Məhkəmə qərarları › İş №1(014)-72/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-72/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-72/2023 29.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, cinayəti törədən məhkum olmayan, barəsində Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(013)- 6/2022 saylı qərarı ilə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası seçilmiş və hazırda cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəklində mağazaya qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü X4 ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə ünvan 1 ünvanında yaşayan X6 məxsus Mingəçevir-Şamaxı-Bakı Magistral yolunun kənarında, Ağdaş rayonu, Gürcüva kənd ərazisində yerləşən saxlanc yeri olan ərzaq mağazasının yanında əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı gələn olarsa xəbər vermək məqsədilə mağazanın qarşısında dayanaraq Şəmistan Hümbətzadənin həmin mağazaya qanunsuz daxil olaraq, kassanın yan tərəfində olan piştaxtadan hər biri 2 manat 10 qəpik dəyərində olmaqla cəmi 21 manat dəyərində 10 ədəd Viceroy markalı, hər biri 2 manat 60 qəpik dəyərində olmaqla cəmi 26 manat dəyərində 10 ədəd Rhotmans markalı, hər biri 2 manat 30 qəpik dəyərində olmaqla cəmi 11 manat 50 qəpik dəyərində 5 ədəd Senator markalı, ümumilikdə 58 manat 50 qəpik dəyərində siqaretləri və 520 manat nəğd pul əskinaslarını gizli talaması üçün əlverişli şərait yaradaraq, zərərçəkmiş şəxsə ümumilikdə 578 manat 50 qəpik ziyan vurmaqla özgənin əmlakını gizli olaraq oğurladıqdan sonra həmin əmlakı əlbir olduğu Şəmistan Hümbətzadə ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(013)-6/2022 saylı hökmü ilə 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini və hazırda Salyan rayonu, Xələş qəsəbəsində yerləşən Penitensiar Müəssisəsinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, hazırkı cinayət işi ilə əlaqəsinin olmadığını, zərərçəkmiş şəxs Ümid Mirzəliyevə məxsus mağazadan oğurluq etmədiyini, Bərdə rayonu, Soğanverdilər kənd sakini X1 əvvəllər tanıdığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, özünün Ağdaş şəhərində qohumlarının olduğunu, bu səbəbdən də tez-tez Ağdaş şəhərinə qohumlarını görməyə gəldiyini, onun bu hadisədən Ağdaş RPŞ-yə çağırıldıqdan sonra xəbərinin olduğunu, Ağdaş RPŞ-də izahatı alınan zaman ilk öncə özünün bu hadisədən xəbərini olmadığını bildirsə də, sonradan orda ona polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilərək, bir neçə polis əməkdaşları tərəfindən döyülərək məlum cinayət işini etiraf etdiyini, ibtidai istintaqda onların təzyiq altında ifadə verdiyini, əslində bu cinayətlə əlaqəsinin olmadığını, Ağdaş RPŞ-də polis əməkdaşları tərəfindən döyülən zaman başından və bədənin müxtəlif nahiyələrindən xəsarət aldığını bildirmişdir. Məhkəmədən barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən şübhəli şəxs qismində ifadə verən zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdam rayonu ərazisində mal-qara oğurladığına görə məhkum olunduğunu və hazırda Salyan rayonu, Xələş qəsəbəsində yerləşən Penitensiar Müəssisəsinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, Ağdaş şəhərində yaşayan X3 polisə etdiyi müraciətlərlə tanış olduğunu, Ümid Mirzəliyevi əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, maddi sıxıntılar çəkdiyinə görə maddi dolanışığının yaxşı vəziyyətdə olmadığını, Bərdə rayonu, Soğanverdilər kənd sakini X1 əvvəllər tanıdığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Bərdə rayonu, Soğanverdilər kəndinin yaşadığı qəsəbəyə qonşu kənd olduğunu, xx.xx.2022-ci il tarixdə əvvəllər Şəmistan Hümbətzadəyə zəng edərək Ağdaş şəhərinə gəlməsini və onunla işi olduğunu bildirdiyini, bundan sonra görüşdüklərini və həmin gün ona məxsus Xəzər-Lada markalı avtomobillə Ağdaş şəhərinə gəldiyini, Şəmistan Hümbətzadəyə pul lazım olduğunu və mağazadan oğurluq etmək lazım olduğunu bildirdiyini, Ağdaş şəhərini tanıdığını və burada qohumlarının yaşadığını və ara-sıra gəlib qaldığını, Ağdaş şəhərində Ağdaş-Göyçay yolunun üzərində olan qəbiristanlığın yanına çatanda yolun sağ tərəfində Ağdaş rayonu, Gürcuva kəndi ərazisində olan Zərərçəkmiş şəxs məxsus “Best Market” adlı ərzaq mağazasını göstərib həmin ərzaq mağazasından oğurluq edə biləcəklərini bildirdiyini, xx.xx.2022-ci il tarixdə gecə saat 03:30 radələrində “Best Market” adlı ərzaq mağazasının yanına gəldiklərini, bundan sonra oğurluq edilən zaman gəlib gedən olarsa Şəmistana xəbər vermək üçün mağazanın çölündə dayandıqlarını, ətrafa baxdıqlarını və ətrafda heç kimin olmadığını gördüklərini, bundan sonra Şəmistanın ərzaq mağazasının arxa tərəfində olan plastik pəncərəni arxadan basıb həmin pəncərədən (nəfəslikdən) qanunsuz olaraq “Best Market” adlı mağazanın içərisinə daxil olduğunu, bir qədər sonra Şəmistan Hümbətzadənin həmin ərzaq mağazasından bir blok Rhotmans, bir blok Palmall siqareti və pul oğurlayıb mağazaya qanunsuz daxil olduğu pəncərədən çıxdığını və idarə etdiyi avtomobilinə oturduğunu, daha sonra oradan uzaqlaşdıqlarını, bir qədər getdikdən sonra Şəmistan Hümbətzadənin ərzaq mağazasından oğurladığı pulu avtomobilində saydığını və həmin pulun 299 (iki yüz doxsan doqquz) manat olduğunu gördüyünü, Şəmistanın həmin pulun 80 (səksən) manatını özünə götürdüyünü və qalan 219 manat pulu isə ona verdiyini, oğurladığı 2 blok siqareti isə onun avtomobilinə qoyduğunuy və blokdan bir neçə qutu siqareti özünün götürdüyün, oğurluqdan əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini, siqaretləri siqaret çəkən olduğuna görə istifadə etdiyini, Şəmistanın ərzaq mağazasından oğurluq edən zaman tək olduğunu, onların ikisindən başqa heç kəsin olmadığını, ərzaq mağazasından oğurluq etdikləri zaman onları görən olmadığını, Şahid oğurluqda iştirak etmdəiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, Mingəçevir-Şamaxı-Bakı magistral yolunun kənarında Ağdaş rayonu, Gürcuva kənd ərazisində yerləşən özünə məxsus ərzaq mağazası olduğunu, həmin mağazanı özünün işlətdiyini, mağazanı səhər saatlarında saat 07:00 radələrində açıb saat 00:00 radələrinədək işlətdiyini, xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində mağazanı bağlayıb yaşadığı evə getdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 07:00 radələrində işçisi Qalib Səmədovun mağazanı açan zaman mağazanın arxa hissəsində yerləşən plastik pəncərəni yerindən çıxararaq naməlum şəxs və ya şəxslərin mağazaya daxil olduğunu gördüyünü, həmin vaxtlarda Qalib Səmədovun onun istifadəsində olan mobil nömrəsinə zəng edərək mağazaya gecə saatlarında kimlərinsə daxil olduqlarını bildirdiyini, özünün də dərhal yaşadığı evdən mağazaya gələn zaman mağazanın arxa plastik pəncərəsinin çıxarılaraq yerə qoyulduğunu və həmin yerdən mağazaya daxil olaraq pulları saxladıqları çəkməcəsində olan pulları və tütün məmulatı olan siqaretləri oğurladıqlarını gördüyünü, həmin vaxt bu barədə Ağdaş RPŞ-yə məlumat verdiyini, sonradan çəkməcədəki pulları hesablayan zaman 520 (beş yüz iyirmi) manat pulu, 1 blok (içərisində 10 ədəd siqaret paçkası olan) “Viceroy” markalı 19 manat dəyərində, 1 blok “Rotmans” markalı 23,60 manat dəyərində və 5 qutu “Senator” markalı hər biri 2,30 manat olan siqaretlərin oğurlandığını müəyyən etdiyini, ona ümumilikdə 574,10 manat maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək ona dəymiş 574,10 (beş yüz yetmiş dörd manat, on qəpik) dəyərində maddi zərər tam ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ağdam və Bərdə ərazisindən bir neçə dəfə mal qara oğurluğu etdiklərini, həmin oğurluqda Vüqar və başqa bir neçə nəfər şəxslə birlikdə olduqlarını, hazırda həmin cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxslə telefonla danışmış və oğurluq etmək üçün taksi ilə Ağdaş rayonuna gəlmişdir. Ağdaş rayonuna gəldikdən sonra Vüqarla görüşümüşdür. 1-2 saat birlikdə olduqdan sonra gecə saat 3-4 radələrində daha əvvəl siqaret aldığı marketə getmişdir. Həmin marketin arxa pəncərəsindən daxil olaraq oğurluq etmişdir. Hadisə vaxtı tək olmuşdur. Hadisəni törədən zaman sərxoş olmuşdur. Mağazadan pul və siqaret oğurlamışdır. Oğurladıqlarının bir hissəsini özü ilə götürmüş, qalanını isə sonradan atmışdır. Cinayəti törədərkən ona heç kim kömək etməmişdir. Məhkəmədə şahidin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsində Ağdam və Bərdə ərazisindən bir neçə dəfə mal qara oğurluğu etdiklərini, həmin oğurluqda Vüqar və başqa bir neçə nəfər şəxslə birlikdə olduqlarını, hazırda həmin cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edərək Ağdaş şəhərinə getmək lazım olduğunu, orada işlərinin olduğunu bildirdiyini, bundan sonra görüşdüklərini, Vüqarın ona orada mağaza olduğunu, həmin mağazadan oğurluq etmək lazım olduğunu bildirdiyini, Vüqarın Ağdaş rayonu ilə hansısa formada əlaqəsi olduğunu, Vüqarın ya Ağdaşda yaşadığını, ya da qohumlarıgilə gəlib-getdiyini, ona görə də Vüqarın Ağdaş ərazisini tanıdığını, bundan sonra Vüqara məxsus “Xəzər-Lada” markalı avtomobillə Ağdaş şəhərinə gəldiklərini, Ağdaş şəhərində Ağdaş-Göyçay yolunun üzərində olan qəbiristanlığın yanına çatanda Vüqarın yolun sağında olan mağazanı göstərib oradan oğurluq edə biləcəklərini bildirdiyini, bundan sonra Vüqarın mağazanın çölündə gəlib gedən olsa ona xəbər etməsi üçün dayandığını, özünün isə arxa tərəfində olan plastik pəncərəni arxadan basaraq açıb içəri girdiyini, içərinin qaranlıq olduğunu, içəridən olan kassanı açdığını və kassada pul olduğunu gördüyünü və pulu götürdüyünü, daha sonra mağazadan iki blok da siqaret götürdüyünü, həmin siqaretlərdən bir blokunun “Rhotmans”, bir blokunun isə “Palmall” siqareti olduğunu, daha sonra mağazaya girdiyi yerdən çıxdığını və Vüqarın avtomobilinə oturduğunu, mağazadan götürdüyü pulu saydığını, həmin pulun 299 manat olduğunu, həmin pulun 80 manatını özünə götürdüyünü, qalan pulu isə Vüqara verdiyini, siqareti isə Vüqarın avtomobilinə tulladığını, bir neçə paçkasını özünün götürdüyünü, qalanının isə Vüqarın avtomobilində qaldığını, həmin mağazaya mağazanın arxasında olan plastik pəncərədən daxil olduğunu, həmin oğurluğu Vüqarla birlikdə etdiyini, mağazadan oğurluq edən zaman onları görən olmadığını, Ağdaş rayonunu yaxşı tanımadığını, Ağdaş rayonu ilə Vüqarın əlaqəsi olduğunu, Ağdaş şəhəri ərazisindən oğurluq etmələrini də ona Vüqarın təklif etdiyini, onu həmin yerə Vüqarın gətirdiyini, Vüqarın avtomobili ilə gəldiklərini, mağazanı da ona Vüqar göstərdiyini, rayon ərazisini yaxşı tanımasa da yalnız oğurluq etdiyi ərazini və həmin mağazanı göstərə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Nazim oğlu ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, X7 tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, təxminən 20-25 gün öncə Ağdaş şəhəri, Maşad küçəsində Bakı- Şamaxı-Mingəçevir magistral yolunun kənarında yerləşən çayxanalardan birində olan zaman gecə təxminən saat 01:00 radələrində Ağdam rayon sakini Təqsirləndirilən şəxs və yanında birinci dəfə gördüyü və əvvəllər tanımadığı, sonradan adının Şəmistan olduğunu bildiyi bir nəfər şəxslə onun yanına gəldiklərini, həmin zaman Vüqarın ona “Bakı-Şamaxı- Mingəçevir magistral yolunun kənarında yerləşən ərzaq mağazasına oğurluğa girərək mağazadan pul və siqaret götürərək, “sən də mağazanın kənarında durarsan kimlərsə gələrsə bizlərə xəbər verərəsən” dediyini, özünün də Vüqar və yanında olan şəxslə çayxanadan çıxaraq magistral yolun kənarı ilə "Şəhidlər" abidəsinin qarşısına getdiklərini, həmin yerdə dayandıqlarını və Vüqarın ona “sən burada bizlərə gözətçi qalarsan, biz mağazaya daxil olub oğurluq edəcəyik, əgər kimlərsə mağazaya tərəf gələrsə bizə xəbər verərsən” dediyini, özünün də həmin vaxt oğurluq etməkdən qorxub Vüqara və onun yanında olan Şəmistan adlı şəxsə “mən sizlərlə birgə oğurluğa şərik ola bilmərəm və mən belə hərəkət etməyəcəm” dediyini, həmin vaxt Vüqarın yanında olan şəxs və özünün Ağdaş şəhəri, Maşad qəbiristanlığının içərisi ilə öz evlərinə gedən zaman Vüqarın “mən özüm oradan oğurluq edəcəm” dediyini, daha sonra onlardan uzaqlaşaraq öz yaşadığı evə getdiyini, bundan təxminən 4-5 gün sonra Vüqarı və digər tanımadığı şəxsi görmədiyini, lakin sonradan həmin mağazadan oğurluq olduğunu eşitdiyini, həmin oğruluqda iştirakı olmadığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli 9/3332 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən siqaretlərin 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə - “Viceroy” 10 qutu - 2,10 manat - 21 manat, - “Rhotmans” 10 qutu - 2,60 manat - 26 manat, - “Senator” - 5 qutu - 2,30 manat - 11 manat 50 qəpik, ümumi dəyəri nəzəri qaydada təxminən 58,50 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğıu ona şamil edilən cinayəti törədən zaman üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi aşkar edilməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəlikdən əziyyət çəksə də istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2023-cü il tarixli 49 nömrəli məktubdan görünür ki, Ağdam şəhəri, Birinci Dördyol qəsəbəsində yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdam Rayon Mərkəzi X5 şəxsin Poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən X19 Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 209 nömrəli məktubdan görünür ki, Ağdam şəhəri, Birinci Dördyol qəsəbəsində yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən, “X12 travmatik mənşəli üzvi zədələnməsi nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişikliyi, intellektin enməsi” diaqnozu ilə X19 Dispanserində dispanser müşahidəsindədir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-06/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdam rayon İcra hakimiyyəti başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində dəfələrlə Ağdam rayon Polis şöbəsində cinayət işi başlanılmış, 2022-ci ildən həbs olunmuşdur, hal-hazırda həbsdədir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdam rayon İcra hakimiyyəti başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 fevral 2023-cü il tarixli, 215 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon İHB-nın Birinci Dördyol qəsəbəsində 215 nömrəli evdə müvəqqəti qeydiyyata durmaqla yaşayır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdam rayon İcra hakimiyyəti başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 fevral 2023-cü il tarixli, 214 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon İHB-nın Birinci Dördyol qəsəbəsində 555 nömrəli evdə qeydiyyata durmaqla yaşayır, ailə tərkibi anası X9 və qardaşı X2 ibarətdir. Məhkəmə iclasında təqdim edilən Ağdaş rayon prokurorluğunun 09 iyun 2023-cü il tarixli, 78C-23 nömrəli məktubundan görünür ki, məhkəmənin icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında ifadəsi alınan zaman polis əməkdaşları tərəfindən işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qalmasını bildirməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən material üzrə 09 iyun 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsinin 22 ferval 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdam Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 1(013)-06/2022 nömrəli hökmü ilə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində və ibtidai istintaqda verdiyi ifadələr üst-üstə düşür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində dəymiş maddi ziyanın tamamilə ödənilməsidir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində dəymiş maddi ziyanın tamamilə ödənilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əvvəllər də məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların və cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(013)-06/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hazırda Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(013)-06/2022 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(013)-06/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və o, qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hazırda Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(013)-06/2022 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfinin dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar