Məhkəmə qərarları › İş №1(014)-71/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-71/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-71/2020 07.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Ağdaş rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Məşəd küçəsindəki ünvanda qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının axırlarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellafon bükümdə təmiz çəkisi 0.607 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış, xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhər, Maşad küçəsindən Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 12:10 radələrində onun üzərində şəxsi axtarış aparılan zamanaşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, ailəli olduğunu, 2 azyaşlı övladı olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, xəstə olduğuna görə bədənində ağrılar olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində yaşadığı Ağdaş şəhəri, Məşəd küçəsi ilə piyada yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona müdafiəçi təyin etdiklərini, sonra onu tutduqlarını, müdafiəçinin və 2 nəfər hal şahidinin iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarış zamanı əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd selofan büküm aşkar olunduğunu, sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, həmin maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 0.81 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin zərfə imza etdiklərini, bundan sonra protokol tərtib olunduğunu, özü və digər iştirakçıların protokola imza etdiklərini, üzərindən aşkar olunmuş sellafon bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 3-4 gün əvvəl tapdığını, lakin narkotik vasitəni tapdığı yeri xatırlamadığını, müxtəlif fasilərlə uzun müddətdir ki, narkotik istifadə etiyini, son 5 ildir ki, daimi istifadəçisi olduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, üzərində axtarış aparılarkən orada hal şahidləri, polis əməkdaşları və müdafiəçi olduğunu, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Müdafiəçi Paşa oğlu ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyada olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11-30 radələrində Ağdaş RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid4, əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və PPXT-nin polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri,Maşad küçəsində yerləşən yaşadığı küçədə hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞnə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Allahşükürün üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Allahşükürün əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, onun üzərindən aşkar olunmuş sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, həmin maddə elektron tərəzidə çəkildiyini, çəkisinin 0.81 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin narkotik maddəni 3-4 gün əvvəl tapdığını, lakin haradan tapdığını xatırlamadığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hal şahidləri, müdafiəçi və polis əməkdaşlarının olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, X4 və Şahid5 şahid Müdafiəçi Paşa oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsindəxx.xx.2020-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna heç bir etiraz etmədiyini, ondan əvvəl bir nəfərin də, hal şahidi kimi dəvət edildiyini, daha sonra onun digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Allahşükür adlı şəxsin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Allahşükür adlı şəxsin əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, Allahşükürün üzərindən aşkar olunmuş sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, həmin maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 0.81 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı Allahşükür adlı şəxsin üzərindən başqa heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını,onunla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada, polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin olduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 3-4 gün əvvəl tapdığını və ozü istifadə etmək üçün üzərində saxladığını bidirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2020-ci il tarixdə təxminən saat 12:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna heç bir etiraz etmədiyini, ondan başqa bir nəfərin də, hal şahidi kimi dəvət edildiyini, daha sonra onun digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Allahşükür adlı şəxsin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Allahşükür adlı şəxsin əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, Allahşükürün üzərindən aşkar olunmuş sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, həmin maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 0.81 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı Allahşükür adlı şəxsin üzərindən başqa heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını,onunla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada, polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin olduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 3-4 gün əvvəl tapdığını və ozü istifadə etmək üçün üzərində saxladığını bidirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 30aprel 2020-ci il tarixli 17/258 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzaları yazılmış zərfin içərisində 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.587 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 543 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Heroin narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxx 2020-ci il tarixli 1607 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.P.Vaqif küçəsində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X6- yoldaşı, X1, X2r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. X7 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0,587 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 102 manat 12 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz ) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı vaxtdan xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.587 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlundan 102 manat 12 qəpik (yüz iki manat on iki qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar