Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-67/2025 13.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçilər Ağdaş rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxx 1992-ci ildə Ağdaş rayonunun Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxxxxx 1995-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Laçın rayonunun Şəlvə kəndində qeydiyyatda olmaqla, Bərdə rayonunun Mirzalıbəyli kəndində yaşayan, barəsində Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 1992-ci ildə Laçın rayonunun Budaqdərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Budaqdərə kəndində qeydiyyatda olmaqla, Tərtər rayonunun Şıxarx kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 hər birinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Belə ki, o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq 29 mart 2025-ci il tarixdə günün 2-ci yarısında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərciyə gəlmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 19 nömrəli evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 80 (səksən) sm ölçüdə və 100 (yüz) manat dəyərində olmaqla, ümumilikdə 6 (altı) ədəd 600 (altı yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı panel qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verərək evdən çıxarıb sonuncuya məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 19 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 24 nömrəli evin yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib onlarla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verərək evdən çıxarıb sonuncuya məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 24 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 14 nömrəli evin yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib onlarla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 80 (səksən) sm ölçüdə və 100 (yüz) manat dəyərində olmaqla ümumilikdə 4 (dörd) ədəd 400 (dörd yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı panel qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verərək evdən çıxarıb sonuncuya məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq 10 aprel 2025-ci il tarixdə günün 2-ci yarısında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərciyə gəlmiş, Əsədov X11 Xalis Abdulla oğluna məxsus olan 10 nömrəli evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 08 seksiyadan ibarət 100 (yüz) manat dəyərində ümumilikdə 7 (yeddi) ədəd 700 (yeddi yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 verərək evdən çıxarıb sonuncuya məxsus “VAZ-21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs3 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Zərərçəkmiş şəxs3 məxsus olan 10 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Zərərçəkmiş şəxs2 məxsus olan 5 nömrəli yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 08 seksiyadan ibarət 100 (yüz) manat dəyərində ümumilikdə 6 (yeddi) ədəd 600 (yeddi yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 verərək evdən çıxarıb sonuncuya məxsus “VAZ-21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb bir hissəsini satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs2 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Zərərçəkmiş şəxs2 məxsus olan 5 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Zərərçəkmiş şəxs4 məxsus olan 25 nömrəli yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 08 seksiyadan ibarət 100 (yüz) manat dəyərində ümumilikdə 7 (yeddi) ədəd 700 (yeddi yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 verərək evdən çıxarıb sonuncuya məxsus “VAZ-21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb bir hissəsini satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs4 1100 (bir min yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Zərərçəkmiş şəxs4 məxsus olan 25 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Zərərçəkmiş şəxs5 məxsus olan 30 nömrəli yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra o, həmin evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 verərək evdən çıxarıb sonuncuya məxsus “VAZ- 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs5 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Belə ki, o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikyə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 19 nömrəli evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 80 (səksən) sm ölçüdə və 100 (yüz) manat dəyərində olmaqla ümumilikdə 6 (altı) ədəd 600 (altı yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı panel qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən ona və Təqsirləndirilən şəxs1 verərək evdən çıxarıb sonuncuya məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 19 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 24 nömrəli evin yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib onlarla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən ona və Təqsirləndirilən şəxs1 verərək evdən çıxarıb sonuncuya məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 24 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 14 nömrəli evin yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib onlarla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 80 (səksən) sm ölçüdə və 100 (yüz) manat dəyərində olmaqla ümumilikdə 4 (dörd) ədəd 400 (dörd yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı panel qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq evin ön pəncərəsindən ona və Təqsirləndirilən şəxs1 verərək evdən çıxarıb sonuncuya məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikyə gəlmiş, Zərərçəkmiş şəxs3 məxsus olan 10 nömrəli evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 08 seksiyadan ibarət 100 (yüz) manat dəyərində ümumilikdə 7 (yeddi) ədəd 700 (yeddi yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq evin ön pəncərəsindən ona verib evdən çıxarıb ona məxsus “VAZ- 21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs3 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Zərərçəkmiş şəxs3 məxsus olan 10 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Zərərçəkmiş şəxs2 məxsus olan 5 nömrəli yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs3la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 08 seksiyadan ibarət 100 (yüz) manat dəyərində ümumilikdə 6 (yeddi) ədəd 600 (yeddi yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən ona verib evdən çıxarıb ona məxsus “VAZ-21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb bir hissəsini satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs2 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Zərərçəkmiş şəxs2 məxsus olan 5 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Zərərçəkmiş şəxs4 məxsus olan 25 nömrəli yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs3la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 08 seksiyadan ibarət 100 (yüz) manat dəyərində ümumilikdə 7 (yeddi) ədəd 700 (yeddi yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən ona verib evdən çıxarıb ona məxsus “VAZ-21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb bir hissəsini satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs4 1100 (bir min yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Zərərçəkmiş şəxs4 məxsus olan 25 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Zərərçəkmiş şəxs5 məxsus olan 30 nömrəli yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib Təqsirləndirilən şəxs3la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən ona verib evdən çıxarıb ona məxsus “VAZ-21703” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Zərərçəkmiş şəxs5 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayəti törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikyə gəlmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 19 nömrəli evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 80 (səksən) sm ölçüdə və 100 (yüz) manat dəyərində olmaqla ümumilikdə 6 (altı) ədəd 600 (altı yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı panel qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq və evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 və ona verərək evdən çıxarıb ona məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 19 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 24 nömrəli evin yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib onlarla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin mətbəxindən 01 ədəd 400 (dörd yüz) manat dəyərində “Stargaz” markalı 4 gözlü qaz piltəsini götürüb evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 və ona verərək evdən çıxarıb ona məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 24 nömrəli evdən oğurluq etdikdən sonra xx.xx.2025-ci il tarixdə günün 2-ci yarısında həmin şəhərcikdəki Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin balansında olan 14 nömrəli evin yaxınlığına gələrək həmin evdən oğurluq etmək qərarına gəlib onlarla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd olunan evin yaxınlığında gələcək şəxs(lər) olarsa xəbər vermək, eləcə də oğurlanacaq əşyaları evin pəncərəsindən çıxarmağa kömək etmək məqsədi ilə pusquda dayanmış, bundan sonra Təqsirləndirilən şəxs3 evə pəncərəni itələyib açmaqla qanunsuz daxil olaraq, evin otaqlarında olan hər biri 80 (səksən) sm ölçüdə və 100 (yüz) manat dəyərində olmaqla ümumilikdə 4 (dörd) ədəd 400 (dörd yüz) manat dəyərində, Türkiyə Cümhuriyyəti istehsalı panel qızdırıcı radiatoru qaz açarı ilə açıb yerindən çıxararaq evin ön pəncərəsindən Təqsirləndirilən şəxs2 və ona verərək evdən çıxarıb ona məxsus “Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxıl olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, 29 mart 2025-ci il tarixdə səhər saatlarında Ağdaş rayonunun Əmirarx kəndində olan ata evinə gəlmək üçün yaşadığı kənddən çıxıb Yevlax şəhəri 4 yol adlanan əraziyə gələrək oradan tanımadığı taksi sürücüsü ilə yola çıxmışdır. Ağdaş rayonu, Pirəyir kəndi ərazisindən keçərkən kənd ərazisində yolun kənarında olan şəhərciyi görüb, oradan oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən taksi sürücüsündən avtomobili saxlamasını istəmiş və yolun kənarında avtomobildən aşağı enib, tək halda piyada evlərin olduğu şəhərciyə daxil olmuş, şəhərciyə daxil olduqda ətrafa baxarkən ətrafda heç kimin olmamasını görmüş, yavaş-yavaş şəhərciyin arxa tərəfinə getmiş, ora getməkdə məqsədi əgər kimsə gələrsə onu orada görməməsi və tez oradan uzaqlaşması olmuş, şəhərciyin arxa tərəfində olan evlərdən bəzilərinin qapısını yoxlayarkən qapıların bağlı olmasını, həmçinin bütün evlərin pəncərələrinin bağlı olmasını görmüş, pəncərələrdən evlərin içərisinə baxarkən evlərin içərisində qızdırıcı radiatorlar (atapleniya) və bəzi evlərin mətbəxlərində qaz piltələri olmasını görmüş, tək halda buradan oğurluq edə bilməyəcəyini fikirləşib şəhərcik ərazisini tərk edib yolun kənarına çıxmış, şəhərcikdə olarkən ətrafa baxdıqda heç kimin olmamasına əmin olub, yolun kənarında maşın gözləyərkən istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Vahidin istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə səsli zəng edib, Ağdaş rayonu ərazisində boş evlər olduğunu, həmin evlərdə qızdırıcı radiatorların (atapleniya) və qaz pilitələrinin olduğunu və onları oğurlayaca biləcəklərini demiş, Vahid onunla razılaşdıqdan sonra ona həmin gün Ağdaş rayonuna gələcəyini və ona zəng edəcəyini bildirmişdir. Təxminən günorta saatlarında Vahid qara rəngli “Hyundai Elantra” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı tanımadığı ilk dəfə gördüyü 1 nəfər şəxsin idarə etdiyini avtomobillə onun olduğu yerə gəlmiş, o, maşına maşına əyləşdikdən sonra Vahid ona maşını sürən şəxsin dostu Fəyaz olduğunu demişdir. Maşında onlara oğurluq edəcəkləri barədə məlumat verdikdən sonra Fəyazdan avtomobili dediyi yerə sürməsini istəmiş, təxminən axşam saatlarında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində olan şəhərciyin yanına gəlmişlər, Fəyaza avtomobili yolun kənarında saxlamasını bildirib, maşından düşüb piyada şəhərciyin ərazisinə daxil olmuş, ətrafa baxdıqda heç kimin orada olmamasına əmin olduqdan sonra maşına oturub, Fəyaza maşını şəhərciyin içərisinə daxil olub arxa tərəfə heç kimin maşını kənardan görə bilməyəcəyi yerə sürməsini bildirmişdir. Fəyaz maşını evlərin arasında heç kimin görməyəcəyi yerdə saxlamışdır. Bundan sonra hər üçü maşından aşağı enib, yenidən ətrafa göz gəzdirdikdə heç kimin olmamasını görmüşlər, onlara evə özünün daxil olacağını bildirmiş, Fəyaza maşının yanında dayanıb ətrafa baxıb pusquda dayanmasını, əgər kimsə gələrsə onlara məlumat verməsini, həmçinin özünün evdən oğurlayıb Vahidə verəcəyi əşyaları Vahidə kömək edib maşına yükləməsini, Vahidə isə özünün daxil olduğu evlərin pəncərələrinin qarşısında onu gözləməsini və oğurladıqları əşyaları Vahidə verdikdən sonra Fəyazla birlikdə maşına aparıb yükləməsini bildirmişdir. Şəhərcikdə olan evlərin hər birinin ətrafının dəmir setka ilə hasarlanmışdı, həmin setka hasarın qapısından Vahidlə birlikdə içəri daxil olduqda və həmin evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb, evin ön pəncərəsinin qarşısına gəlib pəncərəni əli ilə yoxlayarkən bağlı olmasını görüb bərk şəkildə pəncərəni içəri doğru basdıqda pəncərənin açılmış, o, həmin pəncərədən evə daxil olduqda Vahidin də pəncərənin qarşısında dayanmışdır. Evə daxil olduqda evin otaqlarında panel qızdırıcı radiatorlar (atapleniya) və mətbəxdə qaz plitəsi olmasını görüb, ümumilikdə 06 ədəd panel qızdırıcı radiatoru (atapleniya) bir-bir yerindən həmin gün aldığı qaz açarı ilə açıb bir-bir pəncərədən Vahidə vermiş, Vahidin də həmin panel qızdırıcı radiatorları (atapleniya) maşına tərəf aparıb Fəyazla birlikdə maşına yükləmişdir. Daha sonra evin mətbəxində olan 01 ədəd qaz plitəsini də götürüb pəncərədən Vahidə vermiş, Vahidin də həmin qaz plitəsini maşına aparıb qoymuş və bundan sonra pəncərədən aşağı düşüb evdən çıxmışdır. 1-ci evdən ümumilikdə 06 ədəd panel qızdırıcı radiator (atapleniya) və 01 ədəd qaz plitəsi oğurlamışlar. Daha sonra Vahidlə birlikdə 1-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olmuşlar, evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb, evin ön pəncərəsinin qarşısına gəlib pəncərəni əli ilə yoxlayarkən bağlı olmasını görüb yenə bərk şəkildə pəncərəni içəri doğru basdıqda pəncərə açılmış və o, evə daxil olmuş, Vahid də həmin evin pəncərəsinin qarşısında onu gözləmiş, evə daxil olduqda evin içərisində oğurlaya biləcəkləri əşya olmadığını, yalnızca mətbəxdə qaz plitəsi olduğunu görüb, həmin qaz plitəsini götürüb Vahidə vermişdir. Vahid də həmin qaz plitəsini aparıb maşına qoymuşdur. Daha sonra Vahidlə birlikdə 2-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olub, evin qapısını yoxladıqda qapının bağlı olmasını görmüş, evin ön pəncərəsinin qarşısına gəlib pəncərəni əli ilə yoxlayarkən bağlı olmasını görüb, yenə bərk şəkildə pəncərəni içəri doğru basdıqda pəncərə açılmış, o, evə daxil olmuş, Vahid də həmin evin pəncərəsinin qarşısında onu gözləmişdir. Həmin evdən 04 ədəd panel qızdırıcı radiatoru (atapleniya) yerindən açarla açıb bir-bir pəncərədən Vahidə vermiş, Vahid də onları Fəyazla birlikdə maşına aparıb yükləyib geri qayıdıb ona artıq maşında yer olmadığını, həmçinin kiminsə onları görəcəyindən qorxduqlarını və tez buradan çıxmaqlarını bildirmişdir. Bundan sonra o, pəncərədən aşağı düşüb evdən çıxmış, maşının yanına gəlib avtomobilə əyləşib oradan getmişlər. Oğurluq etdikləri 3 evdən ümumilikdə 10 ədəd panel qızdırıcı radiator (atapleniya) və 02 ədəd qaz plitəsini Vahid tanışları olduğu üçün Bərdə rayonunda özünün satacağını və əldə etdiyi pulu aralarında böləcəyini demiş, o, Yevlax rayon avtovağzalının yaxınlığında maşından düşüb evə getmişdir. Axşam saatlarında Vahid ona zəng edərək oğurladıqları panel qızdırıcı radiatorları (atapleniya) və qaz plitələrini satdığını, Fəyaza benzin pulu ilə birlikdə 100 manat verdiyini və özünün ona əvvəlcədən 100 manat borcu olduğunu bildirmiş, sonra ondan kart hesabının nömrəsini ona göndərməsini istəmiş və 100 manat borcunu çıxdıqdan sonra onun kart hesabına 20 manat pul göndərmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Vahidlə telefonla danışıb hal-əhval tutarkən Vahidə pul qurtardığı üçün Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdə yerləşən evlərdən yenidən oğurluq etməyi təklif etmiş, Vahidin onunla razılaşmışdır. Bundan təxminən 1-2 saat sonra Vahid qara rəngli “Lada Priora” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına tək gəlmiş, o, maşına əyləşmiş, təxminən axşam saatlarında Vahidlə birlikdə şəhərciyin olduğu yerə getmişlər. Vahid maşını şəhərciyə yaxın yerdə saxlamış, maşından düşüb piyada şəhərciyin ərazisinə daxil olmuş, ətrafı gəzdikdə ətrafda və şəhərciyin ərazisində heç kimin olmadığına əmin olduqdan sonra Vahidin yanına gələrək, Vahidə maşını şəhərciyin ərazisinə sürməsini və heç kimin kənardan maşını görə bilməyəcəyi yerdə saxlamasını bildirmiş, Vahid maşını şəhərciyin ərazisinə sürüb heç kimin kənardan maşını görməyəcəyi yerdə saxlamışdır. xx.xx.2025-ci il tarixdə oğurluq etdikləri 03 evin arxasında olan evlərin qarşısına gələrək, Vahidə özünün evlərə daxil olacağını, onun daxil olduğu evlərin pəncərələrinin qarşısında çöldə onu gözləməsini, oğurladıqları əşyaları ona verdikdən sonra maşına aparıb yükləməsini, həmçinin arabir ətrafa göz gəzdirməsini, kimsə gələrsə sakitcə ona deməsini bildirmişdir. Həmin evlərin hər birinin ətrafı dəmir setka ilə hasarlanmışdı, həmin setka hasarın qapısından içəri daxil olduqda, evin qapısı bağlı olmuş, evin ön pəncərəsinin qarşısına gəlib pəncərəni bərk şəkildə içəri doğru basdıqda pəncərə açılmış və pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqda evin ümumilikdə 56 seksiyadan ibarət olan 07 ədəd qızdırıcı radiatoru (atapleniya) bir-bir yerindən qaz açarı ilə açıb pəncərədən Vahidə vermiş, Vahid də həmin qızdırıcı radiatorları (atapleniya) maşına tərəf aparıb maşına yükləmişdir. Bundan sonra evdə oğurlaya biləcəkləri dəyərli başqa əşyalar olmadığı üçün pəncərədən aşağı düşüb evdən çıxmışdır. Daha sonra Vahidlə birlikdə 1-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olmuşlar, evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb evin bərk şəkildə pəncərəni içəri doğru basıb pəncərədən evə daxil olmuş, Vahid də pəncərənin qarşısında çöldə onu gözləmiş, evə daxil olduqda 48 seksiyadan ibarət olan 06 ədəd qızdırıcı radiatoru (atapleniya) və 01 ədəd qaz plitəsini bir-bir yerindən qaz açarı ilə açıb pəncərədən Vahidə vermiş, Vahid də həmin qızdırıcı radiatorları (atapleniya) maşına yükləmişdir. Oğurladıqları əşyalar az olduğu üçün və maşında hələ də yük yığmağa yer olduğu üçün başqa evdən oğurluq etmək qərarına gəlib, Vahidlə birlikdə 2-ci oğurluq etdikləri evin yaxınlığında olan digər evlərdən birinin ərazisinə daxil olmuşlar, evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb, evin ön pəncərəsinin bərk şəkildə içəri doğru basıb evə daxil olmuş, Vahid də pəncərənin qarşısında onu gözləmiş, evə daxil olduqda 56 seksiyadan ibarət olan 07 ədəd qızdırıcı radiator (atapleniya) və 01 ədəd qaz plitəsi oğurlayıb, Vahidə vermiş, Vahid maşına qoyub gələrək ona maşında yer olmadığını demiş, Vahidə oğurladıqları əşyaların az olduğunu deyib, bir evə də girib qaz plitəsi oğurlayacaqlarını demiş, Vahid də onunla razılaşmışdır. Daha sonra Vahidlə birlikdə 3-cü oğurluq etdikləri evin yaxınlığında olan digər evlərdən birinin ərazisinə daxil olub,pəncərədən evə daxil olmuş, Vahid pəncərənin qarşısında onu gözləmiş, evdən 1 ədəd qaz piltəsi oğurlayıb Vahidə vermişdir. Daha sonra avtomobilə əyləşib oradan getmişlər, oğurluq etdikləri 4 evdən ümumilikdə hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiator (atapleniya) və 03 ədəd qaz piltəsini Vahid tanışlarına Bərdə rayonunda özünün satacağını və əldə etdiyi pulu ikisinin arasında böləcəyini demişdir. O, Yevlaxda avtomobildən düşmüş, maşından 03 ədəd qaz piltəsini götürüb getmişdir. Evlərdən oğurluq edərkən istifadə etdiyi qaz açarını yaxınlıqda olan zibil qabına tullamışdır. 03 ədəd qaz piltəsini yaşadığı evin həyətində olan dama qoymuşdur. Həmin gün axşam saatlarında Vahidlə telefonda danışarkən Vahid ona oğurladıqları qızdırıcı radiatorları (atapleniya) 500 manata satdığını və onun qaz piltələrini götürdüyü üçün ona 60 manat pul verəcəyini demiş, onunla razılaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yevlax rayonu ərazisində Vahidlə görüşdükdə və Vahid ona 60 manat pul vermişdir. Vahidlə birlikdə oğurladıqları 3 ədəd qaz plitəsini polis əməkdaşları tərəfindən saxlanılan zaman təqdim etmişdir. Hazırda əməlindən səmimi peşmandır, dəymiş ziyanı ödəmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ona güzəşt edib yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, 29 mart 2025-ci il tarixdə səhər saatlarında Elgiz ona zəng edərək Ağdaş rayonu ərazisində boş evlər olduğunu, həmin evlərdə qızdırıcı radiatorların (atapleniya) və qaz pilitələrinin olduğunu, onları oğurlaya biləcəklərini demiş, onunla razılaşdıqdan sonra ona Ağdaş rayonuna gələcəyini və ona zəng edəcəyini bildirmişdir. Həmin vaxt kirayə götürdüyü “Lada Priora” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz vəziyyətdə olduğu və yol gedərkən xarab olmasından qorxduğu üçün əvvəlcədən tanıdığı dostu Fəyaza zəng edərək ona onunla bir yerə gedəcəklərini və həmin vaxt Tərtər rayonunda olduğu üçün gəlib onu olduğu yerdən götürməsini demişdir. Fəyaz günorta saatlarında onu özünə məxsus “Hyundai Elantra” minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu ərazisindən götürüb Ağdaş rayonuna getmişlər. O, Fəyaza dostu Elgizin yanına gedib Ağdaş rayonu ərazisində yerləşən evlərdən oğurluq edəcəklərini, buna görə ona 100 manat pul verəcəyini bildirmiş, Fəyaz onunla razılaşmışdır. Təxminən günorta saatlarında Elgizin yanına gəlib, Elgiz onların maşınına əyləşmiş, o, Elgizi Fəyazla tanış edərək Fəyazın dostu olduğunu bildirmiş, Elgiz maşında onlara oğurluq edəcəkləri yer barədə məlumat verdikdən sonra Elgiz Fəyazdan avtomobili dediyi yerə sürməsini istəmişdir. Elgizin onlara oğurluq edəcəkləri yer barədə, həmçinin nə oğurlayacaqları barədə dedikdə oğurluq etmək barədə razılaşmışlar. Axşam saatlarında sonradan adını bildiyi Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun qırağında olan evlərin yerləşiyi şəhərciyin yanına gəldikdə, Elgiz Fəyazdan avtomobili yolun kənarında saxlamasını və onlara maşında gözləmələrini bildirib maşından aşağı düşüb evlərin olduğu şəhərciyə tərəf getmiş, bir neçə dəqiqə sonra Elgiz geri qayıdaraq maşının qapısını açıb maşına oturmuş, Fəyaza maşını şəhərciyin içərisinə heç kimin kənardan görə bilməyəcəyi yerə sürməsini demiş, Fəyaz maşını evlərin arasında heç kimin maşını görməyəcəyi yerdə saxlamış, bundan sonra hər üçü maşından aşağı enib ətrafa göz gəzdirdikdə heç kimin olmamasını görmüşlər. Elgiz evlərə özünün daxil olacağını, Fəyaza maşının yanında dayanıb ətrafa baxıb pusquda dayanmasını, əgər kimsə gələrsə məlumat verməsini, həmçinin özünün evdən oğurlayıb ona verəcəyi əşyaları ona kömək edib maşına yükləməsini, ona isə daxil olacağı evlərin pəncərələrinin qarşısında onu gözləməyini və oğurladıqları əşyaları ona verdikdən sonra Fəyazla birlikdə maşına aparıb yükləməyini bildirmişdir. Həmin evlərin hər birinin ətrafı dəmir setka ilə hasarlanmışdır. Həmin setka hasarın qapısından Elgizlə birlikdə içəri daxil olduqda və həmin evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb, evin ön pəncərəsinin qarşısına gəlib Elgiz pəncərəni əli ilə yoxlayarkən bağlı olmasını görüb bərk şəkildə pəncərəni içəri doğru basdıqda pəncərə açılmış, Elgiz həmin pəncərədən evə daxil olduqda o, da pəncərənin qarşısında dayanmışdır. Evə daxil olduqdan sonra Elgiz ümumilikdə 06 ədəd panel qızdırıcı radiatoru (atapleniya) bir-bir yerindən qaz açarı ilə açıb bir-bir pəncərədən ona vermiş, o, da həmin panel qızdırıcı radiatorları (atapleniya) maşına tərəf aparıb Fəyazla birlikdə maşına yükləmişdir. Daha sonra evin mətbəxində olan 01 ədəd qaz plitəsini də götürüb pəncərədən ona vermiş, o, da həmin qaz plitəsini maşına qoymuş və bundan sonra Elgiz pəncərədən aşağı düşüb evdən çıxmışdır. 1-ci evdən ümumilikdə 06 ədəd panel qızdırıcı radiator (atapleniya) və 01 ədəd qaz plitəsi oğurlamışlar. Daha sonra Elgizlə birlikdə 1-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olmuşlar, evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb, evin ön pəncərəsinin qarşısına gəlib Elgiz pəncərəni əli ilə yoxlayarkən bağlı olmasını görüb yenə bərk şəkildə pəncərəni içəri doğru basdıqda pəncərə açılmış və Elgiz evə daxil olmuş, o, da həmin evin pəncərəsinin qarşısında Elgizi gözləmiş, evə daxil olduqda bir ədəd qaz plitəsini götürüb ona vermişdir. O, da həmin qaz plitəsini aparıb maşına qoymuşdur. Daha sonra Elgizlə birlikdə 2-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olub, evin qapısını yoxladıqda qapının bağlı olmasını görmüş, evin ön pəncərəsinin qarşısına gəlib Elgiz pəncərəni əli ilə yoxlayarkən bağlı olmasını görüb, yenə bərk şəkildə pəncərəni içəri doğru basdıqda pəncərə açılmış, Elgiz evə daxil olmuş, o, da həmin evin pəncərəsinin qarşısında Elgizi gözləmişdir. Həmin evdən 04 ədəd panel qızdırıcı radiatoru (atapleniya) yerindən açarla açıb bir-bir pəncərədən ona vermiş, o, da onları Fəyazla birlikdə maşına aparıb yükləyib geri qayıdıb Elgizə artıq maşında yer olmadığını, həmçinin kiminsə onları görəcəyindən qorxduqlarını və tez buradan çıxmaqlarını bildirmişdir. Bundan sonra Elgiz pəncərədən aşağı düşüb evdən çıxmış, maşının yanına gəlib avtomobilə əyləşib oradan getmişlər. Oğurluq etdikləri 3 evdən ümumilikdə 10 ədəd panel qızdırıcı radiator (atapleniya) və 02 ədəd qaz plitəsini tanışları olduğu üçün Bərdə rayonunda özünün satacağını və əldə etdiyi pulu aralarında böləcəyini demiş, Elgiz Yevlax rayon avtovağzalının yaxınlığında maşından düşüb evə getmişdir. Bundan sonra o, Fəyaza maşını Bərdə şəhəri ərazisində “Əlişin yanı” deyilən yerə sürüb orda saxlamasını bildirmiş, Fəyazın maşını həmin yerə sürərək orada saxlamış, daha sonra o, maşından aşağı düşüb bir neçə müddət bundan əvvəl kirayə götürərək özünün idarə etdiyi qara rəngli **-UC-*** dövlət qeydiyyat nişanlı “Lada Priora” minik markalı avtomobilinin baqajını və arxa sərnişin qapısını açmış, Fəyazdan da maşının baqajını və arxa sərnişin qapılarını açmağını istəmiş, Fəyaz maşının baqajını və arxa sərnişin qapılarını açdıqdan sonra oğurladıqları 10 ədəd qızdırıcı radiatoru (atapleniya) və 02 ədəd qaz piltəsini Fəyazla birlikdə “Lada Priora” markalı avtomobilə yığdıqdan sonra Fəyaza 100 manat pul vermişdir. Daha sonra panel qızdırıcı radiatorları (atapelniya) satmaq istədiyi əvvəlcədən tanıdığı Bərdə rayonu ərazisində kombi ustası işləyən Bərdə şəhər sakini Hikmət adlı şəxsə zəng vurub, onda 10 ədəd az istifadə olunmuş 80 sm ölçüdə panel qızdırıcı radiatorlar (atapleniya) olduğunu, 1 ədədini 30 manata satdığını demiş, Hikmət ondan həmin panel qızdırıcı radiatorları (atapleniya) nə üçün satdığını soruşduqda Hikmətə panel qızdırıcı radiatorları (atapleniya) başqa şəxsdən ucuz qiymətə aldığını, üzərinə pul qoyaraq satıb qazanc əldə etdiyini demişdir. Hikmətin də ona onunla görüşüb onlara baxdıqdan sonra qiymətdə razılaşıb alacağını bildirmişdir. Həmin gün Hikmətə zəng edərək hal-hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasının qarşısında olduğunu, həmin panel qızdırıcı radiatorlara (atapleniya) orada gəlib baxa biləcəyini dedikdən sonra Hikmətin onun yanına gəlmiş və o, Hikmətə radiatorun birinə 30 manat pul verəcəyini ümumilikdə ona 10 ədəd panel qızdırıcı radiatora (atapleniya) görə 300 manat pul verəcəyini demiş, Hikmət onunla razılaşıb həmin radiatorları 300 manata almışdır. Daha sonra maşınla yolda gələrkən Bərdə şəhəri ərazisində tanımadığı dəmir yığan 2 nəfər şəxsi görüb, maşınında 02 ədəd qaz piltəsinin olduğunu, həmin qaz piltələrinin özünə məxsus olduğunu sadəcə indi təcili pul lazım olduğu üçün dəyər dəyməz qiymətə satmaq istədiyini demiş, onlar həmin qaz piltələrinə baxdıqdan sonra bir ədədini 20 manata alacaqlarını demişlər, o, 02 ədəd qaz piltəsinə görə 40 manat pul almışdır. Axşam saatlarında o, Elgizə zəng edərək oğurladıqları panel qızdırıcı radiatorları (atapleniya) və qaz plitələrini satdığını, Fəyaza benzin pulu ilə birlikdə 100 manat verdiyini və Elgizin ona əvvəlcədən 100 manat borcu olduğunu bildirmiş, sonra Elgizdən kart hesabının nömrəsini ona göndərməsini istəmiş və 100 manat borcunu çıxdıqdan sonra Elgizin kart hesabına 20 manat pul göndərmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Elgiz onunla telefonla danışıb hal-əhval tutarkən ona pul qurtardığı üçün Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən şəhərcikdə yerləşən evlərdən yenidən oğurluq etməyi təklif etmiş, o, Elgizlə razılaşmışdır. Bundan təxminən 1-2 saat sonra o, qara rəngli “Lada Priora” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elgizin yanına tək gəlmiş, Elgiz maşına əyləşmiş, təxminən axşam saatlarında Elgizlə birlikdə şəhərciyin olduğu yerə getmişlər. O, maşını şəhərciyə yaxın yerdə saxlamış, Elgiz maşından düşüb piyada şəhərciyin ərazisinə daxil olmuş, ətrafı gəzdikdə ətrafda və şəhərciyin ərazisində heç kimin olmadığına əmin olduqdan sonra onun yanına gələrək, ona maşını şəhərciyin ərazisinə sürməsini və heç kimin kənardan maşını görə bilməyəcəyi yerdə saxlamasını bildirmiş, o, da maşını şəhərciyin ərazisinə sürüb heç kimin kənardan maşını görməyəcəyi yerdə saxlamışdır. xx.xx.2025-ci il tarixdə oğurluq etdikləri 03 evin arxasında olan evlərin qarşısına gələrək, Elgiz ona özünün evlərə daxil olacağını, onun daxil olduğu evlərin pəncərələrinin qarşısında çöldə gözləməsini, oğurladıqları əşyaları ona verdikdən sonra maşına aparıb yükləməsini, həmçinin arabir ətrafa göz gəzdirməsini, kimsə gələrsə sakitcə ona deməsini bildirmişdir. Həmin evlərin hər birinin ətrafı dəmir setka ilə hasarlanmışdı, həmin setka hasarın qapısından içəri daxil olduqda, evin qapısı bağlı olmuş, evin ön pəncərəsinin qarşısına gəlib Elgiz pəncərəni bərk şəkildə içəri doğru basdıqda pəncərə açılmış və Elgiz pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqda evin ümumilikdə 56 seksiyadan ibarət olan 07 ədəd qızdırıcı radiatoru (atapleniya) bir-bir yerindən qaz açarı ilə açıb pəncərədən ona vermiş, o, da həmin qızdırıcı radiatorları (atapleniya) maşına tərəf aparıb maşına yükləmişdir. Bundan sonra evdə oğurlaya biləcəkləri dəyərli başqa əşyalar olmadığı üçün Elgiz pəncərədən aşağı düşüb evdən çıxmışdır. Daha sonra Elgizə birlikdə 1-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olmuşlar, evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb Elgiz bərk şəkildə pəncərəni içəri doğru basıb pəncərədən evə daxil olmuş, o, da pəncərənin qarşısında çöldə Elgizi gözləmiş, Elgiz evə daxil olduqda 48 seksiyadan ibarət olan 06 ədəd qızdırıcı radiatoru (atapleniya) və 01 ədəd qaz plitəsini bir-bir yerindən qaz açarı ilə açıb pəncərədən ona vermiş, o, da həmin qızdırıcı radiatorları (atapleniya) maşına yükləmişdir. Oğurladıqları əşyalar az olduğu üçün və maşında hələ də yük yığmağa yer olduğu üçün başqa evdən oğurluq etmək qərarına gəlib, Elgizlə birlikdə 2-ci oğurluq etdikləri evin yaxınlığında olan digər evlərdən birinin ərazisinə daxil olmuşlar, evin qapısını yoxladıqda qapının bağlı olmasını görüb, Elgiz evin ön pəncərəsinin bərk şəkildə içəri doğru basıb evə daxil olmuş, o, da pəncərənin qarşısında Elgizi gözləmiş, evə daxil olduqda 56 seksiyadan ibarət olan 07 ədəd qızdırıcı radiator (atapleniya) və 01 ədəd qaz plitəsi oğurlayıb, ona vermiş, o, maşına qoyub gələrək Elgizə maşında yer olmadığını demiş, Elgiz ona oğurladıqları əşyaların az olduğunu deyib, bir evə də girib qaz plitəsi oğurlayacaqlarını demiş, o, da razılaşmışdır. Daha sonra Elgizlə birlikdə 3-cü oğurluq etdikləri evin yaxınlığında olan digər evlərdən birinin ərazisinə daxil olub, Elgiz pəncərədən evə daxil olmuş, o, isə pəncərənin qarşısında Elgizi gözləmiş, Elgiz evdən 1 ədəd qaz piltəsi oğurlayıb ona vermişdir. Daha sonra avtomobilə əyləşib oradan getmişlər, oğurluq etdikləri 4 evdən ümumilikdə hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiator (atapleniya) və 03 ədəd qaz plitəsini tanışlarına Bərdə rayonunda özünün satacağını və əldə etdiyi pulu ikisinin arasında böləcəyini demişdir. Elgiz Yevlaxda avtomobildən düşmüş, maşından 03 ədəd qaz piltəsini götürüb getmişdir. Bərdə şəhərinə gəlib çatdıqdan sonra əvvəlcədən tanıdığı və həmin günü, yəni xx.xx.2025-ci il tarixdə oğurluq etdiyi gün səhər saatlarında dostuna aid qızdırıcı radiatorlar (atapleniya) satdığını dediyi Bərdə şəhəri ərazisində usta kimi fəaliyyət göstərən Faiqə zəng edərək qızdırıcı radiatorların (atapleniya) maşında olduğunu bildirmiş, Faiq təxminən 15-20 dəqiqə sonra ona zəng edərək işdən çıxdığını, qızdırıcı radiatorlara (atapleniya) baxmaq istədiyini və yaşadığı evin qarşısına gəlməsini demiş, o, Faiqin yaşadığı evə gəlib Faiq ondan hər biri 08 seksiyadan ibarət olan qızdırıcı radiatorların (atapleniya) 1 ədədinin qiymətini soruşduqda 08 seksiyadan ibarət olan 1 ədəd qızdırıcı radiatoru (atapleniya) 48 manata satdığını dediyini, Faiq ona daha ucuz qiymətə verməsini istəsə də dediyi qiymətdən daha aşağı qiymətə vermədiyini, 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiatora (atapelniya) görə onunla 960 manata satmışdır. Həmin gün axşam saatlarında o, Elgizlə telefonda danışarkən Elgizə oğurladıqları qızdırıcı radiatorları (atapleniya) 500 manata satdığını və onun qaz piltələrini götürdüyü üçün ona 60 manat pul verəcəyini demiş, Elgizlə razılaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yevlax rayonu ərazisində Elgizlə görüşdükdə və ona 60 manat pul vermişdir. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, dəymiş ziyanı ödəmişdir, İİ Qarabağ Müharibəsi veteranıdır, məcburi köşkündür, ona güzəşt edib yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, o, idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-AT-*** dözlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər şəhəri ərazisində və başqa rayonlara müştəri apararaq taksi sürücüsü kimi fəaliyyət göstərir. Vahidi 2014-cü ildə Aprel döyüşlərində iştirak edən vaxtdan tanımış və həmin vaxtdan onunla münasibəti olmuşdur. xx.xx.2025ci il tarixdə səhər saatlarında Vahid ona zəng edərək, onunla bir yerə gedəcəyini və həmin vaxt Tərtər rayonunda olduğu üçün gəlib onu olduğu yerdən götürməsini demiş, o, Tərtər rayonu ərazisindən Vahidi götürmüş və birlikdə Ağdaşa yola düşmüşlər. O, Vahiddən hara gedəcəklərini soruşduqda Vahid ona Ağdaş rayonuna gedəcəklərini, Ağdaş rayonunda dostu Elgizin gözlədiyini və onun yanına gedib Ağdaş rayonu ərazisində yerləşən evlərdən oğurluq edəcəklərini, buna görə ona 100 manat pul verəcəyini demişdir. Pulu olmadığından, həmçinin bir neçə saata rahat pul əldə edəcəyini düşünüb onunla razılaşmışdır. Təxminən günorta saatlarında Vahidin ona göstərdiyi məkan məlumatları ilə Ağdaş şəhəri ərazisinə gəlib, Elgizlə görüşmüşlər, Vahid onu Elgizlə tanış etmiş, Elgiz adlı şəxs maşında onlara oğurluq edəcəkləri yer barədə məlumat verdikdən sonra Elgiz ondan avtomobili dediyi yerə sürməsini istəmişdir. Elgizin onlara oğurluq edəcəkləri yer barədə, həmçinin nə oğurlayacaqları barədə dedikdə oğurluq etmək barədə razılaşmışlar. Axşam saatlarında sonradan adını bildiyi Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun qırağında olan evlərin yerləşdiyi şəhərciyin yanına gəldikdə, Elgizin ona avtomobili yolun kənarında saxlamasını, onlara maşında gözləmələrini bildirib maşından aşağı düşüb evlərin olduğu şəhərciyə tərəf getmiş, bir neçə dəqiqə sonra Elgiz geri qayıdaraq maşının qapısını açıb maşına oturmuş, ona maşını şəhərciyin içərisinə sürüb heç kimin kənardan görə bilməyəcəyi yerdə dayanmasını demiş, bu qaydada şəhərciyin ərazisinə daxil olub arxa tərəfə getmişlər, maşını evlərin arasında heç kimin görməyəcəyi yerdə saxlamış, bundan sonra hər üçü maşından aşağı enmişlər, hər üçünün yenidən ətrafa göz gəzdirdikdə heç kimin olmamasını görmüşlər. Elgiz evlərə özünün daxil olacağını, ona maşının yanında dayanıb ətrafa baxıb pusquda dayanmağını, əgər kimsə gələrsə onlara məlumat verməsini, həmçinin onun evdən oğurlayıb Vahidə verəcəyi əşyaları Vahidə kömək edib maşına yükləməsini, Vahidə isə özünün daxil olduğu evlərin pəncərələrinin qarşısında onu gözləməsini və oğurladıqları əşyaları Vahidə verdikdən sonra özü ilə birlikdə maşına aparıb yükləməyini bildirmişdir. Bundan sonra o, ətrafı gəzməyə başlamış, ətrafda heç kim olmamış, heç kim onları görməmiş, kimsə gələrsə tez şəkildə Elgiz və Fəyaza məlumat verməsi üçün hər ehtimala qarşı kiminsə gəlməyindən qorxub pusquda dayanmış, şəhərcikdə olan evlərin hər birinin ətrafının dəmir setka ilə hasarlanmış, ətrafa baxarkən Elgiz və Vahidin setka hasarın qapısından evlərin birinin ərazisinə daxil olduğunu, Elgizin pəncərəni bərk içəriyə doğru itələdiyini və pəncərənin açıldığını, Elgizin pəncərədən evə daxil olduğunu və Vahidin pəncərənin qarşısında çöldə dayanmasını görmüş, biraz sonra Elgiz pəncərədən bir-bir qızdırıcı radiatorları (atapleniya) Vahidə vermiş, Vahid də onları bir-bir maşına tərəf gətirmiş və o, Vahidə kömək edərək onları maşına yükləmişdir. Daha sonra Elgiz pəncərədən Vahidə 1 ədəd qaz plitəsi verdikdən sonra pəncərədən çölə çıxmış, 1-ci evdən ümumilikdə 06 ədəd panel qızdırıcı radiator (atapleniya) və 01 ədəd qaz piltəsi oğurlamışlar. Oğurladıqları əşyalar az olduğu üçün və maşında hələ də yük yığmağa yer olduğu üçün başqa evdən oğurluq etmək qərarına gəlmişlər. Daha sonra Vahid Elgizlə birlikdə 1-ci oğurluq etdikləri evin yanında olan digər evlərdən birinin ərazisinə daxil olmuş, Elgiz yenə evin ön pəncərəsini içəri doğru basıb pəncərəni açmış və evin pəncərəsindən evə daxil olmuş, Vahid də pəncərənin qarşısında onu gözləmiş, o, da ətafa baxaraq pusquda dayanmışdır. Elgiz evə daxil olduqdan sonra pəncərədən 01 ədəd qaz piltəsini Vahidə vermiş və Elgiz pəncərədən aşağı düşmüş, Vahid də həmin qaz piltəsini gətirib maşına qoymuşdur. Daha sonra Vahid Elgizlə birlikdə 2-ci oğurluq etdikləri evin yaxınlığında olan digər evlərdən birinin ərazisinə daxil olmuş, Elgiz yenə evin ön pəncərəsini içəri doğru basdıqda pəncərəni açmış və evin pəncərəsindən evə daxil olmuş, Vahid də pəncərənin qarşısında onu gözləmiş, o, isə ətrafa baxaraq pusquda dayanmışdır. Elgiz evə daxil olduqdan sonra pəncərədən bir-bir qızdırıcı radiatorları (atapleniya) Vahidə vermiş, özü də gedib Vahidə kömək edərək onları maşına tərəf gətirib maşına yükləmişdir. Daha sonra Vahidlə birlikdə artıq maşında yer olmadığını görmüşlər və bu barədə Elgizə demişlər. Elgiz pəncərədən çölə çıxıb evi tərk etmiş, həmin evdən ümumilikdə 04 ədəd panel qızdırıcı radiator (atapleniya) oğurlamışlar. Daha sonra maşının yanına gedib maşına əyləşib şəhərciyin ərazisindən çıxmışlar, maşını özü idarə etmiş, ön sərnişin oturcağında Vahid, arxa oturacaqda isə Elgiz əyləşmişlər. Maşında gələrkən Vahid onlara oğurladıqları qızdırıcı radiatorları (atapleniya) və qaz piltələrini tanışları olduğu üçün Bərdə rayonunda özünün satacağını və əldə etdiyi pulu aralarında böləcəyini demiş, Elgiz onunla razılaşıb Yevlax rayonunda avtomobildən düşmüşdür. Daha sonra Bərdədə Vahid maşından aşağı düşüb bir neçə müddət bundan əvvəl kirayə götürərək özünün idarə etdiyi qara rəngli **-UC-*** dövlət qeydiyyat nişanlı “Lada Priora” minik markalı avtomobilin baqajını və arxa sərnişin qapısını açmış, oğurladıqları 10 ədəd qızdırıcı radiatoru (atapleniya) və 02 ədəd qaz piltəsini Vahidlə birlikdə “Lada Priora” markalı avtomobilə yığdıqdan sonra Vahid ona 100 manat pul vermişdir. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, dəymiş ziyanı ödəmişdir, ona güzəşt edib yüngül cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri onların özlərinin etirafları ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə göstərdi ki, o, xx.xx.2023-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST” Agentliyinin “X12” MMC-nin baş mütəxəssis hüquqşünası vəzifəsində işləyir, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Ağdaş rayonu, Pirəyir kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və 1-ci Qarabağ müharibəsi əlillərinə verilməsi üçün nəzərdə tutulan 14, 19 və 24 nömrəli evlərdən müxtəlif ev əşyalarının oğurlanması barədə həmin şəhərcikdə gözətçi vəzifəsində işləyən X19 DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək və Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin baş vermiş hadisə barədə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə məlumat vermiş, diyini, xx.xx.2025-ci il tarixdə Ağdaş rayonu, Pirəyir kəndində şəhərcikdə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 14, 19 və 24 nömrəli evlərdən müxtəlif ev əşyalarının Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ümumilikdə 1800 manat maddi ziyan vurduqları müəyyən edilmişdir. Həmin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Ağdaş RPŞ-də cinayət işi başlanıldığını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəydiyindən iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, bundan sonra özü zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təyin edilmiş, araşdırma zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Pirəyir kəndində şəhərcikdə yerləşən 3 evdən oğurladıqları 10 ədəd panel qızdırıcı radiatoru (atapleniya) Vahidin Bərdə rayonu ərazisində Hikmət adlı şəxsə pul qarşılığında satması, 02 ədəd qaz piltəsini isə Bərdə rayonu ərazisində tanımadığı şəxsə pul qarşılığında satması müəyyən edilmiş, Şahid1 götürülmüş 10 ədəd panel qızdırıcı radiatorun (atapleniya) iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, şəhərcikdə gözətçi vəzifəsində işləyən X16 təhvil verilmiş, həmin 14 və 19 nömrəli evlərə tərəfindən baxış keçirilərkən 10 ədəd panel qızdırıcı radiatorun (atapleniya) öz yerlərinə yenidən quraşdırılmalarının müəyyən edildiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuş, ziyanı ödəmişlər, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Ağdaş rayonu, Tofiqi kəndində ailəsi ilə birlikdə yaşadığını, əri X4 1-ci Qarabağ müharibəsində iştirak etdiyini və həmin müharibədə şəhid olduğunu, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində dövlət tərəfindən 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilməsi üçün evlər tikildiyini, hal-hazırda həmin evlərin tikintisinin başa çatdırıldığını, lakin həmin ərazidə olan evlərdə heç kimin yaşamadığını, həmin yerdən şəhid arvadı olduğu üçün dövlət tərəfindən ona 8 il bundan əvvəl ev verildiyini, həmin şəhərcikdə 35 ev olduğunu, ona verilmiş evin nömrəsinin 5 nömrəli ev olduğunu, lakin hal-hazırda həmin evdə yaşayış olmadığını, mütəmadi olaraq dövlət tərəfindən ona verilən evə gedib baxdığını, vaxt olduqca nəzarət etdiyini, evin açarlarının ondan başqa həmin evlərin mühafizəsini təşkil edən Rafiq adlı gözətçidə olduğunu, evin 3 otaq, 1 mətbəx və hamam və tualetin yerləşdiyi ayrıca bir otaqdan ibarət olduğunu, belə ki, evin hamam və tualetinin tam hazır vəziyyətdə olduğunu, lakin digər 3 otağa və mətbəxə kombi sistemi quraşdırılıb qızdırıcı radiatorlar (atapleniya) çəkilərək hazır vəziyyətdə olduğunu, həmçinin evin mətbəx otağında istifadə olunmamış 4 gözlü 1 ədəd qaz piltəsi olduğunu, evin qapısını açıb evə baxıb çıxarkən həmişə evin giriş qapısını açarla bağladığını, həmçinin evin pencərələrini də mütəmadi olaraq bağlı saxladığını, gözətçi işləyən Rafiq adlı şəxsə də evin giriş qapısını və pencərələrini bağlı saxlamasını tapşırdığını, şəhərcikdə yerləşən evlərin bəzilərindən oğurluq olmasını eşitdiyini və bu səbəbdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində şəhərcikdə yerləşən evinə baxmaq qərarına gəldiyini, bundan sonra Ağdaş rayonu, Tofiqi kəndində yerləşən evindən çıxıb həmin yerə gəldiyini, evin qarşısına çatdıqda evin ön pencərəsinin açıq olmasını gördüyünü, dərhal evin giriş qapısını açarla açıb evə daxil olduğunu, evə daxil olduqda evdə ayaq izləri olmasını gördüyünü, ilk öncə mətbəxə daxil olduqda mətbəxdə 400 (dörd yüz) manat dəyərində istifadə olunmamış dörd gözlü 01 (bir) ədəd qaz piltəsinin yerində olmadığını gördüyünü, dərhal oğurluq olub-olmadığını dəqiqləşdirmək üçün otaqları yoxlamağa başladığını, daha sonra evin otaqlarını gəzərkən evin otaqlarında ümumilikdə 06 (altı) ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 48 seksiyadan ibarət olan qızdırıcı radiatorların (atapleniya) olmamasını aşkar etdiyini, bundan sonra ona məxsus şəhərcikdə yerləşən 5 nömrəli evdən oğurluq olması barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, daha sonra öz evindən başqa şəhərcikdə yerləşən bir neçə evdən də oğurluq olduğunu öyrəndiyini, ona məxsus şəhərcikdə yerləşən 5 nömrəli evdən oğurluq hadisəsini Bərdə rayon sakini Təqsirləndirilən şəxs2 və Ağdaş rayon sakini Təqsirləndirilən şəxs3 birlikdə törətdiyinin polis əməkdaşları tərəfindən ona bildirildiyini, həmin şəxsləri əvvəllər tanımadığını və onlarla arasında heç bir ədavət və münaqişə olmadığını, ona məxsus şəhərcikdə yerləşən 5 nömrəli evdən oğurlanmış 01 ədəd Türkiyə istehsalı olan, “STARGAZ” brendinə məxsus, istifadə olunmamış 04 (dörd) gözlü qaz piltəsinin və 06 ədəd hər biri 08 seksiya olmaqla ümumilikdə 48 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Ağdaş RPŞ-nin İstintaq bölməsi tərəfindən ona geri qaytarıldığını, həqiqətən də həmin əmlakların ona məxsus olduğunu və oğurluq nəticəsində ona ümumilikdə 1000 (min) manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuş, ziyanı ödəmişlər, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Ağdaş rayonu, Qolqəti kəndində ailəsi ilə birlikdə yaşadığını, 2-ci qrup 1-ci Qarabağ müharibəsi əlili olduğunu, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində dövlət tərəfindən 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilməsi üçün evlər tikildiyini, hal-hazırda həmin evlərin tikintisi başa çatdırıldığını, lakin həmin ərazidə olan evlərdə heç kimin yaşamadığını, həmin yerdən 1-ci Qarabağ müharibəsi əlili olduğu üçün dövlət tərəfində ona 8 il bundan əvvəl ev verildiyini, həmin şəhərcikdə 35 ev olduğunu, ona verilmiş evin nömrəsi 25 nömrəli olduğunu, lakin halhazırda həmin 25 nömrəli evdə yaşayış olmadığını, mütəmadi olaraq dövlət tərəfindən ona verilən evə gedib baxdığını, vaxt olduqca nəzarət etdiyini, evin açarlarının ondan başqa həmin evlərin mühafizəsini təşkil edən Rafiq adlı gözətçidə olduğunu, evin 3 otaq, 1 mətbəx və hamam və tualetin yerləşdiyi ayrıca bir otaqdan ibarət olduğunu, evin hamam və tualetinin tam hazır vəziyyətdə olduğunu, lakin digər 3 otağa və mətbəxə kombi sistemi quraşdırılıb qızdırıcı radiatorlar (atapleniya) çəkilərək hazır vəziyyətdə olduğunu, həmçinin evin mətbəx otağında istifadə olunmamış 4 gözlü 1 ədəd qaz piltəsi olduğunu, şəhərcikdə yerləşən 25 nömrəli evin qapısını açıb evə baxıb çıxarkən həmişə evin giriş qapısını açarla bağladığını, həmçinin evin pəncərələrini də mütəmadi olaraq bağlı saxladığını, həmçinin gözətçi işləyən Rafiq adlı şəxsə də evin qapısını və pəncərələrini bağlı saxlamasını tapşırdığını, şəhərcikdə yerləşən evlərin bəzilərindən oğurluq olmasını eşitdiyini və bu səbəbdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən evinə baxmaq qərarına gəldiyini, bundan sonra Ağdaş rayonu, Qolqəti kəndində yerləşən evindən çıxıb həmin yerə gəldiyini, evin qarşısına çatdıqda evin ön pəncərəsinin açıq olmasını gördüyünü, dərhal evin giriş qapısını açarla açıb evə daxil olduğunu, evə daxil olduqda evdə ayaq izləri olmasını gördüyünü, ilk öncə mətbəxə daxil olduqda mətbəxdə 400 (dörd yüz) manat dəyərində istifadə olunmamış dörd gözlü 01 (bir) ədəd qaz piltəsinin yerində olmadığını gördüyünü, dərhal oğurluq olub-olmadığını dəqiqləşdirmək üçün otaqları yoxlamağa başladığını, daha sonra evin otaqlarını gəzərkən evin otaqlarında ümumilikdə 07 (yeddi) ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan qızdırıcı radiatorların (atapleniya) olmamasını aşkar etdiyini, bundan sonra ona məxsus olan evdən oğurluq olması barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, Daha sonra şəhərcikdə yerləşən 25 nömrəli evindən başqa şəhərcikdə yerləşən bir neçə evdən də oğurluq olduğunu bildiyini, sonradan polis əməkdaşları bildirdilər ki, ona məxsus şəhərcikdə yerləşən 25 nömrəli evdən oğurluq hadisəsini Bərdə rayon sakini Təqsirləndirilən şəxs2 və Ağdaş rayon sakini Təqsirləndirilən şəxs3 birlikdə törətdiyinin polis əməkdaşlarının ona bildirdiyini, həmin şəxsləri əvvəllər tanımadığını və onlarla aralarında heç bir ədavət və münaqişə olmadığını, ona məxsus şəhərcikdə yerləşən 25 nömrəli evdən oğurlanmış 01 ədəd Türkiyə istehsalı olan, “STARGAZ” brendinə məxsus, istifadə olunmamış 04 (dörd) gözlü qaz piltəsinin və 07 ədəd hər biri 08 seksiya olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Ağdaş RPŞ-nin İstintaq bölməsi tərəfindən ona geri qaytarıldığını, həqiqətən də həmin əmlaklar ona məxsus olmasını və oğurluq nəticəsində ona 1100 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuş, ziyanı ödəmişlər, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Qarasuqumlaq kəndində ailəsi ilə birlikdə yaşadığını, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində dövlət tərəfindən 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün evlər tikildiyini, hal-hazırda həmin evlərin tikintisinin başa çatdırıldığını, lakin həmin ərazidə olan evlərdə heç kimin yaşamadığını, həmin yerdən 1-ci Qarabağ müharibəsi şəhidi X18 anası olduğu üçün dövlət tərəfində anası X8 8 il bundan əvvəl ev verildiyini, anası X7 xx.xx.2020-ci ildə vəfat etdiyini, bu səbəbdən evin onun mülkiyyətinə keçdiyini və hal-hazırda evin mülkiyyətçisinin özü olduğunu, həmin şəhərcikdə 35 ev olduğunu, ona verilmiş evin nömrəsi 30 nömrəli olduğunu, hal-hazırda həmin evdə yaşayış olmadığını, mütəmadi olaraq dövlət tərəfindən ona verilən evə gedib baxdığını, vaxt olduqca nəzarət etdiyini, həmin evin açarlarının ondan başqa həmin evlərin mühafizəsini təşkil edən Rafiq adlı gözətçidə olduğunu, evin 3 otaq, 1 mətbəx otağı və hamam və tualetin yerləşdiyi ayrıca bir otaqdan ibarət olduğunu, evin hamam və tualetinin tam hazır vəziyyətdə olduğunu, lakin digər 3 otağa və mətbəxə kombi sistemi quraşdırılıb qızdırıcı radiatorlar (atapleniya) çəkilərək hazır vəziyyətdə olduğunu, həmçinin evin mətbəx otağında istifadə olunmamış 4 gözlü 1 ədəd qaz plitəsinin olduğunu, evin qapısını açıb evə baxıb çıxarkən həmişə evin giriş qapısını açarla bağladığını, həmçinin evin pəncərələrini də mütəmadi olaraq bağlı saxladığını, həmçinin gözətçi işləyən Rafiq adlı şəxsə də evin qapısını və pəncərələrini bağlı saxlamasını tapşırdığını, şəhərcikdə yerləşən evlərin bəzilərindən oğurluq olmasını eşitdiyini və bu səbəbdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində şəhərcikdə yerləşən evinə baxmaq qərarına gəldiyini, bundan sonra Ağdaş rayonu, Qarasuqumlaq kəndində yerləşən evindən çıxıb həmin yerə gəldiyini, evin qarşısına çatdıqda evin ön pəncərəsinin açıq olmasını gördüyünü, dərhal evin giriş qapısını açarla açıb evə daxil olduğunu, evə daxil olduqda evdə ayaq izləri olmasını gördüyünü, ilk öncə mətbəxə daxil olduqda mətbəxdə 400 (dörd yüz) manat dəyərində istifadə olunmamış dörd gözlü 01 (bir) ədəd qaz piltəsinin yerində olmadığını gördüyünü, daha sonra evin digər otaqlarını gəzməyə başladığını, lakin evin digər otaqlarında olan əşyaların hamısının yerində olduğunu, bundan sonra ona məxsus olan evdən oğurluq olması barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, daha sonra şəhərcikdə yerləşən 30 nömrəli evindən başqa şəhərcikdə yerləşən bir neçə evdən də oğurluq olduğunu bildiyini, sonradan polis əməkdaşlarının ona məxsus şəhərcikdə yerləşən 30 nömrəli evdən oğurluq hadisəsini Bərdə rayon sakini Təqsirləndirilən şəxs2 və Ağdaş rayon sakini Təqsirləndirilən şəxs3 birlikdə törətdiklərini bildirdiklərini, həmin şəxsləri əvvəllər tanımadığını və onlarla aralarında heç bir ədavət və münaqişə olmadığını, ona məxsus şəhərcikdə yerləşən 30 nömrəli evdən oğurlanmış 01 ədəd Türkiyə istehsalı olan, “STARGAZ” brendinə məxsus, istifadə olunmamış 04 (dörd) gözlü qaz piltəsinin Ağdaş RPŞ-nin İstintaq bölməsi tərəfindən ona geri qaytarıldığını, həqiqətən də həmin qaz piltəsinin ona məxsus olduğunu, oğurluq nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuş, ziyanı ödəmişlər, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində Ağdaş rayonu, Tofiqi kəndində ailəsi ilə birlikdə yaşadığını, 2-ci qrup 1-ci Qarabağ müharibəsi əlili olduğunu, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində dövlət tərəfindən 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün evlər tikildiyini, hal-hazırda həmin evlərin tikintisinin başa çatdırıldığını, lakin həmin ərazidə olan evlərdə heç kim yaşamadığını, həmin yerdən 1-ci Qarabağ müharibəsi əlili olduğu üçün dövlət tərəfində ona 8 il bundan əvvəl ev verildiyini, həmin şəhərcikdə 35 ev olduğunu, ona verilmiş evin nömrəsinin 10 nömrəli olduğunu, lakin hal-hazırda həmin evdə yaşayış olmadığını, mütəmadi olaraq dövlət tərəfindən ona verilən şəhərcikdə yerləşən evə gedib baxdığını, vaxt olduqca nəzarət etdiyini, həmin evin açarlarının ondan başqa həmin evlərin mühafizəsini təşkil edən Rafiq adlı gözətçidə də olduğunu, evin 3 otaq, 1 mətbəx və hamam və tualetin yerləşdiyi ayrıca bir otaqdan ibarət olduğunu, evin hamam və tualetinin tam hazır vəziyyətdə olduğunu, lakin digər 3 otağa və mətbəxə kombi sistemi quraşdırılıb qızdırıcı radiatorlar (atapleniya) çəkilərək hazır vəziyyətdə olduğunu, evin qapısını açıb evə baxıb çıxarkən həmişə evin giriş qapısını açarla bağladığını, həmçinin evin pəncərələrini də mütəmadi olaraq bağlı saxladığını, həmçinin gözətçi işləyən Rafiq adlı şəxsə də evin qapısını və pəncərələrini bağlı saxlamasını tapşırdığını, şəhərcikdə yerləşən evlərin bəzilərindən oğurluq olmasını eşitdiyini və bu səbəbdən xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu, Pirəyir kəndi ərazisində şəhərcikdə yerləşən 10 nömrəli evinə baxmaq qərarına gəldiyini, bundan sonra Ağdaş rayonu, Tofiqi kəndində yerləşən evindən çıxıb həmin yerə gəldiyini, evin qarşısına çatdıqda evin ön pəncərəsinin açıq olmasını gördüyünü, dərhal evin giriş qapısını açarla açıb evə daxil olduğunu, evə daxil olduqda evdə ayaq izləri olmasını gördüyünü, dərhal oğurluq olub-olmadığını dəqiqləşdirmək üçün otaqları yoxlamağa başladığını, daha sonra evin otaqlarını gəzərkən evin otaqlarında ümumilikdə 07 (yeddi) ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan qızdırıcı radiatorların (atapleniya) olmamasını aşkar etdiyini, bundan sonra ona məxsus olan evdən oğurluq olması barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, daha sonra ona məxsus şəhərcikdə yerləşən 10 nömrəli evdən başqa şəhərcikdə yerləşən bir neçə evdən də oğurluq olduğunu bildiyini, sonradan polis əməkdaşlarının ona məxsus evdən şəhərcikdə yerləşən 10 nömrəli evdən oğurluq hadisəsini Bərdə rayon sakini Təqsirləndirilən şəxs2 və Ağdaş rayon sakini Təqsirləndirilən şəxs3 birlikdə törətdiyini bildirdiklərini, həmin şəxsləri əvvəllər tanımadığını və onlarla aralarında heç bir ədavət və münaqişə olmadığını, ona məxsus şəhərcikdə yerləşən 10 nömrəli evdən oğurlanmış 07 ədəd hər biri 08 seksiya olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Ağdaş RPŞ-nin İstintaq bölməsi tərəfindən ona geri qaytarıldığını, həqiqətən də həmin əmlakların ona məxsus olduğunu və oğurluq nəticəsində ona 700 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuş, ziyanı ödəmişlər, onlardan heç bir şikayət və tələbləri yoxdur. Daha zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə barışıq əldə olunmsı və ziyanın ödənilməsi barədə məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ünvan 1 ünvanında anası ilə birlikdə yaşadığını, heç bir ruhi-əsəb və sair xəstəliyinin olmadığını, 2013-cü ildən kombi ustası kimi işlədiyini, xx.xx.2025-ci il tarixdə axşam saatlarında əvvəlcədən Bərdə şəhər sakini kimi tanıdığı və münasibəti olduğu Vahidin ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özündə hal-hazırda 10 ədəd az istifadə olunmuş 80 sm ölçüdə panel qızdırıcı radiatorlar (atapleniya) olduğunu, 1 ədədini 30 manata satdığını ona dediyini, o da Vahiddən həmin panel qızdırıcı radiatorları (atapleniya) nə üçün satdığını soruşduqda Vahidin ona panel qızdırıcı radiatorları (atapleniya) başqa şəxsdən ucuz qiymətə aldığını, üzərinə pul qoyaraq satıb qazanc əldə etdiyini dediyini, onunla görüşüb onlara baxdıqdan sonra qiymətdə razılaşıb alacağını bildirdiyini və Vahidin ona zəng edəcəyini dedikdən sonra onunla sağollaşdıqlarını, həmin gün Vahidin ona zəng edərək hal-hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasının qarşısında olduğunu, həmin panel qızdırıcı radiatorlara (atapleniya) orada gəlib baxa biləcəyini dedikdən sonra Vahidin yanına indi gələcəyini deyib Vahidlə telefonda sağollaşıb özünə məxsus olan “Lada Calino” minik markalı, **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Bərdə rayon Xəstəxanasının qarşısına gəldiyini, xəstəxananın qarşısına çatdıqdan sonra Vahidə zəng etdikdə Vahidin ona özünə məxsus “Lada Priora” minik markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun kənarında dayandığını dediyini, həmin maşının yaxınlığında maşınını saxlayıb maşından aşağı endiyini və Vahidin idarə etdiyi maşına yaxınlaşdığını, daha sonra maşından Vahidin aşağı düşdüyünü, onunla görüşüb hal-əhval tutduqdan sonra satmaq istədiyi panel qızdırıcı radiatorlara (atapleniya) baxmaq istədiyini dediyini, Vahidin maşının yük yerini və arxa sərnişin oturacağının qapısını açdıqdan sonra maşının baqaj yerində və arxa sərnişin oturacaqlarında ümumilikdə 10 ədəd panel qızdırıcı radiator (atapleniya) olmasını gördüyünü və həmin panel qızdırıcı radiatorlara baxdıqda hər birinin 80 sm ölçüdə olmasını gördüyünü, sonra Vahidə sərf edən qiymətə satarsa alacağını dediyini, Vahidin ona 1 ədədini 30 manata satdıqda ona hər birində 5 manat ümumilikdə satdığı panel qızdırıcı radiatorlara (atapleniya) görə 50 manat pul qaldığını dediyini, bundan sonra Vahiddən həmin panel qızdırıcı radiatorların (atapleniya) bir ədədini 30 manata almağa razılaşdığını, həmçinin Vahiddən panel qızıdırcı radiatorların (atapleniya) oğurluq olubolmamasını soruşduqda Vahidin ona həmin panel qızdırıcı radiatorları (atapleniya) başqa şəxsdən ucuz qiymətə aldığını və üstünə pul qoyaraq satdığını dediyini, bundan sonra o Vahidə idarə etdiyi “ Lada Priora” minik markalı avtomobili özünün maşınının arxasıyca sürməyini və panel qızdırıcı radiatorları (atapleniya) yaşadığı evin həyətinə boşaldacaqlarını dediyini, daha sonra hər ikisinin öz avtomobillərinə əyləşərək yaşadığı ünvan 2 ünvanında yerləşən evinin qarşısına gəldiklərini, həmin 10 ədəd panel qızdırıcı radiatoru (atapleniya) onunla birlikdə yaşadığı evin həyətində olan qaraja boşaltdıqdan sonra ümumilikdə 10 ədəd panel qızdırıcı radiatora (atapleniya) görə Vahidə 300 manat pul verdikdən sonra onunla sağollaşdığını və Vahidin idarə etdiyi avtomobilə əyləşərək çıxıb getdiyini, sonradan polis əməkdaşlarının Bərdə şəhərində yerləşən yaşadığı evə gələrək Vahidin ona satdığı 10 ədəd panel qızdırıcı radiatorun (atapleniya) Vahid tərəfindən Ağdaş rayonu, Pirəyir kəndində şəhərcikdə yerləşən evlərdən oğurladığını bildirdiklərini, Vahidin ona satdığı 10 ədəd panel qızıdırıcı radiatorun (atapleniya) oğurluq olması barədə məlumat vermədiyini və həmin 10 ədəd qızdırıcı radiatorun (atapleniya) oğurluq olması barədə məlumatı olmadığını, Vahiddən aldığı 10 ədəd panel qızdırıcı radiatoru (atapelniya) istifadə etmədiyini və həmin 10 ədəd panel qızıdrıcı radiatoru (atapelniya) polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşadığını, heç bir ruhi-əsəb və sair xəstələyinin olmadığını, 2012-ci ildən Bərdə şəhəri, Bakı küçəsində yerləşən maşın təmiri sexində elektrik kimi işlədiyini, təxminən bir neçə vaxtdır ki, Təqsirləndirilən şəxs2 tanıdığını, Vahidin idarə etdiyi “Lada Priora” markalı avtomobil xarab olduğu üçün müəyyən vaxtlarda həmin avtomobili işlədiyi sexə gətirərək ona düzlətdirdiyini, bəzən isə zəng edərək maşınında problem olmasını ona bildirərək ondan köməklik istədiyini, bu səbəbdən onunla münasibəti yarandığını, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Vahidin idarə etdiyi “Lada Prirora” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilində nasazlıq olduğu üçün avtomobili ilə işlədiyi sexə yanına gəldiyini, Vahidin maşınını düzəldən zaman onunla söhbət edərkən Vahidin ona dostunun pula ehtiyacı olduğu üçün yarı tikilmiş halda olan evini satacağını, satmamışdan əvvəl həmin evin içində olan əşyaları da satdığını dediyini, yeni ev tikdirdiyi üçün ondan dostunun hansı əşyaları satacağını soruşduğunu, Vahidin də ona həmin evdə qızdırıcı radiatorlar (atapleniya) olduğunu və onları satdığını dediyini, yeni ev tikdirəcəyi üçün almaq istəyəcəyini bildirdikdən sonra Vahidin ona xəbər edəcəyini dediyini və maşınını düzəldib ona təhvil verdikdən sonra onunla sağollaşdığını, xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində sexdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Vahidin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng etdiyini, zəngi açdıqdan sonra Vahidin telefonda ona qızdırıcı radiatorların (atapleniya) maşınında olduğunu dediyini, telefonda Vahiddən qiymətini soruşduqda onunla görüşüb razılaşacaqlarını bildirdiyini, Vahidə hal-hazırda işdə olduğunu, əlində iş gördüyünü, təxminən 15-20 dəqiqə sonra işi bitdikdən sonra zəngləşib həmin qızdırıcı radiatorlara (atapleniya) baxdıqdan sonra, həmçinin qiymətdə razılaşdıqdan sonra alıbalmayacağını bildirdiyini və onunla sağollaşdığını, təxminən 15-20 dəqiqə sonra Vahidlə telefonda danışarkən işdən çıxdığını və Vahidə həmin qızdırıcı radiatorları (atapleniya) yaşadığı evin qarşısına gətirməsini bildirdiyini, yaşadığı evin yerini ona izah etdikdən sonra işdən çıxıb evinin qarşısına getdiyini, evin qarşısına çatmağa az qalmış təxminən 5- 10 dəqiqə sonra Vahidlə telefonla danışarkən Vahidin evin yaxınlığında yolun kənarında idarə etdiyi “Lada Priora” minik markalı avtomobillə dayanmasını dediyini, evin qarşısına yaxınlaşdıqda yolun kənarında Vahidin idarə etdiyi avtomobilin dayandığını gördüyünü və avtomobilini Vahidin avtomobilinin arxasında saxlayıb maşından aşağı enib onunla görüşdükdən sonra küçə qaranlıq olduğu üçün qızdırıcı radiatorlara (atapleniya) işıqlı yerdə baxmağı üçün evin giriş darvazasını açdığını və Vahidə maşını evin həyətinə işıqlı yerə sürməsini dediyini, Vahidin maşını evin həyətində olan qarajın qarşısında işıq düşən yerdə saxladığını və maşından aşağı düşdüyünü, Vahidin maşının yük yerini və arxa qapılarını açdığını, arxa sərnişin oturacaqlarının üstündə və baqajda hər biri 8 seksiyadan ibarət olan qızdırıcı radiatorlar (atapleniya) olmasını gördüyünü, Vahidin ona maşında hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 160 seksiya olan 20 ədəd qızıdırcı radiatorlar (atapleniya) olmasını və hər birinin az işlənməsini dediyini, həmin qızdırıcı radiatorlara (atapleniya) baxdıqda hər birinin üstlərinin torpaqlı halda və işlənmiş vəziyyətdə olmalarını gördüyünü, daha sonra Vahidə qiymətdə razılaşarıqsa almaq istədiyini dediyini, ondan həmin hər biri 08 seksiyadan ibarət olan qızdırıcı radiatorların (atapleniya) 1 ədədinin qiymətini soruşduqda Vahidin 08 seksiyadan ibarət olan 1 ədəd qızdırıcı radiatoru (atapleniya) 48 manata satdığını dediyini, həmin qiymətdən çıxmasını və biraz da aşağı qiymətə satmasını ondan istəsə də o bundan aşağı qiymətə satmayacağını dediyini, hər biri 8 seksiya olmaqla ümumilikdə 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiatoru (atapleniya) 960 manat qarşılğında onunla razılaşdığını və maşında olan 20 ədəd qızdırıcı radiatoru (atapleniya) evin həyətində olan qarajın içərisinə onunla birlikdə boşaltdıqlarını, boşaldıb qurtardıqdan sonra Vahidə orada 500 manat pul verdiyini, qalan 460 manat pulu isə hal-hazırda pulu olmadığı üçün hissə-hissə verəcəyini dediyini, Vahidin onunla razılaşdıqdan sonra onunla görüşüb idarə etdiyi maşına əyləşib getdiyini, sonradan polis əməkdaşlarının Bərdə şəhərində yerləşən yaşadığı evə gələrək Vahidin ona satdığı hər biri 8 seksiya olmaqla ümumilikdə 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiatoru (atapleniya) Ağdaş rayonu, Pirəyir kəndində şəhərcikdə yerləşən evlərdən oğurladığını bildirdiklərini, Vahidin ona satdığı hər biri 08 seksiya olmaqla ümumilikdə 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiatorun (atapleniya) oğurluq olması barədə məlumat vermədiyini və həmin qızıdırıcı radiatorların (atapleniya) oğurluq olması barədə məlumatının olmadığını, Vahiddən aldığı hər biri 8 seksiya olmaqla ümumilikdə 160 seksiyadan ibarət olan 20 ədəd qızdırıcı radiatoru (atapleniya) istifadə etmədiyini və onların hər birini polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. İş materiallarında olan 05 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olmaqla 1-ci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və 1ci Qarabağ Müharibəsi əlillərinə verilməsi üçün nəzərdə tutulan şəhərcikdə yerləşən 14 nömrəli evdir. Həmin şəhərcikdə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. X19 oğurluq baş vermiş 14 nömrəli evi göstərərək evin heç kimə verilmədiyini və yaşayış olmadığını, həmçinin həmin evin hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olmasını bildirmişdir. Oğurluq baş vermiş ev 1 mərtəbəli yeni tikilmiş evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Həmin evin 2 otağı, 1 mətbəx otağı, hamam və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Evə daxil olduqda sağ tərəfdə mətbəx, sol tərəfdə və qarşıda otaqlar vardır. Rafiq Həşimov ümumilikdə 80sm ölçüdə 04 ədəd panel qızdırıcı radiatorun (atapleniya) evin otaqlarından oğurlandığını bildirmişdir. Evin otaqlarında ümumilikdə 80sm ölçüdə 08 ədəd panel qızdırıcı radiatorun (atapleniya) olduğunu bildirmiş və həmin naməlum şəxs(lər) tərəfindən 04 ədəd panel qızdırıcı radiatorun (atapleniya) oğurlanmadığını bildirdi. Daha sonra Ağdaş RPŞ-nin kriminalisti vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı X13 tərəfindən evdə olan 04 ədəd panel qızdırıcı radiatorun (atapleniya) üzərindən əl-barmaq izi nümunələri götürülmüşdür. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün nəzərdə tutulan evlərdir. Həmin ərazidə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. Zərərçəkmiş şəxs2 məxsus ev 1 mərtəbəli yeni tikilmiş 5 nömrəli evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Evin 3 otağı, 1 mətbəx otağı və hamam və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Həmin evin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə mətbəx otağı vardır. Zərərçəkmiş şəxs2 01 ədəd qaz plitəsinin mətbəxdən oğurlandığını bildirmişdir. Evin digər otaqlarından isə hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 48 seksiyadan ibarət olan 06 ədəd qızdırıcı radiatorun (atapleniya) oğurlandığını bildirmişdir. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün nəzərdə tutulan evlərin yerləşdiyi şəhərcikdir. Həmin ərazidə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. Zərərçəkmiş şəxs4 məxsus ev 1 mərtəbəli yeni tikilmiş ev 25 nömrəli evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Evin 3 otağı, 1 mətbəx otağı, hamam və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Həmin evin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə mətbəx otağı vardır. Zərərçəkmiş şəxs4 01 ədəd qaz plitəsinin mətbəx otağından oğurlandığını bildirmişdir. Evin digər 3 otaqlarından isə hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan 07 ədəd qızdırıcı radiatorun (atapleniya) oğurlandığını bildirmişdir. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün nəzərdə tutlan evlərin yerləşdiyi şəhərcikdir. Həmin şəhərcikdə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. Zərərçəkmiş şəxs5 məxsus ev 1 mərtəbəli yeni tikilmiş 30 nömrəli evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Evin 3 otağı, 1 mətbəx otağı, hamam və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Zərərçəkmiş şəxs5 məxsus 30 nömrəli evə giriş qapısından içəri daxil olduqda sağ tərəfdə mətbəx otağı vardır. Zərərçəkmiş şəxs5 01 ədəd qaz plitəsinin həmin mətbəx otağından oğurlanmasını bildirmişdir. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün nəzərdə tutulan evlərin yerləşdiyi şəhərcikdir. Həmin ərazidə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. Zərərçəkmiş şəxs3 məxsus ev 1 mərtəbəli yeni tikilmiş ev 10 nömrəli evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Evin 3 otağı, 1 mətbəx otağı, hamam və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Zərərçəkmiş şəxs3 məxsus 10 nömrəli evin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə mətbəx otağı sol tərəfdə isə boş otaqlar vardır. Zərərçəkmiş şəxs3 evin 3 otağında olan hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan 07 ədəd qızdırıcı radiatorun (atapleniya) oğurlandığını bildirmişdir. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün nəzərdə tutlan evlərin yerləşdiyi şəhərcikdir. Həmin ərazidə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. X19 oğurluq baş vermiş 19 nömrəli evi göstərərək evin heç kimə verilmədiyini və yaşayış olmadığını, həmçinin həmin evin hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olmasını bildirdi. Oğurluq baş vermiş 9 nömrəli ev 1 mərtəbəli yeni tikilmiş evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Həmin evin 3 otağı, 1 mətbəx otağı, hama və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Evin giriş qapısından içəri daxil olduqda sağ tərəfdə mətbəx vardır. Rafiq Həşimov 01 ədəd qaz plitəsinin həmin mətbəxdən oğurlandığını bildirdi. Evin digər 3 otağından isə ümumilikdə 06 ədəd panel qızdırıcı radiatorun (atapleniya) oğurlandığını bildirmişdir. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yolun kənarında yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və əlillərə verilməsi üçün nəzərdə tutlan şəhərcikdə yerləşən evlərdir. Həmin ərazidə ümumilikdə 35 ev vardır. Həmin evlər yolun kənarında yerləşir. X19 oğurluq baş vermiş 24 nömrəli evi göstərərək evin heç kimə verilmədiyini və yaşayış olmadığını, həmçinin həmin evin hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olmasını bildirdi. Oğurluq baş vermiş 24 nömrəli ev 1 mərtəbəli yeni tikilmiş evdir. Evin ətrafı dəmir setka ilə hasarlanmışdır. Evin giriş qapısı dəmir qapıdandır. Həmin evin 2 otağı, 1 mətbəx otağı, hamam və tualetin yerləşdiyi ayrıca 1 otağı vardır. Evin giriş qapısından içərsi daxil olduqda sağ tərəfdə mətbəx otağı vardır. Rafiq Həşimov 01 ədəd qaz plitəsinin mətbəxdən oğurlandığını bildirmişdir. Bundan sonra baxış sonlandırılmış, baxış aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1) Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 həqiqətən də xx.xx.2025ci il tarixdə saat 16:09-dan saat 18:17-dək Ağdaş rayonu inzibati ərazi dairəsində olmuş, belə ki, Ağdaş rayonu Biyan zavodu, Ağdaş rayonu Qumlax kəndi, Ağdaş şəhəri 28 may küçəsi 21, Ağdaş rayonu Nehrəxəlil kəndi, Ağdaş rayonu Əmirarx kəndində yerləşən ATS ərazilərində, xx.xx.2025-ci il tarixdə saat 12:11-dən saat 19:43-dək Ağdaş rayonu inzibati ərazi dairəsində olmuş, belə ki, Ağdaş rayonu Yeniarx kəndi, Ağdaş rayonu Qumlax kəndi, Ağdaş rayonu Qəribli kəndi, Ağdaş şəhəri Azadlıq küçəsi 15, 42-ci məhəllə, Ağdaş rayonu Nehrəxəlil kəndi, Ağdaş rayonu Kotanarx kəndi, Ağdaş rayonu Ləki kəndi, Ağdaş rayonu Əmirarx kəndində yerləşən ATS ərazilərində olmuşdur. 2) Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 qeyd edilən həmin nömrəsi xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə saat 12:11-dən saat 19:43-dək Ağdaş rayonu inzibati ərazi dairəsində yerləşən ATS ərazilərində olmamışdır. 3) Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 həqiqətəndə xx.xx.2025-ci il tarixdə saat 16:15-dən saat 18:07-dək Ağdaş rayonu inzibati ərazi dairəsində olmuş, belə ki, Ağdaş rayonu Pirkəkə kəndi, Ağdaş rayonu Kotanarx kəndi, Ağdaş rayonu Qaradağlı kəndi, Ağdaş şəhəri B.Nəbiyev küçəsi, Ağdaş rayonu Ləki kəndində yerləşən ATS ərazilərində olmuşdur. 4) Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 16:25-dən saat 17:44-dək Ağdaş rayonu inzibati ərazi dairəsində olmuş, belə ki, Ağdaş şəhəri 28 may küçəsi, 21, Ağdaş şəhəri M.İsayev küçəsi, Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 7, Ağdaş şəhəri S.Vurğun küçəsi 109, Ağdaş rayonu Nehrəxəlil kəndi, Ağdaş rayonu Ləki kəndində yerləşən ATS ərazilərində olmuşdur. 5) Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 12:19-dan saat 18:14-dək Ağdaş rayonu inzibati ərazi dairəsində olmuş, belə ki, Ağdaş rayonu Əmirarx kəndi, Ağdaş rayonu Ləki kəndi, Ağdaş rayonu Nehrəxəlil kəndi, Ağdaş şəhəri Azadlıq küçəsi 15, 42-ci məhəllə, Ağdaş şəhəri M.İsayev küçəsi, ünvan 4 ünvanında yerləşən ATS ərazilərində, xx.xx.2025-ci il tarixdə saat 12:49-dan saat 19:43dək Ağdaş rayonu inzibati ərazi dairəsində olmuş, belə ki, Ağdaş rayonu Nehrəxəlil kəndi, Ağdaş şəhəri Azadlıq küçəsi 15, 42-ci məhəllə, Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 7, Ağdaş rayonu Ləki kəndi, Ağdaş rayonu Əmirarx kəndində yerləşən ATS ərazilərində olmuşdur. Həmçinin Ağdaş rayonu Pirəyir kəndi Ağdaş rayonu Nehrəxəlil və Kotanarx kəndləri ilə həmsərhəd yerləşir. Həmçinin, müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 08:02:03-dən başlayaraq günün müxtəlif vaxtlarında olmaqla xx.xx.2025-ci il tarixdə saat 22:52:06–dək Təqsirləndirilən şəxs3 ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifafəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 10:57:57-dən başlayaraq 12:01:28-də, 14:31:04-də, 14:36:01-də və 20:33:45-də Təqsirləndirilən şəxs1 ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə 16:57:03–dən başlayaraq günün müxtəlif vaxtlarında olmaqla xx.xx.2025-ci il tarixdə saat 19:21:02-dək Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 10:45:33-dən başlayaraq günün müxtəlif vaxtlarında olmaqla xx.xx.2025-ci il tarixdə saat 23:41:58–dək Təqsirləndirilən şəxs3 ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmışdır. İş materiallarında olan iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən nəzərdə tutulmuş evlərdən oğurluq cinayətinin xx.xx.1995-ci ildə Bərdə rayonu, Mirzalıbəyli kəndində doğulmuş, Laçın rayonu, Şəlvə kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2, xx.xx.1992-ci ildə Ağdaş rayonu, Əmirarx kəndində doğulmuş, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olmaqla Yevlax rayonu, Quşçu kəndində yaşayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs3 və xx.xx.1992-ci ildə Laçın rayonu, Budaqdərə kəndində doğulmuş, Laçın rayonu, Budaqdərə kəndində qeydiyyatda olmaqla Tərtər rayonu, Şıxax qəsəbəsində yaşayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi müəyyən edilmiş və onlar saxlanılaraq Ağdaş RPŞ-nin İstintaq bölməsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs3 saxlanılan zaman oğurlanmış 03 ədəd qaz plitəsinin özündə olmasını bildirmiş və təqdim etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti) 30 may 2025-ci il tarixli AE 05-311/25 nömrəli rəyindən görünür ki, a) 02 ədəd Türkiyə istehsalı olan, “STARGAZ” brendinə məxsus, istifadə olunmamış, 4 (dörd) gözlü qaz piltəsi və 10 ədəd Türkiyə istehsalı olan, istifadə olunmuş hər biri 80 sm ölçüdə panel qızdırıcı radiator (atapleniya) nəzəri qaydada qiymətləndirməyə təqdim edilməklə 2025-ci ilin mart ayına orta bazar dəyəri-790,0 (yeddi yüz doxsan) manat; b) 07 ədəd hər biri 08 seksiya olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiator (atapleniya) nəzəri qaydada qiymətləndirməyə təqdim edilməklə 2025-ci ilin aprel ayına orta bazar dəyəri-560,0 (beş yüz altmış) manat; c) 01 ədəd Türkiyə istehsalı olan, “STARGAZ” brendinə məxsus, istifadə olunmamış 4 (dörd) gözlü qaz piltəsi nəzəri qaydada qiymətləndirməyə təqdim edilməklə 2025-ci ilin aprel ayına orta bazar dəyəri-75,0 (yetmiş beş) manat; d) 01 ədəd Türkiyə istehsalı olan, “STARGAZ” brendinə məxsus, istifadə olunmamış 4 (dörd) gözlü qaz piltəsi və 06 ədəd hər biri 08 seksiya olmaqla ümumilikdə 48 seksiyadan ibarət olan Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiator (atapleniya) nəzəri qaydada qiymətləndirməyə təqdim edilməklə 2025-ci ilin aprel ayına orta bazar qiyməti-555,0 (beş yüz əlli büş) manat; e) 01 ədəd Türkiyə istehsalı olan “STARGAZ” brendinə məxsus, istifadə olunmamış 4 (dörd) gözlü qaz piltəsi və 07 ədəd hər biri 08 seksiya olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiator (atapleniya) nəzəri qaydada qiymətləndirməyə tədqim edilməklə 2025-ci ilin aprel ayına orta bazar dəyəri-635,0 (altı yüz otuz beş) manat qiymətdədir. İş materiallarında olan 30 may 2025-ci il tarixli, № AE 05-311/25 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizanın növü – Daşınar əmlakın qiymətləndirilməsi, aparılmış tədqiqatın dəyəri (AQP-nin 50 (əlli) manat minimal xidmət haqqı cədvəlinə uyğun olaraq): Köçürüləcək hesab xidmət göstərən: "xxxx" MMC, VÖEN: **********, Hesab № AZN: AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC 28 Mərkəzi filialı, Bankın VÖEN-İ: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 14 aprel 2025-ci il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2025-ci il tarixdə saat 14:30-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Ağdaş RPŞ-nin MSY-də azad edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 14 aprel 2025-ci il tarixdə saat 11:10-da şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2025-ci il tarixdə saat 14:00-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Ağdaş RPŞ-nin MSY-də azad edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 aprel 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14 aprel 2025-ci il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2025-ci il tarixdə saat 15:00-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Ağdaş RPŞ-nin MSY-də azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 1(070)- 5/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 12 noyabr c/1- 1004 nömrəli məktubundan görünür ki, Xocalı Rayon Məhkəməsinin 1(070)-5/2025 saylı 07 iyul 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün 12 noyabr 2025-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkumun ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs3 Xocalı Rayon Məhkəməsinin 1(070)-5/2025 saylı 07 iyul 2025-ci il tarixli hökmü üzrə cəzasından çəkməmiş, onun çəkilməmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək əmək haqqından 10 % pul tutulmaqla 06 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. 2) Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-1, 330.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 62 və 66.2-ci maddələrinə əsasən 02 il azadlığın məhdudlaşdırılması və 500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəriməni ödəmiş, xx.xx.2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə 07 ay 04 gün müddətə vaxtından əvvəl şərti azad olunmuşdur. 3) Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 4) Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasənAzərbaycan Respublikası CM-in 32.4,177.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5, 69.3-cü maddələrinə əsasən 03 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 1(061)-6\2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bərdə Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)- 45/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixdədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət, 28 iyul 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş müddət hökm çıxarılan günə, yəni 14 yanvar 2025-ci il tarixə olan müddət 05 (beş) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla və ona təyin olunmuş Bərdə Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(021)-45/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə təyin olunmuş azadlığın məhdudlaşdırlması cəzasından çəkilmiş 3 (üç) ay 11 (on bir) gün cəzası çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 1(070)- 5/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.2 və 32.5,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 14 yanvar 2025-cil tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və həmin cəza hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Tərtər Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(061)-6/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 9 (doqquz) ay 4 (dörd) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etməcəzasına bərabər tutularaq ona təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış və Təqsirləndirilən şəxs2 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət (1 gün (20-21 iyul 2023-cü il) Bərdə RPŞdə saxlanılması, 2 gün (26-28 iyul 2024-cü il) şübhəli şəxs qismində tutulması, 28 iyul 2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilməsi) həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs2 2 (iki) il 1 (bir) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2025-ci il tarixli 1(014)-478/2025 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 1(070)-5/2025 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Tərtər rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 18 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyildir. İş materiallarında olan “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 22 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyildir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 23 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X15 Üzrə Dövlət Komitəsi Bərdə Rayon nümayəndiliyi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş Təqsirləndirilən şəxs2 Bərdə rayon Mirzalıbəyli kəndində müvəqqəti məskunlaşıb Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X5 və anası X6 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X15 Üzrə Dövlət Komitəsi Bərdə Rayon nümayəndiliyinin verdiyi xasiyyətnamədən görünür ki, Laçın rayonu Şəlvə kəndindən məcburi köçkün Təqsirləndirilən şəxs2 yaşadığı kəndin sakinləri və qonşularla münasibətləri normaldır, onların rəğbətini qazanıb. Kənd sakinlərinin xeyir-şər məclislərində yaxından iştirak edir. Yaşıdları arasında tərbiyəli insan kimi xarakterizə olunur. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli sərəncamına əsasən «Cəbrayılın azad olunmasına görə», 29 dekabr 2020-ci il tarixli 2369 nömrəli sərəncamına əsasən «Qubadlının azad olunmasına görə» medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Laçın rayon İcra Hakimiyyəti Başçısının Hacıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi 01 iyul 1958-ci il təvəllüdlü anası X9 ibarətdir. İş materiallarında olan Laçın rayon İcra Hakimiyyəti Başçısının Hacıxanlı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 1992-ci ildə Laçın rayon Hacıxanlı kənd İƏD-nin Budaqdərə kəndində anadan olub. Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddət ərzində özünü nümunəvi vətandaş kimi aparmış, əhali arasında hörmət qazanmış, qonşuları ilə münasibəti normal olunmuşdur. Pis vərdişləri yoxdur. İctimai yerlərdə özünü yaxşı aparır. Laçın rayon Hacıxanlı kənd İƏD-üzrə nümayəndiliyinə onun haqqında şikayət məzmunlu ərizə daxil olmamışdır. Cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sakit təbiətlidir, mehribandır. İctimai işlərdə fəal iştirak edir. İcra nümayəndəliyi tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb. İş materiallarında olan 09 iyul 2025-ci il tarixli № 5-9-17/2-59/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi 1971-ci il təvəllüdlü anası X10 və qeyri rəsmi həyat yoldaşı 2000-ci il təvəllüdlü X2 ibarətdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onlar tərəfindən törədilməsi və təqsirlilikləri məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur, əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdikləri cinayəti etiraf edərək, əməllərindən səmimi peşman olmalarını, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs2 İİ Qarabağ müharibəsində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli sərəncamlarına əsasən «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmasını və Laçın rayonundan məcburi köçkün olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs2 Tərtər Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli hökmünə münasibətdə çəkmiş olduğu 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası və Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmünə əsasən 07 iyul 2025-ci il tarixdən 13 noyabr 2025-ci il tarixədək çəkmiş olduğu 4 (dörd) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası, ümumilikdə 8 (səkkiz) ay 23 (iyirmi üç) gün hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalı və Təqsirləndirilən şəxs2 üzərində azadlıqdan məhrum etmə növündə qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki iş üzrə 14 aprel 2025-ci il tarixdən saat 10:00-dan 15 aprel 2025-ci il tarixə saat 14:30-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün və Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmündə nəzərə alınmış həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 20 (iyirmi) gün, ümumilikdə 5 (beş) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Müsulət oğluna təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Müsulət oğlunun 14 aprel 2025-ci il tarixdən saat 11:10-dan 15 aprel 2025-ci il tarixədək saat 14:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün azadlığın məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, icazə olmadan yaşayış yerlərini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerlərinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 hər birinə təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 aprel 2025-ci il tarixdən saat 12:30-dan 15 aprel 2025-ci il tarixədək saat 15:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün azadlığın məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, icazə olmadan yaşayış yerlərini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerlərinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs2 Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - 07 ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Zərərçəkmiş şəxs3, 01 ədəd Türkiyə istehsalı olan, “Stargaz” brendinə məxsus, istifadədə olunmamış 04 (dörd) gözlü qaz plitəsinin Zərərçəkmiş şəxs5, 01 ədəd Türkiyə istehsalı olan, “Stargaz” brendinə məxsus, istifadə olunmamış 04 gözlü qaz plitəsi və 06 ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 48 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Zərərçəkmiş şəxs2, 01 ədəd Türkiyə istehsalı olan, “Stargaz” brendinə məxsus, istifadə olunmamış 4 gözlü qaz plitəsi və 07 ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Zərərçəkmiş şəxs4, 10 ədəd Türkiyə istehsalı olan, istifadə olunmuş, hər biri 80 sm ölçüdə panel qızdırıcı radiatorun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd zərfdə olan əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi - daşınar əmlakın qiymətləndirilməsinin dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. (VÖEN: **********, Hesab № AZN: AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC 28 Mərkəzi filialı, Bankın VÖEN-İ: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Tərtər Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli hökmünə münasibətdə çəkmiş olduğu 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası və Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmünə əsasən 07 iyul 2025-ci il tarixdən 13 noyabr 2025-ci il tarixədək çəkmiş olduğu 4 (dörd) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası, ümumilikdə 8 (səkkiz) ay 23 (iyirmi üç) gün hazırki hökmlə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablansın və Təqsirləndirilən şəxs2 üzərində 2 (iki) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki iş üzrə 14 aprel 2025-ci il tarixdən saat 10:00-dan 15 aprel 2025-ci il tarixə saat 14:30-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün və Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmündə nəzərə alınmış həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 20 (iyirmi) gün, ümumilikdə 5 (beş) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs2 üzərində 2 (iki) il 3 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs2 Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Müsulət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Müsulət oğluna təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Müsulət oğlunun 14 aprel 2025-ci il tarixdən saat 11:10-dan 15 aprel 2025-ci il tarixədək saat 14:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün azadlığın məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Müsulət oğlunun üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Müsulət oğluna təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Müsulət oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Müsulət oğluna təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 aprel 2025-ci il tarixdən saat 12:30-dan 15 aprel 2025-ci il tarixə saat 15:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün azadlığın məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - 07 ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Zərərçəkmiş şəxs3, 01 ədəd Türkiyə istehsalı olan, “Stargaz” brendinə məxsus, istifadədə olunmamış 04 (dörd) gözlü qaz plitəsinin Zərərçəkmiş şəxs5, 01 ədəd Türkiyə istehsalı olan, “Stargaz” brendinə məxsus, istifadə olunmamış 04 gözlü qaz plitəsi və 06 ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 48 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Zərərçəkmiş şəxs2, 01 ədəd Türkiyə istehsalı olan, “Stargaz” brendinə məxsus, istifadə olunmamış 4 gözlü qaz plitəsi və 07 ədəd hər biri 08 seksiyadan ibarət olmaqla ümumilikdə 56 seksiyadan ibarət olan, Türkiyə istehsalı, istifadə olunmuş qızdırıcı radiatorun Zərərçəkmiş şəxs4, 10 ədəd Türkiyə istehsalı olan, istifadə olunmuş, hər biri 80 sm ölçüdə panel qızdırıcı radiatorun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verilməsi nəzərə alınsın, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd zərfdə olan əl-barmaq izlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi - daşınar əmlakın qiymətləndirilməsinin dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. (VÖEN: **********, Hesab № AZN: AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC 28 Mərkəzi filialı, Bankın VÖEN-İ: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX.) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-67/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-67/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver