Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-69/2022 20.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1970-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, M.Ə.Sabir küçəsi 46-da qeydiyyatda olan, faktiki olaraq ünvan 1-da yaşayan, barəsində 18 mart 2022ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş, cəzasının sonu ilə azad edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən 2022-ci ilin mart ayının əvvəllərində naməlum mənbədən və şəraitdə əldə etdiyi 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.284 qram, 0.276 qram və 0.285 qram, ümumi təmiz çəkisi 0.845 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 03 ədəd sellofan və 05 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.303 qram, 0.284 qram, 0.325 qram, 0.039 qram, 0.076 qram, 0.062 qram, 0.069 qram, 0.118 qram, ümumi təmiz çəkisi 1.276 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı evində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 14:41 radələrində onun yaşadığı Ağdaş şəhəri, M.İsayev 1/16-da yerləşən evində axtarış aparılarkən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq saxladığı 0.845 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1.276 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində narkotik vasitələrin aludəçisi olduğunu, 17 mart 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə olması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirdiklərini, həmin vaxt polis əməkdaşlarına yaşadığı evin həyətində yerləşən yarımtikilidə narkotik vasitə saxlamasını söylədiyini, daha sonra dövlət hesabına müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra yaşadığı evə, evin həyətində yerləşən yarım tikiliyə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətində yerləşən yarım tikilidən 01 ədəd kibrit qutusunun aşkar edildiyini və həmin kibrit qutusunun açıldığını, kibrit qutusunun içərisindən 01 ədəd kağız və 06 ədəd sellofan bükümlərin aşkar edildiyini, bundan sonra 01 ədəd kağız bükümün açıldığını və həmin kağız bükümün içərisindən nisbətən kiçik ölçülərdə 05 ədəd kağız bükümlərin aşkar edildiyini, bundan sonra həmin kağız bükümlərin açıldığını və hər birinin içərisindən ağ rəngli və kristal halında narkotik maddəyə bənzər maddənin aşkar edildiyini, həmçinin 06 ədəd sellofan açılan zaman onlardan 03 ədəd sellofan bükümdə ağ rəngli və kristal halında, digər 03 ədəd bükümdə isə tünd qəhvəyi rəngli toz halında narkotik maddəyə bənər maddənin aşkar edildiyini, bundan sonra 05 ədəd kağız və 06 ədəd sellofan bükümlərin elektron çəkidə çəkildiyini və qablaşdırıldığını, daha sonra yaşadığı evdən 01 ədəd elktron tərəzi aşkar edilərək qablaşdırıldığını, üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən 01 ədəd alışqan, 01 ədəd “Kapital Bank”a aid plastik kart, 02 ədəd 1 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinaslarının, qaz, su və elektrik enerjisindən istifadəyə dair çeklərin və 01 ədəd mobil telefonun aşkar edildiyini, bundan sonra üzərindən aşkar edilmiş mobil telefonun kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, daha sonra protokol tərtib edildiyini, yaşadığı evin həyətində yerləşən tikilidən aşakr edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri tutulmamışdan təxminən 4-5 gün əvvəl Ağdaş şəhəri, Maşad qəbristanlığını yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitə və psixotro maddələri öz istifadəsi üçün saxladığını, heç vaxt heç kimdən narkotik vasitə və ya psixotrop maddə almadığını, həmçinin heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə şahidlərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ağdaş RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 mart 2022-ci il tarixdə Ağdaş şəhəri, Sabir küçəsi 46-da qeydiyyatda olan, ünvan 1-da yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı evdə və həyətindəki yarımtikilidə saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən raporla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Həmin gün, yəni 17 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə İlqar Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, M.İsayev küçəsində olmasını gördükdən sonra ona yaxınlaşaraq özülərini təqdim edərək onun narkotik vasitələri üzərində, yaşadığı evdə və həyətindəki yarımtikilidə saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olmasını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yarımtikilidə narkotik vasitə saxlamasını söylədiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərərk şübhəli şəxs kimi tutulmuş, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətinə baxış və üzərinə baxış və axtarış keçirilmiş, baxış zamanı onun yaşadığı evin həyətindəki anbardan 01 ədəd kibrit qutusu, kibrit qutusu açılan zaman, içərisindən 01 ədəd kağız büküm və 06 ədəd sellofan büküm, daha sonra 01 ədəd kağız büküm açıldı, içərisindən 05 ədəd kağız bükümün aşkar edilmiş, həmin kağız bükümlər açılan zaman içərisində ağ rəngli və kristal halında olan narkotik maddəyə bənzər maddə, sellofan bükümlər açılan zaman hər birinin içərisində ağ rəngli və kristal halında olan narkotik maddəyə bənzər maddə, digər 03 ədəd kağız bükümün hər birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və həmin 05 ədəd kağız bükümün elektron tərəzidə çəkilmiş, bundan sonra kağız və sellofan bükümlərin 01 ədəd kağız zərfdə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurularaq bükütün iştirakçılar və onun tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs yaşadığı evdən elektron tərəzi aşkar edildikdən 01 ədəd kağız zərfdə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 01 ədəd alışqan, “Kapital Bank”a aid bank kartı, 2 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd 20 manatlıq pul əskinası, Azərsu kartı, qaz və işiq çekləri, mobil telefon aşkar olunmuş, mobil telefon 01 ədəd kağız zərfdə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş, baxış və şəxsi axtarışın video çəkilişlə aparılmış və protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-nə məlumatların daxil olmuş, lakin həmin məlumatların realizə edilməsi mümkün olmamışdır. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2022-ci il tarixli 17/247 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik” sözləri yazılmış zərfin içərisindəki 03 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.284 qr, 0.276 qr, 0.285 qr, ümumi təmiz çəkisi 0.845 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, digər 03 ədəd sellofan və 05 ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0.303 qr, 0.284 qr, 0.325 qr, 0.039 qr, 0.076 qr, 0.062 qr, 0.069 qr, 0.118 qr, ümumi təmiz çəkisi1.276 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir.Tədqiqata təqdim edilmiş 03 ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 03 ədəd sellofan və 05 ədəd kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 755 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətində yerləşən yarım tikiliyə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində yerləşən yarım tikilidən 01 ədəd kibrit qutusu aşkar edilmiş və həmin kibrit qutusu açılan zaman içərisindən 01 ədəd kağız və 06 ədəd sellofan bükümlər aşkar edilmiş, bundan sonra 01 ədəd kağız bükümün açılmış və həmin kağız bükümün içərisindən nisbətən kiçik ölçülərdə 05 ədəd kağız bükümlər aşkar edilmiş, bundan sonra həmin kağız bükümlər açılmış və hər birinin içərisindən ağ rəngli və kristal halında narkotik maddəyə bənzər maddə aşkar edilmiş, həmçinin 06 ədəd sellofan açılan zaman onlardan 03 ədəd sellofan bükümdə ağ rəngli və kristal halında, digər 03 ədəd bükümdə isə tünd qəhvəyi rəngli toz halında narkotik maddəyə bənər maddə aşkar edilmiş, bundan sonra 05 ədəd kağız və 06 ədəd sellofan bükümlər elektron çəkidə çəkilərək qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd elktron tərəzi aşkar edilərək qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd alışqan, 01 ədəd “Kapital Bank”a aid plastik kart, 02 ədəd 1 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinasları, qaz, su və elektrik enercisindən istifadəyə dair çeklər və 01 ədəd mobil telefon aşkar edilmiş, bundan sonra üzərindən aşkar edilmiş mobil telefon qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən barəsində olan narkomaniyadan məcburi müalicə ləğv olunduqdan sonra azad edilməsi şərti ilə azad edilmiş, özünün deməsinə görə xx.xx.2021-ci il tarixdə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhmum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2011-ci il 4 mart tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlma, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsəd ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 17 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.695 qram narkotik vasitə heroin, 1.116 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.695 qram narkotik vasitə heroin, 1.116 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, iki ədəd disk cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-69/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-69/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver