Məhkəmə qərarları › İş №1(014)-72/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-72/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-72/2021 21.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Azadlıq küçəsi 7/17 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 13 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində Ağdaş şəhəri, H.Əliyev adına parkdan yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda hər biri ayrı ayrılıqda 0.22 qram, 0.115 qram, 0.089 qram, 0.074 qram, 0.065 qram olan 05 ədəd kağız bükümlərdə, 0.241 qram sellofan bükümdə ümumi təmiz çəkisi 0.810 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində daşımış və həmin narkotik vasitə 11 mart 2021-ci il tarixdə, saat 10:53 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitələrdən istifadə etdiyini, tutulmamışdan 3-4 gün əvvəl Ağdaş şəhər parkında gəzərkən yerdən bir ədəd kibrit qutusu tapdığını və açıb baxarkən içərisində 05 ədəd kağız bükümlərdə, 01 ədəd də selofan bükümdə narkotik vastiə olan heroin olduğunu gördüyünü, həmin kibrit qutusunu cibinə qoyaraq özü istifadə etmək üçün saxladığını, 11 mart 2021-ci il tarixdə, təxminən saat 10:35 radələrində Ağdaş şəhərində yerləşən Heydər Əliyev parkında olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ona üzərində narkotik vastələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol döş yan cibindən 01 ədəd kibrit qutusunun, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 10 manatlıq, 03 ədəd 5 manat, 11 ədəd 1 manat pul əskinasları, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı smartfon telefon və əynində olan qış gödəkcəsinin sol yan cibindən bir ədəd “Vinçestr” yazılı siqaret qutusunun və bir ədəd göy rəngli alışqanın aşkar olunduğunu, üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunun açılarkən içərisindən 05 ədəd kağız və 01 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 05 ədəd kağız bükümlərin və 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin maddələrin narkotik maddə olmasını və özünün istifadə etdiyini bildirdiyini, həmin 05 ədəd kağız büküm və 01 ədəd sellofan bükümün açıldığını, çəkildiyini, zərflərə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı videoçəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar olumuş 36 manat pulunun və digər əşyalarının ona qaytarıldığını, üzərindən aşkar olan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 11 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 10:10 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid2la birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhər H.Əliyev parkında piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüsalın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüsalın əynində olan qara rəngli qış gödəkcəsinin sol döş yan cibindən 01 ədəd kibrit qutusu, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 10 manatlıq, 03 ədəd 5 manat, 11 ədəd 1 manat pul əskinazları, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı smartfon telefon və əynində olan qış gödəkcəsinin sol yan cibindən bir ədəd “Vinçestr” yazılı siqaret qutusu və bir ədəd göy rəngli alışqan aşkar olunduğunu, Vüsalın üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusu açılarkən içərisindən 05 ədəd kağız və 01 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 05 ədəd kağız bükümlər və 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, Vüsalın həmin maddələrin narkotik maddə olmasını və özünün istifadə etdiyini bildirdiyini, həmin 05 ədəd kağız bükümün və 01 ədəd sellofan bükümün açıldığını, çəkildiyini, zərflərə qablaşdırılaraq möhürləndiyini, şəxsi axtarış zamanı Vüsalın üzərindən başqa heç nə aşkar edilmədiyini, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 3-4 gün öncə Ağdaş şəhərində yerləşən Heydər Əliyev adına parkdan tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi eksperizasının 11 mart 2021-ci il tarixli 17/190 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 05 ədəd kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.226 qram, 0.115 qram, 0.089 qram, 0.074 qram, 0.065 qram və 0.241 qram, ümumi təmiz çəkiləri 0.810 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 05 ədəd kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 12.03.2021-ci il tarixli 248 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol döş yan cibindən bir ədəd kibrit qutusu, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd on manatlıq, üç ədəd beş manatlıq, on bir ədəd bir manatlıq pul əskinazları, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Samsunq» markalı smartfon telefon və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd «Vinçestr» yazılı siqaret qutusu və bir ədəd göy rəngli alışqan aşkar olunmuş, üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusu açılarkən içərisindən beş ədəd kağız və bir ədəd sellofan büküm aşkar olunmuş, daha sonna üzərindən aşkar olunmuş beş ədəd kağız bükümlər və bir ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristall halında narkotik vasitəyə oxşar aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə keçirilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının 06.07.2021-ci il tarixli 352 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) özünükəsmələrlə XBT-10 F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik yüngül xarakterli və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dər etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində üç azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə X3 cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gələrkən, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını qeyri-mümkün hesab edərkən üzərindən aşkar edilmiş narkotik maddənin növünü, çəkisini və bükümlərin sayını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,690 qram olan narkotik vasitə heroin məhv edilməli, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, səkkiz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,690 qram narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar