Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-72/2022 19.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1979-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 25 mart 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında Ağdaş rayonu ərazisində Padar meşəsi adlanan ərazidən yığaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 460.00 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə 18 fevral 2022-ci il tarixdə, saat 14:13 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 22 mart 2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi bazardan yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.353 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 23 mart 2022-ci il tarixdə, saat 13:23-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 18 fevral 2022-ci il tarixdə, təxminən saat 13:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində piyada yol kənarı ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin iç hissəsindən 01 ədəd sellofan paket, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd texno markalı mobil telefon və həmin şalvarın sol arxa cibindən 04 ədəd 1 manatlıq pul əskinası aşkar edildiyini, daha sonra həmin sellofan paket açıldığını və içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin marixuana olmasını bildirdiyini, daha sonra həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, həmçinin ona məxsus mobil telefonun da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, aşkar edilmiş 4 manat pulun ona qaytarıldığını, daha sonra onun barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlandığını və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyini, bundan sonra 23 mart 2022-ci il tarixdə, təxminən saat 12:40 radələrində Ağdaş şəhəri, Padar küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm və sağ yan cibindən 01 ədəd qara rəngli “KETEL” markalı mobil telefon aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, daha sonra aşkar edilmiş mobil telefon da zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, 18 fevral 2022-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni, yəni marixuananı 2021-ci ilin avqust ayında Ağdaş şəhərinin yaxınlığında yerləşən “Padar” meşəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilrdən yığdığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşlarının ona yaxınlaşan zaman həmin narkotik vasitəni saxladığı yeri dəyişmək üçün üstündə saxladığını, 23 mart 2022-ci il tarixdə üzərindən aşkar edilən narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni 22 mart 2022-ci il tarixdə Ağdaş şəhərində yerləşən bazardan tapdığını bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Hacıyev küçəsi 1A/3-də qeydiyyatda olan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 13 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Səməndər ilə birlikdə Vüqarı Ağdaş şəhəri M.İsayev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüqarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüqarın əynində olan qəhvəyi rəngli gödəkçənin iç hissəsindən 01 ədəd sellofan paket, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “texno” markalı mobil telefon və həmin şalvarın sol arxa cibindən 04 ədəd 1 manatlıq pul əskinası aşkar edildiyini, daha sonra həmin sellofan paket açıldığını və içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, daha sonra həmin bitki kütləsi elektron tərəzidə çəkildiyini və çəkisinin 476 qram olduğunu, sonra həmin sellofan paket zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, həmçinin Vüqara məxsus mobil telefon da, iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı videoçəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Vüqarın və digər proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etdiklərini, həmçinin Vüqarın üzərindən aşkar edilmiş 4 manat pulun ona qaytarıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2021-ci ilin avqust ayında Ağdaş şəhərinin yaxınlığında yerləşən “Padar” meşəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilərdən yığdığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşları ona yaxınlaşan zaman həmin narkotik vasitəni saxladığı yeri dəyişmək üçün üstündə saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, həmin vaxt orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirdir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri H.Hacıyev küçəsi 1A/3-də qeydiyyatda olan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12:40 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Vüqarı Ağdaş şəhəri Padar küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüqarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüqarın əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm və sağ yan cibindən 01 ədəd qara rəngli “KETEL” markalı mobil telefon aşkar edildiyini, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkildiyini, çəkisinin 0,44 qram olduğunu, sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, daha sonra aşkar edilmiş mobil telefon da zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Vüqar və digər proses iştirakçılarının heç bir şikayəti olmadığından protokola imza etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, lakin baxış zamanı Vüqarın yaşadığı evindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Vüqar və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində yerləşən bazardan tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/262 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.353 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/160 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi- 460 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 819 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin NH-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin iç hissəsindən 01 ədəd sellofan paket, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “texno” markalı mobil telefon və həmin şalvarın sol arxa cibindən 04 ədəd 1 manatlıq pul əskinası aşkar edilmiş, daha sonra həmin sellofan paket açılmış və içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edilmiş, daha sonra həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 476 qram olmuş, sonra həmin sellofan paket zərfə qablaşdırılmış, üzərinə möhür vuruldu, iştirakçılar həmin zərfə imza etmiş, həmçinin Vüqara məxsus mobil telefon da, iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin NHdə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm və sağ yan cibindən 01 ədəd qara rəngli “KETEL” markalı mobil telefon aşkar edilmiş, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuş, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş, çəkisi 0,44 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, üzərinə möhür vuruldu, iştirakçılar həmin zərfə imza etmiş, həmçinin Vüqara məxsus mobil telefon da, iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə polis əməkdaşlarının və müdafiəçinin iştirakım ilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edilməmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 18 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddəti və 23 mart 2022-ci il tarixdən 25 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 19 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manat 07 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.303 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 459.95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 03 ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət və 23 mart 2022-ci il tarixdən 25 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi üç gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manat 07 qəpik (yüz beş manat yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.303 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 459.95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, üç ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-72/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-72/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver