Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-72/2024 25.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibləri X5 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı1, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, azərbaycanlı, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə ünvan 1zisində yerləşən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki yulğun kollarının götürülməsinə (kəsilməsinə) cinayətdən xəbərsiz Şahid4 şifahi tapşırıqla cəlb edib sonuncuya torpaq sahəsində yerləşən yulğun kollarını kökündən çıxartması ilə bağlı qanunsuz göstəriş vermiş, nəticədə həmin tarixlərdə bioloji inkişafda köküstə yaş halda olan birinin dəyəri 80 (səksən) manat olan 235 (iki yüz otuz beş) ədəd yulğun kolunun götürülməsinə (kəsilməsinə) nail olub təbiətə ümumilikdə 18800 (on səkkiz min səkkiz yüz) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin direktoru Şahid6 göstərişi ilə torpaq sahələrində əkin işlərinin həyata keçirilməsində MMC-yə köməklik etmişdir. Həmçinin, məlum torpaq sahəsi şəhid ailələri üçün əkilmişdir. Bu il də həmin torpaq sahəsi əkin işlərinin görülməsi üçün şəhid ailələrinə MMC tərəfindən verilmişdir. X32 həmin MMC-nin təsisçisi kimi 2020-ci il tarixdən tanımışdır. ünvan 1zisində MMC-yə məxsus qeyd edilən torpaq sahəsində əkin işlərinin görülməsi lazım olmuşdur. Bunun üçün 2023-cü ilin sentyabr ayının əvvəllərində MMC-nin direktoru Şahid6 məlumat verib əkin işlərinin görülməsi üçün torpağı şumlatmaq lazım olduğunu bildirmiş, o, da Şahid6la mobil telefon əlaqəsi saxlayaraq məlumat vermişdir. Şahid6 razılığı ilə torpaq sahəsini şumlatmağa başlamışdır. Torpaq sahəsinin çox böyük bir hissəsi şumlandıqdan sonra təxminən 0,1-0,12 ha torpaq sahəsində yulğun kollarının olmasını müəyyən etmişdir. Həmin yulğun kolları şumlamaya maneəçilik törətdiyinə görə əvvəllər tanıdığı Ağdaş rayonu, Şəkili kənd sakini Şahid4 zəng edərək həmin torpaq sahəsinə dəvət etmiş və yulğun kollarının çıxarılması barədə ona göstəriş vermişdir. Şahid4 da onun tapşırığından sonra həmin əraziyə gələrək işə başlamışdır. 06 sentyabr 2023-cü il tarixdə Şahid4 ona mobil telefon ilə zəng edərək 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının torpaq sahəsinə gəldiyini, əraziyə baxış keçirdiklərini bildirərək özünün həmin əraziyə gəlməsini istəmişdir. O, bir müddət sonra həmin əraziyə gəlmişdir. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona həmin vaxt çoxlu sayda yulğun ağaclarının çıxarılmasına göstəriş verdiyini bildirmişlər. O, da 0,1-0,12 ha ərazidə hansı sayda yulğun kollarının olması barədə sual vermişdir. İdarənin əməkdaşları ona kolların sayını bilmədiklərini və baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra yulğun kollarını saymağa başlamışlar. Yulğun kolları sayılarkən idarənin əməkdaşları 1 kolda olan bütün budaqları sayaraq həmin budaqların hamısını ayrıca kol kimi hesablamışlar. O, da dəfələrlə buna etiraz etmiş və sayımın düzgün aparılmadığını bildirmiş, sayımın düzgün aparılmaması ilə bağlı protokol və ya akt tərtib edilməsini tələb etmiş, lakin onun tələblərinə baxmayaraq əraziyə baxış keçirilməsi və sayımla bağlı heç bir protokol və akt tərtib edilməmişdir. Çıxarılmış yulğun kollarının sayı ilə bağlı ona heç bir məlumat verilməmişdir. Bundan sonra, o, Eldəniz müəllimin çağırışı ilə Ağdaş restoranına getmişdir. Orada onunla söhbət edən zaman Eldəniz müəllim ona məlum hadisənin protokollaşdırılmaması üçün 5000 manat pul tələb etmiş, o isə 1000 manat verə biləcəyini bildirmişdir. Lakin, Eldəniz onunla razılaşmamış və fikirləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra 06 sentyabr 2023-cü il tarixdən 10 sentyabr 2023-cü il tarixədək istifadəsində olan mobil nömrələrə bir neçə dəfə zəng edərək pulu düzəldib-düzəltmədiyini soruşmuşdur. O, həmin pulu düzəldə bilmədiyi üçün sənədləri tərtib edərək hüquq mühafizə orqanlarına göndərmişdir. Bundan bir müddət sonra Baş prokurorluğun əməkdaşları onu Ağdaş rayon prokurorluğuna dəvət etmişlər və iştirakı ilə qeyd etdiyi torpaq sahəsinə baxış keçirmişlər. Həmin vaxt Baş prokurorluğun əməkdaşı Kamran Ağayev onu ərazidə yulğun kollarının olması və sayının 235 ədəd olması ilə bağlı tərtib edilmiş protokola imza etməsinə məcbur etmiş, lakin o, Kamran Ağayevin məcburiyyətinə baxmaraq həmin protokola imza etməmiş və həmin ərazidə 235 ədəd yulğun kolunun olmadığını bildirmişdir. Çünki 12 sot torpaq sahəsində 235 ədəd yulğun kolunun olması qeyri-mümkündür. Daha sonra onu Ağdaş rayon prokurorluğuna aparmışlar və Kamran Ağayev onun izahatını almışdır. Kamran Ağayev komputerdə onun izahatını yazmış, dediklərini qeyd etdiyini bildirmiş, lakin izahatın məzmunu barədə ona məlumat verməmişdir. O, da latın qrafikalı əlifbanı bilmədiyi üçün həmin izahata imza etmişdir. Həmçinin, o, yulğun kollarının çıxarılmasına özü qərar vermişdir. Bu məsələ ilə bağlı MMC-nin təsisçisi Ömer Faruka ümumiyyətlə məlumat verməmişdir. Torpağın şumlanması ilə bağlı da Ömer Farukla yox Şahid6la danışmışdır. Kamran Ağayev otaqda ona hədəqorxu gəlmiş və MMC-nin təsisçisi Ömer Farukun göstərişi ilə həmin yulğun kollarının çıxarılmasına dair izahat verməyini tələb etmiş, o da bununla razı olmayınca özü onun adından izahat yazmış və latın qrafikalı əlifbanı bilməməyindən sui-istifadə edərək həmin izahata imza etdirmişdir. İzahatın sonunda öz xətti ilə yazılmış məlumatdan da görünür ki, latın qrafikalı əlifba ilə oxuyub yazmağı bilmir. O, həmin ərazidə yulğun kollarının olması, həmçinin qeyd edilən kolların çıxarılması ilə bağlı Şahid6 heç bir məlumat verməmiş və məlumat verməyi də vacib bilməmişdir. Həmin ərazidə maksimum 70-75 ədəd yulğun kolu ola bilərdi. Həmçinin yulğun kollarının içərisində yaş və quru vəziyyətdə olanı var idi, lakin neçəsinin yaş, neçəsinin quru olmasını dəqiq bilmir. Şahid4 xx.xx.2023-cü il tarixdə yulğun ağaclarını çıxarmağa başlamış və həmin gün də 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən fakt müəyyən edilmişdir. Şahid4 həmin ərazidə 1-2 saat işləmişdir, nəinki 1-2 saat, bir neçə gün ərzində 235 ədəd yulğun ağaclarının çıxarılması mümkün deyildir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən sualları cavablandırarkən bildirdi ki, yulğun kollarının çıxarıldığı torpaq sahəsi "xxxx" MMC-yə məxsusdur. O, özbaşına həmin kolları çıxarmış və kolların çıxarılmasının qanunsuz olması barədə məlumatı olmamışdır. Həmin ərazidə meyvə bağı salınacaqdı və insanların işləməsi üçün şərait yaradılacaqdı. O, kökündən çıxardığı yulğun kollarını maşına yığaraq torpaq sahəsindən çıxardılmasına şərait yaratmışdır. Yulğun kollarının arasında yaş və quru halda kollar da olmuşdur. Ekologiyanın əməkdaşları saat 12 radələrində əraziyə gəlib baxış keçirmişlər, lakin həmin gün akt tərtib etməmişlər. Həmin yolğun kolları bir nəfər şəxs tərəfindən sayılmışdır və həmin şəxs hazırda yoxdur. Yulğun kolları 235 ədəd yox, 70-80 ədəd olmuşlar. Hadisə gününün axşamı həmin yulğun kollarını ərazidən özü daşıtmışdır, lazım olmayacağını düşünmüşdür. Məhkəmədə son söz söyləyərkən Təqsirləndirilən şəxs bildirdi ki, o, yulğun kollarını çıxarmasını etiraf edir, lakin yulğun kollarının sayı 235 ədəd olmamışdır, həmin kolların çıxarılmasının qanunsuz olmasını bilməmişdir. Əməlindən peşmandır, arvadı hepatit C xəstəsidir, onu mütəmadi olaraq Bakı şəhərində müalicə və müayinəyə aparır, bunları nəzərə alıb, ona köməklik edib yüngül cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, 06 sentyabr 2023-cü il tarixdə idarənin əməkdaşları Şahid2 Sərkar oğlu və Şahid1 Ağdaş rayon, Şəkili kənd sakini Şahid4 ünvan 1zisində olan torpaq sahəsində “CAT” markalı ekskavator ilə yulğun ağaclarını kökündən çıxardığını aşkar etmişlər. Bundan sonra Şahid4 həmin yulğun kollarını çıxarmaq üçün rəsmi icazəsinin olub-olmadığını soruşmuşlar, həmçinin işi dayandırmasını tələb etmişlər. Şahid4 da şifahi olaraq Təqsirləndirilən şəxs göstərişi və tapşırığı əsasında həmin yulğun ağaclarını kökündən çıxardığını və buna görə Təqsirləndirilən şəxs ona 700 manat pul verdiyini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən bütün rəsmi icazələrin alındığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Ağdaş rayon, Şəmsabad kənd bələdiyyəsinin sədri Şahid3 iştirakı ilə yulğun ağaclarının çıxarıldığı əraziyə baxış keçirilmiş, baxış zamanı 235 ədəd köküstə yaş vəziyyətdə yulğun ağacının çıxarılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi olaraq özünün verdiyi tapşırıq əsasında Şahid4 həmin yulğun ağaclarını kökündən çıxardığını və buna görə də Şahid4 700 manat pul verdiyini bildirmişdir. Bundan sonra idarənin əməkdaşları tərəfindən akt tərtib olunmuş, Təqsirləndirilən şəxs həmin aktın tərtibatında və imza atmaq prosesində iştirakdan imtina etmişdir. Yulğun ağaclarının məhv edilməsi nəticəsində təbiətə 18800 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən idarənin balansına 5600 manat ödəniş olunduğunu yəni dəymiş ziyanın qismən ödənildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus 03-083 dövlət qeydiyyat nişanlı, “CAT” markalı ekskavatoru var. Həmin ekskavator ilə gündəlik qazıntı işləri həyata keçirir. Təqsirləndirilən şəxs ilə ailəvi dostdur. 03 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Ağdaş şəhər ərazisində görüşmək istədiyini bildirmiş, o, da razılaşmışdır. Həmin tarixdə Ağdaş şəhər ərazisində yerləşən çayxanada Təqsirləndirilən şəxsla görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs ünvan 1zisində özünə məxsus torpaq sahəsində yulğun ağaclarının olduğunu və özünə məxsus “CAT” markalı ekskavatoru ilə həmin yulğun ağaclarını təmizləməyini istəmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxsla birlikdə ünvan 1zisində yerləşən torpaq sahəsinə getmiş, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Tofiqi kənd sakinlərinə məxsus paybəlli torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini özünün aldığını və xüsusi mülkiyyətinin olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs ona müxtəlif sənədləri təqdim edib həmin torpaq sahəsinin sənədlərinin olduğunu bildirmiş, lakin o, həmin sənədlərə baxmamışdır. Həmin ərazidə yulğun ağacı və kol-kos var idi. Təqsirləndirilən şəxs ondan həmin yulğun ağaclarını və kol-kosları təmizləməyini istəmiş, həmçinin həmin əraziyə daha sonra taxıl əkəcəyini bildirmişdir. O, həmin vaxt yulğun ağacının qırmızı kitabda olan ağaclardan biri olduğunu və həmin ağacın kəsilməsinin qanunsuz olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs həmin ərazinin xüsusi mülkiyyətdə olduğunu, sənədlərinin qaydasında olduğunu icazələrinin alındığını, özünün cavabdeh olduğunu bildirmiş, o, da buna inanmışdır. Təqsirləndirilən şəxs həmin yulğun ağaclarını təmizləməyinə görə 700 manat pul verəcəyini bildirmiş, o da bununla razılaşmışdır. 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında həmin əraziyə gəlmiş və yulğun ağaclarını təmizləməyə başlamışdır. 06 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus “CAT” markalı ekskavatoru ilə yenidən ünvan 1zisində yerləşən torpaq sahəsinə gəlmiş və Təqsirləndirilən şəxs yanında olmuşdur. O, yulğun ağaclarını “CAT” markalı ekskavatoru ilə kökündən çıxarmağa başlamışdır. Bir saat sonra Təqsirləndirilən şəxs yanından getmişdir. Saat təxminən 12 radələrində əvvəllər tanımadığı 5 nəfər şəxs yanına gələrək təmizləmə işlərini dayandırmağını istəmişlər. O, ekskavatoru söndürmüş və aşağı düşmüşdür. Həmin vaxt yanında olan şəxslər özlərinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olduqlarını, yulğun ağaclarının məhv edilməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bildirmişlər. O, da Təqsirləndirilən şəxs həmin yulğun ağaclarının təmizlənməsi üçün bütün lazımı icazəni aldığını bildirmişdir. Həmin vaxt 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlardan heç bir icazə alınmadığını bildirmişlər. Bundan sonra, o Təqsirləndirilən şəxs zəng edərək 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının yanında olduqlarını bildirərək yanlarına dəvət etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs və Şəmsabad kənd bələdiyyəsinin sədri Şahid3 da oraya gəlmişdir. Bundan sonra 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onların iştirakı ilə yulğun ağaclarını saymağa başlamışlar. Həmin zaman o, onların yanına getməyərək ekskavatorda oturmuşdur. Bundan sonra, o izahat vermiş, daha sonra akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs akta qol çəkməmiş və 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına onun göstərişi ilə həmin ağacları kökündən çıxardığını bildirmişdir. Həmçinin, o, həmin ağacların çıxarılmasının qanunsuz olduğunu və torpağın təyinatını bilməmiş, sadəcə olaraq Rza ona torpağın onların xüsusi mülkiyyətində olduğunu və bütün icazələrin alındığını bildirmişdir. O, təxminən 200-dən artıq yulğun ağacını kökündən çıxarmış, lakin sayını dəqiq bilmir və həmin yulğun ağacları yaş vəziyyətdə olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Sərkar oğlu ifadəsində göstərdi ki, o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. 06 sentyabr 2023-cü il tarixdə ünvan 1zisində idarənin əməkdaşı Şahid2 Sərkar oğlu ilə birlikdə monitorinq araşdırması aparılan zaman əvvəllər tanımadıqları, lakin adını sonradan bildikləri Ağdaş rayonu, Şəkili kənd sakini Şahid4 Tofiqi kəndi ərazisində olan torpaq sahəsində “CAT” markalı ekskavator ilə yulğun ağaclarını kökündən çıxardığını aşkar etmişlər. Onlar Şahid4 yaxınlaşmış və həmin yulğun kollarını çıxarmaq üçün rəsmi icazəsinin olub-olmadığını soruşmuş və işini dayandırmasını tələb etmişlər. Şahid4 da şifahi olaraq Təqsirləndirilən şəxs göstərişi və tapşırığı əsasında həmin yulğun ağaclarını kökündən çıxardığını və buna görə Təqsirləndirilən şəxs ona 700 manat pul verdiyini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən bütün rəsmi icazələrin alındığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Ağdaş rayonu, Şəmsabad kənd bələdiyyəsinin sədri Şahid3 iştirakı ilə yulğun ağaclarının çıxarıldığı əraziyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı 235 ədəd köküstə yaş vəziyyətdə yulğun ağacının çıxarılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi olaraq özünün verdiyi tapşırıq əsasında Şahid4 həmin yulğun ağaclarını kökündən çıxardığını və buna görə də ona 700 manat pul verdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin yulğun ağaclarını çıxarmaq üçün rəsmi icazəsinin olub-olmadığını, həmçinin həmin torpaq sahəsinin ona məxsus olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da yulğun ağaclarının olduğu torpaq sahəsinin özünə məxsus pay torpaq sahəsi olduğunu demiş, lakin rəsmi icazəsinin olması barədə heç bir məlumat bildirməmişdir. Bundan sonra tərəflərindən akt tərtib olunmuş, Təqsirləndirilən şəxs həmin aktın tərtibatında və imza atmaq prosesində iştirakdan imtina etmişdir. Yulğun ağaclarının məhv edilməsi nəticəsində təbiətə 18800 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs və Şahid4 əvvəllər tanımamışdır. Onlar həmin torpaq sahəsinin hansı mülkiyyətə aid olmasını bilməmiş, araşdırma dövründə Şəmsabad kənd bələdiyyəsinin sədri Şahid3 verdiyi arayışa əsasən yulğun ağaclarının məhv edildiyi ərazinin Şəmsabad kənd bələdiyyəsinin mülkiyyətinə aid olmamaqla, Tofiqi kəndinin sakinlərinə məxsus paybəlli torpaq sahəsi olduğunu bilmişlər. Şahid2 verilən sualları cavablandırarkən bildirdi ki, o, torpaq sahəsinə baxışa gəldikdə ekskavator işlək vəziyyətdə idi. O, ekskavatora saxla göstərişini verdikdən sonra bələdiyyə sədrini hadisə yerinə çağırmış və birlikdə yulğun kollarının çıxarıldığının şahidi olmuşlar. Yulğun kolları onun, Şahid1 və bir nəfər şəxs tərəfindən sayılmışdır. Bundan başqa ərazidə olarkən heç bir pul söhbəti olmamışdır. Rza Məmmmədov akta özü imza etməkdən imtina etmişdir. Aktı hadisə baş verən gün tərtib etməməsinin səbəbi Təqsirləndirilən şəxs torpağa dair sənədlərin tələb olunması və onun tərəfindən gec təqdim olunması olmuşdur. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Türkiyə Cümhuriyyəti vətəndaşıdır. 2021-ci il tarixdə "xxxx" MMCni təsis etmişdir. MMC-nin nizamnəməsi tərtib olduqdan sonra təsisçilərin qərarı əsasında MMC-nin inzibati idarəetməsi Şahid6 həvalə edilmişdir. MMC-nin əsas fəaliyyət istiqaməti bağçılıq və kənd təsərrüfatı üzrədir. Onlar Azərbaycanın bir sıra rayonlarında torpaq sahələri alaraq kənd təsərrüfatı məhsulları yetişdirirlər. ünvan 1zisində yerləşən vətəndaşlara məxsus 67,3 hektara yaxın torpaq sahəsi "xxxx" MMC tərəfindən 2021-ci ildə alınmışdır. Daha sonra həmin torpaqların çox böyük hissəsi şəhid ailələrinə əkin-biçin işlərinin görülməsi üçün verilmişdir. Ağdaş rayonu, Pirkəkə kənd sakini Təqsirləndirilən şəxs torpaqların alımasında və sonrakı müddətlərdə torpaqların şəhid ailələrinə paylanmasında onlara köməklik etmişdir. Lakin, Təqsirləndirilən şəxs MMC-də rəsmi olaraq heç bir vəzifə tutmamış və hazırda da hər hansı bir vəzifə tutmur. 2023-cü ilin ortalarınadək bir neçə dəfə Ağdaş rayonu ərazisində torpaq sahələrində olmuşdur. Qeyd edilən ərazidə torpaq sahələrini şumladaraq əkin-biçin işlərinin aparılması üçün şəhid ailələrinə verilmiş və bunun müqabilində onlardan heç bir haqq alınmamışdır. Torpaqların əkilib-biçirilməsi üçün MMC dövlətdən hər-hansı miqdarda subsidiya almamışdır. 2023-cü avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq şəhid ailələrinə veriləcək torpaq sahələrini şumlatmaq istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs Şahid6la əlaqə saxlamasını söyləmişdir. Bundan sonrakı müddətdə torpaq sahəsinin şumladıb-şumlatmaması barədə məlumatı olmamışdır. Lakin, xx.xx.2023-cü il tarixdə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının 0,1-0,12 ha (10-12 sot) torpaq ərazisində Təqsirləndirilən şəxs tərəfindən yulğun kollarının çıxarılmasını aşkar etdiklərini öyrənmişdir. Bundan sonra, o Şahid6la əlaqə yaradaraq qeyd edilən ərazidə yulğun kollarının olub-olmaması barədə məlumatının olub-olmamasını, oradan kolların çıxarılmasına icazə verib-verməməsini soruşmuşdur. Şahid6 da ona həmin ərazidə yulğun kolların olub-olmaması barədə məlumatının olmadığını və çıxarılmasına icazə vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs adından prokurorluqda yazılmış ilkin izahatın tamamilə yalan olmasını, Təqsirləndirilən şəxs prokurorluqda izahat verdikdən sonra onunla telefon əlaqəsi yaradaraq prokurorluqda ona təzyiq göstərildiyini, guya onun icazəsi ilə kolların çıxarılması ilə bağlı etiraf xarakterli izahat verməyə məcbur edildiyini, lakin həmin izahatı verməkdən imtina etdiyini, bundan sonra izahat tərtib edildiyini, həmin izahatın latın qrafikalı əlifba ilə yazıldığı üçün məzmunundan xəbəri olmadığını və təzyiq altında imza etdirildiyini deməsini bildirmişdir. Bu səbəblə, o qeyd edilən izahatın heç bir hüquqi qüvvəsi olmadığını hesab etmişdir. Orada yulğun ağaclarının olması barədə heç bir məlumatı olmamış və bu barədə ona heç kim məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs deməsi ilə həmin ərazidə 235 ədəd deyil də maksimum 70-75 ədəd yulğun kolu ola biləcəyini, çünki 0,1-0,12 ha (10-12 sot) torpaq ərazisində 235 ədəd yulğun kolunun olmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. 06 sentyabr 2023-cü il tarixdə ünvan 1zisində idarənin əməkdaşı Şahid2 Sərkar oğlu ilə birlikdə monitorinq araşdırması aparılan zaman əvvəllər tanımadıqları, lakin adını sonradan bildikləri Ağdaş rayonu, Şəkili kənd sakini Şahid4 Tofiqi kəndi ərazisində olan torpaq sahəsində “CAT” markalı ekskavator ilə yulğun ağaclarını kökündən çıxardığını aşkar etmişlər. Onlar Şahid4 yaxınlaşmış və həmin yulğun kollarını çıxarmaq üçün rəsmi icazəsinin olub-olmadığını soruşmuş və işini dayandırmasını tələb etmişlər. Şahid4 da şifahi olaraq Təqsirləndirilən şəxs göstərişi və tapşırığı əsasında həmin yulğun ağaclarını kökündən çıxardığını və buna görə Təqsirləndirilən şəxs ona 700 manat pul verdiyini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən bütün rəsmi icazələrin alındığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Ağdaş rayonu, Şəmsabad kənd bələdiyyəsinin sədri Şahid3 iştirakı ilə yulğun ağaclarının çıxarıldığı əraziyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı 235 ədəd köküstə yaş vəziyyətdə yulğun ağacının çıxarılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi olaraq özünün verdiyi tapşırıq əsasında Şahid4 həmin yulğun ağaclarını kökündən çıxardığını və buna görə də ona 700 manat pul verdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin yulğun ağaclarını çıxarmaq üçün rəsmi icazəsinin olub-olmadığını, həmçinin həmin torpaq sahəsinin ona məxsus olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da yulğun ağaclarının olduğu torpaq sahəsinin özünə məxsus pay torpaq sahəsi olduğunu demiş, lakin rəsmi icazəsinin olması barədə heç bir məlumat bildirməmişdir. Bundan sonra tərəflərindən akt tərtib olunmuş, Təqsirləndirilən şəxs həmin aktın tərtibatında və imza atmaq prosesində iştirakdan imtina etmişdir. Yulğun ağaclarının məhv edilməsi nəticəsində təbiətə 18800 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, Təqsirləndirilən şəxs və Şahid4 əvvəllər tanımamış, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onlar həmin torpaq sahəsinin hansı mülkiyyətə aid olmasını bilməmiş, araşdırma dövründə Şəmsabad kənd bələdiyyəsinin sədri Şahid3 verdiyi arayışa əsasən yulğun ağaclarının məhv edildiyi ərazinin Şəmsabad kənd bələdiyyəsinin mülkiyyətinə aid olmamaqla, Tofiqi kənd kənd sakinlərinə məxsus paybəlli torpaq sahəsi olduğunu bilmişlər. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şahid1 bildirdi ki, aktı hadisə baş verən gün tərtib etməməsinin səbəbi Təqsirləndirilən şəxs torpağa dair sənədlərin tələb olunması və onun tərəfindən gec təqdim olunması olmuşdur. O, heç kimdən rüşvət istəməmiş, iddia olunana faktla bağlı prokurorluqda araşdırma aparılmış və cinayət işinin başlanılaması rədd edilmişdir. Akt tərtib olunanadək Təqsirləndirilən şəxsla əlaqə saxlamasının səbəbi müvafiq sənədləri tələb etməsi olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 03 fevral 2020-ci il tarixdən Ağdaş rayonu, Şəmsabad kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. 06 sentyabr 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid1 onun mobil telefonuna zəng edərək Şəmsabad kənd bələdiyyəsinin ərazisinə aid olan Tofiq kəndi ərazisində qanunsuz ağackəsmə faktının olduğunu bildirmiş və onu həmin əraziyə dəvət etmişdir. O, həmin əraziyə çatan zaman orada yulğun ağaclarının kökündən çıxarılmış vəziyyətdə torpağın üzərində olduğunu görmüşdür. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid1 ona həmin yulğun ağaclarını Ağdaş rayonu, Şəkili kənd sakini Şahid4 tərəfindən “CAT” markalı ekskvator ilə kökündən çıxarıldığını bildirmişdir. Həmin vaxt Şahid4 da yanlarında olmuşdur. Bundan sonra yulğun ağacları sayılmağa başlanılmışdır. Kökündən çıxarılmış yulğun ağaclarının sayı 235 ədəd olmuşdur. Şahid4 şifahi sorğu zamanı həmin yulğun ağaclarını Ağdaş rayonu, Pirkəkə kənd sakini Təqsirləndirilən şəxs göstərişi və tapşırığı əsasında 700 manat pul qarşılığında kökündən çıxardığını bildirmişdir. Həmçinin Şahid4 həmin əməlin cinayət tərkibini olduğunu Təqsirləndirilən şəxs dediyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt yanlarında olmuşdur. Təqsirləndirilən şəxs həmin göstərişi özünün verdiyini və buna görə Şahid4 700 manat pul verdiyini bildirmişdir. Daha sonra yulğun ağaclarının kəsilməsi ilə bağlı akt tərtib edilmiş və həmin akt tərəflərindən imzalanmışdır. Yulğun ağaclarının kəsildiyi ərazi Şəmsabad kənd bələdiyyəsinə məxsus torpaq sahəsi deyil, həmin torpaq sahəsi Tofiqi kənd ərazisində yerləşir və Tofiqi kənd sakinlərinə məxsus pay torpağıdır. Sonradan ona yulğun ağaclarının kəsildiyi torpaq sahəsinin "xxxx" MMC tərəfindən alınmış və həmin MMC-yə məxsus xüsusi mülkiyyət olması məlum olmuşdur. Daha sonra Şahid3 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, həmin akt 08 sentyabr 2024-cü il tarixdə onun xidməti otağında ekologiyanın əməkdaşlarının iştirakı ilə tərtib olunmuş, Təqsirləndirilən şəxs həmin yerə dəvət olunsa da gəlməkdən imtina etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Türkiyə Cümhuriyyəti vətəndaşı X8 və Ağdaş rayon sakini Təqsirləndirilən şəxs tanıyır. X33 2021-ci il tarixdə "xxxx" MMC-ni təsis etmişdir. MMC-nin nizamnəməsi tərtib olduqdan sonra təsisçilərin qərarı əsasında MMC-nin inzibati idarəetməsi ona həvalə edilmişdir. MMC-nin əsas fəaliyyət istiqaməti bağçılıq və kənd təsərrüfatı üzrədir. Onlar Azərbaycanın bir sıra rayonlarında torpaq sahələri alaraq kənd təsərrüfatı məhsulları yetişdirir. ünvan 1zisində yerləşən vətəndaşlara məxsus 67,3 hektara yaxın torpaq sahəsi “ASAF” AGRO” MMC tərəfindən 2021-ci ildə alınmışdır. Daha sonra həmin torpaqların çox böyük hissəsi şəhid ailələrinə əkin-biçin işlərinin görülməsi üçün verilmişdir. Ağdaş rayonu, Pirkəkə kənd sakini Təqsirləndirilən şəxs torpaqların alımasında və sonrakı müddətlərdə torpaqların şəhid ailələrinə paylanmasında bizə köməklik etmiş, lakin MMC-də rəsmi olaraq heç bir vəzifə tutmamış və hazırda da hər hansı bir vəzifə tutmur. 2023-cü ilin ortalarınadək bir neçə dəfə Ağdaş rayonu ərazisində torpaq sahələrində olmuşdur. Qeyd edilən ərazidə torpaq sahələrini şumladaraq əkin-biçin işlərinin aparılması üçün şəhid ailələrinə verilmiş və bunun müqabilində onlardan heç bir haqq alınmamışdır. Torpaqların əkilib-biçirilməsi üçün MMC dövlətdən hər-hansı miqdarda subsidiya almamışdır. 2023-cü avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs X33la telefon əlaqəsi yaradaraq şəhid ailələrinə veriləcək torpaq sahələrini şumlatmaq istədiyini bildirmişdir. X33 da Təqsirləndirilən şəxs onunla əlaqə saxlamasını söyləmişdir. Bundan sonrakı müddətdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamış, əkin işlərinin aparılması üçün torpaq sahələrini şumlatmaq istədiyini demişdir. O da Təqsirləndirilən şəxs torpaq sahəsini şumlatmaq üçün icazə vermişdir. Lakin, xx.xx.2023-cü il tarixdə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının 0,1-0,12 ha (10-12 sot) torpaq ərazisində Təqsirləndirilən şəxs tərəfindən yulğun kollarının çıxarılmasını aşkar etdiklərini öyrənmişdir. Belə ki, X24 əlaqə yaradaraq qeyd edilən ərazidə yulğun kollarının olub-olmaması barədə məlumatının olubolmamasını, oradan kolların çıxarılmasına icazə verib-verməməyini soruşmuşdur. O da həmin ərazidə yulğun kolların olub-olmaması barədə məlumatının olmadığını və çıxarılmasına icazə vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs deməsi ilə həmin ərazidə 235 ədəd deyil də maksimum 70-75 ədəd yulğun kolu ola biləcəyini, çünki 0,1- 0,12 ha (10-12 sot) torpaq ərazisində 235 ədəd yulğun kolunun olmasının mümkün olmadığını bildirmişdir. İşin materiallarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X9 Xidmətinə ünvanlanmış 13 sentyabr 2023-cü il tarixli 99/428/d nömrəli məktubdan görünür ki, Ağdaş rayon Şəmsabad bələdiyyəsinin sədri Şahid3 pay torpaq sahəsində kökündən çıxarılmış yulğun kolları olan ərazinin bələdiyyə mülkiyyətinə aid olmamaqla vətəndaşlara məxsus pay torpaqlarına aid olduğunu bildirmiş və araşdırmaya bu barədə 06 sentyabr 2023-cü il tarixli, 69 saylı təsdiqedici arayışı təqdim etmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli, 81026 nömrəli aktdan və akta əlavə olunmuş cədvəldən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağdaş rayonu ərazisində monitorinq aparılan zaman Ağdaş rayon Şəmsabad bələdiyyəsinin inzibati ərazisinə aid olan Tofiqi kənd ərazisində traktor vasitəsi ilə yulğun kollarının kökündən çıxarılması aşkar olunmuş, traktoru idarə edən şəxsin Ağdaş rayonu, Şəkili kənd sakini Şahid4 olması müəyyən edilmiş, sonuncu həmin yulğun kollarının Ağdaş rayonu, Pirkəkə kənd sakini Təqsirləndirilən şəxs tapşırığı əsasında kökündən çıxarmasını bildirmişdir. Araşdırma zamanı əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə ümumilikdə 235 ədəd köküstə yaş halda yulğun kolları kökündən çıxarılaraq məhv edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən “Yaşıllıqların mühafizəsi Haqqında Qanunun” yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı qərarının tələblərini pozaraq təbiətə külli miqdarda, yəni 18800 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan Ağdaş rayon Şəmsabad Bələdiyyəsi tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 06 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1zisində kütləvi şəkildə 235 ədəd kök üstə yaş halda olan yurğun kollarının çıxarıldığı ərazi Şəmsabad kənd bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, vətəndaşlara məxsus pay torpaqlarına aiddir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli baxış protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 1zisində yerləşən torpaq sahəsidir. Torpaq sahəsi üzərində olan izlərdən texnika vasitəsilə şumlandığı müşahidə edilmişdir. Sahənin ətrafı çəpərlənməmişdir. Torpaq sahəsinin kənarlarına yığılmış 20 ədəd kökboğazından çıxarılmış yulğun kolları müşahidə edilmişdir. Həmin yulğun kollarına baxış keçirilərkən yaş vəziyyətdə olmaları müəyyən edilmişdir. Baxış iştirakçısı Şahid1 06 sentyabr 2023-cü il tarixdə məhz həmin əraziyə tərəflərindən keçirilmiş baxış zamanı orada ekskavator tərəfindən 235 ədəd yulğun kollarının çıxarılaraq məhv edildiyinin müəyyən etdiklərini, ekskavator ilə yulğun kollarını Şahid4 məhv etdiyini, sonuncunun ona bu barədə göstərişi Təqsirləndirilən şəxs verdiyini dediyini bildirmişdir. Hazırda həmin ərazi şumlanmış vəziyyətdə olduğundan bütün kolların qalıqları və gövdələri müşahidə edilmir. Ağdaş rayonu, Şəmsabad bələdiyyəsinin sədri Şahid3 qeyd edilən ərazinin vətəndaşların pay torpaqlarına aid olmasını, sonradan bir nəfər şəxsə satılmasını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ərazidən yulğun kollarının onun göstərişi əsasında Şahid4 tərəfindən ekskavator vasitəsilə çıxarıldığını, həmin torpaq sahəsinin dostu Ömər adlı şəxsə məxsus olmasını, ərazinin təmizlənməsi barədə göstərişi ona Ömərin verdiyini, təxminən 20-30 sot ərazidə yulğun kollarını təmizlətdiyini bildirmişdir. Baxış zamanı qeyd edilən ərazinin şəkilləri və videosu çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli baxış protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdaş rayonu, Tofiqi kəndində yerləşən “Asaf Agro MMC”-yə məxsus xüsusi mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinə baxış zamanı həmin ərazinin şumlanmış vəziyyətdə olması müəyyən olunmuşdur. Torpaq sahəsinin ətrafında kənd sakinlərinə məxsus pay torpaq sahələri, həmçinin yulğun ağacları vardır. Baxış zamanı Təqsirləndirilən şəxs Ağdaş rayonu, Tofiqi kəndində yerləşən torpaq sahəsini təqdim edərək həmin torpaq sahəsinin bir hissəsinin “Asaf Agro MMC”-yə məxsus olduğunu, bir hissəsinin isə kənd sakinlərinə məxsus olduğunu, lakin sakinlərlə onlar arasında olan şifahi razılaşmaya əsasən həmin torpaqların “Asaf Agro MMC” tərəfindən istifadə edildiyini, ümumilikdə 50 ha torpaq sahəsinin onun göstərişi ilə şumlatdırıldığını bildirmişdir. Bundan başqa həmin torpaq sahəsinin 23 metr enində və 9,10 metr uzunluğunda olan hissəsini təqdim edərək yulğun ağaclarının həmin ərazidə yetişdiyini və həmin məsafədə yerləşən yulğun ağaclarının onun göstərişi ilə Ağdaş rayonu, Şəkili kənd sakini Şahid4 tərəfindən ekskavator ilə kökündən çıxarılaraq yığıldığını bildirmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi ölçülərdə olan torpaq sahəsində 235 ədəd yulğun ağacının olmasının qeyrimümkün olduğunu qeyd etmişdir. Bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X17 Nəzarət və X7 aparıcı məsləhətçi müfəttişi Nağıyev X26 Məmmədovun təqdim etdiyi ərazidə yulğun ağaclarının üst-üstə yığılmış vəziyyətdə olduğunu qeyd edərək, yulğun ağaclarının qeyd olunan torpaq sahəsinin digər ərazilərində də çıxarıldığını bildirmişdir. Şahid2 yulğun ağaclarının olduğu ərazini təqdim etmişdir. Həmin ərazi tərəflərindən ölçülmüşdür. Ərazinin eninin 36 metr, uzunluğunun isə 175 metr uzunluğunda olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı Şahid2 dedikləri ilə razı olmadığını bildirmişdir. Bundan sonra Ağdaş rayon X29 Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi, aqronom X3 təqdim olunan torpaq sahəsində 235 ədəd və ondan artıq sayda yulğun ağaclarının yetişməsi üçün şəraitin olduğunu və həmin torpaq sahəsində 235 ədəd yulğun ağacının olmasının real olduğunu bildirmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların surətindən görünür ki, ünvan 1zisində yerləşən 0,12 ha, 0,3699 ha, 0,6192 ha, 0,12 ha, 0,4954 ha, 0,7397 ha, 0,8669 ha, 0,4954 ha, 0,3699 ha, 0,6192 ha, 0,6191 ha, 0.4952 ha, 0,4953 ha, 0,12 ha, 0,6193 ha, 0,4952 ha, 0,6194 ha, 0,4951 ha, 0,7397 ha, 0,3699 ha, 0,4953 ha, 0,6192 ha, 0,3699 ha, 0,6192 ha, 0,6192 ha, 0,3699 ha, 0,4954 ha, 0,4951 ha, 0,4953 ha, 0,2475 ha, 0,2476 ha, 0,6192 ha, 0,4954 ha, 0,6191 ha, 0,44 ha, 0,4952 ha, 0,4953 ha, 0,4269 ha, 0,7398 ha, 0.3699 ha, 0,3286 ha, 0,6192 ha, 0,7397 ha, 0,4952 ha, 0,37 ha, 0,62 ha, 0,74 ha, 0,62 ha, 0,62 ha, 0,62 ha, 1,09 ha, 0,25 ha, 0,62 ha, 0,25 ha, 0,74 ha, 0,25 ha, 0,12 ha, 0,5 ha, 0,5 ha, 0,5 ha, 0,62 ha, 0,62 ha, 0,74 ha, 0,1197 ha, 0,4953 ha, 0,4998 ha kənd təsərrüfatı təyiantlı torpaqlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243, 42 maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2001-ci il tarixdə Tərtər rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzadan azad olunmuşdur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 11 dekabr 2023-cü il tarixli, 18-1-22/2-1848/2024 məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2023-cü il tarixli 9/9352 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 81026 saylı aktda göstərilən Ağdaş rayon Şəmsabad bələdiyyəsinin inzibati ərazisinə aid olan Tofiqi kəndi ərazisində yerləşən bioloji inkişafda olan kolların qanunsuz götürülərək (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği 18800 manat müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirkəkə kənd inzibati ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 304 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – 1978-ci il təvəllüdlü X11, 2002-ci il təvəllüdlü X19 və 2004-cü il təvəllüdlü X15 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirkəkə kənd inzibati ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-35/2-450/2024 nömrəli məktubdan görünür ki, Şahid4 tərəfindən çıxarılmış 235 ədəd yulğun ağacının yerləşdiyi torpaq sahəsi 0,63 ha təşkil edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X10 X18nn yaradılması və rəqəmsa kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Ağdaş rayon Şəmsabad bələdiyyəsinin “X10 X18”ndə mövcud olan xəritəsinə əsasən sözügedən 0, 63 ha torpaq sahəsi JN-13C, 14C, 15C, 16C, 17C, 18C, 19C, 20C, 21C, 22C, 23C, 24C, 25C, 26C, 27C və 28C nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları əsasında Ağdaş rayonu, Tofiqi kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş pay torpaq sahələridir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 01A-21/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də heç bir vəzifə tutmamışdır. X34 isə MMC-nin işçisidir. Lakin MMC-də heç bir rəhbər və digər inzibati vəzifə tutmur. İş materiallarında olan Kapital Bank ASC-nin 23 oktyabr 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 5600 manat ödəniş etmişdir. İş materiallarında olan Ağdaş rayon prokurorluğunun 05 avqust 2024-cü il tarixli məktubundan görünür ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs rüşvət tələb etməsi barədə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından 6 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xəstəlik sənədindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X1 C xəstəsidir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək 235, yox 70-75 ədəd yulğun kolunu kəsməsi barədə ifadə versə də, iş üzrə şahidlərin həm ibtidai istintaq, həmçinin hazırki məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri, ekspert rəyi, 08 sentyabr 2023cü il tarixli, 81026 nömrəli akt və digər sənədlərlə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı 70-75 ədəd yulğun kolu kəsməsi barədə verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və işin bütün halları ilə təqsirləndirilən şəxsin ona verilmiş ittihamda qeyd olunan əməli törətməsi öz təsdiqini tapır. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməklə, elan edilmiş ittihamın və hökmün əsasına məhz sonuncuların ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, arvadının hepatit C xəstəsi olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D I : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 7000 (yeddi min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmün icrası məhkumun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-72/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-72/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver