Məhkəmə qərarları › İş №1(014)-68/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-68/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-68/2020 19.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X3 Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, Ağdaş şəhəri Məşəd küçəsində qeydiyyatda olan və müvəqqəti olaraq Ağdaş rayon, Orta Ləki kəndində yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə ünvan 1 ünvanda yaşayan xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs saxlanc yeri olan yaşayış evinin həyətinə daş hasardan keçməklə, evin pəncərəsinin şüşəsindən evə qanunsuz daxil olmaqla, evdən 500 manat nəğd pulu, stolun üzərindən 01 ədəd 120 manat dəyərində istifadə olunmuş ASUS markalı VÜ228H modelli kompüter monitoru, 01 ədəd 5 manat dəyərində istifadə olmuş A4 Tech markalı KR-85 modelli klaviaturanı, 01 ədəd 2 manat dəyərində istifadə olmuş Event markalı mausu, 01 ədəd 2 manat dəyərində istifadə olmuş üzərinə İNTEX markalı yazılmış qulaqcığı, 01 ədəd 5 manat dəyərində istifadə olmuş üzərinə TECH markalı yazılmış kompüter kamerasını, 01 ədəd 15 manat dəyərində istifadə olmuş SUPER BOX markalı tuneri, 01 ədəd 30 manat dəyərində istifadə olmuş üzərində X6 Alizes yazılmış qadın ətirini, 01 ədəd 40 manat dəyərində istifadə olmuş üzərində Faberlic Ramonıa violet yazılmış qadın ətrini, 4,76 qram kütləli 285 manat dəyərində sırğa cütünü oğurlamış, sonuncunun cəmi 1004 (bir min dörd) manat dəyərində əmlakını gizli yolla talamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində əvvəllər oğurluğa görə məhkum olunduğunu, xx.xx.2020-ci il tarixdə xərcləməyə pulu olmadığı üçün əvvəllər ünvan 1-də yaşayan Rəna adlı qadından pul istəmək qərarına gəldiyini, əvvəllər onlarda usta malyar işləri gördüyünü, həmin vaxtdan Rəna müəllimə ilə şəxsi münasibətinin olduğunu, həmin gün saat təxminən 13:00 radələrində onun yaşadığı evə gəldiyini, əvvəlcə qapını döydüyünü, lakin qapını açan olmadığını, Rəna müəllimənin evdə olmadığını fikirləşdiyini, əvvəlcədən Rəna adlı qadın evdə tək yaşadığını, övladlarının Bakı şəhərində yaşadığını bildiyini, Rəna adlı qadın müəllimə işlədiyini, tətil vaxtlarında Bakı şəhərinə getdiyini bildiyini, qapını açan olmadığından Rəna müəllimənin evdə olmadığına tam əmin olduğunu, həmçinin də məktəblər bağlandığını, Rəna müəllimə Bakıda olacağını düşündüyünü, bundan sonra həyətə giriş qapısının sol hissəsindən mişar daşlarından ibarət hasardan Rəna müəlliməgilin həyətinə daxil olduğunu, sonra da həmin həyətdə yerləşən bir mərtəbəli evin giriş qapısına baxdığını və qapının bağlı olduğunu gördüyünü, bundan sonra sağ hissədə olan taxtadan ibarət pəncərənin şüşə hissəsini əli ilə qabağa itələdiyini, sonrada şüşəni yerindən çıxardıb kənara qoyduğunu, sonrada həmin hissədən evə daxil olub, evdən zal hissədən bir ədəd, “ASUS” markalı kompüter monitoru, bir ədəd klaviatura, bir ədəd, maus, üzərinə intex yazılmış qulaqcıq, bir ədəd kompüterin üzərində olan Tech yazılmış kameranı, daha sonrada televizorun qarşısında olan üzərinə “Super Box” yazılmış aparatı, 01 cüt qızıl sırğa, 02 ədəd qadın ətiri götürüb həmin yerdən də çölə çıxıb şəhərə getdiyini, sonrada həmin əşyaları satıb pul əldə etməyi fikirləşdiyini, həmin bir cüt qızıl sırğanı Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən sonradan adını bildiyi Vüqar adlı şəxsin qızıl mağazasında cavan bir oğlana 114 manata satdığını, ətirlərin isə birini “Samsung” mağazasının sol hissəsində yerləşən mağazanın sahibi Fuad adlı şəxsə 3 manata satdığını, digər ətiri isə özündə saxladığını, bundan sonra digər əşyaları satmaq məqsədi ilə Ağdaş şəhərində yaşayan Elşən adlı şəxsin yaşadığı binanın evin qarşısına gəldiyini və oradan Elşəni çağırdığını, Elşənin ona baxanda aşağı düşməsini onunla işi olduğunu dediyini, Elşənin də aşağıya düşdüyünü və Elşənə əşyaları satdığını dediyini, həmin vaxt Elşənin ona bunları haradan almasını dediyini, Elşənə özünə məxsus olduğunu dediyini, bundan sonra Elşənin ona bunları evə qaldırmasını, səhər baxacağını onun işinə yarasa alacağını dediyini, lakin Elşənə həmin əşyaları neçəyə satmağını demədiyini, sonra da çıxıb evə getdiyini, səhəri gün yəni xx.xx.2020-ci il tarixdə səhər radələrində Elşənin işlədiyi yerə getdiyini və Elşənə əşyaları alası olub-olmadığını dediyini, Elşənin də ona alası olmadığını, onun işinə yaramadığını, Elşənə onun əşyalarını verməsini dediyini, Elşənin də ona evə getməsini, əşyaları ona vermələri üçün zəng edəcəyini, götürüb aparmağını dediyini, şəhərdən iki ədəd qara sellofan torba götürüb Elşəngilə getdiyini, Elşəngildən həmin oğurladığı əşyaları götürüb sellofan torbaya yerləşdirib bazarın qarşısında olan bir mağazaya həmin şəxsə belə bir şey alarmı deyə soruşmaq üçün girdiyini, bu vaxt Ağdaş RPŞ-nin CAB-nin əməkdaşı Samit Kərimovun və CAB-nin rəisi Pünhan Məhəmmədovun ona yaxınlaşdıqlarını və onun əlində olan əşyaları haradan əldə etdiyini bildirdiklərini, əvvəlcə həmin əşyaların özünün olduğunu bildirdiyini, lakin onların şübhələndiklərini və onu PŞ-nə gətirdiklərini, PŞ-də həmin əşyaları xx.xx.2020-ci il tarixdə gecə saat 20:00 radələrində ünvan 1-də yaşayan Rəna adlı qadının evindən oğurladığını bildirdiyini, həmin əşyaları da təqdim edə biləcəyini, həmin Rəna adlı qadının oğlu Elşən DİN-nin 102 xidmətinə zəng edib, evindən oğurluq olması barədə məlumat verdiyini bildiyini, Rəna adlı qadının evindən oğurluq etməyi bu barədə heç kimə heç nə demədiyini, Zərərçəkmiş şəxs izahatında və ifadəsində oğurluq zamanı 500 manat nəğd pulunun da oğurlandığını bildirməsi barədə yuxarıda qeyd etdiyi əşyalardan başqa heç nə oğurlamadığını, ümumiyyətlə evdə pul görmədiyini, həmin evə girən və çıxan zaman onu heç kimin görmədiyini, Rəna adlı qadının evindən xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində bir ədəd “ASUS” markalı kompüter monitoru, bir ədəd klaviatura, bir ədəd maus, üzərinə intex yazılmış qulaqcıq, bir ədəd kompüterin üzərində olan “TECH” yazılmış kameranı, televizorun qarşısında olan üzərinə “Super Box“yazılmış aparatı, bir cüt qızıl sırğanı və 2 ədəd qadın ətrini oğurladığını, qeyd etdiyi əşyalardan baqa heçnə oğurlamadığını, lakin həmin evdə qızıl-ziynət əşyaları və pul əldə etmək üçün otaqların hər birində axtarış apardığını, əvvəlcə oğurluq etdiyi vaxtı saat 17:00 radələrində etdiyini desə də konkret oğurluğu xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində etdiyini, oğurladığı qızıl sırğanı Vüqar adlı şəxsin qızıl mağazasında olan cavan bir oğlana satan zaman həmin şəxsə həmin sırğanın oğurluq olub-olmaması barədə, həmçinin “Samsung” mağazasının sol hissəsində yerləşən mağazanın sahibi Fuad adlı şəxsə oğurladığınız ətiri 3 manata satan zaman həmin ətrin oğurluq olub-olmaması barədə həmin şəxslərə heç bir məlumat vermədiyini göstərmişdir. Məhkəmədə son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda veridiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs ifadəsində oğlu Elşən Məmmədovun ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, Ağdaş şəhərində yaşadığı evin bir mərtəbəli olduğunu, həyətə giriş qapısının dəmirdən ibarət olduğunu, təxminən 3-4 gün olardı ki, Bakı şəhərinə oğlunun yanına getmək qərarına gəldiyini, evdən çıxarkən evə giriş qapılarını zamoklarını açarla bağladığını, daha sonra isə həyətə giriş qapısını da açarla bağlayıb Bakı şəhərinə getdiyini, xx.xx.2020-ci il tarixdə günorta radələrində evinin həyətinə kiminsə oğurluğa girməsini eşitdiyini, bundan sonra oğlu Elşənin DİN-nin 102 xidmətinə zəng edib qonşunun deməsinə görə evlərindən oğurluq olunmasını bildirdiyini, bundan sonra dərhal oğlu ilə birlikdə Bakı şəhərindən yaşadığı Ağdaş şəhərindəki evə gəlmək qərarına gəldiklərini, yolda olan zaman CAB-nin əməkdaşlarının ona Əhməd adlı şəxsin olduğunu, onun əlində Ağdaş şəhərində kompyuter manitoru və digər əşyalar apararkən tutduqlarını, Əhmədin onlara həmin əşyaları onun evindən oğurlamasını bildirməsini məlumat verdiklərini, həmin polis əməkdaşlarına bu barədə 102 xidmətinə məlumat verdiklərini bildirdiyini, lakin evindən hansı əşyaların oğurlanmasını bilmədiyini, bundan sonra Ağdaş şəhərinə gəlib çatdıqlarını, polis əməkdaşlarının iştirakı ilə evinə baxış keçirildiyini, baxış keçirilən zaman onun evinin həyətindən həyətin giriş qapısının sol hissəsində olan mişar daşlarından olan hasarın üzərindən naməlum şəxsin həyətə daxil olması, həyətin sağ hissəsində olan birmərtəbəli yaşayış evinin giriş qapısının sağ hissəsində olan pəncərənin şüşəsini yerindən çıxardaraq həmin yerdən evə daxil olması, evdə sol hissədə 01 ədəd kompyuter manitoru, 01 ədəd klaviatura, 01 ədəd maus, 01 ədəd qulaqcıq, 01 ədəd kompyuter kamerası, daha sonra isə televizorun aşağı hissəsində üzərinə “SUPER BOX” yazılmış aparat, həmin evə termonun üzərindən 02 ədəd qadın ətri, həmin yerdə sürmədə 500 manat nəğd pul və sağda olan qab-qacaq yığılan şkafdan qızıl qabının içərisindən 01 cüt qızıl sırğasının oğurlanması müəyyən olunduğunu, baxış keçirilməsi barədə protokol tərtib olunduğunu, hadisə yerinin fotoşəkillərinin çəkildiyini, protokolları imzaları ilə təsdiq etdiklərini, Ağdaş şəhər, Maşad küçəsində qeydiyyatda olan və Ağdaş rayon, Orta Ləki kəndində yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tanıdığını, Əhmədin düz dediyini, onlarda işlədiyini, Əhmədin onun evindən oğurluq etməsinə inana bilmədiyini, Təqsirləndirilən şəxs izahatında onun ifadəsində qeyd etdiyi əşyaları oğurladığını lakin 500 manat nağd pulunu oğurlamadığını bildirməsi barədə Əhmədin yalan dediyini, onun özünü müdafiə etmək üçün bu cür bildirdiyini, həmin əşyaları ilə birlikdə 500 manat nağd pulunun da oğurlandığını, sonradan bildiyinə görə hadisənin xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində baş verdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin mobil telefon nömrəsinə zəng edilərək əlaqə yaradılmış, zərərçəkmiş şəxs Bakı şəhərində olduğunu, xəstə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidadi istinaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirəndirilən şəxslə barışdığını, onun vurulmuş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində 2014-cü il tarixdən Ağdaş şəhəri, M.Rəsulzadə küçəsində bir mağazanı kirayəyə götürüb həmin mağazada qızıl satışı ilə məşğul olaraq, həmin mağazanı tək işlətdiyini, xx.xx.2020-ci il tarixdə nahar yeməyinə getdiyini, həmin vaxtı da bacısı oğlu Şahid3ı mağazada saxlayıb nahar yeməyinə getdiyini, həmin gün nahar yeməyindən bir az gec gəldiyi üçün saat təxminən 13:40 radələrində Tərlanın ona qızıl sırğa şəkili yolladığını və ona həmin qızılı neçəyə almağını, həmçinində ona bir nəfər şəxsin dükna qızıl sırğa gətirdiyini, satmaq istədiyini bildirdiyini, həmin qızılın şəklinə baxdığını və həmin sırğanın abadoq adlanan, üstü gümüş, ümumi çəkisi 4.77 qaram olan sırğa olduğunu gördüyünü, Tərlanın ona qızılın pulunun 114 manat etdiyini dediyini, Tərlana 114 manat pul verməyini sırğanı götürməyini dediyini, belə olub həmin qızıl sırğanı aldıqlarını, həmin qızıl sırğanın onda olduğunu və onu təqdim edə biləcəyini, əvvəlcə Tərlandan həmin şəxsin kim olduğunu soruşduğunu, Tərlanın da ona həmin şəxsin kim olmasını bilmədiyini dediyini, özü də həmin şəxsi görmədiyini, Tərlandan həmin qızıl sırğanı satan şəxsdən sənədini aldığını soruşduğunu, Tərlanın da həmin şəxsdən heç bir sənəd əldə etmədiyini dediyni, Tərlanın onun yanında rəsmi işçi olmadığını, sadəcə olaraq ona köməklik etdiyini, onun bəzi işləri olanda Tərlanın mağazada qaldığını, Tərlana qızıl satan şəxsin Təqsirləndirilən şəxs olması və Əhmədin həmin qızıl sırğanı xx.xx.2020-cin il tarixdə Ağdaş şəhəri, S.Məmmədov küçəsi 31 də yaşayan Zərərçəkmiş şəxs evindən oğurlayıb onlara satmağı barədə özü və Tərlanın bu barədə heç bir məlumatı olmadığını, həmin şəxsin oğurluq zamanı həmin qızıl sırğanı onlara satdığını sonradan bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində arada bir Ağdaş şəhəri M.Rəsulzadə küçəsində qızıl satışı ilə məşğul olan dayısı Vüqar adlı şəxsin qızıl mağazasına gedib ona köməklik etdiyini, xx.xx.2020-ci il tarixdə dayısı Vüqarın nahar yeməyinə getdiyini, həmin vaxtı da özü isə onun yerinə mağazada qaldığını, həmin gün dayısının nahar yeməyindən bir az gec gəldiyi üçün mağazada olan vaxtı bir nəfər şəxsin mağazaya daxil olduğunu və həmin şəxsin bir cüt qızıl sırğa çıxardığını və həmin qızıl sırğanı satmasını bildirdiyini, həmin qızıl sırğanın şəklini çəkib “Whatsapp” vastiəsi ilə dayısına göndərdiyini, dayısının həmin qızıl sırğaya baxdıqdan sonra ona zəng etdiyini və orada pul olduğunu, həmin qızılın pulunun 114 manat etdiyini, həmin şəxsə 114 manat pul verməsini sırğanı götürməsini dediyini, belə olub həmin qızıl sırğanı aldığını, sonra dayısının mağazaya gəldikdən sonra həmin qızıl sırğanı dayısına verdiyini, dayısının da həmin qızıl sırğanı polisə təqdim etdiyini, özü və dayısının həmin 1 cüt qızıl sırğa oğurluq olduğunu sonradan bildiklərini, onu da həmin şəxsin ona satdığını, həmin şəxsin kim olmasını bilmədiyini birinci dəfədir ki həmin şəxsi gördüyünü, ümumiyyətlə arada bir dayısı Vüqara köməklik etdiyini, həmin şəxsdən heç bir sənəd almadığını, orada müqavilə əsasında işləmədiyini, arada bir gedib dayısına kömək etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda veridiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Ağdaş şəhərində H.Əliyev prospektində yerləşən “Mədəni Mallar” adlı xırdavat mağazası işlətdiyini, xx.xx.2020-ci il tarixdə işlədiyi dükanda olan zaman əvəllər tanımadığı sonradan adını bildiyi Əhməd adlı şəxsin ona yaxınlaşdığını, həmin vaxt onun əlində iki ədəd ətir olduğunu və ona həmin ətirləri satmasını bildirdiyini, ətrlərin qoxusuna baxan zaman onlardan bir ədədinin qoxusu onun xoşuna gəldiyini, Əhmədin həmin ətri ona 3 manata satmağını bildirdiyini və belə olub Əhmədə 3 manat verərək həmin ətri ondan aldığını, bundan sonra Əhmədin çıxıb üzü bazar istiqamətinə getdiyini, xx.xx.2020-ci il tarixdə isə polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və ona Əhməd adlı şəxsin ona ətir satdığını və Polis əməkdaşlarına etiraf etdiyini və həmin ətirin də onda olduğunu, onu təqdim edə bildiyini, Əhməd adlı şəxsin ona ətri satan zaman həmin ətrin oğurluq olub olmaması barədə demədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda veridiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Ağdaş şəhərində H.Əliyev prospektində dərzi işlədiyini, xx.xx.2020-ci il tarixdə yaşadığı evdəolduğunu, binanın qarşısında həyətdən onu Əhmədin çağırmasını eşitdiyini və pəncərədən ona baxan zaman Əhmədin ona aşağı düşməsini onunla işi olduğunu dediyini, aşağıya düşdüyünü və Əhmədin əlində kompyuter manitoru və bir neçə kompyuterə aid aksesuarlar olduğunu gördüyünü, Əhmədin ona həmin əşyaları satdığını dediyini, ona bunları haradan almasını dediyini, Əhmədin də ona özünə məxsus olmağını bildirdiyini, bundan sonra ona həmin əşyaları onlara qoymasını, onlara baxaracağını, əgər işinə yarasa həmin əşyaları alacağını və ona zəng edib bildirəcəyini dediyini, daha sonra Əhmədin yuxarı çıxdığını və əşyaları onlara qoyduqdan sonra çıxıb evə getdiyini, həmin əşyalara baxdığını və onun işinə yaramadığını gördüyünü, belə olub səhəri günü xx.xx.2020-ci il tarixdə Əhmədin onun işlədiyi yerə gəldiyini, Əhmədə də həmin əşyaları alası olmadığını gedib onlardan götürməyini dediyini, Əhmədin də ona gedib əşyaları götürəcəyini dediyini, ona getməsini və ona zəng edib əşyaları ona verəcəyini bildirdiyini, daha sonra da ailə üzvlərinə zəng edib həmin əşyaları Əhmədin gələndə ona vermələrini bildirdiyini, daha sonra evə gələn də Əhməd gəlib əşyaları onlardan götürdüyünü bildiyini, sonradan Əhməd həmin əşyaları Ağdaş şəhərində tanımadığı bir nəfər şəxsin evindən oğurladığını və daha sonra isə polis əməkdaşları tərəfindən tutulduğunu bildiyini, Əhmədin ona həmin əşyaların özünə məxsus olduğunu bildirdiyini, Əhmədin onun özünə məxsus olduğunu və satmaq istədiyi əşyaların həmin vaxt onun əlində 01 ədəd,ASUS markalı kompyuter manitoru, 01 ədəd klaviyatura, 01 ədəd,maus, üzərinə intex yazılmış qulaqcıq, 01 ədəd kompyuterin üzərində olan tecn yazılmış kamera, üzərinə Super Box yazılmış aparatı olduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/201-9/363 nömrəli rəyindən də görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş 4.76 qram kütləli sırğa cütü 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki kimyavi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş sırğa cütünün və digər əşyaların pərakəndə satış qiyməti təxminən bu qaydada müəyyən edilir; 4,76 qram kütləli sırğa cütü-285,0 manat, 01 ədəd istifadə olmuş “ASUS” markalı VÜ228H modelli kampyuter manitoru-120,0 manat, 01 ədəd istifadə olmuş A4Tech markalı KR-85 modelli klaviatura-5,0 manat, 01 ədəd istifadə olmuş Event markalı maus-2,0 manat, 01 ədəd istifadə olmuş üzərinə “İNTEX” markal yazılmış qulaqcıq-2,0 manat, 01 ədəd istifadə olmuş üzərinə TECH markalı yazılmış kampyuter kamerası-5,0 manat, 01 ədəd istifadə olmuş “SUPER BOX” markalı tuner-15,0 manat, 01 ədəd istifadə olmuş üzərinə “Faberlic Aromanıa” vıolet yazılmış qadın ətritəxminən 50 faizdən artıq istifadə olduğu üçün qiymətsiz, 01 ədəd istifadə olmuş üzərində “X6 Alizes” yazılmış qadın ətiri-30,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-BƏSİİ tərəfindən verilmiş tələbnamədən, eyni zamandan məhkəmə hökmündən görünür ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-34/2017 saylı xx xxxxx 2017-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Zülfü oğlu Azərbaycan Respubilkası CM-nın 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrim etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respubilkasının CM-nin 67.1-ci maddəsinə əsasən Ağdaş rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respubilkasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 1000 manat cərimə cəzası hazırkı hökmlə tamamilə birləşdirilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Cərimə cəzasının müstəqil icra olunması müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 7(014)-2020-ci il tarixli 02.03. 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1000 manat cərimə cəzası 300 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 7 gün müddət AR CM_nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılmanın müddəti ictimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesabı ilı hesablanmaqla, cəmi 56 saat müddət ona təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərinə qəti olaraq 244 saat ictimai işlər cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 244 saat ictimai işlər cəzası qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər X10 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər X10 üzrə nümayəndəliyindən verilmiş 1328 saylı xx xxxxx 2020-ci il tarixli arayışdən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində yaşayır, ailə tərkibi X7 (yoldaşı), X5 və X1 ibarətdir. İş materiallarında olan elektron məhkəmə portalından verilən çıxarışdan da görünür ki, X2 təvəllüdü xx xxxxxxxx 2009-cu il olmaqla atası Təqsirləndirilən şəxsdur. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi əşyalardan başqa Zərərçəkmiş şəxs evindən 500 manat nağd pulunu oğurlamadığına dair ifadəsini özünü müdafiə xarakteri kimi qiymətləndirilməklə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş digər materialları ilə təkzib edilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuna uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Belə ki, daha ciddi cəza olan azadlıqdan mərhum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən ekspertə verilmiş olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Ağdaş Rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd istifadə olunmuş ASUS markalı VÜ228H modelli kampyuter manitor, 01 ədəd istifadə olmuş A4 Tech markalı KR-85 modelli klaviatura, 01 ədəd istifadə olmuş Event markalı maus, 01 ədəd istifadə olmuş üzərinə İNTEX markalı yazılmış qulaqcıq, 01 ədəd istifadə olmuş üzərinə TECH markalı yazılmış kampyuter kamerası, 01 ədəd istifadə olmuş SUPER BOX markalı tuner, 01 ədəd istifadə olmuş üzərində X6 Alizes yazılmış qadın ətiri, 01 ədəd istifadə olmuş üzərində Faberlic Ramonıa vıolet yazılmış qadın ətiri, 4,76 qram kütləli sırğa cütü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi 90 AZN təşkil edir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddəsini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 26 gün (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Ağdaş Rayon Məhkəməsinin 7(014)-7/2020 nömrəli qərarı ilə əvəz edilmiş, çəkilməmiş qalan 244 saat ictimai işlər cəzası AR CM-nin 68.3.2-ci maddəsinə əsasən ictimai işlərin dörd saatı azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla 02 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 07 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 07:00-dək Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların – 01 ədəd istifadə olunmuş ASUS markalı VÜ228H modelli kompüter monitor, 01 ədəd istifadə olmuş A4 Tech markalı KR-85 modelli klaviatura, 01 ədəd istifadə olmuş Event markalı maus, 01 ədəd istifadə olmuş üzərinə İNTEX markalı yazılmış qulaqcıq, 01 ədəd istifadə olmuş üzərinə TECH markalı yazılmış kompüter kamerası, 01 ədəd istifadə olmuş SUPER BOX markalı tuner, 01 ədəd istifadə olmuş üzərində X6 Alizes yazılmış qadın ətiri, 01 ədəd istifadə olmuş üzərində Faberlic Ramonıa violet yazılmış qadın ətiri, 4,76 qram kütləli sırğa cütü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 90 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar