Məhkəmə qərarları › İş №1(014)-73/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-73/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-73/2022 26.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxx 1970-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 10 dekabr 2021-ci ildə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş və məhkumluğu götürülmüş, 2022-ci ilin mart ayının ortalarında Ağdaş rayonu Ləki qəsəbəsindən yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,606 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə xx.xx.2022-ci il tarixdə saat 15:35-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu, iki övladının olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitə aludəçisi olduğuna görə bədənində ağrıları olduğunu, buna görə də narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər narkotik maddələrin istifadəsi ilə məşğul olduğuna görə məhkum olunduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:50 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan büküm, həmin qış gödəkcəsinin sol yan cibindən 1 ədəd tünd qırmızı rəngli “Samsung Duos” markalı mobil telefon və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində cızıqları olan cib dəsmalı aşkar olunduğunu, daha sonra üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə bənzər maddə aşkar edildiyini, həmin 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,64 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd sellofan büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd tünd qırmızı rəngli “Samsung Duos” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, üzərindən aşkar edilmiş 1 ədəd üzərində cızıqları olan cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, həmin 1 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli narkotik maddəyə bənzər maddəni iki gün öncə Ağdaş rayon Ləki qəsəbəsində dəmiryolu reyslərinin yanından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, özündə başqa heç yerdə narkotik vasitə olmadığını, ***-***-**-** saylı mobil nömrə altında olan mobil telefondan istifadə etdiyini, başqa nömrəsinin olmadığını, ona ifadəsinin alınmasında hər hansı bir zor və ya hədə tətbiq olunmadığını bildirmişdir. Həmçinin, ***-***-**- ** saylı mobil nömrənin tanışı Elçin adlı şəxsə məxsus olduğunu, Elçinin də hərdən bir narkotik vasitədən istifadə etdiyini, özünün də narkotik vasitədən istifadə etdiyinə görə birlikdə pul qoyaraq bir iki dəfə istifadə etmək üçün az miqdarda narkotik vasitə aldıqlarını, daha sonra isə həmin aldıqları narkotik vasitəni Elçinlə hər ikisinin qəbul etmək üçün böldüklərini, Elçinin ona narkotik vasitə satmadığını, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Зенк едирем котурмусен сонра вызыв атырсан мезеленирсен менен”, xx.xx.2021-ci il tarixdə isə mesaj yazaraq “Нийе чаваб вермирсен малым вар истедим сенен бирйерде кайфав атдых едек нейсе точка” bildirməsi ilə bağlı həmin mesajları özünün yazmadığını, Nuranə adlı şəxsi tanımadığını, onunla heç bir münasibəti olmadığını, ola bilər ki, həmin mesajları Nuranəyə onun telefonundan kiminsə yazdığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi M.Mustafayev küçəsi 51 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:50 radələrində Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid2 ilə birlikdə İntiqamı Ağdaş şəhəri 20 Yanvar küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə İntiqamın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı İntiqamın əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan büküm, həmin qış gödəkcəsinin sol yan cibindən 1 ədəd tünd qırmızı rəngli “Samsung Duos” markalı mobil telefon və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində cızıqları olan cib dəsmalı aşkar olunduğunu, daha sonra aşkar olunmuş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə bənzər maddə aşkar edildiyini, həmin 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,64 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd sellofan büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, İntiqam və digər iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd tünd qırmızı rəngli “Samsung Duos” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, İntiqam və digər iştirakçılar həmin zərfə imza etdiklərini, aşkar edilmiş 1 ədəd üzərində cızıqları olan cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən İntiqamın özünə qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, İntiqam və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 1 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli narkotik maddəyə bənzər maddəni iki gün öncə Ağdaş rayon Ləki qəsəbəsində dəmiryolu reyslərinin yanından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X6 ifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr altında mobil telefondan istifadə etdiyini, lakin hal-hazırda ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, ***-***-**-** saylı mobil nömrədən əvvəllər istifadə etdiyini, lakin, hazırda istifadə etmədiyini, İntiqam adlı şəxsi tanıdığını, hazırda İntiqam narkotik vasitə olan istifadə etdiyinə həbs olunduğunu, həmin nömrə ilə ola bilər ki, İntiqamla mesajlaşdığını, belə ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə birlikdə pul qoyduqlarını, sonra Yevlax şəhərinə gedərək orada tanımadığı oğlandan istifadə etmək üçün narkotik vasitə aldığını, daha sonra isə həmin aldığı narkotik vasitəni İntiqamla hər ikisinin qəbul etmək üçün böldüklərini, həmin mesajlarda da istifadə etmək üçün İntiqamla birlikdə pul toplayıb narkotik vasitə aldıqlarını və özünün də İntiqama həmin narkotik vasitəni göndərdikdən sonra İntiqamın narkotik vasitənin az olmasına görə ona irad bildirdiyini, özünün heç kimə narkotik vasitə satmadığını, lakin İntiqamla birlikdə bir-iki dəfə pul qoyub narkotik vasitə alıb bölüşərək qəbul etdiklərini bildirmişdir.. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə İntiqamın üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı İntiqamın əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan büküm, həmin qış gödəkcəsinin sol yan cibindən 1 ədəd tünd qırmızı rəngli “Samsung Duos” markalı mobil telefon və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində cızıqları olan cib dəsmalı aşkar olunmuş, daha sonra aşkar olunmuş 1 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, həmin 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 0,64 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd sellofan büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, İntiqam və digər iştirakçılar həmin zərfə imza etmişlər, həmçinin şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd tünd qırmızı rəngli “Samsung Duos” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, İntiqam və digər iştirakçılar həmin zərfə imza etmişlər, aşkar edilmiş 1 ədəd üzərində cızıqları olan cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən İntiqamın özünə qaytarılmış, şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, № 48050 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “gecikdi uzurlusay usax indi cixacax burdan yaridan birdene cet goturmusem qalani gonderirem”, “Qaqa uzurlu say bele alindi indi ysaxdan sene yari gonderecem atdan gelecek nehrelelil yolunan birde orxan cet verib onuda gonderirem vallah bele alindi”, “Telfonu elimnen saldim sesi gelmir danismaga”, 'Deyirem telfonu sesi cixmir danisanmiram yazdimda”, “Deyirem telfonu sesi cixmir danisanmiram yazdimda, Niye basa dusmusen”, “Елчин телфону ач йада башга телфонла занк еле неде атлынын номресини йаз мене”, “Qaqa vallah danismaq olmur gelir oğlan yoldadi bu nomreye zeng vur *** *** ** **”, “Cati usaq ora bir xeber yaz”, 'Сен еле билирсен кетириф бизе икидене чет вермеКле хер шей битди сеф глийирсен”, “Ne hede qorxu geilisen mene size yaxiliq edededi günah”, “Мен сени кеделемирем пулуш малы котурмеди дейир меним пулуму кетирсин мен вердим он манаты алмады дейир елчин версии инди нетери баша душурсен душ”,“Меп ne pul vermisiniz onanda сох vermisem 20 manata bir qiram dusmur 35 mal alib ne vermeliyem size beledeki xoşunuz deyil qaytarin pulu verim", “Кетир пулу мал елхейле дурур мен чети вурмушам йахшысы хейле олар к”, “Сени коздуйурем хачан келирсен” “Зенк едирем котурмусен сонра вызыв атырсан мезеленирсен менен”,xx.xx.2021-ci il tarixdə isə mesaj yazaraq “Нийе чаваб вермирсен малым вар истедим сенен бирйерде кайфав атдых едек нейсе точка” məzmunlu mesajlar vardır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/270 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,606 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105, 106 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarının 1.12-ci bəndinə əsasən azad edilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, Moskva şəhəri Kunuyenski Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(014)-49/2020 saylı hökmü ilə 1 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(014)-98/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, həmçinin məhkumluğu götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 mart 2022-ci il tarixli 172 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Ləki qəsəbəsi M.Mustafayev küçəsi 51 saylı evdə yaşamaqla ailə tərkibi ibarətdir: arvadı – X2 (xx.xx.1070-ci il təvəllüdlü); oğlu – X4 (xx.xx.1992-ci il təvəllüdlü); gəlini – X3 – (xx.xx.2000-ci il təvəllüdlü), nəvəsi – X11 (xx.xx.2020-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 27 mart 2022-ci il tarixli, 4(014)-37/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan Ağdaş rayon İcara və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, C/1-675 saylı arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilərək, o, cəzadan azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 25 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 0,556 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar