Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-70/2024 21.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X3 və X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxsn iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvələr məhkum olunmayan, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq, mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən “Optimal” mağazasında menecer vəzifəsində maddi məsul şəxs kimi işləyərkən 21 iyul 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində həmin mağazadan vahid niyyətlə talama məqsədilə ona etibar edilmiş özgə əmlakı olan "xxxx" MMC-yə məxsus 1 ədəd 299,99 (iki yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A04s (A047) 4/64 GB Black markalı, 3 ədəd və hər biri 319,99 (üç yüz on doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A14 (A145) 4/64 GB Black markalı, 1 ədəd 199,99 (yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Realme C30S 2/32 Black markalı, 1 ədəd 369,99 (üç yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A14 (145) 4/128 GB Green markalı, 3 ədəd və hər biri 509,99 (beş yüz doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A24 (245) 6/128 GB Black markalı, 1 ədəd 849,99 (səkkiz yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A54 (546) 6/128 GB Black markalı, 1 ədəd 509,99 (beş yüz doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A24 (245) 6/128 GB Red markalı, 1 ədəd 1999,99 (min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində İphone 14 128 GB Midnigt markalı, 1 ədəd 2339,99 (iki min üç yüz otuz doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində İphone 14 Plus 128 GB Starlight markalı, 1 ədəd 699,99 (altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A34 (A346) 6/128 GB Violet markalı, 1 ədəd 509,99 (beş yüz doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A24 (A245) 6/128 GB Green markalı, 1 ədəd 699,99 (altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A34 (A346) 6/128 GB Green markalı, 1 ədəd 849,99 (səkkiz yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A54 (A546) 6/128 GB White markalı, 3 ədəd və hər biri 369,99 (üç yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı, 1 ədəd 699,99 (altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı, 1 ədəd 369,99 (üç yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A14 (145) 4/128 GB Black markalı, 1 ədəd 699,99 (altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Samsung Galaxy A34 (346) 6/128 GB Black markalı mobil telefonlar, 1 ədəd 1459,99 (min dörd yüz əlli doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində SAMSUNG UE65AU7100UXCE markalı televizor, 1 ədəd 1139,99 (min bir yüz otuz doqquz manat, doxsan doqquz qəpik) manat dəyərində Midea MSAG-18HRN1-İ markalı kondisioner olmaqla ümumilikdə 17299,75 (on yeddi min iki yüz doxsan doqquz manat yetmiş beş qəpik) manat dəyərində yuxarıda qeyd edilən əşyaları mənimsəyərək müxtəlif şəxslərə satmaqla əldə etdiyi pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etməyib öz şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamışdır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Optimal” mağazasında 2019-cu ilin dekabr ayından işləyir. İşə satıcı kimi qəbul olmuş və 250 manat aylıq əmək haqqı almışdır. 1 il “Optimal” mağazasında satıcı kimi işlədikdən sonra 2020-ci il də həmin mağazada əməliyyatçı kimi fəaliyyətə başlamış və aylıq əmək haqqı 300 manat olmuşdur. “Optimal” mağazası 2023-cü ilin yanvar ayından ona məlum olmayan səbəbdən “Optimal” şirkətinin tabeliyindən çıxmış, sonra “Optimal” mağazası "xxxx" MMC-nin tabeliyinə keçmiş və o, artıq 31 yanvar 2023-cü il tarixdən 3 ay sınaq müddətinə əməliyatçı vəzifəsinə təyin edilmiş, 1 ay işlədikdən sonra həmin mağazada menecer kimi işləməyə başlamışdır. Menecer kimi aylıq əmək haqqı 800 manat olmuşdur. Ondan başqa mağazada əməliyyatçı Şahid5, anbardar Şahid2 və xadimə Şahid3 işləmişlər. 20 iyun 2023-cü il tarixdən mağazada demək olar ki, tək işləməyə başlamışdır. İşlədiyi Elit.EO MMC-nin Ağdaş filialı mağazasında soyuducu, mobil telefonlar, televizorlar və sair məişət avadanlıqlarının satışı həyata keçirilir. O, ay ərzində orta hesabla 38000- 40000 manat satış həyata keçirmişdir. Hər satdığı məhsula görə şirkət tərəfindən dəqiq bilmədiyi formada bonuslar hesablanmışdır. Bu bonuslar ona hər ay şirkət tərəfindən əmək haqqına yüklənməsinə baxmayaraq, 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında satış etdiyi məhsullara görə bonuslar onun əmək haqqına yüklənməmişdir. 07 avqust 2023-cü il tarixdə mağazada təkbaşına sayım yoxlaması aparmış, lakin mal əksikliyi aşkar edilməmişdir. Hər ay işlədiyi mağazada sayım yoxlaması olmuşdur. 12 avqust 2023-cü il tarixdə istirahət günü olmuşdur. 13 avqust 2023-cü il tarixdə işə çıxmışdır. Mağazada mal qalığı və kassa qalığı üçün cavabdehlik daşıdığını bilir. 06 sentyabr 2023-cü il tarixdə şirkətin daxili nəzarət şöbəsinin əməkdaşları mağazada sayım yoxlaması aparan zaman 4 adda məhsul əksik olmuşdur. Həmin məhsullar 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon olmuşdur. Əksik gəlmiş 4 məhsulla bağlı məlumatı yoxdur. O, şirkətə izahat təqdim edərkən orada rəhbərliyə əskik gəlmiş 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonun dəyəri olan 370 manatı ödəcəyini bildirmiş və hesab edir ki, şirkət rəhbərliyi onun əmək haqqından tutmuşdur. Bu barədə tam məlumatı yoxdur. 18 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində mağazanı bağlayaraq evə gedən zaman mağazadan səs gəlmiş, həmin vaxtı o, mağazadan bir qədər kənarlaşmış və Ağdaş şəhəri M.İsayev küçəsi ilə hərəkətdə olduğu zaman mağazadan səs gəldiyini eşidib, mağaza rəhbərliyinə xəbər vermiş, mağazanı açaraq içəri daxil olmuş və mağazada yanğın baş verməsini görmüşdür. Bu zaman uca səslə kənardakı insanları mağazada baş vermiş yanğını söndürməyə çağırmışdır. Eyni zamanda FHN-nin YMX-nin əməkdaşları gələrək mağazada baş vermiş yanğını söndürmüşlər. Yanğın söndürüldükdən sonra 19 oktyabr 2023-cü il tarixdə mağazanın əməkdaşları mağazada sayım yoxlaması aparmışlar. Elit.EO MMC-nin 21 adda mobil telefon əksik gəlmiş, daha sonra mağaza əməkdaşları ona iki gün vaxt verdilər ki, əksik gələn 21 adda məhsulun ümumi qiyməti olan 13629 manat pulu ödəsin. Pulu olmadığı üçün həmin pulu ödəyə bilməmişdir. Mağazada 06 sentyabr 2023-cü il tarixdə əksik gələn 4 ədəd məhsuldan 1 ədəd mobil telefonun pulunu ödəmişdir. Eyni zamanda mağazada olan bütün məhsullar onun sərəncamında olmuş, o, təhvil götürmüş və məhsullara cavabdehliyi o, daşımışdır. Onunla Elit.EO MMC arasında 31 yanvar 2023-cü il tarixdə əməliyyatçı kimi əmək müqaviləsi bağlanmış, daha sonra 01 mart 2023-cü il tarixli 06 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən əmək müqaviləsinə dəyişiklik edilərək 01 mart 2023-cü il tarixdən Ağdaş mağazasında əməliyyatçı vəzifəsindən mağaza meneceri vəzifəsinə keçirilmiş, aylıq əmək haqqı 800 manat müəyyən edilmişdir. Onunla Elit.EO MMC arasında 31 yanvar 2023-cü il tarixdə tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs kimi işəgötürən Elit.EO MMC tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın, informasiyanın, maddi və digər sərvətlərin qorunub saxlanması, satışı, daşınması, işlərin və xidmətlərin görülməsi ilə bağlı işi layiqincə yerinə yetirməyi və işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşımağı öhdəliyini öz üzərinə götürmüş, bu barədə tərəflər imza etmişlər. Əmək müqaviləsində və tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilədə olan imzalar ona məxsusdur və tərəfindən icra edilmişdir. Eyni zamanda, o, şirkətlə 01 mart 2023-cü il tarixdə mağaza meneceri vəzifəsinə təyin edilərkən əmək müqaviləsinə dəyişiklik barədə razılaşma tərtib edilən zaman şirkət tərəfindən ona adını bilmədiyi sənədə iş gününün 6 gün olması barədə imza etdirilmiş, lakin həmin sənəd şirkət tərəfindən ona verilməmiş, əmək müqaviləsində iş gününün 6 gün olması barədə heç bir məlumat göstərilməmişdir. O, vəzifə təlimatı ilə tanış olmuş, həmin təlimatda olan imza ona məxsusdur. Mağaza meneceri kimi vəzifə səlahiyyətləri mağazanın iş rejimini təmin etmək, bütün mağaza işçilərinin davranış qaydalarına riayət edilməsinə nəzarət etmək, satışı həyata keçirmək, malların giriş-çıxış qaydasına nəzarət etmək, zəruri hallarda mağazada hər hansı işçinin vəzifələrini icra etmək, satılan malların hesabatlarını təqdim etmək və sairdən ibarət olmuşdur. Onunla şirkət arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli əmək müqaviləsinə əsasən gün ərzində iş saatları 09:00-dan 19:00-dək, bəzi hallarda isə 22:00dək olmuşdur. Əmək haqqı 800 manat olmuş, əmək haqqı kartına müəyyən edilmiş qaydada sosial ödənişlər və tutulmalar aparıldıqdan sonra 712 manat ödənilmişdir. 2023cü ilin avqust ayında o, 12 avqust 2023-cü il istisna olmaqla hər gün iş saatlarında işdə olmuş, 2023-cü ilin sentyabr ayında bütün günlərdə istirahət etmədən iş saatlarında işdə olmuş, 2023-cü ilin oktyabr ayında isə 20 gün işdə olmuş, 18 oktyabr 2023-cü il tarixdə baş vermiş yanğından sonra 2 gün də işə çıxdıqdan sonra 21 oktyabr 2023-cü il tarixdən artıq işə çıxmamışdır. O, işlədiyi müddətdə mağazada quraşdırılmış SAP elektron sistem vasitəsilə şirkətin satış departamenti tərəfindən satış etdiyi məhsullara görə gündəlik olaraq nəzarət edilmiş, o, ay ərzində və ya gün ərzində az miqdarda satış etdiyi halda ona zəng edilərək səbəbini öyrənmişlər. Bundan başqa kassa qalıqları onun tərəfindən yoxlanılmış, hər günün sonunda mağazanın daxilində olan E-manat ödəniş terminalı vasitəsilə pul şirkətin hesabına köçürülmüşdür. Mağazada o, təhvil aldığı malları edilmiş yerdəyişmə qaimələri əsasında təhvil almış, həmin qaimələrə şəxsən tərəfindən imza edilmişdir. O, mağaza meneceri işlədiyi zaman 3 dəfə yoxlama gəlmiş, bu yoxlama 2-i növbəli şəkildə 1-i isə növbədənkənar 18 oktyabr 2023-cü il tarixdə mağazada baş vermiş yanğınla əlaqədar gəlmişdir. 21 iyul 2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı hər hansı qanunsuzluq və əskik mallar aşkar edilməmiş, 06 sentyabr 2023-cü il tarixdə 4 adda məhsulun, 19-20 oktyabr 2023-cü il tarixdə isə 21 adda məhsulun əskik olması müəyyən edilmişdir. 06 sentyabr 2023-cü il tarixədək mağazada hansı qaydada və hansı adda məhsulların olması barədə qaimələr əsasında təhvil aldığı məhsullar olmuşdur. Qeyd olunan tarixədək mağazada özü tərəfindən və 21 iyul 2023-cü il tarixdə də şirkətin daxili nəzarət şöbəsi tərəfindən yoxlama aparılmış və hər hansı əskik mallar aşkar edilməmişdir. Bundan başqa, 06 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin daxili nəzarət şöbəsinin müdiri X12 və həmin şöbə üzrə baş mütəxəssis X8 iştirakı ilə sayım yoxlaması keçirilmiş və onlar tərəfindən müvafiq akt tərtib edilmiş, həmin aktda 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon əskik olması göstərilmişdir. Bu məişət əşyalarının ümumi dəyəri 3669,96 manat təşkil etmişdir. Belə ki, sayım yoxlaması nəticəsində Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonlarında sistem üzrə mal qalığı 4, 1 ədəd əskik çıxmış, Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefonlarında sistem üzrə mal qalığı 2, 1 ədəd əskik çıxmışdır. 19 iyun 2023-cü il tarixli 9319 nömrəli yerdəyişmə qaiməsinə əsasən 2 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon (SM-A346EZKACAU) mənə təhvil verilmişdir. Bundan başqa, 24 iyul 2023-cü il tarixli 14466 nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon (SM-A145FZKVCAU) ona təhvil verilmişdir. Bununla əlaqədar 11 sentyabr 2023-cü il və 15 sentyabr 2023-cü il tarixlərdə onun şirkət tərəfindən izahatları alınmış, izahatlarında həmin malların əskik gəlməsindən ümumiyyətlə xəbəri olmamış, Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonun qutusunun boş olmasını, bu barədə rəhbərliyə heç bir məlumat vermədiyini, həmin mobil telefonun dəyərinin 370 manat olmasını nəzərə alaraq özünün əmək haqqından tutulma aparılmaqla ödəməyə razı olduğunu bildirmişdir. Həmin mağazada ondan başqa digər işçilərin də izahatları alınmış, anbardar vəzifəsində işləyən Şahid2 və xadimə işləyən Şahid3 həmin 4 adda məhsulun itməsindən bixəbər olduqlarını bildirmişlər. Odur ki, əskik gəlmiş mallardan 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefonun çatışmazlığından onun günahı yoxdur. Ona görə də ittihamı həmin hissədə qəbul etmir. İşlədiyi mağazada kadr çatışmazlığı olmuş, 2023-cü ilin may ayının əvvəllərindən Şahid2 işə çıxmamış, Şahid5 2023-cü ilin iyul ayının əvvəllərindən isə işə çıxmamış, hal-hazırda işdən çıxarılıb-çıxarılmamaları barədə heç bir məlumatı yoxdur. 2023-cü ilin avqust ayının ortalarında satış müdiri Timur, satış meneceri Azər Əliyev, direktor Lado birlikdə 2 günlük Ağdaş filialı mağazasını yoxlamaya gələn zaman əvvəllər onun işlədiyi mağazada işləmiş satış məsləhətçisi Elnur Ələkbərli də şirkətin kadrlar şöbəsinin göstərişi ilə mağazada olmuş, daha sonra Elnur çıxıb getmişdir. Həmin vaxt Cəbrayıl və Mərdan işdə olmamışlar. Onların heç birinə işə çıxmamaları barədə bildirməmişdir. 12 avqust 2023-cü il tarixdə Bakı şəhərində olduğu üçün işə çıxmamış, həmin vaxt Şahid5 işə çıxmış, mağazanın açarlarını bir gün əvvəlcədən ona təqdim etmiş, anbarın açarını isə ona təqdim etməmiş, həmin vaxt mağazada Cəbrayıl və Leyli olmuşdur. Cəbrayıl tərəfindən hər hansı malın satışı həyata keçirilməmişdir. Həmin mağazada olmadığı müddətdə Leylinin və Cəbrayılın həmin mağazadan hər hansı məhsulu çıxarması və ya çıxarmaması barədə heç bir informasiyası yoxdur. O, 12 avqust 2023-cü il tarixdən təxminən 3-4 gün əvvəl şirkətin elektron poçtuna yazılı formada 12 avqust 2023-cü il tarixdə işdə olmayacağı ilə bağlı bildirmiş, həmin vaxt satış meneceri Azər Əliyev ona mağazanın açarının Şahid5 verilməsini bildirmiş, o da 11 avqust 2023-cü il tarixdə mağazanın açarını Şahid5 şəxsən vermişdir. Şahid5 özü 11 avqust 2023-cü il tarixdə işdə olmuşdur. 17 aprel 2023-cü il tarixdən olaraq mütəmadi olmasa da, anbara mallar gəldiyi zaman kömək üçün həyat yoldaşı Şahid6 ona kömək etmişdir. Onun yoldaşı qətiyyən mağazada satış həyata keçirməmiş, komputerdən belə anlayışı yoxdur. Həyat yoldaşı Şahid6la 2005-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahlarından 2 övladı vardır. Hal-hazırda həyat yoldaşı Bakı şəhərində fərdi əmək fəaliyyəti ilə məşğuldur. 18 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş təqdimata əlavə edilmiş cədvəldə 11 vətəndaşın adı qeyd olunmuş, həmin cədvəldə olan Şəlalə İsmayılova onun baldızı, Xəlil Davudov ailə dostu, Lazım Alıyev xadimə Leylinin kürəkəni, Eldar Hüseynov onun həmyerlisi, Şəms Quluzadə müəllimə işlədikləri barədə məlumatı vardır. Həmin şəxslərə onun tərəfindən müxtəlif məişət əşyaları-televizor, telefon, soyuducu, duxovka, paltaryuyan satılmışdır. Qiymətləri də həmin cədvəldə qeyd olunmuşdur. Bundan başqa 16 avqust 2023-cü il tarixdə Elit.EO MMC-də məhsul satışı zamanı postterminal ödənişləri haqqında 31 nömrəli Təlimat tərtib edilmiş, həmin Təlimatın 1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, satış zamanı müştəri ödənişi nağd qaydada təqdim edirsə, vəsaiti mağaza əməkdaşlarının (və yaxın qohumlarının) şəxsi kartına daxil edib ödənişi postterminal ilə həyata keçirmək, satışın pul vəsaiti müştəri kartından mağaza əməkdaşlarının (və yaxın qohumlarının) kartlarına yönəldilməsi qəti qadağandır. Həmin təlimat elektron poçt vasitəsilə bütün mağaza inzibatçılarına, o cümlədən ona göndərilməklə tanış etdirilmişdir. Bu təlimatın bəndi ilə bağlı bildirir ki, onun 3 ay müddətində satış üzrə bonuslarını şirkət onun əmək haqqına vurmadığı üçün, əmək haqqı maddi vəziyyətini qane etmədiyi üçün, uşağı tələbə olduğu üçün bu yoldan istifadə edərək vətəndaşların ödədikləri pullar hesabına Cashback əldə etmişdir. Şirkət tərəfindən 282,17 manat göstərilsə də o, hesab edir ki, bu məbləğ 150 manat təşkil edir. Meneceri olduğu mağazada məhsulların satışı yalnız nağd qaydada həyata keçirilmiş, həyata keçirdiyi malların satışını elektron sistem vasitəsilə komputerə işləmiş və həmin sistemdə şirkətin satış departamenti tərəfindən nəzarət həyata keçirilmişdir. Müştərilər tərəfindən nağd qaydada ödənilən ödənişlər onun tərəfindən kassaya əlavə edilmişdir. Mağazada bütün məhsulların qiymətləri malların üzərində qeyd olunmuş, şirkət tərəfindən edilmiş kampaniyalar zamanı məhsulun dəyəri sistemdə göstəriləndən aşağı qiymətə satıldığı halda o, elektron sistemdə həmin məhsulun kampaniya dəyərini, məsələn 25% aşağı satılması barədə qeydlər aparmışdır. Mağaza meneceri kimi o, xüsusi geyim forması və ya digər təchizat vasitələri ilə təmin olunmamış, vahid müəyyən edilmiş forma olmamış, yalnız ağ köynək geyinməklə kifayətlənmişdir. Mağazada malların satışı yalnız pərakəndə və nağd şəkildə həyata keçirilmiş, mağazada olan malların satışını həyata keçirərkən onun tərəfindən sistemə işlənilmiş, təhvil-təslim aktı tərtib edilmiş, alqı-satqı müqaviləsi olmamış, zəmanət talonu müştəriyə təqdim edilmişdir. Şirkət tərəfindən mağazanın anbarına göndərilən mallarda qüsurların olub-olmamasını müəyyən etmək üçün onun tərəfindən bəzi məhsullar istisna olmaqla açılıb baxış keçirilmiş, məhsulda hər hansı nasazlıq olardısa bu barədə rəhbərliyə sistem vasitəsilə məlumat verilmişdir. Mağazada texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi barədə qaydalar olmuş, bu barədə şirkət tərəfindən məlumatlandırılmış, mağazanın içərisində nəzarət kameraları, yanğın təhlükəsizliyi üçün mağazanın birinci mərtəbəsində 5 ədəd, 2-ci mərtəbəsində də 5 yanğın əleyhinə köpük balonu, sxem olmuşdur. İşlədiyi mağazada yanğın və texniki-təhlükəsizlik qaydalarına məsul şəxs özü olmuşdur. Yanğın baş verməmişdən 3-4 ay əvvəl mağazada telefon satışı keçirilən hissədə telefonlara gələn elektrik xətlərində nasazlıq yarandığından Samsung M14 markalı telefonun yükləmə hissəsi ərimiş, bu barədə rəhbərliyə elektron poçt vasitəsilə bildirsə də heç bir nəticə olmamışdır. Həmin telefonların yerləşdiyi stolun alt hissəsində 4 ədəd powerbank, 2 ədəd security aparatı olmuşdur. O gündən sonra həmin adapterə heç bir telefon taxmamış, çıxarıb kənara qoymuşdur. 18 avqust 2023-cü il tarixdə baş vermiş yanğının səbəbi onun fikrincə qısaqapanmadan olmuşdur. Mağazada həmin zaman qeyd etdiyi yalnız powerbank və adapter işlək olmuş, digər əşyalar isə elektrik xəttindən ayrılmış vəziyyətdə olmuşdur. Mağazada nəzarət kameraları olmuş, lakin 12 avqust 2023-cü il, 17- 18 oktyabr 2023-cü il tairxlərdə mağazanın kamera görüntüləri qeydə alınmamışdır. 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefonun əskik olması ilə bağlı onun heç bir günahı yoxdur, buna baxmayaraq şirkətə yazılı izahatında həmin məhsulların əskik olmasına görə maddi məsul şəxsin özü olması barədə bildirmişdir. Bununla belə o, həmin 3 məhsula görə müəyyən edilmiş 3299,97 manat maddi ziyanla razı deyil, 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon görə isə 369,99 manat pulun onun əmək haqqından tutulmasını şirkətə bildirmişdir. Bundan başqa audit rəyi ilə bağlı bildirir ki, ona audit şirkəti tərəfindən zəng və mesaj vasitəsilə bildirilmiş, lakin maddi imkanı olmadığı üçün audit rəyinin tərtibində iştirak edə bilməmişdir. Şirkət tərəfindən təqdim edilən siyahıda göstərilən 21 adda olan telefonlardan 1 ədəd Samsung Galaxy A04s (A047) 4/64GB Black və 1 ədəd Realme C30S 2/32 Black markalı telefondan ümumiyyətlə xəbəri olmamış, həmin telefonların qutuları boş olmuşdur. Digər 19 ədəd telefonu isə müxtəlif şəxslərə müxtəlif vaxtlarda satmış və həmin telefonlardan gəlir əldə etmiş, bu barədə də sistemə heç bir informasiya yerləşdirməmişdir. Sistem tərəfindən həmin malların satılıb-satılmaması da izlənilə bilmir. O, Elit.EO MMC tərəfindən 19-xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı əskik gəlmiş 3 ədəd Samsung Galaxy A14 (A145) 4/64GB Black, 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128GB Green, 3 ədəd Samsung Galaxy A24 (A245) 6/12BGB Black, 1 ədəd Samsung Galaxy A54 (A546) 6/128GB Black, 1 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Red, 1 ədəd iPhone 14 128GB Midnight, 1 ədəd iPhone 14 Plus 128GB Starlight, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Violet, 1 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Green, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Green, 1 ədəd Samsung Galaxy A54 (A546) 6/128GB White, 3 ədəd Samsung Galaxy A14 (A145) 4/128GB Black, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Black markalı mobil telefonları Elit.EO MMC-nin xəbəri olmadan satmış, həmin telefonları Şahid4 və Şahid1 satarkən həyat yoldaşı Şahid6, eləcə də mağazada işləmiş Şahid5, Şahid2, Şahid3 heç bir məlumatları olmamışdır. Adlarını qeyd etdiyi şəxslərlə həmin telefonları satarkən əlbirliyi olmamışdır. O, siyahıda qeyd olunan 19 adda məhsuldan 18-i, yəni 3 ədəd Samsung Galaxy A14 (A145) 4/64GB Black, 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128GB Green, 2 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Black, 1 ədəd Samsung Galaxy A54 (A546) 6/128GB Black, 1 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Red, 1 ədəd iPhone 14 128GB Midnight, 1 ədəd iPhone 14 Plus 128GB Starlight, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Violet, 1 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Green, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Green, 1 ədəd Samsung Galaxy A54 (A546) 6/128GB White, 3 ədəd Samsung Galaxy A14 (A145) 4/128GB Black, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Black markalı mobil telefonları 2023-cü ilin sentyabr-oktyabr ayı ərzində Şahid4 adlı şəxsə, 1 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Black markalı mobil telefonu isə Şahid1 Şövqi qızına satmışdır. Adları yuxarıda qeyd olunan mobil telefonları Elit.EO MMC-nin rəhbərliyinin xəbəri olmadan mənimsəməyi və həmin telefonların satışından əldə edilmiş pul vəsaitlərini Elit.EO MMC-nin xəzinəsinə mədaxil etməməyi barədə Şahid4 və Şahid1 ümumiyyətlə xəbəri olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs bildirdi ki, himayəsində iki uşağının olmasını, qadın olmasını, həbs olunacağı təqdirdə ailəsinin vəziyyətinin ağırlaşacağını, maddi imkanı olmadığı üçün dəymiş ziyanı ödəyə bilməməsini, hazırda həmin ziyandan 1500 manat ödəniş etdiyini, qalan məbləği hissə-hissə ödəyəcəyini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, o, 19 yanvar 2023-cü il tarixdən Elit.EO MMC-də hüquq departamentinin direktoru və daha sonra hüquq və inzibati işlər üzrə departamentin direktoru vəzifəsində işləyir. Hazırda işlədiyi şirkət 05 yanvar 2023-cü il tarixdə dövlət qeydiyyatından keçmiş, qanuni təmsilçi Jobava Lado olmuş, 07.09-07 noyabr 2023-cü il tarixədək qanuni təmsilçi Zurab Tsanava olmuş, həmin tarixdən sonra isə qanuni təmsilçi yenidən Jobava Lado olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********4 nömrəli arayışına əsasən Elit.EO MMC-nin ünvan 4 ünvanında X22 filialı kimi 15 fevral 2023-cü il tarixdə vergi uçotuna alınmışdır. 2023-cü ilin yanvar ayında şirkət daxilində daxili nəzarət şöbəsi tərəfindən plan tərtib edilərək rüblük olaraq (ildə 4 dəfə olmaqla), istisna hallarda isə yaranmış mübahisəli vəziyyətlə əlaqədar olaraq yoxlamalar aparılır. Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixli 216/K saylı əmrə əsasən Elit.EO MMC-də həmin tarixdən 3 aylıq sınaq müddətinə 1 ştat vahidi ilə əməliyyatçı vəzifəsinə işə qəbul edilmiş, iş yeri həmin şirkətin Ağdaş şəhəri M.İsayev küçəsi 7 ünvanında yerləşən mağaza olmuş və oraya təhkim edilmişdir. Daha sonra 01 mart 2023-cü il tarixli 06 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən Təqsirləndirilən şəxs əmək müqaviləsinə dəyişiklik edilərək 01 mart 2023-cü il tarixdən Ağdaş mağazasında əməliyyatçı vəzifəsindən mağaza meneceri vəzifəsinə keçirilmiş, aylıq əmək haqqı 800 manat müəyyən edilmişdir. Həmin razılaşma Əmək Məcəlləsinə uyğun olduğu üçün Təqsirləndirilən şəxs əmək müqaviləsi yenidən bağlanmamış, sadəcə ona dəyişiklik edilmişdir. Təqsirləndirilən şəxs ilə Elit.EO MMC arasında 31 yanvar 2023-cü il tarixdə tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs olan Təqsirləndirilən şəxs işəgötürən Elit.EO MMC tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın, informasiyanın, maddi və digər sərvətlərin qorunub saxlanması, satışı, daşınması, işlərin və xidmətlərin görülməsi ilə bağlı işi layiqincə yerinə yetirməyi və işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması öhdəliyini öz üzərinə götürmüş, bu barədə tərəflər müqaviləyə imza etmişlər. Təqsirləndirilən şəxs ilə yanaşı mağazada anbardar Şahid2, əməliyyatçı Şahid5, xadimə Şahid3 işləmişlər. Təqsirləndirilən şəxs şirkətə verdiyi izahatlara görə o, 20 iyun 2023-cü il tarixdən mağazada demək olar ki, tək işləməyə başlamışdır. Belə ki, Elit.EO MMC tərəfindən tərtib edilmiş davamiyyət cədvəlinə əsasən 01-31 avqust 2023-cü il tarixlərdə anbardar Şahid2 ümumiyyətlə işə gəlməmiş, əməliyyatçı Şahid5 9 gün, xadimə Şahid3 isə 28 gün mağazada işləmişdir. Bundan başqa, 01-30 sentyabr 2023-cü il tarixlərdə tərtib edilmiş davamiyyət cədvəlinə əsasən əməliyyatçı Şahid5 və anbardar Şahid2 ümumiyyətlə işə gəlməmiş, xadimə Şahid3 isə 26 gün mağazada işləmişdir. Həmçinin, 01-31 oktyabr 2023cü il tarixlərdə tərtib edilmiş davamiyyət cədvəlinə əsasən əməliyyatçı Şahid5 və anbardar Şahid2 ümumiyyətlə işə gəlməmiş, xadimə Şahid3 isə 17 gün mağazada işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi Elit.EO MMC-nin Ağdaş mağazasında soyuducu, mobil telefonlar, televizorlar və sair məişət avadanlıqlarının nağd satışı həyata keçirilir. Bildirirəm ki, əvvəlki Optimal Elektronika MMC-də isə məişət avadanlıqlarının satışı həm nağd, həm də nisyə formada həyata keçirilmişdir. Elit.EO MMC-nin ünvan 6 ünvanında yerləşən mülkiyyətçisi X6 məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs ilə bağlanmış 31 yanvar 2023-cü il tarixli əmək müqaviləsinə əsasən gün ərzində iş saatları 7 saatdan, həftə ərzində isə 40 saatdan artıq olmayaraq müəyyən edilmişdir. Hər iş gününün sonunda Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmiş malların satışına görə tərəfimizdən hər gün hesabatlar tərtib edilmiş, həmin hesabatlar və kassa qalıqları isə Nərmin tərəfindən günün sonunda mağazalarda yerləşən post terminal vasitəsilə həmin qalıq məbləğləri şirkətin hesabına köçürərək qəbzlərin surətlərini müvafiq qaydada şirkətin mail adresinə göndərmişdir. Şirkətin daxili nəzarət şöbəsi tərəfindən ilkin sayım yoxlaması 06 sentyabr 2023-cü il tarixdə həyata keçirilmiş, bu vaxta qədər mağazada hər hansı mal əskikliyi olmamışdır. Bu yoxlama növbədən kənar yoxlama deyil, 2023-cü il üçün tərtib edilmiş plana uyğun olaraq 3-cü rüb üçün nəzardə tutulmuş qaydada təşkil edilmişdir. 06 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin daxili nəzarət şöbəsinin müdiri X12 və həmin şöbə üzrə baş mütəxəssis X8 iştirakı ilə sayım yoxlaması keçirilmiş və onlar tərəfindən müvafiq akt tərtib edilmiş, həmin akta əsasən 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon əskik olmuşdur. Həmin məhsulların 06 sentyabr 2023-cü il tarixdə və ya başqa vaxtda mağaza meneceri Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi barədə məlumat yoxdur. Hadisənin baş verdiyi tarix dəqiq məlum deyildir. Bu məişət əşyalarının ümumi dəyəri 3669,96 manat təşkil etmişdir. Belə ki, sayım yoxlaması nəticəsində Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonlarında sistem üzrə mal qalığı 4, 1 ədəd əskik çıxmış, Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefonlarında sistem üzrə mal qalığı 2, 1 ədəd əskik çıxmışdır. 19 iyun 2023-cü il tarixli 9319 nömrəli yerdəyişmə qaiməsinə əsasən 2 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon (SM-A346EZKACAU) Təqsirləndirilən şəxs təhvil verilmişdir. Bundan başqa, 24 iyul 2023-cü il tarixli 14466 nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon (SM-A145FZKVCAU) Təqsirləndirilən şəxs təhvil verilmişdir. Bununla əlaqədar 11 sentyabr 2023-cü il və 15 sentyabr 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs izahatı alınmış, izahatlarında həmin malların əskik gəlməsindən ümumiyyətlə xəbəri olmadığını, Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonun qutusunun boş olmasını, bu barədə rəhbərliyə heç bir məlumat vermədiyini, həmin mobil telefonun dəyərinin 370 manat olmasını nəzərə alaraq özünün əmək haqqından tutulma aparılmaqla ödəməyə razı olduğunu bildirmişdir. Həmin mağazada anbardar vəzifəsində işləyən Şahid2 və xadimə işləyən Şahid3 həmin 4 adda məhsulun itməsindən bixəbər olduqlarını bildirmişlər. Həmçinin, Şahid2 2023-cü ilin may ayının əvvəllərindən işə çıxmadığını bildirmişdir. Şahid5 isə baş ofis tərəfindən izahat alınmaq üçün çağırılsa da gəlməmiş, ona görə də izahatının alınması mümkün olmamışdır. Yoxlama nəticəsində Elit.EO MMC-nin daxili nəzarət şöbəsi üzrə baş mütəxəssis X13 tərəfindən rəhbərliyə 13 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin Ağdaş şəhər mağazasında əskik malların olması barədə təqdimat verilmişdir. Sayım yoxlaması faktiki olaraq yuxarıda adları çəkilən şəxslər tərəfindən Ağdaş mağazasında keçirilmişdir. Şahid2 və Şahid5 işləmədikləri müddətdə onlara dəqiqliklə bildirirəm ki, əmək haqqı ödənilə bilməz. Bütün mağaza işçiləri əmək haqqını kart vasitəsilə Azərbaycan Beynəlxalq Bankı ASC-dən əldə edirlər. 16 avqust 2023-cü il tarixdə Elit.EO MMC-də məhsul satışı zamanı postterminal ödənişləri haqqında 31 nömrəli Təlimat tərtib edilmiş, həmin Təlimatın 1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, satış zamanı müştəri ödənişi nağd qaydada təqdim edirsə, vəsaiti mağaza əməkdaşlarının (və yaxın qohumlarının) şəxsi kartına daxil edib ödənişi postterminal ilə həyata keçirmək, satışın pul vəsaiti müştəri kartından mağaza əməkdaşlarının (və yaxın qohumlarının) kartlarına yönəldilməsi qəti qadağandır. Həmin təlimat elektron poçt vasitəsilə bütün mağaza inzibatçılarına, o cümlədən Təqsirləndirilən şəxs göndərilməklə onun tanış etdirilməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il, 06 sentyabr 2023-cü il, 14 sentyabr 2023-cü il, 18 sentyabr 2023-cü il, 29 sentyabr 2023-cü il, 05 oktyabr 2023-cü il, 09 oktyabr 2023cü il və 10 oktyabr 2023-cü illərdə müxtəlif adda məhsullara görə ödənilmiş nağd pul vəsaitlərini güman edirik ki, öz həyat yoldaşının kartına mağazada olan E-manat ödəniş terminalı vasitəsilə ödəmiş, nəticədə bundan faydalanmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs həmin müddətlərdə etdiyi ödənişlərə görə 282,17 manat məbləğində "xxxx" qazanmışdır. 18 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində mağazada qəfildən telefonlar olan hissədə elektrik xətlərində olan qısaqapanma nəticəsində yanğın baş vermiş, hadisə yerinə mühafizə polisinin və FHN-nin yanğından mühafizə bölməsinin əməkdaşları gəlmişdir. Hadisə zamanı eşitdiklərindən bilir ki, mağaza meneceri Təqsirləndirilən şəxs orada olmuş, Nərmin həmin zaman mağazanı bağlayıb çıxmaq istəmiş və bu zaman tüstülənmə olduğu üçün yanğına müdaxilə etmiş, Nərminlə telefonla şəxsən danışarkən ona dərhal FHN-ə məlumat verdiyini bildirmişdir. O, isə Nərminə mağazadan oğurluq hadisəsinin olmaması üçün son dərəcə diqqətli olmağını bildirmişdir. Nərmin də ona telefonda bildirmişdir ki, qonşu mağazadakı şəxslər yanğının qarşısını almaq üçün köməklik edirlər və heç bir şeyə nəzarət edə bilmir. Hal-hazırda baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsində araşdırma aparılmaqdadır. Şirkətin təhlükəsizlik departamentinin verdiyi məlumata görə hadisədən 1 gün əvvəl və hadisə günü nəzarət kameraları işlək vəziyyətdə olmamış, kameraların kim tərəfindən söndürülməsi və ya xarab olması barədə heç bir məlumatları yoxdur. Hadisənin səhəri günü şirkətin daxili nəzarət şöbəsinin müdiri Tural Tağıyev bildirdi ki, mağazanın bağlanması planlaşdırıldığı üçün mal qalığının sayımı yoxlanılmalıdır. Ona görə də 19 oktyabr 2023-cü il tarixdə sayım yoxlamasının aparılması planlaşdırılmışdır. Hadisə baş verməzdən bir müddət əvvəl mağazanın mülkiyyətçisi X6 yazılı xəbərdarlıq göndərilərək icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə bildirilmişdir. Bundan sonra 19-20 oktyabr 2023-cü il tarixlərdə şirkətin daxili nəzarət şöbəsi tərəfindən növbədənkənar sayım yoxlaması aparılmışdır. 19-20 oktyabr 2023-cü il tarixlərdə Elit.EO MMC-nin daxili nəzarət şöbəsi üzrə mütəxəssislər Orxan Allahverdiyev və Elçin Rzazadənin iştirakı ilə sayım yoxlaması keçirilmiş və onlar tərəfindən müvafiq akt tərtib edilmiş, həmin akta əsasən 21 adda məhsulun çatışmadığı müəyyən edilmişdir. Bu məhsullar 1 ədəd Samsung Galaxy A04s (A047) 4/64GB Black, 3 ədəd Samsung Galaxy A14 (A145) 4/64GB Black, 1 ədəd Realme C30S 2/32 Black, 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128GB Green, 3 ədəd Samsung Galaxy A24 (A245) 6/12BGB Biack, 1 ədəd Samsung Galaxy A54 (A546) 6/128GB Black, 1 ədəd Samsung Galaxy A24 (A245) 0/126GB Red, 1 ədəd iPhone 14 128GB Midnight, 1 ədəd iPhone 14 Plus 128GB Starlight, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Violet, 1 ədəd Samsung Galaxy A24 (A245) 6/128GB Green, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Green, 1 ədəd Samsung Galaxy A54 (A546) 6/128GB White, 3 ədəd Samsung Galaxy A14 (A145) 4/128GB Black, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128GB Black müəyyən edilmişdir. Həmin mallar şirkət tərəfindən təqdim edilmiş qaimələrə əsasən Ağdaş mağazasına təhvil verilmiş və menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilməklə təhvil alınmışdır. Həmin yoxlama nəticəsində Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə izahatı alınmış, izahatında yoxlama zamanı aşkar edilməmiş məhsulların məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin 21 ədəd telefonu satmadığını, amma bununla bağlı məsuliyyəti öz üzərinə götürdüyünü, dəymiş ziyanı ödəməyi vəd edərək, hüquq mühafizə orqanına müraciət etməməyimizi xahiş etmişdir. 06 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində 21 ədəd mobil telefonun hansı formada satış mağazasında olmaması, mənimsənilməsi, bu və ya digər formada hesabatının şirkət rəhbərliyinə verilibverilməməsi barədə məlumat yoxdur. Şirkət tərəfindən sifariş əsasında müqavilə bağlamaq yolu ilə 14 noyabr 2023-cü il tarixdə Accept-Audit MMC-nin direktoru- Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X9 tərəfindən audit rəyi tərtib edilmiş, həmin audit rəyinə əsasən Elit.EO MMC-nin Ağdaş filialında sayım yoxlaması zamanı əskik gəlmiş mallar üzrə 3669,96 manat, posterminal vasitəsilə aparılmış ödənişlərin yoxlaması zamanı müəyyən edilmiş Elit.EO MMC-yə vurulmuş 282,17 manat məbləğində zərər, 18 oktyabr 2023-cü il tarixdə baş vermiş yanğından sonra Elit.EO MMCnin daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən aparılmış sayım nəticəsində əskik gəlmiş 21 ədəd mobil telefon aparatının ümumi dəyəri 13629,79 manat, ümumilikdə 17581,92 manat məbləğində əskikgəlmə maddi məsul şəxs Elit.EO MMC-nin Ağdaş filialı mağazasının meneceri Təqsirləndirilən şəxs tələb olunmalıdır. 18 oktyabr 2023-cü il tarixdə şirkətin Ağdaş mağazasında yanğın hadisəsi zamanı kamera görüntüləri qeydə alınmasa da, hadisədən dərhal sonra və 1 gün əvvəl qeydə alınmış kamera görüntüləri vardır və həmin görüntülər yanğın hadisəsi baş verməsindən 15-20 dəqiqə sonra qeydə alınmış görüntülərdir. 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs rəhbərliyin razılığı ilə işdə olmamış, əvəz etməsi üçün Şahid5 mağazanı açmış, həmin tarixdə Şahid5 tərəfindən hər hansı məhsul satışı həyata keçirilməmiş, 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən mağazada Bosch məişət kombaynı və 15 avqust 2023-cü il tarixdə Bosch toster satışını həyata keçirmişdir. 21 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə şirkətin hesabına 1500 manat ödəniş etmişdir. 15799 manat 75 qəpik borcu qalmışdır. Təqsirləndirilən şəxs qalan məbləği hissə-hissə ödəməsini qəbul edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Optimal mağazasından 4-5 il olar ki tanıyır. O və oğlu Ayxan Zülfüqarlı dəfələrlə Nərminin işlədiyi mağazadan müxtəlif məişət əşyaları almışlar. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək mağazada kampaniya olmasını bildirmiş, o, da Optimal mağazasına yaxınlaşaraq gəlini Zülfiyyə Zülfüqarlı üçün Samsung Galaxy A24 markalı SM-A245FDRVCAU seriya nömrəli mobil telefonu 400 manata nağd qaydada almışdır. O, Təqsirləndirilən şəxs işlədiyi mağazaya gedərkən orada Nərmindən başqa xadimənin olmasını görmüş, lakin həmin xadimənin adını bilmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ondan başqa mağazada Şahid5, xadimə Şahid3, mağazanın meneceri Təqsirləndirilən şəxs işləmişlər. Eyni zamanda Elnur Ələkbərli və Fərid Xəlilov isə satıcı vəzifəsində işləmişlər. O, Şahid5, Elnur Ələkbərli və Fərid Xəlilov çox qısa müddət ərzində Elit.EO MMC-nin Ağdaş filialı mağazasında işləmişlər. O, 07 aprel 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək mağazada anbardar vəzifəsində işləmiş, digər qalan məsələlər isə demək olar ki, Təqsirləndirilən şəxs tərəfindən sistem vasitəsilə idarə olunmuşdur. O, yalnız malların qəbulunu mağazada saydığı şəxslərdən başqa mağaza meneceri Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 olmuş, o, anbara daxil olan məişət məhsullarının daşınmasında anbardara köməklik etmişdir. Şahid6 rəsmi olaraq həmin mağazada işləməmiş, sadəcə malları yükləmə, boşaltma, anbar daxilində yüklərin yerləşdirilməsini təmin etmiş, Təqsirləndirilən şəxs tərəfindən sistem vasitəsilə idarə olunmuş, işdən çıxma səbəbi əmək haqqının aşağı olması, bonusların olmaması idi. İşlədiyi Elit.EO MMC-nin Ağdaş filialı mağazasında soyuducu, mobil telefonlar, televizorlar və sair məişət avadanlıqlarının satışı həyata keçirilmişdir. Mağazada işlədiyi müddətdə sayım yoxlaması aparılmamış, hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Mağazaya mallar adətən Bakı və Gəncə şəhərlərindən gətirilmiş, müvafiq qaimə əsasında o və Təqsirləndirilən şəxs imza edərək təhvil almışlar. İşlədiyi müddətdə bazar ertəsi istirahət günü olmuş, Nərmininin istirahət günü həftənin şənbə günləri, Şahid5 istirahət günləri isə cümə günü olmuşdur. Təqsirləndirilən şəxs istirahət günlərində həmin işlədikləri mağazanın açarını verməmişdir. Eyni zamanda o, mağazada olduğu müddətdə mağazadan televizor, soyuducu, paltaryuyan, telefon və sair məişət əşyası gizli və açıq çıxarılmamış, hər hansı oğurluq edilməmişdir. Mağaza meneceri Təqsirləndirilən şəxs hər hansı qanunsuz hərəkətlərinin şahidi olmamışdır. İşlədiyi mağazada yanğın və texnikitəhlükəsizlik qaydalarına məsul şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 15 ildir telefon satışı ilə məşğul olur. 3 ildir “Brend” telefon mağazasında işləyir. Ondan başqa mağazada hər hansı şəxs işləmir. Mağazada telefonların satışı, təmiri, proqramların yazılması həyata keçirilir. Telefon satışı yalnız nağd formada aparılır. O, adətən işlənmiş, 2-ci əl telefonların satışını həyata keçirir, telefonları müxtəlif şəxslərdən, Tap.az internet səhifəsindən, Optimal mağazasından, ümumən harada ucuz telefonlar olarsa, əldə etmişdir. O, həmin mağazada kampaniya olan vaxtlarda müxtəlif markalı telefonlar əldə etmiş və həmin telefonların özünə məxsus mağazada satışını həyata keçirmişdir. Axırıncı dəfə həmin mağaza bağlanmamışdan 15 gün əvvəl təxmini olaraq 6-7 telefon almışdır. Bu telefonlar siyahısına 2 ədəd Samsung A14 Black, 2 ədəd Samsung A24, Samsung A34 Black, Samsung A54 Black, İphone 14 Plus Starlight markalı mobil telefonlar olmuşdur. Bu telefonlardan əvvəl 2023-cü ilin sentyabr ayının axırında Samsung A14, Samsung A24, Samsung A34, Samsung A54 markalı telefonlar almışdır. 2023-cü ilin iyun ayında 2 ədəd LG markalı televzior, avqust ayının əvvəllərində isə Samsung A54, İphone14 markalı telefonlar almışdır. Bu qeyd etdiyi telefonların hər birini Optimal mağazasında müdir vəzifəsində işləyən Nərmin xanımdan əldə etmişdir. O, Təqsirləndirilən şəxs 6-7 ay olar ki, tanıyır. Nərmin Optimal mağazasında kampaniya olduğu zamanlarda şəxsən özü ona zəng edərək məişət əşyaları, telefonlar, eləcə də digər məhsullara endirimlər olduğunu bildirmiş, o da həmin mağazaya yaxınlaşaraq endirimdən faydalanaraq mobil telefonlar və televizor əldə etmişdir. Bundan başqa Samsung A14 markalı telefonu 280 manata, Samsung A24 markalı telefonu 320 manata, Samsung A34 markalı telefonu 375 manata, Samsung A54 markalı telefonu 520 manata almışam. Bundan başqa Samsung A54 markalı telefonu 530 manata, İphone14 markalı telefonu 1320 manata almışam. 2 ədəd Samsung A14 Black markalı telefonu hər biri 270 manat olmaqla 540 manata, 2 ədəd Samsung A24 markalı telefonu hər biri 335 manat olmaqla 670 manata, Samsung A34 Black markalı telefonu 380 manata, Samsung A54 Black markalı telefonu 510 manata, İphone 14 Plus Starlight markalı mobil telefonu 1300 manata əldə etmişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 13 telefon əldə etmiş və hər bir telefonu müxtəlif vaxtlarda müxtəlif şəxslərə satmışdır. Nərmin istifadəsində olan komputerə baxaraq ona həmin telefonların qiyməti barədə məlumat vermişdir. Həmin məhsullardan heç biri xarab olmamış, hər biri işlək vəziyyətdə olmuşdur. O, Optimal mağazasından hər hansı mal, əsasən də telefon almazdan öncə Tap.az internet səhifəsinə daxil olaraq müxtəlif markalı telefonların, eləcə də alacağım telefonların qiymətləri barədə maraqlanmış, həmin vaxt Təqsirləndirilən şəxs satış etdiyi telefonların dəyəri ucuz olmuş və həmin telefonu o, digər şəxsə malın üzərinə asanlıqla pul qoyaraq satış edə bilmiş. Tap.az səhifəsində isə həmin mobil telefonlar 60- 100 manat civarında baha olmuş, ona görə də o, Optimal mağazasında endirim olduğu müddətdə telefon almağı üstün tutmuşdur. O, həmin mağazaya gedərkən Nərminin dediyinə görə həyat yoldaşı olan Cabir adlı şəxsi mütəmadi olaraq orada görmüşdür. Cabirdən başqa digər işçilər olmuş, lakin həmin şəxslərin adlarını bilmir. O, Optimal mağazasından mobil telefonları alan zaman alqı-satqı məsələsini yalnız Təqsirləndirilən şəxs ilə həll etmiş, Nərminin həyat yoldaşına hər bir telefonu almağına görə hər hansı məbləğdə pul vəsaiti verməmiş, eyni zamanda Nərmin telefonların dəyərinə görə ödədiyi pulları həyat yoldaşı ilə birlikdə ondan almamışlar. Aldığı telefonlara görə pulu ödədiyi vaxt Cabir Nərminin yanında olmamışdır. O, aldığı telefonların hər birinin pulunu şirkətin mağaza meneceri Təqsirləndirilən şəxs şəxsən ödəmiş, 1-2 dəfə olmuşdur ki, aldığı telefonlara görə ödədiyi pulları şirkətin hesabına mağazada olan paypoint vasitəsilə ödəmiş, lakin qəbzi ona verməmişdir. Təqsirləndirilən şəxs hər dəfəsində aldığı telefonlara görə pulları ödəyən zaman onu mağazada 5 dəqiqə gözlətmiş, səbəb isə Nərmin ona həmin telefonların uçotunun sistemə işləməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin mobil telefonlara görə aldığı pulları mənimsəməsi barədə heç bir məlumatı olmamış, adi vətəndaş kimi mağazaya yaxınlaşıb mobil telefon və məişət məhsulları almışdır. O, 18 oktyabr 2023-cü il tarixdə Optimal mağazasında yanğın olan zaman Bakı şəhərində olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ondan başqa mağazada anbardar Şahid2, xadimə Şahid3, mağazanın meneceri Təqsirləndirilən şəxs işləmişdir. Eyni zamanda Elnur Ələkbərli və Fərid Xəlilov isə satıcı vəzifəsində işləmişlər. O, Şahid2, Elnur Ələkbərli və Fərid Xəlilov çox qısa müddət ərzində Elit.EO MMC-nin Ağdaş filialı mağazasında işləmişlər. O, malların satışını həyata keçirməmiş, yalnız malların qəbulunu həyata keçirmiş, digər qalan məsələlər isə demək olar ki, Təqsirləndirilən şəxs tərəfindən sistem vasitəsilə idarə olunmuşdur. O, 19 aprel 2023-cü il tarixədək 19 iyun 2023-cü il tarixədək işləmişdir. Mağazada saydığı şəxslərdən başqa mağaza meneceri Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 olmuş, o, anbara daxil olan məişət məhsullarının daşınmasında anbardara köməklik etmişdir. Şahid6 rəsmi olaraq həmin mağazada işləməmiş, sadəcə Nərminin həyat yoldaşı kimi onlara kömək etmişdir. İşlədiyi Elit.EO MMC-nin Ağdaş filialı mağazasında soyuducu, mobil telefonlar, televizorlar və sair məişət avadanlıqlarının satışı həyata keçirilmişdir. Mağazada olan məhsulların satışı yalnız nağd formada və pərakəndə şəkildə aparılmış, nisyə alqı-satqı müqaviləsi olmamış, tamkart, birkart bank hesabları vasitəsilə ödənişlər olunduğu halda həmin məbləğ tam şəkildə şirkətin hesabına köçmüş, müştəri isə aylıq olaraq öz hesabında olan məbləği hissə-hissə olaraq bank hesabına qaytarmışdır. Mağazada işlədiyi müddətdə sayım yoxlaması aparılmamış, hər hansı qanunsuzluq aşkar edilməmişdir. İşlədiyi müddətlərdə hər hansı malların əskikliyi yaranmamışdır. O, elə bir halın şahidi olmamış, görməmiş, bilmir. Mağazaya gələn malları anbardar və mağaza meneceri təhvil almış, təhvil alınan malların qarşılığında müxtəlif vaxtlarda yerdəyişmə qaimələri tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona və Mərdana işdən ayrılmağına 10 gün qalmış və dəfələrlə də onların işdən ayrılmalarını, başqa iş tapmalarını, mağazanın tezliklə bağlanacağını bildirmişdir. O, işlədiyi müddətdə cümə günləri istirahət günü olmuş, Nərminin isə istirahət günü həftənin şənbə günləri olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istirahət günlərində ona həmin işlədiyi mağazanın açarını vermiş, o, mağazanı açaraq işdə olmuş, lakin giriş qapısının açarlarından başqa ona açar verməmişdir. O, malların satışından anlayışı olmadığı üçün hər hansı məhsulun satışını həyata keçirməmişdir. Eyni zamanda o, mağazada olduğu müddətdə onun və hər hansı işçi tərəfindən mağazadan televizor, soyuducu, paltaryuyan, telefon və sair məişət əşyası gizli və açıq yolla çıxarılmamış, hər hansı oğurluq edilməmişdir. İşlədiyi mağazada yanğın və texnikitəhlükəsizlik qaydalarına məsul şəxs Təqsirləndirilən şəxs olmuşdur. 18 oktyabr 2023-cü il tarixdə 19 radələrində mağazanın yaxınlığında olduğu zaman, qəfildən mağazanın içərisində qırmızı işıq yanmasını görmüş, daha sonra isə mağazada qəfildən baş vermiş yanğının şahidi olmuş, lakin içəriyə ehtiyat üçün girməmiş, həmin vaxt Nərmin və həyat yoldaşı Cabir də orada olmuş, hazırda işlədiyi çayxananın qonşuluğunda olan dükanda ət satan Asif adlı şəxs də hadisə yerində olmuş, köpük balonunu əlinə götürərək yanğını söndürməyə çalışmışdır. Mağazada nəzarət kameraları olmuş, həmin hadisə zamanı mağazanın kamera görüntülərinin qeydə alınıb-alınmamasını bilmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid5 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahlarından 2 övladı vardır. Həyat yoldaşı Təqsirləndirilən şəxs “Optimal” mağazasında 2019-cu ilin dekabr ayından işə satıcı kimi qəbul olmuş və 250 manat aylıq əmək haqqı almışdır. 1 il “Optimal” mağazasında satıcı kimi işlədikdən sonra 2020-ci ildə həmin mağazada əməliyyatçı kimi fəaliyyətə başlamış və aylıq əmək haqqı 300 manat olmuşdur. “Optimal” mağazası 2023-cü ilin yanvar ayından “Optimal” şirkətinin tabeliyindən çıxmış, sonra “Optimal” mağazası "xxxx" MMC-nin tabeliyinə keçmiş və Təqsirləndirilən şəxs artıq 31 yanvar 2023-cü il tarixdən 3 ay sınaq müddətinə əməliyatçı vəzifəsinə təyin edilmiş, 1 ay işlədikdən həmin mağazada meneceri kimi işləməyə başlamış, aylıq əmək haqqı 800 manat olmuşdur. Həyat yoldaşından başqa mağazada əməliyyatçı Şahid5, anbardar Şahid2 və xadimə Şahid3 işləmişdir. Elit.EO MMC-nin Ağdaş filialı mağazasında soyuducu, mobil telefonlar, televizorlar və sair məişət avadanlıqlarının satışı həyata keçirilir. Həyat yoldaşı ay ərzində orta hesabla 38000-40000 manat satış həyata keçirmiş, hər satdığı məhsula görə şirkət tərəfindən bonuslar hesablanmışdır. Digər işçilər işdən ayrıldıqları üçün həyat yoldaşı mağazada tək işləmiş, iş yükü çox olduğundan ona 01 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mağaza meneceri təyin olunduqdan sonra mütəmadi köməklik etməyə başlamış, həmin ərəfələrdə mağazaya işə girməyə çalışsa da alınmamış, hər hansı rəsmi əmək müqaviləsi bağlanmadan köməklik göstərmişdir. O, mağazaya gələn malların daşınmasına, malların qablaşdırılaraq müştəriyə təhvil verilməsinə köməklik göstərmişdir. 06 sentyabr 2023-cü il tarixdə şirkətin daxili nəzarət şöbəsinin əməkdaşları mağazada sayım yoxlaması aparan zaman 4 adda məhsul əksik olmuşdur. Həmin məhsullar 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon olmuşdur. Əksik gəlmiş 4 məhsulla bağlı Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Həyat yoldaşı şirkətə izahat təqdim edərkən orada rəhbərliyə əskik gəlmiş 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonun dəyəri olan 370 manatı ödəcəyini bildirmiş və hesab etmişdir ki, şirkət rəhbərliyi onun əmək haqqından həmin pul vəsaitini tutmuşdur. 18 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində mağazanı bağlayaraq evə gedən zaman mağazadan səs gəlmiş, həmin vaxtı o, həyat yoldaşı ilə birlikdə mağazadan bir qədər kənarlaşmış və Ağdaş şəhəri M.İsayev küçəsi ilə hərəkətdə olduğu zaman mağazadan səs gəldiyini eşidib, mağaza rəhbərliyinə xəbər vermiş, mağazanı açaraq içəri daxil olmuş və mağazada yanğın baş verməsini görmüşdür. Bu zaman uca səslə o və həyat yoldaşı kənardakı insanları mağazada baş vermiş yanğını söndürməyə çağırmışdır. Eyni zamanda FHN-nin YMX-nin əməkdaşı gələrək mağazada yanğın söndükdən sonra gəlmişdir. Yanğının baş verməsinə səbəb isə mağazada telefon sürahisində telefonların qoşulu olduğu adapterlərdə qısqapanma olmuşdur. Yanğın söndürüldükdən sonra 19 oktyabr 2023-cü il tarixdə mağazanın əməkdaşları mağazada sayım yoxlaması aparılmışdır. Elit.EO MMC-nin Ağdaş mağazasında 21 adda mobil telefon əksik gəlmiş, daha sonra mağaza əməkdaşları əksik gələn 21 adda məhsulun ümumi qiyməti olan 13629 manat pulu ödəməyi üçün Təqsirləndirilən şəxs 2 gün vaxt vermişlər. 18 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş təqdimata əlavə edilmiş cədvəldə 11 vətəndaşın adı qeyd olunmuş, həmin cədvəldə olan Şəlalə İsmayılova onun baldızı, Xəlil Davudov ailə dostu, Lazım Alıyev xadimə Leylinin kürəkəni, Eldar Hüseynov onun həmyerlisi, Şəms Quluzadə müəllimə işlədikləri barədə məlumatı vardır. Həmin şəxslərə onun tərəfindən müxtəlif məişət əşyaları-televizor, telefon, soyuducu, duxovka, paltaryuyan satılmışdır. Həyat yoldaşına 3 ay müddətində etdiyi satış üzrə bonuslarını şirkət onun əmək haqqına vurmadığı üçün, əmək haqqı maddi vəziyyətlərini qane etmədiyi üçün, uşağı tələbə olduğu üçün bu yoldan istifadə edərək vətəndaşların ödədikləri pullar hesabına Cashback əldə etmişdir. Şirkət tərəfindən 282,17 manat göstərilsə də o da hesab edir ki, bu məbləğ az miqdarda olmuşdur. Mağazada olan məhsulların satışı yalnız nağd formada və pərakəndə şəkildə aparılmış, nisyə alqı-satqı müqaviləsi olmamış, tamkart, birkart bank hesabları vasitəsilə ödənişlər olunduğu halda həmin məbləğ tam şəkildə şirkətin hesabına köçmüş, müştəri isə aylıq olaraq öz hesabında olan məbləği hissə-hissə olaraq bank hesabına qaytarmışdır. Bununla belə, müştərilər tərəfindən ödənilmiş müxtəlif məbləğlərdə nağd vəsaitləri şəxsən özünə götürərək onun istifadəsində Kapital Bank ASC-də olan 4169-7388-8580-2342 nömrəli bank hesab kartında olan vəsaitlərdən "xxxx" əldə etmək üçün Elit.EO MMC-yə məxsus post terminal vasitəsilə ödənişləri göndərmişdir. Hal-hazırda da həmin kart onun istifadəsindədir. Yanğın baş verməmişdən 3-4 ay əvvəl mağazada telefon satışı keçirilən hissədə telefonlara gələn elektrik xətlərində nasazlıq yarandığından Samsung M14 markalı telefonun yükləmə hissəsi ərimiş, bu barədə həyat yoldaşı rəhbərliyə elektron poçt vasitəsilə bildirsə də heç bir nəticə olmamışdır. Həmin telefonların yerləşdiyi stolun alt hissəsində 4 ədəd powerbank, 2 ədəd security aparatı olmuşdur. O gündən sonra həmin adapterə heç bir telefon taxmamış, çıxarıb kənara qoymuşdur. 18 oktyabr 2023-cü il tarixdə baş vermiş yanğının səbəbi hazırda FHN-nin İstintaq İdarəsi tərəfindən araşdırılır, onun fikrincə qısaqapanmadan olmuşdur. Mağazada həmin zaman yalnız powerbank və adapter işlək olmuş, digər əşyalar isə elektrik xəttindən ayrılmış vəziyyətdə olmuşdur. Mağazada nəzarət kameraları olmuş, lakin həmin vaxt mağazanın kamera görüntülərinin yanğını qeydə alıb-almamasını bilmir. Təqsirləndirilən şəxs hər ayın 20-ci günündə Elit.EO MMC-nin Ağdaş rayonu ərazisində yerləşən Optimal mağazasından əmək haqqı almış, ayın fərqli günlərində isə o, məişət məhsullarının satışından əldə etdiyi məhsullara görə şirkət tərəfindən verilmiş müxtəlif məbləğlərdə bonusları, məsələn 300-400 manat pul evə gətirmişdir. Təqsirləndirilən şəxs məişət məhsullarının satışından əldə etdiyi məhsullara görə şirkət tərəfindən verilmiş müxtəlif məbləğlərdə bonusları (pulları) maddi tələbatlarına, uşaqlarının saxlanmasına xərcləmişlər. Təqsirləndirilən şəxs əskik gələn malları ayrı-ayrı şəxslərə sataraq mənimsəməyindən qətiyyən xəbəri olmamışdır. Onunla əlbir olmamış, birlikdə hər hansı məhsulu qanunsuz satmamışlar. İş materiallarında olan Elit.EO MMC-nin 01 mart 2023-cü il tarixli 216/K nömrəli əmrindən və 02 mart 2023-cü il tarixli xxxxxxx000202 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Elit.EO MMC ilə işçi Təqsirləndirilən şəxs arasında 31 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi üzrə Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən əməliyyatçı vəzifəsindən mağaza meneceri vəzifəsinə keçirilmiş, aylıq əmək haqqı isə 800 (səkkiz yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan Elit.EO MMC ilə işçi Təqsirləndirilən şəxs arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi əməliyyatçı vəzifəsinə qəbul edilir, əmək müqaviləsi müddətsiz bağlanır, işin birinci 3 ayı sınaq müddəti hesab edilir. Həmin əmək müqaviləsinin 3-cü bəndindən müəyyən olunur ki, işçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarını icra edir, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İş materiallarında olan Elit.EO MMC ilə işçi Təqsirləndirilən şəxs arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilənin surətindən görünür ki, maddi məsul şəxs işəgötürən Elit.EO MMC tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın, informasiyanın, maddi və digər sərvətlərin qorunub saxlanması, satışı, daşınması, işlərin və xidmətlərin görülməsi ilə bağlı işi layiqincə yerinə yetirməyi və işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması öhdəliyini öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: 1.1 Ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; 1.2. Cəmiyyətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; 1.3. Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir; 1.4. Ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Maddi məsul şəxsin təqsiri üzündən cəmiyyətə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İş materiallarında olan işəgötürən Elit.EO MMC ilə işçi Təqsirləndirilən şəxs arasında tərtib edilmiş mağaza meneceri vəzifə təlimatının surətindən görünür ki, işçi Təqsirləndirilən şəxs mağaza meneceri kimi əmək funskiyası aşağıdakılardan ibarətdir: -mağaza sənədlərinin uçotu, məxaric faylarının hazırlanması, hesabat sənədlərini müəyyən prosedurlara uyğun olaraq göndərir; -hər iş gününün əvvəlində və sonunda əməliyyatçının və ya xəzinədarın iştirakı ilə kassa qalıqlarını yoxlayır və hesabatların düzgünlüyünü təsdiq edir; -mağazada gün ərzində həyata keçirilən əməliyyatların sistemə vaxtında və düzgün daxil edilməsinə, həmçinin müştərilərin onlara çatası sənəd nümunələri, çeklər, qəbzlər və s. ilə vaxtında təmin olunmasını icra edir və ya bu prosesə nəzarət edir; -mağazadakı mal qalığının sistemdəki qalıqlarla uyğunluğunu yoxlayır, fərq aşkar olunduğu zamab dərhal bu barədə Pərakəndə və Satış direktorunu, Pərakəndə Satış menecerini və Təftiş üzrə mütəxəssisi məlumatlandırır; -mağazaya mal qəbulu və çıxışına nəzarət edir; -mağazada əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edir və cavabdehlik daşıyır; -mağazanın anbar qalığındakı məhsulları giriş və çıxışının uçotunun düzgün aparılmasına, habelə mağazada aparılan bütün kassa, ödəniş əməliyyatlarının düzgün icra olunmasına görə məsuliyyət daşıyır; -əmək müqaviləsinə xitam verilərkən işlərini, məhsulları, kassada olan vəsaiti təhvil vermək, dəymiş maddi zərər aşkarlandıqda zərəri müəssisəyə ödəmək. İş materiallarında olan Elit.EO MMC-nin daxili nəzarət şöbəsinin Ağdaş rayonu bölməsində 21 iyul 2023-cü il tarixdə tərtib etdiyi planlı yoxlama aktından (cədvəlindən) görünür ki, Elit.EO MMC-nin Ağdaş rayonu ərazisində olan mağazasında hər hansı mal əskikliyi aşkar edilməmişdir. İş materiallarında olan Elit.EO MMC-nin daxili nəzarət şöbəsinin 06 sentyabr 2023cü il tarixdə tərtib etdiyi yoxlama aktından görünür ki, Elit.EO MMC-nin Ağdaş mağazasında 1 ədəd Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon əskik gəlmişdir. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin daxili nəzarət şöbəsi üzrə baş mütəxəssis X13 tərəfindən Elit.EO MMC-nin baş direktor müavini Zurab Tsanavaya ünvanlanmış təqdimatdan görünür ki, 06 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin Ağdaş filialı mağazasında sayım yoxlaması zamanı 1 ədəd nağd qiyməti 369,99 manat olan Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd nağd qiyməti olan 1459,99 manat Samsung UE65AU7100UXCE markalı televizor, 1 ədəd nağd qiyməti 1139,99 manat olan Midea MSAG-18HRN1-İ markalı kondisioner, 1 ədəd nağd qiyməti 699,99 manat olan Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefon əskik olmuş, həmin məhsulların nağd satış qiyməti 3669,96 manat təşkil edir, hazırda filialda çalışan yeganə əməkdaş filial meneceridir, satıcılar və anbardar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Elit.EO MMC-nin baş direktoru Lado Jobavaya ünvanladığı 11 sentyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin Ağdaş filialı mağazasında sayım yoxlaması zamanı əskik gəlmiş məhsullardan yalnız 1 ədəd mobil telefonun əskik olması barədə onun məlumatı olmuş, əskik gəlmiş məhsullardan 2 ədədi iri məişət əşyası olduğundan həmin dövrdə onun tərəfindən götürülməsi mümkün deyil, 12 avqust 2023-cü il tarixdə işdə olmamış, onu Şahid5 əvəz etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Elit.EO MMC-nin baş direktoru Zurab Tsanavaya ünvanladığı 15 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə Elit.EO MMC-nin Ağdaş filialı mağazasında sayım yoxlaması zamanı əskik gəlmiş məhsullardan yalnız 1 ədəd nağd qiyməti 369,99 manat olan Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefonun əskik olması barədə onun məlumatı olmuş, 04 sentyabr 2023-cü il tarixdə nahardan sonra Ağdaş mağazasında özü sayım edərkən həmin telefonun qutusunun boş olmasını görmüş, qaydalara uyğun olaraq bu barədə Baş ofisə məlumat verməli olduğu halda bunu etməmiş, ona görə də həmin telefonun dəyəri olan 370 manatı ödəməyə razıdır və həmin pulun onun əmək haqqından tutulmasına etiraz etmir, əskik çıxmış digər 3 məhsul barəsində isə heç bir məlumatı olmamış, 12 avqust 2023-cü il tarixdə iş olmamış, 13 avqust 2023-cü il tarixdə yenidən işə çıxdığı zaman sayım etməmiş, maddi məsul şəxs kimi Ağdaş mağazasında mal və kassa qalığı üçün cavabdehlik daşıdığını bilsə də, əskik çıxmış digər 3 adda məhsul barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan Elit.EO MMC-nin daxili nəzarət şöbəsinin 19-20 oktyabr 2023-cü il tarixdə tərtib etdiyi yoxlama aktından görünür ki, Elit.EO MMC-nin Ağdaş mağazasının bağlanışı zamanı 1 ədəd 299,99 manat dəyərində Samsung Galaxy A04s (A047) 4/64 GB Black markalı, 3 ədəd və hər biri 319,99 manat dəyərində Samsung Galaxy A14 (A145) 4/64 GB Black markalı, 1 ədəd 199,99 manat dəyərində Realme C30S 2/32 Black markalı, 1 ədəd 369,99 manat dəyərində Samsung Galaxy A14 (145) 4/128 GB Green markalı, 3 ədəd və hər biri 509,99 manat dəyərində Samsung Galaxy A24 (245) 6/128 GB Black markalı, 1 ədəd 849,99 manat dəyərində Samsung Galaxy A54 (546) 6/128 GB Black markalı, 1 ədəd 509,99 manat dəyərində Samsung Galaxy A24 (245) 6/128 GB Red markalı, 1 ədəd 1999,99 manat dəyərində İphone 14 128 GB Midnigt markalı, 1 ədəd 2339,99 manat dəyərində İphone 14 Plus 128 GB Starlight markalı, 1 ədəd 699,99 manat dəyərində Samsung Galaxy A34 (A346) 6/128 GB Violet markalı, 1 ədəd 509,99 manat dəyərində Samsung Galaxy A24 (A245) 6/128 GB Green markalı, 1 ədəd 699,99 manat dəyərində Samsung Galaxy A34 (A346) 6/128 GB Green markalı, 1 ədəd 849,99 manat dəyərində Samsung Galaxy A54 (A546) 6/128 GB White markalı, 3 ədəd və hər biri 369,99 manat dəyərində Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı, 1 ədəd 699,99 manat dəyərində Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı mobil telefonlar əskik gəlmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Elit.EO MMC-nin baş direktoru Zurab Tsanavaya ünvanladığı 20 oktyabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, filialda yoxlama zamanı 21 ədəd mobil telefon aşkar edilməmiş, həmin telefonların məsuliyyətini Təqsirləndirilən şəxs öz üzərinə götürür. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixdə Accept-Audit MMC-nin direktoru-Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X9 tərəfindən tərtib edilmiş rəydən görünür ki, Elit.EO MMC-nin Ağdaş filialında sayım yoxlaması zamanı əskik gəlmiş mallar üzrə 3669,96 manat, posterminal vasitəsilə aparılmış ödənişlərin yoxlaması zamanı müəyyən edilmiş Elit.EO MMC-yə vurulmuş 282,17 manat məbləğində zərər, 18 oktyabr 2023-cü il tarixdə baş vermiş yanğından sonra Elit.EO MMC-nin daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən aparılmış sayım nəticəsində əskik gəlmiş 21 ədəd mobil telefon aparatının ümumi dəyəri 13629,79 manat, ümumilikdə 17581,92 manat məbləğində əskikgəlmə maddi məsul şəxs Elit.EO MMC-nin Ağdaş filialı mağazasının meneceri Təqsirləndirilən şəxs tələb olunmalıdır. İş materiallarında olan Elit.EO MMC-nin 01 dekabr 2023-cü il tarixli 115 nömrəli arayışından görünür ki, 05 yanvar 2023-04 sentyabr 2023-cü il tarixlərdə Elit.EO MMC-nin ünvan 3 ünvanında yerləşən Optimal mağazasının posterminal əməliyyatlarında yoxlama aparılmış və heç bir uyğunsuzluq aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 3-16-16/2-9/9265/2023 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan qaimələr, cədvəl məlumatları, ifadələr və s. tədqiq edilərək Elit.EO MMC-nin Ağdaş filialı mağazasında 01 avqust 2023-01 noyabr 2023-cü il tarixədək dövr ərzində Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 17299,75 manat məbləğində müəyyən edilir. İş materiallarında olan zərərçəkmiş şəxs Elit.EO MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə rayon prokurorluğuna müraciət edərək Elit.EO MMC-də mağaza meneceri işləmiş Təqsirləndirilən şəxs Elit.EO MMC-də məhsul satışı zamanı posterminal ödənişləri haqqında 031/F/2023 nömrəli Təlimatın tələblərini pozaraq, ümumilikdə qazandığı 282,17 manat "xxxx" alınmış məişət əşyalarına görə ayrı-ayrı şəxslərə (ödənişləri edən vətəndaşlara) çatası olan məbləğ olduğundan sonuncu tərəfindən törədilmiş əməlin talama (mənimsəmə) cinayəti kimi qiymətləndirilməməsini, həmin hissədə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli yerdəyişmə qaimələrinə baxış protokolundan görünür ki, 19 iyun 2023-cü il tarixdə saat 11:14-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 2 ədəd SM-A346EZKACAU nömrəli Samunsug Galaxy A34 (A346) 6/128 GB Black markalı, 1 ədəd SM-A346ELVACAU nömrəli Samsung Galaxy A34 (A346) 6/128 GB Violet markalı mobil telefonlar, 24 iyul 2023-cü il tarixdə saat 11:50-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd SM- A145FZKVCAU nömrəli Samunsug Galaxy A14 (A145) 4/128 GB Black markalı mobil telefon, 19 iyun 2023-cü il tarixdə saat 10:45-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd MQ4Y3HX/A nömrəli İphone 14 Plus 128 GB Starlight markalı mobil telefon, 28 iyul 2023-cü il tarixdə saat 15:42-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd SM-A245FLGVCAU nömrəli Samsung Galaxy A24 (A245) 6/128 GB Green markalı mobil telefon, 13 iyul 2023-cü il tarixdə saat 11:07-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd SM-A145FLGVCAU nömrəli Samsung Galaxy A14 (A145) 4/128 GB Green markalı, 3 ədəd SM- A145FZKVCAU nömrəli Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı, 3 ədəd SM-A245FZKVCAU nömrəli Samsung Galaxy A24 (A245) 6/128 GB Black markalı, 1 ədəd SM-A346ELGACAU nömrəli Samsung Galaxy A34 (A346) 6/128 GB Green markalı, 1 ədəd SM-A346EZKACAU nömrəli Samsung Galaxy A34 (A346) 6/128 GB Black markalı, 1 ədəd SM-A546EZWACAU nömrəli Samsung Galaxy A54 (A546) 6/128 GB White markalı mobil telefonlar, 12 aprel 2023-cü il tarixdə saat 12:53-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 2 ədəd SM-A145FZKUCAU nömrəli Samsung Galaxy A14 (A145) 4/64 GB Black markalı, 4 ədəd C30S 2/32 nömrəli Realme C30S 2/32 Black markalı mobil telefonlar, 09 aprel 2023-cü il tarixdə saat 12:18-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd MPUF3HX/A nömrəli İphone 14 128 GB Midnight markalı mobil telefon, 08 sentyabr 2023-cü il tarixdə saat 13:29-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsindən müəyyən olunur ki, 1 ədəd SM-A047FZKGCAU nömrəli Samsung Galaxy A04s (A047) 4/64 GB Black markalı mobil telefon, 04 avqust 2023-cü il tarixdə saat 10:31-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd SM-A145FZKVCAU nömrəli Samsung Galaxy A14 (A145) 4/128 GB Black markalı, 1 ədəd SM-A245FDRVCAU nömrəli Samsung Galaxy A24 (A245) 6/128 GB Red markalı mobil telefonlar, 18 iyul 2023-cü il tarixdə saat 12:49-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən 1 ədəd SM-A546EZKACAU nömrəli Samsung Galaxy A54 (A546) 6/128 GB Black markalı mobil telefon, 20 iyun 2023-cü il tarixdə saat 10:52-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən MSAG-18HRN1-İ nömrəli Midea markalı kondisioner, 12 aprel 2023-cü il tarixdə saat 12:34-də tərtib edilmiş ********** nömrəli yerdəyişmə qaiməsinə əsasən UE65AU7100UXCE nömrəli Samunsg markalı televizor Elit.EO MMC-nin Ağdaş rayonu ərazisində fəaliyyət göstərən “Optimal” mağazasında həmin mağazanın meneceri işləyən Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Ağsu, Ağdaş və Kürdəmir rayonları üzrə məsləhətçisi T.N.Əliyevin xx.xx.2024cü il tarixli 05 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs hal-hazırda Ağdaş şəhəri H.Əliyev prospekti 67 üvanında müvəqqəti olaraq məskunlaşmış, ailə tərkibi həyat yoldaşı Şahid6, oğlu X4 və qızı X10 ibarətdir. Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Ağsu, Ağdaş və Kürdəmir rayonları bölməsinə heç bir narazılıq və şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 iyun 2007-ci il təvəllüdlü X16 və 01 iyul 2005-ci il təvəllüdlü X11 adlı bir yetkinlik yaşına çatmayan, bir yetkinlik yaçına çatmış övladları var. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs Elit.EO MMC-nə 1500 manat ödəniş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi, 1 ədəd 699,99 manat dəyərində Samsung Galaxy A34 (346) 6/128 GB Black markalı mobil telefon, 1 ədəd 369,99 manat dəyərində Samsung Galaxy A14 (145) 4/128 GB Black markalı mobil telefon, 1 ədəd 1459,99 manat dəyərində SAMSUNG UE65AU7100UXCE markalı televizor, 1 ədəd 1139,99 manat dəyərində Midea MSAG-18HRN1-İ markalı kondisioneri mənimsəmədiyi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, həmin avadanlıqların dəyəri digərlərinə nisbətdə daha çox olduğundan həmin hissədə Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq istəyir. Belə ki, həm şahidlərin ifadələri, həm də iş materialları ilə sübut olunur ki, həmin mağazada olan əşyalara maddi məsull şəxs sırf Təqsirləndirilən şəxs olmuş, satış onun tərəfindən həyata keçirilmiş və həmin satışın nəticələri onun tərəfindən kumputerdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını,məcburi köçkün olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxsnən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia təmin olunmalı və 15799 manat 15 qəpik təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Elit.EO MMC-nə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin olunsun və 15799 manat 15 qəpik təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Elit.EO MMC-nə ödənilsin. İş üzrə məhkəmə məsrəfi-məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-70/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-70/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver