Məhkəmə qərarları › İş №1(014)-71/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-71/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-71/2022 24.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs 24 avqust 1983-cü ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində 14 mart 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvələrində naməlum mənbədən və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1.523 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin psixotrop madədən ayrı-ayrılıqda təmiz çəkiləri 0.101 qram, 0.187 qram, 0.116 qram, 0.081 qram, 0.089 qram, 0.125 qram, 0.131 qram olmaqla 07 ədəd göy-ağ rəngi kağız bükümlərdə ümumi təmiz çəkisi 0.830 qram metamfetamini üzərində qanunsuz saxlayaraq daşmış, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.693 qram metamfetamini Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşadığı evdə qanunsuz olaraq saxlamışdır. 12 mart 2022-ci il tarxdə, saat 17:55 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq saxladığı 0.830 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun üzərindən aşkar edilərək götürülmüşdür. Həmçinin həmin gün, yəni 12 mart 2022-cu il tarixdə, saat 19:21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evində axtarış aparılan zaman qanunsuz saxladığı 0.693 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, 12 mart 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən yaşadığı evin yerləşdiyi küçədə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyni, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç döş cibindən 01 ədəd siqaret qutusu aşkar edildiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu açıldığını, içərisindən 01 ədəd şəffaf rəngdə sellofan bükümün içərisində 07 ədəd kağız büküm aşkar edildiyini, daha sonra həmin 07 ədəd kağız büküm açıldığını içərisində ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 07 ədəd kağız bükümün içərisində olan maddənin psixotrop maddə “patı” adlandırılan maddə olmasını və həmin psixotrop maddəni təxminən 3 gün əvvəl Ləki qəsəbəsi dəmiryolunun yanından yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdiyini, həmin 07 ədəd kağız büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evə baxış keçirlidiyini, yaşadığı evə baxış keçirilən zaman ona məxsus yataq otağında yatdığı yerdə döşəyin altında saxladığı 01 ədəd sellofan büküm aşkar edildiyini, özünün həmin sellofan bükümün içərisində olan maddənin psixotrop maddə olan və “patı” adlandırılan maddə olmasını və həmin psixotrop maddəni üzərindən aşkar olunmuş maddələrlə bir yerdə tapdığını və ayırıb evdə saxladığını bildirdiyini, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, evə baxışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, üzərində və yaşadığı evdə saxladığı psixotrop maddəyə bənzər maddəni 3 gün əvvəl Ağdaş rayonu, Ləki qəsəbəsi dəmiryolunun yanından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə ə ya psixotrop maddə satmadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan isitifadə etdiyini, istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı və antenna dairəsinin, SMS-in mətnlərinin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-in kimlərə məxsus olmasına dair məlumatlar Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən götürülmüş və həmin məlumatlar təhlil edilən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 05:52-də mesaj yazaraq “Xala. oğlu. nagarsan. seher agdawa. gelende. me. biraz. wey. getir. pati. yoxdu. deye. bawim. xarab. olub. sen. cani. biraz. cox. get. evezini. pati. ile. cixcam.” bildirməsi barədə həmin nömrənin Ayaz adlı şəxsin nömrəsi olduğunu, həmin şəxsi üzdən tanıdığını, Ayazın da patı çəkdiyini, özünün Ayazdan çəkmək üçün patı istədiyini, olanda bir birinə çəkmək üçün patı verdiklərini, lakin bir birlərinə heç vaxt narkaoik vasitə satmadıqlarını, həmin telefon danışıqları təhlil edilən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 23:05də mesaj yazaraq “Salam netersen bidene 15 manatliq kola var mene adam tapa bilersen, on verim pul lazimdi vacib”, xx.xx.2021-ci il tarixdə saat 08:47-də “Me.qarwi. bu. niye. elisen. menden. sene. ne. pisdiy. deydi. bu. mene. hecne. elemez. canin. sagolsun. bu.gun.sene..05..kaka.goturceydim. xetiye.cix.de.get”, xx.xx.2021-ci il tarixdə “Salam. Nesesen.weherdesen. havag. goruwek. herwey. var.”bildirməsi barədə həmin mesajın ona məxsus olmadığını, onu kimə yazdığını və ya həmin nömrənin sahibi olan Fərrux adlı şəxsi tanımadığını, həmin telefon danışıqları təhlil edilən zaman istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 19:22-də mesaj yazaraq “1 bdenə. olcaq.1 sada. hama. nagdı.vermək. lazımdı. hazıra.yıgcam.” bildirməsi ilə bağlı həmin nömrənin sahibini tanımadığını, həmin mesajda nə yazıldığı ona məlum olmadığını, həmin telefon danışıqları təhlil edilən zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 20:30-da mesaj yazaraq “Qaqa.05.torpaq.15.dik.pisad. uwaqlarda. patpres.var.55.verir. isdisen. gotrek. yaxwidi. baxdim”, “Qaqa bawina donum ac bir kelme mene soz de tecili getmeliyem men burdan”, saat 23:27-də “Qaqa.nagarsan. bayaq. patpres. 30. torpaq 10. 10.da. yola.... indi.30.tor.yola.5.se.5.me.duwsun.”, xx.xx.2022-ci il tarixdə saat 10:17-də “Qaqa bawina donum mene bir ksok qalin falqa verda”, xx.xx.2022-ci il tarixdə saat 01:15-də “Qaqa. nagarsan. 95. idi. onnan. 70. verdin. qaldi. 25. indi.10.cnuq pat.. 30.. tor.10. mawin. cemi.75.olur. hama. seher. icraya. pul. vercem. mawini. razval. eliceyik. gor. hamsini. duzeld. qaqa.”, “Memi. gec. oldu. biraz. teles.ki. mende. seher. iwe. gecem. ildirimi. hele. gozedirem. Zaprafqaya. pul. vercem. vere. bilsenseherkinne. de. biraz. ver.”, xx.xx.2022-ci il tarixdə “Qaqa. nagarsan. biz. gelirik. 15.deqeye.catariq.105.o.pul. imkan.olsa.3den.5.den. ildirima. verek.mawin.xarab. olmuwdu.ona.gore. bu.vaxdina. qalmiwiq.men.zavodan.pul. goturmuwem. onu. cadircam. iceri. gelek. yoxsa. talede. goruwek”, xx.xx.2022-ci il tarixdə saat 00:25-də “Memi. 105.usune10..5.de. mawina. verdim. ondan. 82. mat. verdin. 38.mat. qaldi. onu. seher. getir. ki. men. 100. borc. almiwdim. seher. cadirim. mutlek. me. deyersen. veziyeti”, xx.xx.2022-ci il tarixdə saat 22:36-da “Qaqa. bular. qehbelik. eliyir kohne. pulu. verdim. indi. se. 05. tor.. 20. patpres. gotdum. gelif. pulu. karta. vurcam. sen. cani. gor. tam. duzelde. bilersen. 60. elicek cixiram”, 23:03-də “Qaqa hardasan hal hazirda?”, xx.xx.2022-ci il tarixdə saat 09:14-də “Qaqa sen mene 05 kola verde patpresi axwam goturerem”, xx.xx.2022-ci il tarixdə saat 21:33-də “Qaqa surdurde mawini bura iki dene kofe hazirliyiram gotur”, “Qaqa. sen. 90. verdin. da”, xx.xx.2022-ci il tarixdə “Qaqa. telesme. 15.deqe, Se. 100.matliq. getirem, Bizin.aramizda. 120. da. 5.de. bu....” xx.xx.2022-ci il tarixdə 11:55-də özünün həmin nömrəyə mesaj yazaraq “Qaqa senin bawina donum ona denen biraz insafin olsun axwamki kola ikimizin cani normal duzgun bir tereziye qoyulub haminin gozu qabaginda cekilseydi maksimum temiz 05 olardi.. 60 manata verir denen insafin olsun temiz qutarmiwdi kolam olsaydi eyer axwami yola vere bilseydim saxliyib sene gosterceydim tereziye barmag eliyir yoxsa ne sikiw eliyir bilmirem qaqa amma 60 manati elebilki cole tulladig.”, özünün ona xx.xx.2022-ci il tarixdə saat 00:40-da siz ona mesaj yazaraq “Qaqa. sen. bir. 30. dan. zadan. vere. bilersen. seher. tezden. demir. almaga. gecem. ildirimnan. ayle. olcaqyoxsa. seher. alardim. me. bir. soz.de”, saat 22:04-də “Ayqa. nagsrsan 135.di. qaqa.5.de. iliye. elemek lazimdi. gor.qaqa. tam.olsa.yaxwi.olar”, xx.xx.2022-ci il tarixdə saat 12:19-da ona mesaj yazaraq “Qaqa belke senin ozune verim telefonu qirag adama vermiyim”,saat 14:55-də “Elis nolar ayqa heresinnen bir cet mene nese elede olarida sokum qoyum ne vaxt istesen gel gotur”, “Qa bu matoruda olsa yoluna qoyardig bir cetnen ozum goturub gelerdim o terefe, Qaqa bu telefonu 05 kola bir cet patpresnen barter eliye bilerik, Alinar qaqa nolar imkan olanda bir cavab verda mene” bildirməsinin müəyyən edilməsi ilə bağlı həmin danışıqların tanışı Məhəmməd Yusifovla aralarında olduğunu, Məhəmmədin hazırda həbsdə olduğunu, oğurluq etdiyinə görə həbs olunduğunu, özündə olanda Məhəmmədə, Məhəmməddə olanda isə ona narkotik vasitə və ya psixotrop maddə verdiklərini, həmin telefon danışıqları təhlil edilən zaman onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə saat 14:37-də mesaj yazaraq “İnan yerimde agridan olurem en cox belimnen tutur yerimeye qoymur 20 azn elden cixmadan ver oglanin sayesinde ozume gelem sen cani”,xx.xx.2022-ci il tarixdə saat 01:53-də “Amil.bu.cindiriqdi. elisen. men. se. gore.yevlaxli. zirta.zirt. zeng. eliyir. ona.gore.sondurdum.”, xx.xx.2022-ci il tarixdə saat 02:56-da “Ey. gedib. hardana. almisan. me. dexili. Yoxdu .25. .8. soraki. unu. cadir, Seher. qapa. gelmiyim. bir. damci. kiwiliyin. olsun. hardansa. almisan. maraqli. dolu. me. olayanda. bayaqdan. cixamrdin. 33. manadi. cadir. seher. 8.ze. kimi. pis. duwmuyek” bildirməsinin müəyyən edilməsi ilə bağlı həmin nömrənin Amil adlı şəxsə məxsus olduğunu, Amilin ona borcu olduğunu, həmin borcu istədiyini, həmin telefon danışıqları təhlil edilən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2022ci il tarixdə X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 22:48-də “Ramin.1.ir..ot. picennen. otru. duwman. duwek. meni. az. ele. sal. matoru. getir.se. 100. defe. dedim. sora. mennen. nerazi. qalma. hele. sebir. eliyib. gozurem. kesdiyimiz. corek. qabagimi. kesir”, saat 23:38-də mesaj yazaraq “Senin. neyese. zeher. verenin. balasi. olsun. utan. seni. sennen. bele. soz. gozemezdim. 1. loxma. corey. verib. qarwliqinda. menim. 300. manatmi. 1. dene. ot. piceni. yimek. isd isen. se. baha. bawa. geler. senin. itin. menim. neyime. lazim. me. wer. atanin. allah. zelil. etsin. getir. menim. matorumu. da. pulumuda. ver.” bildirməsinin müəyyən edilməsi bağlı həmin nömrənin Kərimov Raminə məxsus olduğunu, Raminə otbiçən maşın verdiyini, pulunu vermədiyini, Ramin hazırda həbsdə olduğunu, həmin telefon danışıqları təhlil edilən zaman istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə saat 04:43-də mesaj yazaraq “Qaqa uzurlu say sozumu vaxtinda tuta bilmedim o gun men mami bakiya aparanda tez cixmisdim burdan acotda 45 m kesir olub menim adima yazilib, Mende dedim islemirem aksinde dedi isle seher danisarig telefonum aldi atdi ofise getdi, Seher 270 vercem sene bu gun kassaya yaxin durmadım ozum sabah axwamda qalani vercem ama olsa mene balaca bir das verersen” bildirməsi ilə bağlı həmin nömrədən ona Məhəmməd mesaj yazdığını, həmin nömrə Məhəmmədin iş yerinin nömrəsi olduğunu bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi istifadəsində olan mobil telefona daxil olan və çıxan SMS-lərin mətnləri, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 12 mart 2022-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 17:00 radələrində Ağdaş RPŞ-nin CAB-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və Ağdaş RPŞ-nin CABnin axtarış üzrə əməliyyat müvəkkili Səməndər İsmayılov ilə birlikdə Elşadı yaşadığı ev yerləşən Ağdaş rayonu, Yuxarı Ləki kəndində küçədə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Elşadın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Elşadın əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç döş cibindən 01 ədəd siqaret qutusu aşkar edildiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu açıldığını, içərisindən 01 ədəd şəffaf rəngdə sellofan bükümün içərisində 07 ədəd kağız büküm aşkar edildiyini, daha sonra həmin 07 ədəd kağız büküm açıldığını içərisində ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, Elşadın həmin 07 ədəd kağız bükümün içərisində olan maddənin psixotrop maddə “patı” adlanan maddə olmasını və həmin narkotik maddəni təxminən 3 gün əvvəl Ləki qəsəbəsi dəmiryolunun yanından yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdiyini, həmin 07 ədəd kağız büküm elektron tərəzidə çəkildiyini, çəkilərinin 0.32 qram, 0.24 qram, 0.26 qram, 0.15 qram, 0.19 qram, 0.16 qram və 0.20 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 07 ədəd kağız büküm və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Elşadın yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evə baxış keçirlidiyini, Elşadın yaşadığı evə baxış keçirilən zaman ona məxsus yataq otağında yatdığı yerdə döşəyin altında saxladığı 01 ədəd sellofan büküm aşkar edildiyini, Elşad həmin sellofan bükümün içərisində olan maddənin psixotrop maddə olan “patı” adlanan maddə olmasını və həmin narkotik maddəni üzərindən aşkar olunmuş maddələrlə bir yerdə tapdığını və ayırıb evdə saxladığını bildirdiyini, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini və çəkisinin 1.02 qram olduğunu, daha sonra həmin sellofan büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, Elşadın yaşadığı evə baxış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitəni 3 gün əvvəl Ağdaş rayonu, Ləki qəsəbəsi dəmiryolunun yanından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində və evində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-nə heç bir məlumat daxil olmadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə alaraq istifadə etdiklərini, lakin Təqsirləndirilən şəxs ona narkotik vasitə satmadığını, ibtidai istintaq zamanı ifadəsinin kompüterdə yazıldığını, savadsız olduğuğü üçün oxumadan imza etdiyini, ifadəsinin məzmunundan məlumatının olmadığını bildirdi. Məhkəmə həmçinin iş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməsi Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşıyır, ibtidai istintaq zamanı verdiyi ifadəsi daha inandırıcıdır, Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətləri daha düzgün əks etdirir. Belə ki, cinayət işinin ibtidai istintaqını aparan Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi Xəyal Dolxanov məhkəmə iclasında bildirdi ki, iş üzrə Şahid3 ifadəsi onun öz sözləri ilə yazılmış, sual-cavab edilmiş, bundan sonra ifadəsi ona oxunmuş və imza etmişdir. İş üzrə Şahid3 ibtidai istinaq zamanı verdiyii ifadəsində ***-***-**-** saylı mobil nömrə altında mobil telefondan istifadə etdiyini, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı və antenna dairəsinin, SMS-in mətnlərinin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-in kimlərə məxsus olmasına dair məlumatlar Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən götürülmüş və həmin məlumatlar təhlil edilən zaman onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qardasim eyer getsez sixisdira bilsen menede saxla bu catmadi vallah ama pul sabaha qalsin gunortaya hazir olar pul evden goture bilmiremey supelenirler”, xx.xx.2021-ci il tarixdə o sizə mesaj yazaraq “Salam. rehman. xaxin. yaninda. yalanci. cixdim. iwe. gedende. hikimetin. yanina. qoy. varsa. 30. qoy. axwam. gorcem. seni. tez. vurum. oldu. xeber. eliyersen”, xx.xx.2021ci il tarixdə isə mesaj yazaraq “1bdenə. olcaq. 1sada. hama. nagdı. vermək. lazımdı. hazıra. yıgcam” bildirməsinin müəyyən edilməsi ilə bağlı ***-***-**-** saylı mobil nömrənin özünə məxsus olduğunu, həmin nömrədən özü istifadə etdiyini, Təqsirləndirilən şəxs tanıdığını, Elşadın onun qonşusu olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavəti olmadığını, özünün bir neçə dəfə pul müqabilində Elşaddan narkotik vasitə istifadə etmək üçün aldığını, həmin mesajlardakı yazışmaların da bununla bağlı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/232 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 əədəd büküm” sözləri yazılmış zərfin içərisindəki 07 ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.101 qram, 0.187 qram, 0.116 qram, 0.081 qram, 0.089 qram, 0.125 qram, 0.131 qram, ümumi təmiz çəkisi 0.830 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir.Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş 01 ədəd sellofan büküm” sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0.693 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş 07 ədəd göy-ağ rəngli kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə olan metamfetaminlər tərkiblərinə görə eyndirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 636 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç döş cibindən 01 ədəd siqaret qutusu aşkar edilmiş, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu açılmış, içərisindən 01 ədəd şəffaf rəngdə sellofan bükümün içərisində 07 ədəd kağız büküm aşkar edilmiş, daha sonra həmin 07 ədəd kağız büküm açıldı içərisində ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 07 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, çəkiləri 0.32 qram, 0.24 qram, 0.26 qram, 0.15 qram, 0.19 qram, 0.16 qram və 0.20 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 07 ədəd kağız büküm və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş və protokol tərtib olunmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evə baxış keçirlmiş, evə baxış keçirilən zaman ona məxsus yataq otağında yatdığı yerdə döşəyin altında saxladığı 01 ədəd sellofan büküm aşkar edilmiş, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1.02 qram olmuş, həmin sellofan büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş və protokol tərtib olunmuşdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2011-ci il 4 mart tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlma, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsəd ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 mart 2022-ci il tarixdən 14 mart 2022ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə, cəmi 02 gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 24 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.123 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 03 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.123 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, üç ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar