Məhkəmə qərarları › İş №1(014)-71/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-71/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-71/2023 03.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1975-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş rayonu Xosrov kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə xx.xx.1959-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Tofiqi kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 03 may 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11:50 radələrində "X16" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin “X16" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərini pozaraq, yəni dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi markası məlum olmayan motorollerlə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Maşad kəndindən keçən 242-ci kilometrliyində "X16" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolun sağından soluna doğru dönən Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Yevlax rayonu istiqamətində sağ zolaqda, orta xəttdən sağa doğru 0.7 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan motorollerində olmuş sərnişin Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı sınığı, alnın sol nahiyəsinin şişkinliyi xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11:50 radələrində "X16" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Maşad kəndindən keçən 242ckilometrliyində "X16" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyərək ondan arxadan gələn motorollerə yol vermədən sola manevr edərək, eyni zamanda "X16" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq əks istiqamətli hərəkət axınlarını ayıran 1.1 üfüqü nişanlama xəttini kəsərək Təqsirləndirilən şəxs1 idarə etdiyi dövlət qeydiyyat nişanı və markası bəlli olmayan motorollerlə Yevlax rayonu istiqamətində sağ zolaqda, orta xəttdən sağa doğru 0.7 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan motorollerdə sərnişin olmuş Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı sınığı, alnın sol nahiyəsinin şişkinliyi xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi Ford Transit markalı ** BH *** dövlət qeydiyyat nişanlı mikro avtobus ona məxsusdur. “BC” kateoqriyalı sürücülük vəsiqəsi vardır, lakin D kateqoriyası yoxdur. xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Maşad kəndindən keçən hissəsində Yevlax rayonu istiqamətində gedərkən geri qayıtmaq qərarına gəlmişdir. Ona görə dayanacağın qarşısında Yevlax rayonu istiqamətində yolun sağında avtomobili saxlayıb, oradan geriyə dönüb yaşadığı Tofiqi kəndi tərəfə getmək istəmişdir. Həmin yerdə əsas zolaqdan başqa dayanacağın qarşısında sürətlənmə zolağı vardır. Sürətlənmə zolağında hərəkətə başlayıb geriyə dönərkən arxadan gələn nömrəsi olmayan üç təkərli motosiklı görməmiş, onun hərəkət yoluna çıxmış, zağ zolaqda həmin motosiklın qabaq tərəfi onun avtomobilinin sol orta hissəsindən toqquşmuşdur.Nəticədə motosiklın sürücüsü Təqsirləndirilən şəxs1 və sərnişini Zərərçəkmiş şəxs xəsarət almış, onları təcili Yardım avtomobili Ağdaş RMX-na aparmışdır. Heç bir xəsarət almadığına görə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməyini gözləmişdir. Daha sonra müstəntiq hadisə yerinə gəlmiş, baxış keçirtmiş, protokol tərtib etmişdir. Qəzadan əvvəl spirtli içi qəbul etməmiş, avtomobili saz vəziyyətdə olmuş, avtomobilində sərnişin olmamış, 200 kq buğda yükü olmuşdur. Dönmə əməliyyatı edərkən 10-20 km/saat surəti olduğunu göstərmişdir. Məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 150 sm3 mühərrik həcminə malik 3 təkərli motorolleri var. Onu 2016-cı ildə hissələrini ayrı-ayrı şəxslər alıb düzəldib sürür. Motorollerin qeydiyyat şəhadətnaməsi və nömrəsi yoxdur. Onunla yük daşıyıb ailəsini dolandırır. Sürücülük vəsiqəsi də yoxdur. xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs onun 3 kisə taxılını Qaradağlı kəndində yerləşən dəyirmana aparmasını xahiş etmişdir. Telson təxminən 140 kq çəkidə olan taxılını yük yerinə yüklədib, özü də yükün üstündə oturmuş, Qaradağlı kəndinə doğru yola düşmüşlər. Bakı-Şamaxı- Yevlax yolunun Ağdaş rayonu Maşad kəndindən keçən hissəsində yerləşən dayanacağın qarşısında Yevlax rayonu istiqamətində yolun sağında qonşu kənddə yaşayan Təqsirləndirilən şəxs2 idarə etdiyi Ford Transit markalı ** BH *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağ zolaqda dayandığını, dönməyə hazırlaşdığını görmüşdür. Öz yolunda düzünə hərəkət etmək istəmiş, Təqsirləndirilən şəxs2 onu gördüyünü, yol verəcəyin fikirləmişdir. Təxminən 40 km/saat surətlə hərəkət edərkən Ford markalı avtomobilə çatmağa təxminən 2-3 metr qalmış geriyə dönməyə başlamışdır. Dərhal əyləci sıxmış, lakin qəzadan yayınmaq mümkün olmamışdır. Onun hərəkət zolağında motorollerin qabaq tərəfi ilə həmin mikroavtobusun sol orta hissəsi toqquşmuşdur. Qəza nəticəsində özündə və sərnşini Zərərçəkmiş şəxs xəsarətlər olduğu üçün Ağdaş RMX-na müraciət etmişlər. Qəzadan əvvəl spirtli içki qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Təqsirləndirilən şəxs2 isə qonşu kəndli kimi tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olub. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Namizəddən 3 kisə taxılını Qaradağlı kəndində yerləşən un dəyirmanında üyütmək üçün yük yeri olan motorollerlə ilə aparmasını xahiş etmişdir. Namizəd razılaşdıqdan sonra kisələri yük yerinə yükləyib özü də üzərində əyləşmişdir. Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Maşad kəndindən keçən hissəsində Qaradağlı kəndi istiqamətində hərəkətdə olarkən yolun sağından Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə dönərkən motorollerin qabaq tərəfi ilə Ford markalı avtomobilin sol tərəfindən toqquşmuşdur. Nəticədə ayağından xəsarət almışdır. X17 avtomobili Ağdaş RMX-na aparmışdır. Hərəkətdə olarkən yük yerində üzünə külək vurmasın deyə sağ yanı üstə əyləşmiş və yolu görmədiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmiş və barələrində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-сi il tarixli 746 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bud sümüyünün qapaılı sınığı, alnın sol nahiyəsinin şişkinliyi(dərialtı hemotoması, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-сi il tarixli 747 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ alın nahiyəsinin, saağ qulaq seyvanının, sağ diz oynağının ön səthinin sıyrıqlrı, sağ əlin İİİ barmağının üst səthinin yarası, , küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli 8/3430 nömrəli rəyindən müəyyən edilmişdir ki; 1.2.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs2 avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. Motorollerin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs1 motorolleri dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs1 motorolleri sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs2 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 fevral 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs1 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan “Nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalar”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 280 və 281 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı ayıq olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 1550 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək AC 984192 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum edilməsi barədə hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 13 yanvar 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 08 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 03 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 fevral 2023-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Xosrov kəndində yaşamaqla, ailə tərkibi: X7 (həyat yoldaşı), xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş rayon Tofiqi kəndində yaşamaqla, ailə tərkibi: X4 (həyat yoldaşı), xx.xx.1996-cı il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 yanvar 2008-ci il tarixli 052586 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə vetranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli İ-2003 nömrəli Sərəncamı ilə X6 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdikləri ərizədən görünür ki, halhazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Beləliklə, şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onların yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin xəsarət alması ilə bağlı ittihamda qeyd edilən cinayət əməlini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X16 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10- cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “X16” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə görə 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır. “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X16” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinə görə sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onlara qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzasına məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobus və markası və dövlət qeydiyyat nişanlı məlum olmayan motoroller sahiblərində olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat hər birindən ayrılıqda 64 manat olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə hüquqlarını 15 saat 45 dəqiqə müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə 92 (doxsan iki) manat 70 qəpik məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə 92 (doxsan iki) manat 70 qəpik məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Ford Transit markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobus və markası və dövlət qeydiyyat nişanlı məlum olmayan motoroller sahiblərində olması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar