Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-68/2023 16.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 72də qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində talama məqsədi və tamah niyyəti ilə xx.xx.1981-ci il təvəllüdlü, Ağdaş şəhəri, N.Nərimanov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs şifahi razılıq əsasında X7 icarəyə götürərək işlətdiyi Ağdaş şəhəri, H.Əliyev prospektində, “Ləki dörd yolu” deyilən ərazidə yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yerləşən dəmir giriş qapısının qıfılını çıxarmaqla sexə qanunsuz olaraq daxil olub ordan 1 ədəd, 160 (yüz altmış) manat dəyərində, “VAZ 2106” markalı avtomobilin sürət qutusunu, 1 ədəd, 40 (qırx) manat dəyərində, “VAZ 2107” markalı avtomobilin su radiatorunu gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində Ağdaş rayonu Ləki dörd yolu deyilən tərəfdən üzü Ağdaş şəhəri istiqamətində piyada gəldiyini, həmin vaxt pula ehtiyacı olduğunu, yaxınlıqda yerləşən sexlərdən metal oğurlamağı fikirləşdiyini, buna görə də yolun kənarında yerləşən avtomobil təmiri sexlərinin arxa tərəfinə keçdiyini, daha sonra sexlərin arxa tərəfində yerləşən dəmir qapılarına baxa-baxa getdiyini, əgər qapısı açıq sex görsə içəri daxil olub oradan metal oğurlayacağını, təxminən iki avtomobil təmiri sexinin arxa qapısına baxdığını və onların hər ikisinin arxa dəmir qapılarının qıfıl ilə bağlı olduğunu, buna görə də növbəti sexə tərəf getdiyini, bu zaman həmin sexin arxa tərəfində yerləşən dəmir giriş qapısına qıfıl keçirildiyini, lakin açarla bağlanmadığını gördüyünü, buna görə də həmin sexə daxil olub oradan oğurluq etmək qərarına gəldiyini, buna görə də əvvəlcə ətrafa baxdığını, ətrafda heç kimin olmadığını görərək sexin dəmir qapısını açdığını və içəri daxil olduğunu, avtomobil təmiri sexinin içərisinə daxil olaraq içəriyə baxdığını, bu zaman giriş qapısından sağ tərəfdə yerdə “VAZ 2106” markalı avtomobilin, 1 ədəd sürət qutusunu və “VAZ 2107” markalı avtomobilin, 1 ədəd su radiatorunu, əvvəlcə avtomobilin sürət qutusunu əlləri ilə qucağına götürərək sexdən bayıra tərəf tulladığını, bundan sonra həmin sürət qutusunu yaxınlıqdan keçən su kanalının kənarı ilə aparıb “Ağdaş” restoranının həyətində heç kimin görmədiyi yerə qoyduğunu, sonra yenidən sexə qayıdaraq içəri daxil olduğunu, radiatoru əlləri ilə götürüb sexdən çıxdığını, qapını bağladığını, sonra həmin radiatoru da özü ilə apararaq sürətlər qutusunun yanına qoyduğunu, sonra “Ləki dörd yolu” deyilən yerdə dayanmış taksi sürücülərindən birinə yaxınlaşdığını, həmin vaxt orada olan “VAZ21011” markalı avtomobilin sürücüsü olan əvvəllər tanımadığı şəxsə yaxınlıqda özünə məxsus alüminium olmasını və həmin alüminiumu metalloma vermək istədiyini, həmin şəxs də onunla razılaşdığını, daha sonra taksi sürücüsü avtomobilini göstəriş ilə oğurladığı əşyaları yığdığı yerə sürdüyünü, 1 ədəd sürətlər qutusunu və 1 ədəd radiatoru həmin avtomobilin yük yerinə qoyduğunu, daha sonra həmin taksi sürücüsünə avtomobili Ağdaş şəhərində metal qəbulu ilə məşğul olan Ələsgərin yaşadığı ünvana sürməsini tapşırdığını, Ələsgərin yaşadığı ünvana çatan zaman onun yaşadığı evdə heç kimin olmadığını gördüyünü, bu zaman Ələsgərin yaşadığı ünvana metal gətirən digər tanımadığı şəxs ona yaxınlıqda metal qəbulu ilə məşğul olan başqa bir şəxs olduğunu, həmçinin həmin şəxs metalları aparıb digər şəxsə satmağı təklif etdiyini, onunla razılaşdığını, sonra Ələsgərin yaşadığı evin yerləşdiyi küçə ilə bir qədər irəli doğru getdiklərini, adını bilmədiyi, metal qəbulu ilə məşğul olan şəxsə satmaq üçün metal gətirdiyini, həmçinin gətirdiyi metalların 1 ədəd avtomobilin sürətlər qutusu və 1 ədəd avtomobil radiatoru olmasını söylədiyini, həmin şəxs də yalnız onları metal kimi qəbul edib çəkəcək və çəkiyə uyğun olaraq pul verə biləcəyini, metalın çəkisi 1 manat 60 qəpikdən götürəcəyini, sonra apardığı metalları çəkdi, ümumilikdə 10 manat pul verdiyini, bundan sonra həmin taksi vasitəsi ilə M.İsayev adına tam orta məktəbin qarşısına getdiyini, orada avtomobildən düşdüyünü, taksi sürücüsünə 4 manat pul verdiyini, sonra yaşadığı evə getdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Ağdaş rayonu 4 yol deyilən ərazidə avtomobil təmiri sexində işlədiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 09:10-da avtomobil təmiri sexinə gedəndə divarın kənarına qoyduğu, özünə məxsus 1 ədəd sürətlər qutusu və 1 ədəd avtomobil radiatorunun yerində olmadığını gördüyünü, sexin arxa qapısına baxan zaman kilidinin qırıldığını, naməlum şəxs və ya şəxslər tərəfindən özünə məxsus 1 ədəd təxminən qiyməti 160 manat olan sürətlər qutusu və 1 ədəd təxminən qiyməti 40 manat olan avtomobil radiatorunun oğurlandığını, elə həmin vaxt Ağdaş RPŞ-yə gələrək ərizə ilə bu barədə məlumat verdiyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş şəhəri S.Səlimoğlu 74 ünvanında metal qəbulu işi gördüyünü, bu işlə təxminən 20 ilə yaxındır ki, məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən axşam təxminən 19:30 radələrində tanıdığı taksi sürücüsü X2 ilə birlikdə tanımadığı 1 nəfər şəxs işlədiyi və yaşadığı ünvana gələrək 1 ədəd sürət qutusu və 1 ədəd avtomobil radiatorunu satdığını, həmin 1 ədəd sürət qutusunu dür aliminum qiymətində qiymət edib tərəziyə qoyaraq 5 kq çəkisini 1,60 manat qiymətinə, 1 ədəd avtomobil radiatorunu isə 2 manata qiymət edib ümumilikdə 10 (on) manata satın alıb işlədiyi həyətə qoyduğunu, izahatı alınmasına görə polis şöbəsinə dəvət etdiklərini, xx.xx.2023-cü il tarixdə səhər saat 12:00 radələrində tanıdığı Zərərçəkmiş şəxs işlədiyi həyətə gələrək ona məxsus 1 ədəd sürət qutusu və 1 ədəd avtomobil radiatorunun oğurlandığını bildirdiyini, ona xx.xx.2023-cü il tarixdə 1 ədəd sürət qutusu və 1 ədəd avtomobil radiatorunu aldığını, ancaq həmin şəxsi tanımadığını, tanıdığı taksi sürücüsü X2 ilə gəldiyi üçün aldığını, daha sonra Zərərçəkmiş şəxslə həyətdə olan kamera görüntüsünə baxdıqlarını, saat 15:00 radələrində polis əməkdaşları da həyətdə olan kameranın görüntülərinə baxdıqlarını və axşam saatlarında izahatı alınması üçün Ağdaş RPŞ-yə dəvət etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Ağdaş şəhərində özünə məxsus “VAZ 2101” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində Ağdaş “4 yol” deyilən ərazidə “Ağdaş” restoranının qarşısında tanımadığı şəxs ona əl edərək saxlatdığını, 1 ədəd avtomobil “karobkası” - sürət qutusu və 1 ədəd avtomobil radiatorunu maşının yük yerinə qoyduğunu, metal qəbulu məntəqəsinə gedəcəyini bildirdiyini, həmin əşyaları satıb pulunu verəcəyini, S.Səlimoğlu 74 ünvanında metal qəbulu işi görən üzdən tanıdığı və sonradan adını bildiyi Şahid2 evinə metal qəbul etdiyi ünvana getdiklərini, təxminən axşam saat 19:30 radələrində Firqətin həmin 1 ədəd sürət qutusunu dür alüminium qiymətinə razılaşıb tərəziyə qoyaraq 5 kq çəkisini 1,60 manat qiymətinə, 1 ədəd avtomobil radiatorunu isə 2 manata qiymət edib ümumilikdə 10 (on) manata satmağını gördüyünü, bundan sonra Firqət ona yaşadığı evə aparmasını deməsini, onu evə apara bilməyəcəyini dediyini, onu M.İsayev məktəbinin qarşısında düşürərək oradan uzaqlaşdığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/696 saylı ekspert rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotocədvəllərdə göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: - istifadə olunmuş və istifadəyə yararlı 1 ədəd “VAZ 2106” markalı avtomaşının sürət qutusu - 120 manat, - istifadə olunmuş və istifadəyə yararlı 1 ədəd “VAZ 2107” markalı avtomobilin su radiatoru - 40 manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli tələbnamədən və Göyçay Rayon Məhkəməsinin 18 yanvar 2011-ci il tarixli, 1(046)-4/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Surazanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 1 (bir) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad olunubdur. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1214/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xahişinin təmin edilməsi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 (iki) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə epidemiya əleyhinə rejimə, sanitar-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qaydalarına əməl edilməsi vəzifələrinin qoyulması, qərar dərhal icra edilməsi, Məhkum Təqsirləndirilən şəxs 03 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(014)-12/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, C/İ 889 saylı arayışdan görünür ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, lakin Ağdaş rayon İcra və Probasiya şöbəsinə məlumat verilməmişdir. Məhkum Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması barədə məlumat verilmədiyi üçün tərəflərindən xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə məhkumun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1214/2022 saylı xx.xx.2022ci il tarixli qərarı üzrə cəzasını xx.xx.2023-cü il tarixdə tam olaraq çəkib qurtarması barədə məlumat verilmişdir. Buna görə də məhkum Təqsirləndirilən şəxs cinayət törədərkən cəzasını tam çəkilməməsini nəzərə alınması xahiş olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2023-cü il tarixli, 454 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla ailə tərkibi atası - X10 və anası – X1 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli, AZ-İV № 499415 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 15 noyabr 2017-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X6r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respubliksı CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun dəfələrlə məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-142/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)- 1214/2022 saylı qərarı ilə 2 (iki) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-142/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)- 1214/2022 saylı qərarı ilə 2 (iki) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(014)-142/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 23 (iyirmi üç) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-68/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-68/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver