Məhkəmə qərarları › İş №1(014)-71/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-71/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-71/2024 31.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibləri X3 və X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Şakr oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Ağdaş rayonu, Cardam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdən hesablanmaqla 18 aprel 2013-cü il təvəllüdlü X15 və 18 avqust 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-875/2020 saylı, 09 oktaybr 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 3(014)-577/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 27 dekabr 2022-ci il və 31 iyul 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 sentyabr 2023-cü il tarixinə kimi 7580,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Şərifova (Alışova) Aygün İttifaq qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Mingəçevir şəhərində fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur. Aygün himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-875/2020 saylı, 09 oktaybr 2020-ci il tarixli qətnaməsinə əsasən ondan 02 iyun 2020-ci il tarixdən hesablanmaqla 18 aprel 2013-cü il təvəllüdlü X15 və 18 avqust 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və tələbin könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. İlk vaxtlar ödənişlər etsə də, rəsmi qaydada etmədiyindən sənəd təqdim edə bilməmişdir. Sonradan imkanı kifayət qədər olmadığından və səhlənkarlıq etdiyindən aliment borcu yaranmışdır. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün dəfələrlə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli inzibati qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 7580 manat təşkil edir. Hazırda fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğuldur. İşi ilə bağlı olaraq müxtəlif şəhərlərə gedir. Gündəlik gəliri 20-25 manat təşkil edir. Məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərin əmək haqqları onu qane etmədiyindən qeydiyyatda durmamışdır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirdi ki, əlbəəl olaraq aliment borcundan ödənişlər etmiş. Lakin qəbz olmadığından həmin ödənişlərin edilməsini sübut edə bilmir. Barəsində axtarış verilmiş və özü İcra və Probasiya şöbəsinə gəlmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə göndərilmiş və 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Çıxdıqdan sonra yenidən ödənişlər etmiş, lakin qəbzləri olmamışdır. Daha sonra ayağı qırılmış və işləyə bilmədiyindən aliment borcunu ödəyə bilməmişdir. Həbsdə qaldığı müddətdə onun borcunu heç kim ödəməyəcəkdir. Torpaq payı 1500 manata satılmış, lakin tələbkar həmin pulu qəbul etmir, ittiham aktında qeyd ounan məbləğin hamısının ödənilməsini tələb edir, onun da birdəfəlik ödəniş etməyə maddi imkanı çatmır. Həbs olduğu müddətə borcun ödənilməsi mümkün olmadığından ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-875/2020 saylı, 09 oktaybr 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdən hesablanmaqla 18 aprel 2013-cü il təvəllüdlü X15 və 18 avqust 2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Aygül Şərifovaya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Bundan sonra da, Rauf məhkəmə qətnaməsi üzrə təyin edilmiş alimenti ödəməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli inzibati qərarına əsasən isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonradan icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, bugünə ödənməmiş aliment borcu 7580 manat təşkil edir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs torpağı qəbul etməməsinin səbəbi həmin torpğaa bir neçə nəfərin payı olmasıdır. O, Raufdan 1500 manat pul qəbul etmir, pulun hamısını istəyir. Qeyd edilən aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-875/2020 saylı 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2020ci il tarixdən başlayaraq 18 aprel 2013-cü ildə anadan olmuş X15 və 18 avqust 2015-ci ildə anadan olmuş X17 18 yaşına çatana qədər onların saxlanılmaları üçün Şərifova (Alışova) Aygün İttifaq qızının xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. İcra vərəqəsi 19 oktyabr 2020-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Ağdaş rayon icra və probasiya şöbəsinə gətirilmiş, icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-577/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclu tələbi icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 2(014)-875/2020 saylı 09 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə tələbkar X6 20 sentyabr 2023-cü il tarixə 7580 manat ödənilməmiş aliment borcu qalmışdır. Tələbkar Şərifova (Alışova) Aygün İttifaq qızı 06 iyul 2023-cü il tarixli ərizəylə Ağdaş rayon icra və probasiya şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 2(014)-875/2020 saylı 09 oktyabr 2020-ci il tarixli icra sənədini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. O, həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkməsinin 2(014)-875/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdən başlayaraq 18 aprel 2013-cü ildə anadan olmuş X15 və 18 avqust 2015ci ildə anadan olmuş X17 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X5 xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan 19 oktyabr 2020-ci il, 27 dekabr 2022-ci il, 31 iyul 2023-cü il tarixli bildirişlərdən, 05 iyul 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il, 27 iyul 2021-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarların surətlərindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 3(014)-577/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkməsinin 2(014)-875/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 24 oktyabr 2022-ci il tarixdə 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3.9205 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ (mülkiyyət üzrə 6 nəfər) 18 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən 10 oktyabr 2005-ci il tarixli, JN-249A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ağdaş rayonu, Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 0.31 hektar yaşayış məntəqələrinin torpaqları kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********84 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağdaş rayonu Cardam kəndində yerləşən 3.9205 hektar torpaq X14, X13, X9, X10, Təqsirləndirilən şəxs və X11 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 18 noyabr 2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-308 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X14 və ailə üzvləri X13, X9, X10, Təqsirləndirilən şəxs və X11 mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 20 saylı qərarı ilə 3.92 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-460/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs adına olan Ağdaş rayonu, Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,6534 ha hissəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli “Qiymətləndiricinin dəvət olunması haqqında” qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 875/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs adına Ağdaş rayonu, Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ üzrə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.6534 ha hissəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli rəyin surətindən görünür ki, Ağdaş rayonunun Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ üzrə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.6534 ha hissəsinin baza dəyəri 4574 manat müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs ünvanlanmış 14 mart 2023-cü il, 19 iyun 2023-cü il tarixli Təklifinin surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Təqsirləndirilən şəxs payına düşən 0.6534 ha hissəsinin tərəfindən qəbul edib-etməməsi təklif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 30 mart 2023-cü il, 28 iyul 2023-cü il tarixli teleqramın surətindən görünür ki, Zərərçəkmiş şəxs borclu Təqsirləndirilən şəxs payına düşən 0.6534 ha torpaq sahəsini qəbul etməmiş və hərracda satılıb aliment borcunun ödənməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən 3.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ 18 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə (ümumi birgə mülkiyyət üzrə 6 nəfər) qeydiyyata alınmışdır. JN-249A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0.31 hektar həyətyanı torpaq sahəsi (ümumi birgə mülkiyyət üzrə 6 nəfər) qeyd edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X22 Məşğulluq filialı tərəfindən göndərilmiş məktubun surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Əmək və Məşğulluq altsistemində (ƏMAS) işaxtaran və ya işsiz şəxs kimi qeydiyyata alınmamışdır. Təqsirləndirilən şəxs adına Nazirliyin MEİS-də (ƏMAS –ın “Əmək müqaviləsi bildirişləri” bölməsində) hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkməsinin 2(014)-875/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar X6 ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixədək ödəməli olduğu 9360 manat məbləğində aliment borcundan cəmi 1780 manat məbləğində ödəniş etmiş, 7580 manat məbləğində isə borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin sorğularına cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına heç bir bank hesabı və vəsaiti, nəqliyyat vasitəsi, sosial müavinət və təqaüd, torpaq sahəsi, mal-qara, ev quşları və sair əmlakın olması müəyyən edilməmişdir. İş materiallarında olan Ağdaş rayon İHB-nın Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Şəxsin məcburi gətirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün 31 yanvar 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx xxxxxxx 1986-cı ildə Ağdaş rayonu, Cardam kəndində anadan olmuş, Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, ittiham elan etmək üçün tutularaq Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə Mingəçevir şəhəri ərazisində tutularaq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 29 aprel 2024-cü il tarixli məktub və arayışdan görünür ki, Alışov X8 şəhəri, H.Əliyev prospekti, ev 86, mənzil 56 ünvanında qeydiyyatda deyil və yaşamır. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 aprel 2024-cü il tarixli məktub və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisində yaşamır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-71/2023 saylı, 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə Mingəçevir şəhəri ərazisində tutularaq, Ağdaş rayon Polis şöbəsinə gətirilməklə Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qeyd olunanları nəzərə almaqla məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir və cəzanın məqsədlərini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli 06 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 132 (yüz otuz iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 132 (yüz otuz iki) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar