Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-70/2020 30.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,fərdi fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1974-cü ildə Ağdaş rayonu, Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Kotavan kəndində qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Kotavan kənd sakini Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında xx xxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə təpiklə bel nahiyəsindən və bir neçə dəfə də sillə ilə boyun və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sol bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dirsək oynağının əzilməsi, arxa səthinin sıyrığı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Kifayət Nəmmədova ilə 1998-ci ildə ailə həyatı qurduqlarını, iki övladlarının olduğunu, Kifayət ilə ailə həyatı qurduqdan sonra əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin sonradan Kifayət ilə aralarında söz-söhbətlərin və mübahisələrin yaranmağa başladığını, onların aralarındakı mübahisələrə səbəb Kifayətin onun qohumları ilə yola getməməsi və qohumları ilə onun arasında narazılıq yaratması olduğunu, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində qonşuluqda yaşayan bacısı X2 yaşadığı evə getdiyini,həmin vaxt bacısı Ruqiyə ilə arasındakı söhbət əsnasında bacısı Ruqiyənin ona Kifayətdən gileyləndiyini və Kifayətin ona qarşı hərəkətkərindən ona narazılığını bildirdiyini, onun da, təxminən yarım saat sonra yaşadığı evə getdiyini və Kifayətdən nə üçün bacısının ondan şikayətləndiyini soruşduğunu, lakin Kifayətin ona bununla bağlı heç bir məlumatının olmadığını söylədiyini, onun da, Kifayətə yalan danışmamasını söylədiyini, lakin Kifayətin onun sözlərinə məhəl qoymadığını və ona kobud formada “əl çək məndən” deyə cavab verdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Kifayətin hərəkətlərinə əsəbləşdiyini və bir dəfə təpiklə onun bel nahiyəsindən vurduğunu, daha sonra isə Kifayətin həyətə çıxdığını, həyətdə bir dəfə də sillə ilə Kifayətin boyun nahiyəsində vurduğunu, daha sonra isə yaşadığı evə getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında təxminən 22 ilə yaxındır ki, Qənbər Məmədov ilə evli olduğunu, iki övladlarının olduğunu, ailə həyatı qurandan sonra əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, lakin son bir neçə ildir ki, aralarında tez-tez söz-söhbətlər və mübahisələrin baş verdiyini, xx xxxx 2020-ci il tarixdə, saat təzminən 12:30 radələrində yaşadığı evdə olduğunu, həmin vaxt Qənbərin ona nalayiq ifadələr işlədərək yanına gəldiyini və bir dəfə təpiklə onun bel nahiyəsindən vurduğunu, daha sonra isə ondan nə üçün onun qohumları barədə mənfi danışmasını soruşduğunu, onun da, Qənbərə belə bir hal baş vermədiyini, onun heç kim barəsində mənfi danışmadığını söylədiyini, bundan sonra onun evin həyətinə çıxdığını, onun həyətdə olan zaman isə Qənbərin ona “yalan deyirsən” deyə söyləyərək iki dəfə də sillə ilə onun boyun nahiyəsindən vurduğunu, daha sonra isə çıxıb getdiyini bildirdi. İş üzrə Şahid izahatında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun valideynləri olduğunu, son vaxtlar anası Kifayət ilə atası Qənbər arasında söz-söhbətlər və mübahisələr yaranmağa başladığını, onların arasındakı mübahisələrə səbəb anası Kifayətin qohumları ilə yola getməməsi və onların aralarında narazılıq yaratması olduğunu, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15:00 radələrində yaşadığı evə gəldiyini, həmin vaxt anası Kifayət ona bir az əvvəl atası Qənbər ilə aralarında mübahisə baş verməsini və mübahisə zamanı isə atası Qənbərin təpiklə onun böyür nahiyəsindən vurmasını söylədiyini, daha sonra isə anası Kifayətin çıxıb getdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 342 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dirsək oynağının əzilməsi, arxa səthinin sıyrığı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinəxitam verilsin və ocinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: FamilNəsibov.
Məhkəmə qərarları › İş №1(014)-70/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-70/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver