Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-67/2023 14.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdaş şəhəri, S.Vurğun küçəsi 52 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, o, tamah məqsədi və talama niyyəti ilə 2022-ci ilin oktyabr ayının ortalarında təxminən saat 14 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus həmin ünvanda yerləşən evinin həyətinə açıq vəziyyətdə olan dəmir qapıdan (darvazadan) qanunsuz daxil olaraq həyətdə evin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə olunan pilləkənin altından Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd təxminən 5 litr su tutumlu 130 (yüz otuz) manat dəyərində odun samovarını gizli yolla talayaraq oğurlamaqla sonuncuya 130 (yüz otuz) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tamah məqsədi və talama niyyəti ilə 2022-ci ilin noyabr ayının əvvələrində təxminən saat 15 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus həmin ünvanda yerləşən evinin həyətinə açıq vəziyyətdə olan dəmir qapıdan (darvazadan) qanunsuz daxil olaraq həyətdə evin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə olunan pilləkənin altından Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd təxminən 7 litr su tutumlu, üzərində dalğavari naxışlar olan 200 (iki yüz) manat dəyərində odun samovarını gizli yolla talayaraq oğurlamaqla sonuncuya 200 (iki yüz) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq oradan həyətdə yerləşən evin taxta qapısının cəftəsini əlində olan bir ədəd təkər açarı ilə çıxardıb evin giriş qapısından evə daxil olaraq həmin evin qonaq otağında olan masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd Çin istehsalı olan 20 (iyirmi) manat dəyərində “Nokia 100” markalı sadə mobil telefonu, həmçinin həmin evin yataq otağında olan dolabın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd SSRİ dövrünə aid olan 3 litr su tutumu olan 50 (əlli) manat dəyərində elektrik samovarı və həmin dolabın üzərinə qoyulmuş meyvə qabının (vazın) içərisində olan 1 ədəd 8 qram 583 əyarlıq 640 (altı yüz qırx) manat dəyərində Rusiya istehsalı olan qızıl qadın boyunbağısı və 1 ədəd 160 (yüz altmış) manat dəyərində 2 qram 583 əyarlı qızıl klonu gizli yolla talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində uzun müddətdir ki, işsiz olduğuna görə maddi imkanı çox zəif olduğunu, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Zərərçəkmiş şəxs1 avtomobil təmiri ustası olduğunu, 2022-ci ilin oktyabr ayının ortalarında günorta təxminən saat 14 radələrində ona məxsus “Hyundai Exel” markalı avtomobilini təmir etməsi üçün Zərərçəkmiş şəxs1 Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən yaşadığı evə getdiyini, həmin vaxt o, Ceyhunun həmin ünvanda yerləşən yaşadığı evin həyətinin çöl darvazısının açıq olduğunu gördüyünü və həmin vaxt darvazanın qarşısından Ceyhunu çağırdığını, lakin heç kim ona cavab vermədiyini, həmin vaxt Ceyhunun yaşadığı evin həyətinə qanunsuz daxil olaraq oğurluq etmək niyyəti ilə həyətdə gəzişməyə başladığını, həyətdə evin birinci mərtəbəsində olan pilləkənin altında bir ədəd 5 (beş) litrlik od samovarının olmasını gördüyünü, bu zaman o, həmin samovarı oğurlamaq qərarına gəldiyini, oğurluq etməmişdən əvvəl ətrafa baxdığını, heç kimin olmadığını gördüyünü və samovarı oğurladıqdan sonra həyətdən uzaqlaşdığını, 2022-ci ilin noyabr ayının əvvəllərində günorta təxminən saat 15 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 yaşadığı Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi ilə piyada gedərkən Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinin qapısının açıq olmasını gördüyünü, həmin vaxt o, həyətə baxarkən Zərərçəkmiş şəxs3 yaşadığı evdə heç kim olmadığını düşünüb ətrafa baxdığını və ətrafda heç kimin olmadığını gördükdən sonra oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinin qapısından həyətə qanunsuz daxil olaraq həyətdə gəzməyə başladığını, evin birinci mərtəbəsində olan pilləkənin altında bir ədəd 7 litrlik od samovarının olduğunu gördüyümü və həmin samovarı oğurlayıb otaqdan və daha sonra da həyətdən uzaqlaşdığını, oğurluqları təkbaşına etdiyini, daha sonra oğurladığı həmin samovarları həmin gün Ağdaş şəhəri, Məşəd küçəsində Şahid2 1 ədəd 5 litrlik samovarı 30 manata, 1 ədəd 7 litrlik samovarı isə 40 manata satdığını, daha sonra isə həmin pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini, həmin oğurluq hadisələrini tək törətdiyini, Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Zərərçəkmiş şəxs2 evindən heç bir oğurluq etmədiyini, polislər tərəfindən istintaq zamanı ona təzyiq olunduğu üçün həmin oğurluq əməlini törətdiyini bildirdiyini, buna görə də həmin hissədə ona bəraət verilməsini, digər zərərçəkmiş şəxslərə münasibətdə isə ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanə verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir işsiz olduğuna görə maddi imkanı çox zəif olmuşdur. Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 avtomobil təmiri ustasıdır. 2022-ci ilin oktyabr ayının ortalarında günorta təxminən saat 14 radələrində ona məxsus “Hyundai Exel” markalı avtomobilini təmir etməsi üçün Zərərçəkmiş şəxs1 Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən yaşadığı evə getmişdir. Həmin vaxt o, Ceyhunun həmin ünvanda yerləşən yaşadığı evin həyətinin çöl darvazısının açıq olduğunu görmüş və həmin vaxt darvazanın qarşısından Ceyhunu çağırmış, lakin heç kim ona cavab verməmişdir. Həmin vaxt Ceyhunun yaşadığı evin həyətinə qanunsuz daxil olaraq oğurluq etmək niyyəti ilə həyətdə gəzişməyə başlamış və həyətdə evin birinci mərtəbəsində olan pilləkənin altında bir ədəd 5 (beş) litrlik od samovarının olmasını görmüşdür. Bu zaman o, həmin samovarı oğurlamaq qərarına gəlmişdir. Oğurluq etməmişdən əvvəl ətrafa baxmış, heç kimin olmadığını görmüş və samovarı oğurladıqdan sonra həyətdən uzaqlaşmışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində günorta təxminən saat 15 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 yaşadığı Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi ilə piyada gedərkən Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinin qapısının açıq olmasını görmüş, həmin vaxt o, həyətə baxarkən Zərərçəkmiş şəxs3 yaşadığı evdə heç kim olmadığını düşünüb ətrafa baxmış və ətrafda heç kimin olmadığını gördükdən sonra oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinin qapısından həyətə qanunsuz daxil olaraq həyətdə gəzməyə başlamışdır. Evin birinci mərtəbəsində olan pilləkənin altında bir ədəd 7 litrlik od samovarının olduğunu görmüş və həmin samovarı oğurlayıb otaqdan və daha sonra da həyətdən uzaqlaşmışdır. Oğurluqları təkbaşına etmişdir. Daha sonra oğurladığı həmin samovarları həmin gün Ağdaş şəhəri, Məşəd küçəsində Şahid2 1 ədəd 5 litrlik samovarı 30 manata, 1 ədəd 7 litrlik samovarı isə 40 manata satmışdır. Daha sonra isə həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində idarə etdiyi Rentcar-a məxsus “KİA” markalı avtomobil ilə Zərdab rayonuna gedərkən Ağdaş rayonu, Ağzıbir kəndindən keçən zaman siqaret almaq üçün kəndin içərisində xatırlamadığı dükana getmişdir. Həmin vaxt yolu səhv getmiş və geri qayıdarkən küçədəki evlərinin birinin qapısında qıfıl olmasını görmüşdür. Həmin vaxt evdə heç kimin olmadığını düşünərək maddi ehtiyacı olduğu üçün həmin tanımadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Evin həyətinə hasardan qanunsuz keçib həyətə daxil olmuşdur. Həyətdə bir qədər gəzişdikdən sonra həyətdə olan evin giriş qapısının qarşısına gəlmiş və götürdüyü bir ədəd təkər açarı ilə qapının qıfılının cəftəsini yerindən çıxarmış və evə daxil olmuşdur. Evə daxil olan zaman birinci sağ tərəfdəki otaqa daxil olmuşdur. Həmin otaqın içərisindən digər otağa keçmiş və həmin yataq otağında olan şkafın gözündən (vazın içərisində olan) 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl klonu oğurlamışdır. Bundan başqa şkafın üzərindəki 1 ədəd elektrik samovarını da oğurlamışdır. Daha sonra həmin otaqdan çıxıb evin giriş qapısından sol tərəfdə yerləşən qonaq otağına keçmiş və qonaq otağında stolun (masanın) üzərində olan bir ədəd “Nokia” markalı sadə mobil telefonu oğurlamışdır. Daha sonra evin qapısının cəftəsini əli ilə yerinə taxmış və oranı tərk edərək Ağdaş şəhərinə qayıtmışdır. Ağdaş şəhərinə gəldikdən sonra həmin gün Ağdaş şəhəri, H.Əliyev prospektində (universam) yerləşən qızıl dükanında işləyən Şahid3 oğurladığı bir ədəd qızıl boyunbağını və qızıl klounu ümumilikdə 180 manata satmışdır. Daha sonra oradan çıxıb getmişdir. 2022-ci il dekabr ayının təxminən 12-13 aralığında tanışı Ağdaş rayonu, Ağcayazı kənd sakini Şahid4 işlətməsi üçün pulsuz olaraq pay vermişdir. Oğurladığı samovarı isə Ağdaş rayonu ərazisində yerləşən mal bazarında tanımadığı şəxsə 20 (iyirmi) manata satmışdır. Həmin pulları da öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Oğurluq etməmişdən əvvəl və oğurluq etdikdən sonra etmiş olduğu oğurluqlar barəsində hər hansı bir şəxsə hər hansı bir söz deməmişdir. Bütün oğurluqları tək etmişdir. Ona polis əməkdaşlarından heç kim təyziq, şiddət və ya hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığı həyətyanı sahəsi olan iki mərtəbəli fərdi yaşayış evi olduğunu, evin birinci mərtəbəsini zirzəmi kimi istifadə etdiyini, gündəlik istifadə etmədiyi müxtəlif növ əşyaları həmin birinci mərtəbədə olan zirzəmidə saxladığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evə gəldiyini, evin zirzəmisində olan ona məxsus əşyalara nəzarət məqsədilə baxan zaman zirzəmiyə qoyduğu bir ədəd 7 litr tutumu olan gümüşü rəngli od samovarının olmadığını gördüyünü, həmin gün evdə olan arvadı X6 həmin od samovarının harada olmasını soruşduqda Arifə Rasulova ona od samovarını görmədiyini və harada olması barədə məlumatı olmadığını bildirdiyini, daha sonra evin hər bir tərəfinə baxsa da həmin bir ədəd 7 litrlik gümüşü rəngli od samovarını tapa bilmədiyini, bundan sonra evə oğurluq məqsədilə daxil olan şəxs(lər)in həmin od samovarını oğurlamasını bildiyini, səhəri gün, yəni 10 dekabr 2022-ci il tarixdə bir ədəd 7 litrlik gümüşü rəngli od samovarının oğurlanması barədə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, daha sonra ona həmin od samovarını Ağdaş şəhər sakini əvvəllər tanımadığı Təqsirləndirilən şəxs oğurlaması məlum olduğunu, baş vermiş oğurluq nəticəsində, yəni bir ədəd 7 litr tutumu olan od samovarının oğurlanması nəticəsində ona ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan dəydiyini, ona başqa hər hansı bir maddi ziyan dəymədiyini, həmin samovar təxminən 43 ilə yaxın müddətdir ki, onda olduğunu, Təqsirləndirilən şəxs ona məxsus oğurlanmış bir ədəd samovar Təqsirləndirilən şəxs dediyi yerdə, yəni pilləkanın altında olduğunu, üzərindən uzun müddət keçdiyinə görə samovarı hara qoymasını tam xatırlamadığını, bəlkə də istifadə etmək üçün həyətdə pilləkanın altına qoyduğunu, nə onun, nə də ailə üzvlərinin Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, onun evinin həyətindən oğlurlanmış bir ədəd 7 litr tutumu olan od samovarının ona geri qaytarıldığını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Ağdaş rayonu, Ağzıbir kəndində əri Şahid1 ilə birlikdə yaşadığını, Ağdaş rayonu, Ağzıbir kəndində bir mərtəbəli fərdi yaşayış evi olduğunu, xx.xx.2022-ci il tarixdə saat təxminən 13:15 radələrində xəstə xalası oğlunu ziyarət etmək üçün getdiyini, həmin vaxt evdə heç kim qalmadığını, evləri boş qaldığını, həmin gün saat təxminən 16:30 radələrində yaşadığı evə qayıdarkən evin giriş qapısının qıfılının həngəməsinin boş olmasını və tərpədilməsini gördüyünü, bundan şübhələndiyi üçün evə baxdığını və evin dağınıq olmasını gördüyünü, evin otaqlarına diqqətlə baxan zaman qonaq otağında stolun üzərinə qoyduğu 1 ədəd Nokia markalı qara rəngli mobil telefonun, yataq otağında olan şkafın üstündə olan 1 ədəd elektrik samovarının və şkafın içərisində olan ona məxsus bir ədəd qızıl boyunbağı və həmin boyunbağının üzərində olan bir ədəd qızıl klon oğurlanmasını aşkar etdiyini, ona məxsus evdən ona məxsus əşyalar xx.xx.2022-ci il tarixdə saat 13-17 radələri arasında evdə olmadığı müddətdə oğurlandığını, həmin vaxt evdə heç kim olmadığını, boyunbağının qiyməti 600 manat, klonun qiyməti 120 manat, bir ədəd elektrik samovarının qiyməti 70 manat, bir ədəd Nokia markalı mobil telefon təxminən 30-40 manat dəyərində olduğunu, ona dəymiş zərər ödənilmədiyini, nə onun, nə də ailə üzvlərinin Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirdi. Həmçinin, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, onun evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmadığını, buna görə də onun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığı həyətyanı sahəsi olan iki mərtəbəli fərdi yaşayış evi olduğunu, yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsini zirzəmi kimi istifadə etdiyini, gündəlik istifadə etmədiyi müxtəlif növ əşyaları həmin zirzəmidə saxladığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evə gəldiyini, evin zirzəmisində olan birinci otağa ona məxsus əşyalara nəzarət məqsədilə baxan zaman zirzəmidə olan birinci otaqda boş bankaların, bir ədəd 5 litrlik aliminium flyaqın və dəmir qazanların arasında saxladığı ona məxsus bir ədəd 5 litr tutumu olan latun mis qarışığı köhnə od samovarının olmadığını gördüyünü, həmin gün evdə olan arvadı X4 həmin od samovarının harada olmasını soruşduqda Lamiyə Mustafayeva ona həmin od samovarını görmədiyini və harada olması barədə məlumatı olmadığını bildirdiyini, sonra evin hər tərəfinə baxdığını, lakin həmin bir ədəd 5 litrlik od samovarını tapa bilmədiyini, samovarı tapa bilmədikdə evə oğurluq məqsədilə daxil olan şəxs(lər)in həmin od samovarımı oğurlamasını başa düşdüyünü, buna görə də xx.xx.2022-ci il tarixdə bir ədəd 5 litrlik latun mis qarışığı olan od samovarının oğurlanması barədə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, daha sonra həmin od samovarını Ağdaş şəhər sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs oğurlaması məlum olduğunu, nə onun, nə də ailə üzvlərinin Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və həmin tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:45 radələrində yaşadığı evə gələn zaman arvadı Zərərçəkmiş şəxs2 ona evdən oğurluq edildiyini və əşyaların oğurlanmasını bildirdiyini, arvadı Zərərçəkmiş şəxs2 evə baxdığını və ona məxsus 1 ədəd qara rəngli “Nokia 100” markal mobil telefonun, 1 ədəd 3 litr tutumlu elektrik samovarın, 1 ədəd 600 manat dəyərində 583 əyarlıq qızıl sepi (boyunbağı) və 1 ədəd 120 manat dəyərində 583 əyarlıq qızıl klonun oğurlanmasını bildirdiyini, daha sonra o da təkrar evə baxdığını və arvadı Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd qara rəngli “Nokia 100” markal mobil telefon, 1 ədəd 3 litr tutumlu elektrik samovarı, 1 ədəd 600 manat dəyərində 583 əyarlıq qızıl sep (boyunbağı) və 1 ədəd 120 manat dəyərində 583 əyarlıq qızıl klon naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiyini, bir müddət sonra baş vermiş oğurluq barəsində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayon Polis şöbəsinə məlumat verdiyini, evdən oğurlanan bütün əmlakların arvadı Zərərçəkmiş şəxs2 pulu ilə alındığı və faktiki onun istifadəsində olduğu üçün bütün oğurlanmış əmlaklar arvadı Zərərçəkmiş şəxs2 məxsus olduğunu, nə onun, nə də arvadı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla nə onun, nə də arvadı Tubər Aslnaovanın hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş şəhər sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Ağdaş şəhər sakini adını sonradan bildiyi Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evin yerləşdiyi küçədə təkbaşına olduğu zaman markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə iki nəfər şəxs gəldiyini, həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq iki ədəd samovarının olduğunu və maddi ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdiyini, o da həmin samovarlara baxmaq istədiyini, ona samovar lazım olduğunu, bəyənəcəyi və qiymətdə razılaşacağı halda alacağını bildirdiyini, Təqsirləndirilən şəxs həmin iki ədəd samovarı ona göstərdiyini və o həmin samovarlara baxdıqda biri 5 litrlik, biri isə 7 litrlik tutumda olan od samovarları olduğunu, həmin samovarları bəyəndiyini bildirib, neçəyə satdığını soruşduqda Mənsura 5 litrlik samovarı 30 manata, 7 litrlik samovarı isə 40 manata ala biləcəyini bildirdiyini, onlar qiymətdə razılaşdıqdan sonra evə girib evdən 70 manat pul götürüb Mənsura verdiyini və Mənsur da gəldiyi adamla birlikdə çıxıb getdiyini, o da samovarları götürüb evə gətirdiyini və istifadə etmək üçün həyətə qoyduğunu, daha sonra polis əməkdaşları gələrək samovarların oğurluq olmasını bildirib həmin samovarları ondan götürdüklərini, Mənsurun yanında gəldiyi tanımadığı şəxsin (kişi) kim olmasını bilmədiyini, lakin onunla samovarın alqı-satqı söhbətini Təqsirləndirilən şəxs etdiyini, samovarları Təqsirləndirilən şəxs aldığını və ümumilikdə 70 (yetmiş) manat pulu Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs həmin samovarların oğurluq olmasını ona demədiyini, həmin samovarları alan zaman onun yanında hər hansı bir şəxs olmadığını, Mənsurun yanında isə onunla gələn bir nəfər tanımadığı şəxs (kişi) olduğunu, lakin samovarı ona Təqsirləndirilən şəxs satdığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş rayonu, Ağzıbir kənd sakinləri Şahid1 və arvadı Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs isə əvvəllər rayon sakini kimi tanıdığını, onunla da hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Ağdaş şəhəri, H.Əliyev prospektində Universam arası adlanan yerdə yerləşən qızıl dükanında satıcı işlədiyini, 2022-ci ilin dekabr ayının əvvəllərində işlədiyi dükanda olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs dükana gəldiyini, onunla salamlaşdıqdan sonra ona məxsus üzərində qızıl kloun olan bir ədəd qızıl boyunbağı olduğunu və maddi ehtiyacı olduğuna görə satmaq istədiyini bildirdiyini, hər bir müştəridən olduğu kimi təkrar Təqsirləndirilən şəxs da qızılın kimə aid olmasını soruşduqda Mənsur həmin qızılın ona məxsus olmasını, yəni öz pulu ilə alınmış qızıl olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdiyini, o da həmin qızıl boyunbağını götürüb baxdığını və 186 (yüz səksən altı) manata ala biləcəyini bildirdiyini, Mənsur da onunla razılaşdığını və həmin boyunbağını klonu ilə birlikdə Mənsurdan aldığını, Mənsur Məhərrrəmova pulu verdikdən sonra çıxıb getdiyini, daha sonra Təqsirləndirilən şəxs həmin qızılı boyunbağını oğurlayıb gətirib ona satdığını bildirdi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs ilə həbsdə olarkən tanış olduğunu, təxminən 2022-ci ilin dekabr ayının 12-13-ü tarixlərində Şəki şəhərində həbsxanada olan qardaşı X21 ilə birlikdə Mənsura məxsus “Kia Optima” markalı avtomobil ilə sovqat apardıqları zaman aralarındakı söhbət əsnasında Mənsur ona “sənə nə olub, sənə zəng çatmır” deyə söylədiyini, o da Mənsura telefonu olmadığını bildirdiyini, həmin vaxt Mənsur ona “Nokia” markalı sadə telefonu olmasını və həmin telefonu ona işlətməyə verə biləcəyini söylədiyini, o da Təqsirləndirilən şəxs ilə razılaşdığını, daha sonra Mənsur həmin qara rəngli “Nokia” markalı telefonu ona verdiyini, həmin vaxtdan sonra həmin telefona ona məxsus ***-***-**-** saylı mobil nömrəni taxaraq işlətməyə başladığını, Təqsirləndirilən şəxs ona işlətməyi üçün verdiyi 1 ədəd qara rəngli “Nokia” markalı sadə mobil telefonun oğurluq olmasından xəbəri olmadığını, Mənsurun həmin telefonu necə əldə etməsi barədə heç bir məlumatı olmadığını, Mənsur ona bir tanışı kimi həmin telefonu işlətməyi üçün verdiyini, həmçinin Mənsurdan həmin telefonu alan zaman telefonun oğurluq olmasından şübhələnmədiyini, Təqsirləndirilən şəxs ona vermiş olduğu həmin telefon sadə, düyməli, “Nokia” markalı telefon olduğunu, Təqsirləndirilən şəxs həmin 1 ədəd telefonun oğurluq olmasını ona demədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/9380 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş odun samovarlarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 330,00 manat müəyyən edilir. O cümlədən:
1. 1 ədəd təxminən 5 litr su tutumlu, odun samovarı – 130,00 manat,
2. 1 ədəd təxminən 7 litr su tutumlu, üzərində dalğavari naxışlar olan odun samovarı – 200,00 manat təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli 9/766 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 870,00 manat müəyyən edilir. O cümlədən:
1. 1 ədəd Çin istehsalı olan “Nokia 100” markalı sadə mobil telefon – 20 manata;
2. 1 ədəd SSRİ dövrünə aid olan 3 litr su tutumu olan elektrik samovar – 50 manat;
3. 1 ədəd 8 qram 583 əyarlıq Rusiya istehsalı olan qızıl qadın boyunbağısı – 640 manat;
4. 1 ədəd 2 qram 583 əyarlı qızıl klon – 160 manat təşkil edir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 12 may 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirlən şəxslə barışmadığını ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxs barəsində həbs seçilməsini xahiş etmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 1 fevral 2023-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 7(075)-356/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 9 (doqquz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 7(075)-326/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı üzrə cəzasını xx.xx.2021-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6- 22/2-235/2023 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(014)-11/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 20 fevral 2023-cü il tarixli, 347 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsi 52 ünvanında yaşamaqla ailə tərkibindən ibarətdir. Atası – X1 – 1952-ci il, X2 – 1961-ci il, X7 – 1985-ci il, X8 – 1989-cu il, X3 – 1986-cı il, X11 – 2007-ci il, X12 – 2009-cu il. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 dair hissədə verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və işin materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxslərə ziyanın bir qismini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. CM-in 65-ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir. Əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrı-ayrılıqda nəzərə alınmalıdır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq (ona təyin edilmiş hökmlər üzrə cərimə cəzası icra edilməmişdir), yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun dəfələrlə məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(014)-42/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş cəzaya tamamilə birləşdirilməli və onun üzərində qəti olaraq cəza saxlanılmalıdır. Cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut olan, 1 ədəd təxminən 5 litr su tutumlu 130 (yüz otuz) manat dəyərində odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd təxminən 7 litr su tutumlu, üzərində dalğavari naxışlar olan 200 (iki yüz) manat dəyərində odun samovarı Zərərçəkmiş şəxs3 və 1 ədəd Çin istehsalı olan 20 (iyirmi) manat dəyərində “Nokia 100” markalı sadə mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(014)-42/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd təxminən 5 litr su tutumlu 130 (yüz otuz) manat dəyərində odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd təxminən 7 litr su tutumlu, üzərində dalğavari naxışlar olan 200 (iki yüz) manat dəyərində odun samovarı Zərərçəkmiş şəxs3 və 1 ədəd Çin istehsalı olan 20 (iyirmi) manat dəyərində “Nokia 100” markalı sadə mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Cavid Sultanov