Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-7/2023 21.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, H.Əliyev prospekti 9 saylı evdə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək daşımaqla saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə olan ümumi təmiz çəkisi 36,78 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə əldə edərək üzərində qanunsuz daşıyaraq yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,38 qram, 0,27 qram, 0,32 qram olmaqla ümumi çəkisi 0,97 qram qurudulmuş marixuananı tanışı Şahid6 20 manat müqabilində ünvan 2 yaxınlığında satmış, bundan başqa həmin tarixdə saat 23:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılan və Ağdaş RPŞ-nin NH-də saat 23:32-dən 23:59-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç qoltuq cibindən 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,58 qram və 0,22 qram olmaqla ümumi təmiz çəkisi 0,80 qram qurudulmuş marixuana, həmçinin xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində ünvan 1 ünvanında yaşadığı evə baxış keçirilən zaman evin birinci mərtəbəsindəki zirzəmidəki şkafın üzərindən açıq formada və həmin şkafdan bir ədəd sellofan torbada və bir ədəd siqaret qutusunun içərisindən ümumi təmiz çəkisi 35,01 qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir, 5 və 2 yaşlarında iki azyaşlı övladları vardır. Özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Narkotik aludəçisi deyil. Ancaq müəyyən vaxtlarda narkotik vasitə olan marixuana çəkəndir. Şahid6 tanıyır, onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. xx.xx.2022ci il tarixdə saat təxminən 19:00 radələrində ünvan 2ndə olan zaman, əvvəllər tanıdığı Şahid6 ona yaxınlaşaraq narkotik vasitə olan qurudulmuş marixuana lazım olmasını bildirmişdir. Qurbana onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 3 bükümünü 20 manata verəcəyini bildirmişdir. 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı Şahid6 20 manata satmış, Qurban da ona 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasını çıxarıb vermişdir. Daha sonra Şahid6 ondan uzaqlaşaraq çıxıb getmiş, özü də oradan öz yaşadığı ev istiqamətinə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində yaşadığı evə yaxın küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Şahid6 narkotik vasitə olan qurudulmuş marixuana satdığını deyərək, bu səbəblə də onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli üzərində cızıqlar olan şalvarın sağ yan cibindən qara rəngli 1 ədəd “Samsung” markalı smartfon mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 2 ədəd kağız büküm və əynində olan şalvarın arxa sol yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları aşkar edilmişdir. Daha sonra üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş kağız bükümlər açılarkən içəsisində yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş, aşkar olunmuş 2 ədəd kağız bükümlər elektron tərəzidə çəkilərkən çəkiləri 0,67 qram və 0,64 qram olmuşdur. Daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümlər kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin, aşkar edilmiş 2 ədəd 5 manat pulun və 1 ədəd 10 manatlıq pulun haradan əldə etdiyini soruşan zaman həmin pul əsginaslarını Şahid6 xx.xx.2022-ci il tarixdə 3 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kağız bükümləri sataraq əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişdir. Daha sonra aşkar edilmiş 3 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdınlaraq götürülmüş, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur, şəxsi axtarış zamanı aşkar edilmiş və Şahid6 20 manat pul müqabilində satmış olduğu qurudulmuş marixuananı təxminən 10-15 gün öncə yaşadığı evdən aralıda balıq tutmağa gedən zaman su kanalının kənarından tapdığını, bir hissəsinin isə yaşadığı evin zirzəmisində saxladığını bildirmişdir. Daha sonra onun yaşadığı evin zirzəmisinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı zirzəmidə olan taxta rəfin alt hissəsində qara rəngli sellofan torbada olan yaşıl rəngli qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt evin zirzəmisinə baxış keçirilərkən orada olan həmin rəfin üst hissəsindən “Sobranie” markalı siqaret qutusunun içərisindən qurudulmuş halda yaşıl rəngli bitki kütləsi olan marixuana və həmin taxta rəfin içərisindən kağız bükümdə olan bitki toxumları aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi və 1 ədəd kağız bükümdə olan bitki toxumları elektron tərəzidə çəkilərkən 1 ədəd sellofan torbada olan bitki kütləsi olan qurudulmuş marixuananın çəkisi 43,84 qram və 1 ədəd kağız bükümdə olan bitki toxumlarının çəkisi 0,46 qram olmuşdur. Daha sonra yaşadığı evin zirzəmisinən aşkar edilmiş 1 ədəd sellofan torba və 1 ədəd kağız büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. İş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar olunmamış və götürülməmişdir. Baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Şahid6 əvvələr narkotik vasitə satmamışdır, Şahid5 tanımır. Şahid6 xx.xx.2022-ci il tarixdə 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı 20 manat pul müqabilində alan zaman kimlərəsə satması barədə heç bir söz deməmişdir. Əvvələr heç kimə narkotik vasitə satmamışdır. X5 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəsindən istifadə edən olan Bəhruz adlı şəxsi Ağdaş şəhər sakini kimi üzdən tanıyır. Bəhruzla aralarında heç bir düşmən münasibəti və ədavət olmamışdır. Bəhruz ondan bir neçə dəfə mobil telefon almışdır. Aralarında olan mesajlaşmalar ola bilər ki, mobil telefon və mobil telefon aksessuarları ilə bağlı olmuşdur. ***-***-**-** saylı mobil nömrəsindən istifadə edən Fəqan Fərzəliyevi tanıyır. Fəqanla aralarında heç bir düşmən münasibəti və ədavəti yoxdur. Belə ki, narkotik vasitələrdən istifadə edən zaman Fəqanla birlikdə nəşə çəkməmiş, Fəqana heç bir narkotik vasitə satmamış və bu barədə aralarında heç bir söhbət olmamışdır. Mesajlarda qeyd olunanlar isə Fəqanın ona satmış olduğu mobil telefonla bağlı aralarında yaranmış problemə görədir. Belə ki, telefon alveri ilə məşğul olduğu üçün Fəqandan telefon almış və Fəqana telefon satmışdır. Telefonu satdıqdan sonra problemi olduğu üçün mobil telefonu satdığı şəxs ona geri qaytarmış, o, da telefona görə Fəqana verdiyi pulu qaytarmasını istəmişdir. Fəqan onun pulunu qaytarmamışdır. X1 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəsindən Nurlan Mustafazadə istifadə etmiş və onunla həmin nömrədən Nurlan əlaqə saxlamış, buradakı mesaj mətnindən onun məlumatı olmamış və hansı məqsədlə yazılmasını bilmir. ***-***-**-** saylı mobil nömrəsindən X2 istifadə etmiş, Nurlanla danışığını xatırlamır, Nurlanla aralarında telefon alış-verişindən başqa heç bir danışığı olmamışdır. Xəyal Qurbanovun adına qeydiyyatda olan 055- ***-**-** saylı mobil nömrəsindən Xəyalın özü istifadə etmiş, Xəyalı tanıyır və aralarında normal münasibətlər olmuş, bir neçə dəfə birlikdə yemək yemişlər, aralarında başqa heç bir danışıq olmamış, mesajdakı qeyd olunan “nəsə edək” sözü isə birlikdə yemək yeyib içki içmək məqsədilə yazılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir, 5 və 2 yaşlarında iki azyaşlı övladları vardır. Özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Narkotik aludəçisi deyil. Ancaq müəyyən vaxtlarda narkotik vasitə olan marixuana çəkəndir. Şahid6 tanıyır, onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərindən Ağdaşa gəlmişdir. Həmin vaxt Qurbanla danışmışdıq ki, o, mənə olan 20 manat borcunu qaytarsın. Belə ki, o, Qurbana telefon satmış və Qurbanın ona 20 manat borcu qalmışdı. Mingəçevir şəhərindən gəldikdən sonra Qurban ona olan borcu qaytarmışdır. Həmin tarixdə təxminən saat 23:00 radələrində yaşadığı evə yaxın küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Şahid6 narkotik vasitə olan qurudulmuş marixuana satdığını deyərək, bu səbəblə də onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli üzərində cızıqlar olan şalvarın sağ yan cibindən qara rəngli 1 ədəd “Samsung” markalı smartfon mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 2 ədəd kağız büküm və əynində olan şalvarın arxa sol yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları aşkar edilmişdir. Daha sonra üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş kağız bükümlər açılarkən içəsisində yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş, aşkar olunmuş 2 ədəd kağız bükümlər elektron tərəzidə çəkilərkən çəkiləri 0,67 qram və 0,64 qram olmuşdur. Daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümlər kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin, aşkar edilmiş 2 ədəd 5 manat pulun və 1 ədəd 10 manatlıq pulun haradan əldə etdiyini soruşan zaman həmin pul əsginaslarını Şahid6 xx.xx.2022-ci il tarixdə 3 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kağız bükümləri sataraq əldə etdiyini bildirsə də, əslində həmin pulu Qurban ona olan borcundan qaytarmışdır. Belə deməyinin səbəbi isə ona polis əməkdaşlarının belə deyəcəyi təqdirdə həbs olunmayacağını deməsi ilə əlaqədar olmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişdir. Daha sonra aşkar edilmiş 3 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdınlaraq götürülmüş, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur, şəxsi axtarış zamanı aşkar edilmiş qurudulmuş marixuananı təxminən 10-15 gün öncə yaşadığı evdən aralıda balıq tutmağa gedən zaman su kanalının kənarından tapdığını, bir hissəsinin isə yaşadığı evin zirzəmisində saxladığını bildirmişdir. Daha sonra onun yaşadığı evin zirzəmisinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı zirzəmidə olan taxta rəfin alt hissəsində qara rəngli sellofan torbada olan yaşıl rəngli qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt evin zirzəmisinə baxış keçirilərkən orada olan həmin rəfin üst hissəsindən “Sobranie” markalı siqaret qutusunun içərisindən qurudulmuş halda yaşıl rəngli bitki kütləsi olan marixuana və həmin taxta rəfin içərisindən kağız bükümdə olan bitki toxumları aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi və 1 ədəd kağız bükümdə olan bitki toxumları elektron tərəzidə çəkilərkən 1 ədəd sellofan torbada olan bitki kütləsi olan qurudulmuş marixuananın çəkisi 43,84 qram və 1 ədəd kağız bükümdə olan bitki toxumlarının çəkisi 0,46 qram olmuşdur. Daha sonra yaşadığı evin zirzəmisindən aşkar edilmiş 1 ədəd sellofan torba və 1 ədəd kağız büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. İş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar olunmamış və götürülməmişdir. Baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Şahid6 və ya digər şəxsə heç vaxt narkotik vasitə satmamışdır, Şahid5 tanımır. Lakin özü mütəmadi olaraq narkotik vasitə olan marixuana istifadə edir. Fəqanla aralarında olan SMS yazışmalarında Fəqanın onu “barıqa” adlandırması, onu qıcıqlandırmaq məqsədi ilə olmuşdur. Narkotik istifadə etdiyi üçün əməlindən peşmandır. Himayəsində 2 azyaşlı övladının olmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisi deyil, müəyyən vaxtlarda narkotik vasitə olan qurudulmuş marixuana çəkir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00-17:00 radələri arasında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əvvəllər tanıdığı ünvan 2 ünvanında yaşayan Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək çəkməyi üçün qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Şahid6 ona çəkməyi üçün qurudulmuş marixuananı 20 manat dəyərində 3 ədəd bükümdə tapıb verə biləcəyini, onu ünvan 2nin girişində gözləməyini bildirmişdir. O da Şahid6 ona dediyi yerdə gözləmişdir. Bir müddət gözlədikdən sonra Şahid6 onun olduğu yerə gələrək ondan 20 manat pul alaraq ona 3 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana verərək onun yanından çıxıb getmişdir. Qurbanın ona vermiş olduğu 3 ədəd kağız bükümləri açan zaman içərisində qurudulmuş marixuana olmasını və həmçinin, həmin marixuananın içərisində toxumların olmasını görüb, həmin toxumları qurudulmuş marixuananın içərisindən seçərək başqa bir kağız parçasına bükmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:50 radələrində olduğu yerdən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirmiş və onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmişdir. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Redmi Note 9C” markalı mobil telefon, əynində olan tünd göy rəngli qış gödəkcəsinin sol iç yan cibindən üzərinə “Sobranie” sözü yazılmış siqaret qutusu aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusunun içərisinə baxış keçirilən zaman siqaret qutusunun içərisindən 4 ədəd kağız büküm aşkar olunmuş, aşkar olunmuş kağız bükümlər açılarkən 3 ədəd kağız bükümün içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər bitki kütləsi, 1 ədəd kağız bükümün içərisindən isə bitki toxumları aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş 3 ədəd kağız bükümlər içərisində yaşıl rəngli, narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilərkən, çəkiləri müvafiq olaraq 0,45 qram, 0,46 qram və 0,55 qram və aşkar olunmuş 1 ədəd içərisində bitki toxumları olan kağız bükümdə elektron tərəzidə çəkilərkən çəkisi 0,36 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş kağız bükümləri haradan əldə etməyini soruşan zaman üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər bitki kütləsini əvvəllər tanıdığı ünvan 2 ünvanında yaşayan Arifin oğu Qurbandan 20 manat pul müqabilində aldığını bildirmiş və 1 ədəd kağız bükümdə olan bitki toxumlarını da Qurbandan aldığı bükümlərin içərisindən seçərək, başqa bir kağıza qoyduğunu söyləmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 3 ədəd içərisində yaşıl rəngli bitki kütləsi olan kağız büküm və 1 ədəd içərisində bitki toxumları olan kağız büküm kağız zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin, üzərindən aşkar edilmiş qara rəngli “Redmi Note 9C” markalı smartfon mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, narkotik aludəçisi deyil, ancaq müəyyən vaxtlarda narkotik vasitə olan marixuana çəkəndir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00-17:00 radələri arasıda əvvəllər tanıdığı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq ona çəkməyi üçün qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. O da Şahid5 ona qurudulmuş marixuana tapıb verə biləcəyini, onu ünvan 2nin girəcəyində gözləməyini, gəlib onu tapacağını bildirmişdir. Daha sonra yaşadığı evə yaxın küçədə Təqsirləndirilən şəxs görərək ona qurudulmuş marixuana lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs də ona üzərində qurudulmuş marixuana olduğunu, həmin marixuananı 20 manat pul müqabilində sata biləcəyini bildirmişdir. O, cibində olan 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasını verərək Təqsirləndirilən şəxs 3 ədəd kağız bükümdə qurudulmuş marixuana almış və sonradan həmin bükümlərin hər birinin üzərlərindən istifadə etməyi üçün qurudulmuş marixuana götürərək yerdə qalan 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı Şahid5 onu gözlədiyi ünvan 2nin girəcəyinə gedərək Təqsirləndirilən şəxs aldığı 3 ədəd qurudulmuş marixuananı Şahid5 20 manat pul müqabilində verərək oradan yaşadığı evə qayıdıb, yaşadığı evin həyətində Təqsirləndirilən şəxs alaraq Şahid5 vermiş olduğu marixuananın üzərindən istifadəsi üçün götürdüyü qurudulmuş marixuananı çəkmişdir. Daha sonra yaşadığı evdə olmuş, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:10 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onu çağırmış, yaşadığı evin həyətinə çıxan zaman polis əməkdaşlarının özlərini təqdim edərək Şahid5 narkotik vasitə olan qurudulmuş marixuananı satması barədə onlarda məlumat olduğunu bildirərək onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə getmişdir. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “HOMTOM” markalı mobil telefon aşkar edilmiş, üzərindən başqa heç bir şey aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid5 20 manat pul müqabilində vermiş olduğu 3 ədəd qurudulmuş marixuananı haradan əldə etməsi barədə sual verilmiş, həmin qurudulmuş marixuananı əvvəllər tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsdən 20 manat pul müqabilində alaraq üzərindən istifadəsi üçün götürüb daha sonra 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı Şahid5 20 manat pul müqabilində vermişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli “HOMTOM” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, daha sonra yaşadığı evə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heçnə aşkar olunmamış və götürülməmiş, baxış zamanı da video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 9-da qeydiyyatda olan, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Həmin gün saat 23 radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 ilə birlikdə Ağaları Ağdaş şəhəri H.Əliyev prospekti 9-da yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Ağalara Şahid6 narkotik vasitə satması ilə bağlı məlumat olmasını bildirmişlər. Həmçinin, onu RPŞ-yə dəvət etmişlər. RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Ağaların üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli üzərində cızıqlar olan şalvarın sağ yan cibindən qara rəngli 1 ədəd “Samsung” markalı smartfon mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan üst cibindən 2 ədəd kağız büküm və əynində olan şalvarın arxa sol yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş kağız bükümlər açılarkən içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş, aşkar olunmuş 2 ədəd kağız bükümlər elektron tərəzidə çəkilərkən çəkiləri 0,67 qram və 0,64 qram olmuşdur. Daha sonra aşkar edilmiş 2 ədəd kağız bükümlər kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin, aşkar edilmiş 2 ədəd 5 manat pulun və 1 ədəd 10 manatlıq pulun haradan əldə etdiyini ondan soruşan zaman həmin pul əsginaslarının Şahid6 xx.xx.2022-ci il tarixdə 3 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kağız bükümləri sataraq əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. Daha sonra Ağaların üzərindən aşkar edilmiş 3 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq götürülmüş, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Şəxsi axtarış zamanı Ağalar üzərindən aşkar edilmiş və Şahid6 20 manat pul müqabilində satmış olduğu qurudulmuş marixuananı təxminən 10-15 gün öncə yaşadığı evdən aralıda balıq tutmağa gedən zaman su kanalının kənarından tapdığını, bir hissəsinin isə yaşadığı evin zirzəmisində saxladığını bildirmişdir. Daha sonra onun yaşadığı evin zirzəmisinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı zirzəmidə olan taxta rəfin alt hissəsində qara rəngli sellofan torbada olan yaşıl rəngli qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt evin zirzəmisinə baxış keçirilərkən orada olan həmin rəfin üst hisəsindən “Sobranie” markalı siqaret qutusunun içərisindən qurudulmuş halda yaşıl rəngli bitki kütləsi olan marixuana və həmin taxta rəfin içərisindən kağız bükümdə olan bitki toxumları aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi və 1 ədəd kağız bükümdə olan bitki toxumları elektron tərəzidə çəkilərkən 1 ədəd sellofan torbada olan bitki kütləsi olan qurudulmuş marixuananın çəkisi 43,84 qram və 1 ədəd kağız bükümdə olan bitki toxumlarının çəkisi 0,46 qram olmuşdur. Daha sonra Ağaların yaşadığı evin zirzəmisindən aşkar edilmiş 1 ədəd sellofan torba və 1 ədəd kağız büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. İş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar olunmamış və götürülməmişdir. Baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri N.Nərimanov küçəsi 4/19-da qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Şahid5 narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin tarixdə onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Həmin gün saat 20:50 radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Nicatı ünvan 2nin girişində piyada hərəkətdə olduğunu gömüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirmişlər. Həmçinin, onu RPŞ-yə dəvət etmiş, RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Nicatın üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nicatın əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Redmi Note 9C” markalı mobil telefon, əynində olan tünd göy rəngli qış gödəkcəsinin sol iç yan cibindən üzərinə “Sobranie” sözü yazılmış siqaret qutusu aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd siqaret qutusunun içərisinə baxış keçirilən zaman siqaret qutusunun içərisindən 4 ədəd kağız büküm aşkar olunmuş, aşkar olunmuş kağız bükümlər açılarkən 3 ədəd kağız bükümün içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər bitki kütləsi, 1 ədəd kağız bükümün içərisindən isə bitki toxumları aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş 3 ədəd kağız bükümlər elektron tərəzidə çəkilərkən, çəkiləri müvafiq olaraq 0,45 qram, 0,46 qram və 0,55 qram və aşkar olunmuş 1 ədəd içərisində bitki toxumları olan kağız bükümdə elektron tərəzidə çəkilərkən çəkisi 0,36 qram olmuş, şəxsi axtarış zamanı aşkar olunmuş kağız bükümlərin haradan əldə etməyini soruşan zaman aşkar edilmiş 3 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər bitki kütləsini əvvəllər tanıdığı ünvan 2 ünvanında yaşayan Arifin oğu Qurbandan 20 manat pul müqabilində aldığını bildirmiş və 1 ədəd kağız bükümdə olan bitki toxumlarını da Qurbandan aldığı bükümlərin içərisindən seçdiyini, başqa bir kağıza qoyduğunu söyləmişdir. Daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 3 ədəd içərisində yaşıl rəngli bitki kütləsi olan kağız büküm və 1 ədəd içərisində bitki toxumları olan kağız büküm kağız zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Nicat və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin, üzərindən aşkar edilmiş qara rəngli “Redmi Note 9C” markalı smartfon mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Nicat və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Bundan sonra həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Şahid6 narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Həmin gün saat 22:10-da Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə Qurbanı yaşadığı evdən səsləmiş, həmin zaman Qurban yaşadığı evin qarşısına çıxmışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona Şahid5 narkotik vasitə satması ilə bağlı onlarda məlumat olmasını bildirmişlər. Həmçinin, onu RPŞ-yə dəvət etmiş, RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Qurbanın üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Qurbanın əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “HOMTOM” markalı mobil telefon aşkar edilmiş, şəxsi axtarış zamanı Qurbanın üzərindən başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı ona Şahid5 20 manat pul müqabilində satmış olduğu 3 ədəd qurudulmuş marixuananı haradan əldə etməsi ilə bağlı sual verilmiş, Şahid6 da onun xx.xx.2022-ci il tarixdə Şahid5 satmış olduğu 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı, Təqsirləndirilən şəxs adlı şəxsdən 20 manat pul müqabilində alaraq üzərindən istifadəsi üçün götürüb daha sonra 3 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı Şahid5 20 manat pul müqabilində satmasını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli “HOMTOM” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Qurban və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Daha sonra Şahid6 yaşadığı Ağdaş şəhəri SU-18 ünvanında yerləşən evə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmamış və götürülməmişdir. Baxış zamanı da video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə Ağaların üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli üzərində cızıqlar olan şalvarın sağ yan cibindən qara rəngli 1 ədəd “Samsung” markalı smartfon mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan üst cibindən 2 ədəd kağız büküm və əynində olan şalvarın arxa sol yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş kağız bükümlər açılarkən içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş, aşkar olunmuş 2 ədəd kağız bükümlər elektron tərəzidə çəkilərkən çəkiləri 0,67 qram və 0,64 qram olmuşdur. Daha sonra aşkar edilmiş 2 ədəd kağız bükümlər kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin aşkar edilmiş 2 ədəd 5 manat pulun və 1 ədəd 10 manatlıq pulun haradan əldə etdiyini ondan soruşan zaman həmin pul əsginaslarının Şahid6 xx.xx.2022-ci il tarixdə 3 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kağız bükümləri sataraq əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. Daha sonra Ağaların üzərindən aşkar edilmiş 3 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq götürülmüş, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Ağalar üzərindən aşkar edilmiş və Şahid6 20 manat pul müqabilində satmış olduğu qurudulmuş marixuananı təxminən 10-15 gün öncə yaşadığı evdən aralıda balıq tutmağa gedən zaman su kanalının kənarından tapdığını, bir hissəsinin isə yaşadığı evin zirzəmisində saxladığını bildirmişdir. İşin materiallarında olan digər CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı zirzəmidə olan taxta rəfin alt hissəsində qara rəngli sellofan torbada olan yaşıl rəngli qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt evin zirzəmisinə baxış keçirilərkən orada olan həmin rəfin üst hisəsindən “Sobranie” markalı siqaret qutusunun içərisindən qurudulmuş halda yaşıl rəngli bitki kütləsi olan marixuana və həmin taxta rəfin içərisindən kağız bükümdə olan bitki toxumları aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi və 1 ədəd kağız bükümdə olan bitki toxumları elektron tərəzidə çəkilərkən 1 ədəd sellofan torbada olan bitki kütləsi olan qurudulmuş marixuananın çəkisi 43,84 qram və 1 ədəd kağız bükümdə olan bitki toxumlarının çəkisi 0,46 qram olmuşdur. Daha sonra Ağaların yaşadığı evin zirzəmisindən aşkar edilmiş 1 ədəd sellofan torba və 1 ədəd kağız büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Ağalar və digər iştirakçılar həmin zərfə imza etmişlər. İş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar olunmamış və götürülməmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən bir ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə dair məlumatlara baxış zamanı, xx.xx.2021-ci il tarixdə X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qaqa pul alinmiyibe hele”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “2dene ele”, xx.xx.2021ci il tarixdə mesaj yazaraq “Qaqa nevaxt alindira bilsen xeber et mene rahat yatim”, həmin tarixdə Ağalar ona “Qaqa zeng catmir oğlana demediyim adam qalmayib evdeyem elimden gelen edirem yenede”, “Opurem”, xx.xx.2021-ci il tarixdə “Burdayam”, xx.xx.2021ci il tarixdə mesaj yazaraq “Qaqa yarm saata goruwerik”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa ilkinde yanmdadiha saqqalli”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Alinan kimi xeber ele qaqa”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Hardasan ağalar mene zeng vur”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Sene zeng vururam adboy gedir”, xx.xx.2021ci il tarixdə mesaj yazaraq “Qaqa mingecevirdedi iwlemir hemde”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Gozde orda gelib goturum seni”, xx.xx.2022-ci il tarixdə mesaj yazaraq “Pul olmadi qaqa” bildirmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Fəqan Fərrzəliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Feqan ondan doru vallah evdeyem danisanmiram hell et zeng ele”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Qaqa acmir telfonu sabah gorserik”, xx.xx.2021-ci il tarixdə Fəqan Ağalara mesaj yazaraq “bugunen salam verme mene sen kisinin vəssalam”, xx.xx.2021-ci il tarixdə Fəqan Ağalara mesaj yazaraq “E sen ne poxsan cindir barijni petux uzatma get.... deyirem sene arali”, xx.xx.2021-ci il tarixdə Fəqan Ağalara mesaj yazaraq “E .... sen ne poxsan meni harasa cagirirsan men seni dunenen priznavat elemirem get tayi tap”, “E telefonu ac kisinin bariqa ogras senin agzi .... ağalar sen hara pulu vermemiseme matisqa”, həmin tarixdə Ağalar Fəqana mesaj yazaraq “Feqan mazgimi xarab eleme qutar kisacasi senki sende menki mende fsyo”, Fəqan Ağalara mesaj yazaraq “Soxum senin satdigin 3 tustu seyede seninde agza get .... ağalar poxu menen uzaq ele”, Ağalara Fəqana mesaj yazaraq “Men sennen goturmusem vidadin karopkan ne satmax narkamanin yekesisenda ozun neseden ottu elediyi gordum davayfi”, Fəqan Ağalara mesaj yazaraq “E got sen idin seyi .... soxan men oturanda masina kul sen kisi basa guya men tustu aciyam utan ole ayibdi senol get neseni herseyden cox isteme”, Ağalar Fəqana “Neseni herseyden usdun tutduğun ucun eliyirsenda bu sobeti mrn nese aji dorem lazim olanda pulun verib alib cekebilem səninkimi 1.2. manat nese cekmirem men Meslehet olsaydi sene zeng vurardix nesrn gorub masina oturan sen idin indi bildin nese aji kimdi di davay yazma qiril”, Fəqan Ağalara mesaj yazaraq “Neseni gorub masina oturan oglanigin .... bilmiyib danisanda”, Ağalar Fəqana mesaj yazaraq “Feqan sen diycen men diycem darixdirma adami axri yaxsiya getmiyceh, qutar senki sende menki mende aaaraaaalıııı”, Fəqan Ağalara mesaj yazaraq “E sen ne poxsan senen arali sen arali dur uzatma”, Ağalara Fəqana mesaj yazaraq “Ok” bildirmiş, 23.01,2022-ci il tarixdə X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Ağaların istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə “Kiwi meni danliyirdi kimse deyib yene ki cekir newe”, xx.xx.2022ci il tarixdə Ağalara mesaj yazaraq “2 tarixdi bir de 616” bildirmiş, xx.xx.2020-ci il tarixdə X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Ağaların istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə mesaj yazaraq “Biz terefe gelsen xeber ele duwum awaqi”, xx.xx.2020-ci il tarixdə “Duwe bilirem awaqi prosdu pulum yoxdu”, xx.xx.2020-ci il tarixdə “Elesez bir iki tustude men wdim” bildirmiş, xx.xx.2021-ci il tarixdə Xəyal Qurbanov istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəsi ilə Ağaların istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə mesaj yazaraq “Nagarsan hardasan zeng ele gorek yada teli ac”, xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “Nese edek?? Bir xeber ver mene” məzmunlu mesajlaşma mətnləri aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və işin materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, səs yazısında Təqsirləndirilən şəxs iddia etdiyinə görə onunla Şahid6 arasında olan dialoqdur. Həmin CD diskdə olan səs yazısında ittihamı təkzib edən, işin halları ilə ziddiyyət təşkil edən hər hansı məlumat müəyyən edilməmişdir. Həmçinin, səs yazısında Təqsirləndirilən şəxs söhbət etdiyini iddia etdiyi şəxs Şahid6 məhkəmə iclasında dindirilmiş və işin halları ilə bağlı ətraflı ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 15 mart 2022-ci il tarixli, 17/239 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid5 üzərindən aşkar edilmiş...” sözləri yazılmış 1 (bir) ədəd zərfin içərisindəki: 3 (üç) ədəd kağız bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri – 0,38 qram, 0,27 qram, 0,32 qram, ümumi təmiz çəkisi 0,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır, 1 (bir) ədəd kağız bükümdə, 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 0,18 qram olan bitki toxumları, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,58 qram, 0,22 qram, ümumi təmiz çəkisi 0,80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri yazılmış 1 (bir) ədəd zərfin içərisindəki: 1 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 35,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, 1 (bir) ədəd kağız bükümdə, 14 (on dörd) ədəd, ümumi təmiz çəkisi 0,19 qram olan bitki toxumları, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş, 3 (üç) ədəd zərfin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan çətənə bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından həmin obyektlərlə təqdim edilmiş qurudulmuş marixuanaların müəyyən müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 aprel 2022-ci il arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı - X4 (1997-ci il təvəllüdlü), oğlu - X12 (2020-ci il təvəllüdlü), oğlu - X8 (2016-cı il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 4(014)-34/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(014)-69/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay, yəni 14 iyun 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək uzadılmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmənin 14 dekabr 2022-ci il tarixli hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hələ də ev dustaqlığı ilə bağlı elektron nəzarət vasitəsi qalmaqdadır və o, faktiki olaraq hələ də ev dustaqlığı qətimkan tədbirinin təsiri altındadır. Bununla bağlı məhkəmə tərəfindən Ağdaş RPŞ-yə sorğu verilmiş və məhkəmənin sorğusuna verilmiş 30 dekabr 2022-ci il tarixli cavabda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə bağlanmış elektron nəzarət vasitəsi 24 dekabr 2022-ci il tarixdə açılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs heç bir məhkəmə qərarı olmadan faktiki olaraq xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olmuş və onun şərtlərinə əməl etmişdir. Eyni zamanda, işin materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsin dair 14 avqust 2022-ci il tarixli qərarın həqiqətən də aidiyyəti üzrə göndərilməsini və icra olunmasını təsdiq edən heç bir sənəd işin materiallarına əlavə olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, işin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə dindirilmiş 6 şahidin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid6 həm məhkəmə iclasında, həm də istintaq zamanı birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 3 ədəd kağız bükümdə qurudulmuş marixuananı pul müqabilində Şahid6 almışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan SMS-lərin mətnləri, o cümlədən Fəqan Fərzəliyevin ona yazdığı “barıqa” ifadəsi də işin digər halları ilə uyğunluq təşkil edir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini qismən etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faktiki olaraq ev dustaqlığında olduğu cəmi 9 (doqquz) ay 10 (on) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 9 (doqquz) ay 10 (on) gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 36,66 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faktiki olaraq ev dustaqlığında olduğu cəmi 9 (doqquz) ay 10 (on) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 9 (doqquz) ay 10 (on) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 36,66 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-7/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-7/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver