Məhkəmə qərarları › İş №1(014)-69/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-69/2020

14.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-69/2020 14.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1984-cü ildə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 məhəllədə qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: ünvan 1 məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında 12iyun2020-ci il tarixdə, saat 23:30 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs sillə iləbir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən, baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ dirsək oynağının əzilməsi, sağ dirsək oynağının arxa səthinin sıyrığıilənəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs ilə təxminən 5 il əvvəl ailə həyatı qurduğunu, onların iki övladının olduğunu, Tünzalə ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, 12 iyun 2020-ci il tarixdə, saat təxminən 23:30 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt azyaşlı oğlu Məhəmmədəlinin qızdırması olduğunu gördüyünü, dərhal təcili yardıma zəng etdiyini və təcili yardımın həkimlərinin yaşadığı evə gəldklərini, həkimlərin Məhəmmədəliyə ilkin tibbi yardım göstərən zaman onun qucağında dayanmadığını, həmin vaxt Tünzalənin onların yanına gəldiyini və uşağı onun saxlamasının yaxşı olacağını söylədiyini, Tünzalənin bu hərəkətinin onun xoşuna gəlmədiyini, lakin uşağı Tünzaləyə verdiyini, həkimlərin Məhəmmədəliyə ilkin tibbi yardım göstərdikdən sonra çıxıb getdiklərini, həkimlər getdikdən sonra onun bir az əvvəl Tünzalənin Məhəmmədəlini nə üçün həkimlərin yanında ondan aldığını soruşduğunu, Tünzalənin də ona saymazyana “ uşaq səndə ağlayırdı, mən nə etməliydim ki” deyə cavavb verdiyini, Tünzalənin onunla kobud danışmasına görə Tünzalə ilə aralarında mübahisə baş verdiyini, Mübahisə zamanı isə Tünzalənin hərəkətlərinə əsəbləşdiyini və bir neçə dəfə qəsdən sillə ilə onun sifət nahiyəsindən, baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduğunu,həmin vaxt atası Mirzalının onları aralaşdırdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxsla 2014-cü ildə ailə həyatı qurduğunu, onların iki övladının olduğunu, Xəyyam ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin sonradan Xəyyamın spirtli içki aludəçisi olması səbəbindən tez-tez aralarında mübahisələrinin yaranmağa başladığını, 12 iyun 2020-ci il tarixdə, saat təxminən 23:30 radələrində yaşadığı evdə olduğunu, Həmin vaxt həyat yoldaşı Xəyyamın da yaşadığı evdə olduğunu və onun yanında iki nəfər qonağının olduğunu, onların yeyib-içdiklərini, onlar həmin vaxt spirtli içki qəbul etdiklərini, həmin vaxt onun azyaşlı oğlu Məhəmmədəlinin qızdırması olmasını gördüyünü, dərhal bu barədə Xəyyama məlumat verdiyini, Xəyyamın da təcili yardıma zəng edib uşaqlarının qızdırması olmasını bildirdiyini, təcili yardımın yaşadıqları evə gəlib Məhəmmədəliyə ilkin tibbi yardım göstərən zaman Məhəmmədəlinin Xəyyamın qucağında olduğunu, lakin Məhəmmədəlinin Xəyyamın qucağında kürlük etdiyini, sakit dayamadığını və həkimlərin ona iynə vura bilmədiklərini, onun da, həmin vaxt Xəyyama Məhəmmədlini ona saxlaması üçün verməsini söylədiyini və onun sakit duracağını bildirdiyini, həmin mən Xəyyamın ona əsəbləşməsini gördüyünü, lakin Xəyyamın ona heç bir söz demədən ona Məhəmmədəlini verdiyini, həkimlərin Məhəmmədəliyə ilkin tibbi yardım göstədikdən sonra çıxıb getdiklərini, həkimlər getdikdən sonra Xəyyamın ona “sən nə üçün həkimlərin yanında uşağı məndən istədin” deyə söylədiyini, onun da, Xəyyama “sən nə söyləyirsən, uşağımızın qırzdırması var, sən gör nədən danışırsan” deyə cavab verdiyini, lakin Xəyyamın onun sözlərinə əhəmiyyət vermədiyini və ona nalayiq ifadə işlədərək “mənə cavab qaytarma, mənim sözümün qabağında söz demə” deyə söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Xəyyam bir neçə dəfə sillə ilə onun baş nahiyəsindən, sifər nahiyəsindən və sağ qol nahiyəsindən vuraraq ona xasarət yetirdiyini, həmin vaxt qayınaatası Mirzalının gəlib onları aralaşdırdığını bildirdi. İş üzrə şahid x1 izahatında Təqsirləndirilən şəxs onun oğlu olduğunu, Xəyyamın Tünzalə ilə təxminən 4-5 il əvvəl ailə həyatı qurduğunu, əvvəllər onların aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, 12 iyun 2020-ci il tarixdə axşam saatlarında oğlu Xəyyamın qonaqları olduğunu, həmin vaxt nəvəsi Məhəmmədlinin qızdırması qalxdığını və ona görə də, təcili yardım çağırdıqlarını, təcili yardımın həkimlərinin Məhəmmədəliyə ilkin tibbi yardım göstərikdən sonra çıxıb getdiklərini, daha sonra isə bildiyinə görə Xəyyamın Tünzaləyə həkimlərin Məhəmmədəliyə ilkin tibbi yardım göstərən əsəbləşdiyini və həkimlər çıxıb getdikdən sonra onlar arasında bu səbəbdən mübahisə baş verdiyini, mübahisə zamanı isə Xəyyamın Tünzaləni döyməsini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 13.06.2020-ci il tarixli, 325 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər, təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ dirsək oynağının əzilməsi, sağ dirsək oynağının arxa səthin sıyrığı, küt ələt təsirindən törənmişlər, törənmə müddətlərii 12.06.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar