Məhkəmə qərarları › İş №1(014)-70/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-70/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-70/2025 30.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X11 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh kimi Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən başlayaraq 09 iyul 2015-ci il təvəllüdlü X7 və 22 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150 (yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 300 (üç yüz) manat məbləğində aliment və əlavə olaraq 22 avqust 2019-cu il təvəllüdlü X4 3 (üç) yaşı tamam olanadək sabit məbləğdə 50 (əlli) manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(002)- 1211/2021 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 3(014)-474/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 15 (on beş) gün, həmin məhkəmənin 29 oktyabr 2024-cü il tarixli, 3(014)-512/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətində həbs tənbeh növü təyin olunması və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 03 oktyabr 2022-ci il və 29 noyabr 2024-cü il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 06 fevral 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 13060 (on üç min altmış) manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 07 may 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah qeydə aldırmaqla evlənmişlər və birgə nikahlarından 09 iyul 2015-ci il təvəllüdlü Xalidə və 22 avqust 2019-cu il təvəllüdlü Nicat doğulmuşlar. Bir müddət mehriban yaşasalar da, aralarında ailə münasibətlərinin pozulması nəticəsində arvadı Zərərçəkmiş şəxs iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanına getmiş və onların himayəsində yaşamağa başlamışdır. Zeynəb uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(002)-1350/2020 nömrəli qətnaməsinə əsasən 09 iyul 2015-ci il təvəllüdlü Xalidə və 22 avqust 2019-cu il təvəllüdlü Nicatın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 20 may 2020-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment və əlavə olaraq oğlu Nicatın 3 (üç) yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məbləğində alimentin, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(002)-1211/2021 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və əlavə olaraq oğlu Nicatın 3 (üç) yaşı tamam olanadək 50 (əlli) manat sabit pul məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Maddi imkanı kifayət qədər olmadığından, həmçinin işləmədiyi üçün aliment ödənişlərini edə bilməmiş və borcu yaranmışdır. Hazırda Qarabağ ərazisində fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla əlavə qazanc yeri vardır və aliment borcundan ödəniş etmək niyyətindədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, qızı Zərərçəkmiş şəxs 07 may 2015-ci il tarixdə Təqsirləndirilən şəxsla rəsmi nikah qeydə aldırmaqla evlənmişlər və birgə nikahlarından 09 iyul 2015-ci il təvəllüdlü Xalidə və 22 avqust 2019-cu il təvəllüdlü Nicat doğulmuşdur. Fərid və Zeynəbin ailə münasibətlərinin pozulması nəticəsində Zeynəb iki azyaşlı uşaqları ilə birlikdə onların yanına getmiş və onların himayəsində yaşamağa başlamışdır. Zeynəb uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(002)- 1350/2020 nömrəli qətnaməsinə əsasən 09 iyul 2015-ci il təvəllüdlü Xalidə və 22 avqust 2019cu il təvəllüdlü Nicatın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 20 may 2020-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment və əlavə olaraq oğlu Nicatın 3 (üç) yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məbləğində alimentin, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(002)-1211/2021 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və əlavə olaraq oğlu Nicatın 3 (üç) yaşı tamam olanadək 50 (əlli) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Fərid İsmaylov aliment borcunu ödəmədiyindən 13060 (on üç min altmış) manat məbləğində borcu yaranmışdır. 06 fevral 2025-ci il tarixdən etibarən Fərid tərəfindən müxtəlif vaxtlarda hissəhissə olmaqla 1505 (bir min beş yüz beş) manat məbləğində ödəniş olunmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə aliment borcunu ödəməsi tələb olunsa da, sonuncu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən yayınmağa başlamışdır. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə daha sonra izahatında qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(002)-1350/2020 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdən hesablanmaqla 09 iyul 2015-ci il təvəllüdlü X5 və 22 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə hər ay 135 (yüz otuz beş) manat olmaqla, ümumilikdə cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin və əlavə olaraq X4 3 (üç) yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi, həmçinin həmin məhkəmənin 19 aprel 2021-ci il tarixli, 2(002)-1211/2021 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və əlavə olaraq oğlu Nicatın 3 (üç) yaşı tamam olanadək 50 (əlli) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi ilə bağlı icra vərəqəsi Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və 07 iyun 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra haqqında bildiriş borclu Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsində şəxsən təqdim edilmişdir. Bundan sonra borclunun əmlak və gəlirləri yoxlanılarkən “Elektron İcra İnformasiya” sistemində borclu Təqsirləndirilən şəxs adına tələbin yönəldilə biləcək əmlak və gəlirləri müəyyən olunmamışdır. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(002)-1350/2020 nömrəli və 19 aprel 2021-ci il tarixli, 2(002)-1211/2021 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 3(014)-474/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, eləcə də həmin məhkəmənin 08 sentyabr 2022ci il tarixli, 8(014)-273/2022 nömrəli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs qeyd edilən tədbirlərdən nəticə çıxarmayaraq icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini təkrar olaraq yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 3(014)- 512/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqdimat verilən 06 fevral 2025-ci il tarixədək Təqsirləndirilən şəxs aliment borcu 13060 manat təşkil etmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə 28 yanvar 2025-ci il tarixli ərizə ilə müraciət edərək yaranmış aliment borcunun tam ödənilməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1350/2020 nömrəli, 06 avqust 2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, 09 iyul 2015-ci il təvəllüdlü X7 və 22 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 20 may 2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 135 (bir yüz otuz beş) manat, iki uşağa görə cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment, 22 avqust 2019-cu il təvəllüdlü X4 3 (üç) yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məblğində aliment cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair yekun qərar çıxarılmışdır. 18 avqust 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası” barədə bildirişin surətindən görünür ki, Ağdaş rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1350/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 09 iyul 2015-ci il təvəllüdlü X7 və 22 avqust 2019cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılmaları üçün Başı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə iki uşağa görə 300 manat sabit pul məblğində alimentin, 22 avqust 2019cu il təvəllüdlü X1 üçün uşağa qulluq və sair xərclərlə bağlı 3 yaşına çatanadək cavabdeh Təqsirləndirilən şəxs sabit məbləğdə 50 manat məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinə dair yekun qərar çıxarılmışdır. 07 iyun 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası” barədə bildirişin surətindən görünür ki, Ağdaş rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş təqdim edilmişdir. 07 iyul 2021-ci il tarixli “bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1350/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli və Başı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 10 noyabr 2020-ci il, 22 fevral 2021-ci il, 29 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 8(014)-273/2022 nörməli, 08 sentyabr 2022-ci il tarixli qərardadının surətindan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 3(014)-474/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, İsmayılov X3 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-512/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, İsmayılov X3 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 20 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1350/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli icra sənədi üzrə 20 iyun 2020-ci il tarixdən 20 may 2021-ci il tarixədək hər ay 300 manat ödəməli olduğu halda, 20 yanvar 2021-ci il tarixdə 320 manat ödəniş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli icra sənədi üzrə 20 iyun 2021-ci il tarixdən 20 yanvar 2025-ci il tarixədək hər ay 300 manat ödəniş etməli olduğu halda, 20 mart 2024-cü il tarixdə 1700 manat, 20 iyun 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək ümumilikdə 900 manat, 20 oktyabr 2024-cü il tarixdən 20 yanvar 2025-ci il tarixədək ümumilikdə 1270 manat məbləğində ödəniş etmiş, 13060 manat borcu qalmışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş rayon Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, xx xxxxxxxx 1994-cü il təvəllüdlü Ağdaş rayonu, Bulaqotağı kəndində doğulmuş, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs adına 17 saylı Yevlaz Ərazi İdarəsi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X13 Məşğulluq filialı tərəfindən verilmiş 13 may 2025-ci il tarixli məktubun surətindən görünür ki, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 09 sentyabr 2024-cü il tarixdə “Məşğulluq haqqında” zərbaycan Respublikasının Qanunun 4.1.1-ci maddəsinə əsasən (məşğul şəxs hesab edildikdə (muzdla işləyənlər – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər) işsiz kimi qeydiyyatı ləğv edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Konstitusiya Məhkəməsinin sözügedən 02 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanların olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir («İcra haqqında» Qanunun 82.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində aliment borcunu ödəməməsinin onun işləməməsi və maddi imkanının olmaması halı ilə bağlaması barədə gətirdiyi arqumentləri qəbul etmir və bu xüsusatı özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən ondan dəfələrlə tələb edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs aliment borcundan tam ödəniş etməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 3(014)-474/2022 nörməli, 05 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməklə inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, lakin Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 15 fevral 2024-cü il və 15 oktyabr 2024-cü il tarixli qərarlarla barəsində axtarış elan edilmiş, 29 oktyabr 2024-cü il tarixdə icra və probasiya şöbəsinə gətirildikdən və icra şöbəsində yaranmış aliment borcunun ödənilməsi bir daha tələb olunmasına və məsuliyyətinin diqqətinə çatdırılmasına baxmayaraq, o, maddi imkanının olmadığını əsas gətirərək, ödəniş etməkdən yayınmış, Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilməklə inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin həmin aliment borcu ödənilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs tərəfindən sözügedən məhkəmə qətnaməsinin icra edilməməsinin onun maddi imkanının olmaması ilə bağlı olmadığını göstərməklə, onun tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilmədiyini təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli qərəzli olaraq həyata keçirmişdir. Belə ki, bu hərəkətlər ona yazılı xəbərdarlıq olunduqdan, inzibati məsuliyyətə cəlb edildikdən və icra üçün təkrar vaxt verildikdən sonra davam etmişdir. Beləliklə, məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq edilən sübutların yekununa əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məhkəmə qətnaməsində göstərilmiş aliment borcunun mütləq əksər məbləğinin ödənilməməsini, bununla da təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsinin icrasına etinasızlıq göstərilməsi və ədalət mühakiməsinin nüfuzuna ciddi xələl gətirilməsi hallarını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri seçilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə xidmət haqqı ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə müdafiəçiyə xidmət haqqı ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin xidmət haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 24 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 264 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 264 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar