Məhkəmə qərarları › İş №1(014)-7/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-7/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-7/2025 07.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1974-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərərvurma cinayətini törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə keçmiş əri ünvan 4vanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs aralarında Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən yumruqla bir neçə dəfə qəsdən vuraraq yerə yıxıb, sonuncu yerdə olan zaman yenidən yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən qəsdən vurmuş, sonra təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmuş, daha sonra Zərərçəkmiş şəxs saçından tutaraq bir neçə dəfə onun başını yerə (döşəməyə) qəsdən vuraraq Zərərçəkmiş şəxs - alnın sağ nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ gözətrafı nahiyəsinin şişkinliyi (dərialtı hematomaları), sağ gözün ağlı qişasına qansızma, alnın sağ nahiyəsinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gələn sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs ilə 2000-ci ildə ailə qurub 2010-cu il boşandıqlarını, Zərərçəkmiş şəxs ilə birgə nikahlarından 3 övladlarının dünyaya gəldiyini, Zərərçəkmiş şəxs boşandıqdan sonra övladlarının hər üçü Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqlarını, Zərərçəkmiş şəxs onun övladları ilə görüşməsinə vaxtı-vaxtında şərait yaratmadığını, buna görə də, Zərərçəkmiş şəxs ilə aralarında narazılıqlar yarandığını, Uşaqlarını görmək üçün dəfələrlə Zərərçəkmiş şəxs zəng etməsinə baxmayaraq Zərərçəkmiş şəxs onun zənglərinə cavab vermədiyinə görə, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində övladlarını görmək üçün Zərərçəkmiş şəxs yaşadığı evə getdiyini, Zərərçəkmiş şəxs yaşadığı evə daxil olduğunu, Zərərçəkmiş şəxs övladlarını görmək üçün gəlməsini söylədiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona övladlarının evdə olmadığını söyləyərək ona və anasının ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə də, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşdiyinə görə Zərərçəkmiş şəxs yaxınlaşıb yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən qəsdən vuraraq onu yerə yıxdığını, yerə yıxıldıqdan sonra yenidən bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən yumruqla qəsdən vurduğunu, daha sonra təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini, sonra Zərərçəkmiş şəxs saçından tutub bir neçə dəfə onun başını qəsdən yerə (döşəməyə) vuraraq ona xəsarət yetirdikdən sonra çıxıb getdiyini, keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2024-cü il tarixdə təxminən saat 12:30 radələrində Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada Zərərçəkmiş şəxs anası Şahid2 olduğunu, başqa heç kimin olmadığını və səs-küyə heç kim gəlmədiyini bildirmişdir. Əməlindən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olduğunu, Təqsirləndirilən şəxs ilə birgə nikahlarından 3 övladları vardır, Təqsirləndirilən şəxs ilə aralarında tez-tez münaqişə olmasına görə 2010cu ildə Təqsirləndirilən şəxs rəsmi boşandıqlarını, boşanandan sonra Təqsirləndirilən şəxs ona aliment ödədiyini, keçmiş əri Təqsirləndirilən şəxs boşanandan sonra Təqsirləndirilən şəxs xəyanət etməkdə onu günahlandırdığını, bu səbəbdən əvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs onunla mübahisə və dava-dalaş etdiyini, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saatlarında işdən çıxıb kirayədə yaşadığı evə getdiyini və yaşadığı evdə yataq xəstəsi olan anası Şahid2 qulluq etdiyini, həmin günü təxminən saat 12:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək ona övladlarını görmək istəməsini söylədiyini, daha sonra Təqsirləndirilən şəxs onu xəyanət etməkdə günahlandırdığını, onun da keçmiş əri Təqsirləndirilən şəxs övladlarının evdə olmadığını, övladlarını görməkdə ona heç bir etirazının olmadığını söylədiyini, daha sonra Təqsirləndirilən şəxs ona heç vaxt xəyanət etmədiyini söylədiyini, lakin Təqsirləndirilən şəxs yenidən təkidlə onu xəyanət etməkdə günahlandırdığını, buna görə də, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumuruqla bir neçə dəfə onun sifət və baş nahiyələrindən qəsdən vurub onu yerə yıxdığını, yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs yenidən yumuruqla bir neçə dəfə onun sifət və baş nahiyələrindən qəsdən vurduğunu, daha sonra təpiklə bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, sonra Təqsirləndirilən şəxs onun saçından tutub bir neçə dəfə onun başını qəsdən yerə (döşəməyə) vuraraq ona xəsarət yetirdikdən sonra oradan çıxıb gediyi, keçmiş əri Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın onun kirayə yaşadığı Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 2 ünvanında yerləşən evin qonaq otağında baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, mübahisə və dava-dalaş zamanı orada onlardan başqa anası Şahid2 olduğunu, başqa heç kimin olmadığını və səsküyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunun nəzərə alınmasını və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində uzun müddətdir ki, Rusiya Federasiyasında yaşadığına görə öz evini kirayə yaşaması üçün tanışı Zərərçəkmiş şəxs verdiyini, xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək keçmiş əri Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək onu döyməsini ona söylədiyini, səhəri gün yəni xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini, Zərərçəkmiş şəxs alın və sağ göz nahiyələrində xəsarət olmasını gördüyünü, Zərərçəkmiş şəxs ona xəsarəti Təqsirləndirilən şəxs döyərək yetirməsini söylədiyini bildirmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 21 noyabr 2024-cü il tarixli, 618 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alnın sağ nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ gözətrafı nahiyəsinin şişkinliyi (dərialtı hematomaları) sağ gözün ağlı qişasına qansızma, alnın sağ nahiyəsinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 23 may 2011-ci il tarixli, 1(014)-29/2011 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddətinə şərti hesab edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 noyabr 2024-cü il tarixli, № 252 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır, ailə üzvləri anası X1 (1948-ci il təvəllüdlü) ibarətdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 18 noyabr 2024-cü il tarixli 18-1-22/2-1652/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X6 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 23 may 2011-ci il tarixli, 1(014)-29/2011 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddətinə şərti hesab edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar