Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-7/2024 19.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1970-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2n Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 4 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 448,75 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və idarə etdiyi özünə məxsus “VAZ 2106” minik markalı, **-BB-*** dövlət qeydiyyyat nişanlı avtomobilində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, F.Səfərov küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 12:25-dən 12:45-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli, cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,75 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, tədbirlərin davamı kimi həmin tarixdə saat 12:58-dən 13:12-dək qeyd olunan avtomobilə Ağdaş RPŞ-nin inzibati binasının həyətində baxış keçirilən zaman sürücü oturacağının alt hissəsindən 1 ədəd sellofan paketdə təmiz çəkisi 445,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində xəstə olduğunu, həmçinin beş dəfə əməliyyat olunduğunu, müxtəlif dərmanlar qəbul etdiyini, lakin bədənində olan kəskin ağrılar çoxalarkən ayda bir necə dəfə olmaqla narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməsinin olduğunu, sonuncu məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edildiyini, həmin gün özünün evdə olduğunu, özünə məxsus olan sözügedən avtomobilin həyətdə deyil, küçədə qapının ağzında olduğunu və qapılarının baqajın açıq olduğunu, səhər saatlarında evdə olarkən 3-4 nəfər polis əməkdaşlarının onun yaşadığı evə gələrək onu çağırdıqlarını, həmin polis əməkdaşlarını mülki geyimdə olduqlarını və heç birini tanımadığını, onu tələsdirərək məhkəməyə gecikdiyini bildirərək onu evdən çıxararaq ağ rəngli VAZ2107 markalı avtomobilə əyləşdirərək polis şöbəsinə gətirdiklərini, polis şöbəsində olarkən tanımadığı bir nəfər polis serjantı tərəfindən üzərinə narkotik vasitə qoyulduğunu, daha sonra polis şöbəsində təzyiqlərə məruz qalaraq döyüldüyünü və üzərinə videogörüntü vasitəsi ilə baxış keçiriləcəyini, baxış zamanı həmin narkotik vasitəninin özünə məxsus olduğunu bildirməsini söylədiklərini, çarəsiz qalaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, maşınından çıxan narkotik vasitədən isə xəbərsiz olduğunu, belə ki, həmin gün avtomobilin küçədə qapının ağzında, qapılarının açıq vəziyyətdə olduğunu, maşında narkotik vasitə olduğu halda nə üçün maşını küçədə qapıları açıq vəziyyətdə saxladığını, bunun doğruluğunun inandırıcı olmadığını, özünün polis şöbəsinə başqa maşınla gətirildiyini, öz maşının isə cibindən maşının açarlarının götürülərək maşına polis əməkdaşları tərəfindən narkotik vasitə yerləşdirildiyini, maşının polis şöbəsinə necə gətirilməsi barədə məlumatının olmadığını, bundan başqa ittiham aktında həmin narkotik vasitənin özünün içməli su gətirərəkən artezianın kənarından tapdığının qeyd olunduğunu, adını dəqiq xatırlamadığı küçədə yerləşən özünə məxsus evdə arvadı ilə ikisinin birlikdə yaşadığını, onlara su lazım olmadığını, arteziandan su gətirmədiyini və sözügedən arteziana getmədiyini, onun üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitələrlə geç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində ifadə verən zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 30 ildir ki, narkotik vasitədən istifadə etdiyini, narkotik vasitələrdən istifadə etməyən zaman bədənində şiddətli ağrılar olduğunu, narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən səhər saatlarında Ağdaş rayonu, Qaradağlı kənd ərazisindəki yolun kənarında yerləşən arteziandan su içmək üçün əlində olan qaba su dolduran zaman artezian quyusunun kənarında narkotik vasitə, çətənə kolunu gördüyünü, qurudulmuş marixuanadan istifadə etdiyinə görə həmin bitkinin narkotik tərkibli bitki kolu olduğunu bildiyini, həmin narkotik tərkibli kolun yarpaqlarını orada olan ağ rəngli sellofan paketə yığaraq daha sonra hissə-hissə istifadə etmək üçün idarə etdiyi VAZ 2106 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücü oturacağının altına qoyduğunu, həmin narkotik vasitədən özü istifadə etmək üçün bir qədərini öz üzərində daha sonra ondan istifadə etmək üçün saxladığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Ağdaş şəhəri, F.Səfərov küçəsində olan zaman iki nəfər şəxsin ona yaxınlaşdıqlarını, həmin şəxslərin özlərini təqdim edərək, Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək, onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu söyləyərək onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də həmin vaxt polis əməkdaşlarına heç bir etiraz etmədiyini və polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəldiyini, daha sonra üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu izah etdiklərini, özünün də onlara həmin vaxt həqiqətən də üzərində və idarə etdiyi avtomobilində narkotik vasitə olduğunu bildirdiyini, bundan sonra təhqiqatçı tərəfindən ona müdafiəçi ilə təmin edilmək hüququ izah edildiyini, özünün də təhqiqatçıya maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istəyini bildirdiyini, daha sonra vəkillərin siyahısı təqdim edildiyini, özünün də vəkillərin siyahısından, əvvəllər adını eşitdiyi Müdafiəçi onu dövlət hesabına müdafiə etməsini istədiyini bildirdiyini, bundan sonra Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin edildiyini, daha sonra RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrinin izah olunduğunu, bundan sonra təhqiqatçının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymağını təklif etdiyini, buna görə də, üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etdiyini, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd alışqan, üzərində “Vinçestr” yazılmış siqaret qutusunu, 12 ədəd bir manatlıq, 11 ədəd 5 manatlıq, 5 ədəd 10 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 217 manatı, həmin şalvarın sol yan cibindən isə 1 ədəd təsbehi və 1 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirildiyini, hər hansı bir əşya aşkar edilmədiyini, bundan sonra üzərindən aşkar edilmiş kibrit qutusunun açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik, bitki kütləsi aşkar edildiyini, həmin vaxt polis əməkdaşlarına həmin bitki kütləsinin narkotik vasitə olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yerləşən yolun kənarındakı artezianın kənarından tapdığını bildirdiyini, bundan sonra üzərindən aşkar olunmuş kibrit qutusunun elektron tərəzidə çəkildiyini və çəkisinin 4,5 qram olduğunu, həmin kibrit qutusunun kağız zərfə qablaşdırılaraq, üzərinə möhür vurulduğunu, özü və iştirakçıların tərəfindən imzalandığını, daha sonra idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitə olduğunu bildirdiyini, bundan sonra idarə etdiyi avtomobilə baxış keçirildiyini, baxış zamanı sürücü oturacağının altından 1 ədəd sellofan paket aşkar olunduğunu, həmin sellofan paketin açıldığını, içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin aşkar edildiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kənd ərazisində yerləşən artezianın yaxınlığından kol şəklində tapdığını bildirdiyini, daha sonra avtomobilindən aşkar edilmiş kütlənin elektron tərəzidə çəkildiyini, çəkisinin 470 qram olduğunu, sonra həmin sellofan paketin qablaşdırılaraq iştirakçılar tərəfindən imzalandığını, DİN-in 111 nömrəli möhürü ilə möhürlənib üzərinin müdafiəçi və şahidlər tərəfindən imzalandığını, birinci dəfə tutulana kimi ***-***-**-** saylı mobil nömrə altında mobil telefondan istifadə etdiyini, lakin sonradan mobil telefondan istifadə etmədiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını, ona heç bir formada təziq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş istintaq hərəkətlərinin protokolları, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 1ində qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Üç-Qovaq küçəsində, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə 12 radələrində Ağdaş RPŞ-nin PPXBnün polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, F.Səfərov küçəsində, Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini və üzərində narkotik maddələr saxlaması, daşıması və istifadə etməsi barədə bizdə əməliyyat məlumatı olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, birlikdə Ağdaş RPŞ-nə gəldiklərini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrinin izah olunduğunu, bundan sonra təhqiqatçının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoymağını təklif etdiyini, Mübarizin üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etdiyini, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd alışqanı, üzərində “Vinçestr” yazılmış siqaret qutusunu, 12 ədəd bir manatlıq, 11 ədəd 5 manatlıq, 5 ədəd 10 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 217 manatı, həmin şalvarın sol yan cibindən isə 1 ədəd təsbehi və 1 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirildiyini, hər hansı bir əşya aşkar olunmadığını, bundan sonra üzərindən aşkar edilmiş kibrit qutusunun açıldığını, içərisindən yaşıl rəngli, kəskin iyə malik, bitki kütləsinin aşkar edildiyini, həmin vaxt təhqiqatçıya həmin bitki kütləsinin narkotik vasitə olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yerləşən yolun kənarındakı artezyan quyusunun kənarından tapdığını bildirdiyini, bundan sonra üzərindən aşkar olunmuş kibrit qutusunun elektron tərəzidə çəkildiyini və çəkisinin 4,5 qram olduğunu, həmin kibrit qutusunun kağız zərfə qablaşdırılaraq, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən imzalandığını, daha sonra idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitə olduğunu dediyini, bundan sonra idarə etdiyi avtomobilə baxış keçirildiyini, baxış zamanı sürücü oturacağının altından 1 ədəd sellofan paket aşkar olunduğunu, həmin sellofan paketin açıldığını, içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kənd ərazisində yerləşən artezianın yaxınlığından tapdığını söylədiyini, daha sonra avtomobilindən aşkar edilmiş bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 470 qram olduğunu, sonra həmin sellofan paketin iştirakçılar tərəfindən imzalandığını, DİN-in 111 nömrəli möhürü ilə möhürlənib müdafiəçisi və şahidlər tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə əvvəllər məşğul olsa da, son dövrlər yalnız narkotik istifadəsi məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan 1 ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd alışqan, üzərində “Vinçestr” yazılmış siqaret qutusunu, 12 ədəd 1 manatlıq, 11 ədəd 5 manatlıq, 5 ədəd 10 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 217 manatı, sol yan cibindən isə 1 ədəd təsbehi və 1 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər-hansı bir əşya aşkar olunmamış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üzərində “Vinçestr” yazılmış siqaret qutusu açılmış, içərisində siqaret dənələri olmuş, bundan sonra isə aşkar olunmuş kibrit qutusu açılmış və içərisindən xüsusi iyə malik olan, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuş, həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisi 4.5 qram olmuş, sonra həmin büküm elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 1.7 qram olmuş, sonra həmin büküm kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğu, özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik vasitəyə bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisindəki, yolun kənarında olan artezianın yanından tapdığını bildirmiş, əlavə olaraq, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** dövlət nönmrə nişanlı avtomobildə də narkotik vasitə olmasını bildirmişdir. İşin materiallarında olan 1 ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus VAZ 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomibilinə rayon polis şöbəsinin inzibati binasının həyətində, videoçəklişlə müdafiəçisinin iştirakı ilə baxışa başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin qabaq sol oturacağın alt hissəsindən 1 ədəd sellofan torba aşkar olunmuş, həmin torba açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisi 470 qram olmuş, sonra həmin büküm kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/551 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütləsi....." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 3,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət. Təqsirləndirilən şəxs özünə məxsus VAZ 2106 markalı, **-BB-*** DQN-lı avtomobildən aşkar edilmiş 1 ədəd içərisində göy rəngli kəskin iyli bitki kütləsi olan sellofan paket..." sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi - 445,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli, № 1315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X4 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1198/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası” X4 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-59/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki günün təyin edilmiş cəzadan çıxılması və qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat, on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 475,10 qram narkotik maddə olan qurudulmuş marixuananın məhv edilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-59/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, № 95 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, № 851 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində qeydiyyatda olub, Ağdaş şəhəri, Üç-Qovaq küçəsi №-li evdə yaşamaqla ailə tərkibi 1977-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:14-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin nəzərə alınması qərara alınmış və o, həmin qərarla həmin tarixdə 10:00-da tanış olmuşdur. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə əri Təqsirləndirilən şəxs məxsus VAZ 2106 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobil Leyla Əzizovaya təhvil verilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə əri Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 217 (iki yüz on yeddi) manat pul Leyla Əzizovaya təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində təqsirini etiraf etməməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun şübhəli şəxs qismində verdiyi ifadə daha inandırıcıdır, həmçinin Təqsirləndirilən şəxs təqsirli olması istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində və ibtidai istintaqda verdiyi ifadələr üst-üstə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ittiham olunduğu maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur, əvvəllər məhkum edilməsi və məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması onun onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-59/2023 nömrəli hökmünə əsasən ona təyin edilmiş 3 (üç) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qsimən toplanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-59/2023 nömrəli hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 448,60 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-59/2023 nömrəli hökmünə əsasən ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qsimən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-59/2023 nömrəli hökmünə əsasən cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 448,6 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-7/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-7/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver