Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-68/2024 18.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibləri X7 və X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxs Ağdaş rayonu Eymur Bələdiyyəsinin nümayəndəsi X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdaş rayonu, Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı özbaşına becərməklə tutmuşdur. Belə ki, o, 2021-ci ilin fevral ayının əvvəllərindən həmin ilin noyabr ayınadək olan müddət ərzində Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən X-694578,51 Y- 4491707,97 kordinatlı Ağdaş rayonu, Eymur kənd bələdiyyəsinin mülkiyyətində olan 3,04 hektar kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan şəxsi ehtiyacları üçün qəsdən özbaşına tutmaqla "xxxx" MMC-nin Yevlax filialı ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin MMC-nin cinayətdən xəbərsiz işçiləri vasitəsi ilə şumlatdırıb pambıq əkdirməklə becərmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun himayəsində üç azyaşlı uşağı vardır, maddi vəziyyəti çox ağırdır, heç bir yerdən gəliri yoxdur, ailəsinə çox çətinliklə baxır. Buna görə ölkə üçün də strateji əhəmiyyəti olan həmin pambığı əkmişdir. Pambığı əkməkdə məqsədi həm ölkəsinə xeyir vermək, həm də uşaqlarına çörək pulu qazanmaq olmuşdur. Bu vaxta qədər ona verilmiş pay torpaq sahəsinin harada yerləşdiyi ona dəqiq məlum deyildir. Belə ki, hər il ona verilmiş pay torpaq sahəsini başqabaşqa yerlərdə ona təqdim edirlər. O, cəmi 1,04 hektar torpaq sahəsinə pambıq əkmişdir. Qalan sahəni "xxxx" MMC əkmişdir. Pambıq əkdiyi həmin sahəni özünün pay torpağı bilərək əkmişdir. Eymur Bələdiyyəsi dörd kəndi əhatə edir və bu dörd kənndə on mindən çox əhali yaşayır, həmin əhalinin beş mindən çoxu əkinçiliklə məşğul olur. Həmin adamların içərisində yalnız onun burada olması ona toxunur və buna görə də özünü təqsirli bilmir. Bundan əlavə bildirir ki, o, "xxxx" MMC ilə müqavilə bağlamışdır, əgər həmin müqavilə məhkəməyə təqdim olunarsa onun təqsirsiz olduğu sübuta yetər. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, cəmi 1,04 hektar torpaq sahəsinə pambıq əkmişdir, əlavə torpaq sahəsi əkməmiş və ya şumlatmamışdır, əkdiyi torpaq sahəsinin örüş sahəsi və ya bələdiyyəyə məxsus olduğunu bilməmiş, yalnız məhsul yetişəndə həmin sahənin örüş sahəsi olduğunu bilmişdir, torpaq sahəsinin yarısını Fəxrəddin əkmişdir, onların əkdikləri torpaq sahələri yan-yana yerləşmişdir, axırıncı dəfə təqdim etdiyi Dövlət aktı əsasında Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ona arayış vermiş və həmin arayış əsasında "xxxx" MMC ilə müqavilə bağlamış, pambıq əkmişdir, əkdiyi pambıq məhsulu yetişənə qədər həmin sahəni əkməsi ilə bağlı heç kim, heç bir qurum tərəfindən ona irad bildirilməmişdir, onun pay torpağı 1,34 hektar olmuşdur, lakin həmin torpaq sahəsinin yalnız 0,35 hektarı ona bəlli olmuşdur, qalan pay torpaq sahəsinin harada yerləşməsi ilə bağlı dəfələrlə şifahi qaydada aidiyyatı qurumlara müraciət etsə də, pay torpaq sahəsinin dəqiq olaraq harada yerləşdiyi bu günə qədər ona tanıdılmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, Ağdaş rayonu, Qaradeyin kəndində pay torpaq sahəsi olmadığı üçün, Əmlak Məsələləri Dövlət Xidmətinin aktda qeyd etdiyi örüş torpaq sahəsini zəbt edib əkin işləri görmək qərarına gəlmişdir. Buna görə də aktda göstərilən 3,04 ha torpaq sahəsində pambıq əkmək üçün 2021-ci ilin yanvar ayının əvvəllərində Yevlax şəhərində yerləşən "xxxx" -yə müraciət etmişdir. Belə ki, “"xxxx" torpaq sahələrində pambıq bitkisi əkmək üçün şumlama, əkin işləri və məhsul yığımını həyəta keçirmişdir. "xxxx" MMC ilə müqavilə bağlayan zaman atasına məxsus pay torpaq sahəsinin sənədlərini təqdim etmiş və həmin sənədlər əsasında müqavilə bağlamışdır. Bundan sonra "xxxx" MMC -nin mütəxəssisləri Ağdaş rayonu, Qaradeyin kəndinə gələrək pay torpaq sahəsinə və aktda göstərilən 3,04 ha torpaq sahəsinə baxış keçirərkən həmin torpaq sahəsinin əkinə yararlı olması ilə bağlı razılıq vermişlər. Daha sonra 2021-ci ilin fevral ayında "xxxx" MMC tərəfindən həmin torpaq sahəsində şumlama işləri həyata keçirilmişdir. Daha sonra həmin torpaq sahəsində sulama işləri həyata keçirmiş, 2021-ci ilin aprel ayında "xxxx" MMC tərəfindən aktda qeyd olunan torpaq sahəsində pambıq toxumunun səpini həyata keçirilmişdir. Daha sonra həmin torpaq sahəsində becərmə işləri həyata keçirilmişdir. 2021-ci ilin sentyabr ayının ortalarından 2021-ci ilin noyabr ayının ortalarına kimi torpaq sahəsindən "xxxx" MMC tərəfindən pambıq yığımı həyata keçirilmiş, yığılan məhsuldan əkin işlərinə çəkilən xərclər çıxıldıqdan sonra, qalan pul ona verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında olan ziddiyyəti izah etməsi təklif olunduqda o, bunu izah edə bilmədi, bildirdi ki, əvvəl çox torpaq sahəsi əkməyini fikirləşmiş, lakin sonra cəmi 1,04 ha torpaq sahəsini əkmişdir, əkdiyi torpaq sahəsinin örüş sahəsi olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs Ağdaş rayon Eymur bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, o, 19 yanvar 2020-ci il tarixdən Ağdaş rayon, Eymur bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ağdaş rayonunun Qaradeyin, Ərəbşəki və Ağcaqovaq kəndləri də Eymur bələdiyyəsinin tabeçiliyindədir. Gözündə olan problemlə bağlı 2021-ci ilin dekabr ayı ərzində mütəmadi olaraq müalicə almaq üçün Bakı şəhərində yerləşən xəstəxanaya gedib-gəlmişdir. Bunun üçün də vəzifələrini müvəqqəti olaraq Eymur bələdiyyəsinin baş mühasibi işləyən Şahid4 icra etmişdir. 05 oktyabr 2023cü il tarixdə Şahid4 işdən çıxmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının tərtib etdikləri aktla tanış olmuş, həmin torpaq sahəsi Ağdaş rayon, Qaradeyin kəndinin örüş torpaq sahəsi olmuşdur və Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs heç bir rəsmi sənədi olmadan həmin torpaq sahəsində şumlama, əkin və məhsul yığımı həyata keçirmişdir. Hazırda zəbt olunmuş bələdiyyə torpaq sahəsi Eymur Bələdiyyəsinə təhvil verilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxs Ağdaş rayon Eymur bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs əkdiyi torpaq sahəsi 3,04 hektar olmuşdur, Təqsirləndirilən şəxs həmin sahəni şumlamaq və əkmək üçün icarəyə verilməsi ilə bağlı rəsmi qaydada bələdiyyəyə müraciət etməmişdir, onun əkdiyi torpaq sahəsinə bitişik Fəxrəddin Məsimlinin torpaq sahəsi olmuşdur, Təqsirləndirilən şəxs həmin sahəni əkməsindən bələdiyyənin bir ay sonra məlumatı olmuşdur, belə ki, kənd sakinin şikayətindən sonra bu məsələnin üstü açılmışdır, həmin vaxtlar o, müalicəsi ilə əlaqədar rayonda olmamış, onun vəzifə səlahiyytlərini müvəqqəti olaraq bələdiyyənin baş mühasibi Şahid4 icra etmişdir, Fəxrəddin Məsimlinin pambıq əkdiyi torpaq sahəsi ilə Təqsirləndirilən şəxs pambıq əkdiyi torpaq sahəsi yan-yana olmuşdur. Daha sonra zərərçəkmiş hüquqi şəxs Ağdaş rayon Eymur bələdiyyəsinin nümayəndəsi X11 təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Ağdaş rayonu, Qaradeyin kənd sakinlərindən bir nəfər Təqsirləndirilən şəxs heç bir rəsmi icazəsi və ya istifadə hüququ olmadan 2021-ci ilin aprel ayından kənd ərazisində bələdiyyə mülkiyyətində örüş yeri kimi istifadə olunan 3.04 ha torpaq sahəsinə pambıq əkdiyini bildirmişdir. Bu səbəbdən bələdiyyə mülkiyyətinə məxsus torpaqdan qanunsuz istifadə olunması ilə bağlı qeyd olunan əraziyə baxış keçirilmiş, baxış zamanı bələdiyyə mülkiyyətində olan örüş torpaq sahəsinə pambıq əkilməsi aşkar olunmuş, bununla bağlı yerində akt tərtib olunmuş və imzalanmışdır. Həmin ərazinin sərhədləri xüsusi cihazla vastəsi ilə müəyyən olunmuşdur. Şahid2 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs zəbt edərək pambıq əkdiyi sahəyə onun tərəfindən Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 və Eymur kənd Bələdiyyəsinin sədr əvəzi Şahid4 iştirakı ilə baxış keçirilmiş, zəbt olunmuş ərazinin koordinatları dəqiq müəyyən olunmuşdur, həmin ərazi örüş sahəsi olmuşdur, həmin ərazidə iki ayrı-ayrı sahəyə pambıq əkilmişdir, sahənin ətrafı şoranlıq, yulğun sahəsi olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş rayonu, Qaradeyin kənd icra nümayəndəsi vəzifəsində işləyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş müraciətlə şəxsən tanış olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinin nümayəndəsinin, Ağdaş rayon, Eymur kənd bələdiyyəsinin sədr əvəzi Şahid4 və onun iştirakı ilə xx.xx.2021-ci il tarixdə həmin kənd sakini Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan 3,04 ha örüş torpaq sahəsini heç bir rəsmi sənədi olmadan şumlatdırıb pambıq bitkisi əkməsini müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair heç bir sənəd təqdim etməmişdir və onun həmin torpaq sahəsini əkməsi üçün heç bir rəsmi icazəsi olmamışdır. Bununla bağlı tərəflərindən akt tərtib olunmuş və imzalanmışdır. Şahid1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, zəbt olunmuş torpaq sahəsi 3 hektardan artıq olmuşdur, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini əkmək istəməsi ilə bağlı nümayəndəliyə müraciət etməmiş, ona bununla bağlı heç bir arayış verilməmişdir, Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş əraziyə əkilməzdən əvvəl baxış keçirilməmişdir, əraziyə baxış keçiriləndən sonra əkilmiş torpaq sahəsi boşaldılmışdır. Əraziyə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü iştirak etmişdir, torpaq sahəsinin qabaq hissəsi pay torpağı, o biri hissəsi isə şoran torpaqlar olmuşdur. Təqsirləndirilən şəxs əkdiyi torpaq sahəsinə əkilməzdən əvvəl "xxxx" MMC-nin nümayəndələri tərəfindən baxış keçirilərkən orada olmamışdır. Pambıq məhsulu yetişənədək həmin torpaq sahəsinin əkilməsi ilə bağlı heç kim nümayəndəliyə şikayət etməmişdir. Təqsirləndirilən şəxs və Fəxrəddin Məsimlinin pambıq əkdikləri sahə ikisi birlikdə 6 hektardan çox olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2006-cı ildə 2023-cü ilin mart ayına kimi Eymur, Qaradeyin, Ərəbşəki və Ağcaqovaq kəndlərini əhatə edən Eymur kənd bələdiyyəsində baş mühasib vəzifəsində işləmişdir. Ağdaş rayonu, Qaradeyin kənd sakinlərindən bir nəfərin örüş sahəsinin əkilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə etdiyi müraciətlə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi Şöbəsinin baş məsləhətçisi Şahid2 və icra nümayəndəsi ilə birlikdə qeyd edilən əraziyə baxış keçirilməsində iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs heç bir rəsmi icazəsi və ya istifadə hüququ olmadan 2021-ci ilin aprel ayından kənd ərazisində bələdiyyə mülkiyyətində örüş yeri kimi istifadə olunan torpaq sahəsinə pambıq əkməsi aşkar olunmuş, bununla bağlı yerində akt tərtib olunmuş və imzalanmışdır. Şahid4 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə pambıq əkmək istəməsi ilə bağlı şifahi qaydada bir dəfə bələdiyyəyə müraciət etmiş, lakin həmin ərazi örüş sahəsi olduğuna görə ona rədd cavabı verilmişdir. Həmin vaxtlar bələdiyyə sədri işdə olmadığına görə onun bundan məlumatı olmamışdır. Şikayət olunan vaxt Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir, Təqsirləndirilən şəxs həmin ərazini tək əkmişdir, Fəxrəddin Məsimlinin əkdiyi ərazi başqa yerdə olmuşdur, "xxxx" MMC-nin nümayəndələri qeyd edilən torpaq sahəsinə əkilməzdən əvvəl baxış keçirərkən o, iştirak etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2018-ci ilin dekabr ayından "xxxx" MMC-nin Yevlax şəhərində yerləşən filialında traktor sürücüsü kimi işləmişdir. "xxxx" MMC-nin müqavilə bağladığı şəxslərin torpaq sahələrinin şumlamasını həyata keçirmişdir. Beləliklə o, "xxxx" MMC-nin rəhbərlyinin göstərişi ilə 2021-ci ilin mart ayının əvvəllərində Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsini şumlamışdır. Həmin torpaq sahəsini ona əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş rayonu, Qaradeyin kənd sakini Fəxrəddin Məsimli göstərmişdir. Şahid3 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, onun Ağdaş rayonu Qaradeyin kəndi ərazisində şumladığı ərazi 5,60 hektar olmuşdur, o, Təqsirləndirilən şəxs tanımır və həmin vaxt orada onu görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan təqribən 3,04 ha (694578.51 4491707.97) örüş torpaq torpaq qanunvericiliyinin tələbinə zidd olaraq pambıq bitkisi əkilərək əkin sahəsi kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnun olmadığı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkibi əlamətlərinə uyğun gəlir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarətini həyata keçirilməsini təmin etmək məqsədilə keçirilmiş monitorinq zamanı Qaradeyin kənd sakini ümumi istifadədə olan örüş otlaq sahəsinin 3,04 ha (694578.51 4491707.97) şumlanması və həmin ərazidə pambıq bitkisi əkməsi faktı aşkar edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ərazidə ümumi istifadədə olan örüş otlaq sahəsini şumlayaraq pambıq bitkisinin əkilməsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən Torpaq qanunvericiliyinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinin pozulması barədə məlumat verilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs keçirilmiş monitorinq zamanı ümumi istifadədə olan örüş otlaq sahəsinin 3,04 ha (694578.51 4491707.97) şumlaması və həmin əraziyə pambıq bitkisi əkməsi barədə tərtib olunmuş aktla tanış edilmiş, lakin həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 13 yanvar 2022-ci il tarixli və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək” haqqında 15 yanvar 2022-ci il tarixli qərarlardan görünür ki Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 yanvar 2022-ci il tarixdə azad edilmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 29 sentyabr 2022-ci il tarixli **********69 nömrəli məktubundan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri X14, X8, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 və Ağdaş rayon Eymur bələdiyyəsinin sədri Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək əkdiyi 3,04 ha torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Ağdaş rayon Eymur bələdiyyəsinin naturada göstərdiyi Ağdaş rayonu, Qaradeyn kəndi ərazisində yerləşən torpaq sahələrinin döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Ağdaş rayonu, Eymur bələdiyyəsinin xəritə materiallarına (DWGtorpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən naturada təsbit edilmiş 3 hissəli 9,39 ha (3,17 ha, 304 ha və 3,18 ha) torpaq sahəsinin təyinatı kənd təsərrüfat təyinatlı torpaqlar, uqodiyası örüş (ümumi istifadədə olan) mülkiyyətçisi Eymur bələdiyyəsidir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixdə “P-AGRO MMC”-dən Ağdaş rayon Polis şöbəsinə daxil olmuş cavab məktubundan görünür ki, 2021-ci ilin təsərrüfat mövsümündə Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixli 18F/21-04 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və fermerə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən aqrotexniki xidmətlər göstərilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0015 № Dövlət Aktının surətindən görünür ki, X23, X15, X18 və Təqsirləndirilən şəxs Ağdaş rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1,28 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 25 yanvar 2024-cü il tarixli PHŞ-18-1-22/2-110/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-nin polikilinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradeyin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X3, qızları X9 (2014), X10 (2015) və X4 (2020) ibarətdir. İş materiallarında olan haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 fevral 2014-cü il tarixdə doğulmuş X9, 10 yanvar 2015-ci il tarixdə doğulmuş X10 və 28 avqust 2020-ci il tarixdə doğulmuş X12 adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradeyin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağdaş rayon Eymur Bələdiyyəsinin 23 iyul 2024-cü il tarixli məktubundan görünür ki, zəbt olunmuş bələdiyyə torpaq sahəsi Eymur Bələdiyyəsinə təhvil verilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadənin həmçinin zərərçəkmiş hüquqi şəxsin izahatı, şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri, eləcə də iş materialları ilə təkzib edildiyini nəzərə alaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir, bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına zərərçəkmiş hüquqi şəxsin izahatı və şahidlərin ifadəsinin qoyulmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, ilk dəfə cinayət törətməsi, himayəsində üç azyaşlı övladının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğunluğunu nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 120 (yüz iyirmi manat pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 4 (dörd) gün müddət həmin cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ******************** SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 120 (yüz iyirmi) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-68/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-68/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver