Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-69/2024 07.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə ünvan 1i ünvanında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı özbaşına tutmuşdur. Belə ki, 2021-ci ilin sentyabr ayının ortalarında ünvan 1i ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan X-695692,52 Y-4488705,02 kordinatlı 3,18 hektar kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan şəxsi ehtiyacları üçün qəsdən özbaşına zəbt etməklə taxıl əkmək məqsədilə cinayətdən xəbərsiz Şahid4 cəlb edərək sonuncuya məxsus traktor vasitəsi ilə şumlatdıraraq özbaşına tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 188.3-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının tərtib etdikləri aktla tanış olmuş, ünvan 1ində ailə üzvləri birlikdə yaşadığını, kənd təsərrüfatı ilə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının tərtib etdikləri aktda göstərilən 3,18 ha örüş torpaq sahəsində taxıl əkmək istədiyini, lakin həmin torpaq sahəsinə dair heç bir rəsmi hüquqmüəyyənedici sənədinin olmadığını bildirdiyini, bunun üçün məsləhət almaq məqsədilə Ağdaş rayon, Qaradeyin kənd sakini şəhid anası Şahid5 yanına getdiyini və 3,18 torpaq sahəsində şumlama işləri aparıb taxıl əkmək istədiyini bildirdiyini, həmçinin söhbət zamanı Şahid5 həmin torpaq sahəsinə dair heç bir sənədinin olmadığını bildirdiyini, Şahid5 da heç bir problem olmadığını, ona heç kimin problem yaratmayacağını bildirdiyini,bundan sonra həmkəndlisi Şahid4 həmin torpaq sahəsini şumlamasını istəmiş, torpaq sahəsini şumlamağı qarşılığından Şahid4 100 manat pul verəcəyini bildirmiş, Şahid4 də onunla razılaşmış və həmin torpaq sahəsini 2 gün ərzində şumlamış, daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları həmin torpaq sahəsində monitorinq keçirmiş və şumladığı torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu bildirmiş, daha sonra onun iştirakı ilə akt tərtib olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində 19 yanvar 2020-ci il tarixdən Ağdaş rayon, Eymur bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Ağdaş rayonunun Qaradeyin, Ərəbşəki və Ağcaqovaq kəndləri də Eymur bələdiyyəsinin tabeçiliyində olduğunu, gözündə olan problemlə bağlı 2021-ci ilin dekabr ayı ərzində mütəmadi olaraq müalicə almaq üçün Bakı şəhərində yerləşən xəstəxanaya gedib-gəldiyini bildirdiyini, bunun üçün də vəzifələrini müvəqqəti olaraq həmin vaxtı Eymur bələdiyyəsinin baş mühasibi işləyən Şahid1 icra etdiyini bildirdiyini, bunun üçün də Ağdaş RPŞ-də istintaq olunan Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə olan cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində Şahid1 tanınması ilə bağlı Ağdaş RPŞ-yə məktubla müraciət edildiyini bildirdiyini, 05 oktyabr 2023-cü il tarixdə Şahid1 işdən çıxdığını bildirdiyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əməkdaşlarının tərtib etdikləri aktla tanış olduğunu, həmin torpaq sahələrinin Ağdaş rayon, Qaradeyin kəndinin örüş torpaq sahələri olduğunu və Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs heç bir rəsmi sənədi olmadan həmin torpaq sahəsində şumlama həyata keçirdiyini bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs Ağdaş rayon Eymur bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını bildirmiş və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş müraciətlə tanış olduğunu, ünvan 1 icra nümayəndəsi vəzifəsində işlədiyini bildirmiş, xx.xx.2021-ci il tarixdə kənd əhalisinin istifadə etdiyi örüş yerinin Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən traktor vasitəsi ilə şumlandığını aşkar etmiş, həmin nöqsanı aşkar etdikdən sonra akt tərtib edilmiş və həmin aktı onunla birlikdə Eymur kənd bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid1 və Əmlak məssələri Dövlət Komitəsinin Mingəçevir şəhər ərazi şöbəsinin baş məsləhətçisi Şahid3 iştirakı ilə imzaladığını bildirmiş, Təqsirləndirilən şəxsla görüşdükdə ona ilkin olaraq xəbərdarlıq etdiyini və onun nəzərinə qanunsuz olaraq nə səbəbdən torpağı şumladığını soruşduğunu bildirmiş, Təqsirləndirilən şəxs təxminən 3,18 ha torpaq sahəsini şumladığını bildirmiş, Təqsirləndirilən şəxs iradını bildirdikdən sonra Təqsirləndirilən şəxs öz əməlindən peşman olduğunu və həmin əraziyə heç bir toxum əkməyəcəyini bildirmiş, həmin vaxtdan Təqsirləndirilən şəxs şumladığı torpaq sahəsində heç bir əkin işləri görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsində işlədiyini bildirmiş, xx.xx.2021-ci il tarixdə kəndin örüş yeri kimi kənd əhalisinin istifadə etdiyi örüş yerinin Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən traktor vasitəsi ilə şumlandığını aşkar etmiş, qeyd olunan torpaq sahəsinin şumlanmasını Qaradeyin kənd icra nümayəndəsi Osman və Qaradeyin kənd bələdiyyəsinin sədri Vüqar ilə birlikdə aşkar etmiş, həmin nöqsanı aşkar etdikdən sonra akt tərtib etmiş və həmin aktı onunla birlikdə Qaradeyin kənd icra nümayəndəsi Şahid2 və bələdiyyə sədri Şahid1 iştirakı ilə imzaladığını bildirmiş,xüsusi cihazla “GPS” vastəsi ilə ərazinin sərhədləri müəyyən olunduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının ünvan 1i ərazisində keçirdikləri monitorinq ilə bağlı tərtib etdikləri aktla tanış olduğunu, ünvan 1i ərazisində kənd təsərrüfatı ilə məşğul olduğunu və qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Təqsirləndirilən şəxs tanıdığını, həmkəndlisi olduğunu və heç bir ədavət və düşmənçiliyinin olmadığını, 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla kənd ərazisində görüşdüyünü, söhbət zamanı Təqsirləndirilən şəxs Qaradeyin kəndi ərazisində olan torpaq sahəsini traktoru ilə şumlamağını istədiyini, həmin torpaq sahəsinə baxdıqdan sonra qərar verəcəyini,bundan sonra Təqsirləndirilən şəxsla birlikdə ünvan 1ində yerləşən torpaq sahəsinə gəldiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi torpaq sahəsini şumlamağını istədiyini, Təqsirləndirilən şəxs torpaq sahəsini şumlamağa görə ona pul verəcəyini, lakin həmin pulun məbləğini dəqiq xatırlamadığını qeyd etmiş, 2021-ci ilin sentyabr ayının ortalarında ünvan 1 ərazisində yerləşən örüş torpaq sahəsini şumladığını bildirmiş, həmin vaxtı yanında başqa heç kim olmadığını bildirmişdir. Torpaq sahəsini 2 gün ərzində şumladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs torpağı şumladığını və Təqsirləndirilən şəxs da ona bunun qarşılığında dəqiq xatırlamadığı məbləğdə pul verdiyini bildirmişdir. Bundan sonra fərdi yaşayış evinə gəldiyini bildirmişdir. Bir neçə gün sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının Təqsirləndirilən şəxs ona şumlatdığı torpaq sahəsinə baxış keçirdiyini və bununla bağlı akt tərtib etdiklərini öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, şəhid ailəsi olduğunu, pensiya aldığını və qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmkəndlisi olduğunu və onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yanına gəlib ünvan 1ində yerləşən torpaq sahəsini şumladıb taxıl əkmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı həmin torpaq sahəsinə dair heç bir rəsmi sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini şumlatmağı məsləhət görmüş, Bundan sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsini şumlatdığını öyrənmişdir. Təqsirləndirilən şəxs şumlatdığı torpaq saahsinin bələdiyyə mülkiyyətində olan örüş torpaq sahəsi olduğunu bilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli torpaq qanunvericiliyinin pozulması haqqında məlumatdan görünür ki, Ağdaş rayonu Eymur Bələdiyyəsinin ərazisindəki Qaradeyin kəndində monitorinq aparılmış və monitorinq zamanı ünvan 1ində yaşayan vətəndaş Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid ümumi istifadə olan təqribən 3,18 hektar (X-695692,52 Y-4488705,02) örüş torpaq sahəsinin torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq əkin məqsədi ilə şumlanması faktı aşkar edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu, Qaradeyin ərazisində keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi istifadə də olan örüş otlaq sahəsinin 3,18 ha (695692,52 4488705,02) şumlaması faktı aşkar olunmuşdur. Belə ki, sözü gedən 3,18 ha torpaq sahəsinə taxıl (dənli bitki) əkmək məqsədilə hazırlıq işləri aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində yerləşən bələdiyyə mülkiyyətində olan 3,18 ha örüş torpaq sahəsini taxıl əkmək məqsədilə şumlamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri övlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri X6 daxil olmuş xx.xx.2022-ci il tarixli **********69 nömrəli məktubda göstərilmişdir ki, Ağdaş rayonu, Eymur Bələdiyyəsinin xəritə materiallarına (DVVG-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən naturada təsbit edilmiş 3 hissəli 9,39 ha 93,17 ha , 304 ha və 3,18 ha) torpaq sahəsinin təyinatı kənd təsərrüfat təyinatlı torpaqlar , uqodiyası örüş (ümumi istifadədə olan) mülkiyyətçisi Eymur bələdiyyəsidir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli PHŞ-18-1- 22/2-110/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd sakinləri arasında ünsiyyətcil, dürüst, vicdanlı olmağı ilə seçilir. Zərərli vərdişləri yoxdur. İdmanla məşğul olmağı xoşlayır. Qohum-qonşuya xeyir və şər mərasimlərində kömək eliyir. Zəhmətkeşdir. Kənd sakinləri onun haqqında müsbət fikirdədirlər. Kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 5-32-12/2-31/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qaradeyin kəndində nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda olmaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı 1985-ci il təvəllüdlü X1, oğlu 2006-cı il təvəllüdlü X2, oğlu 2007-ci il təvəllüdlü X3, qızı 2015-ci il təvəllüdlü X4r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-ci maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahid ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs onun şəxsiyyətini müsbət və mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-69/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-69/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver