Murad adlı şəxslə çay içdiklərini, bu zaman Allahverdi ilə Şahmar arasında mübahisə olduğunu və Şahmarın əlində olan bıçaqla Allahverdiyə xəsarət yetirdiyini gördüklərini, Şahmar əlindəki bıçaqla Allahverdinin bir neçə dəfə vuraraq xəsarət yetirdiyini, həmin yerə tanımadığı kənar şəxslərin də topalaşdıqlarını, daha sonra Şahmarın həmin yerdən uzaqlaşaraq çıxıb getdiyini, bu zaman özünün və X1 idarə etdiyi avtomobilə əyləşdirib onu Ağdaş RMX-na apardıqlarını, Ağdaş RMX-da ona ilkin tibbi yardım göstərildikdən sonra onu Göyçay RMX-na göndərdiklərini, hadisə zamanı orada tanımadığı şəxslərin olduğunu, həmçinin də yaranmış səs küyə də tanımadığı şəxslərin topalaşdıqlarını, Şahmarı görən zaman əlində 02 ədəd bıçaq olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X7 göstərmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddətləri 12.02.2021-ci il tarixə uyğun gəlir. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqlarla yetirilə bilərlər. Bədənində ağır zərər vurmaya aid xəsarətlər olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibbi ekspertizasının 27.02.2021-ci il tarixli 122 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol budun yuxarı 1/3-nin qasıq büküşündən başlayan yarası, sol budun aşağı 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa bayır səthinin yaraları, böyük dərialtı venanın zədələnməsi deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddətləri 12.02.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqlarla yetirilə bilərlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 alınmış 17.03.2021-ci il tarixli 9/205 saylı rəyində göstərilmişdir ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /H//İİ/ 2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus jilet, şalvar, köynək, mayka və qısa tiyəli bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antingenləri, həmçinin əksər ləkələrdə beta aqqlyutini də alındı. Beləliklə bu qan ləkələri A-beta / H/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Təqdim edilən uzun dəstəkli bıçaq üzərindəki ləkədə insan qanı aşkar olundu. Ləkə də qanın qrup göstəriciləri tədqiq edildikdə antigen və aqqulyutininlər alınmadığı üçün bu qan ləkəsinin qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 alınmış 05.04.2021-ci il tarixli 7/116 saylı rəyində göstərilmişdir ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa sol nahiyəsində üç ədəd və maykanın arxa sol nahiyəsində bir ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş kəsilmiş zədələrdir, ülgüclü və küpü olan yastı tiyə tiplu deşici kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın (1 saylı) tiyəsini təsirindən və ya ona oxşar konstruktin xüsusiyyətə məlik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənmişlər. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yaxalığında bir ədəd, gödəkçənin arxa sol nahiyəsində bir ədəd və köynəyin ön sol nahiyəsində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar köynəyin müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar fraqmenti üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 4. Ekspertizaya təqdim edilmiş 1№-li bükümdə olan bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim edilmiş 2№-li bükümdə olan bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 alınmış 09.08.2021-ci il tarixli T164/2021 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol qasıqaltı nahiyədə budun böyük dərialtı venasının zədələnməsi, sol budun orta və aşağı 1/3–nin, sol dirsək oynağının arxa səthinin deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 12.02.2021-ci ilə uyğun gəlir, dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşamaqla aşağıdakı ailə üzvlərindən ibarətdir: atası- X11, anası- X4, yoldaşı – X12, övladları – X13 (01.02.2010); X8-(10.06.2011): X2 30.06.2013-ci il təvəllüdlü. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın 05 mart 2021-cu il tarixli 320 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX-nı PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın nəticəvi hissəsinin 1-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin «tətbiq etməklə» müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini,məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, əməlindən səmimi peşmançılıq çəkməsini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 12.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 köynək, 01 ədəd mayka, 01 ədəd gödəkçə, 01 ədəd flakonda olan qan nümunələri, 02 ədəd bıçaqlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilmılidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 50 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 köynək, 01 ədəd mayka, 01 ədəd gödəkçə, 01 ədəd flakonda olan qan nümunələri, 02 ədəd bıçaqlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-67/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-67/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver