Məhkəmə qərarları › İş №1(014)-7/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-7/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-7/2022 09.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 oğlunun Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmamış, Ağdaş rayonu Dəhnəxəlil kəndində yaşayan, barəsində 28.06.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində 17.11.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 09 mart 2022-ci il tarixdə saat 11:20-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, o, 2021-ci ilin iyun ayının axırlarında Ağdaş rayonu Dəhnəxəlil kəndində yolun kənarında yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.331 qram narkotik vasitə hesab olunan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, üzərində saxlayaraq, daşımış və həmin narkotik vasitə 26 iyun 2021-ci il tarixə saat 17-09 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 Ağdaş rayon Dəhnəxəlil kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Mahmudov Şirin Vidadi oğlu ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 26.06.2021-ci il tarixdə saat 15 radələrində Ağdaş rayonu Cüvə kəndində xx.xx.1955-ci il təvəllüldlü Zərərçəkmiş şəxs məxsus həyətin qarşısından küçədən sonuncuya məxsus olan bir baş, 3 yaşında, 60 kq diri çəkisi olan cəmi 300 manat dəyərində qoyunu, yəni özgənin əmlakını gizli olaraq talamaq istəyərkən, həmin qoyunun sahibi Zərərçəkmiş şəxs tərəfindən yaxalanmış və öz iradəsindən asılı olmayan səbəblər üzündən cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 oğlu ittiham olunur ondan ötrü ki o, Ağdaş rayon Dəhnəxəlil kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 26.06.2021-ci il tarixdə saat 15 radələrində Ağdaş rayonu Cüvə kəndində xx.xx.1955-ci il təvəllüldlü Zərərçəkmiş şəxs məxsus həyətin qarşısından küçədən sonuncuya məxsus olan bir baş, 3 yaşında, 60 kq diri çəkisi olan cəmi 300 manat dəyərində qoyunu, yəni özgənin əmlakını gizli olaraq talamaq istəyərkən,həmin qoyunun sahibi Zərərçəkmiş şəxs tərəfindən yaxalanmış və öz iradəsindən asılı olmayan səbəblər üzündən cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, subay olduğunu, təxminin bir ildir ki, narkotik vasitələrdən çəkmək yolu ilə istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, təxminən 3-4 gün əvvəl Dəhnəxəlil kəndindən yolun kənarından yerdən bir ədəd sellofan büküm tapdığını və onun içərisinə açıb baxan zaman içərisində narkotik vasitə olduğunu gördüyünü və özü istifadə etmək üçün cibinə qoyaraq üzərində saxladığını, 26.06.2021-ci il tarixdə təxminən saat 15 radələrində həmkəndlisi Şirin Vidadi oğlu ilə birlikdə qoyun oğurlamaq qərarına gəldiklərini və bu məqsədlə Şirinin idarə etdiyi VAZ 2106 markalı avtomobillə Ağdaş rayon Cüvə kəndi istiqamətinə getdiklərini, orada yolun kənarında qoyun otladığını gördüklərini, həmin qoyunların yanında heç kimin olmadığını, qoyunlara yaxınlaşdıqlarını və qoyunların birini tutub Şirinin avtomobilinin yük yerinə qoyduqlarını, özlərinin isə avtomobilə oturub oradan uzaqlaşmaq istədiklərini, lakin həmin vaxt qoyun sahibinin yaxınlıqdakı evdən çıxdığını və və qoyunu buraxmaqlarını tələb etdiyini, özlərinin də qoyunu buraxdıqlarını və həmin vaxt Şirinin onu qoyub, avtomobilə oturub qaçdığını, özünün isə bir qədər qoyun sahibinə dil tökdüyünü və daha sonra piyada geri qayıdan zaman polis əməkdaşlarının yolda onu saxladıqlarını və üzərində narkotik vasitənin saxlanılmasında şübəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm və iki ədəd 1 manatlıq pul əskinası aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,63 qram olduğunnu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, üzərindən aşkar olunmuş iki ədəd 1 manatlıq pul əskinasları isə iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar olunan həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin 01 ədəd sellofan bükümdə olan narkotik maddəni təxminən 3-4 gün öncə yaşadığı Ağdaş rayon Dəhnəxəlil kəndində yolun kənarından tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, 26.06.2021-ci il tarixdə saat 15 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2la Ağdaş rayonu Cüvə kəndindən sonradan adını bildiyi Ağasəlim adlı şəxsin evinin yaxınlığından küçədən qoyun oğurlayaraq Şirinin avtomobilinin yük yerinə qoyduqlarını, lakin həmin vaxt qoyunun sahibi Ağasəlim həyətindən çıxıb onları gördüyündən qoyunu qaytarıb yerə buraxdıqlarını, Şirinin onun üzərində narkotik vasitə olduğun bilmədiyini, cəmi bir ədəd qoyun oğurlamaq istədiklərini göstərmişdir. Məhkəmə iclasında törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində yaşadığı Ağdaş rayon Cüvə kəndində qoyun saxlamaqla ailəsinin maddi dolanışığını təmin etdiyini, 26.06.2021-ci il tarixdə saat 15 radələrində evdə olduğunu hava isti olduğu üçün qoyunları saat 10 radələrindən etibarən çöl sahəsindən gətirib həyətinin qarşısına buraxdığını, təxminən saat 15 radələrində qoyanları yatan yerdə avtomobil dayandığını hiss etdiyini və tez qapıdan çölə çıxdığını, çölə çıxan zaman əvvəlcədən tanıdığı Şirin və Samir adlı şəxslərin ona məxsus bir baş 3 yaşında, təxminən 60 kq diri çəkisi olan, 250-300 manat dəyərində olan qoyunu oğurlayaraq göy rəngli VAZ 2106 markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduqlarını gördüyünü, onların avtomobilin yük yerini örtüb avtomobili sürmək istəyərkən özünü onlara çatdırdığını və onlardan nə etdiklərini soruşduğunu, Şirin və Samirin onu görən kimi nə edəcəklərini bilmədiklərini, avtomobilin qarşısına keçdiyini və onlara uca səslə qoyunu düşürmələrini dediyini, həmin şəxslərin avtomobildən düşdüklərini və qoyunu yük yerindən yerə düşürdüklərini, daha sonra Şirinin avtomobili sürərək oradan getdiyini, özünün də bu barədə polisə məlumat verdiyini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 saxladıqlarını daha sonra eşitdiyini, hadisənin 26.06.2021-ci il tarixdə saat 15 radələrində Ağdaş rayon Cüvə kəndində yerləşən yaşadığı evin qarşısında baş verdiyini, yaşadığı evin qapısının qarşısından Şirin və Samir adlı şəxslərin bir baş qoyununu oğurlamağa cəhd etdiklərini, həmin qoyunun hal hazırda həyətində olduğunu, hadisə zamanı orada heç kimin olmadığını göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barələrində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 26.06.2021-ci il tarixdə Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 15 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samiri Ağdaş rayonu Cüvə kəndində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumatlarının olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Samirin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Samirin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm və iki ədəd 1 manatlıq pul əskinası aşkar olunduğunu, Samirin həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,63 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı Samirin üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokola imza etdiklərini, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı tutulmamışdan 3-4 gün əvvəl Ağdaş rayon Dəhnəxəlil kəndində yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını, Ağdaş rayon Cüvə kəndində yaşayan Zərərçəkmiş şəxs 26.06.2021-ci il tarixdə Ağdaş RPŞ-nə müraciət edərək Ağdaş rayon Dəhnə kənd sakinləri Təqsirləndirilən şəxs1 və X1 ona məxsus bir baş qoyunu oğurlamağa cəhd etdiklərini bildirməsi ilə bağlı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi üçün Ağdaş RPŞ-nə gətirdikdən sonra bu barədə məlumatlarının olduğunu və daha sonra RPŞ-də bu barədə də sənədləşmələr aparıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdirlər. “Şəxsi axtarış keçirilməsi haqqında” 26 iyun 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:09-dan saat 17:20-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm və iki ədəd 1 manatlıq pul əskinası aşkar olunmuş, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,63 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərfin üzəri DİNnin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə ekspertizasının 23.08.2021-ci il tarixli 9/5809 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir baş diri çəkisi 60 kq olan qoyunun 2021-ci ilin iyun ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 300,00 (üç yüz) manat müəyyən edilir. İstintaq zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 qarşı heç bir iddia və tələbinin olmadığlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27 iyun 2021-ci il tarixli 17/469 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,331 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə-narkoloji ekspertizasının 26.08.2021-ci il tarixli 1001 nömrəli rəyində göstərmişir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Dəhnəxəlil kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 iyul 2021-ci il tarixli 257/3 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X4 atası; X3anasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 zəhmətkeşdir, kənd sakinləri və qonşularla münasibəti yaxşıdır, heç bir radikal dini cərəyanın üzvü deyil. Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şəxs barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05.06.2021-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 iyun 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 16:55-də Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 1(014)-7/2022 saylı qərarından görünür ki, cinayət işi üzrə icraata Təqsirləndirilən şəxs2 münasibətdə sonuncunun ölməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayının axırlarında Ağdaş rayonu Dəhnəxəlil kəndində yolun kənarında yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.331 qram narkotik vasitə hesab olunan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, üzərində saxlayaraq, daşımış və həmin narkotik vasitə 26 iyun 2021-ci il tarixdə saat 17-09 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür.Bundan başqa Təqsirləndirilən şəxs1 Ağdaş rayon Dəhnəxəlil kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Vidadi oğlu ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 26.06.2021-ci il tarixdə saat 15 radələrində Ağdaş rayonu Cüvə kəndində xx.xx.1955-ci il təvəllüldlü Zərərçəkmiş şəxs məxsus həyətin qarşısından küçədən sonuncuya məxsus olan bir baş, 3 yaşında, 60 kq diri çəkisi olan cəmi 300 manat dəyərində qoyunu, yəni özgənin əmlakını gizli olaraq talamaq istəyərkən, həmin qoyunun sahibi Zərərçəkmiş şəxs tərəfindən yaxalanmış və öz iradəsindən asılı olmayan səbəblər üzündən cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26.06.2021-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, 28.06.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla,cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 1,281 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş 30 saat hüquqi xidmətə görə 180 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASCnın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs1 yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1.281 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə xərci olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 30 saat hüquqi xidmətə görə 180 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 "xxxx" ASCnın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar