Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-73/2020 02.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, işlməyən, təqaüdçü, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsindəxx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsilə ittiham olunur ondan ötrü ki,o, 3 il əvvəl Ağdaş rayon Aşağı Ləki kəndin başından yol kənarından yerdən tapdığı bir ədəd zavod üsülu ilə hazırlanmış soyuq silah hesab edilən iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan xəncər tipli bıçağı evində saxlamış, xx.xx.2020-ci il tarixdə həmin bıçağı qanunsuz olaraq üzərində gəzdirmiş və həmin tarixdə saat 03 radələrində Ağdaş rayon Aşağı Ləki kənd sakini Şahid1 yaşadığı həyətə daxil olarkən həmin bıçaq onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Şahid1 həyat yoldaşı İsmayıl Gözəlovun RF-da yaşadığını, onun yaşadığı həyətdə narkotik vasitə yetişdirildiyindən şübhələndiyini, ona görə də həmin həyətə baxmağı qərara aldığını, lakin onu kiminsə görəcəyindən və başqa məsələlər düşünüləcəyindən qorxduğu üçün həmin həyətə gecə girməyi və heç kimin onu görmədən oradan çıxmağı qərarlaşdırdığını, buna görə də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə həmin həyətə getdiyini, həyətin qabaq tərəfinin dəmir darvaza və hasar olduğu üçün oraya həyətin arxa tərəfindən bağ tərəfdən olan şirə kanalının yanından olan alçaq dəmir listlərin üzərindən keçdiyini, həyətin bağ hissəsinə baxan zaman qapıda avtomobil dayandığını gördüyünü və tez həyətdən çıxmağı qərara aldığını, lakin həyətdən çıxa bilmədiyini və həmin vaxt həyət sahibi İsmayılın qardaşı oğlanları “Baba” ləqəbli Məhəmmədiyə və Rafiq, həmçinin digər həmkəndliləri Rəvan, Sakit, Nəsrəddin tərəfindən yaxalandığını, bundan sonra onların onun həmin həyətə nə səbəbə gəldiyni soruşduqlarını, onlara düzgün cavab verə bilmədiyini, evdən qaranlıq vaxtı çıxdığı üçün 3 il bundan əvvəl Aşağı Ləki kəninin başından yol kənarından yerdən tapdığı xəncəri belinə qoyduğunu, qarşısına vəhşi heyvan çıxa biləcəyindən qorxduğunu, həmin vaxt xəncərin belində ona mane olduğu üçün onu çıxarmağı qərara aldığını, xəncəri çıxaran kimi “Baba” ləqəbli Məhəmmədiyənin onun sifətindən vuraraq ondan xəncəri aldığını, Məhəmmədiyənin xəncəri onlara xəsarət yetirmək üçün çıxardığını düşündüyünü, lakin xəncəri çıxarmaqda başqa məqsədi olmadığını, xəncəri belindən ona mane olduğu üçün çıxardığını, bundan sonra həyətdə olan dəmir çardağın altına keçdiklərini, orada ondan yenə də həmin həyətə nə üçün gəldiyini soruşduqlarını, onlara məqsədini demək istəmədiyini, həmin vaxt Məhəmmədiyyə və Rafiqin onun həmin evə başqa niyyətlə yəni ev sahibinin həyat yoldaşı Şahid1 pis niyyətlə yaxınlaşmağını düşünərək onun bir neçə dəfə təpiklə və yumruqla vurduqlarını, Şahid1 qarşı heç bir pis niyyəti olmadığını, Məhəmmədiyyə və Rafiqin onu səhv başa düşdüklərini, onların belə bir məsələni düşünməkləri onun ağlına gəlmədiyini, buna görə də onlardan incimədiyini, döydükləri üçün onlardan heç bir şikayəti və ya tələbi olmadığını, Şahid1 və onun həyat yoldaşı İsmayıl Gözəovla aralarında düşmənçilik və ya ədavət olmadığını, aralarında mehriban münasibətlər olduğunu, Məhəmmədiyənin təhqiqata təqdim etdiyi həmin xəncərin onun olduğunu, həmin xəncəri 3 il bundan əvvəl Aşağı Ləki kəninin başından yol kənarından tapdığını, həmin vaxtdan xəncəri evdə özündə saxladığını, ailə üzvlərinin xəncər barədə məlumatı olmadığını, həmin gün Şahid1 yaşadığı həyətə girərkən həmin xəncəri pencəyinin altından toqqasına keçirdiyini, onu vəhşi heyvanlardan özünü qorumaq üçün üzərində gəzdirdiyini, hadisə vaxtı da yuxarıda göstərdiyi kimi xəncəri ona mane olduğu üçün belindən çıxardığını, lakin Məhəmmədiyyənin həmin vaxt onu xəncəri çıxararaq onlara xəsarət yetirmək istədiyini düşünərək onu yumruqla vuraraq xəncəri onun əlindən aldığını, hadisə vaxtı heç kimə xəsarət yetirmədiyini, Şahid1 yaşadığı həyətə orada narkotik vasitə yetişdirildiyi barədə ona heç kimin demədiyini, yalnız bundan şübhələndiyini, hadisə vaxtı oraya yuxarıda göstərdiyi şəxslərin gəldiyini, daha sonra oraya Rafiqin atası Telmanın da gəldiyini, Ağdaş MRX-na müraciət edərkən su suvardığı zaman yıxıldığnı bildirdiyini, onu döyən şəxslərdən şikayətçi olmamaq üçün özü yıxldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində adı Məhəmmədiyə olsa da kənd arasında ona “Baba” ləqəbi ilə müraciət etdiklərini, xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə evdə yatdığını, saat təxminən 02-48-də əmisinin yoldaşı Vüsalənin ona zəng edərək həyətlərində adam olmasını və onlara gəlməyini istədiyini bildirdiyini, evdən çıxarkən qardaşı Rafiqə zəng etdiyini və əmisigilin həyətində adam olmasını, ora getdiyini dediyini və Rafiqdən əmisigilə gəlməsini istədiyini, yaşadığı evlə əmisinin yaşadığı evin arasında təxminən 300 metr məsafə olduğunu, əmisigilə çatıb darvazanın yanından divardan aşıb həyətə tullandığını və Vüsaləni çağırıb ona qorxmamasını, həyətdə olduğunu dediyini, daha sonra toyuq hini tərəfə qaçdığını, həyətə girən kimdisə oğru olmasını, toyuq oğurlamaq istəməsini fikirləşdiyini, lakin hin tərəfdə heç kimin olmadığını, həmin vaxt digər uşaqların Rafiq, Sakit, Rəvan və Nəsirəddinin gəldiklərini, daha sonra birlikdə həyətin bağ hissəsini gəzdiklərini və həyətin sol hissəsində ortada bir nəfər şəxsin uzanmış vəziyyətdə olduğunu gördüklərini və həmin şəxsin çevriləndə onun kənd sakini Təqsirləndirilən şəxs olmasını gördüklərini, bundan sonra Vacibdən nə üçün həyətə daxil olduğunu, burada nə axtardığını soruşduqlarını, Vacibin isə onlara düzgün bir cavab verə bilmədiyini, həmin vaxt Vacibin kürəyində pencəyin atlında xəncər olduğunu, Vacibin xəncəri kürəyindən pencəyin altından çıxardığını və əlinə götürdüyünü, həmin vaxt havanın qaranlıq olduğunu, Təqsirləndirilən şəxs belindən bıçağı çıxarıb onları vurmaq istədiyini güman etdiyini, ona görə də Təqsirləndirilən şəxs yumruqla vuraraq bıçağı onun əlindən aldığını, həmçinin Vacibin yaşlı adam olduğu üçün bıçağı onun əlindən almağına çox da müqavimət göstərə bilmədiyini, onun əmisinin həyətinə “namusuzluğa” gəldiyini düşündüklərini və həmin düşüncələrlə əsəbləşdikləri üçün qardaşı Rafiqlə birlikdə onu bir neçə dəfə vurduqlarını, həmin vaxt əsəbləşdiyi üçün DİN-nin 102 xidməti zəng məlumat mərkəzinə müraciət etdiyini, daha sonra oraya polis əməkdaşlarının gəldiklərini, hadisənin xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində Ağdaş rayon Aşağı Ləki kəndində əmisi İsmayılın həyətində baş verdiyini, Təqsirləndirilən şəxsla əmisi İsmayıl Gözəlovun həmçinin onun arasında düşmənçilik və ya ədavət olmadığını, aralarında mehriban münasibətlər olduğunu, Təqsirləndirilən şəxs ona bıçaqla heç bir xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs özü və qardaşı Rafiqin bir neçə dəfə yumruqla və təpiklə vurduqlarını, Vacibin belindən çıxardığı bıçağın qına salınmış qara rəngli üzərində qızılı hissələri olan xəncər olduğunu, həmin xəncəri təhqiqat zamanı izahat verərkən təhqiqata təqdim etdiyini, Təqsirləndirilən şəxs izahatı alınarkən həmin həyətdə qanunsuz çətənə bitkisi yetişdirildiyini və bundan şübhələndiyi üçün həmin həyətə girdiyini bildirməsi ilə bağlı Vacibin özünü müdafiə etmək üçün bu cür bilirdiyini, əmisi İsmayılın həyətində heç vaxt çətənə bitkisi yetişidirilmədiyini, hadisə vaxt sərxoş olmadığını, həmçinin Vacibin də sərxoş olmadığını, hadisə vaxtı oraya yuxarıda göstərdiyi şəxslərin gəldiyini, daha sonra ora atası Telman və bir neçə nəfər kənd sakinlərinin gəldiklərini, lakin həmin vaxt həyəcanlı olduğu üçün həmin şəxslərin kim olması yadında qalmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə evdə olduğunu, həmin vaxt Rafiq Gözəlov adlı dostunun ona zəng edərək onun əmisi İsmayılın həyətinə adam girməsini,ona kömək lazım olduğunu bildirdiyini, tez küçəyə çıxdığını, həmin vaxt Rafiqin onu avtomobillə götürdüyünü, daha sonra Sakiti və sonra Nəsrəddini götürdüklərini və İsmayılgilə getdiklərini, onlar çatanda İsmayılın həyətinin qapısı açıq olduğunu, həyətə daxil olduqlarını, həmin vaxt Məhəmmədiyyənin həyətdə olduğunu, həyəti axtardıqlarını və həyətin sol hissəsində ortada bir nəfər şəxsin uzanmış vəziyyətdə olduğunu gördüklərini və həmin şəxsin çevriləndə onun kənd sakini Təqsirləndirilən şəxs olmasını gördüklərini, bundan sonra Vacibdən nə üçün həyətə daxil olduğunu, burada nə axtardığını soruşduqlarını, Vacib isə onlara düzgün bir cavab verə bilmədiyini, həmin vaxt Vacibin kürəyində pencəyin atlında xəncər olduğunu, Vacibin xəncəri kürəyindən pencəyin altından çıxardığını və əlinə götürdüyünü, həmin vaxt hava qaranlıq olduğunu, Təqsirləndirilən şəxs belindən bıçağı çıxarıb onları vurmaq istədiyini güman etdiklərini, ona görə də Məhəmmədiyənin Təqsirləndirilən şəxs yumruqla vuraraq bıçağı onun əlindən aldığını, həmçinin Vacibin yaşlı adam olduğu üçün Məhəmmədiyəyə çox da müqavimət göstərə bilmədiyini, bundan sonra Məhəmmədiyə və Rafiqin Vacibin onun əmisinin həyətinə “namusuzluğa” gəldiyini düşündüyünü və həmin düşüncələrlə əsəbləşdikləri üçün Rafiqlə birlikdə onu bir neçə dəfə vurduqlarını, hadisənin xx xxx 2020ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində Ağdaş rayon Aşağı Ləki kəndində İsmayıl Gözəlovun həyətində baş verdiyini, həmin vaxt orada Rafiq, Məhəmmədiyyə, həmkəndliləri Sakit, Nəsirəddinin olduğunu, Təqsirləndirilən şəxs onlara bıçaqla heç bir xəsarət yetirmədiyini, Vacibin belindən çıxardığı bıçağın qına salınmış qara rəngli üzərində qızılı hissələri olan xəncər olduğunu və həmin xəncəri Məhəmmədiyyənin götürdüyünü, Təqsirləndirilən şəxs izahatında həmin həyətdə qanunsuz çətənə bitkisi yetişdirildiyini və bundan şübhələndiyi üçün həmin həyətə girdiyini bildirməsi ilə bağlı Vacibin özünü müdafiə etmək üçün bu cür bilirdiyini, İsmayılın həyətində heç vaxt çətənə bitkisi yetişidirilmədiini, hadisə vaxtı oraya yuxarıda göstərdiyi şəxslərin gəldiyini, daha sonra ora Rafiqin atası Telman və bir neçə nəfər kənd sakinlərinin gəldiyini, lakin həmin şəxslərin kim olmasının yadında qalmadığını göstərmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid5 da təsdiq edərək analoji ifadələr vermişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə yaşadığı evəd RF-na işləməyə getmiş həyat yoldaşı İsmayılla telefonda söhbət etdiyini, həmin vaxt evdə azyaşlı uşaqları ilə birgə olduğunu, bu zaman həyətdən ayaq səsləri gəldiyini və həyətdə yad adam olmasını bildiyini, həmin vaxt saat saat təxminən 02-45 radələri olduğunu, tez qaynının oğlu Məhəmmədiyəyə zəng edərək ona həyətdə adam olmasını bildirdiyini və ondan onun yaşadığı evə gəlməsini xahiş etdiyini, təxminən 5-6 dəqiqə sonra həyətdən Məhəmmədiyənin səsinin gəldiyini və ona qorxmamasını və düşüb darvazanı açmasını uşaqların köməyə gəlmələrini dediyini, tez düşüb qapını açdığını və həmin vaxt digər həmkəndliləri Sakit, Rəvan, Nəsirəddin və qaynının digər oğlu Rafiqin də gəldiklərini, daha sonra evə girdiyini, onlar həyəti axtardıqlarını və bağda həmkəndliləri Təqsirləndirilən şəxs uzanmış vəziyyətdə tapdıqlarını, daha sonra həyətdə bir az mübahisə olduğunu, qadın olduğundan kişilərin arasına düşmədiyini, daha sonra bildiyinə görə Məhəmmədiyəgilin Vacibi gördüyü zaman Vacib belindən bıçaq çıxardığını, həmin vaxt Məhəmmədiyənin də onu yumruqla vuraraq bıçağı onun əlindən aldığını, hadisənin xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində Ağdaş rayon, Aşağı Ləki kəndində onun yaşadığı evin həyətində baş verdiyini, Təqsirləndirilən şəxsla aralarında düşmənçilik və ya ədavət olmadığını, aralarında mehriban münasibətlər olduğunu, Təqsirləndirilən şəxs xəsarət yetirilməsi anını görmədiyini, Təqsirləndirilən şəxs izahatında onlara məxsus həyətdə qanunsuz çətənə bitkisi yetişdirildiyini və bundan şübhələndiyi üçün həmin həyətə girdiyini bildirməsi ilə bağlı Vacibin özünü müdafiə etmək üçün bu cür bilirdiyini, həyətində heç vaxt çətənə bitkisi yetişidirilmədiyini, hadisə vaxtı oraya yuxarıda göstərdiyi şəxslərin gəldiyini, daha sonra yuxarı evə keçdiyi üçün qalan şəxslərin kim olduğunu bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx xxx 2020-ci il tarixli 17/329 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıcaq zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici ucu batıcı xassəyə malik olan xəncər tipli bıçaqdır və soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Aşağı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazrda Ağdaş rayon Ləki kəndində yaşayır. İşlədiyi dövrlərdə kollektivin və Rəhbərliyin hörmətini qazanmışdır. Təqaütçüdür, ailəlidir və üç övlad atasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Aşağı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 269 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Aşağı Ləki kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: 1960ci il təvəllüdlü X1 Zöhrə Sərkar qızı-yoldaşı; 1989-cu il təvəllüdlü X4; 1993-cü il təvəllüdlü Həsənova Könül Sahil qızı-gəlin: xx.xx.2017-ci il təvəllüdlü X5- nəvəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxsi qismində dindirilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah saxlayıb üzərində gəzdirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.4cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünu və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan islаh işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli hesab edilməli, aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməli, cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, soyuq silah hesab edilən 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 30 manat 60 qəpik (otuz manat altmış qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Cinayət hüquqi tədbiri kimi xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, soyuq silah hesab edilən 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 30 manat 60 qəpik (otuz manat altmış qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-73/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-73/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver