Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-69/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 may 2023-cü il tarixdə saat 10:30-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 8,34 qram, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.P.Vaqif küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 15:43-dən 16:01-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,39 qram və 3,95 qram, ümumi təmiz çəkisi 8,34 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində təxminən bir ay olar ki, narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitədən istifadə etmədikdə bədənində ağrılar olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağdaş şəhəri, Vaqif küçəsində yerləşən evinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etdiklərini, üzərində narkotik vasitə saxladığı barədə onlarda məlumat olmalarını bildirdiklərini, üzərində qanunsuz olaraq narkotik vasitə saxladığına görə onu Ağdaş rayon polis şöbəsinə dəvət etdiklərini, həmin polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Ağdaş rayon polis şöbəsinə gəldiyini, rayon polis şöbəsində ona hüquq və vəzifələrinin izah edildiyini, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi təyin olunmasını istədiyini, bununla bağlı ona vəkillərin siyahısı təqdim edildiyini, ərizə ilə müraciət edərək, hüquqlarını Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 müdafiə etməsini, müdafiəçi təyin olunmasını istədiyini, bundan sonra həmin vaxt Niyaz Ələkbərov müdafiəçi təyin olunduğunu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs kimi tutulduğunu, şübhəli şəxs kimi tutulduqdan sonra üzərimdə videogörüntü vasitəsilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd kibrit qutusu, sol yan cibindən isə 01 ədəd qara rəngli sadə “Samsung” markalı mobil telefon, 125 (yüz iyirmi beş) manat nağd pul, 01 ədəd Sobranie siqareti aşkar olunduğunu, kibrit qutuları açıldıqda içərilərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, həmin kibrit qutularının içərilərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildiyini, həmin qurudulmuş marixuananı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən arxın kənarından tapdığını, istifadə etməsi üçün üzərində saxladığını, daha sonra üzərindən aşkar olunmuş həmin 02 ədəd kibrit qutusunun içərilərində olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildiyini, birinin çəkisi 6,9 qram, digərinin çəkisi isə 6,5 qram olduğunu, sonra həmin içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusu onun və digər iştirakçıların iştirakı ilə zərfə qablaşdırıldığını, həmin zərfin üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, mənə məxsus 01 ədəd “Sobranie” siqareti və 125 (yüz iyirmi beş) manat nağd pul ona qaytarıldığını, lakin üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli sadə “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək zərfə qablaşdırıldığını və həmin zərfi də imzalarla təsdiq etdiklərini, protokol tərtib olunduğunu, o və digər proses iştirakçıları heç bir şikayəti olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaları xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən arxın kənarından tapdığını, istifadə etməsi üçün üzərində saxladığını, polis şöbəsinə gətirilən zaman üzərində ifadəsində göstərdiyi əşyalar və polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman götürülsə də, lakin sonradan 125 (yüz iyirmi beş) manat nağd pul və bir ədəd Sobranie siqareti özünə qaytarıldığını, lakin üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli sadə “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək zərfə qablaşdırıldığını, bundan başqa üzərində heç bir qiymətli əşya, pul və ya qızıl zinyət əşyası olmadığını, polis əməkdaşlarından heç kim təyziq, şiddət və ya hədə-qorxu gəlmədiyini, həmin mobil telefonun içərisində ona məxsus ***-***-**-** saylı mobil nömrə olduğunu, narkotik vasitələrin satış ilə ümumiyyətlə məşğul olmadığını, sadəcə olaraq narkotik vasitələrin istifadəçisi olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, Ağdaş RPŞ-nin PPX Bölüyünün manqa komandiri vəzifəsində işləyən Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş şəhəri, M.P.Vaqif küçəsində dayanmasını gördüyünü, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, Əliyə üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağına görə Ağdaş rayon polis şöbəsinə dəvət etdiklərini, Əli də razılaşaraq birlikdə Ağdaş rayon polis şöbəsinə gəldiklərini, rayon polis şöbəsində ona hüquq və vəzifələri izah edildiyini, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi təyin olunmasını istədiyini, bununla bağlı ona vəkillərin siyahısı təqdim edildiyini, ərizə ilə müraciət edərək, hüquqlarını Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2 müdafiə etməsini istədiyini, ona müdafiəçi təyin olunmasını istədiyini, bundan sonra həmin vaxt Niyaz Ələkbərov müdafiəçi təyin olunduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs kimi tutulduğunu, şübhəli şəxs kimi tutulduqdan sonra üzərində videogörüntü vasitəsilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Əlinin əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd kibrit qutusu, sol yan cibindən isə 01 ədəd qara rəngli sadə “Samsung” markalı mobil telefon, 125 (yüz iyirmi beş) manat nağd pul, 01 ədəd Sobranie siqareti aşkar olunduğunu, kibrit qutuları açıldıqda içərilərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, həmin kibrit qutusunun içərilərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildiyini söylədiyini, həmin qurudulmuş marixuananı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən arxın kənarından tapdığını və istifadə etməyi üçün üzərində saxladığını, daha sonra üzərindən aşkar olunmuş həmin 02 ədəd kibrit qutusunun içərilərində olan narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzidə çəkildiyini, birinin çəkisi 6,9 qram, digərinin çəkisi isə 6,5 qram olduğunu, sonra həmin içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusu bütün iştirakçıların iştirakı ilə zərfə qablaşdırıldığını, həmin zərfin üzərinə möhür vurulduğunu, zərfə imza etdiklərini, ona məxsus 01 ədəd “Sobranie” siqareti və 125 (yüz iyirmi beş) manat nağd pul ona qaytarıldığını, lakin üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli sadə “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək zərfə qablaşdırıldığını, həmin zərfi də imzalarla təsdiq etdiklərini, protokol tərtib olunduğunu, bütün proses iştirakçıları heç bir şikayəti olmadığından protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 01 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 15:43-dən saat 16:01-ə dək Ağdaş RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan 02 ədəd kibrit qutusu, 01 ədəd siqaret qutusu, sol yan cibindən isə 01 ədəd mobil telefon, 125 manat pul, 01 ədəd siqaret aşkar olunmuş, həmin kibrit qutuları açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş, həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, çəkiləri 6,9 qram və 6,5 qram olduğunu, sonra kibrit qutuları zərfə qablaşdırılmış, üzərinə DİN-in 111№li möhürü vurulmuş, iştirakçılar zərfə imza etmişlər. Bundan sonra aşkar olunmuş 01 ədəd mobil telefonda zərfə qablaşdırılaraq götürülmüş, aşkar olunmuş 01 ədəd siqaret və 125 manat pul Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs kibrit qutularında olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üərində saxladığını bildirmiş, şəxsi axtarış ekspert-kriminalist tərəfindən videokamera vasitəsilə qeydə alınmış, protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/227 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 4,39 qram və 3,95 qram, ümumi çəkiləri 8,34 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar təkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 435 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 mart 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 mart 2023-cü il tarixli 486 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.P,Vaqif küçəsi 58 A №-li evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X3-həyat yoldaşı; xx.xx.2019-cu il təvəllüdlü X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində bir az yaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 8,24 qram qurudulmuş marixuananın məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 36 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 36 saat hüquqi xidmətə görə 216 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 58A ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 8,24 qram qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 36 saat hüquqi xidmətə görə 216 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-69/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-69/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver