Məhkəmə qərarları › İş №1(014)-68/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-68/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-68/2022 22.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X8 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş,xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 iyun 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş,xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən 2022-ci ilin fevral ayının axırlarında Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi bazarın qabağından yerdən tapdığı 01 ədəd sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi-0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə xx.xx.2022-ci il tarixdə saat 12:27 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək evli olub sonradan boşandığını, evlilik dövründə 13 yaşlı bir oğlan övladının olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, narkotik vasitələrin aludəçisi olduğunu, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 11-40 radələrində Ağdaş şəhəri Ağalı küçəsində piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd “Samsung DUOS” markalı qara rəngli mobil telefon və əynində olan qara rəngli qış gödəkcəsinin sol iç yan cibindən 01 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında narkotik vastəyə bənzər maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu, təxminən 10 gün öncə Ağdaş şəhərində yerləşən kolxoz bazarı deyilən yerə yaxın yerdən tapdığını dediyini və özü istifadə etmək istədiyi üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,46 qram olduğunu, daha sonra həmin sellofan bükümün kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung DUOS” markalı mobil telefonun da iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə də imza etdiklərini, şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, onda başqa heç yerdə narkotik vasitə olmadığını göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri S.Vurğun küçəsi ev 2/20-də yaşayan xx.xx.1976-ci il təvəllüdlü X4 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:40 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri Ağalı küçəsində piyada getməsini olmasını gördüklərini, Seymura yaxınlaşaraq özlərini təqdim etdiklərini və Seymura üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin Seymuru RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Seymurun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Seymurun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd “Samsung Duos” markalı qara rəngli mobil telefon və əynində olan qara rəngli qış gödəkcəsinin sol iç yan cibindən 01 ədəd sellofan büküm aşkar olunduğunu, həmin aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən qəhvəyi rəngli, kristal halında narkotik vastəyə bənzər maddə aşkar olunduğunu, Seymurun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisindəki maddənin narkotik maddə olduğunu, təxminən 10 gün öncə Ağdaş şəhərində yerləşən kolxoz bazarı deyilən yerə yaxın yerdən tapdığını söylədiyini və özü istifadə etmək istədiyi üçün üzərində saxlamasını bildirdiyini, həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,46 qram olduğunu, sonra həmin bükümün zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu. Daha sonra şəxsi axtarış zamanı Seymurun üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung Duos” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunaraq ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olmadığını, şəxsi axtarış zamanı orada müdafiəçi və polis əməkdaşlarının olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 08 mart 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 12:27-dən saat 12:39-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli “Samsung Duos” markalı mobil telefon və həmin gödəkcənin sol iç yan cibindən 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, daha sonra aşkar edilmiş həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0.46 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd qara rəngli “Samsung Duos” markalı mobil telefon və 01 ədəd sellofan büküm ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 08 mart 2022-ci il tarixli 17/218 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,354 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Aparılmış ekspertizanın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli 754 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-38/2018 saylı 31 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 aprel 2022-ci il tarixli 743 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsi 2/20 №-li evdə yaşayır, ailə tərkibi göstərilən şəxslərdən ibarətdir. Atası- X13; anası-X10; həyat yoldaşı- X12; oğlu-2007-ci il təvəllüdlü X7r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 22 iyun 2022-ci il tarixli №5/1336 saylı məktubundan görünür ki, Ağdaş rayon məhkəməsinin 2(014)-1866 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2015-ci il tarixdən başlayaraq X1 üçün hər ay bir uşaq üçün 70 manat məbləğində aliment alınaraq X3 xeyrinə verilmişdir. Ağdaş rayon məhkəməsinin 2 (014)-1179 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə anadan olmuş X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat alınaraq iddiaçı X3 xeyrinə verilmişdir. X2 uşaq atasında qaldığı üçün, aliment pulunun 28 ayını bağışlamış, borclu tərəfindən isə 840 manat poçt vasitəsi ilə ödənmişdir. Ağdaş rayon məhkəməsinin 2(014)-1866 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə Təqsirləndirilən şəxs 2870 manat, Ağdaş rayon məhkəməsinin 2 (014)-1179 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə isə 1320 manat aliment borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 374 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 mart 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin, tiryək və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi heroin 0,15 qram, tiryək 0.5 qram və metamfetamin 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirləndirilən şəxsin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri, məişətdə davranışı, məhkumluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 08 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, cəza çəkdiyi müddətdə məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.304 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə 84 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 08 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, cəza çəkdiyi müddətdə məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.304 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə 84 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar