Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-70/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 may 2023-cü il tarixdə saat 10:50-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 29/49 da yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən evdə usta işləyən zaman vahid niyyətlə xx.xx.2022-ci il tarixdə günorta saatlarında evin həyətində olan 01 ədəd qara rəngli 350 (üç yüz əlli) manat dəyərində olan dəmir seyf qapını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında evin həyətindəki 01 ədəd qəhvəyi rəngli 160 (yüz altmış) manat dəyərində olan plastik qapını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında 01 ədəd “SİMFER” markalı ağ rəngli 250 (iki yüz əlli) manat dəyərində olan dörd gözlü qaz sobasını və 50 metr uzunluğunda 15 mm diametrili 50 (əlli manat) dəyərində olan plastik boruları gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 810 (səkkiz yüz on) manat maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ailəsi ilə birlikdə yaşadığını və evli olduğunu, Ağdaş rayonu, Ağzıbir kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayon polis şöbəsinə etdiyi müraciətlərlə tanış olduğunu, Zərərçəkmiş şəxs əvvəllər tanıdığını, onunla hər hansı bir ədavətinin və ya düşmənçiliyinin olmadığını, gündəlik fəhləlik edib maddi qazanc əldə etdiyini, maddi vəziyyətinin aşağı olduğunu, Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində təxminən 3 ay bundan əvvəl evin tikintisində usta kimi işləməyə başladığını, həmin evdə ümumi tikinti işlərini həyata keçirdiyini, gördüyü işin hər kvadratına görə 3 manat 50 qəpik pul aldığını, təkbaşına evdə və evin həyətində tikinti işlərini həyata keçirən zaman maddi vəziyyəti aşağı olduğuna görə oğurluq etmək qərarına gəldiyini, evdə olan bir neçə əşyanı oğurlayıb satmaq üçün əvvəlcədən alıcı axtarmağa başladığını, bu məqsədlə Ağdaş şəhərində metal qəbulu məntəqəsi işlədən Şahid2 yaxınlaşdığını və ona bir evdə usta işlədiyini və əziyyət haqqı kimi özünə ev sahibi tərəfindən bir neçə əşya verildiyini və onları satıb maddi qazanc əldə etmək istədiyini bildirdi, Şahid2 ondan nə satdığını soruşduğunu, bir ədəd dəmir seyf qapı olduğunu və onu satmaq istədiyini bildirdiyini, ona həmin qapının əvvəlcədən çəkdiyi şəklini göstərdiyini, Şahid2 qapıya baxdığını və bəyənərək gətirməyini bildirdiyini, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında evin həyətindən bir ədəd dəmir (seyf) qapını oğurlamaq yolu ilə götürdüyünü, həyətin darvazasından çölə çıxartdığını, həmin vaxt təsadüfən oradan keçən taksi fəaliyyəti göstərən tünd göy rəngli “Vaz 2107” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə qapını yerləşdirdiyini, oradan Həsənin metal qəbulu məntəqəsinə apardığını, həmin qapını Həsən adlı şəxsə 55 manat pul müqabilində satdığını, bundan sonra həmin 55 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, daha sonra xx.xx.2022-ci il tarixdə Həsənlə telefon vasitəsi ilə danışaraq ona 01 ədəd plastik qapı olduğunu və həmin qapını satmaq istədiyimi bildirdiyini, Həsənin ona qapını almayacağını lakin başqa bir nəfər şəxsin qapı almaq istədiyini, onun nömrəsini ona verəcəyini və həmin şəxsin onunla əlaqə saxlayacağını bildirdiyini, bundan sonra Elman adlı şəxsin onunla telefonla əlaqə saxladığını və ondan qapını almaq istədiyini bildirdiyini, Elmanla razılaşaraq onunla görüşdüyünü, Elmana məxsus göy rəngli, “Vaz 2106” minik markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus İstiqlal küçəsində yerləşən evə getdiklərini, həmin evin həyətində qapını Elmana göstərdiyini, Elman da həmin qapını almaq istədiyini, onunla 70 manata razılaşdığını, Elman da qapını götürərək oradan çıxıb getdiyini, daha sonra səhəri gün yəni xx.xx.2022-ci il tarixdə həmkəndlisi Yaşara zəng edərək ona bir ədəd “Simfer” markalı ağ rəngli, dörd gözlü qaz sobası olduğunu və həmin sobanı almaq istiyən olsa 80 manata satacağınıı bildirdiyini, Yaşar da sobanı görmək istədiyini, xoşuna gələrsə almaq istədiyini bildirdiyini söylədi. Yaşara işlədiyi evin yerini izah etdiyini, Yaşar işlədiyi evin həyətinə gəldiyini və həmin 01 ədəd qaz sobasına baxdığını, Yaşar həmin qaz sobasını bəyəndiyini və onu almaq istədiyini bildirdiyini söyləmiş, Yaşara həmin qaz sobasını 80 manata satdığını bildirmiş, Yaşar həmin qaz sobasını oradan öz idarə etdiyi Muraveyinə qoyaraq apardığını, həmçinin ifadəsində oğurladığı əşyların xüsusiyyətlərini tam olaraq deyə bilməyəcəyini, çünki dəqiqliyi ilə baxmadığını, qapılar, eləcədə 01 ədəd qaz sobası köhnə olmasını, plastik boru oğurlamadığını, yalnız həmin evdən 01 ədəd dəmir qapı, 01 ədəd plastik qapı və 01 ədəd qaz sobası oğurladığını, izahatında, elcə də şahid kimi dindirlən zaman plastik su borularınıda oğurladığını göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmədiyini, hazırda Bakı şəhəri, Nizami rayonunda yaşadığını,Bakı şəhərində də işlədiyini, özünə məxsus Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən yaşayış evi olduğunu, lakin şəxsi işləri ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, həmin evdə bir müddətdir ki, yaşayış olmadığını, sonuncu dəfə həmin evdə təxminən 3-4 ay əvvəl olduğunu, bundan sonra isə təxminən bir ay əvvəl həmin evdə usta işlətməyə başladığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində evə baş çəkmək üçün Ağdaş şəhərinə gəldiyini, evə daxil olduğunu, evdən 01 ədəd, 500-600 manat dəyərində olan dəmir qapı, 01 ədəd, 300 manat dəyərində plastik qapı, 50 metr uzunluğunda, təxminən 250 manat dəyərində plastik su boruları və 01 ədəd, 600 manat dəyərində dörd gözlü qaz sobasının oğurlandığını və nəticədə ona təxminən 1750 manat dəyərində maddi ziyan dəydiyini, Zaur onun evində usta kimi işlədiyini, usta kimi işlədiyi vaxtda açar onda olduğunu, yəqin ki, onun Bakıda olduğu müddətdə oğurluq etdiyini göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə müraciəti ilə tanış olduğunu, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibəti olomadığını, özünə məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” minik markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri İstiqlal küçəsində hərəkətdə olan zaman əvvəllər tanımadığı şəxs avtomobilini saxladaraq darvazaya söykədiyi qapını göstərdiyini, Həsən adlı şəxsin dəmir qəbulu məntəqəsinə pul qarşılığında aparmağını xahiş etdiyini, həmin qapını aparmağın qarşılığında ondan 5 manat istədiyini, Zaur da razılaşdığını, Zaur həyətin darvazasına söykənmiş 01 ədəd dəmir qapını onun köməyi ilə avtomobilin üst yük yerinə qoyduğunu, daha sonra Həsənə məxsus dəmir qəbulu məntəqəsinə getdiklərini, daha sonra Həsənin metal qəbulu məntəqəsində dəmir qapını avtomobilin üst yük yerindən düşürtdüklərini, daha sonra avtomobildə gözlədiyini, bir qədər sonra Zaur yanına gələrək 5 manat yol pulu verdiyini və oradan uzaqlaşaraq getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, Təqsirləndirilən şəxs tanımadığını, onunla hər hansı bir ədavətinin və düşmənçiliyinin olmadığını, 2022-ci il dekabr ayının ortalarında işlədiyi emalatxanaya gələrək oğlu Şəfiyev İlkinə dəmir qapısının olduğunu və həmin dəmir qapını satmaq istədiyini, ona zəhmət haqqının qarşılığı kimi 01 ədəd dəmir seyf qapı verildiyini, İlkin isə mənim nömrəmi ver atama demək lazımdır. Təqsirləndirilən şəxs mənə zəng edərək telofanda dəmir qapısının olduğunu, ondan “whatsapp” mobil tətbiqi vasitəsilə dəmir qapının şəklini atmasını istədiyini, daha sonra Zaur həmin qapının şəklini göndərdiyini, şəkilə baxdıqdan sonra 80- 100 manat arası pul qarşılığında qapını alacağını, qapını götürüb işlədiyi emalatxanaya gəlməsini demiş, həmin gün saat 16:00 radələrində Zaur göy rəngli VAZ 2107 markalı avtomobillə dəmir qapını işlədiyi emalatxanaya gətirdiyini, həmin vaxt dəmir qapının pis vəziyyətdə olduğunu görərək ona qapını daha ucuz qiymətə alacağını, hətda heç almayacağını bildirdiyini, daha sonra isə qapını 50 manata alacağını demiş, Zaur isə 60 manata satacağını bildirdiyini, 55 manata razılaşdıqlarını, qapını avtomobildən düşürərək həyətinə qoyduqlarını, həmin qapını oğlu İlkinlə birlikdə təmizləyib satışa qoyduqlarını, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “whatsapp” mobil tətbiqi vasitəsilə yazaraq özündə 01 ədəd plastik qapı olduğunu, qapını təcili olaraq satdığını, yenə də “whatsapp” mobil tətbiqi vasitəsilə şəklini atdığını, Zaura plastik qapı satmadığını, xx.xx.2022-ci il tarixdə X3 onun işlədiyi emalatxanaya gələrək evə dəmir qapı almaq istədiyini bildirdiyini, ona dəmir qapı olduğunu və 80 manata satacağını bildirdiyini, Elmanın da onunla razılaşdığını, daha sonra Elmandan plastik qapı istəyib-istəmədiyini soruşduğunu, Elmanın isə plastik qapını da almaq istədiyini bildirdiyini, ona tanışında 01 ədəd plastik qapı olduğunu və münasib qiymətə satdığını bildirdiyini, bu zaman Zaura zəng etdiyini və qapını almaq istəyən adam olduğunu dediyini Zaurun qapının iş yerində olduğunu bildirdiyini və plastik alacaqları təqdirdə qapını gəlib ordan götürməli olduğunu dediyini, Elmanın dəmir qapını ondan 80 manata aldığını və onun plastik qapını almaq üçün Zaurun işlədiyi evə getdiklərini, həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona satmış olduğu qapının oğurluq olmasını bilmədiyini, Təqsirləndirilən şəxs həmin dəmir qapını Röyal adlı şəxslə göy rəngli VAZ 2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gətirdiyini, həmin zaman onun yanında avtomobili idarə edən sürücüdən başqa heç kim olmadığını, qapını alıb Zaura pul verdikdən sonra Zaur pulun 5 manatını həmin taksi sürücüsünə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində, Təqsirləndirilən şəxs tanımadığını, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmadığını, dəmir qapı almaq üçün Ağdaş şəhərində Şahid2 aid olan dəmir qəbulu məntəqəsinə gəldiyini, bu zaman həmin dəmir qəbulu məntəqəsinin qarşısında olan 01 ədəd qara rəngli dəmir seyf qapı diqqətini çəkdiyini, Şahid2 həmin dəmir qapını satıb-satmadığını soruşduğunu, Həsən bu zaman dəmir qapını münasib qiymətə satacağını, daha sonra qapının tam işlək vəziyyətdə olub-olmamasını yoxladığını, daha sonra həmin dəmir qapını aldığını, Həsən dəmir qapının qiymətini 100 manata desədə daha sonra 85 manata razılaşdıqlarını, daha sonra Həsənlə birgə qara rəngli dəmir qapını özünə məxsus “VAZ 2106” markalı avtomobilə qoyduqlarını, bu zaman Həsən başqa qapı lazım olub-olmadığını soruşduğunu, cavabında 01 ədəd plastik qapı lazım olduğunu bildirdiyini, bundan sonra Həsən öz mobil telefonu ilə zəng etdiyini, tanımadığı, ancaq adını Həsən “Zaur” deyə səsləndiyi şəxsə plastik qapını almaq istədiyini, Zaur isə cavabında qapını 100 manata satacağını, əgər alacağı təqdirdə Zauru Qolqəti kəndindən götürüb daha sonra qapını satacağı ünvana gedəcəyini bildirdi. Həsənlə sağollaşıb, Zauru götürmək üçün Ağdaş rayonu Qolqəti kəndinə yollandığını, kəndin girişində bir nəfər şəxs maşını saxlaması üçün əl ilə işarə etdiyini, maşını saxladığında həmin şəxs adının Zaur olmasını, Həsəndən avtomobilinin nömrəsi, rəngini və markasını öyrəndiyini, Zaur avtomobilə əyləşdiyini, Ağdaş şəhəri İstiqlal küçəsində yerləşən evə yollandığını, Zaur həmin evin həyətində olan qapının tam saz vəziyyətdə olmasını yoxladığını, daha sonra Zaur həmin qapını Həsənə 100 manata desədə hal-hazırda 70 manata satmaq istədiyini bildirdiyini, plastik qapı xoşuna gəldiyi üçün 70 manat pul qarşılığında Zaur dan qapını aldığını, plastik qapınıda avtomobilə qoyduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində, Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə müraciəti ilə tanış olduğunu, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını və onunla heç bir münasibətim olmadığını, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək onda bir ədəd “Simfer” markalı ağ rəngli, dörd gözlü qaz sobası olduğunu və həmin sobanı istiyən olsa 80 manata satacağını bildirdiyini, sobanı görmək istədiyini, xoşuma gələrsə alacağını dediyini, Təqsirləndirilən şəxs işlədiyi evin yerini izah etdiyini, özünə məxsus üçtəkərli, “Muravey” markalı motosikletilə Zaurun işlədiyi evin həyətinə getdiyini, həmin 01 ədəd qaz sobasına baxdığını, qaz sobasına ətraflı baxdıqdan sonra onun saz olması qənaətinə gəldiyini və onu almaq istədiyini bildirdiyini, Zaur qaz sobasını həmin gün yaşadığı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən evinə gətirdiyini, qaz sobasını 80 manata aldığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2023-cü il tarixli 9/768 saylı rəyində göstərilmişdir ki, 01 ədəd tam işlək vəziyyətdə olan qara rəngli, 100x200 sm ölçüdə dəmir seyf qapı -350 manat, 01 ədəd qəhvəyi rəngli, 90x200 sm ölçüdə, plastik qapı – 160 manat, 01 ədəd “SİMFER” markalı, dörd gözlü qaz sobası (alt hissəsi duxovka) – 250 manat, tam işlək vəziyyətdə hissələrə ayrılmış, 50 metr uzunluğunda, diametri 15 mm olan plastik boru (fırat) – 50 manatdır. Beləliklə ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri 810 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Abidov X5 Respublikasının Maqaramkənd rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyanın CM-in 322-ci maddəsinin 3-cü hissəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixində Rusiya Federasiyasının Dövlət Dumasının xx.xx.2015-ci il tarixli Amnistiya Qərarına əsasən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İcra hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İcra hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 fevral 2023-cü il tarixli, № 5-32-12/2-48/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olmaqla ailə tərkibi X1, xx.xx.2022-ci il təvəllüdlü X10, xx.xx.2019-cü il təvəllüdlü X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 19 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Abidov X7 Xəyal Müşfiq oğluna vurduğu maddi ziyanı tam ödəmiş, Zərərçəkmiş şəxs Müşfiq oğlunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində iki az yaşlı övladının olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi tanınmış 01 ədəd dəmir qapı, 01 ədəd plastik qapı və 01 ədəd qaz sobası zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 35 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon Qolqəti kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 01 ədəd dəmir qapı, 01 ədəd plastik qapı və 01 ədəd qaz sobası zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 (əlli) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-70/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-70/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver